Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1041/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X15 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-457/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 628556 və AA seriyalı 642152 saylı Torpaq sahəsinin planı və ölçülərinə əsasən 2 və 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdeh İddiaçı ilə aralarında 09 fevral 2017-ci il tarixli akt tərtib edərək, həmin torpaq sahəsinin 4.000 manata satılmasını razılaşdırmışlar. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh - Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsinin satılması üçün ondan götürdüyü 4.000 (dörd min) manat pulun və həmin torpaq sahəsində onun tərəfindən əkilmiş 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) ilə bağlı çəkilmiş xərcin əvəzi olan 2.800 (iki min səkkiz yüz) manat pulun, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 fevral 2017-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsini şahidlərin iştirakı ilə tərtib olunmuş akta əsasən 4.000 (dörd min) manat müqabilində almışdır. Həmin torpaq sahəsində 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) əkmişdir. Daha sonra həmin torpaq sahəsini Cavabdeh iştirakı və razılığı, şahidlərin iştirakı ilə tərtib olunmuş akta əsasən X1. Son dövrdə ona məlum olmuşdur ki, cavabdeh Orucov X10 rayonu Əliabad qəsəbəsində yerləşən və 2017-ci il tarixdə ona satdığı, daha sonradan onun iştirakı və razılığı ilə X2 2,40 ha torpaq sahəsini, X5 tələb edir. X4 da ona və Cavabdeh qarşı torpaq sahəsinin alğı-satqısına görə aldıqları pulu geri almaq məqsədi ilə Zaqatala Rayon Məhkəməsində iddia qaldırmış və qeyd olunan iş hazırda məhkəmənin icraatındadır. İddia ərizəsinə əlavə etdiyi 09 fevral 2017-ci il tarixli aktdan da göründüyü kimi, cavabdeh Orucov X10 rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsini 4.000 (dörd min) manat müqabilində ona satmışdır. Həmçinin qeyd olunan torpaq sahəsində tərəfindən əkilmiş 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) üçün bir ağacın alınması və əkilməsi üçün 7 (yeddi) manat olmaqla, ümumilikdə 2.800 (iki min səkkiz yüz) manat xərc çəkmişdir. Cavabdeh ona ödədiyi 4.000 (dörd min) manat pulu və 400 (dörd yüz) ədəd fındıq kolunun (ağacının) əkilməsi üçün ödədiyi 2.800 (iki min səkkiz yüz) manat pulu tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, İddiaçı heç bir torpaq sahəsi satmamış və sonuncuya zərər vurmamışdır. O, məhkəmə tərəfindən həqiqəti müəyyən etmək üçün iddia ərizəsində göstərilən 400 ədəd fındıq kolunun ona məxsus torpaq sahəsində əkilib-əkilməməsi barədə Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölünə yerində baxış keçirilməsini xahiş edir. Bundan başqa bildirir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə ki, iddiaçının ona qarşı iddiası olsa idi, üç il müddətində ona qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş olardı. Göstərilənləri nəzərə alaraq, iddia müddəti tətbiq etməklə, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, o, hazır ki, işlə əlaqədar hüquqlarının pozulmasını Heydərov Ağabali ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon məhkəməsinə bu ilin yanvar ayında müraciət etdikdən sonra xəbərdar olmuşdur Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, özünə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsi Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsinin iddiaçıya 4.000 manata satılması barədə aktı imzalasa da, həmin aktın məzmunundan onun məlumatı olmamış və iddiaçı onu aldadaraq həmin aktı imzalatmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X14 göstərdi ki, o, Zaqatala RİHB-nin Əliabad qəsəbə üzrə icra nümayəndəsi vəzifəsində işləyir. 09 fevral 2017-ci il tarixdə tərəflərin iştirakı ilə akt tərtib edilmiş və həmin vaxtı iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin çıxarışı olmadığı üçün həmin akt əsasında torpaq sahəsi cavabdehə satılmışdır. Tərəflər ona söyləmişlər ki, torpağa çıxarış aldıqdan sonra notariat qaydasında alğı-satqı müqaviləsini təsdiqləyəcəklər. O, tərəflərin xahişi ilə həmin aktı tərtib edib təsdiqləmişdir. Mübahisələndirilən torpaq sahəsində fındıq ağacları olmamışdır və hazırda da orada fındıq ağacları mövcud deyildir. Məhkəmə iclasında şahid X11 göstərdi ki, o, usta işləyir və usta kimi Cavabdeh evini tikmiş, lakin sonuncu onun zəhmət haqqını vermədiyi üçün belə razılığa gəlmişlər ki, özünə məxsus torpağı sataraq ona pul versin. Zaqatala RİHB-nin Əliabad qəsəbə üzrə icra nümayəndəliyində 09 fevral 2017-ci il tarixdə akt tərtib edilərək birbaşa rəsmiləşdirilmə İddiaçı torpağı almaq istəyən müştəri kimi onun tərəfindən gətirilərək Cavabdeh 4.000 manata satmışdır. O, da iştirakçılar ilə birlikdə həmin aktı imzalamışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 628556 və AA seriyalı 642152 saylı Torpaq sahəsinin planı və ölçülərinə əsasən 2 və 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdeh İddiaçı ilə aralarında 09 fevral 2017-ci il tarixli akt tərtib edərək, həmin torpaq sahəsinin 4.000 manata satılmasını razılaşdırmışlar. Hər iki tərəf aktın məzmunu ilə tanış olmuş, aktda qeyd olunanlarla razılaşaraq, aktı imzaları ilə təsdiq etmişlər. Cavabdeh həmin torpaq sahəsini 4.000 manat pul vəsaiti alaraq, akta əsasən faktiki olaraq iddiaçıya satsa da, sonradan bu torpaq sahəsini X1. İşin bu faktiki halı iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. İşin hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh akt üzrə satmasını bildirdiyi torpaq sahəsinə görə 4.000 manat pul vəsaiti alsa da, həmin torpaq sahəsinə dair müvafiq sənədləri təqdim edərək notarial qaydada alğı-satqı müqaviləsi bağlamamışdır. Bununla da, cavabdeh 4.000 manat pul vəsaiti həddində əsassız varlanmışdır. Bu səbəbdən, iddia tələbi torpaq sahəsinə görə verilmiş 4.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissədə əsaslıdır. İddiaçı eyni zamanda cavabdehdən 400 ədəd fındıq kolu (ağacı) ilə bağlı çəkilmiş xərcin əvəzi kimi 2.800 manat pulun alınaraq ona verilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə iddia tələbinin həmin hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir Cavabdehin iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə bildirdikləri ilə bağlı məhkəmə vurğulayır ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməmişdir. İddiaçı hüququnun pozulmasını ona qarşı məhkəmədə iddia qaldırılan vaxt bilmiş (X6 iddia tələbi, iddia ərizəsi 22 yanvar 2022-ci il tarixdə imzalanmış və məhkəməyə təqdim olunmuşdur), qanunla müəyyən olunmuş (Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan) müddət ərzində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsi təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 88 manat dövlət rüsumunun 28 manatı iddiaçıya aid edilməli, 60 manatı isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-457/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh 4000 (dörd min) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatının iddiaçıya aid edilməsi, qalıq 60 (altmış) manatının isə cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 1090, 1091, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarına əlavə edilmiş 09 fevral 2017-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh özünə və ailəsinə məxsus Tatyaqub sahəsindəki 2,40 ha pay torpaq sahəsini İddiaçı əbədi olaraq 4.000 manat məbləğində ömürlük satmışdır. İş materiallarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixli e-MTT(033)-4/2022 saylı qərardadın surətindən görünür ki, X6 İddiaçı və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə 2(033)-282/2022 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı adına qeydiyyata alınmış “** BS *** dövlət qeydiyyat nişanlı BMWX5 markalı minik, ** VY *** dövlət qeydiyyat nişanlı “X18” markalı yük və ** KD *** dövlət qeydiyyat nişanlı “X18 115 markalı minik” avtomobillərinin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 628556 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli qərarına əsasən Cavabdeh mülkiyyətinə 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş AA seriyalı 642152 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, 2V-923 saylı 04 oktyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətinə 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron uçot-qeydiyyat kartoçkasından və iddia ərizəsinin surətindən görünür ki, X3 Şamil Həsən oğlu və Cavabdeh qarşı 4.000 ABŞ dollarının 2017-ci ildən hazırda olan indeksasiyası ilə və həmin pulun məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə, eyni zamanda ödənilmiş 88 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia qaldırmış və iddia ərizəsi 24 yanvar 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilərək baxılması üçün təyin edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə İddiaçı iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq, iddiadan imtina edilmə barədə qərardad qəbul etməmişdir. Bununla da işə baxan hakimin mülki iş üzrə hüquqi mövqeyi məhkəmə təcrübəsinin vahidliyini pozduğunu göstərir. İddiaçı mübahisəli torpaq sahəsində 400 ədəd fındıq kolu (ağacı) əkməsini iddia etməklə iddia müddətini itirmədiyini göstərməsi olmuşdur. Nəticədə məhkəmə iddia ərizəsini iddiaçı tərəfindən mötəbər sübut təqdim edilmədiyinə görə qismən təmin etmişdir. İddiaçı mübahisəli torpaq sahəsini almış olsaydı, fındıq kollarını əkmiş olardı. Hesab edir ki, İddiaçı tərəfindən 400 ədəd fındıq kolu (ağacı) əkməsini göstərməsi iddia müddətinin şamil olunmaması üçün uydurulmuş tələb olmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022 tarixli, 2(033)-457/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia ərizəsinin Cavabdeh 4000 (dörd min) manat pu) vəsaitinin alınaraq, İddiaçı verilməsi hissəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-457/2022 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin həmni hissədə əsaslılığını yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində məhkəmə İddiaçı iddia ərizəsinin qanunvericiliklə nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq, iddiadan imtina edilmə barədə qərardad qəbul etməməsi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən də qeyd edildiyi kimi, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı hüququnun pozulmasını ona qarşı məhkəmədə iddia qaldırılan vaxt bilmiş (X6 iddia ərizəsi 22 yanvar 2022-ci il tarixdə imzalanmış və məhkəməyə təqdim olunmuşdur), qanunla müəyyən olunmuş müddət ərzində hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-457/2022 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(033)-457/2022 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1041/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1041/2022
31.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver