Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1058/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, İddiaçı, cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, onların vəkili Vəkil və digər cavabdeh Maraqlı şəxs5 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim E.Məmmədov)xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilməmişdir. İddiaçı аpelyаsiyа şikаyəti verərək qeyd olunan qətnаmənin ləğv оlunmаsını və iddiаnın təmin оlunmаsı barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiаsının təmin edilməsi, X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdehlər Maraqlı şəxs1, Maraqlı şəxs2, onların vəkili Vəkil Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiаsının təmin edilməsi, X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdehlər Firuzə və Maraqlı şəxs2lar və onların vəkili Vəkil Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddia tələbi belə əsaslandırılmışdır ki, X2 şəhəri, İ.Şamil küçəsi, ev 20 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 55,0 kv m olan fərdi yaşayış evi inşa etdirmişdir. Həmin vaxtdan onun ailə üzvləri olaraq sözügedən ünvanda yaşayırlar. X1 xx.xx.2003-cü ildə vəfat etmişdir. Atası vəfat edən zaman ona məxsus fərdi yaşayış evinin ümumi sahəsi 55,0 kv m olmuşdur. Lakin son zamanlar ona məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli mülkiyyət sənədinə əsasən, 17.05 2017-ci ildə atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 212,8 kv m göstərilmişdir. DƏDRX-nın 12 saylı Ərazi İdarəsi tərfindən verilmiş fərdi yaşayış evinin texniki pasportunda sözügedən evin ümumi sahəsi 55,0 kv m göstərilmişdir. Həmin evin ümumi sahəsi 55 kv m olmuşdur. 1986-cı ildə öz vəsaiti hesabına atasının məsləhəti ilə həmin evdə yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirmişdir. Lakin ona məlumat verilmədən 2017-ci ildə sözügedən evə atasının adına daşınmaz əmlakın dövlət reyestrindən ümumi sahəsi 212,8 kv m olmaqla, çıxarış verilmişdir. Hazırda sözügedən evdə yaşayır. Onunla birgə həmin evdə bacısı Maraqlı şəxs2 da yaşayır. Anasının və bacının məqsədi öz vəsaiti hesabına düşən hissəni adlarına rəsmiləşdirməkdir. Həmin evdən ona 35-40 kv m sahə qalır. Bununla bağlı anası Maraqlı şəxs1 Qax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Qax şəhəri, İ.Şamil küçəsi, 20 ünvanında yerləşən 1970-ci il də tikilmiş iki otaqlı, ümumi sahəsi 212,8 kv m, yaşayış sahəsi 55,0 kv m olan ev və onun yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/8 hissəsinə dövlət aktı əsasında verilmiş 0,47 ha pay torpaq sahəsinə vərəsliyin açılması və mərhum ərindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda sözügedən mübahisə Qax Rayon Məhkəməsinin icraatındadır. X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla bağlı xx.xx.2017-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi ilə bağlı DƏDRX-nın 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə xx xxxxxx 2017-ci i tarixli məktubla bundan imtina etmişdir, imtina əsassızdır. Odur ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qəbul edilərkən maddi hüquq normaları pozulduğundan ləğv edilməli və iddia tələbi aşağıda qeyd edilən qanunvercilik normalarına əsasən təmin edilməlidir. Qax Rayon Məhkəməsinin müvafiq qətnaməsindən görünür ki, məhkəmə iclasında izahat verən iş üzrə cavabdeh Maraqlı şəxs1 izahatında özü qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahəsi 55,0 m2 olmuşdur. Buradan aydın görünür ki, iş üzrə cavabdeh öz izahatında sözügedən fərdi yaşayış evinin əvvəlki vəziyyətinin 55,0 m2 olduğunu özü isbat edir. Belə olduğu halda məhkəmənin araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etməsi qanuna ziddir. Mübahisədən göründüyü kimi, həmin fərdi yaşayış evinin əsas mülkiyyətçisi X5 xx.xx.2003-cü ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra həmin evin konstruksiyasında dəyişikliklər edərək 212,8 m2 çatdırmışdır. Sözügedən fərdi yaşayış evinə adi gözlə baxdıqda evin əvvəlki vəziyyəti ilə hazırki vəziyyəti arasında fərqin olduğu görünür. Bundan əlavə, Qax Rayon Məhkəməsində şifahi vəsatət verərək həmin evin artırılmasında iştirak etmiş ustaların məhkəmədə şahid qismində dindirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Hüquq qabiliyyəti - insanın mülki hüquqlara malik olmaq qabiliyyətini də özündə ehtiva edir. X3 hüquq qabiliyyəti xx.xx.2003-cü ildə xətm edilmişdir. Odur ki, həmin tarixdən sonra o, hüquqlara malik ola bilməzdi. Ölmüş şəxsin 14 il sonra (xx.xx.2017-ci ildə) hər hansı əsasla (o cümlədən dövlət əmlakının özəlləşdirilməsi əsası ilə) subyektiv hüquq (mülkiyyət hüququ) əldə etməsi nəzəri və praktik baxımdan mümkün deyil. Qanunvericiliyin tələbindən görünür ki, mülkü hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Ölmüş şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunla qadağandır. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(024)-495/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kolegiyasının iclasında apelyasiya şikayətini müdafiə edən İddiaçı çıxışında bildirmişdir: – 1986-cı ildə atam Sadəddin Əlicanovun məsləhəti ilə mübahisəli evin ümumi sahəsini genişləndirdim. Atamın ölümündən sonra da həmin evdə müəyyən tikinti işləri aparmışam. Nəticədə, 2017-ci ilə qədər mübahisəli evin ümumi sahəsini 55 kv m-dən 212,8 kv m-yə qədər genişləndirdim. Ancaq öz adıma sənəd almamışam. 2017-ci ildə xəbərim olmadan anam və bacım həmin evi ölçdürüb ümumi sahəsi 212,8 kv m olmaqla, mərhum atamın adına çıxarış alıblar. Beləliklə, mənim tikdiyim sahə ümumi sahəyə daxil edilib. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdehlərlə bir yerdə yaşayırıq. Evin sahəsi faktiki olaraq 55 kv m idi, evin ümumi sahəsini mən genişləndirsəm də, atamın adına aldıqları reyestr çıxarışında 212,8 kv m göstərildiyi üçün hüquqlarım pozulub. Çıxarışda evin ümumi sahəsi 212,8 kv m yox, 55 kv m göstərilməlidir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Maraqlı şəxs5 bildirmişdir ki, atam İddiaçı dediklərini təsdiq edirəm. Əlavəm yoxdur. Apelyasiya şikayətin təmin edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Maraqlı şəxs1 oğlu İddiaçı onun suyunu, qazını və işığını kəsdiyini, çarəsiz qalıb evi üzərinə keçirmək qərarına gəldiyini, ona düşən evin payının verilməsini xahiş etdiyini, evin mərhum əri vəfat edənə qədər onun tərəfindən tikildiyini, onun vəfatından sonra oğlunun aynabəndə balkon əlavə etdiyini, daha sonra balkondan mətbəx, sanitar qovşağı düzəltdiyini, ancaq onun bir göz otağının qapısını dəyişdirməyə razı olmadığını bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən digər cavabdeh Maraqlı şəxs2 isə demişdir ki, mübasəli evdə anam və bacımla yaşayıram. Dəqiq yadımda qalmasa da, atam 1969-1970-ci illərdə mübahisəli evi tikib. İddiaçı 1982-ci ailə qurub, 1984-cü ildə isə şəhər icra nümayəndəliyinə ərizə yazıb təsərrüfatını ayırdı. O, 1986-cı ildə evi genişləndirmədi. Həmin ərəfələrdə tikməyə imkanı olsa idi ayrı təsərrüfatı olduğundan elə özü üçün ev tikərdi. İddiaçı işığımızı kəsib, məcburiyyətdən qonşudan işıq alırıq. Atam anamla birlikdə mübahisəli evi tikib. Atam fəhlə, anam da dərzi idi. İddiaçı evi genişləndirməyib, atam tikən evin içində tikinti aparıb, şüşəbənd düzəldib, arakəsmə edib və sair. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən Vəkil bildirmişdir ki, PX seriyalı ******* nömrəli çıxarış qanunla müəyyən edilmiş qaydada və əsaslarla verilmişdir. Mübahisəli ev iddiaçının atasına, torpaq sahəsi isə 8 nəfərə məxsusdur. Bundan başqa, iddiaçı mübahisəli evin onun tərəfindən genişləndiriləməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də Ali Məhkəmənin göstərişləri nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlardan, yəni: Qax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1970-ci il tarixli 02 saylı protokolundan çıxarışdan görünür ki, Qax şəhər sakini X3 texniki sənədləri nəzərə alınmaqla ona öz həyətyanı torpaq sahəsində yeni yaşayış evi tikməyə icazə verilməsi haqqında Qaxmuğal kənd ZDS icraiyyə Komitəsinin xx xxx 1969-cu il tarixdə 7 nömrəli iclas qərarı təsdiq edilmişdir. Qax şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1979-cu il tarixli 07 saylı protokolundan çıxarışdan görünür ki, Qaxmuğal kənd sakini X3 texniki sənədlər əsasında evinə calaşıq bir göz evin tikitisinə icazə verilməsi haqqında Qaxmuğal kənd XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1979-cu il tarixli 4 nömrəli iclas qərarının təsdiq edilməsi və şəxsi yaşayış evlərinini tikintisinə nəzarət etmək şəhər və kənd XDS icraiyyə komitəsinin rayon XDS icraiyyə komitəsinin memarlıq və tikinti şöbəsinə tapşırılması qərara alınmışdır. Qax şəhər XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1984-cü il tarixli 13 saylı protokolundan çıxarışdan görünür ki, Qax şəhəri, M.F.Axundov küçəsinin 2 nömrəli döngəsinin 20 nömrəli evində yaşayan İddiaçı Saəddin oğlunun öz atası X3 təsərrüfatından ayırlmaq istəməsi haqqında ərizəsi nəzərə alınmaqla, İddiaçı təsərrüfatı xx xxxxxx 1985-ci il tarixdən ayrı hesab edilmiş və ona ayrıca təsərrüfatın açılması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 212,8 kv m olan fərdi yaşayış evi X3 tam, 0,06 ha torpaq sahəsi isə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, İddiaçı Sadədin oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 ümumi birgə mülkiyyətindədir. DƏDRX-nın Şəki şəhər Ərazi İdarəsinin verdiyi reyestr nömrəsi **********356 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, İmam Şamil küçəsi, 20 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X4r və həmin fərdi yaşayış evinin ümumi sahəsi 212,8 kv m, yaşayış sahəsi isə 55,0 kv m-dir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(84)-1575/2017 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh DƏDRX-nın 12 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı RX seriyalı ******* saylı çıxarışla bağlı xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyatın ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-99/2018 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh DƏDRX-nın 12 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3 Maraqlı şəxs4 Maraqlı şəxs5 qarşı “RX seriyalı çıxarışla bağlı xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-116/2018 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı qüvvədə saxlanılmış və cavabdeh DƏDRX-nın 12 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3 Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı “RX seriyalı çıxarışla bağlı xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qax RİH başçısının şəhər İƏD üzrə nümayəndəsinin verdiyi xx.xx.2018-ci il tarixli 1422 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1-də yaşayır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı X3 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə iddiası əsasız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Belə ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 8.0.1 və 8.0.8-ci maddələrində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsində isə göstərilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndində isə göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının və normativ hüquqi aktların tələblərinə əsasən hesab edir ki, Sadəddin Əlicanovun mübahisəli ev üzərində istifadə hüququ əldə etməsi mülki işin materialları ilə istisna edilmədiyindən, onun həmin ev barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən ölməsi halında, qanunverici onun notarius tərəfindən müəyyən edilən qanun üzrə vərəsələrinin müraciəti əsasında onun adına çıxarış tərtib edilib verilməsini istisna etməmişdir. Digər tərəfdən, işdən görünür ki, cavabdeh Maraqlı şəxs1 mərhum Sadəddin Əlicanovun arvadıdır və o, sözügedən evi Sadəddin Əlicanovla birgə nikahları dövründə, birgə qazancları hesabına əldə etdiyini göstərib iddia tələbinə etiraz etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mərhum X3 adına qanuni əsaslarla verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğvi üçün işdə hər hansı əsasın olmamasına düzgün hüquqi qiymət vermişdir. İddia tələbindən və apelyasiya şikayətindən aydın olur ki, iddiaçının əsas dəlili budur ki, atası Sadəddin Əlicanovun xx xxxxxx 2003-cü ildə vəfatından sonra ondan miras qalmış evin ümumi sahəsi 55,0 kv metr olmuş, ancaq o hələ 1986-cı ildə evdə öz vəsaiti hesabına yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirmiş, lakin onun hesabına genişləndirilmiş həmin sahəyə də, yəni ümumi sahəsi 212,8 kv metr olan evə ondan xəbərsiz atası Sadəddin Əlicanovun adına hüquqların dövlət qeydiyyatı haqqında xx xxx 2017-ci il tarixli çıxarış alınmışdır. Anası Maraqlı şəxs1 isə məhkəmədə ayrıca iddia qaldıraraq onun vəsaiti hesabına tikilmiş hissəni də vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəyir. Apelyasiya şikayətinin dəlillərinə tənqidi yanaşan məhkəmə kollegiyası qeyd edir ki, mərhuma məxsus əmlaka dair çıxarışın Maraqlı şəxs1 ərizəsi əsasında verilməsi özüözlüyündə iddiaçının vərəsəlik hüquqlarını pozmur, çünki həmin çıxarışda göstərilən miras əmlakın mərhumun hansı vərəsəsi tərəfindən qəbulu, miras əmlakda vərəsələrin payı notariat orqanı və ya mübahisə olarsa, məhkəmə tərəfindən həll edilən məsələdir. Mərhumun mülkiyyətində hər hansı əmlakın olması barədə hüquqmüəyyənedici sənəd əldə edilmədən həmin əmlaka dair notariat qaydada qanun və ya vəsiyyət üzrə vərəsəliyin əldə edilməsindən söhbət gedə bilməz. İş materiallarından da görünür ki, tərəflər arasında Sadəddin Əlicanovdan miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və sair barədə mübahisəyə dair iddia birinci instansiya məhkəməsinin baxış predmeti olmuşdur. Çıxarış verilən əmlakın bir hissəsinin iddiaçının vəsaiti hesabına tikilməsi və həmin hissənin miras əmlaka daxil olması barədə apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, iş materiallarında evin məhz 1986-cı ildə iddiaçının vəsaiti hesabına tikilməsini özündə ehtiva edən heç bir yazılı sübut iş materiallarında mövcud deyildir. Apelyasiya şikayətində daha bir dəlil ondan ibarətdir ki, Qax Rayon Məhkəməsində şifahi vəsatət verərək həmin evin artırılmasında iştirak etmiş ustaların məhkəmədə şahid qismində dindirilməsini xahiş etsəm də, məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki işin materiallarında olan birinci instansiya məhkəmsinin iclas protokollarında iddiaçının bu barədə vəsatət verməsi müəyyən olunmur. MPM-in 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan hüquq normalarının mənasına görə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçı və cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik miras qoyanın istənilən vərəsəsinin müraciəti əsasında sözügedən evə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini qadağan etmir, hətta bununla yuxarıda qeyd edildiyi kimi vərəsəlik münasibətlərini daha dolğun və düzgün həll edilməsi üçün də şərait yaradır. Bundan əlavə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Lakin işdən görünür ki, iddia tələbinin qanuni əsası da yoxdur. Göstərilənlərlə yanşı, işdən o da müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etdiyi halda, iddia ərizəsində Maraqlı şəxs1 və digərlərini cavabdeh qismində deyil, maraqlı şəxslər kimi göstərmiş, birinci instansiya məhkəməsi isə işin bu halına diqqət yetirməmişdir. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun xx xxxx 2011-ci il tarixli 03 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apelyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-in 259-cu maddədə sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Apelyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-in 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPM-in 259-cu maddəsində sadalanan digər əsaslar apelyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz.” Məhkəmə kollegiyası göstərilənlərə əsasən, işin bu halına münasibət bildirilmiş və İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, iş üzrə qeyd edilən maraqlı şəxslərin cavabdehlər kimi qəbul edilməsi xahişini nəzərə alaraq tərəflərin fikrini öyrənərək yerində qərardad qəbul edib iddia ərizəsində qeyd olunan maraqlı şəxsləri cavabdeh kimi qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının iş üzrə gəldiyi bu nəticə MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsalıdır. Belə ki, həmin maddəyə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. X14 Məhkəməsinin presedentləri baxımından da məhkəmə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartlarını qəbul etməlidir. Belə ki, Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” iş üzrə (№ 25657/94 § 282) qərarında göstərmişdir ki, belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, barəsində mübahisə gedən daşınmaz əmlaka dair X3 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəliçıxarış veriləndə qanunvericiliyin tələblərinə əməl edilmiş və həmin çıxarışınləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə vəziyyətdə həmin çıxarışdan irəli gələn hüquqi nəticələr də ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsaslı deyil və təmin oluna bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (MPM-in 9.1-ci maddəsi). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarına, məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinciinstansiyaməhkəməsi iddia tələbini təmin etməməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(107)-1058/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1058/2020
05.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver