Məhkəmə qərarları › İş №2(107)-1071/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1071/2020

21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1071/2020 21.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə və X7 iclas katibliyi ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Balakən Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi təsdiq edilən zaman iddiaçıdan torpaq üçün qanuna zidd olaraq sadələşdirilmiş vergi üçün tutulmuş 196 AZN, digər sənədlər üçün qeyri-qanuni alınmış 75 AZN və Kapital Banka ödədiyi 20 AZN dövlət rüsumu olmaqla, cəmi 291 AZN pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 196 AZN və 14,46 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə Qullar kəndində doğulmuş oğlu X8 nənəsi X3 2011-ci ilə Qullar kəndində yerləşən 0,1550 ha torpaq sahəsini və həmin torpaq sahəsində 1960-cı ildə çaylaq daşından tikilmiş 43,40 kv m fərdi yaşayış evini Nihata bağışlamışdır. Bağışlama notarial qaydada yerinə yetirilmişdir. 2018-ci ildə Nihata məxsus 0,1550 ha torpaq sahəsinin 0,0784 hektarını və həmin torpağın üzərində yerləşən 43,40 kvm fərdi yaşayış evini Qullar kənd sakini Göylərov Ülfan Elman oğluna satmaq qərarına gəlmiş və xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən daşınmaz əmlakı Qullar kənd sakini Göylərov Ülfan Elman oğluna satmışlar. AN-1 № ******* saylı xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin 4-cü maddəsində notarius qeyd edir ki, satıcı daşınmaz əmlakı 10.000 manata satmışdır. Alıcı isə həmin qiymətə almışdır. Fərdi yaşayış evi 7000 manata, torpaq sahəsi 3000 manata satılmışdır. Müqavilənin 4a bəndində qeyd olunur: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, sadələşdirilmiş vergi ödənilməsində azad edilmişdir - satıcı X12. Müqavilənin 4c bəndində yazılır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8ci maddəsinə əsasən, təqdim edilmiş daşınmaz əmlaklara görə satıcı X6 196 AZN, ümumilikdə 196 AZN miqdarında sadələşdirilmiş vergi tutulmuşdur (torpaq üçün). Azərbaycan Respublikasının Vergilər Nazirliyinə ünvanladıqları məktuba cavab olaraq xx xxxx 2019-cu il tarixli məktubda qeyd olunur ki, Vergi Məcəlləsinin müddəalarına əsasən nənə tərəfindən mülkiyyətində olan daşınmaz əmlakların nəvəyə bağışlanması (hədiyyə verilməsi) sadələşdirilmiş vergidən azaddır. Hədiyyə şəklində əldə edilən əmlakın hədiyyəni alan şəxs (nəvə) tərəfindən digər şəxslərə satışı zamanı vergidən azad olunma ilə bağlı güzəşt həmin hədiyyəni alan şəxsin (nəvənin) yaşayış sahəsində azı 5 il müddətində qeydiyyatda olması ilə şərtləndirilir. Övladının (hədiyyə alan şəxsin) təqdim edilən yaşayış sahəsi üzrə azı 5 il müddətində qeydiyyatda olduğu halda həmin sahənin digər şəxslərə təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunmur. Müqavilənin 4 b hssəsində notarius qeyd edir ki, Vergi Məcəlləsinin 220.8-ci madəsinə əsasən, mülkiyyətində olan torpaq sahəsinin (yaşayış fondları, həyətyanı sahələr və bağ sahələrinin tutduğu torpaqlar) təqdim edilməsinə görə aşağıdakı düstura uyğun olaraq sadələşdirilmiş vergi tutulmuşdur. Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə satıcı X6 196 AZN, ümumilikdə 196 AZN miqdarında sadələşdirilmiş vergi tutulmuşdur. Xüsusi notarius Cavabdeh müqavilənin 4 a bəndi ilə N.Qazıyevi sadələşdirilmiş vergidən azad edir. Müqavilənin 4c bəndi ilə N.Qazıyevdən 196 AZN miqdarında sadələşdirilmiş vergi tutur. Satıcı N.Qazıyev təqdim edilməsinə görə vergi ödəyicisi deyil. Ondan sadələşdirilmiş vergi tutulması qanunazidd olmuşdur. Satıcı olan 11 yaşlı N.Qazıyev isə nənəsindən hədiyyə kimi əldə etdiyi əmlakın təqdim edilməsinə görə gəlir vergisindən azaddır. Alqı-satqı müqaviləsini həyata keçirən Balakən rayon notariusu 6-dan çox verdiyi sənədlərinin əsilləri və ASAN xidmətdə təqdim etdiyi sənədlərə görə ondan heç bir əsas olmadan qanunazidd olaraq 90 AZN pul almış, qəbz belə verməmişdir. 90 manat pulu ondan notariatın işçisi Turan götürmüşdür. Bu haqda notarius Cavabdeh bildirmiş, o da işçisini müdafiə etmişdir. Hətta notariat idarəsində Kapital Bankın bankomatı olduğu halda pulu ora təqdim etməyə qoymamışlar. Özləri götürdükləri 90 manat pul üçün ona qəbz verməkdən imtina etmişlər. Buna görə də göstərilən tələblə Balakən Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən, mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin təqdim olunması zamanı müqavilədə göstərilən düstura əsasən 196 manat verginin tutularaq 13 saylı X10 hesabına köçürülməsini nəzərə almamışdır. Bu məhkəmə tərəfindən vergi qanunvericliyinin açıqaşkar pozulmasının təkzibedilməz sübutudur. Mən məhkəməyəqədər əgər sadələşdirilmiş verginin tutulması mübahisələndirilirsə, cavabdeh qismində 18 saylı ərazi vergilər idarəisinin cəlb olunması barədə vəsatət təqdim edərək, vəsatətin təmin olunmasını xahiş etməklə tutulmuş sadələşdirilmiş vergi barədə ətraflı izahı rəsmi məktubla göndərsəm də, məhkəmə təqdim etdiyim vəsatət bardə söz açmamış və həmin vəsatətə baxmamışdır. Vətəndaş İddiaçı nümayəndəsi Nümayəndə notariat kontorunda alqı-satqı əməliyyatı aparmış, “Dövlət rüsumu haqqında” Qanunun 10-cu, “Notariat haqqında” Qanunun 29-cu maddələrinə əsasən, notariat hərəkətlərinin aparılmasına görə ödəməli olduğu rüsumları və VM-ə əsasən, nəzərdə tutulmuş sadələşdirilmiş vergini ödəmiş, bu əməliyyatdan 4 ay sonra notariat kontoruna gələrək həmin ödədiyi məbləğləri geri tələb etmiş, qaytarmasam məndən və kontorun əməkdaşlarından yuxarı orqanlara yazacağı ilə hədələmiş, ona ödənişlərin rəsmi olaraq ödəniş köşkü ilə ödənilməsi barədə məlumat verilməsinə və çeklərin təqdim olunmasına baxmayaraq, məndən müxtəlif orqanlara şər böhtan dolu məktublar yazıb göndərmiş, qanunun tələbləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən ona izah olunduqdan sonra yenə də məni məhkəməyə verəcəyi barədə ultimatum vermiş, mən ona bütün ödənişlərin qanuni olduğunu izah etdiyim halda məhkəmədə məndən pul tələbi barədə iddia qaldırmışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı etiraz ərizələri də apelyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmışdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək qiymətləndirib belə qənaətə gəlir ki, aşağıda qeyd edilən əsaslara görə, apelyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: xx.xx.2018-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 rayonunun Qullar kəndində yerləşən 0,1550 ha torpaq sahəsinin 0,0784 ha hissəsini və üzərindəki ümumi sahəsi 43,40 kv m olan fərdi yaşayış evini 10000 manata Göylərov Ülfan Elman oğluna satmış, satıcı X6 196 AZN, ümumilikdə 196 AZN miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin İddiaçı ünvanlandığı xx xxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, x xxxxxx 2019-cu ildən qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına əsasən, nənə tərəfindən mülkiyyətində olan daşınmaz əmlakın nəvəyə bağışlanması (hədiyyə verilməsi) sadələşdirilmiş vergidən azaddır. Hədiyyə şəklində əldə edilən əmlakın hədiyyəni alan şəxs (nəvə) tərəfindən digər şəxslərə satışı zamanı vergidən azad olunma ilə bağlı güzəşt həmin hədiyyəni alan şəxsin (nəvənin) yaşayış sahəsində azı 5 il müddətində qeydiyyatda olması ilə şərtləndirilir. Övladınızın (hədiyyə alan şəxsin) təqdim edilən yaşayış sahəsi üzrə azı 5 il müddətində qeydiyyatda olduğu halda həmin sahənin digər şəxslərə təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunmur. Qeyd edilənlərdən əlavə, vergidən azad olunma üçün müəyyən edilən 5 il müddət əmlakı təqdim edən şəxsin həmin yaşayış sahəsində qeydiyyata düşdüyü vaxtdan hesablanır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X10 xx.xx.2020-ci il tarixli məktubunda isə göstərilir ki, X12 tərəfindən ödənilmiş 196,0 manat ödəniş məbləği xx.xx.2018-ci il tarixdə Balakən rayon yerli xəzinədarlıq orqanından vergi orqanına daxil olmuş və Cavabdeh xüsusi notariusların fəaliyyəti üzrə şəxsi hesab vərəqəsinə işlənilmişdir. Qeyd olunanlarla yanaşı, cavabdeh məhkəmə kollegiyasına göndərdiyi xx xxxx 2020-ci il tarixli 134 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Balakən rayon notariat ofisində X8 adından qanuni nümayəndəsi İddiaçı və X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Göylərov Ülfan Elman oğlunun arasında 4Ə-821 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Yetkinlik yaşına çatmayan nəvəsi Nihat Qazıyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu Qullar kəndi ərazisində yerləşən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixdə adıçəkilən notariat ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən yqşayış sahəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən, vergidən azad olunmuş (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsinə görə), torpaq sahəsinə (724 kv m) isə həmin Məcəllənin 220.8-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tətbiq olunmuşdur (196 manat). Bildiririk ki, sözügedən müqavilə rəsmiləşdirilərkən sadələşdirilmiş verginin hesablanması qaydası müqavilədə öz əksini tapmış (784 kv m x 0,5 manat x 0,5 zona əmsalı=196 manat) və bununla bağlı ödəniş tapşırığı verilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə əsasən, mülkiyyətində bu Qanunun 35.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Odur ki, qanuna uyğun olaraq müqavilə rəsmiləşərkən sığorta ödənişi, sənədlərdən surətin düzgünlüyünün və ərizələrdəki imzanın həqiqiliyinin təsdiqi üçün müvafiq haqlar, eləcə də bank xidmət haqları tutulmuşdur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 23-cü və 31-ci hissələrinə görə, notarius tərəfindən elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilir. Habelə, əsasında notariat hərəkəti aparılmış sənədlərin əsli əqdin notariusda saxlanılan nüsxəsinə əlavə olunur. Sənədlərin əsli onları təqdim etmiş şəxslərə qaytarılır, onların notariat qaydasında təsdiq edilmiş surəti isə notariusda saxlanılır. “Rüsum haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq alqı-satqı əməliyyatının aparılması üçün müvafiq rüsumlar müqavilənin bağlanması üçün 143,75 manat (6,25 manat köşk bank xidməti haqqı tutur) və ərizələr (hər imza təsdiqi üçün 4 manat rüsum, 1 manat köşk) və bölgü planı, surət təsdiqi üçün 5 manat, sonrakı hər səhifə üçün əlavə 1 manat olmaqla, ödənilmişdir. Alqı-satqı zamanı bizimlə heç bir narazılıq, söz söhbət olmamış, forma 1 üçün rüsumu və vergi bank vasitəsi ilə, digər rüsumlar isə rüsumların ödənilməsiüçün notariat ofisinə qoyulmuş post terminal köşkü vasitəsi ilə ödənilmişdir. Vergi ödəyən zaman heç nə demədən, narazılıq etmədən vergini ödəmiş, qəbzin bir nüsxəsini gətirib bizə təqdim etmiş, digər rüsumları ödəmiş, 4 ay sonra isə etirazını bildirmişdir. Mənə başqaları ilə xəbər göndərmişdir ki, əgər onun çəkdiyi xərcləri qaytarmasam məndən yazacaq. Bildirmək istəyirəm ki, ödənişlər İddiaçı deyil, etibarnamə üzrə nümayəndəsi olduğu Nümayəndə adından aparılmışdır. İddiaçı ərizəsində özü yazdıqlarını təkzib etməklə tələbini aydınlaşdıra bilməmişdir. Belə ki, ərizədə qeyd olunana görə qeyri-qanuni alınmış 75 AZN və Kapital Banka ödədiyim 20 AZN dövlət rüsumu. Məlumat üçün bildirirəm ki, Kapital Banka əmlakın üzərində yüklülüyün olub-olmaması barədə Forma 1 arayışı üçün daşınmaz əmlakın dövlət reyestri hesabına 20 manat haqq, 10 manat dövlət rüsumu keçirilmişdir. Təbii ki, əməliyyatın üzərindən 1 il 6 aylıq bir müddət keçmiş və iddiaçı artıq hara nə keçirdiyini unutmuşdur. Eyni zamanda, dövlət notariat ofislərində dövlət rüsumu alınır, xüsusi notariuslarda isə qanunla müəyyən edilmiş qaydada haqq tutulur. Göründüyü kimi , notarius aparılan notariat əməliyyatı zamanı qanunla nəzərdə tutulmuş sadələşdirilmiş vergi, dövlət rüsumu və haqlar tutmuşdur. Bundan başqa, ödəmə mənbəyində ödənilən sadələşdirilmiş vergi Vergilər Nazirliyinə ödənildiyinə görə iddiaçı verginin qanunsuz tutulduğunu iddia edirsə cavabdeh qismində Vergilər Nazirliyinin 13 X17 cəlb olunmalıdır. Mən məhkəməyə əgər sadələşdirilmiş verginin tutulması mübahisələndirilirsə, cavabdeh qismində 18 saylı X10 cəlb olunması barədə vəsatət təqdim edərək, vəsatətin təmin olunmasını xahiş etməklə tutulmuş sadələşdirilmiş vergi barədə ətraflı izahı rəsmi məktubla və etiraz ərizəsi ilə birlikdə göndərmişəm. Lakin məhkəmə qətnamədə təqdim etdiyim vəsatət barədə söz açmamış, ümumiyyətlə vəsatətə baxmamış, qəbul və ya rədd olunması barədə qərardad qəbul etməmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını, verginin qaytarılması hissəsində cavabdeh qismində 13 X14 cəlb olunmasını xahiş edirəm. İşdən görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X8 nənəsi tərəfindən daşınmaz əmlakın, o cümlədən torpaq sahəsinin və evin nəvəsinə bağışlanması (hədiyyə verilməsi) sadələşdirilmiş vergidən azaddır. Qanunda göstərilən müddətdə qeydiyyatda olduğu üçün hədiyyə alan şəxs kimi Nihat Qazıyev tərəfindən hədiyyə şəklində əldə etdiyi əmlakın (torpaq sahəsi və evin) digər şəxslərə satışı zamanı vergidən, hazırki halda sadələşdirilmiş vergidən azaddır. Lakin cavabdeh tərəfindən qanunun bu tələbi pozulmuş, sadələşdirilmiş vergidən azad olunmasına baxmayaraq, qanunda göstərilən müddətdə yaşayış sahəsində qeydiyyatda olduğu Nihat Qazıyevə bağışlanılmış (hədiyyə edilmiş) torpaq sahəsinin və evin başqa şəxsə satışı zamanı ondan əsassız olaraq 196 manat vergi alınmış və həmin məbləğ cavabdehin xüsusi notarius hesabına köçürülmüş və onun sərəncamına verilmişdir. Yəni cavabdeh iddiaçıya 196 manat maddi ziyan vurmaqla, qanuni əsas və müqavilə əsası olmadan iddiaçının hesabına 196 manat məbləğində əsassız varlanmışdır ki, həmin 196 manat məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra VM) əsasən, notarius torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) zamanı vergi agenti qismində iştirak edir (mad. 150.1.9). Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri; - “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya (102.1, 102.1.3.2, 102.1.18). Vergidən azaddır: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya (106.1, 106.1.16). Vergi tutulan gəlir müəyyən edilərkən aşağıdakı hallarda gəlir və ya zərər nəzərə alınmır: - aktivlər ər və arvad arasında verildikdə; - aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə (mad. 144.1, 144.1.1 və 144.1.2). Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır (mad. 220.8). Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: - mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər (mad. 218.1 və 218.4.3). - Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir (mad. 219.3-1). Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat olmaqla, bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur (mad. 220.8). Şərh olunan maddi hüquq normalarının məna və mahiyyətindən göründüyü kimi, torpaq sahələrinin alqı-satqısı zamanı sadələşdirilmiş verginin tətbiq olunmamasına dair heç bir göstəriş yoxdur. Başqa sözlə, qanunda belə bir hal nəzərdə tutulmamışdır. Bundan əlavə, Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubda da göstərilmişdir ki, x xxxxxx 2019-cu ildən qüvvədə olan Vergi Məcəlləsinin müddəalarına əsasən, nənə tərəfindən mülkiyyətində olan daşınmaz əmlakın nəvəyə bağışlanması (hədiyyə verilməsi) sadələşdirilmiş vergidən azaddır. Hədiyyə şəklində əldə edilən əmlakın hədiyyəni alan şəxs (nəvə) tərəfindən digər şəxslərə satışı zamanı vergidən azad olunma ilə bağlı güzəşt həmin hədiyyəni alan şəxsin (nəvənin) yaşayış sahəsində azı 5 il müddətində qeydiyyatda olması ilə şərtləndirilir. Övladınızın (hədiyyə alan şəxsin) təqdim edilən yaşayış sahəsi üzrə azı 5 il müddətində qeydiyyatda olduğu halda həmin sahənin digər şəxslərə təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunmur. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozmuş və cavabdehdən 196 AZN-in və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 14,46 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsini qət etmişdir. Halbuki, həmin maddəyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya şikayətinin “mən məhkəməyəqədər əgər sadələşdirilmiş verginin tutulması mübahisələndirilirsə, cavabdeh qismində 18 saylı ərazi vergilər idarəisinin cəlb olunması barədə vəsatət təqdim edərək, vəsatətin təmin olunmasını xahiş etməklə tutulmuş sadələşdirilmiş vergi barədə ətraflı izahı rəsmi məktubla göndərsəm də, məhkəmə təqdim etdiyim vəsatət bardə söz açmamış və həmin vəsatətə baxmamışdır” dəlilinə gəlincə, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin digər dəlilləri ilə razılaşıb mübahisəli alqı-satqı müqaviləsi bağlanan zaman torpaq sahəsinə görə sadələşdirilmiş veriginin tutulmasının qanuni olması nəticəsinə gəldiyi üçün 18 saylı X10 işə cəlb edilməsinə zərurət qalmır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı cavabdehdən digər sənədlər üçün verilmiş 75 manatı tələb etsə də, cavabdehin notariat əməliyyatı zamanı iddiaçı tərəfdən şəxsən və ya hər hansı işçisi vasitəsilə qeyri-qanuni 75 manat almasını və bu məbləğdə iddiaçıya maddi zərər vurmaqla onun hesabına əsassız varlanmasını təsdiq edən və eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmin hissədə iddia tələbini sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (MPM-in 218.1-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsasllıdır, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən səhvə yol vermiş, mаddi və yа prosessuаl hüquq normаlаrını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticə işin hallarına uyğun gəlmir ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. MPM-in 385.1.1, 385.1.2 və 385.1.4-cü mаddələrinin tələbinə görə, mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən, mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. MPM-in 390-cı maddəsinə görə, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmədə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş və tətbiq edilməli qanun düzgün tədbiq edilməmişdir. Ona görə də apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Bunlardan əlavə, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. İddiaçının dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar