Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1068/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva) Gülnar Kamil qızının Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva) Gülnar Kamil qızının Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(019)-183/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızı Cavabdeh qarşı Cavabdeh tərəfindən 2002-ci ildən başlayaraq 2024-cü ilədək müddət ərzində iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızına məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində hər il üçün əldə edəcəkləri 5 ton qarğıdalı məhsulunun 1 tonunun dəyəri 250 manat olmaqla, cəmi 22 il ərzində əldə edəcəkləri 5 ton x 22 = 110 (yüz on) ton qarğıdalı məhsulunun dəyəri olan əldən çıxmış fayda olaraq 27500 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdirlər.
2. İddiaçılar İddiaçı4,İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızının nümayəndəsi-vəkili Nümayəndə1 işin məhkəmədə baxılmağa hazırlanması dövründə iddia tələbinin dəqiqiləşdirilməsi barədə məhkəməyə ərizə verərək Balakən rayonu Meşəşambul kəndində JN-0228 kod 4010-018 Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının 228 planşetində qeyd olunmuş 0,87 ha torpaq sahəsində qarğıdalı əkilməsi ilə bağlı 2002-2024-cü illər üzrə əldən çıxmış fayda olaraq 27500 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
3. İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızı iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı4, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə 2 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv.m torpaq sahəsinin 0,87 ha hissəsindən Cavabdeh 2002-ci ildən istifadə edir. Həmin torpaq sahəsində onların icazəsi olmadan 142 ədəd fındıq ağacı, 200 ədəd çinar ağacı və s. əkmişdir. Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına verilmiş JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv/m torpaq sahəsindən onlar istifadə edə bilməmişlər. Cavabdeh tərəfindən onlara məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən Rayon Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 nömrəli qərarı ilə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına, Bazarova (Alıyeva) Gülnar Kamil qızına məxsus JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 90.2423 kv.m torpaq sahəsindən iddiaçıların istifadə, sahiblik, sərəncam hüquqlarından məhrum etməklə torpaq sahəsindən özü istifadə etmişdir. Halbuki, 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı, Bazarova (Alıyeva) Gülnar Kamil qızı onlara məxsus Balakən rayonu Meşəşambul kəndində yerləşən JN-0228 kod 40109018 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının 228 planşetində qeyd olunan 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2002-ci ildən 2024-cü ilə qədər olan müddət ərzində qarğıdalı məhsulu əksəydilər, hər il həmin torpaq sahəsindən 5 (beş) ton qarğıdalı məhsulu əldə edərdilər. 5 ton x 22 il= 110 (yüz on) ton qarğıdalı məhsulu əldə etmiş olardılar. Həmin qarğıdalı məhsulunun 1 tonunu 250 (iki yüz əlli) manatdan hesablanmaqla 110 ton x 250 m = 27500 (iyirmi yeddi min beş yüz) manat əldən çıxmış fayda olaraq əldə edərdilər.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızının və Bazarova (Alıyeva)Gülnar Kamil qızının nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi - vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, Cavabdeh istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsində olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Bazarov X7 rayon Meşəşambul kəndi X11 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri cavabdehə bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi Cavabdeh istifadəsindədir. Cavabdeh həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, İddiaçı4 ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv/m torpaq sahəsini istifadə etmişdir. Cavabdeh iddiaçıların razılığı ilə həmin torpaq sahəsində 142 ədəd fındıq ağacları,çinar ağacları əkərək oranı bağ formasına salmışdır. 2024-cü ilə kimi o, həmin torpaq sahəsindən istifadə etmişdir. 2024-cü ildən torpaq sahəsi iddiaçıların özlərinin istifadəsindədir. İddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 25 avqust 2025-ci il tarixli, e- 2(019)-183/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2925 (iki min doqquz yüz iyirmi beş) manatın alınıb iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənmiş dövlət rüsumu xərcinə görə 49,25 manatın Cavabdeh tutulub iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməsi, 123,75 manat hissəsinin iddiaçıların özlərinə aid edilməsi, 70 manat ekspertiza xərcinin 7,70 manatının Cavabdeh, 62,30 manatının isə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızından və Bazarova Gülnar Kamil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə iddiaçılar Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Cavabdehlərin bir müddət Bakı şəhərində yaşamalarından istifadə edərək onlara məxsus torpaq sahəsinin 0.87 hа hissəsini cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu zəbt edərək oradan istifadə etmişdir. Lakin 2018-ci ilə kimi iddiaçılar cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlunun torpaq sahəsindən çıxmasını tələb etməmişlər. Onlar 2018-ci ilin əvvəlindən cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlundan özlərinə məxsus torpaq sahəsindən çıxmasını tələb etməyə başlamışlar. Cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən çıxmaqdan imtina etdiyindən Bаzаrоv Kаmil Ömər оğlu , Qаrаlоvа Züleyxа Hаcı qızı , Bаzаrоv Ömər Kаmil оğlu , Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 60/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı1 Hacı qızının, İddiaçı2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının Cavabdeh qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bundan sonra da Cavabdeh torpaq sahəsindən çıxmamış, 2024-cü ilin əvvəlinə kimi oradan istifadə etmişdir. 2024-cü ildə icra sənədinin icrası qaydasında Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmışdır. Cavabdeh dəymiş zərəri ödəmədiyindən iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
8. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisə predmeti olan Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar torpaq sahəsi iddiaçılar Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətindədir, Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və heç vaxt olmamışdır. Qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-60/2022 nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur ki, Cavabdeh sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir və bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Buna baxmayaraq iş materialları, həmçinin məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatlarından aydın oldu ki, iddiaçılar 2018-ci ilə kimi həmin torpaq sahəsindən istifafdə etmək fikrində olmamışlar və cavabdehə torpaq sahəsindən çıxması ilə bağlı müraciət etməmişlər. Ona görə də məhkəmə 2002-2017-ci illərə aid hissədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, 2024-cü ildə icra sənədinin icrası qaydasında cavabdeh 0,87 ha torpaq sahəsindən çıxarılmış və torpaq sahəsi iddiaçıların istifadəsinə verilmişdir. Bu əsasa görə iddia tələbi 2024-cü ilə aid hissə də əsaslı deyildir. Cavabdeh 2018-2023-cü illərdə sözügedən torpaq sahəsindən istifadə etməsi, cavabdehləri həmin torpaq sahəsinə buraxmaması, bununla da onlara zərər vurması iş materialları ilə tam təsdiq olunur.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Əldən çıxmış faydanın məbləği ilə bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan aqronom X1 tərəfindən verilmiş rəydə torpaq sahəsindən il ərzində 7-8 ton qarğıdalı məhsulunun əldə oluna bilməsi; "xxxx" MMC-nin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə qiymətləndirici X4 tərəfindən verilmiş rəydə hər il həmin sahədən 5-7 ton qarğıdalı məhsulunu əldə etməyin mümkün olması; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CC/0xx/xx/2025 nömrəli hesabatda 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla 7,5 ton qarğıdalı məhsulu əldə etməyin mümkün olması və nəhayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli 7/736 nömrəli ekspert rəyində Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bir illik mövsüm ərzində 1900 kq-1950 kq qarğıdalı məhsulu götürülə bilməsi qeyd edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, aqronom X1 tərəfindən verilmiş rəydə, "xxxx" MMC-nin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə qiymətləndirici X4 tərəfindən verilmiş rəydə və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CC/0xx/xx/2025 nömrəli hesabatda 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla götürülə biləcək məhsulun miqdarı qeyd edilsə də, məhsulun istehsalı və əldə olunması üçün çəkilən xərclər nəzərə alınmamışdır. Çəkilən xərclər nəzərə alınmadan əldən çıxmış faydanın hesablanması isə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə rəydə Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bir illik mövsüm ərzində 1900 kq- 1950 kq qarğıdalı məhsulu götürülə bilməsi qeyd edilsə də faktiki olaraq əldən çıxmış fayda ilə bağlı rəy verilməmişdir.
11. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçılara dəymiş ziyanın miqdarının hər il üçün 1950 kq qarğıdalı məhsulunun əldə olunması kimi hesablanması qanuni, əsaslı və ədalətlidir. Bu hesabla 2018-2023-cü illər üçün, yəni altı ilə görə əldə oluna biləcək qarğıdalı məhsulunun miqdarı 11700 kq təşkil edir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar qarğıdalı məhsulunun dəyərini 1 ton üçün 250 manat (1 kq üçün 0,25 manat) hesabı ilə tələb etdiklərindən 11700 kq qarğıdalı məhsulunun dəyəri 2925 manat (11700 x 0,25 = 2925 ) təşkil edir.
13. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2925 (iki min doqquz yüz iyirmi beş) manat alınıb iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab etmişdir ki, ödənmiş dövlət rüsumu xərcinə görə 49,25 manat Cavabdeh tutulub iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızına və Bazarova Gülnar Kamil qızına verilməli,123,75 manat hissəsi iddiaçıların özlərinə aid edilməlidir.
15. Məhkəmə hesab etmişdir ki, 70 manat ekspertiza xərcinin 7,70 manatı Cavabdeh,62,30 manatı isə iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızından və Bazarova Gülnar Kamil qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 21.1, 21.2, 152.1, 157.1, 157.2, 157.4, 157.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 119.1, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 29880 manat yaxşılaşdırma xərcinin iddiaçılardan tutulması ilə bağlı məhkəmədə iddia qaldırmış, Balakən rayon məhkəməsinin xx.xx.2025-ci il tarixlie-2(019)-61/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi həm torpaq üzərindəki əkilmiş ağaclara görə yaxşılaşdırma xərcini hazırki iş üzrə iddiaçılardan tutmamış, həm də onların razılığı ilə ağac əkilmiş torpaq sahəsində əldən çıxmış fayda ilə bağlı hazırki iddianı qismən təmin etmişdir. Torpaq sahəsi 2024-cü ildə iddiaçılara təhvil verilmişdir, həmin torpaq sahəsini iddiaçılar üzərində əkilmiş ağaclarla birlikdə qəbul etmişlər. Torpaq sahəsini iddiaçılara verəcəyi halda cavabdehlər iddiaçının çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. İddiaçının cavabdehlərə məxsus torpaq sahəsində 2000-ci ildə fındıq, çinar və digər ağaclar əkdiyi, hazırki vaxtadək istifadə etdiyi, həmin torpaq sahəsini sahiblik və istifadəsinə qəbul etmişdir. Eyni kənddə yaşayan, torpaq islahatı zamanı X11 komissiyasının sədri işləmiş şəxsin xəbəri və məlumatı olmadan ona məxsus olan torpaq sahəsində hər hansı ağac əkilə bilməzdi. İddiaçılar da torpaq sahəsini ağacla birlikdə qəbul etmişlər. Belə olan halda həm Cavabdeh yaxşılaşdırma xərcinə görə iddiasının rədd edilməsi, həm də ondan əldən çıxmış faydaya görə pul məbləğinin tutulması absurddur. İddiaçılar iddia edirlər ki, həmin torpaq sahəsində 2002-2024-cü illərdə qarğıdalı əksəydilər 27000 manat gəlir əldə edə bilərdilər. Lakin həmin torpaq sahəsində 2000-ciildə onların razılığı ilə cavabdeh tərəfindən fındıq ağacları əkildiyinə və iddiaçıların həmin ağacların əkilməsinə, becərilib boya-başa çatdırılmasına hər hansı etirazları olmamış, torpaq sahəsini də fındıq ağacları ilə birlikdə qəbul etmişlər. Hal-hazırda da fındıq ağaclarından məhsul götürürlər. Torpaq sahəsində fındıq ağacları hazırki vaxtadək mövcud olduğu və iddiaçıların bundan bəhrələndiyi, torpaq sahəsində qarğıdalı məhsulunun əkilməsinin mümkün olmadığı halda, qarğıdalı məhsuluna görə əldən çıxmış faydaya görə cavabdehdən 2925 manat pulun və məhkəmə xərclərinin tutulması isə əsassız və qanunsuzdur.
19. Lakin işə baxan birinci instansiya məhkəməsiişin yuxarıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq qismən təmin etmişdir.
20. Belə olan halda birinci instansiya məhkəməsi işin bu hallarına düzgün hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.7-157.8-ci maddələrinin, 560-cı, 1091-1092-ci maddələrinin tələblərini pozmaqla iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması, tətbiq edilməli olan hüquq normasını tətbiq etməməsi və sübutlara düzgün hüquqi qiymət verməməsi nəticəsində bu pozuntu düzgün qətnamə qəbul olunmaması ilə nəticələnmişdir.
21. Belə ki, Cavabdeh istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayonu Meşəşambul kəndində 1998-ci ildə torpaq islahatı aparılmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Torpağa mülkiyyət hüququna dair JN 0057 Kod 40109018 olan Dövlət Aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri, İddiaçı4 ilə birlikdə əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. İddiaçı4 torpağı ona göstərərkən Balakən rayon Meşəşambul kəndi X11 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri iddiaçıya bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi Cavabdeh istifadəsindədir. Cavabdeh də həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, İddiaçı4 ona və onun ailə üzvlərinə Torpağa Mülkiyyət Hüququna dair JN 0228 Kod 40109018 saylı Dövlə Aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv/m torpaq sahəsini istifadə etmişdir. Cavabdeh JN 0057 Kod 40109018 olan Dövlət Aktı ilə verilmiş 0.75 ha torpaq isə həmin torpaq sahəsi olmuş və hazırda dörd ayrı şəxslərin istifadəsindədir. İddiaçı4 məxsus torpaq sahəsi cavabdehə verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan Dövlət Aktından, həm də JN 0228 Kod 40109018 saylı Dövlət Aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən Dövlət Aktının məlumatlarından görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə iddiaçı cavabdehlərin razılığı ilə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır. İddiaçı həmin torpaq sahəsini istifadə etdiyi vaxtdan orada 163 ədəd fındıq ağacları əkmişdir. Bir neçə il əvvəl isə orada əkilən fındıq ağaclarının bəziləri qurumuş, bərpa etmək mümkün olmamışdır. Hazırda 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehin 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacları vardır.
22. İddiaçıların razılığı ilə istifadə etdiyi torpaq sahəsində 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacının 22-24 illik hər fındığın əkilib yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Eyni zamanda həmin torpaq sahəsində cavabdeh tərəfindən 376 ədəd çinar ağacları, 20-dən çox akasiya ağacları əkilmişdir. Həmin çinar ağaclarının 200 ədəddən çoxu diametri 30 sm-dən çoxdur. Diametri 30 sm-dən çox olan çinar ağaclarının bir ədədinin qiyməti 50 manat müəyyən edilir. Cavabdeh istifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, torpaq sahəsinin kənarlarının hasarlanmasına əlavə xərc çəkmişdir. Beləliklə 0.90 ha torpaq sahəsinə çəkdiyi xərclər 142 ədəd fındıq ağacına görə 19880 manat, diametri 30 sm-dən çox olan 200 ədəd çinar ağaclarına görə 10000 manat, cəmi 29880 (iyirmi doqquz min səkkiz yüz səksən) manat edir.
23. Birinci instansiya məhkəməsi 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla götürülə biləcək məhsulun istehsalı və əldə olunması üçün çəkilən xərclər nəzərə alınmamış, öz mülahizələri ilə hesablama aparmaqla iddianı qismən təmin etmişdir.
24. Qeyd edirlər ki, məhkəmə iddiaçının iddia ərizəsində göstərilən dəlillərinə hüquqi qiymət verərək iddianın təmin edilməsi qənaətinə gələrək iddia tələbini qismən təmin edərkən öz mövqeyinin iş materiallarında olan sənədləri əlaqəli surətdə qiymətləndirməmiş, onu kifayət qədər əsaslandırmamışdır. Halbuki, bu mütləq surətdə məhkəmənin qətnaməsində ümumi sözlərlə deyil, müvafiq sənədlər əsasında kifayət qədər araşdırılıb qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilməli idi.
25. Birinci instansiya məhkəməsi MPM-in sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsini nəzərdə tutan 88-ci maddəsinin tələblərini pozmuşdur.
26. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(019)-183/2025 nömrəli qətnaməsinin qismən, iddianın təmin edilmiş- 2925 manat və məhkəmə xərcinin cavabdehdən tutulması hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı2, Bazarova (Nəbiyeva) Günay Kamil qızı və Bazarova (Alıyeva) Gülnar Kamil qızı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən mübahisələndirərək, Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(019)- 183/2025 nömrəli qətnaməsinin iddianın təmin edilmiş 2925 manat və məhkəmə xərcinin cavabdehdən tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.
35. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e- 2(019)-183/2025 nömrəli qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olması səbəbli cavabdehin onun qarşısında “delikt – müqavilədənkənar” məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
39. Hazırkı iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin normaları tətbiq etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşır.
40. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bаlаkən Rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli 01 nömrəli qərаrı ilə iddiaçılar Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktı verilmişdir. Həmin torpaq sahəsindən 0.87 hektarı 2024-cü ilədək cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlunun istifadəsində olmuşdur. Lakin 2018-ci ilə kimi iddiaçılar cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlundan torpaq sahəsindən çıxmasını tələb etməmişlər. Onlar 2018-ci ilin əvvəlindən cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlundan özlərinə məxsus torpaq sahəsindən çıxmasını tələb etməyə başlamışlar. Cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq oğlu torpaq sahəsindən çıxmaqdan imtina etdiyindən Bаzаrоv Kаmil Ömər оğlu , Qаrаlоvа Züleyxа Hаcı qızı, Bаzаrоv Ömər Kаmil оğlu, Bаzаrоvа Günаy Kаmil qızı və Bаzаrоvа Gülnаr Kаmil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər. Bаlаkən Rаyоn Məhkəməsinin 2(019)-985/2018 saylı 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun iddiaçılаr Bаzаrоv Kаmil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kаmil оğlunun, Bаzаrоvа Günаy Kаmil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 60/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının 18 yanvar 2002-ci il tarixli 01 saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı4 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı1 Hacı qızının, İddiaçı2, Bazarova Günay Kamil qızının və Bazarova Gülnar Kamil qızının Cavabdeh qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6130 №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsinə baxmayaraq Cavabdeh 2024-cü ilin əvvəlinə kimi mübahisəli torpaq sahəsindən istifadə etmişdir. 2024-cü ildə icra sənədinin icrası qaydasında Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
42. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməməsi, Cavabdeh torpağın dəyərini ödəyərək torpaq sahəsindən istifadə etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
43. Həmin Məcəllənin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
44. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
45. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
47. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Kollegiya qeyd edir ki, iş materiallarından tərəflər arasında mübahisəli torpaq sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsinin bağlanması, beləliklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmış hər hansı bir müqavilə üzrə pul vəsaitinin ödənilməsi, cavabdehin 2018-2023-cü illər ərzində mübahisəli torpaq sahəsindən qanuni əsaslarla istifadə etməsi halı müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpaq sahəsində fındıq ağaclarının hazırki vaxtadək mövcud olduğu və iddiaçıların bundan bəhrələndiyi, torpaq sahəsində qarğıdalı məhsulunun əkilməsinin mümkün olmadığı halda, qarğıdalı məhsuluna görə əldən çıxmış faydaya görə cavabdehdən 2925 manat pulun və məhkəmə xərclərinin tutulmasının əsassız və qanunsuz olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Cavabdeh torpaq sahəsindən çıxarılmasına dair əvvəlki icraatda qəbul edilmiş məhkəmə qətnaməsi 2024-cü ildə icra edilmişdir. Yəni 2024-cü ilədək həmin torpaq sahəsi məhz Cavabdeh istifadəsində olmuşdur. Cavabdehin 2024-cü ildə çıxarıldığı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan həmin torpaq sahəsində qarğıdalının əkilməsini istisna edə biləcək hər hansı bir hal iş materiallarından müəyyən edilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin istifadəsində olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, torpaq sahəsinin kənarlarının hasarlanmasına əlavə xərc çəkməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin də həmin məsələləri ayrıca icraatda mübahisələndirmək imkanları istisna edilməmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən orta hesabla götürülə biləcək məhsulun istehsalı və əldə olunması üçün çəkilən xərclərin nəzərə alınmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin istiqamətdə də dəyərləndirmə aparılaraq ayrı-ayrı mütəxəssislərin mübahisəli torpaq sahəsindən hər ilə 5-8 ton aralığında məhsil əldə edilə biləcəyinə dair mövqelərinə deyil, həmin torpaq sahəsindən bundan kifayət qədər aşağı məhsul əldə edilməsinə dair ekspertiza rəyinə istinad edilmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
53. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(019)-183/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, e-2(019)-183/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.