Məhkəmə qərarları › İş №2(107)-1078/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1078/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1078/2023 04.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: sənədlərin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və alqısatıqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 may 2023cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Hazırki iş üzrə iddia İddiaçı bibisi X12 14 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evi olmuşdur. X2, yəni 01 iyul 1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək mülkiyyətində olmuş həmin əmlakı Cavabdeh4 vəsiyyət etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən 28 dekabr 2021-ci il tarixdə Cavabdeh4 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evini X1.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 2 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İşə məhkəmədə baxılarkən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 06 avqust 1978-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda da faktiki yaşayır. X5 29 iyul 2011-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt başı ailə problemlərinə qarışdığından, atasının bacısı X9 vaxtikən adına rəsmiləşdirilmiş ata-baba yurdu haqqında maraqlana bilməmişdir. Şəki rayonuna gəldikdə məlum olmuşdur ki, ata-baba yurdu olan ünvan 2 ünvanı artıq başqa şəxslərin sərəncamındadır. Bu məsələni araşdırmaq üçün ilk öncə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğu vermiş və məlum olmuşdur ki, X8 qalmış Şəki rayonundakı daşınmaz əmlaka Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 28 dekabr 2021-ci il tarixli, 2V-1017 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş Cavabdeh4 07 yanvar 2022-ci il tarixdə dövlət reyestrindən çıxarış əldə etmiş və Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisində 28 yanvar 2022-ci il tarixli, 4Ə-123 reyestr nömrəli alqı-satqı ilə fərdi yaşayış evi Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Daha sonra Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə müvafiq sorğu ilə müraciət edərək sözügedən notariat işini də əldə etmişdir. İş materiallarında olan V-829/2021 vərəsəlik işindən görünür ki, Şəki Regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin 28 dekabr 2021-ci il tarixli, 2V-1017 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bibisi X8 qalmış Şəki rayonundakı daşınmaz əmlaka vərəsəsi Cavabdeh4 təyin edilmişdir. İş materiallarına nəzər salanda onu da görürük ki, bibisi tərəfindən Cavabdeh4 daşınmaz əmlak 01 iyul 1999-cu il tarixdə Şəki şəhər 1 saylı dövlət notariat kontorunda vəsiyyət edilmişdir. Məlum olduğu kimi bibisi X12 14 oktyabr 1999-cu il tarixdə vəfat etdikdən 22 il sonra vəsiyyət üzrə vərəsə mirası qəbul etmək üçün müraciət etmişdir. Lakin vərəsəlik işinə baxdıqda orada Cavabdeh4 sözügedən əmlaka nə sahiblik etməsi, nə də faktiki idarə etməsi görünmür. Belə olan halda hesab edir ki, notarius konkret olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmiş və müddətin bərpası ilə bağlı qərar olmadan birbaşa həmin şəxsə vərəsəlik şəhadətnaməsi vermişdir. Mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı Cavabdeh4 sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi. Hazırkı işdə cavabdehin mirasın qəbul edilmə müddəti ərzində konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə mirası qəbul etməsi notarius tərəfindən aydınlaşdırılmamışdır. Vərəsəlik işinin göstəriciləri nəzərə alınsa hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır. Cavabdeh4 vəsiyyət üzrə mirası 2021-ci ildə qəbul etmişdir. Buna görə də iş materiallarında olan sənədlərlə vəsiyyət üzrə vərəsənin mirası qəbul etməsi, yəni 14 oktyabr 1999-cu ildən 14 yanvar 2000-ci ilədək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur. Həmçinin qeyd edir ki, bibisinin birinci növbə vərəsələrindən heç kim yoxdur və qanun üzrə yeganə qalan 2-ci növbə vərəsəsi kimi onun, mirasın qəbulu müddətini ötürməsi cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Ona görə, hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərəzəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli evdə bibisi Rəhimə, Dilarə ilə birlikdə yaşamışdır. Rəhimə 1999-cu ildə, atası Səhər isə 2011-ci ildə vəfat etmişdir. Atasıgil 4 uşaq olmuşlar və hamısı da vəfat etmişdir. O, həmin evdə yaşamamışdır. Atası ilə birlikdə Sumqayıt şəhərində yaşamışdır. Bibisi ilə əlaqəsi olmamış, onun xəstə olmasından və yas mərasimindən məlumatı olmamışdır. Sonradan aldığı məlumata görə bibisi həmin evi öz bibisinin qızı Cavabdeh4 vəsiyyət etmişdir. Dilərə 2021-ci ildə vəsiyyət üzrə vərəsəliyi qəbul edib, 2022-ci ildə isə evi Cavabdeh1 satmışdır. O, 2022-ci ildə Şəki şəhərinə gələrkən qeyd etdiyi hallar barədə məlumatlı olmuşdur. Hesab edir ki, mübahisəli ev satılarkən ona da məlumat verilməli idi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli evi ipoteka ilə almışdır. Evin sənədləri tam olduğundan, bank ipoteka krediti verərkən heç bir problem yaranmamışdır. Evi alarkən müəyyən etmişdir ki, Dilarə tərəfindən evin dam örtüyü yenilənmiş, evdə müəyyən təmir işləri aparılmışdır. İddiaçı ilə görüşəndən sonra belə bir mübahisənin olduğunu bilmişdir. Hazırda ev, Kapital bankda ipotekadadır. Artıq kredit müqaviləsi üzrə borcunu 1 ildir ki ödəyir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə əvvəlki iclasında iştirak edən Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Rəhimə onun dayısının qızıdır. Onu anasından götürərək Rəhimə baxıb böyütmüşdür. Daha sonra Rəhimə qocalarkən ona qulluq etmişdir. Ölməmişdən əvvəl notariusu evə dəvət edərək mübahisəli evi ona vəsiyyət etmişdir. Rəhimə vəfat etdikdən sonra evi təmir etdirmiş və kirayə vermişdir. Daha sonra evi iş üzrə digər Cavabdeh1 satmışdır. İddiaçını tanımır. Səhəri isə 1 dəfə görmüşdür. Rəhimə öləndən sonra 1 dəfə gəlmişdir. Hətta Rəhimə icazə vermədiyindən onun ölümü barədə də Səhərə məlumat verilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, Dilarənin qonşusudur. Rəhiməyə Dilarə qulluq etmişdir. Mübahisəli evi də Dilarə təmir etdirmişdir. İddiaçını isə tanımır.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Dilarə onun həm qohumu, həm də qonşusudur. Rəhimə onun atasının əmisi qızıdır. Rəhiməyə Dilarə qulluq etmişdir. Rəhimə vəfat edən zaman iddiaçı və onun atası yasa gəlməmişlər.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X12 14 oktyabr 1999-cu il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evi olmuşdur. X2, yəni 01 iyul 1999-cu il tarixdə vəsiyyətnamə tərtib edərək mülkiyyətində olmuş həmin əmlakı Cavabdeh4 vəsiyyət etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən 28 dekabr 2021-ci il tarixdə Cavabdeh4 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 14 oktyabr 1999-cu il tarixdə ölmüş X9 mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsində 17 nömrəli ünvanda 0.0275 hektar torpaq sahəsində yerləşən 40.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4, mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evini X1. Bundan sonra İddiaçı əmlakda onun da payının olmasını əsas gətirərək öz payını tələb etmək qərarına gəlmişdir. X9 vəfatından sonra həmin təsərrüfatda Cavabdeh4 qalmışdır. İddiaçı 06 avqust 1978-ci il tarixdə Sumqayıt şəhərindən anadan olmuş və hazırda da həmin şəhərdə yaşayır. İddiaçının X5 da Sumqayıt şəhərində yaşamış və 29 iyul 2011-ci il tarixdə Sumqayıt şəhərində də vəfat etmişdir. Nə İddiaçı, nə də ki, onun atası mirası qəbul etməmişlər.

11. İş materiallarından göründüyü kimi 14 oktyabr 1999-cu il tarixdə vəfat etmiş X9 birinci növbəli vərəsəsi olmamışdır. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. İş materiallarından görünür ki, 14 oktyabr 1999-cu il tarixdə ölmüş X8 Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Məhkəmə hesab edir ki, X4nın adına həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından mirasın kütləsinə daxildir. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünü idarə orqanı təsdiqləsin.

12. İş materiallarından görünür ki, X4 01 iyul 1999-cu il tarixdə Şəki 1 nömrəli Dövlət Notariat Kontorunda tərtib etdirdiyi vəsiyyətnamə ilə ona məxsus olan bütün əmlakını Cavabdeh4 vəsiyyət etmişdir. O cümlədən, tərəflərin izahatından aydın olur ki, X4nın birinci növbəli vərəsəsi olmamışdır. Yəni İddiaçı atası X4nın birinci növbəli vərəsəsi sayılmır.

13. X4 öz əmlaklarını Cavabdeh4 vəsiyyət etdiyindən, İddiaçı və onun atası X3 Rəhimə Məmməd qızının birinci növbə vərəsələri olmadıqlarından, İddiaçı X8 qalmış mirasda məcburi payı yoxdur.

14. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 18 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışlar və Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsidir

15. Sözügedən çıxarışlar və alqı-satqı müqaviləsi qanunamüvafiq qaydada verildiyindən məhkəmə, iddianın həmin hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Şəki 1 nömrəli Dövlət Notariat Kontoru tərəfindən 28 dekabr 2021-ci il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu halda, onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi hüquqi cəhətdən mümkün deyildir.

16. Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusuna və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazinə qarşı, Cavabdeh4 Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin 28 dekabr 2021-ci il tarixli, reyestrdə 2V-1017 nömrə ilə qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında verilən şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, 28 yanvar 2022-ci il tarixli İPKD4724528A170 nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, digər Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və onun ünvan 5 ünvanı olan daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1151, 1159, 1166, 1193-1196, 1243, 1246, 1255 və 1274-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

18. İş materiallarına əlavə edilmiş 09 avqust 2011-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 29 iyul 2011-ci il tarixdə ölmüşdür.

19. İş materiallarına əlavə edilmiş 01 iyul 1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ona məxsus Şəki şəhəri, Mənəflər küçəsində yerləşən 17 saylı evini Cavabdeh4 vəsiyyət etmişdir.

20. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4, X9 vərəsəsi olmaqla ondan miras qalan ünvan 6 ünvanında yerləşən 40.9 kv.m olan fərdi yaşayış evindən və 0.0275 hektar torpaq sahəsindən tam irs almalıdır.

21. İş materiallarına əlavə edilmiş 07 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi ev 51 Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur.

22. İş materiallarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4, mülkiyyətində olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli evi X1.

23. İş materiallarına əlavə edilmiş 28 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli evi satın almaq üçün X11 19800 manat məbləğində ipoteka krediti verilmişdir

24. İş materiallarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixdə tərtib edilmiş, texniki pasportun surətindən görünür ki, reyestr nömrəsi **********03-10301 olan Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi 51 nömrəli ev X10 mülkiyyətindədir.

25. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Mənəflər küçəsi ev 17, yeni qaydalarla Şəki şəhəri, G.Vahabov küçəsi ev 51 X10 mülkiyyətindədir.

26. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh4 22 il sonra vəsiyyət üzrə vərəsə mirası qəbul etmək üçün müraciət etmiş, müddətin bərpası ilə bağlı müraciət etməmişdir. Digər tərəfdən də bibisinin birinci növbə vərəsələrindən heç kim yoxdur və qanun üzrə yeganə qalan 2-ci növbə vərəsəsi isə odur. Həmçinin qeyd edir ki, cavabdeh ümumiyyətlə bibisinə baxmayıb, onun qulluğunda durmamışdır. Sadəcə bibisinin xəstəliyindən istifadə edərək qanunsuz və saxta olaraq vəsiyyətnamə təritb etdirib guya bibisinə imza çəkdirmişdir. Halbuki həmin imza heç bibisinin imzası deyildir. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər yalan ifadə vermişlər, onlar Cavabdeh4 yaxın olan şəxslərdir. Vərəsəlik işinə baxdıqda orada məlum olmuşdur ki, Cavabdeh4 sözügedən əmlaka nə sahiblik etməsi, nə də faktiki idarə etməsi görünmür. Belə olan halda, notarius konkret olaraq məhkəmənin səlahiyyətlərini mənimsəmiş və müddətin bərpası ilə bağlı qərar olmadan birbaşa həmin şəxsə vərəsəlik şəhadətnaməsi vermişdir. Mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı Cavabdeh4 sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi. Hazırkı işdə cavabdehin mirasın qəbul edilmə müddəti ərzində konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə mirası qəbul etməsi notarius tərəfindən aydınlaşdırılmamışdır. Vərəsəlik işinin göstəriciləri nəzərə alınsa hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır. Cavabdeh4 vəsiyyət üzrə mirası 2021-ci ildə qəbul etmişdir. Buna görə də, iş materiallarında olan sənədlərlə vəsiyyət üzrə vərəsənin mirası qəbul etməsi, yəni 14 oktyabr 1999-cu ildən 14 yanvar 2000-ci ilədək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur. Həmçinin qeyd edir ki, bibisinin birinci növbə vərəsələrindən heç kim yoxdur və qanun üzrə yeganə qalan 2-ci növbə vərəsəsi kimi onun, mirasın qəbulu müddətini ötürməsi cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir.

28. Ona görə də, Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şəki regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndələri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh4 22 iyun 2023-cü ildə öldüyü aşkar edilmişdir. Hazırki iş üzrə hüquq varisliyinə yol verilmədiyindən iş üzrə icraatın dayandırılmasına və onun hüquqi varislərinin işə cəlb edilməsinə zərurət olmamışdır.

Tətbiq edilən hüquq

32. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsi: 527-ci maddələrinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddələrinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 537-ci maddələrinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 552-ci maddələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 561-ci maddələrinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. 562-ci maddələrinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə istəyən şəxslərdən başqa, digər vərəsələrin olmaması barədə mə`lumat olduqda, qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddələrinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-ci maddələrinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddələrinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddələrinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddələrinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. -Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddələrinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1-ci maddələrinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.2 və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. 1243.2-ci madldəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edəbilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddələrinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun 1322-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. İddiaçı Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

38. Hazırki iş üzrə X12 14 oktyabr 1999-cu il tarixdə ölməklə həmin tarixdə vərəsəlik açıldığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən iddia tələbinin vərəsəlik hüququnun tanınması hissəsində həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinə istinad edilməlidir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Hazırki iş üzrə iddiaçı apellyasiya şikayətində vəsiyyətnamə üzrə vərəsə olan Cavabdeh4 miras əmlakı qəbul etmədiyini iddia edir. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, hazırki iş üzrə həm şahid ifadələrindən, həm də digər cavabdeh X10 izahatından məlum olur ki, Cavabdeh4 mübahisəli evi təmir etdirmişdir. Yuxarıda göstərilən 552-ci maddədə həmçinin göstərilmişdir ki, vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, vərəsə miras əmlakı faktiki surətdə idarə edib ona yiyələnməklə onu qəbul etmiş hesab olunur. Hazırki halda da, Cavabdeh4 miras əmlakı təmir etdirdiyi həm şahid ifadələri, həm də digər cavabdehin izahatı ilə təsdiq edildiyindən, sonuncu miras əmlakı idarə etməklə ona yiyələnmiş hesab olunur. İddiaçı apellyasiya şikayətində şahid ifadələrinin yalan olduğunu bildirsə də, bu barədə heç bir sübut və ya dəlil təqdim etməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının özünün də izahatından, o cümlədən Cavabdeh4 və şahidlərin ifadələrindən göründüyü kimi, iddiaçı və onun 09 avqust 2011-ci il tarixdə ölmüş X5 Şəki şəhərində yaşamamış, miras əmlakla maraqlanmamış, X12 ölərkən onun dəfnində belə iştirak etməmişdir. Belə olan halda, miras əmlakın Cavabdeh4 tərəfindən faktiki qəbul edilib-edilməməsi məsələsində şahidlər olan qonşuların ifadələri daha məqbul hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində cavabdehin onun bibisinin xəstəliyindən istifadə edərək qanunsuz və saxta olaraq vəsiyyətnamə təritb etdirib guya bibisinə imza çəkdirməsi ilə bağlı arqumentləri formal mülahizələrdən ibarət olmaqla işdə olan heç bir sübut və ya dəlillə təsdiqini tapmır.

39. Hazırki iş üzrə iddia tələbində X9 Cavabdeh4 qoyduğu vəsiyyətnamə mübahisələndirilməmiş, Cavabdeh4 verilmiş vəsiyyətnamə üzrə vərəsəlik haqqında Şəhadətnamə və həmin Şəhadətnamə əsasında verilmiş çıxarış, o cümlədən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğvi tələb edilmişdir. Göstərilən sənədlər 1 sentyabr 2000-ci ildən sonrakı dövrə təsadüf etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən həmin hissədə 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsi tətbiq edilməlidir. Vəsiyyətnamə üzrə vərəsəlik haqqında Şəhadətnamənin verilməsi həmin Məcəllənin 1321-1322-ci maddələrində tənzimlənmişdir (bax 33-cü bənd).

40. Bu qətnamənin 38-39-cu bəndlərindən göründüyü kimi, hazırki iş üzrə 01 iyul 1999-cu il tarixli vəsiyyətnamə mübahisələndirilməmiş, apellyasiya şikayətində həmin vəsiyyətnamə barədə göstərilən dəlillər də əsaslı olmamışdır. Cavabdeh4 miras əmlakı faktiki qəbul etməsinin 38-ci bənddə göstərilmiş əsaslandırmalarla təsdiq edildiyi nəzərə alındıqda, 28 dekabr 2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və nəticədə həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı üçün heç bir əsas yoxdur. Kollegiya həmçinin 28 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, əqdlərin etibarsızlığını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsi baxımından həmin alqı-satqı müqaviləsinin etibarsızlığı üçün də heç bir əsas aşkar edilmir.

41. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

42. Odur ki, birinci instansiya məhkəməsi işə baxıb iddianı rədd edərkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli 2(075)-406/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar