Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1065/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tаrixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 16 fevral 2021-ci il tаrixli 2(019)-21/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 1785.84 manat və 650 manat olmaqla cəmi 2435.84 manat və mənəvi ziyana 3000 (üç min) manat, ümumilikdə 5435.84 manat tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 2,26 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşin hаllаrı İddiaçı nümayəndəsi-vəkili vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 5933 (beş min doqquz yüz otuz üç) manat və 16225 (on altı min iki yüz iyirmi beş) avro, mənəvi ziyana görə 50000 (əlli min) manat pul vəsaitinin Cavabdeh tutulub, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuşdur. Həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işi aparılarkən məlum olmuşdur ki, üzərində Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı zamanı qarın nahiyyəsində həkim mama-ginekoloq Cavabdeh (iş üzrə cavabdeh) bir ədəd tibbi bint (tampon) qoyması, həmin tibbi bintin qarın boşluğunda qalaraq vəziyyətinin kritik ağırlaşması və təkrar üzərində cərrahiyyə əməliyyatı olunması, əməliyyat zamanı böyük piyliyin və bağırsağının bir hissəsinin rezeksiya edilərək, götürülməsi baş vermişdir. Belə ki, 28 mart 2017-ci il tarixdə hamilə olduğu üçün o, Balakən Rayon Mərkəzi Xəstəxananın doğum evində şöbə müdiri-həkim-ginekoloq Cavabdeh müraciət etmişdir. Cavabdeh onu müayinə etdikdən sonra, səhər gəlməyini və üzərində mütləq qeysər kəsiyi əməliyyatı keçirməsini bildirmişdir. 29 mart 2017-ci il tarixdə Cavabdeh tövsiyyə etdiyi kimi, ona müraciət etmiş, o, həmin gün üzərində qeysər kəsiyi əməliyyatı keçirmiş və onun bir övladı anadan olmuşdur. Üzərində əməliyyat keçirməmişdən əvvəl Cavabdeh əməliyyat keçirdiyinə görə ödəniş etməsini tələb etmişdir. Cavabdeh üzərində qeysər kəsiyi əməliyyat keçirərkən qarın nahiyyəsində tənzif bağı saxlamışdır. Əməliyyat nəticəsində həkimlər onu xilas etmək üçün bağırsağının bir hissəsini kəsməyə məcbur olmuşlar. Buna görə də o, əməliyyat olunmamışdan əvvəl Cavabdeh 400 (dörd yüz) manat pul ödəmişdir. O, bir neçə gündən sonra xəstəxanadan çıxarılmışdır. Bundan altı ay keçdikdən sonra vəziyyəti kəskin surətdə pisləşdiyinə görə cavabdehə müraciət etmişdir. USM-dən keçdikdən sonra Cavabdeh ona bildirmişdir ki, qarın nahiyyəsində kista əmələ gəlmişdir. Bundan sonra o, Zaqatala rayonunun Diaqnostika Mərkəzinə müraciət etmiş, orada müayinədən keçdikdən sonra üzərində təcili əməliyyat aparılmasını ona bildirmişlər. Vəziyyəti getdikcə pisləşmiş, qan analizləri çox pis nəticə göstərmişdir. Nəticədə üzərində birinci əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əməliyyat zamanı aşkar olunmuşdur ki, üzərində qeysər kəsiyi əməliyyatı keçirməyə ehtiyac yox idi. Bundan başqa Cavabdeh səhvinə görə onda qan zəhərlənməsi, dalaq və qara ciyərin şişməsi əmələ gəlmişdir. Zaqatala rayonunun Diaqnostika Mərkəzinin həkimləri Cavabdeh səhvini düzəldərək, onun sağ qalması üçün mübarizə aparmışlar. Bundan sonra üzərində yenə iki cərrahiyyə əməliyyat aparılmışdır. O, müalicə olunarkən qohumları Cavabdeh müraciət etmiş, vəziyyəti ona izah etmiş və heç olmasa müalicə haqqını ödəməyə köməklik etməyi xahiş etmişlər. Lakin Cavabdeh qohumlarına çox kobud surətdə bildirmişdir ki, burada nə olub ki, nə olsun ki, tənzif yadından çıxıb qarnında, hara istəyirlər, şikayət edə bilərlər, o, adamsız deyil, şikayət eləsələr də, pul verib özünü qurtaracaqdır. Bundan sonra o, Cavabdeh hərəkətindən prokurorluğa şikayət etmiş və yuxarıda qeyd olunduğu kimi, barəsində hökm çıxarılmışdır. Baş vermiş hadisələr nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, üzərində müayinə və əməliyyat aparılması üçün 3000 (üç min) manat pul vəsaiti sərf edilmişdir. Bundan əlavə hüquqlarını müdafiə etmək üçün tərəfindən vəkil xərclərinə görə 650 (altı yüz əlli) manat pul vəsaiti ödənilmişdir. Daha sonra Balakən rayonunda qeydiyyatda olduğuna baxmayaraq, həyat yoldaşının işi ilə əlaqədar Bakı şəhərində kirayə yaşamışdır. Ona görə də həmin cinayət işi Balakən Rayon Məhkəməsində və Şəki Apellyasiya Məhkəməsində baxılarkən məhkəmədə iştirak etmək üçün 1080 (bir min səksən) manat yol xərcləri olmuşdur. Bundan başqa baş vermiş hadisə nəticəsində qalın bağırsağının bərpa olunması üçün yenə üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır. Bununla bağlı həmin cinayət işi üzrə hökm ingilis dilinə tərcümə olunmuş və Almaniya ölkəsində çalışan işçilərlə nümayəndəsi arasında müəyyən yazışmalar aparılmış və hökmün tərcümə olunmuş variantı tələb olunmuşdur. Buna görə də hökm tərcümə olunmuş və Almaniyaya nümayəndəsinin elektron poçt vasitəsilə göndərilmişdir. Hökmün tərcüməsi üçün tərəfindən 200 (iki yüz) manat pul vəsaiti ödənilmişdir. Almaniyada çalışan işçilərlə yazışmalar nəticəsində bildirmişlər ki, ancaq qiyabi məsləhət üçün ona 800 (səkiz yüz) avro pul vəsaiti tələb olunur. Həmin əməliyyatın aparılması xarici ölkələrdə, o cümlədən Almaniyada aparılır və əməliyyatın aparılması üçün ən əvvəl əyani müayinə tələb olunur-müayinə xərci Almaniya klinikalarında 3437 (üç min dörd yüz otuz yeddi) avrodan başlayaraq 5425 (beş min dörd yüz iyirmi beş) avroya qədər, əməliyyatın aparılması üçün 8000 (səkkiz min)- 10000 (on min) avroya qədər pul vəsaiti tələb olunur. Bundan əlavə bir nəfər üçün Azərbaycandan Almaniyaya və Almaniyadan Azərbaycana «AZAL» şirkətindən satılan təyyarəyə gedişgəliş üçüş bileti 915-973 (doqquz yüz on beş doqquz yüz yetmiş üç) manat pul təşkil edir. Ümumilikdə Almaniyada müayinə və əməliyyat aparılması üçün 16225 (on altı min iki yüz iyirmi beş) avro pul vəsaiti tələb olunur. Bundan başqa hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat pul vəsaiti dövlət rüsumu tərəfindən ödənilmişdir. Beləliklə, Cavabdeh tərəfindən ona ümumilikdə 16225 (on altı min iki yüz iyirmi beş) avro və 5933 (beş min doqquz yüz otuz üç) manat miqdarında: 3000 (üç min) manat - müayinə və əməliyyat aparılmasına görə; 650 (altı yüz əlli) manat - vəkil xərcləri; 1080 (bir min səksən) manat - yol xərcləri; 200 (iki yüz) manat - tərcümə haqqı; 973 (doqquz yüz yetmiş üç) manat - təyyarə bileti üçün; 30 (otuz) manat - dövlət rüsumu; 16225 (on altı min iki yüz iyirmi beş) avro müayinə və əməliyyat xərcləri maddi ziyan dəymişdir və bundan əlavə həmin hadisələr nəticəsində mənəvi cəhətdən əzab və sarsıntı keçirmişdir. Hesab edir ki, bu hadisələr nəticəsində Cavabdeh mənəvi əzablarına görə xeyrinə mənəvi ziyan ödəməlidir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq Cavabdeh tərəfindən əməliyyatla bağlı alınmış 400 manat vəsaitin ona qaytarılmasını, bir qisim dərmanların alınması üçün 1785,84 manat məbləğində vəsait ödədiyini göstərərək, iddianın təmin olunmasını xahiş etmişdir. 22 iyun 2020-ci il, 01 iyul 2020-ci il və 30 noyabr 2020-ci il taridə keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X6 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uğün izahat vermiş, əlavə olaraq təmsil etdiyi İddiaçı tərəfindən müalicəsi üçün çoxlu dərmanları öz vəsaiti heabına aldığını, İddiaçı o cümlədən aldığı bir sıra dərmanlara 1785, 84 manat məbləğində vəsait sərf etdiyini, bunun müvafiq arayışla təsdiq olunduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həmin maddə ilə hökm çıxarılmışdır. Cavabdeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, o, Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri, baş mama-ginekoloqu vəzifəsində işlədiyi zaman 28.03.2017-ci il tarixdə Balakən rayon sakini İddiaçı keysəriyyə yolu ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qız övladı dünyaya gətirmişdir. Həmin cərrahiyyə əməliyyatında Cavabdeh cərrah həkim kimi, X2 isə onun asistenti kimi iştirak etmişdir. Cərrahiyyə əməliyyatı uğurla keçmiş, xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Bundan sonra Cavabdeh həmin xəstəni görməmiş, 2017-ci ilin oktyabr ayının əvvəllərində İddiaçı yaxın qohumları, yəni 2 nəfər qadın onun yanına gələrək, xəstə İddiaçı uzun müddət qarın nahiyəsindəki ağrılardan əziyyət çəkməsini bildirmişlər. Yaxın qohumlarının dediyinə görə 28.03.2017-ci il tarixdə Balakən rayon sakini İddiaçı Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində keysəriyyə yolu ilə əməliyyat olan zaman onun bağırsağında bir ədəd tibbi bint (tampon) qalmışdır. Cavabdeh həmin vaxt adlarını bilmədiyi, lakin üzdən tanıdığı həmin şəxslərə bildirmişdir ki, əgər İddiaçı bu günə kimi qarın nahiyəsindəki ağrılardan əziyyət çəkmişdirsə, hansı səbəbdən bu günə kimi ona müraciət etməmişdir. Bundan sonra isə İddiaçı anası bildirmişdir ki, qızı Bakı şəhərində yaşadığı üçün orada bir sıra xəstəxanalara müraciət etmiş, orada da qarnındakı ağrıların normal olduğunu bildirmişlər. Daha sonra isə İddiaçı yaxın qohumları xəstəxananı tərk etmişlər. 2017-ci ilin oktyabr ayının əvvəllərində Cavabdeh Sevil Mehdiyeva ilə birlikdə X10 Mərkəzində müalicə alan İddiaçı yanına gedərək, onun səhhəti ilə maraqlanmış,həmin vaxt İddiaçı Cavabdeh və Sevil Mehdiyevaya onlardan heç bir şikayətinin olmadığını, sadəcə olaraq sağalması üçün maddi köməklik istədiyini bildirmişdir. Xəstə İddiaçı keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı olunmasına göstəriş Cavabdeh tərəfindən verilmişdir, buna səbəb isə xəstədə vaxtı ötən hamiləlik, 6 ilə yaxın müddətdə sonsuzluq əlamətləri və doğuş yollarının doğuşa hazır olmaması olmuşdur. Hətta Cavabdeh xəstə İddiaçı cərrahiyyə əməliyyatı edən zaman göbək ciyəsinin 2 dəfə körpənin boynuna dolanması hallarını müşahidə etmişdir. Cavabdeh İddiaçı qeysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı edən zaman operator həkim vəzifəsini yerinə yetirmiş, xəstənin qarın boşluğunun qurudulması üçün nəzərdə tutulan tibbi bintləri (tamponları) istifadə etmiş, cərrahiyyə əməliyyatı yekunlaşdıqdan sonra hər hansı bir sayda tibbi bint (tampon) xəstənin qarın boşluğunda qalmamışdır. Cavabdeh həmin tamponları istifadə etdikdən sonra cərrahiyyə blokunun tibb bacısı X3 onun verdiyi sayla təhvil vermişdir. Prosedura qaydalarına uyğun olaraq Cavabdeh İddiaçı üzərində cərrahiyyə əməliyyatı aparan zaman əməliyyatda istifadə etdiyi tibbi bintləri (tamponları) müəyyən sayla cərrahiyyə blokunun baş tibb bacısı Elnarə Bodurovadan təhvil almış, əməliyyat bitdikdən sonra isə həm istifadə etdiyi, həm də istifadə etmədiyi tibbi bintləri (tamponları) Elnarə Bodurovaya təhvil vermişdir. Əgər həmin vaxt tibb bacısı bintlərin sayında uyğunsuzluq aşkar etmiş olsaydı, ona bu barədə məlumat verərdi. Cavabdeh İddiaçı üzərində cərrahiyyə əməliyyatı apardıqdan sonra onun qarın boşluğunu tam nəzərdən keçirib, əməliyyatı yekunlaşdırmışdır. Cavabdeh hesab edir ki, İddiaçı qarın boşluğunda hər hansı bir cərrahi alət və ya bintin (tampon) qalması mümkün deyildir. Cavabdeh barəsində çıxarılmış hökmdən həm apellyasiya şikayəti, həm də kassasiya şikayəti verilsə də, onun şikayətləri təmin olunmamış, Cavabdeh təqsirli olması müəyyən edilmişdir. Cavabdeh iddiaçıya heç bir maddi və mənəvi zərər yetirməmişdir. İddiaçı əməliyyatdan sonrakı dövrdə hamilə qalmış, ikinci övladını dünyaya gətirmişdir. Onun doğuşu 09 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Respublika Kliniki Xəstəxanasında aparılmışdır. Onun hamiləliyinin fərdi vərəqəsində bütün ultrasəs və analizlərin cavablarına əsasən sağlamlığında heç bir problem yoxdur. Həkim müayinəsi zamanı anamnezində sağlamlığında heç bir problemin olmadığı qeyd edilmişdir. İddiaçı ölkə xaricində, Almaniyada müalicəyə ehtiyacının olmasına dair Azərbaycanda heç bir diaqnoz-epikriz qoyulmamış, bu barədə həkim rəyi epikrizi yoxdur. Cavabdeh 566,60 manat əmək haqqı alır. Cavabdeh ailəlidir. Onun başqa qazancı (gəliri) yoxdur. Ona qarşı əsassız olan bir iddianın təmin edilməsi Cavabdeh üçün ağır məhrumiyyətlər yaradacaq və ona qarşı çox qanunsuz bir addım olacaqdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İddiaçı bibisidir. O, İddiaçı ilə bağlı bütün proseslərdə iştirak etmişdir. İddiaçı qarşı cinayət əməli törədən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ilə qüvvədə qalmışdır. Məlum olmuşdur ki, İddiaçı üzərində Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı zamanı qarın nahiyyəsində həkim mama-ginekoloq Cavabdeh bir ədəd tibbi bint (tampon) qoymuş,həmin tibbi bint Nərminin qarın boşluğunda qalaraq, vəziyyətinin ağırlaşmasına və təkrar üzərində cərrahiyyə əməliyyatının aparılmasına səbəb olmuşdur. Əməliyyat zamanı İddiaçı böyük piyliyinin və bağırsağının bir hissəsi kəsilərək, götürülmüşdür. Nərmin 28 mart 2017-ci il tarixdə hamilə olduğu üçün Balakən Rayon Mərkəzi Xəstəxanasının doğum evində şöbə müdiri-həkim-ginekoloq Cavabdeh müraciət etmiş, Cavabdeh onu müayinə etdikdən sonra üzərində mütləq qeysər kəsiyi əməliyyatı keçirməsini bildirmişdir. 29 mart 2017-ci il tarixdə İddiaçı Cavabdeh müraciət etmiş, Cavabdeh həmin gün Nərminin üzərində qeysər kəsiyi əməliyyatı keçirmiş və Nərminin bir övladı anadan olmuşdur. Bicilova X8 üzərində qeysər kəsiyi əməliyyatı keçirərkən qarın nahiyyəsində tənzif bağı saxlamışdır. Əməliyyat nəticəsində həkimlər Nərmini xilas etmək üçün bağırsağının bir hissəsini kəsməyə məcbur olmuşlar. Bir neçə gündən sonra Nərmin xəstəxanadan çıxarılmışdır. Bundan altı ay keçdikdən sonra İddiaçı vəziyyəti kəskin surətdə pisləşmiş və Cavabdeh müraciət etmiş, Cavabdeh Nərminə onun qarın nahiyyəsində kista əmələ gəldiyini bildirmişdir. Bundan sonra Nərmin Zaqatala rayonunun Diaqnostika Mərkəzinə müraciət etmiş, orada müayinədən keçdikdən sonra üzərində təcili əməliyyat aparılması ona bildirilmiş, Nərminin vəziyyəti getdikcə pisləşmiş, qan analizləri çox pis nəticə göstərmişdir. Nəticədə Nərminin üzərində birinci əməliyyat keçirilmişdir. Əməliyyatdan sonra Nərmin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əməliyyat zamanı aşkar olunmuşdur ki, Nərminin üzərində qeysər kəsiyi əməliyyatı keçirməyə ehtiyac yox idi. Bundan başqa Cavabdeh səhvinə görə Nərmində qan zəhərlənməsi, dalaq və qara ciyərin şişməsi əmələ gəlmişdir. Zaqatala rayonunun Diaqnostika Mərkəzinin həkimləri Cavabdeh səhvini düzəldərək, İddiaçı sağ qalması üçün əlindən gələni etmişlər. Bundan sonra Nərminin üzərində yenə iki cərrahiyyə əməliyyat aparılmışdır. Nərmin müalicə olunarkən qohumları Cavabdeh müraciət etmiş, vəziyyəti ona izah etmiş və heç olmasa müalicə haqqını ödəməyə köməklik etməyi xahiş etmişlər. Lakin Cavabdeh onlara çox kobud surətdə hara istəyirlərsə, şikayət edə biləcəklərini, hər yerdə adamının olduğunu bildirmişdir. Bundan sonra İddiaçı Cavabdeh hərəkətindən prokurorluğa şikayət etmiş və yuxarıda qeyd olunduğu kimi, Cavabdeh barəsində hökm çıxarılmışdır. Baş vermiş hadisələr nəticəsində Nərminə maddi və mənəvi ziyan dəymişdir ki, iddia ərizəsində də bu göstərilmişdir. Həmin hadisələr nəticəsində İddiaçı mənəvi cəhətdən çox əzab, stress və sarsıntı keçirmişdir. İddiaçı müalicəsi üçün çoxlu dərmanları aptekdə öz vəsaiti heabına almış, lakin apteklərdən çeklər almamışdır. İddiaçı onun iştirakı ilə aldığı bir sıra dərmanlara görə 1785, 84 manat məbləğində vəsait ödəmişdir ki, bu da işdə olan müvafiq arayışla təsdiq olunur. İddiaçı hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə İddiaçı pulundan 650 manatı Nərminin tapşırığı ilə o, ödəmişdir. Vəkilə ödənilən həmin 650 manat pul İddiaçı olmuşdur. Belə ki, işdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 1(019)-22/2018 nömrəli hökmündən görünür ki, Cavabdeh Balakən Rayon Mərkəzi Xəsətxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qüvvədə olan 03 oktyabr 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş «Doğuşun induksiyası və stimulyasiyası üzrə» klinik protokolun qaydalarını pozaraq, «Kesar» kəsiyi cərrahiyyə əməliyyatına tibbi göstəriş olmadığı halda «42 həftə hamiləlik, latent faza, baş gəlişi, döl başının hündürdə duruşu» diaqnozu ilə xəstəxanaya müraciət etmiş xx.xx.1988-ci il təvəllüdlü İddiaçı üzərində 28.03.2017-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı icra edərək, qadın cinsli, çəkisi 3.500 qram, boyu 51 sm olan diri uşaq çıxarması, qarın boşluğunu lazımi qaydada təftiş etməyərək, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq, qarının ön divarlarını qatqat tikməsi, qarın boşluğunda uzun müddət yad cismin qalmasının İddiaçı ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə, çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişaf etməsinə səbəb olmaqla bunun da həyat üçün təhlükə təşkil edən ağırlaşmalara gətirib çıxarması, bununla əlaqədar İddiaçı 27.09.2017-ci il tarixdə X10 Mərkəzində təkrar cərrahiyyə əməliyyatına məruz qalması, əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsağın 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülməsi müəyyən edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq olunması hökm edilmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 1 (107)- 15/2019 nömrəli qərarından görünür ki, Cavabdeh və onun müdafiəçisi Vəkil2, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş,Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə məhkum edlilməsinə dair Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli, 1(019)-22/2018 saylı hökmü baxılan apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 1(102)- 796/2019 nömrəli qərarından görünür ki, Cavabdeh müdafiəçisi Vəkil2 kassasiya şikayəti və zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi-vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmışdır. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən X11 X1 27 sentyabr 2017-ci il tarixli müayinə protokolundan görünür ki, İddiaçı çanaqda kistoz tərəmə, duqlasda maye, periton qıcıqlanma əlamətləri, xroniki hepatit əlamətləri aşkar olunmuşdur. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən X11 X4 09 oktyabr 2017-ci il tarixli müayinə protokolundan görünür ki, İddiaçı bağırsaqlarda zəif peristaltika izlənir, bağırsaq ilgəkləri arasında yayılmış formada və kiçik çanaqda az miqdarda 400-500 ml sərbəst maye izlənməsi aşkar olunmuşdur. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən 12 saylı Hüquq Məsləhətxanasının 14 mart 2019-cu il tarixli GSU 076780 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şahid cinayət işi ilə bağlı hüquqi yardım üçün 200 manat pul ödəmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun 24 oktyabr 2018-ci il tarixli GSU 217981 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şahid cinayət işi ilə bağlı hüquqi yardım üçün 150 manat pul ödəmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun 03 may 2019-cu il tarixli GSU 467654 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Həmid qızı cinayət işi ilə bağlı hüquqi yardım üçün 100 manat pul ödəmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən 12 saylı Vəkil Bürosunun 03 may 2019-cu il tarixli GSU 467655 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Həmid qızı cinayət işi ilə bağlı hüquqi yardım üçün 100 manat pul ödəmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən 13.03.2020-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı hüquqi yardım üçün 100 manat pul ödənilmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən "xxxx" Rent Car MMC-nin arayışından görünür ki, Şahid "xxxx" Rent Car MMC-dən icarəyə avtomaşın götürmüş və ümumilikdə1080 manat icarə haqqı ödəmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 430/KEŞ nömrəli, 26 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1988ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmətibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı adına “X10 Mərkəzi”ndə tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 27.09.2017-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Kiçik çanaqda kistoz törəmə. Kəskin qarm” diaqnozu düzgün təyin olunmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə həyati göstərişlə onun üzərində “Absesin” ləğvi, böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı yad cisim “Tampon” aşkar olunaraq götürülmüş, böyük piyliyin və bağırsağın bir hissəsi rezeksiya olunmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı abdominal ultrasəs və qarın boşluğunun icmal rentgenoqrafiya müayinələri aparılmış və müayinələrə əsasən ,onun üzərində icra edilmiş “Absesin ləğvi. Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar hal-hazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. İşdə olan 29 dekabr 2017-ci il tarixli, 12 mart 2018-ci il tarixli, 10 oktyabr 2018-ci il tarixli, 12 dekabr 2019-cu il tarixli, 18 avqust 2019-cu il tarixli və 18 fevral 2020-ci il tarixli həkim reseptlərindən görünür ki, İddiaçı müalicəsi ilə bağlı həmin həkim reseptlərində bir sıra dərman preparatlarının alınmalı olması göstərilmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən “Paşa-K aptekinin 23 dekabr 2020-ci il tarixli 115/K nömrəli arayışından görünür ki, 12 saylı Vəkil Bürosunun 14 dekabr 2020-ci il tarixli 789 №-li sorğusuna cavab olaraq təqdim edilmiş həmin-29 dekabr 2017-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 144,75 AZN (yüz qırx dörd manat yetmiş beş qəpik);-12 mart 2018-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 366,10 AZN (üç yüz altmış altı manat on qəpik);-10 oktyabr 2018-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 356 AZN (üç yüz əlli altı manat);-12 dekabr 2019-cu il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 405,50 AZN (dörd yüz beş manat əlli qəpik);-18 avqust 2019-cu il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 266,19 AZN (iki yüz altmış altı manat on doqquz qəpik);-18 fevral 2020-ci il tarixli həkim resepti üzrə dərman vəsaitlərinin ümumi qiymətinin 247,30 AZN (iki yüz qırx yeddi manat otuz qəpik) təşkil etməsi, ümumilikdə təqdim edilmiş bu həkim reseptləri üzrə dərman vəsaitlərinin qiymətinin 1785.84 AZN (bir min yeddi yüz səksən beş manat səksən dörd qəpik) təşkil etməsi göstərilmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Ş Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tаrixli qətnaməsindən apellyasiya şikayətləri vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyətində göstərmişlər ki, Balakən Rayon Məhkəməsinin 2(019)-12/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehn qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 1785, 84 manat və 650 manat olmaqla cəmi 2435,84 manat və mənəvi ziyana görə 3000 manat, ümumilikdə 5435, 84 manat tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-12/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi tamamilə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və prosessual hüquq normalarınm pozulması ilə qəbul edilmiş qanunsuz və əsassız qətnamədir. Həmin qətnamə ilə Cavabdeh konstitusion hüquqları, eləcə də ədalətli məhkəmə araşdırılması hüququ ciddi şəkildə pozulmuş, məhkəmə qətnaməsini qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun qəbul etməli olduğu halda, bir neçə dəfə təkrarlıqla obyektiv həqiqət ifadəsini qətnamədə qeyd etməklə işdə qətiyyən real zərərin olmasını sübut kimi qəbul olunması yol verilməyən haldır. İddiaçı 2017-ci ildə Balakən Rayon Mərkəzi Xəstəxanasında cavabdeh tərəfindən əməliyyat olunduqdan sonra onda olan fəsadlara görə hər hansı bir pul vəsaiti xərcləmədiyi, sonrakı əməliyyatlarını dövlət xesabına Zaqatala rayon X5 etdirdiyini, hər hansı bir maddi vəsait xərcləmədiyi halda, 2020-ci ilin yanvarında Bakı şəhəri Respublika Klinik Xəstəxanasında normal şəkildə uşaq doğduğu halda, 2017-ci ildən bu vaxta kimi Cavabdeh tərəfindən ona edilən əməliyyat zamanı sağlamlığında olan fəsadların aradan qaldırılmasına görə pul vəsaiti xərcləmədiyi və buna görə hər hansı bir ödəniş qəbzi, çeki, pul köçürməsi olmadığı xalda, məhkəmə İddiaçı məhkəməyə təqdim etdiyi, qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyata alınmayan dərman reseptlərinə görə qiymət müəyyən edib həmin reseptdə qeyd olunan qiymətləri toplamaqla onları real maddi zərər hesab edərək, İddiaçı tərəfindən ödənilməyən pul vəsaitini Cavabdeh tutmuşdur. Balakən rayon Məhkəməsinin 2(019)-12/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsini yeni bir məhkəmə presedenti kimi Avropa İnsan Hüquqları Məhkəməsinin ekspertlərinə bir nüsxəsini Azərbaycanda tanınmış hüquq ekspertlərinə göndərmək lazımdır ki, havadan yazılmış, qeydiyyatda olmayan qondarma bir həkim reseptlərində yazılan dərman usitələrinə səlahiyyəti olmayan və faktiki aptekin müdiri kimi qeydiyyata alınmayan şəxs tərəfindən imzalanaraq möhürlənmiş bir məktubda qeyd olunan məbləğləri real zərər hesab edərək həmin vəsaiti cavabdeh şəxsdən tutulmasının qət olunması məsələsinə münasibət bildirsin. Balakən rayon Məhkəməsinin 2(019)-12/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsinin böyük bir hissəsi mülki, mülki-prosessual məcəllələrin onlarla maddələrinə yer verilmiş (maddələr qətnaməyə köçürülmüş), Cavabdeh 2017-ci ildə ehtiyatsızlıqdan törətdiyi bu kateqoriya cinayətlərə ümumiyyətlə heç bir aidiyyatı olmayan BMT Baş Məclisinin 29.11.1985-ci il tarixli “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri”nə qanunsuz istinad edilməsi, mənəvi zərərin məhz 3000 manat olması dəyərinin hansı meyarlara görə qiymətləndirilməsinin göstərilməməsi və əsaslandırılmaması qətnamənin absurd və tam qanunsuz olmasından birbaşa xəbər verir. Odur ki, Balakən rayon Məhkəməsinin 2(019)-12/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməsini, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 аpellyаsiyа şikаyətində göstərmişlər ki, Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh vurulmuş maddi ziyana görə 1.785, 84 (bir min yeddi yüz səksən beş manat səksən dörd qəpik) manat və 650 (altı yüz əlli) manat olmaqla cəmi 2.435,84 (iki min dörd yüz otuz beş manat səksən dörd qəpik) manat və mənəvi ziyana görə 3.000 (üç min) manat, ümumilikdə 5.435,84 (beş min dörd yüz otuz beş manat səksən dörd qəpik) manat tutulub, İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, iddianın təmin olunmuş məbləğinə münasib olaraq Cavabdeh 2,26 (iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Hesab edir ki, həmin qətnamə əsassız olduğundan iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən məhkəmə qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Aşağıda qeyd olunanlarla Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməli, iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuşdur. Həmin hökm Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işi aparılarkən məlum olmuşdur ki, İddiaçı üzərində Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı zaman qarın nahiyyəsində həkim mamaginekoloq Cavabdeh (iş üzrə cavabdeh) bir ədəd tibbi bint (tampon) qoyması, həmin tibbi bintin qarın boşluğunda qalaraq İddiaçı vəziyyətinin kritik ağırlaşması və təkrar üzərində cərrahiyyə əməliyyat olunması, əməliyyat zamanı böyük piyliyin və bağırsağının bir hissəsi rezeksiya edilərək götürülmüşdür. Belə ki, 28 mart 2017-ci il tarixdə İddiaçı hamilə olduğu üçün Balakən rayonun Mərkəzi Xəstəxananın doğum evində şöbə müdiri - həkimginekoloq Cavabdeh müraciət etmiş, Cavabdeh İddiaçı müayinə etdikdən sonra, sabah səhər gəlməyini və üzərində mütləq qeysər kəsiyi əməliyyatı keçirməsini bildirmişdir. 29 mart 2017-ci il tarixdə Cavabdeh iddiaçıya tövsiyyə etdiyi kimi ona müraciət etmiş, o, həmin gün üzərində qeysər kəsiyi əməliyyatı keçirmiş və İddiaçı bir övladı anadan olmuşdur. Üzərində əməliyyat keçirməmişdən əvvəl Cavabdeh əməliyyat keçirdiyinə görə İddiaçı ödəniş etməyini tələb etmiş, buna görə də İddiaçı əməliyyat olunmamışdan əvvəl Cavabdeh 400 (dörd yüz) manat pul ödəmişdir. Bir neçə gündən sonra iddiaçı xəstəxanadan çıxarılmışdır. Bundan altı ay keçdikdən sonra iddiaçının vəziyyəti kəskin surətdə pisləşdiyinə görə İddiaçı cavabdehə müraciət etmiş, USM-dən keçdikdən sonra Cavabdeh bildirmişdir ki, İddiaçı qarın nahiyyəsində kista əmələ gəlmişdir. Bundan sonra iddiaçı Zaqatala rayonun Diaqnostika Mərkəzinə müraciət etmiş, orada müayinədən keçdikdən sonra üzərində təcili əməliyyat aparılmasını ona bildirmişlər. İddiaçının vəziyyəti getdikcə pisləşirdi, qan analizləri çox pis nəticə göstərmişdir. Nəticədə iddiaçının üzərində əməliyyat keçirildi. Məlum olmuşdur ki, Cavabdeh iddiaçının üzərində qeysər kəsiyi əməliyyat keçirərkən qarın nahiyyəsində tənzif bağlı saxlamış, buna görə İddiaçı bağırsağının bir hissəsi çürümüş, irinləmə və qan zəhərənməsi baş vermişdir. Əməliyyat nəticəsində həkimlər İddiaçı xilas etmək üçün bağırsağının bir hissəsini kəsməyə məcbur olmuşlar. Əməliyyatdan sonra iddiaçı reanimasiya şöbəsinə yerləşdirilmişdir. Araşdırma zamanı aşkar olmuşdur ki, iddiaçının üzərində qeysər kəsiyi əməliyyatı keçirməyə ehtiyac yox idi. Cavabdeh səhvinə görə iddiaçıda qan zəhərlənməsi, dalaq və qara ciyərin şişməsi əmələ gəlmişdir. Zaqatala rayonunun Diaqnostika Mərkəzinin həkimləri iddiaçının sağ qalmağı üçün mübarizə aparmışdırlar. İddiaçı müalicə olunduğu zaman qohumları Cavabdeh müraciət etmiş, vəziyyəti ona izah etmiş, lakin, Cavabdeh iddiaçının qohumlarına çox kobud surətdə bildirmişdir ki, burada nə olub ki, nə olsun ki, tənzif yadımdan çıxıb qarnında, hara istəyirsiz şikayət edə bilərsiz, mən adamsız deyiləm, şikayət eləsəz də pul verib özümü qurtaracam. Cavabdeh hərəkətindən prokurorluğa şikayət etdilmiş və yuxarıda qeyd olunduğu kimi barəsində ittiham hökm çıxarılmışdır. Qeyd etdiyi hallar işdə olan məhkəmənin hökmü və qərarları ilə təsdiq olunur. Məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və yuxarıda qeyd olunduğu kimi qətnamə qəbul edilmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməli və iddia tələbi tam şəkildə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə tamamilə ədalətsizdir. Belə ki, 1-ci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, «işin halların hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçının şəxsi hüquqlarına edilən qəsd kifayət qədər ciddi olsa da, mənəvi zərər hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi ziyan barədə iddia tələbinin tam həcmdə təmin edilməsi şübhəsiz ki, cavabdehi müflis edir, özünü və ailəsini maddi cəhətdən çətin vəziyyətə salmış olardı. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz.» Nəticədə 1- ci instansiya məhkəməsi mənəvi ziyanı 3.000 manat qimymətləndirmişdir. Belə ki, iş materiallarından görünür ki, istintaq və məhkəmə mübahisəsi 2017-ci ildən davam edir, hazırki məhkəmə mübahisəsi də hələ ki, bilinmir nə qədər davam edəcək. Bundan başqa iş materiallarından görünür ki, baş vermiş hadisə nəticəsində və cavabdehin təqsirindən İddiaçı insanın həyatı və səhhəti üçün əhəmiyyətli orqanın bir hissəsinin itirilməsinə (kəsilməsinə) məruz qalmışdır. İddiaçı cavabdehin onun üzərində tibbi səhv verməmişdən əvvəl səhhətində heç bir problem və şikayəti olmamışdır. İddiaçının səhhətində olan bütün problemlər cavabdehin ona qarşı səhlənkarlığı nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş, iddiaçının qanunla qorunan tibbi yardım almaq hüququnu və yaşamaq hüququnun toxunulmazlığını pozmuşdur. Bundan əlavə cavabdehin təqsirindən İddiaçı uzun müddət iş qabiliyyətindən məhrum edilmişdir. Bütün bu hallar danılmazdır və Cavabdeh barəsində olan cinayət işində, məhkəmənin ittiham hökm və yuxarı məhkəmə instansiyalarının məhkəmə qərarlarında öz əksini tapmışdır (hökm və məhkəmə qərarları mıülki işə əlavə olunmuşdur). 1-ci instansiya məhkəməsi cavabdeh tərəfindən ilddiaçının şəxsi hüquqlarına edilən qəsdi kifayət qədər ciddi qiymətləndirsə də, lakin mənəvi zərər hissəsində iddia tələbini şişirdirilmiş hesab etmişdir. Belə olan halda istər-istəməz suallar yaranır: «Əgər məhkəmə cavabdeh tərəfindən iddiaçının şəxsi hüquqlarına edilən qəsdi kifayət qədər ciddi qiymətləndirsə də, nəyə görə insanın həyatını bu cür ucuz qiymətləndirmişdir?» Elə çıxır ki, məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdehin səhvinə görə mütləq ölməli idi ki, onun qanunla qorunan şəxsi hüquqları, sağlamlığı, səhhəti və yaşamaq hüququnun toxunulmazlığı mənəvi ziyanın məbləği iddia tələbində qeyd olunduğu kimi qiymətləndirilsin. Məhkəmə cavabdehin yalnız əmək haqqı almasını, digər gəliri olmamasını, ailəli olduğunu, müflis vəziyyətə düşməsini nəzərə alıb mənəvi ziyanın ödənilməsi hissəsində iddia tələbini 3.000 manat məbləğində qiymətləndirmişdir. Nədənsə məhkəmə iddiaçının ailəli, işsiz olduğunu, cavabdehin təqsirindən həyat üçün əhəmiyyətli orqanının bir hissəsinin itirilməsini nəzərə almamışdır. İnsanın həyatı ümumiyyətlə qiymətsizdir. Məhkəmə cavabdehin müflis vəziyyətə düşməsini nəzərə almışdır, lakin İddiaçı cavabdehin təqsirindən ölmək ehtimalını nəzərə almamışdır. Burda yenə sual yaranır: «Əgər iddiaçı cavabdehin ucbatından baş vermiş tibbi səhvindən öləsi olsa idi, onda məhkəmə mənəvi zərər hissəsini hansı məbləğdə qiymətləndirəcəkdi?» Cavabdehin təqsirindən İddiaçı həyat üçün əhəmiyyətli orqanının bir hissəsinin itirilməsini artıq özü-özlüyündə iddiaçıya mənəvi əzabın gətirilməsi kimi qiymətləndirilməlidir və hesab edirik ki, iddia tələbi tam şəkildə təmin edilməlidir. Bundan başqa maddi ziyanın ödənilməsi hissəsinə gəldikdə hesab edirik ki, 1-ci instansiya məhkəməsi bəzi xüsusatları nəzərə almamış və nəticədə əsassız xülasəyə gəlmişdir. Hesab edirik ki, maddi ziyanın ödənilməsi hissəsində də iddia tələbi tam şəkildə təmin olunmalıdır. 1-ci instansiya məhkəməsi maddi ziyana görə yalnız həkim reseptlər üzrə və vəkil tərəfindən hüquqi yardıma görə çəkdiyi xərcləri maddi ziyan kimi qiymətləndirmiş, digər maddi zərərə görə olan tələblər iddiaçı tərəfindən kifayət qədər məhkəməyə sübut təqdim etmədiyi üçün bu hissədə iddia tələbini təmin etməmişdir. Belə ki, bəlli olduğu kimi İddiaçı üzərində artıq ikinci dəfə cərrahiyyə əməliyyat aparıldıqa onun qarın boşluğundan cavabdeh tərəfindən saxlanılmış tampon çıxarılmışdır. Buna görə də iddiaçının vəziyyəti artıq dərəcədə pisləşmiş, qan zəhərlənməsi (sepsiz), səhhətində bir sıra problemlər ortaya çıxmışdır. İş materiallarından da görünür ki, İddiaçı bir neçə gün reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicə almışdır. Bundan sonra İddiaçı xəstəxanadan çıxarılmış və müalicəsini davam etmək üçün evə göndərilmişdir. Hamıya məlumdur ki, hər hansı cərrahiyyə əməliyyatı, xüsusən də İddiaçı üzərində bü cür ağır əməliyyat aparıldıqdan, səhhəti üçün əhəmiyyətli orqanının bir hissəsini kəsildikdən sonra xəstənin reabilitasiya periodı olur və bu müddət ərzində xəstə bərpa olunması üçün mütləq müəyyən müalicə almalıdır. Məlum olduğu kimi müalicəni davam etmək üçün müəyyən xərclər aparılır və əlbəttə ki, İddiaçı səhhətini bərpa, müalicəni davam etmək üçün müəyyən qədər pul vəsaiti xərcləmişdir. Hesab edir ki, bu hal danılmazdır, bu halı sübut etməyə və bununla bağlı xüsusi sübütlar təqdim etməyə tələb olunmur. Qeyd etdiyi kimi maddələrdə birbaşa izah olunur ki, şəxs çəkdiyi və ya çəkməli olduğu xərclərini tələb edə bilər. Şəxsin harada və hansı ölkədə müayinə və müalicə etməyi öz seçim haqqıdır. Bundan əlavə tərəfimizdən Respublika Səhiyyə Nazirliyinə Respublikada bağırsağın bərpa olunması ilə bağlı hansı klinikada (xərclərini göstərilməklə) cərrahiyyə əməliyyatlarının keçirilməsi barədə iki sorğu göndərilmiş və bu sorğulara cavab verilməmişdir. Həmin sorğuların surətləri məhkəməyə təqdim olunmuş və işə əlavə olunmuşdur. Bu hal ölkəmizdə bağırsın bərpa olunması ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməməsini təsdiq edir. Bundan başqa məhkəmə yol xərcələri ilə bağlı MMC-nin verdiyi məktubu möhtəbər sübut kimi qəbul etməmişdir. 1-ci instansiya məhkəməsi həmin məktubda hansı tarixlərdə avtomaşının icarəyə götürülməsi barədə qeydlərə və Cavabdeh barəsində cinayət işi məhkəmə proseslərinin təyin olunması və keçirilməsinə diqqət yetirsə idi, müəyyən edə bilərdi ki, tarixlər üst-üstə düşür. Eyni zamanda Cavabdeh barəsində cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, həmin işin baxılması zamanı zərərçəkmiş İddiaçı həmin zaman Bakı şəhərində kirayədə yaşamış, məhkəmə proseslərində iştirak etmək üçün məktubda qeyd etdiyi pul məbləğini yol xərclərinə sərf etmişdir. Daha sonra məhkəmə tərcümə xərcini və Almaniya Respublikasında olan xərclərinin ödənilməsi barədə də məhkəməyə sübut təqdim etmədiyinə görə bu hissədə də iddia tələbini təmin etməməsi tam əsassızdır. Bu hallarla bağlı yuxarıda qeyd etdiklərim tam kifayət edir ki, şəxsin hansı ölkədə müayinə və müalicə etməyi öz şəxsi seçimidir. Bununla da bağlı məhkəməyə təqdim olunmuş məlumatlar rəsmi internet saytlarından götürülmüş, hansında xərclərin nə qədər təşkil olunması qeyd edilmişdir, eləcə də təyyarə biletinin qiyməti rəsmi internet saytından götürülmüşdür. Almaniya Respublikasında müayinə və müalicə almaq üçün müəyyən yazışmalar aparılmış, İddiaçı səhhətində hansı problemlərin hansı səbəblərə görə əmələ gəldiyini bilmək üçün məhkəmənin hökmü tərcümə olunmuş və elektron variantda göndərilmişdir. Bununla da bağlı ödənilmiş pul vəsaitinin qəbzi məhkəməyə təqdim olunmuşdur. Hesab edirəm ki, tərəfimizdən kifayət qədər məhkəməyə sübutlar təqdim olunmuş və 1-ci instansiya məhkəməsi qeyd etdim xüsusiyyətləri nəzərə almamış, qətnaməsini istinad etdiyi Mülki, Mülki-Prosessual, Cinayət-Prosessual Məcəlllələrinin maddələrini və digər hüquqi normativ aktlarını tam düzgün təfsir etməmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyana görə 5.933 (beş min doqquz yüz otuz üç) manat və 16.225 (on altı min iki yüz iyirmi beş) avro, mənəvi ziyana görə 50.000 (əili min) manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsinə dair iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək qeyd etmişlər ki, onun həyatı üçün əhəmiyyətli olan orqanının bir hissəsi kəsilib götürülüb. Bunun nəticəsində qan zəhərlənməsi olub və bədənindən əlavə piy götürülüb. Mənəvi ziyana görə 3000 manat, maddi ziyana görə 2435.84 manat müəyyən edilib. Cavabdeh özü həkimdir, o bilir ki, əməliyyat keçəndən sonra bərpa periodunda müəyyən maddiyat lazımdır. Cavabdehin təqsiri nəticəsində problemləri hələ də var. Səhiyyə Nazirliyinə iki dəfə müraciət etmiş əməliyyatla bağlı. Bundan sonra bununla bağlı Almaniya xəstəxanası ilə maraqlanmışlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə izahat verərək qeyd etmişlər ki, Balakən Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Qətnamə qəbul olunarkən qüvvədə olan maddi və prosessual normalar məhkəmə tərəfində pozulub. İddiaçı tərəf qeyd edir ki, bu iş üzrə cavabdeh tərəfindən bundan öncə baxılmış cinayət işi üzrə təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilən səhlənkarlıq cinayəti nəticəsində zərərçəkənə cərrahi əməliyyatlara məruz qalmışdır və məhkəməyə təqdim etdiyi iddia ərizəsində ilk öncə müxtəlif məsələlər qoyublar. Bunların heç birini məhkəmə qəbul etmiyib: yol nəqliyyat xərci, xaricə göndərilən məlumatlar, reseptləri, onun cavabı, əməliyyat üçün Azal şirkətində təyyarə və s. Əslində qətnaməyə baxanda görürsən ki, birinci instansiya məhkəməsinin hakimi iddiaçı tərəfə məsləhət verən, ona kömək edən xarakter daşıyır. Birinci instansiya məhkəməsində gətirib ora reseptlər təqdim ediblər ki, bu reseptlərə görə tərəfə maddi zərər dəyib. O, qarşı tərəf olsa da 100 dənə resept gətirərdi. “Paşa K” firması əlavə edilib ora. O, “Paşa K” firmasına sorğu vermiş və 23 dekabr 2020-ci il tarixli arayış göndərilmişdir. Səhiyyə Nazirliyinin əmri, qaydalar var orada 11 yanvar 2018-ci il tarixli qərarla reseplərin blankları olur. Orada hansı səhiyyə müəsissəsi olması, tibbi göstəriş, hansı həkim və s. qeyd olunur. Ancaq burada heçnə yoxdur. Osmanova Rəfiqə-5 saylı şəhər klinik xəstəxananın həkimi. Resept uyğun deyildir. Qaydaların 11-ci bəndində göstərilir ki, ambulator müayinə olunub və bu kartada qey olunmalıdır. Dərmanlar məsələn eftiral qara ciyəri təmizləmək üçündür və hepatit xəstəliyində istifadə olunur, ringer diyariya, öd problemi, diseptik şok, yanıqlar, qusmalar zamanı orqanizmə bu vurulur, Sibilon tablet qaz yaranmasının surətinin qarşısını alır, köp, ayaq işləmə, gəirmə, qarın nayihədə gərginlik və ağrı və s. Hembran animiya, dəmir çatışmazlığı zamanı istifadə olunur, Hepabest xoleritik və spazmatik normallaşdııran dərmandır. Rabezol mədə və 12 barmaq bağırsağın xora xəstəliyi üçün istifadə olunur. Sənəd təqdim edilsin ödənişlə bağlı. Müəyyən etmişik ki, Niyaməddin Quliyevin “Paşa K” firmasına aidiyyatı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 16 fevral 2021ci il tаrixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini, iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının hazırki iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh Balakən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş-mama ginekoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qüvvədə olan 03 oktyabr 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş “Doğuşun induksiyası və stimulyasiyası üzrə” klinik protokolun qaydalarını pozaraq, Kesar” kəsiyi cərrahiyyə əməliyyatına tibbi göstəriş olmadığı halda, “42 həftə hamiləlik, latent faza, baş gəlişi, döl başının hündürdə duruşu” diaqnozu ilə xəstəxanaya müraciət etmiş xx.xx.1988-ci il təvəllüdlü İddiaçı üzərində 28.03.2017-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı icra edərək, qadın cinsli çəkisi 3.500 qram boyu 51 sm olan diri uşaq çıxarmış, İddiaçı qarın boşluğunu lazımi qaydada təftiş etməyərək, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerrat (tampon) qoyaraq, qarının ön divarlarını qat-qat tikmişdir. Qarın boşluğunda uzun müddət yad cismin qalması İddiaçı ümumi halsızlığa,yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə, çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişaf etməsinə səbəb olmuşdur ki, bu da həyat üçün təhlükə təşkil edən ağırlaşmalara gətirib çıxartmışdır. Bununla əlaqədar İddiaçı 27.09.2017-ci il tarixdə X10 Mərkəzində təkrar cərrahiyyə əməliyyatına məruz qalmış,əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülmüşdür. Buna görə də Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli 1(019)-22/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir)il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunması hökm edilmiş və həmin hökm qanuni qüvvəyə minmişdir. Cavabdeh həmin hərəkətləri nəticəsində iddiaçı X7 maddi və mənəvi zərər dəymişdir. Cavabdeh iddia tələbi ilə bağlı İddiaçı üzərində tibbi əməliyyatı düzgün aparmamasında özünü təqsirli bilməməsini göstərsə də, İddiaçı məhz cavabdehin ehtiyatsızlığı ilə təqsiri nəticəsində xəsarət alması, təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İşin müəyyən olunmuş hallarına hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh ehtiyatsızlığı nəticəsində İddiaçı üzərində uğursuz qeysər kəsiyi əməliyyatının aparılması, İddiaçı təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi və uzun müddət müayinə və müalicə olunaraq, ağrı, iztirab və sarsıntı keçirməsi, nəticədə Cavabdeh tərəfindən iddiaçı X7 maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessuval Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPMnin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci bəndinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən İddiaçı ona həkim səhlənkarlığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onun həmin tələbi qismən əsaslıdır. Bu xüsusda birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən İddiaçı tərəfindən ona həkim səhlənkarlığı nəticəsində həkim reseptləri üzrə müalicəsi üçün dərman vəsaitlərinin alınmasına 1785.84 manat məbləğində pulun ödənilməsi İddiaçı, onun nümayəndəsi-vəkilinin izahatları və Şahid ifadəsi, həmçinin “Paşa-K" aptekinin 23 dekabr 2020-ci il tarixli, 115/K nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh İsrfail qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə vəkil-Vəkil1 Balakən Rayon Məhkəməsində İddiaçı nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmiş, həmçinin həmin vəkil Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş və həmin hökmdən apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə proseslərində zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi qismində iştirak etməklə onun hüquqlarını müdafiə etmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş, həmçinin hazırki iddianı hazırlamış və hazırki iş üzrə məhkəmə proseslərində 3 dəfə iştirak etmiş, istər sözügedən cinayət işi, istərsə də hazırki iş üzrə məhkəmə proseslərinə Bakı şəhərindən gəlmiş, bu proseslərdə İddiaçı hüquqlarını müdafiə etmişdir. Zərərçəkmiş şəxs İddiaçı tərəfindən məhkəmə proseslərində onun hüquqlarının müdafiəsi üçün Vəkil1 hüquqi yardım üçün cəmi 650 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd edilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, maddi ziyan kimi tələb edilən 650 manat vəkil xərci ağlabatan məbləğ hesab edilməlidir və bu 650 manat vəkilə ödənilən xərc tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək düzgün hesab etmişdir ki, iddia 5933 manat məbləğində maddi ziyan tələbinin müayinə və əməliyyatın aparılmasına görə 3000 manat, yol xərclərinə görə 1080 manat, tərcümə xərcinə görə 200 manat və təyyarə biletinin alınmasına görə 973 manat tələbləri hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı müayinə və əməliyyatın aparılmasına görə 3000 manat ödəməsi, təyyarə bileti üçün 973 manat ödəməsi və bu 3000 manat və 973 manat məbləğlərdə ona maddi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bu tələb hissələrində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi müayinə və müalicə sənədlərində İddiaçı müayinə və əməliyyata görə 3000 manat xərc çəkməsi müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, 973 manat təyyarə bileti alınmamış və həmin biletin alınması üçün hələ xərc çəkilməmişdir. İddiaçı Almaniya Federativ Respublikasına gələcəkdə getmək üçün bu xərcin gələcəkdə çəkiləcəyinin ehtimal edildiyini qeyd edir. Eyni zamanda İddiaçı Almanaya Federativ Respublikasına nə vaxt gedəcəyi vaxtı göstərmir və həmin gedəcəyi vaxtda ehtimal etdiyi təyyarə biletinin məhz 973 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hələ baş verməyən, baş verməsinin nə vaxt olduğu göstərilməyən və biliniməyən bir hadisəyə görə çəkilməyən və yalnız çəkiləcəyi ehtimal edilən bir xərcin cavabdehdən tutulması tamamilə əsassız və absurd bir tələbdir. Ona görə də bu tələb təmin edilə bilməz. Eyni zamanda iddiaçı avtomaşını icarəyə götürməsinə görə "xxxx" Rent Car MMCyə ödəməsi qeyd edilən 1080 manat yol xərcinin məhz cavabdehin qanunsuz hərəkətləri ilə səbəbli əlaqədə olması və cavabdehin tələb edilən bu 1080 manat ziyanın ödənilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu xüsusda iddiaçının təqdim etdiyi "xxxx" Rent Car MMCnin arayışı mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, həmin arayışda iddiaçının məhz cavabdehin təqsiri üzündən avtomaşını icarəyə götürməyə məcbur olmaqla cavabdehin ona 1080 manat ziyan yetirməsi göstərilmir və sübut olunmur. Digər tərəfdən həmin arayışda avtomaşının icarə haqqı kimi 1080 manat pulun ödənilməsi göstərilsə də, iddiaçının hansı markada və nömrədə avtomaşını hansı vaxta icarəyə götürməsi, həmin avtomaşının gündəlik icarə haqqının və icarəyə götürülən hansı vaxt ərzində icarə haqqının nə qədər təşkil etməsi göstərilməmiş və iddiaçı tərəfindən göstərilən məbləğdə icarə haqqı ödənişini təsdiq edən hər hansı mədaxil qəbzi və ya digər ödəniş sənədi məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, məhkəmə proseslərində iştirak üçün iddiaçının məhz avtomaşın icarəyə götürməklə həmin avtomaşında məhkəməyə gəlmək zərurəti iş materialları ilə təsdiqini tapmır və iddiaçı da bu xüsusda hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə 1080 manat ziyan tələbi də tamamilə əsassızdır. İddiaçı həmçinin 200 manat tərcümə xərcinin cavabdehn hansı qanunsuz əməli ilə səbəbli əlaqədə olması, məhz cavabdehin bu əməli nəticəsində zərurət olaraq həmin 200 manat məbləğdə xərc çəkməsi və həmin 200 manat məbləğdə ehtimal edilən ziyanın vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu 200 manat tələb hissəsində də iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Bu xüsusda həmin 200 manat tərcümə xərcinin ödənilməsinin göstərildiyi qəbz cavabdehin iddiaçıya həmin 200 manat tələb edilən məbğdə ziyan vurmasını təsdiq etmir və sübt etmir. Ona görə 200 manat zian tələbini də məhkəmə əsassız hesab edir. Qeyd olunanlar müayinə və əməliyyatın aparılmasına görə 3000 manat, yol xərclərinə görə 1080 manat, tərcümə xərcinə görə 200 manat və təyyarə biletinin alınması üçün 973 manat ziyan tələbi hissələrində iddianın əsassız olmasını göstərir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia 5933 manat məbləğində maddi ziyan tələbi hissəsində qismən təmin edilməli, Cavabdeh dərman vəsaitlərinin alınmasına sərf olunmaqla vurulmuş maddi ziyanın əvəzi kimi 1785.84 manat və vəkilə görə çəkilmiş xərcdə ifadə olunan maddi ziyanın əvəzi kimi 650 manat məbləğində pul tutularaq, İddiaçı verilməli, iddia təmin olunması nəticəsinə gəlinən bu məbləğlərdən artıq maddi ziyan tələbi hissəsində təmin edilməməlidir. İddiaçı həmçinin Almaniya Federativ Respublikasında qiyabi məsləhət üçün ona 800 (səkiz yüz) avro pul vəsaitinin tələb olunması, əməliyyatın aparılması üçün müayinə xərci kimi Almaniya klinikalarında 3437 avrodan başlayaraq 5425 avroya qədər vəsaitin və əməliyyatın aparılması üçün 8000-10000 avroya qədər pul vəsaitinin tələb olunmasını göstərməklə həmçinin maddi ziyan kimi cavabdehdən 16225 avto pul tələb edir. Maddi ziyanın 16225 avro tələbi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı onun üzərində aparılmış əməliyyatdan sonra bağırsağın və böyük piyliyin bərpası əməliyyatının ölkədən kənarda aparılmasının zəruriliyi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı onun Azərbaycan Respublikasında və ya hər hansı başqa ölkədə deyil, məhz AFR-da müayinə və əməliyyat olunması zərurəti, bunun həyati əhəmiyyət daşımaqla mütləq qaydada baş verməli olması, tələb etdiyi 800 avro, 5425 avro və 10000 avro olmaqla ümumilikdə qiyabi məsləhət, müayinə və əməliyyata 16225 avro vəsait sərf edəcəyi və cavabdehin qanunsuz hərəkətləri ilə hələ çəkilməyən və çəkilməsi ehtimal olunan müvafiq olaraq 800 avro, 5425 avro və 10000 avro olmaqla ümumilikdə məsləhət, müayinə və əməliyyata görə 16225 avro ehtimal olunan ziyanla səbəbli əlaqədə olması və cavabdehin hələ çəkilməyən və çəkilməsi ehtimal edilən bu 16225 avro ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən və faktların eyni qaydada uzlaşması ilə birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu 16225 avro tələb hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. O da qeyd edilməlidlir ki, iddiaçı müayinə xərci kimi Almaniya klinikalarında 3437 avrodan başlayaraq 5425 avroya qədər vəsaitin, həmçinin əməliyyatın aparılması üçün 8000-10000 arası avro vəsaitin tələb olunduğunu göstərsə də, nədənsə müayinə üçün göstərdiyi aşağı məbləğ olan 3437 avro deyil, daha yuxarı məbləğ olan 5425 avro, həmçinin əməliyyat üçün ehtimal olunan aşağı məbləğ kimi qeyd etdiyi 8000 avro deyil, daha yuxarı 10000 avro məbləğ tələb etmiş və bunun hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bu xüsusda məhkəmə iddiaçının təqdim etdiyi AFR-də diaqnostika və profilaktikaya dair kalkulyativ məlumat sənədlərini tələb edilən 16225 avro ziyanla bağlı mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin məlumatlar AFR-də müayinə və müalicə xərcləri ilə bağlı həkim preyskurantlarını göstərir və heç bir halda iddiaçıya bu məbləğdə ziyan vurulmasını sübut etmir. Digər tərəfdən, həmin məlumatlar heç də iddiaçının məhz həmin klinikalarda müayinə və müalicə olunmalı olmasını və mütləq qaydada müayinə və müalicə olunacağını və məhz həmin məbləğdə xərc çəkəcəyini sübut etmir. Belə ki, iddiaçı Azərbaycan Respublikasında və ya başqa ölkələrdə də müayinə və müalicə oluna bilər, həmçinin iddiaçının müayinə və müalicə olunan vaxtda AFR-nın sözügedən klinikalarında da müayinə və müalicə xərcləri dəyişə; arta və ya azala bilər. Digər tərəfdən, sözügedən 26.10.2020-ci il tarixli ekspert rəyində İddiaçı üzərində icra edilmiş “Absesin ləğvi, Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar hal-hazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğunun müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmənin isə həmin ekspert rəyində göstərilənlərə şübhə ilə yanaşmaq üçün heç bir əsası yoxdur və iddiaçı da belə bir əsasın olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddianın 50000 manat mənəvi ziyan tələbi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır; şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz; heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsinin iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə təqsiri nəticəsində xəsarət alması və təkrarən cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi İddiaçı mənəvi və fiziki sarsıntı və iztirablara səbəb olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə bağlı xəsarət alması və əvvəlki sağlamlığının bərpa olunmaması nəticəsində onun çəkdiyi mənəvi və fiziki ağrı, sarsıntı və iztirabların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən suiistifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmənin təmin edəcəyi məbləğlə bağlı mənəvi ziyanla gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, həmin qərara görə “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın (Avropa Konvensiyası) 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. «X17 AB» Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qeyd etdi ki, Belçika qanunvericiliyinə əsasən mülki hüquq pozuntusu (delikt) əsasında vurulmuş ziyana görə kompensasiya tələbi ziyanın vurulduğu andan yaranır. Smirnova Rusiyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi ərizəçiyə fiziki iztirab və mənəvi iztirab və sarsıntılar nəticəsində vurulmuş ziyanın ədalətli ödəniş və ağlabatanlıq prinsipləri əsasında ödənilməli olmasını göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən presedentləri və digər presedentləri baxımından mənəvi zərərin vurulması ilə bağlı məhkəmə öz mülahizəsi əsasında işin xarakterinə və faktiki hallarına uyğun olaraq iddianı əsaslı və ya əsassız hesab edə bilər. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1065/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1065/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver