Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1047/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızına və Cavabdeh3 qarşı “əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-356/2020 nömrəli qərardadından iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 Şəki şəhəri Qurcana küçəsində 0.06 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üçotaqlı, 77 kv.m yaşayış, 43.9 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən məcburi çıxarılmaları, onların istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Niyazi qızı birinci instansiya məhkəməsinə vəsatət göndərərək, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-452/2020 saylı iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək e-2(075)356/2020 saylı iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, həqiqətən də Şəki Rayon Məhkəməsinin icraatında iddiаçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3, “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri üzrə 2(075)-452/2020 saylı mülki iş vardır. Həmin iddia tələbi hazırda qaldırılmış iddia tələbi ilə əlaqəli olsa da, hesab edir ki, iş üzrə icraatın dayandırılmasına əsas yoxdur. Belə ki, cavabdehin məqsədi məhkəmə icraatını süni surətdə uzadaraq vaxt qazanmaqdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 xx xxxxxx 2020ci il tarixdə məhkəməyə ünvanladığı vəsatətini müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin icraatında olan onun və digər iddiаçılar Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ona və digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3,“xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş eyni əmlakla bağlıdır. Odur ki, həmin işə baxılıb yekun məhkəmə aktı qəbul olunmadan hazırkı tələbə baxılması mümkün deyildir. Bütün bunları nəzərə alaraq vəsatətin təmin edilməsini və iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(075)-356/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan iddiаçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3,“xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları üzrə 2(075)-452/2020 saylı mülki işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 qarşı «əmlakın boşaldılması» tələbinə dair e-2(075)-356/2020 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı “xxxx” ASC şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti şikayəti təmin edilməmiş vəonunşikayətiişlə birlikdə baxılmasıüçünŞəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti şikayəti onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli e-2(075)-356/2020 saylı qərardadı qəbul edərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsini səhv təfsir etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsaiş üzrə icraatı dayandırmalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, iş üzrə icraat o zaman dayandırıla bilər ki, digər məhkəmədə baxılan iş həll edilməyincə bu işə baxmaq mümkün olmasın. Yəni qanunun mənasına görə məhkəmədə baxılan əsas olan işin, digər işə hüquqi təsiri olması deyil, icraatın dayandırılmasına səbəb olan digər işin nəticəsi olmadan bu işə baxılmasının mümkün olmamasıdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddiaçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızının və X4 cavabdehlər İddiaçı ASC, “xxxx” MMC, üçüncü şəxslər Şəki rayon İcra şöbəsi, Bakı şəhəri Xətai rayon İcra şöbəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə qarşı “hərracın yekun protokollarının etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)- 9445/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.S.Səmədov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1224/2019 saylı qərarı ilə (sədrlik edən hakim Ə.Ə.Şadiyev) iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə mübahisənin predmeti xx xxxxxx 2015-ci il tarixli 05/02 saylı hərracın yekun protokolunun etibarsız hesab edilməsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya RX № ******* çıxarışın ləğv edilməsi olmuşdur. Hazırda Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-451/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh1 eyni protokolun etibarsız hesab edilməsini və eyni çıxarışın ləğv edilməsinə dair təkrarən məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa iddianın yolverilməzliyinəgörə qəbulundan imtina olunur (Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi). Hazırki işin materiallarından görünür ki, hərrac təşkilatçısı “xxxx” MMC olduğu halda, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-451/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh qismində işə heç bir aidiyyəti olmayan “X3” MMC-ni əsassız cəlb etməklə tərəflərin tərkibini süni şəkildə və qanunsuz olaraq dəyişmişdir.Göründüyü kimi, həmin iddia Cavabdeh2 tərəfindən formal və əsassız olaraq verilmişdir ki, hazırki mübahisənin qarşısını alsın və ədalət mühakiməsinin həyata keçirilməsini qanunsuz olaraq dayandırsın. Bundan başqa, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 452/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 təkrarən mübahisələndirdiyi xx xxxxxx 2015-ci il tarixli 05/02 saylı hərracın yekun protokolunun tarixindən 5 ildən artıq müddətin keçdiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərini nəzərə alsaq, bu halda, həmin iş üzrə iddia tələbinin iddia müddətinin ötürülməsi ilə verildiyini görərik. Bu isə həmin iddia tələbinin formal olaraq verildiyini və hazırki işin icraatının dayandırılmasına “xidmət” etdiyini bir daha göstərir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-452/2020 saylı mülki iş üzrə mübahisəyə məhkəmələr tərəfindən artıq baxılmış və hüquqi qiymət verilmiş, həmin işlər üzrə məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəf hüquqlarından sui-istifadə edərək, qanuni qüvvəsini almış məhkəmə qərarlarının icrasına və hazırki mübahisənin baxılmasına lüzumsuz olaraq və süni şəkildə maneələr yaradır və bununla da, Bankın hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə ərizə verərək işə onların iştitrakı olmadan baxılmasını və qərardadın ləğv edilərək iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş iddia ərizəsi və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(075)-452/2020 saylı qərardadından görünür ki, iddiаçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3,“xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaları ilə bağlı məhkəmə iclası xx xxxx 2020-ci il tarixə, saat 11:30-a Şəki Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 254.1.4-cü maddəsinə əsasən, iş Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda məhkəmənin icraatında olan iddiаçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3,“xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə 2(075)-452/2020 saylı işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. İşdən görünür ki, İddiaçı ASC xx xxxxxxxx 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa sənədinə istinad etməklə Şəki şəhəri Qurucana küçəsi 4 saylı evin cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 tərəfindən boşaldılmasını tələb edir. Hazırda isə həmin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış cavabdehlər və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən mübahisələndirilir. İddiaçı ASC-nin, həmçinin Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 iddiası üzrə Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işlərin predmeti eyni əmlaklar olduğundan, hazırda məhkəmənin icraatında olan iddiаçılar Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3 cavabdehlər “xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 Niyazi qızı və Cavabdeh3,“xxxx” ASC, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi və “X3” MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə 2(075)-452/2020 saylı mülki işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı mülki işə baxılması mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Azərbаycаn Respublikаsı MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 2(075)-356/2020 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397-398 və 400-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qə r а r а а l d ı : Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 2(075)-356/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1047/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1047/2020
14.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver