Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1061/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin bölünməsi, bu mümkün olmadıqda kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkimElbrus Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçı Sevda Amin qızının xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonunun Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddia təmin edilməməsiqət edilmişdir. İşin hаllаrı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi və bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa etdirmişdir. 2017-ci il tarixədək həmin mağaza binasından istifadə etmişdir. 2004-cü il tarixdən 2017-ci il tarixədək ərzaq mağazasının vergisini və digər xərclərini o ödəmişdir. Lakin 2017-ci il tarixdə qardaşı, hazırki iş üzrə Cavabdeh həmin mağazadan onu döyərək çıxartmış və 50000 manatdan yuxarı ərzaq mallarını zəbt edərək, sözügedən mağazadan istifadə edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və A seriyalı 404456 nömrəli plan-ölçü sənədindən görünür ki, 0.0499 ha topraq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində iki tikili mövcudur. Mağaza binası və onun arxasında yerləşən anbar. Mübahisədən və iddia ərizəsinə əlavə edilmiş digər sübutlardan görünür ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və A seriyalı 404456 nömrəli plan-ölçü sənədinə əsasən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv.metr mağaza binası və arxasında yerləşən anbar onun tərəfindən inşa edilmişdir. Hazırda 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılaraq ona verilməsi zərurəti yaranmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, həmin payın bölünməsi tələb olunan torpaq sahəsində İslahatdan qabaq onun tərəfindən tikililər inşa edilmişdir. Hazırda həmin torpaq sahəsinin bölünməsi mümkün deyil və o, kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılmasına razı deyildir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən mübahisənin həlli xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilmiş, ekspert rəyi məhkəməyə daxil olmuşdur. Mülki işdə olan xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, mübahisə predmeti olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsi iddiaçının, 1/5 hissəsi isə cavabdehin payı olmaqla tərəflərin mülkiyyətinə verilmişdir. Mülki işdə olan ekspert rəyindən görünür ki, tərəflərin paylı mülkiyyətində olan, sözügedən 0.0499 ha torpaq sahəsinin tərəflərin payına münasibətdə naturada ayrılması mümkün deyildir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin tərəflərin izahatları və iş materialları əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh bacı-qardaşdırlar. İddiaçı məhkəməyə müraciət edərək tərəflərin paylı mülkiyyətində olan 0.0499 ha torpaq sahəsinin paylarına uyğun olaraq naturada ayrılmasını, mümkün olmadıqda isə kompenasiya ödənilməklə cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Mübahisələndirilən 0.0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən tikilmiş mağaza binası və əlavə köməkçi tikililər vardır. Həmin torpaq sahəsinin təqribən 300 kv.metr hissəsi tikililər altında yerləşir ki, bu da işin mübahisələndirilməyən faktiki halıdır. Məhz bu səbəbi ekspert tərəfindən torpaq sahəsinin paylara münasibətdə naturada ayrılmasının mümkün olmaması rəyi verilmişdir. Yəni torpaq sahəsi təyinat üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da boş deyildir və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyətinin dəlilləri İddiaçı аpelyаsiyа şikаyəti verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların DövləT qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətimdədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa etdirmişəm. 2017-ci il tarixədək həmin mağaza binasından istifadə etmişəm. 2004-cü il tarixdən 2017-ci il tarixədək ərzaq mağazasının vergisim və digər xərclərini mən ödəmişəm. Lakin 2017-ci il tarixdə qardaşım, hazırki iş üzrə Cavabdeh həmin mağazadan məni döyərək çıxartmış və 50 000 manatdan yuxarı ərzaq mallarını zəbt edərək, sözügedən mağazadan istifadə edir. Bu səbəbdən Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətimdə olan 4/5 hissəsinin naturada ayrılıb mənə verilməsi və bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020 -ci il tarixli 2(033)-54/2020 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmədi. İddia tələbinin təmin edilməməsini məhkəmə ekspert rəyinə əsaslanaraq iddia tələbini rədd etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020 -ci il tarixli 2(033)-54/2020 saylı qətnaməsi qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və iddia tələbim təmin edilməlidir. Mübahisənin predmetindən görünür ki, tələb iki hissdən ibarətdir. Tələbin birinci hissəsi ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətimdə olan 4/5 hissəsinin naturada ayrılıb mənə verilməsidir. Ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Tələbin ikinci hissəsi isə ondan ibarətdir ki, sözügedən torpaq sahəsini naturada bölmək mümkün olmadıqda torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiyaödənilməklə çıxarılmasıdır. Lakin Zaqatala Rayon Məhkəməsi işin birinci halını nəzərə alsa da ikinci haklı nəzərə almamışdır.Məhkəmə özü qətnaməsindən qeyd edir ki, mülkiyyətçinin payı güzi olduqda ona kompensasiya ödəməklə torpaq sahəsindən çıxarılma mümkün ola bilər. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş sənədlərdən görünür ki, sözügedən torpaq sahəsinin 4/5 hissəsi mənə məxsusdur. Cavabdeh isə 1/5 hissə məxsusdur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)- 54/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx xxx 2020-ci il tarixli məhkəmə iclasında apelyasiya şikayətin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya dəliləri ilə razaılaşmıyaraq hesab edir ki, birinci instasniya məhkəməsi tərəfindən iddiaçı Sevda Amin qızının xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Zaqatala rayonunun Muxax kəndində yerləşən 0.0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiası haqlı olaraq rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Hüquq normalarının məzmunundan göründüyü kimi paylı mülkiyyətçilərin payı naturada ayrıla bilər. Əgər payların naturada ayrılması mümkün deyildirsə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının dəyərini paylı mülkiyyətin digər mülkiyyətiçisindən ödənilməsini tələb edə bilər. Göründüyü kimi paylı mülkiyyətdə olan payın ödənilməsini tələb etmək hüququ paylı mülkiyyətçinin özünə məxsusdur. Yəni paylı mülkiyyətçi özü ona düşən payın digər mülkiyyətçilər tərəfindən ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı isə özünün 4/5 hissədən ibarət payının deyil, iş üzrə cavabdehin 1/5 hissəsinə kompensasiya ödənilməsini və sonuncunun torpaq sahəsindən çıxarılmasını tələb edir. Hansı ki, iddiaçının digər paylı mülkiyyətçinin payına münasibətdə belə bir tələb hüququ yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki,məhkəmə tərəfindən o halda paylı mükiyyətin mülkiyyətçisinin razılığı olmadan digər mülkiyyətçilərin öhdəsinə kompensasiya ödənilməsi vəzifəsini qoya bilər ki, paylı mülkiyyətçinin payı cüzi olsun və onun mühüm mənafeyi olmamış olsun. Hansı ki, hazırda mübahisələndirilən torpaq sahəsi üzərində iş üzrə cavabdeh tərəfindən tikilmiş mağaza binası və əlavə tikililər vardır ki, bu da sonuncunun mühüm mənafeyinin olmasına dəlalət edir və razılığı olmadan payların əvəzinin ödənilməsi imkanını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə iddiaçıya münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaç İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-54/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1061/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1061/2020
29.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver