Məhkəmə qərarları › İş №2(107)-1072/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1072/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1072/2021 04.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçıxxxx Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) 22 oktyabr 2020-ci il tarixli 2(016)- 502/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4876.00 (dörd min səkkiz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçıxxxx” ASC-nin xeyrinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçıxxxx ASC Cavabdeh qarşı – “Daewoo” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 (beş min) manatxxxx ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 5030.40 (beş min otuz manat 40 qəpik) manat məbləğin cavabdehdən tutularaq İddiaçıxxxx Şirkətinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıxxxx ASC iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.10.2016-cı il tarixdə etibarnamə əsasında darə etdiyi “Nissan X-Trail” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai metrosu yaxınlığında hərəkət olarkən “Daewoo” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. İcbarixxxxlar haqqında qanunun 63-cü maddəsinə əsasən, Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmişxxxx məbləği cavabdehdən tutulmalıdır.Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin KYP №317643 saylı inzibati xəta haqqında protokolda öz əksini tapmışdır.“xxxx” MMC-nin 28.11.2016-cı il tarixli hesabına uyğun olaraq, “Daewoo” markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat ziyan dəymişdir.PAT ********** saylıxxxx müqaviləsinin 033190 saylıxxxx aktına əsasən İddiaçıxxxx Şirkəti 5000 manatxxxx ödənişi həyata keçirmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçıxxxx şirkətinə dəymiş 5000 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçıxxxx ASC tərəfindən məhkəməyə ünvanlanan məktubla, iş həcminin çox olması səbəbindən təyin edilmiş məhkəmə iclaslarını iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan033190 saylı, 29.11.2016-cı il tarixlixxxx aktının surətindən görünür ki, Cavabdeh məxsus və İddiaçıxxxx ASC-dəxxxxlanmış “Nissan X-Trail” markalı, 90 HZ702 dövlət qeydiyyat nişanlı avtomobil 21.10.2016-cı il tarixdə yol-nəqliyyat hadisəsi zamanı “xxxx” ASC-yə məxsus olan “Daewoo” markalı, 10 PE029 dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş zərərlə bağlı “xxxx” MMC-yə 5000.00 manat ödənilmişdir. İş materiallarında olan 6461 saylı 01.12.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 5000.00 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” MMC-nin 28.11.2016-cı il tarixli hesabına əsasən baxış aktından görünür ki, “Daewoo” markalı, 10 PE029 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 5000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 0414 nömrəli “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, “Daewoo” markalı, 10 PE029 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı “Babək” Serviz mərkəzində texniki baxış zamanı ehtiyat hissələrinin dəyişdirilməsi və texniki xidmət göstərilməsi lazım bilindiyinə görə qiymətlərin razılaşdırılması protokolu tərtib edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“Daewoo” markalı, 10 PE029 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” ASC-dir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və etibarnamənin surətlərindən görünür ki,“Nissan X-Trail” markalı, 90 HZ702dövlət qeydiyyat nişanlıavtomobilin sahibi X1r və həmin avtomobilə dair Cavabdeh etibarnamə verilmişdir. İş materiallarında olan Xətai DYPŞ-nin 21.10.2016-cı il tarixli, KYP seriyalı 317643 saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, “Nissan X-Trail” markalı, 90 HZ702dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh yolnəqliyyat hadisəsi törətməklə “Daewoo” markalı, 10 PE029dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Cavabdeh AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və hadisə yerindən yayınmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış məktubla 5000 manat məbləğindəxxxx ödənişi məbləğinin 10 iş günü müddətində ödənilməsi tələb edilir İş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 10.07.2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2992 saylı, 16.09.2020-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMCnin 28.11.2016-cı il il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra" markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4876,0 manat müəyyən edilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(016)-502/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh аpellyаsiyа şikаyətinin təmin edilməsini Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(016)-502/2020 nömrəli qətnaməsnin ləğv edilərək iddianın rədd edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə iclasında iştirak edən Cavabdeh аpellyаsiyа şikаyətinin təmin edilməsini Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(016)-502/2020 nömrəli qətnaməsnin ləğv edilərək iddianın rədd edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçıxxxx Şirkəti ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının hazırkı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Cavabdeh münаsibətdə düzgün həll etmişdir. Apellyasiya məhkəməsinin araşdırması zamanı müəyyən edilir ki, İddiaçıxxxx ASCnin iddiasının əsası kimi istinad etdiyixxxxlanmış X2 məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilən “Nissan X-Trail” markalı, 90 HZ702dövlət qeydiyyat nişanlı avtomobilin “Daewoo” markalı, 10 PE029 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə zərər dəyməsi işin materialları ilə sübut olunur. Bununla da,xxxxlanmış “Nissan X-Trail” markalı, 90 HZ702dövlət qeydiyyat nişanlı avtomobillə “Daewoo” markalı, 10 PE029dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan İddiaçıxxxx ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçıxxxx ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən,xxxx haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllüxxxxdaxxxx müqaviləsi ilə, icbarixxxxda isə icbarixxxx qanunları ilə müəyyən edilir. “İcbarixxxxlar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbarixxxxsı üzrə baş vermişxxxx hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqdaxxxx ödənişi vermişxxxxçının hadisəni törətmiş şəxsə qarşı verilmişxxxx ödənişi məbləğində subroqasiya hüququ yaranır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hadisə yerindən yayındığından, bununla da İddiaçıxxxx ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından,xxxx ödənişi cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, cavabdeh isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət də onun üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, yol nəqliyyat hadisəsi Cavabdeh tərəfindən idarə edilərkən törədildiyindən, cavabdeh isə hadisə yerindən yayındığından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2992 saylı, 16.09.2020-ci il tarixli rəy ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği 4876.00 manatdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin məbləğdə qət etməklə düzgün nəticə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli iş üzrə Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(016)- 502/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(016)-502/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar