Məhkəmə qərarları › İş №2(107)-1075/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1075/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1075/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərər tələbinə dair mülk iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərər tələbinə dair mülk iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ümumilikdə cavabdehlərə müxtəlif vaxtlarda pul vəsaitləri vermiş və göndərmiş, istifadələrinə maşınlar vermiş, onlara saxlanılması üçün at, it və xırdabuynuzlu heyvanlar vermişdir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 həmin pul vəsaitləri ilə iddiaçının tapşırığı əsasında Ağsu rayonu Ərəbmehdibəy kəndində tövlə tikməli, mal-qara və digər heyvanlar almaqla təsərrüfat aparmalı idilər. İddiaçı tapşırıqların yerinə yetirilmədiyini iddia etməklə cavabdehlərdən bu qətnamənin 2-ci bəndində qeyd edilənləri tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 2000 manat məbləğində pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tövlənin tikintisi üçün verilmiş 6185 manat və avtomaşınının təmiri üçün verilmiş 250 manat məbləğində pulun, 100 manat dəyərində 2 arı pətəyinin, 260 manat dəyərində 2 ədəd kameranın, 2400 manat dəyərində 3 baş iribuynuzlu camış heyvanların (1 ana, 2 bala), 1000 manat dəyərində 1 ədəd it heyvanı (Qurdbasan cinsli) və 1200 manat dəyərində 1 ədəd at heyvanının və ya onların dəyərinin alınıb ona verilməsi, cavabdehlərin sağlam heyvanların əvəzinə xəstə heyvanları təhvil vermələri nəticəsində ona dəymiş 3000 manat məbləğində maddi zərərin və cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun və 142,18 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin əvvəllərində qonşuluqda yaşayan bir nəfər şəxsin vasitəsi ilə Cavabdeh1 ilə tanış olmuşdur. Tanışlıqdan sonra Mahir oğlu Təbrizi yanına gətirərək xahiş etdi ki, Təbrizi bağına gözətçi götürsün. Razılaşaraq Təbrizi aylıq 250 manat maaş olmaqla bağına gözətçi götürdü. Təbriz bağında işlədiyi müddət ərzində dişləri ağrıdığı üçün onu həkimə aparmış, dişlərini müalicə etdirmiş, borclarının qaytarılması üçün, arvadının müalicəsi üçün ümumilikdə 2000 manat məbləğində pul vermişdir. Təbriz bağında işlədiyi zaman Mahirlə söhbət zamanı ona heyvan saxlamaqla yaxşı qazanc götürmək olduğunu bildirdi. Mahirdən heyvanı harada və necə saxlaya biləcəyini soruşduqda, Mahir heyvanları onun kənddə yerləşən evinin həyətində saxlaya biləcəyini və heyvanlara da oğlu Pərvizin baxa biləcəyini bildirdi. Təxminən 2021-ci ilin aprel-may ayında Maştağa qəsəbəsindən 27 baş xırdabuynuzlu heyvan alaraq Mahirlə birlikdə onun Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən evinin həyətinə aparmışdır. Kəndə gəldikdən sonra Mahirin oğlu Pərvizlə tanış oldu və əlavə heyvan alıb artırması üçün ona 3500 manat pul verdi. Pərviz də həmin pula 27 baş xırdabuynuzlu heyvan alıb, heyvanlara əlavə etmişdir. Daha sonra Bakı şəhərinə geri qayıtdıqdan sonra tövlə tikmək üçün Pərvizin kart hesabına müxtəlif vaxtlarda pullar göndərmişdir. Bundan əlavə, 2021-ci ilin may ayında Pərvizə 1400 manat pul vermiş, Pərviz də həmin pula yanı balalı iribuynuzlu camış heyvanı almışdır. Bundan əlavə, 2021ci ilin iyun ayında Pərviz və Mahirlə birlikdə Ağsu rayonu heyvan satışı bazarından 17 baş xırdabuynuzlu heyvan alaraq digər heyvanlara əlavə etmişdir. Sonuncu dəfə Xızı rayonunda dostundan aldığım 19 baş xırdabuynuzlu heyvanı Ərəbmehdibəy kəndinə apararaq digər heyvanlara əlavə etmişdir. Həmin vaxt xırdabuynuzlu heyvanlardan başqa, 2 ədəd arı pətəyi, 2 ədəd kamera, 1 dəst at və 1 ədəd it (Qurdbasan cindi) də cavabdehlərə təhvil vermişdir. Bütün bunlardan başqa, Pərvizə heyvanların daşınması üçün 14600 manat dəyərində "Qazel" markalı yük avtomobili alıb vermiş, lakin Pərviz bir müddət həmin avtomobildən istifadə etsə də, avtomobilə yaxşı baxmadığı üçün mühərriki xarab olmuşdur. 2021-ci ilin oktyabr ayında 4500 manat dəyərində “VAZ 2106” markalı avtomobil alaraq Mahirə vermişdir. 2022-ci ilin fevral ayında Təbriz ona bağda işləmək istəmədiyini, kəndə qayıtmaq istədiyini bildirdikdə etiraz etməmiş, hətta mart ayının maaşını da əlavə olaraq ona vermişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Mahir ona zəng edərək həyətində yanğın olduğunu və tikdirdiyi tövlənin yandığını bildirdi. Bundan sonra Mahirlə birlikdə Ərəbmehdibəy kəndinə gəlib tövləyə baxaraq Bakıya qayıtdı. Təxminən bir həftə sonra Pərvizin yanına gələrək hesabat apardı. Hesabat apardıqdan sonra Pərviz heyvanlara baxmaq istəmədiyini, bu işin ona sərf etmədiyini və heyvanları aparmağını bildirdi. Bundan sonra heyvanları saxlamaq üçün yer tapdıqdan sonra 16 iyul 2022-ci il tarixdə 88 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvanları Pərvizdən təhvil alaraq Bakıya gətirdi. Heyvanları təhvil alarkən Pərviz 3 baş iribuynuzlu (1 ana, 2 bala) heyvanların otlaq sahəsində olduğunu, daha sonra verəcəyini desə də, bu günə kimi həmin heyvanları təhvil verməmişdir. Cavabdehlər onlara verdiyi sağlam 1 ədəd it və at heyvanının əvəzində xəstə, yararsız 1 ədəd it və at heyvanı təhvil vermişlər. Heyvanların saxlanılması üçün tövlənin tikintisi, heyvanların alınması onun pulu hesabına başa gəlmişdir. Bundan əlavə heyvanların saxlanılması müqabilində Pərvizə məvacib də vermişdir. Cavabdeh1 həyətində heyvan saxlanılması ilə bağlı təxminən 30000 manat məbləğində pul xərcləmişdir. Cavabdehlərə 97 baş xırdabuynuzlu, 9 baş iribuynuzlu, 1 rəst at, 1 ədəd it heyvanı təhvil versə də, cavabdehlər ona 88 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, 1 at heyvanı qaytarmışdır. Cavabdehlərin təhvil verdiyi at və 15 xırdabuynuzlu heyvan da xəstə, qoca olmuşdur. Belə ki, cavabdehlər sağlam heyvanların əvəzinə xəstə, qoca heyvanları vermiş və sonradan da həmin xəstə heyvanların bir neçəsi tələf olmuşdur. Bundan əlavə, cavabdehərin həyətində heyvanların saxlanılması üçün onun vəsaiti hesabına tövlə tikilmişdir. Tövlənin tikintisi üçün tərəfindən Pərvizin kart hesabına və nağd qaydada müxtəlif vaxtlarda 6185 manat məbləğində pul verilmişdir. Cavabdehlərdən yuxarıda qeyd olunan xərclərin əvəzinin ödənilməsini tələb etdikdə, onun barəsində polisə şikayət etmişlər. Lakin polisdə həmin şikayət əsasında araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehlərdən artıq iddia tələbində qeyd edilən 260 manat dəyərində 2 ədəd kameranı işlək vəziyyətdə geri almışdır. Heyvanları cavabdehlərdən şəxsən özü götürmüşdür. Xırda buynuzlu heyvanları götürərəkən cavabdehlər verilən heyvanların 92 olmasını bildirilsələr də, Bakı şəhərində heyvanlar sayılanda onların sayının 88 olması müəyyən edilmişdir. Bundan bir müddət, təxminən 2-3 ay sonra heyvanların xəstə olması aşkar edilmişdir. Ona geri qaytarılan atın səhhətində problem olmuş, belə ki, onun qabaq ayaqlarının bağları quruyub qırılmış və bu səbəbdən qaça bilmirmiş. Geri qaytarılan it isə qurdbasar deyil, çoban iti cinsindən olmuşdur. Cavabdehlərə verilən atın qiymətinin 1200 manat, itin isə qurdbasar cinsindən olub qiymətinin 1000 manat olmasını təsdiq edən hər hansı sübutu yoxdur. Camışların alınması üçün də Pərvizə pul göndərmiş və onlar balası olan camış almışlar, lakin geri qaytarmamışlar.

5. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərmişdir ki, iddiaçı sürücülük vəsiqəsi alınması və diş düzəltdirməsi üçün 1600 manat Cavabdeh3 pul vermişdir. Tövlənin tikintisi üçün 6185 manat xərc çəkilmişdir. Ekspertiza həmin xərcin 5700 manat olmasını müəyyən etmişdir. Ümumilikdə 10641 manat pul ödəyib. Həm tövlənin tikintisinə, həm də qoyunların saxlanılmasına hissə-hissə olaraq həmin məbləğləri köçürmüşdür. Tövlə yandıqdan sonra heyvanları yığıb apararkən cavabdehlər camış heyvanların sahədə olduğu bildirilsələr də sonra ümumiyyətlə həmin heyvanların olmadığını söyləmişlər. İddiaçıya at və it verilsədə, onun cavabdehlərə at və it olmamış, aparılan xırda buynuzlu heyvanlar müəyyən müddət sonra yoxlanılarkən xəstə olması müəyyən edilmiş. Bununlada iddiaçının cavabdehlərə saxlamaq üçün verdiyi sağlam heyvanlar xəstə heyvanlarla dəyişdirilmiş. Ümumilikdə iddiaçıya maddi ziyan vurulmuş. Eyni zamanda qeyd olunan dövrdə mənəvi ziyanda çəkmişdir. Dəymiş mənəvi ziyan kimi 3000 manat məbləği də cavabdehlərdən tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, iddiaçını özünə qardaş bilirdi. Dəfələrlə oğlanlarına ağsaqqal olduğunu, yaxşı insan olduğu üçün kömək etmələrini tapşırmışdır. Uşaqları ilə birlikdə onun özünün bağ evində, qızının həyətində və yaxınının həyətində işləmişlər. Oğlu Təbriz iddiaçının bağ evində işləyirmiş, ona aylıq əmək haqqı verməli olsa da vermirmiş, o özü hər ay oğluna pul göndərirmiş, hətta oğlu dolanmaq üçün arvadının qızıllarını da satıbmış. Dəfələrlə oğlu Təbriz iddiaçının ona pul vermədiyi üçün bezdiyini, rayona getmək istədiyini bildirmişdir. Lakin o, səbr etməsini, iddiaçının onlara kömək edəcəyini, rayonda ev alacağını bildirmişdir. Daha sonra iddiaçı ona kəndə gedib heyvanlara baxmasını söyləmiş və bundan sonra onlar birgə təsərrüfatla mışğul olmuşlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi birgə tikilən tövlənin əksər hissəsi əvvəldən var imiş, iddiaçı sadəcə tövlənin üst hissəsinin tikintisinə yardım etmişdir. Usta pulunu o, özü vermişdir. Lakin tövlə sonradan onlardan asılı olmayan səbəbdən yanmış, hətta tövlədə onun otları da yanmışdır. Tövlə yanarkən tam yararsız hala düşmüş, hazırda divarlar qalmış o, da toz kimi tökülür. Tövlənin yanmasını Fövqəladə Hallar Nazirliyinin işçiləri də gəlib aktlaşdırmışdır. Sənədlər də onlardadı. İddiaçının aldığı qoyunların bir qismi xəstə imiş, rayondan alınan qoyunlar sağlam imiş. Xəstə qoyunları sataraq yeniləri ilə əvəz etmişdir. İddiaçıya heç bir borcları yoxdur, həmin məbləğlər qaytarılmışdır. İddiaçıya müxtəlif vaxtlarda hissə-hissə pul göndərmişdir. At və iti iddiaçının razılığı ilə dəyişmişlər və onları da özü ilə aparmışdır. İddiaçının pulu ilə camış almamışlar. Özlərinin təsərrüfatlarında həmişə camış heyvanı olmuşdur. İddiaçı onlara şər atır. Təsərrüfatı şərik olaraq yaratmışlar. İlk olaraq qoyunları gətirəndə onun tövləsindən istifadə etmiş, onun arpasından, buğdasından həmin heyvanlara yem versədə iddiaçı qarşılığını ona qaytarmamışdır. Tövlənin tikintisinə cəmi 30 şifer alıb, ***-**** manat xərc çəkib. Tövlənin usta, fəhlə və digər xərcləri o özü ödəməmişdir. 60 qoyun gətirib, artdıqca 64 qoyun satıb, üzülüşüb gedəndə isə 92-93 qoyun aparmışdır. Tövlənin tikintisində ustanın xərcindən xəbəri olmamışdır. Onun uşaqlarını işlədib, cəmi 1600 manat onlara pul vermişdi. 3600 manat Mersedes markalı avtomobil almışdılar onu da öz adına rəsmiləşdirdi. Gedəndə öz qoyunları ilə bərabər 25 ədəd onun qoyunlarını da aparmışdır. Həmin heyvanların yarısını qaytarmağını yalvarsada qaytarmadı, avtomaşını da öz adına qeydə aldırdı. Onlara dəymiş zərərin ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddia ilə müraciət etsə də müddəti ötürmüşdür. İddiaçıdan dəyəri 1800 manat olan 4 ton 500 kq arpanı, dəyəri 600 manat olan 200 ədəd yonca bağlısını, oğlu Pərvizə çobanlıq etdiyi üçün verməli oduğu, lakin 1 il 4 ay ərzində maaşı, ondan göndərtdiyi 3200 manat pulu, bağ evində işlətiyinə qarşılıq əmək haqqı olan 4000 manat pul məbləğini, 24 ədəd dəyəri 3000 manat olan xırdabuynuzlu heyvanını, 1 il 4 ay çobanlıq etdirərək əmək haqqını verməyərək nəticədə toplanmış 3200 manat və etibarnamə ilə oğlu Pərvizə satdığı VAZ 2106 markalı avtomobil üzrə 4500 manat pulunu tələb etmək istəyirdi. Buna görə Hüquq Mühafizə orqanlarına müraciət etdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Kameraları qaytarmış, arı pətəkləri həyətindədir, istənilən vaxt apara bilər, buna heç kim maneə olmur. Xırda buynuzlu heyvanları aparan vaxt hamısı sağlam idi, bir neçə ay sonra heyvanların xəstələnməsinin onunla heç bir əlaqəsi yoxdur. Bundan başqa onun iddiaçıya qaytardığı at sağlam olmuşdur. Atın ayaq bağlarının quruyub qırılması qeyri mümkündür. İtə gəldikdə isə sağlam it vermişdir, əgər etiraz edirsə, hazırda da istənilən növ əlavə it vermək iqtidarındadır. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi sənədlərdə göstərmişdir ki, müxtəlif vaxtlarda pul göndərmişdir. O, həmin pulları ya heyvana yemək almaq, ya da Bakıda satmaq üçün iri buynuzlu və xırda buynuzlu heyvanlar almaq məqsədi ilə göndərmişdir. Həmçinin birgə təsərrüfat zamanı saxlanılan xırda buynuzlu heyvanların artımını da, təxminən 60 baş quzunu da satmaq üçün aparmışdır. Qeyd olunan heyvanların satışından əldə olunan puldan bizə heç nə verməmişdir. Təsərrüfatda istifadə üçün verilmiş avtomaşını da aparanda tam saz vəziyyətdə idi. Onun təmirindən və həmin təmirin nə əsasla olmasından məlumatı yoxdur.

7. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, iddiaçı sürücülük vəsiqəsi almaq ərəfəsində və daha sonra dişlərinin müalicə olunması üçün cəmi 1700 manat pul vermişdir. O, da 1 il müddətdə onu həyətində işləsə də aralarında heç bir müqavilə bağlanmamış və əmək haqqı verməmişdir. Dəfələrlə iddiaçının, onun qızının bağında işləmiş, otları təmizləmiş, yonca əkmişdir. İddiaçı ona torpaq alacağı vədi vermişdi. Onun həyətində işləməyi üçün ayda 600 manata razılaşsalarda iddiaçı ona pul verməmiş, hərdən isə 50-100 manat verirmiş. Qeyd etdiyi kimi torpaq alacağı vədi verdiyindən zəhmət haqqını ver deyə çox üstünə getmirmiş. Pulu olmadığından hətta yoldaşının qızıllarını satıb xərcləmişdir. Odur ki, keçinmək çətin olduğu üçün, həmçinin iddiaçının atasına təklif etdiyi təsərrüfatda işləmək üçün məcbur olub kəndə qayıtmışdır.

8. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə 87 baş xırdabuynuzlu heyvan almış, ölümcül olan heyvanları iddiaçının öz razılığı ilə 35 manata sataraq çiyid almışdır. Daha sonra onda 69 baş heyvan qaldı. Verdiyi it kolbasa ilə qidalandığından saxlaya bilmədi və öz razılığı ilə çoban iti ilə dəyişdi. İddiaçı ona 1400 manat pul verib, həmin pula isə arpa və ot almışdır. Onların həmişə camışı olmuşdur, iddiaçının pulu ilə camış almamışdır. İddiaçı camış almaq istəmiş, pulunu da göndərmiş, lakin həmin vaxt heyvanların yeməyi olmadığı üçün həmin pula camış yox, heyvanlara yem almış və özünə də bu barədə bildirmişdir. İddiaçı da razılaşmışdır. 16.000 manata kənddən ona ev alacağını vəd etdiyi üçün ona görə birlikdə işləməsini davam etdirmişdir. Sonuncu dəfə heyvanları gəlib aparanda 92 baş heyvan sayıb təhvil vermişlər. İddiaçının tələb etdiyi atı da öz razılığı ilə dəyişmişdir. Xırda buynuzlu heyvnları aparanda atı da apardı. 2 arı pətəyi və kameralar hazırda həyətdədir. Gəlib götürə bilər. Tövlə isə yanaraq istifadəyə yararsız hala düşüb. Tövlənin qalan daşları həyətlərindədir.

9. Cavabdehlərin vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini rədd edərək izahatında göstərdi ki, məhkəmə qərar qəbul edərkən tələbdən kənara çıxmır. Tövlənin tikintisi ilə bağlı 6185 manat iddiaçı tələb irəli sürmüşdür. Həmin məbləğ şəxsin təqsirli olduğu halda tələb edilə bilir. Lakin tövlənin yanması ilə bağlı cavabdehlərin heç bir təqsiri yoxdur. Tövlə verilmiş rəyə əsasən, eyni zamanda qeyd etdikləri kimi qısaqapanmadan yanmışdır. Heyvanlar həmin zaman tövlədə olmamışdır. Cavabdehlərin əvvəldən 3 camışları olmuşdur. Həmin say ötən müddətdə artmamışdır. İddiaçının isə camış heyvanı olmamışdır. Ətraf qonşular onların qoyunlarının artıdığını görmüş, camış heyvanında artım olmadığını bildirmişlər, eyni zamanda həmin camışlar da cavabdehlərə məxsus olmuşdur. İddiaçı maşının motorunda problem olduğunu qeyd etmiş, lakin motoru problemli olan avtomaşını sürüb getmişdir. Atla bağlı mütəxəssis də qeyd etdi ki, yolda da xəstələnə bilər, ayaq bağlarının quruyub qırılması isə qeyri mümkündür. Xırda buynuzlu heyvanlara gəldikdə isə onların aparılan an xəstə olmasını təsdiq edən hər hansı sənəd təqdim etməmişdir, hətta iddiaçı tərəf özü qeyd edir ki, xırda buynuzlu heyvanların xəstə olmasını bir neçə ay sonra müəyyən etmişlər. Bu da qeyri mümkün haldır. Bundan başqa qurdbasan cinsindən olan iti iddiaçı 1000 manat dəyərində qiymətləndirir, lakin həmin qiyməti nəyə əsasən hesablayır bilinmir. Cavabdehlər tərəfindən video kameralar artıq qaytarılmış, arı pətəklərini isə qaytarmağa hazırdırlar.

10. X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ali təhsilli baytar mütəxəssisidir. Atların xəstələnməsi adi haldır. Yəni bu hal müxtəlif səbəblərdən baş verə bilər. Yemdən, səhv qidalanmadan belə xəstələnə bilər. At çox həssas heyvandır. Sürətlə çapanda da tərləyib sonradan xəstələnə bilər. Həmçinin at bir məntəqədən başqa məntəqəyə aparılarkən yoldada xəstələnə bilər. Hazırkı məhkəmə baxışında qeyd edilən at Ağsu rayonundan Bakı şəhərinə aparılmışdır, onun səhhətində yolda problem yarana bilər, eyni zamanda yemdən də xəstələnə bilər. Bunun üçün müalicə olunmalıdır, amma ayağının bağının quruyub qırılması mümkün deyil. Əgər atın ayaq bağı qırılsa onda o, ümumiyyətlə yeriyə bilməz. Qoyunlarla bağlı isə onu deyə bilərəm ki, bir məntəqədən başqa məntəqəyə aparılarkən xəstə olsa onların əlamətləri dərhal bilinməli idi, bir neçə ay sonra yox.

11. X4 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri tanıyır, heç bir düşmənçilik və ədavəti yoxdur. Tərlan ilə birlikdə onun avtomobili ilə Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gələrək 92 baş xırdabuynuzlu heyvan aparmalı idilər. Lakin Bakıya çatanda heyvanların 87 baş olduğunu görmüşlər. Heyvanları kənddə avtomobilə yerləşdirərkən saymamışdılar. Xırdabuynuzlu heyvanlardan savayı 1 at da gətirmişlər. 1 camış heyvanı da olmalı idi, lakin camışı aparmaq istəsələr də cavabdehlər camışın örüş sahəsində qaldığını və hazırda harada olduğunu bilmədiklərini bildirmişlər. Axşam tərəfi olduğundan artıq camışın qayıtmasını gözləməmişlər, lakin heyvanları aparmağa gələndə cavabdehlərin həyətində bir ədəd boğaz camış heyvan görmüşdür.

12. X12 məhkəmə iclasında göstərmişdir ki, cavabdehlərlə eyni kənddə yaşayır. Hər biri təsərüfatla məşğuldurlar. Cavabdeh3 Qarabağda döyüşdən gələndən sonra bir neçə heyvan aldı. Cavabdehlərin həyətində olan tövlə yananda kənddə olmamışdır. Həmin vaxtlarda Kəlbəcər rayonunda işləyirdi. Cavabdehlərə məxsus neçə heyvan olmasını dəqiq bilməsədə, camışlarının olduğunu dəqiq bilirdi. Sonuncu dəfə cavabdehlərə məxsus camışı tövlə yanandan sonra görmüşdür. Yəni 2022-ci ilin aprel ayında onların həyətində olmuşdur. Tövlə də təxminən həmin ilin iyul ayında yanmışdır. Tövləni də cavabdehlər tikmişdir

13. X7 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri tanıyır, onlarla heç bir düşmənçilik və ədavəti yoxdur. Tərlan müəllimə heyvanları özü vermişdir. İddiaçıya 19 birkalı qoyun, 19 keçi, 1 at, 1 qurdbasar cinsli it, 8 inək vermişdir. Özü üçün təsərrüfat qurmuş, heyvanları Bakı şəhərində saxlayır. Heyvanları verəndən bir müddət sonra Tərlan müəllim heyvanları Bakı şəhərinə gətirmişdir. Heyvanlar onun verdiyi heyvanlar deyilmiş. Heyvanlar birkasız imiş, verdiyi at yerli at imiş, cins boz at imiş. Qaytarılan at da həmin at deyilmiş.

14. X5 məhkəmə iclasında göstərmişdir ki, Bakı şəhərində yaşayır və heyvandarlıqla məşğul olur. İddiaçı ona rayonda heyvanları olduğunu və baxımsız vəziyyətdə qaldığı üçün heyvanları gətirib onun təsərrüfatına atacağını dedi. Onunla razılaşdı. Bir müddət sonra, yəni 2022-ci ilin iyul ayında Tərlan müəllim 88 baş heyvan gətirdi. Onlardan 7 keçi, 9 baş quzu, qalanı da ana qoyunlar idi. Ana qoyunların 30-başı dişsiz idi. 9 quzunun isə 5-i başqa təsərrüfata aid idi. Ana qoyunlarda birka yox idi. Qoyunlardan biri elə həmin gün öldü. Həmin qoyun birkalı idi. Qalan heyvanlar isə qış aylarında və həmin vaxta qədər tədricən öldü. İddiaçının gətirdiyi bir atın damarları qurumuşdu. El arasında həmin xəstəliyə çəng olmuş deyilir. At yerisədə biraz gedəndən sonra yıxılırdı. Cavabdehin həyətində bir baş camış heyvanı görsədə kimə məxsus olmasını bilməmişdir.

15. X1 məhkəmə iclasında göstərmişdir ki, 1972-ci ildən eyni kənddə yaşayırlar. Evlərinin arasında 150 metr məsafə var. Cavabdehlər həmin kənddə doğulub böyümüşlər. Təsərrüfatla məşğul olurlar. Onların 4 baş inəkləri, 2 baş camışları vardır. Atları var idi. Qoyunların sayı 25-30 baş olardı. Qeyd edilənləri təsərrüfatlarında son 3 ildə görmüş, həmişə camışları olmuşdur. Heyvanları bələdiyyənin torpağında otarırdılar.

16. X2 məhkəmə iclasında göstərmişdir ki, cavabdehlər mal-heyvan saxlamaqla zəhmətlə yaşayan insanlardır. Onların dədə-babadan heyvanları olub. 18-20 xırdabuynuzlu heyvanları, 4-5 baş iribuynuzlu heyvanları olub. 2 baş camışları olmuşdur. Sonradan oğlunun 70-80 qoyun otardığını görmüşdür. Pərvizin Jiquli-06 markalı avtomaşın vardı. Uşaqların sürdüyü boz at görmüşdür. Əvvəllər “Qazel” markalı avtomobil görsədə, sonradan rast gəlməmişdir.

17. X8 məhkəmə iclasında göstərdi ki, cavabdehlərin həmişə heyvanları olmuşdur. 4- 5 inəkləri, 2 baş düyələri olmuşdur. Cavabdeh3 müharibədə iştirak etmiş, müharibədən sonra 25 baş qoyun almışdı. Başqa heyvan görməmişdir. Birlikdə təsərrüfat yaratdıqda at gətirmişdilər, it görməmişdir. Sonra isə qoyunları aparmışlar. Camış olub-olmaması barədə məlumatı yoxdur.

18. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı ilə cavabdehlər arasında heyvan saxlamaları ilə bağlı razılıq olmuş, 2021-ci ilin aprel ayının sonlarında iddiaçı Bakı şəhərindən 27 baş xırdabuynuzlu heyvan alaraq, cavabdehlərin yaşadığı Ağsu rayonu, Ərəbmehdibəy kəndinə gətirmişdir. Kəndə gəldikdən sonra Cavabdeh2 3500 manat pul verərək bazardan əlavə heyvan almasını tapşırmışdır. Sonuncu da həmin məbləğə 27 baş xırdabuynuzlu heyvan alıb, digər heyvanlara əlavə etmişdir. Həyətdə heyvanların saxlanılması üçün tövlə tikmək məqsədilə Cavabdeh2 kart hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlər köçürmüşdür. Daha sonra iddiaçı 19 baş xırda buynuzlu heyvan, 1 ədəd at və 1 ədəd it heyvanı gətirərək, digər heyvanlarına əlavə etmişdir. 06 iyul 2022-ci il tarixdə, saat 19:00-da həyətlərində olan yeni tikilmiş tövlənin yanmasından sonra iddiaçı kəndə gələrək təsərrüfata aid heyvanları, at və iti maşına yükləyərək Bakı şəhərinə qaytarmış, sonradan, yəni hazırkı iddiaya məhkəmə baxışı zamanıkameraları da aparmışdır.

19. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatlarda ümumilikdə cavabdehlərə 97 baş xırdabuynuzlu, 9 baş iribuynuzlu, 1 ədəd at, 1 ədəd it heyvanı təhvil versə də, cavabdehlərin ona 88 baş xırdabuynuzlu, 3 baş iribuynuzlu, 1 at və 1 it heyvanı qaytardıqlarını bildirmişdir. 3 baş iribuynuzlu camışı heyvanlarının qaytarılmadığını iddia etsə də cavabdehlər, ümumiyyətlə ortaq təsərrüfatda camış heyvanının olmamasını israrla bildirmişlər. Cavabdeh2 izahatında iddiaçının ona camış heyvanı alması üçün pul göndərdiyini təsdiq etmiş, lakin heyvanların yemi olmadığı üçün həmin pulu, iddiaçının razılığı ilə heyvanlar üçün yemə xərclədiyini bildirmişdir. Cavabdehlər tərəfindən dəvət edilmiş şahidlər cavabdehlərin əvvəldən camışları olduğunu da təsdiq etmişlər. Bu hal iş materiallarına əlavə edilmiş Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da öz əksini tapmışdır. Belə ki, qeyd edilən arayışda Cavabdeh1 təsərrüfatında xx.xx.2021-ci il tarixə 2 baş camışları və eyni zamanda xx.xx.2022-ci il tarixə də 2 baş camışları olduğunu təsdiq edilir. Bundan əlavə həmin arayışda 6 baş inəkləri, xx.xx.2022- ci il tarixə isə eyni sayda inəkləri ilə 78 baş qoyunlarının olması qeyd edilmişdir.

20. Cavabdeh2 izahatında iddiaçının ümumilikdə 87 baş xırdabuynuzlu heyvan aldığını, ölümcül olan heyvanları iddiaçının öz razılığı ilə sataraq yem aldığını, 69 baş heyvanın qaldığını bildirmişdir. İddiaçının kəndə gətirdiyi itin qidalanmasını təmin etmədiyi üçün saxlaya bilmədiyindən iddiaçının razılığı ilə çoban iti ilə dəyişdini qeyd etmişdir. İddiaçı ona 1400 manat pul verdiyini də etiraf edərək həmin pula arpa və ot aldığını, tələb edilən arı pətəyinin və kameraların hazırda həyətdə olduğunu qeyd etmişdir.

21. Tövlənin tikintisi ilə bağlı 6185 manat tələb edilsədə, həmin məbləğ ekspert rəyi ilə 5797,7 manat müəyyən edilmişdir. Lakin Cavabdeh1 iddiaçının tövlənin tikintisinə 30 şifer aldığını, ***-**** manat pul xərclədiyini, usta, fəhlə və digər pulları isə ödəmədiyini qeyd etmişdir. Göründüyü kimi tövlə cavabdehlərin iradəsindən asılı olaraq yanmamış, baş vermiş hadisə ilə əlaqədar yanmışdır. İş materiallarında olan kart hesabına köçürmələrlə iddiaçı tərəfindən Cavabdeh2 adına olan kart hesabına müxtəlif vaxtlarda, müxtəlif pul məbləğləri köçürülməsi müəyyən edilmişdir. Lakin həmin məbləğlərin tövlənin tikintisinə sərf olunması barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdeh2 ona heyvan alınması üçün iddiaçı tərəfindən nağd və hesabına pul köçürüldüyünü, həmin pula da heyvan və onların qidalanması üçün yem aldığını etiraf etmişdir. İddiaçının qarşı tərəfin imzası olmadan qeyd edilmiş yazıların həqiqət olub-olmamasını təsdiq edən də hər hansı sübut təqdim edilməmişdir

22. Avtomaşına çəkilən 250 manat xərclə bağlı isə ümumiyyətlə iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir.

23. Bundan başqa Cavabdeh3 2000 manat pulun verilməsi ilə bağlı isə cavabdeh tərəf iddiaçının həyətində mühafizə kimi işlədiyini və bunun müqabilində gördüyü işlərə görə iddiaçının ona 1700 manat pul veridiyini bildirmiş, eyni zamanda verməli olduğu əmək haqqının əvəzində isə kənddə torpaq almağı sözü verdiyini, buna görə hazıradək əmək haqqı tələbi ilə bağlı iddiaçıya qarşı tələb irəli sürmədiyini bildirmişdir.

24. İddiaçı iddia tələbini əsaslandıraraq cavabdeh X9 2000 manat məbləğində pulun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tövlənin tikintisi üçün verilmiş 6185 manat və avtomaşınının təmiri üçün verilmiş 250 manat məbləğində pulun, 2400 manat dəyərində 3 baş iribuynuzlu camış heyvanların (1 ana, 2 bala), 1000 manat dəyərində 1 ədəd it heyvanı (Qurdbasan cinsli) və 1200 manat dəyərində 1 ədəd at heyvanının və ya onların dəyərinin alınıb ona verilməsi, cavabdehlərin sağlam heyvanların əvəzinə xəstə heyvanları təhvil vermələri nəticəsində ona dəymiş 3000 manat məbləğində maddi zərərin və cavabdehlərin hərərkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun alınmasını tələb etsədə, lakin həmin halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

25. Göründüyü kimi, İddiaçı cаvаbdеhlərə qаrşı “pul, maddi və mənəvi ziyan” tələbini irəli sürsədə həmin halları təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən onlara vurulmuş maddi ziyanın cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsinə dair sübut edən hər-hansı bir tutarlı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

26. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun tutulması ilə bağlı hissəsi təmin edilməməlidir.

27. Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsi ilə (hakim Babək Qasımov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat dəyərində 2 arı pətəyi və dövlət rüsumu olaraq ödənilmiş 0,76 manat məbləğində vəsaitin İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 147,42 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaitinin 49,74 manatının İddiaçı, 0,26 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

29. - Ödəniş qəbzlərindən görünür ki, 416973******9990 nömrəli kart hesabından Cavabdeh2 tərəfindən qəbul edilən 416974******0633 nömrəli kart hesabına xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 800 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021- ci ildə 100 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 750 manat, xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021-ci ildə 1500 manat, xx.xx.2021-ci ildə 400 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 110 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 600 manat, xx.xx.2021-ci ildə 250 manat, xx.xx.2021-ci ildə 300 manat, xx.xx.2021-ci ildə 50 manat, xx.xx.2021-ci ildə 150 manat, xx.xx.2021-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 80 manat, xx.xx.2022-ci ildə 150 manat, xx.xx.2022-ci ildə 190 manat, xx.xx.2022-ci ildə 220 manat, xx.xx.2022-ci ildə 1500 manat, xx.xx.2022-ci ildə 250 manat, xx.xx.2022-ci ildə 51 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci ildə 250 manat, xx.xx.2022-ci ildə 90 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 100 manat, xx.xx.2022-ci ildə 300 manat, ümumilikdə 10641 manat ödəniş edilmişdir.

30. - Xərclərlə bağlı tərtib edilmiş dəftərdən görünür ki, İddiaçı çəkilmiş xərclərlə bağlı hesabat aparmışdır.

31. - 30 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Ərəbmehdibəy kənd sakini Cavabdeh3 DİN-in “102” xidməti zəng-mərkəzinə və rayon polis şöbəsinə müraciət edərək atasının dostu İddiaçı adlı şəxsin tövlələrinin yanması səbəbi ilə özünə məxsus heyvanları ilə birlikdə ona məxsus 25 baş xırdabuynuzlu heyvanları saxlamaq üçün aparması, geri qaytarmaması barədə toplanmış material üzrə cinayət işinin başlanması Ağsu RPŞ-nin TQ-nun təhqiqatçısının qərarı ilə rədd edilmişdir.

32. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin böyük təhqiqatçısının 09 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 06 iyul 2022-ci il tarixdə, saat 19:00-da Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.

33. - Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 verilmiş arayışdan görünür ki, o, Ərəbmehdibəy kəndində daimi qeydiyyatda olmaqla təsərrüfatında xx.xx.2021-ci il tarixə 6 baş inəkləri, 2 baş camışları, xx.xx.2022-ci il tarixə isə 6 baş inəkləri, 2 baş camışları və 78 baş qoyunları olmuşdur. Həmin heyvanları öz ailəsinə məxsus 4,49 ha pay torpağında yetişdirdiyi arpa və samanla yemləmişdir

34. - Ağsu rayonu İcra Hakimiyyəti Başçısının Ərəbmehdibəy kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 25 ildən artıq müddətdir ki, öz həyətyanı sahəsində 60 kv.metr sahəsi olan tövlə inşa etmişdir.

35. - Qarşılıqlı iddiaçılar Cavabdeh1 və digərləri tərəfindən ilkin İddiaçı qarşı “pul, maddi və mənəvi zərər tələblərinə” dair xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı tələb üzrə cavabdehdən onların xeyrinə 4 ton 500 kq dəyəri 1800 manat olan arpa, 200 ədəd dəyəri 600 manat olan yonca bağlısı, oğlu Pərvizə çobanlq etdiyi üçün verməli oduğu maaşı ona göndərtdiyi 1 il 4 ay ərzində göndərdiyi 3200 manat pulu bağ evində işlətiyinə qarşılıq əmək haqqısı 4000 manat, 24 ədəd dəyəri 3000 manat olan xırdabuynuzlu heyvanını, 1 il 4 ay çobanlıq etdirərək əmək haqqını verməmiş və nəticədə toplanmış 3200 manat və etibarnamə ilə oğlu Pərvizə satdığı VAZ 2106 markalı avtomobili 4500 manat pulunu və 151 manat dövlət rüsumu əvəzinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

36. - Ağsu Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

37. - Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 10/8821 saylı rəyindən görünür ki, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Cavabdeh1 oğğluna məxsus evin həyətində olan tövlə və anbarın tikilməsi üçün çəkilmiş xərc (material və usta pulu daxil olmaqla) mövcud orta bazar qiymətinə uyğun olaraq təqribən 5797,7 manat məbləğində müəyyən edilmişdir.

38. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil1 (vəkil) Expressbank ASC-nin hesabına 148,20 manat pul ödəmişdir.

39. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

40. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçının tələbi cavabdeh tərəfindən etiraf olunaraq qəbul edilsə də, məhkəmə tərəfindən əsassız olaraq, tələbin bu hissəsinə belə qiymət verilmişdir ki, həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əgər Cavabdeh3 iddiaçıdan 1700 manat pul aldığını etiraf edirsə və onun əksini sübut edə bilmirsə, bu halda məhkəməyə həmin halı sübut edən hansı sübut təqdim edilməli idi. İddiaçı tələbində tövlənin tikintisi üçün çəkdiyi xərcin ödənilməsini tələb edir, iddiaçı maddi zərərin əvəzinin ödənilməsini tələb etmir. Bu səbəbdən də tövlənin yanmasının hazırkı iddiaya heç bir aidiyyəti yoxdur. Bundan əlavə, tövlənin yanması məhkəməyə əvvəldən məlum olduğu halda, nəyə görə tövlənin tikilməsi üçün çəkilmiş xərcin müəyyən edilməsi barədə ekspertiza təyin edilirdi. Cavabdehlərin izahatları ziddiyyətlidir, beləki, Cavabdeh1 ümumiyyətlə camışın olmadığını, Cavabdeh2 isə iddiaçının camış alınması üçün pul verdiyini, lakin guya həmin pula camış deyil, yem alındığını göstərmişlər. Cavabdehlərin yalan danışdığını iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh2 səs yazısı təsdiq edir. Belə ki, vatsap vasitəsilə Cavabdeh2 iddiaçıya göndərdiyi səs yazısındakı danışıqda iddiaçı camışları qaytarmağı tələb etdikdə, Cavabdeh2 camışları satdığını və heç bir camış qaytarmayacağını bildirmişdir. Bundan əlavə, məhkəmə zamanı dindirilmiş şahid Rəhman Loğmanov da ifadəsində "cavabdehlərin həyətindən heyvanları apararkən camışı da aparmaq istəmişlər, lakin cavabdehlər camışın örüş sahəsində qaldığını və hazırda harada olduğunu bilmədiklərini" göstərmişdir. Bütün bu sübutlara baxmayaraq, məhkəmə əsassız olaraq, cavabdeh tərəfin izahatını əsas götürərək iddiaçının tələbinin bu hissəsini də təmin etməmişdir. İddiaçının verdiyi atı və iti cavabdehlər iddiaçının razılığı olmadan başqa yararsız heyvanlarla dəyişərək iddiaçıya təhvil vermişlər və həmin heyvanların yararsız, xəstə olması sonradan iddiaçıya məlum olmuşdur. Bundan başqa, cavabdehlərin həmin heyvanları iddiaçının istədiyi növlə dəyişdirməyə razı olmaları da, həmin heyvanların cavabdehlər tərəfindən iddiaçının razılığı olmadan digər yararsız növlə dəyişdirilməsinə əsaslı şübhələr yaradır. Lakin, bütün bunlara baxmayaraq, iddiaçının tələbi cavabdehlər tərəfindən dolayı da olsa qəbul edilsə də, məhkəmə tərəfindən əsassız olaraq, tələbin bu hissəsinə belə qiymət verilmişdir ki, həmin halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərin bütün bu hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir. İddiaçının cavabdehlərdən təhvil aldığı heyvanların bir hissəsinin xəstə, qoca olmasını, heyvanların xəstəlikdən ölməsini məhkəmədə dindirilmiş şahidlər İqbal Həsənov və Fərman Loğmanov da təsdiq etmişlər. Bundan əlavə, iddiaçının heyvanları Bakıya gətirdikdən sonra saxladığı təsərrüfata baytarlıq xidməti göstərən Bakı şəhəri Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə vəkil sorğusu verilmiş və həmin təşkilatdan sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı təsərüfatına 2022-ci ilin noyabr ayında baxış keçirilmiş və baxış zamanı təsərrüfatda olan xırdabuynuzlu heyvanlardan 25-i xəstə olduğu üçün onlara peyvənd vurulmamışdır. Həmin məktub məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə qətnaməsində iş materiallarında olan sənədlər siyahısında həmin məktub qeyd olunmamışdır. Bütün bu sübutlara baxmayaraq, məhkəmə əsassız olaraq, həmin halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməməsini əsas götürərək iddiaçının tələbinin bu hissəsini də təmin etməmişdir.

41. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)- 29/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdehlər apellyasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini xahiş etmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

44. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

45. Cavabdehlərdən Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh3 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

47. Qərarlar: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

49. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. İddiaçı Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilməmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın rədd edilmiş Cavabdeh2 münasibətdə 3800 manat, Cavabdeh3 münasibətdə 1700 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

52. İşin hallarından görünür ki, iddiaçı avabdehlərə müxtəlif vaxtlarda pul vəsaitləri vermiş və göndərmiş, istifadələrinə maşınlar vermiş, onlara saxlanılması üçün at, it və xırdabuynuzlu heyvanlar vermişdir. Cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 həmin pul vəsaitləri ilə iddiaçının tapşırığı əsasında Ağsu rayonu Ərəbmehdibəy kəndində tövlə tikməli, mal-qara və digər heyvanlar almaqla təsərrüfat qurmalı idilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Hazırki işin hallarından görünür ki İddiaçı ilə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuşdur.

53. Bu qətnamənin 29-cu bəndində göstərilmiş ödəniş qəbzləri ilə iddiaçının cavabdehlərdən Cavabdeh2 ümumilikdə 10.641 manat pul göndərdiyi təsdiq olunur ki, iddiaçı həmin puldan 6185 manatının tövlənin tikintisinə xərcləndiyini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinin tələbinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İddiaçının qaytarılmasını tələb etdiyi 6185 manat pulun qarşılığında tikilməsi tapşırılmış tövlənin inşa edilmiş olduğu işin mübahisələndirilməyən halıdır. Hal-hazırda həmin tövlə yanmış olsa da, tövlənin yanmasının cavabdehlərin təqsiri üzündən baş verməsi sübut olunmur. Belə olan halda iddia tələbi həmin 6185 manat pula münasibətdə təmin edilə bilməzdi. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

54. Ödəniş qəbzləri ilə verildiyi təsdiq olunan 10.641 manatın qalan hissəsinə gəldikdə, kollegiya qeyd edir ki, iddiaçı 2021-ci ilin may ayında Pərvizə 1400 manat pul verdiyini, Pərvizin də həmin pula yanı balalı iribuynuzlu camış heyvanı aldığını bildirmiş, Cavabdeh2 isə onların həmişə camışı olduğunu, iddiaçının pulu ilə camış almadığını, iddiaçının camış almaq istədiyini, pulunu da göndərdiyini, lakin həmin vaxt heyvanların yeməyi olmadığı üçün həmin pula camış yox, heyvanlara yem aldığını və özünə də bu barədə bildirdiyini, iddiaçının da razılaşdığını qeyd etmişdir. Göründüyü kimi, iddiaçının Cavabdeh2 camış almaq üçün pul göndərdiyi, lakin o pula camış alınmadığı təsdiq olunur. İddiaçının buna razılaşması ilə bağlı isə cavabdeh heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçı həmin 1400 manatı cavabdehdən tələb etməkdə haqlı, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə təmin etməməkdə haqsız olmuşdur.

55. Kollegiya o cümlədən qeyd edir ki, iddiaçı tələbində 2400 manat dəyərində 3 baş iribuynuzlu camış heyvanların (1 ana, 2 bala) və ya onların dəyərinin qaytarılmasını tələb etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş pul təsdiq olunduğundan, o cümlədən cavabdeh tərəfindən iddiaçının camış alınması barədə tapşırığı olduğu halda, camış alınmadığı etiraf edildiyindən, kollegiya hesab edir ki, iddiaçı həmin 2400 manatla bağlı tələbində də haqlı olmuşdur. Hər iki halda Cavabdeh2 camış heyvanları almaq üçün pulu iddiaçıdan almış, lakin camışları almamaqla camışları almaq üçün verilmiş cəmi 3800 manat həcmində əsassız varlanmışdır.

56. İddiaçı tərəfindən Cavabdeh2 rəsmi göndərilməsi təsdiq olunan 10.641 manatın qalan hissəsinin isə hansı tapşırıqla verildiyi və həmin tapşırıqların yerinə yetirilibyetirilmədiyi təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməməkdə haqlı olmuşdur.

57. İddia tələbinin Cavabdeh3 aid hissəsində məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh3 2000 manat müxtəlif məqsədlər, o cümlədən sonuncunun arvadının müalicəsi və cavabdehin özünün dişinin müalicəsi üçün pul verildiyi iddia olunmuş, sonuncu isə iddiaçıdan 1700 manat pul aldığını etiraf etmişdir. Cavabdeh3 həmin pulun iddiaçının ona verməli olduğu halda vermədiyi əmək haqları ilə əvəzləndiyi barədə göstərdikləri heç bir sübutla təsdiq edilməmişdir. Göründüyü kimi, iddiaçının Cavabdeh3 1700 manat borc pul verməsi təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda iddiaçı ilə Cavabdeh3 arasında şifahi borc müqaviləsinin mövcudluğu təsdiq olunduğundan iddiaçı həmin pulun qaytarılmasını tələb etməkdə haqlı, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə təmin etməməkdə haqsız olmuşdur.

58. İddia tələbinin Cavabdeh2 qarşı hazırki qətnamə ilə təmin olunan 3800 manat hissəsində kollegiya qeyd edir ki, alınması tapşırılmış iribuynuzlu camış heyvanlarının alınmadığı təsdiq olunduğundan Cavabdeh2 camış heyvanlarının özü deyil, onların alınması üçün verilmiş cəmi 3800 manat pul tutulmalıdır.

59. İddia tələbinin təmin olunmamış Cavabdeh1 aid və digər, o cümlədən mənəvi zərərə aid hissələrində isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə iddianı rədd etməsini bu qətnamənin 18-26-cı bəndlərində göstərilmiş dəlillərlə əsaslandırmışdır və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırmaları ilə razılaşır.

60. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

61. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilməmiş Cavabdeh2 münasibətdə 3800 manat, Cavabdeh3 münasibətdə 1700 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsi iddianın təmin edilməmiş Cavabdeh2 münasibətdə 3800 manat, Cavabdeh3 münasibətdə 1700 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası həmin hissədə təmin edilməli, Cavabdeh2 3800 manat, Cavabdeh3 1700 manat pul alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

62. Kollegiya onu da qeyd edir ki, hazırki qətnamə ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hər birinə münasibətdə təmin olunmuş iddianın həcmi 5000 manatdan az olduğundan hazırki qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İddiaçı iddiasının təmin olunmamış hissədə qiyməti 5000 manatdan artıq olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Ağsu Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(016)-29/2023 nömrəli qətnaməsi iddianın təmin edilməmiş Cavabdeh2 münasibətdə 3800 manat, Cavabdeh3 münasibətdə 1700 manata aid hissəsində və ödənilmiş dövlət rüsumuna aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası həmin hissədə təmin edilsin. Cavabdeh2 3800 manat, Cavabdeh3 1700 manat pul alınaraq İddiaçı verilsin. Dövlət rüsumu olaraq ödənilmiş 148.2 manatın 13.3 manatı Cavabdeh3, 44.5 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar