Məhkəmə qərarları › İş №2(107)-1082/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1082/2025

21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1082/2025 21.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul ” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi, subyektiv hüquq) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı MMC-nin vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 88000,0 manat pul məbləğinin, 440,0 manat tərcümə xərcinin, 362,0 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 2000,0 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olur. İddiaçının sahibliyində və istifadəsində icarə müqaviləsi əsasında XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə olmuşdur. Qeyd edilən vasitələr iddiacının işçisi Cavabdeh istifadəsində olmuşdur. Cavabdeh həmin vasitə ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yüklərin daşıması ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X15 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X11 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X4 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X12 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X20 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm qeyri-qanuni yolla ölkə ərazisinə gətirilməyə cəhd edilərkən müsadirə edilmişdir. Eyni zamanda XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilmişdir.Qeyd edilənlərlə bağlı İddiaçı MMC-nin məlumatı olmamışdır. Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 105 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Cavabdeh İddiaçı MMC-yə maddi ziyan vurduğu üçün nəqliyyat vasitəsinin dəyərini iddiaçıya ödəməlidir. Nəqliyyat vasitəsi 88000,0 manat məbləğində qiymətləndirilir. Bundan başqa isə iddiaçı tərəfindən sənədlərin tərcüməsinə görə 440,0 manat, vəkil xidmətləri üçün 2000,0 manat xərc çəkilmiş və 362,0 dövlət rüsumu ödənilmişdir. Qeyd edilən xərclərdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı nümayəndəsi-vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı MMC-nin işçisi olmuş, beynəlxalq yük daşımaları fəaliyyəti ilə məşğul olmuşdur. İcarə müqaviləsi əsasında iddiaçının sahibliyində və istifadəsində XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF marka, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə onun istifadəsində olmuşdur.O,həmin vasitə ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yüklərin daşıması ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində yenə də həmin nəqliyyat vasitəsi ilə Gürcüstandan keçməklə Türkiyə Respublikasına yük aparmışdır. Nəqliyyat vasitəsinə yük yığılarkən o, iştirak etməmiş, maşına nə yük yığılmasından xəbəri olmamışdır. Yük yığıdıqdan sonra blomlanmış və möhürlənmişdir. Yük yığıldıqdan sonra avtomaşın 3 gün ərzində zavodun həyətində qalmışdır. Ondan başqa 4 nəfərin də avtomobilinə yük yığılmış və birlikdə 3 gün möhür vurulmasını gözləmişlər. Bundan sonra yola düşmüşlər. X1 idarə etdiyi XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, yarımqoşquda müxtəlif avtomaşın hissələri aşkar olunmuşdur. Həmin hissələr və onun idarə etdiyi avtomaşın müsadirə olunmuşdur. Avtomobildən aşkar olunan mallardan onun xəbəri olmamışdır. Türkiyə Respublikasında yazılan izahatın məzmununu və mənasını başa düşməmişdir. Həmin izahatı təzyiq altında yazmışdır. Bundan başqa iddiaçıya 25000 ABŞ dolları pul ödənmişdir. Onun Türkiyə Respublikasında təqsirləndlirildiyi cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmiş və onun əməlində ümumiyyətlə cinayət hadisəsi olması sübuta yetirilməmişdir. Onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulmamış, zərər vurulmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. O,həm İddiaçı “DAF markalı ,**-TL-*** dövlət qeydiyyat nişanlı evakutor və həmin evakutorra qoşulmuş “SCHMİTZ S 01” markalı **-GZ-*** dövlət qeydliyyat nişanlı treyler tipli vasitənin mülkiyyətçisi deyildir və qeyd edilən MMC-nin hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf etməyərək Cavabdeh izahatına uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə uyğun olaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 27 avqust 2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 76.889 (yetmiş altı min səkkiz yüz səksən doqquz) manat maddi ziyana görə, 300 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqına , 382.80 qəpik tərcümə xərcinə və 320.67 manat ödənilmiş dövlət rüsumu xərcinə görə- cəmi 77892.47 manat (yetmiş yeddi min səkkiz yüz doxsan iki manat qırx yeddi qəpik) alınıb İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X10 İddiaçı MMCnin işçisi olmuş, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 beynəlxalq yükdaşımalarda istifadə etmək üçün icarəyə götürdüyü qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsi onun istifadəsində olmuşdur. xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X15 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X11 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X4 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X12 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X20 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan, ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm aşkar olunmuşdur. Həmin mallar, eyni zamanda XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Qeyd edilməlidir ki, Cavabdeh İddiaçı MMC-nin işçisi olması, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 beynəlxalq yükdaşımalarda istifadə etmək üçün icarəyə götürdüyü qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin cavabdehin istifadəsində olması, xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X15 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X11 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X4 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X12 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X20 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm aşkar olunması, bu əsasla həmin malların və XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitənin Türkiyə Respublikasında müsadirə edilməsi, bununla da iddiaçıya zərər vurulması işin mübahisəsiz hallarıdır.

10. Cavabdeh iddianı etiraf etməyərək avtomobildə aşkar olunan mallardan onun xəbərinin olmamasını, Türkiyə Respublikasında yazılan izahatın məzmununu və mənasını başa düşməməsini, həmin izahatı təzyiq altında yazmasını, iddiaçıya 25000 ABŞ dolları pul ödənməsini göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə Cavabdeh Türkiyə Respublikasında verdiyi izahatında göstərmişdir ki, “ maşında tapılan əşyalar mənə aid deyildir. Tbilisidə yol kənarında dincəldiyim zaman heç vaxt tanımadığım,adını və əlaqə nömrəsini bilmədiyim bir gürcü şəxs mənə yaxınlaşaraq avtomobil ehtiyat hissələrinin olduğunu dedi və onları Türkiyəyə apara biləcəyimi soruşdu.Mən götürə biləcəyimi dedim.və 5000TL-yə razılaşdıq.telefon nömrəmi götürdü, lakin mənə pul vermədi. Əşyalar gətirildikdən sonra mənə zəng edəcəyini və onları harada qoyacağımı söylədi. Sözügedən əşyaları avtomobilə yerləşdirdim və heç kimdən kömək almadım.Evakuatoru qaldırıb şəxsdən aldığım əşyaların bir qismini mühərrikin yanındakı boşluqlara yerləşdirdim və qoşqunun arxa tərəfindəki kəndirin boşluğundan istifadə edərək brezentin bağlandığı dəmiri açıb yaranan boşluqdan içəri girdim və yükün qoyulduğu kisələrin üstünə qoydum və eyni yolla brezenti bağladım. Mən bilmirdim ki, bu əşyaları gətirmək qadağandır. Bilsəydim gətirməzdim.” Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin etirazında göstərdiklərini qəbul etmir. İddiaçıya 25000 ABŞ dolları pul ödənməsi barədə də cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Gələcəkdə belə sübut təqdim olunarsa həmin hal icra zamanı nəzərə alına bilər.

11. İddiaçı MMC müsadirə olunmuş nəqliyyat vasitəsinin mülkiyyətçisi olmadığından onun iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı MMC ilə müsadirə olunmuş avtomaşının mülkiyyətçisi X9 arasında bağlanmış 02 mart 2023-cü il tarixli 01 nömrəli müqavilədə “İddiaçı MMC Respublika daxilində və xarici ölkələrdə İddiaçı MMC ilə müsadirə olunmuş avtomaşının mülkiyyətçisi X9 təmsil etməyi və onun hüquqlarını müdafiə etməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfin bu etirazını da əsassız hesab edərək qəbul etmir.

12. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

13. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi maddi ziyanın ödənməsinə aid hissədə qismən təmin edilməli, DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin dəyəri 76889 manat Cavabdeh alınıb İddiaçı MMC-yə ödənilməlidir.

14. İddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənmiş 362.00 manat dövlət rüsumunun 320.67 manatı, tərcümə xidmətinə görə ödənmiş 440 manatın 382,80 manatı və mediasiya xərcinə görə ödənmiş 60 manatın 52,20 manatı Cavabdeh alınıb İddiaçı xeyrinə ödənməlidir.

15. Məhkəmə konkret hallarını, vəkil -nümayəndə Vəkil1 heç bir məhkəmə prosesinə gəlməməsini və təqdim edilmiş məlumatları qiymətləndirilməklə vəkil nümayəndənin göstərdiyi hüquqi yardıma görə xərcin 300 manat olmasını ağlabatan məbləğ hesab edərək bu nəticəyə gəlir ki, vəkil -nümayəndəyə göstərdiyi hüquqi yardıma görə Cavabdeh 300 manat alınıb İddiaçı MMC-in xeyrinə ödənməlidir.

16. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 76.889 (yetmiş altı min səkkiz yüz səksən doqquz) manat dəymiş madi ziyana görə, 300 manat hüquqi yardım göstərilməsi üçün xidmət haqqı, 382.80 qəpik tərcümə xərci, 320.67 manat ödənilmiş dövlət rüsumu xərci və 52.20 manat mediasiya xərci - cəmi 77892.47 manat (yetmiş yeddi min səkkiz yüz doxsan iki manat qırx yeddi qəpik) alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1 və 2-ci hissələrinə, 192-ci maddəsinin 1-2-ci hissələrinə, 193-cü maddəsinin 1-2-ci hissələrinə, 194-cü maddəsinin 1-2-ci hissələrinə, 198, 199-cu maddəsinin 1-ci hissəsinə, 200-cü maddəsinin 1-5-ci hissələrinə, 201-ci maddəsinin 1-3-cü hissələrinə, 202-ci maddəsinin 1-3-cü hissələrinə, 203-cü maddəsinin 1-2-ci hissələrinə204-cü maddəsinin 1-4-cü hissələrinə, 205-ci maddəsinin 1-3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.2, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1,217.1, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsidəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri 18 Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

20. Balakən Rayon Məhkəməsi maddi hüquq normalarını yanlış təfsir və tətbiq etmişdir. Belə ki, məhkəmə diqqətə almamışdır ki, hazırki mübahisə birbaşa olaraq mülkiyyət hüququnun obyekti olan nəqliyyat vasitəsi barədədir. Həmin nəqliyyat vasitəsinə dəyən istənilən zərər, nəqliyyat vasitəsinin özünün əldən çıxması və.s formada vurulan zərər əmlakdan müqavilə üzrə istifadə edənə deyil mülkiyyətçiyə dəyən zərərdir. Əmlakın istifadəçisinin uğramış olacağı və tələb edə biləcəyi zərər isə hazırki situasiyada baş tutmayan çatdırılmaya münasibətdə məruz qaldığı zərər ola bilərdi. Buna baxmayaraq Balakən Rayon Məhkəməsi hazırki iddia üzrə nəqliyyat vasitəsinin dəyərinin ondan tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çxıarmaqla iddiaçının əsassız varlanmasına gətirib çıxarmışdır.

21. Gördüyünüz kimi onun əgər hüquqazidd əməli törətməyi sübuta yetirilə bilsəydi belə, bu zaman zərərin əvəzi əmlakın mülkiyyətçisinə ödənilməli idi.

22. Məhkəmə həmçinin əsassız olaraq İddiaçı MMC ilə müsadirə olunmuş avtomaşının mülkiyyətçisi X9 arasında bağlanmış 02 mart 2023-cü il tarixli 01 nömrəli müqaviləyə istinad etmişdir.

23. Həmin müqavilə ölkə daxili və xaricində mülkiyyətçini təmsil etməyə dair müqavilədir. Həmin müqavilə üzrə zərərin tələb edilməsi mülkiyyətçidən iddiaçıya ötürülə bilməzdi və ötürülməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər mülki məcəllənin imperativ normalarına zidd müqavilələr bağlaya bilməzlər. Bağlamış olsalar belə həmin şərtlər etibarsızdır. Mülki məcəllədə də zərəri tələb edəcək şəxsin kimliyi açıq-aşkar göstərilmişdir. Üstəlik cinayət işi üzrə yekun qərarın çıxarılmadığını, nəqliyyat vasitəsinin geri qaytarılması ehtimalının araşdırılmadığı kimi kifayət qədər kobud pozuntular baş vermişdir.

24. Balakən Rayon Məhkəməsi geniş formada Əmək Məcəlləsinin müvafiq normalarına istinad etməklə onun işəgötürənə zərər vurduğunu əsaslandırmağa çalışmışdır.

25. Məhkəmənin də istinad etdiyi 191-ci maddənin 2-ci hissəsinə görə maddi məsuliyyətin yaranması üçün ilk öncə ziyanın həqiqətən vurulduğu aşkara çıxarılmalıdır.

26. Hazırki işdə isə onun kiməsə ziyan vurmağı öz təsdiqini tapmır. Məhkəmə cinayət işi üzrə araşdırmanın nəticəsini araştırmadan əsassız olaraq nəqliyyat vasitəsinin müsadirə olunduğu, həmin nəqliyyat vasitəsinin dəyərinin ondan iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

27. Halbuki məhkəmənin istinad etdiyi norma birbaşa olaraq işçinin işəgötürənə vurduğu zərərlə bağlıdır. Hazırki işdə onun tərəfindən zərərin vurulması təsdiqini tapmadığı kimi, bu hal Türkiyədəki cinayət araşdırması yekunlaşacağı və orada təsdiqini tapacağı halda belə vurulmuş zərər hazırki işə üçüncü şəxs qismində cəlb edilmiş nəqliyyat vasitəsinin mülkiyyətçisi Nurfidə Vəliyevaya vurulmuş sayılacaqdır. Necə ki, iş üzrə sənədlərdən də görünür ki, Türkiyədəki cinayət işinə məhz mülkiyyətçi qoşulmuş və vəsatətlər ünvanlamışdır. Subyektiv hüquqla bağlı normalar da təxminən hər yerdə eynidir. Orada mülkiyyətçinin zərərə uğramış kimi göstərilməsi, Azərbaycanda istifadəçi şirkətin zərərə uğrayan kimi göstərilməsi absurddur.

28. Hazırki iş üzrə zərərin sübuta yetirilməsi birbaşa olaraq Türkiyə Respublikasındakı yekun məhkəmə qərarından asılıdır. Balakən Rayon məhkəməsi isə tərtib olunmuş ittiham aktına əsaslanmaqla onun zərər vurmağı qənaətinə gəlmişdir. Halbuki dünyanın hər bir yerində təqsirsizlik prezumpsiyası və məhkəmə aktının qanuni qüvvəyə minməsi anlayışı vardır. Hazırki işdə isə bunların heç biri baş tutmamışdır.

29. Birinci instansiya məhkəməsi müsadirə qərarının belə hələ qanuni qüvvəyə minmədiyini qətnaməsində qeyd etmişdir. Buna baxmayaraq bu cür əsassız qətnamənin qəbulunu anlamaq mümkün deyildir. Hazırki işdə onun tərəfindən vurulmuş heç bir zərər sübuta yetirilməmişdir.

30. Mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi-Nurfidə Vəliyeva vəkili vasitəsi ilə Hopa 1.Asliye Ceza Məhkəməsinə müraciət edərək, nəqliyyat vasitəsinin müsadirə edilməsinin dayandırılması, həmçinin həmin iş üzrə ondan maddi tələbinin olduğunu qeyd etmişdir. Balakən Rayon Məhkəməsi isə Türkiyə Respublikasından müvafiq sorğu ilə işin vəziyyətini öyrənməmiş, onun barəsindəki cinayət işinin yekun qərarının çıxarılması, nəqliyyat vasitəsinin müsadirəsinin nəticələnib nəticələnmədiyi, mülkiyyətçinin ona qarşı maddi tələbi ilə müraciət etməsini araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ümumiyyətlə Türkiyədəki proseslərdən xəbərsiz şəkildə, yalnız iddiaçının təqdim etdiyi natamam sənədlərə istinad etməklə tələsik qətnamə çıxarmışdır. Halbuki həmin məhkəmə işində nəqliyyat vasitəsinin mülkiyyətçisinin işə qoşulması, Balakəndə isə hazırki iddiaçının nə əsasla iddia qaldırmasını araşdırmamışdır. Həmçinin Türkiyədəki araşdırma zamanı ona qarşı təmin olunmuş maddi zərərin ödənilməsi barədə qərarın mövcud olub-olmamasını araşdırmadan hazırki qətnaməni çıxarmaqla onun ikiqat zərərə düşməyinə, qarşı tərəfin isə əsassız varlanmasına səbəb olacaqdır.

31. İddiaçı ona dəymiş zərərin nədən ibarət olduğunu əsaslandıra bilməmişdir. Nəqliyyat vasitəsi şirkətin mülkiyyətində olmadığı halda onun dəyərini hansı əsasa söykənərək tələb etdiyini əsaslandırılmamış, məhkəmə tərəfindən də bu hala yanlış qiymət verilmişdir. Məhkəmə nəqliyyat vasitəsinin mülkiyyətçisini işə üçüncü şəxs qismində cəlb etməklə iddiaçının yalnışının düzəltməyə çalışsa da, bu qanunsuz olmuşdur. Hazırki iş üzrə bir zərər mövcud idisə, iddiaçı kimi də məhz mülkiyyətçi çıxış etməli idi. Onun üçüncü şəxs kimi işə cəlb olunması prosessual hüquq normalarının kobud pozuntusu kimi də qiymətləndirilməlidir. Hazırki işdə mülkiyyətçi üçüncü şəxs kimi kənardan baxır, zərəri başqası tələb edir. Bu absurd yanaşmadır. Hesab edir ki, əsaslandırdığı maddi və prosessual hüquq normalarının pozuntusu Balakən Rayon məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmadığını təsdiq etməyə kifayət edir.

32. Odur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 748/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Məhkəmənin kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 200-cü maddəsinin 1-5-ci hissələrinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39.M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı:

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. 42.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). 43.Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. 44.Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər.

45. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, cavabdeh X10 İddiaçı MMC-nin işçisi olmuşdur. İddiaçı təşkilat beynəlxalq yük daşımalarının təşkili fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC ilə X9 arasında 04 mart 2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən şirkət Nurfidə Vəliyevanın mülkiyyətində olan DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarda iştirakını təmin etməli, sahibkarı beynəlxalq daşımalarda tələb olunan bütün qanuni sənədlərlə təmin etməli, respublika daxilində və xarici ölkələrdə “Sahibkar”ı təmsil etməli və hüquqlarını müdafiə etməli olmuşdur. xx.xx.2024-cü il tarixində Gürcüstandan Türkiyə Respublikasına daxil olmaq üçün X15 gələn, Cavabdeh tərəfindən idarə olunan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitədə axtarış əsnasında, 99ZG980 dövlət qeydiyyat nişanlı yarımqoşqu növündəki nəqliyyat vasitəsinin brezent, kəndir və üzərində taxılmış gömrük kilidinin bərk olduğu və həmin kilidin açılaraq treylerin içərisindəki 24TR**********7610 kitabça nömrəli ure cinsi əşyanın qoyulduğu böyük torbaların yuxarı hissəsi aralanaraq qara torbaların içində gizlədilmiş vəziyyətdə; 5 ədəd Hella markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Depo markalı, istifadə edildiyi aşkarlanan qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan qabaq fara, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X11 Ekranı, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Avtomobil Ekranı, 2 ədəd GM etiketli, istifadə edilməmiş (yeni) qabaq fara, 1 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan ön Radiator Paneli, 6 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X3 və orta panel, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Siğorta qutusu, 5 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X4 Ekranı, 4 ədəd Delphi etiketli, istifadə edildiyi aşkarlanan Abs beyni, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Beş pilləli Ötürücü Mexanizm, 3 ədəd istifadə edildiyi aşkarlanan Ötürücü qəfəs, 10 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri xortumu, 1 ədəd istifadə edildiyi aşkarlanan Hava axını ölçən, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan alışqanlı külqabı, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Hava filtri qutusu, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan Havalandırma ventilyasiyası olan ekran çərçivəsi, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X12 Barmaqlığı, 1 ədəd istifadə edilməmiş (yeni) ön panel, 1 ədəd istifadə edildiyi aşkarlanan Fara tənzimləmə düyməsi ilə dizlik, 1 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Baqaj üçün rəf, 1 ədəd Volkswagen etiketli, istifadə edildiyi aşkarlanan Bardaçok (daxıl), 2 ədəd istifadə edildiyi aşkarlanan Avar qutusu, 5 ədəd Mercedes-Benz etiketli, istifadə edildiyi aşkarlanan Hava yastığı örtüyü, 2 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan ön şüşə Yağış Bakeliti, 2 ədəd BMW etiketli, istifadə edildiyi aşkarlanan Qapı çərçivəsi, 1 ədəd GM etiketli, istifadə edildiyi aşkarlanan X20 və 99TL980 dövlət qeydiyyat nişanlı evakuator növ nəqliyyat vasitəsinin altında mühərrikin yan tərəfindən olan təbii boşluqların içində gizlədilmiş vəziyyətdə 3 ədəd istifadə edildiyi aşkarlanan, ümumilikdə 71 ədəd avtomobil ehtiyat hissələri, o cümlədən 6 qabaq ötürücü mexanizm aşkar olunmuşdur. Həmin mallar, eyni zamanda XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilmişdir. İddiaçı MMC XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitə Türkiyə Respublikasında müsadirə edilməsi nəticəsində şirkətə 88000 manat məbləğində maddi ziyan dəyməsini əsas gətirərək, həmin pul məbləğinin, 440 manat tərcümə xərcinin, 362 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və vəkil xidmətləri üçün çəkilmiş 2000 manat xərcin cavabdehdən tutularaq şirkətə ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfdən isə iddia tələbi qəbul edilməmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

47. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-nin işçisi olmuş, iddiaçı təşkilat isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 beynəlxalq yükdaşımalarda istifadə etmək üçün qara rəngli- DAF FTXF 105.510T YÜK avtomobili, 99TL980 dövlət qeydiyyat nişanlı, şassi şömrəsi XLRTE47İS0E894085, boz gümüşü rəngli SCHMŞTZ S01 YARİMQOŞQU,99ZG980 dövlət qeydiyyat nömrəsi, şassi nömrəsi WSM**********4041 olan avtonəqliyyat vasitəsini icarəyə götürmüş və cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının sahibliyində və istifadəsində olan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli vasitənin Türkiyə Respublikasında müsadirə edilməsi nəticəsində iddiaçıya zərər vurulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni işçinin işəgötürənə vurmuş olduğu ziyan kimi əsaslandırmış və iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

49. İddiaçı MMC ilə sahibkar X9 arasında bağlanmış 04 mart 2023-cü il tarixli, 01 nömrəli müqavilədən görünür ki, şirkət sadəcə olaraq Nurfidə Vəliyevanın mülkiyyətində olan XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli nəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarının təşkilini həyata keçirmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin İddiaçı MMC-nin icarəsinə (yəni sahibliyinə və istifadəsinə) verilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamışdır.

50. Kollegiya qeyd etməyi vacib hesab edir ki, XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 tərəfindən ona dəymiş ziyanın tələb olunması ilə bağlı sonuncunu təmsil etmək səlahiyyətlərinin iddiaçı təşkilata həvalə olunmasına dair sübutlar təqdim edilmədiyindən iddiaçının ümumiyyətlə hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinə də qiymət verilməlidir.

51. Kollegiya qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu,həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

52. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

53. İş materiallarından aydın olur ki, XLRTE47MS0E894085 şassi nömrəli, 2010-cu ildə istehsal olunan, DAF markalı, FTXF model, 99TL980 dövlət qeydiyyat nişanlı evakuator və həmin evakuatora qoşulmuş WSM**********4041 şassi nömrəli, 2007-ci ildə istehsal olunan, SCHMİTZ S 01 markalı, 99ZG980 dövlət qeydiyyat nişanlı treyler tipli nəqliyyat vasitəsinin mülkiyyətçisi X9 olmuşdur. İddiaçı təşkilat X9 ilə müqavilə bağlayaraq qeyd oluanan nəqliyyat vasitəsinin iştirakı ilə beynəlxalq yük daşımalarını təşkil etmişdir. Cavabdeh İddiaçı MMC-nin işçisi olsada, nəqliyyat vasitəsinin mülkiyyətçisi X6 dəymiş ziyanla bağlı İddiaçı MMC tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, qeyd olunan nəqliyyat vasitələrinin İddiaçı MMC-yə icarə və ya digər əsaslarla təhvil verilməsinə, həmin nəqliyyat vasitəsinin şirkətin sahibliyində olmasına, həmçinin mülkiyyətçiyə dəymiş ziyanın tələb olunması ilə bağlı sonuncunu təmsil etmək səlahiyyətlərinin iddiaçı təşkilata həvalə olunmasına dair sübutlar təqdim edilmədiyindən iddiaçı hazırkı iddia tələbini irəli sürməsi üçün subyektiv hüquqa malik olmamışdır.

54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı 88000,0 manat pul məbləğinin, 400,0 manat tərcümə xərcinin, 362,0 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 2000 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(019)-748/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 88000,0 manat pul məbləğinin, 400,0 manat tərcümə xərcinin, 362,0 manat dövlət rüsumunun, 60 manat mediasiya xərcinin və 2000 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar