Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1084/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Fizuli qızının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər DƏDRX-nin 12 saylı X43 və qeyrilərinə qarşı “ DƏDRX-nin 12 saylı X43 tərəfindəm Cavabdeh3 adına xx.xx.2006-cı il tarixli verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nın xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışın və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX- nin xx.xx.2011-ci il tarixli ********** saylı çıxaırışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsindən iş üzrə iddiaçıların nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia tələbi təmin edilməmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X43nə, Qax rayon Dövlət Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Fizuli qızına qarşı “DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi tələbi”nə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 gəlmiş, cavabdehlər Qax rayon Dövlət Notariat ofisinin notariusu, Cavabdeh3, Cavabdeh4 Fizuli qızı gəlməmiş, Cavabdeh3 və Cavabdeh4 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 gəlmiş, cavabdeh Qax rayon Dövlət Notariat ofisinin notariusu isə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh3, Cavabdeh4 Fizuli qızının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, cavabdeh Qax rayon Dövlət Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsində göstərmişlər ki, onlara və mərhum nənəsi X16, X11, X4 Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 1199.57 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mərhum nənəsi İmamət Ramazanovanın adına ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Ölçü və Plan sənədində subyektlər siyahısında səhvən onların və X7, X2 adları qeyd edilməmişdir. Lakin plan ölçü sənədinin ayrılmaz tərkib hissəsi olan DTXK-nin Qax rayon şöbəsi tərəfindən DƏDRX-nin 12 saylı X43nə təqdim edilmiş elektron siyahıdan çıxarışda onların və adları yuxarıda qeyd olunan subyektlərin adları mövcuddur. Belə olan halda ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədində bütün subyektlərin adları qeyd edilməli idi. Bundan sonra Qax rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 26-180 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında mərhum nənəsi İ.Ramazanovanın digər nəvəsi Cavabdeh3 vərəsəliyi qəbul etmişdir. DƏDRX-nin səhvləri nəticəsində Cavabdeh3 adına 11.99.57 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə MH serialı, ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh3 xx xxxxxxx 2016cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarış verilmişdir. Bundan sonra Cavabdeh3 həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlamış və bu barədə Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsi mövcuddur. Daha sonra isə Cavabdeh3 adına xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarış verilmişdir. Eyni zamanda Cavabdeh4 adına da, hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarış mövcuddur. Halbuki Qax rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 26-180 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində 11.99.57 kv.m həyətyanı torpaq sahəsinə dair heç bir hüquq qeyd edilməmişdir. Eyni zamanda mərhum nənəsi X12 adına verilmiş 171 nömrəli qeydiyyat Şəhadətnaməsində də həyətyanı torpaq sahəsinə dair heç bir qeyd göstərilməmişdir. Belə olan halda hesab edirlər ki, ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədi üzrə mülkiyyətçilər siyahısında iddiaçıların və digər subyektlərin adları qeyd edilməklə yeni çıxarış verilməlidir. Belə ki, onlar Qax rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ləğv olunmuş DT və XK -nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsini və.s tələblə qətnamə çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-205 saylı qərardadına əsasən iddia tələbinin Ləğv olunmuş DT və XK -nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi hissəsi ayrılmış və baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilməsi həmin qərardadda bizə izah edilmişdir. Bundan sonra onlar Şəki İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və yeni çıxarışın verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərarına əsasən iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərarı tam əsaslandırılmış və hüquqları tamamı ilə izah edilmişdir. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərardadın 3-cü səhifəsinin 4-cü abzasına nəzər salsaq görərik ki, məhkəmə araşdırılması zamanı Qax rayon X18 sədri tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş Qax rayonu İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəllə müəyyən edilmişdir ki, Qax rayonu İlisu kəndində ailə başçısı X12 qanuni istifadəsində 0.12 ha həyətyanı torpaq sahəsi olmuş və onun ailə üzvüləri X21, X8, X17, İddiaçı1, İddiaçı2, və İddiaçı3 olmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan 0.12 ha torpaq sahəsi adları çəkilən şəxslərin hamısının mülkiyyətinə verilmişdir ki, hazırkı iddiaçılar həmin subyektlərin dairəsində olmuşlar. Belə olan halda isə DDXK-nin Qax rayon Şöbəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, A serialı, 045763 nömrəli, torpaq sahəsinin plan və ölçü sənədinin ləğvi onların qanuni maraqlarına xidmət etmir. Belə olan halda onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı it tarixli verilmiş MH serialı, ******* nömrəli çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adlarına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Ona görə ki, həmin torpaq sahəsi təkcə İmamət Ramazanovanın deyil, yuxarıda adları qeyd olunan şəxslərin ümumi birgə mülkiyyətinə verilməli idi. Belə ki, Azərbaycan. Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx.xx.2015-ci il tarixli 05/R-28/5-13 saylı məktubunun məzmunundan görünür ki, 0.12 ha həyətyanı torpaq sahəsi yanlışlıqla Cavabdeh3 adına çıxarış verilmişdir. Bundan əlavə olaraq Ədliyyə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 05/R-28-13 saylı məktubuna nəzər salsaq görərik ki, vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Qax rayon DNK-nun notariusi Z.Xasıyevaya xəbərdarlıq edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, subyektlərin siyahısında onların və X21, X8, X5 adları mövcud olmasına baxmayaraq DƏDRX-nin 12 saylı X43 çıxarışı təkcə İmamət Ramazanovanın adına rəsmiləşdirmişdir. Halbuki DƏDRX-nin 12 saylı X39 mərkəzi informasiya sistemində subyektlərin dairəsi mövcud olmuşdur. Eyni zamanda DƏDRX-nin 12 saylı X43 tərəfindən verilməli olan ilkin çıxarış yuxarıda adları qeyd edilən subyektlərin adına verilməli olduğu halda yanlışlıqla birbaşa Cavabdeh3 adına verilmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Fizuli qızının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində ləğv edilməsi tələb olunan bütün sənədlər qanuni əsaslarla verilmişdir. Həmin DƏDRX Çıxarışlarının və bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Həmçinin qeyd edir ki, iddiaçıların valideyinləri İmamət Ramazanovanın razılığı əsasında 1991-ci il tarixdən ona məxsus fərdi yaşayış evində yaşamağa başlamış, 1994-cü ilədək orada yaşamış, həmin ildən isə Qax rayonu Qaxbaş kəndində əldə etdikləri fərdi yaşayış evinə köçmüş və bununla da iddiaçıların və onların ailə üzvlərinin həmin yaşayış sahəsinə istifadə hüququ itirilmişdir. Bu səbəbdən də onların yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqları itirilmişdir. Qanunvericiliyə görə uşaqların yaşayış yeri valideyinlərinin yanında olduğu üçün onların da həmin əmlaklarla bağlı hüquqları itirilmişdir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X39 etibarnamə üzrə nümayəndəsi X33 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Qax rayon XDS İK-nin xx xxxx 1988-ci il tarixli, 12 nömrəli protokolun qərarına əsasən X22 Qax Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən № 171 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. Qax DNK-nın xx xxxxxxxx 2006-cı il tarixli, 2V-180a saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən fərdi yaşayış evinin 11/12 hissəsinə Cavabdeh3 X9 vərəsəlik qəbul etmiş, 1/12 hissəsi isə X12 adına açıq qalmaqla ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qax DNK-nın xx xxxxxx 2011-ci il tarixli, 4Ə-354 saylı bağışlama müqaviləsi ilə Cavabdeh3 özünə məxsus hissədən 0.05 ha torpaq sahəsini Cavabdeh4 Fizuli qızına bağışlamış sonuncunun adına xx xxxxxx 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.MH seriyalı, ******* nömrəli Çıxarış xx.xx.2006-cı il tarixdə verilmiş, iddiaçıların adları isə elektron siyahıya 2008-ci il tarixdə salınmışdır. Həmin Çıxarış daha tez, yəni 2006-cı ildə verildiyi üçün ləğv edilməməlidir. İddianı qəbul etmir. Sözügedən sənədlər verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddia tələbini əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon Dövlət Arxivinin verdiyi xx xxxxxx 2006-cı il tarixli, 331 saylı Qax rayon İlisu kənd “Kirov” adına kolxozun qaytanlanmış torpaq kitabından Arxiv Çıxarışından görünür ki, X16 0.12 və 0.01 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş fərdi yaşayiş fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh3dur. İş materiallarına əlavə edilmiş 171 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qax rayon XDS İK-nin xx xxxx 1988-ci il tarixli, 12 nömrəli protokol qərarına əsasən X22 Qax Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən № 171 saylı Qeydiyyat Vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin sənəd Qax rayon X19 xx xxxxx 1998-ci il tarixli 171 saylı qərarına əsasən Qax rayonu İlisu kəndində yerləşən 11199.57 kv.m həyətyanı torpaq sahəsi X16 verilmiş və həmin sənəd həmin torpaq sahəsi ilə bağlı hazırlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2002-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X23 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İmamət Ramazanova tərəfindən Cavabdeh3 vəsiyyət edilən əmlak Qax rayonu İlisu kəndində yerləşən 1918/55 ildə tikilmiş üç otaqlı yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(107)-978/2016 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamədə məhkəmə qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(102)927/2016 saylı qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş xx xxxx 2003-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, Aysel, İmamət və İddiaçı3lərin valideyinləri olan Arzu və Nümayəndə2lar 1991-ci ildə ailə qurmuş və həmin vaxtdan Nümayəndə2 anası İmamət Ramazanovanın razılığı ilə Arzu Ramazanovanı mübahisə predmeti olan evə köçürmüşdür. 1994-cü ilə kimi tərəflər həmin evdə yaşamışlar. 1994-cü ildə Arzu və Nümayəndə2lar Qax rayonu Qaxbaş kəndində 0.12 ha həyətyanı torpaq sahəsi olan iki otaqlı fərdi yaşayış evi əldə etmiş və bundan sonra Ramazanovlar ailəsi Qax rayonu Qaxbaş kəndinə köçmüşlər. Habelə həmin qətnamə ilə müəyyən edilmişdir ki, Nümayəndə2 və ailə üzvlərinin sözügedən yaşayı sahəsinə hüquqları itirilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Nümayəndə2 sözügedən yaşayış sahəsinə hüquqları itirilmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq hər hansı iddia etməyə subyektiv hüququ mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X43 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qax rayonu İlisu kəndində 0.0677 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 55/60 hissəsi və torpaq sahəsi 0.0577 ha hissəsi xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh3 Nizami oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu ildə tərtib edilmiş, **********196-10301 reyestr nömrəli, 51 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, həmin yaşayış evinin hüquq subyektləri Qax rayonu İlisu kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh3, X13, X3, X21, X14 və X1r. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X39 verdiyi Qeydiyyat nömrəsi ********* Reyestr nömrəsi **********88-10301 olan, Seriya MH № ******* saylı xx.xx.2006-cı il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qax rayonunun İlisu kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 65.3 kv.m yaşayış, 34.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayı şevi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 11/12, X12 1/12 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli torpaq bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X39 verdiyi xx.xx.2011-ci il tarixli arayışa, Qeydiyyat nömrəsi ********* Reyestr nömrəsi **********88-10301 olan, Seriya MH № ******* saylı xx.xx.2006-cı il tarixli Çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini bacısı Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 249 arayışdan görünür ki, İddiaçı1 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 253 saylı arayışdan görünür ki, İddiaçı2 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 252 saylı arayışdan görünür ki, İddiaçı3 Qax şəhəri, İlya Çavçavadze küçəsi, ev 13-də qeydiyyatdadır. İş materiallaırnda olan Seriya AZE № ******* saylı şəxsiyyət vəziqəsinin surətindən görünür ki, Cavabdeh4 oğlu Bakı şəhəri, B.Məcidov küçəsi, məhəllə 455, ev 22, mənzil 26-da qeydiyyatdadır. İş materiallarında olan reyestr nömrəsi **********08-10301, inventar nömrəsi 3006 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Qax şəhəri, İ.Nəsimi küçəsi, 3 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 0.0729 ha göstərilsə də, faktiki sahə 0.0669 ha təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X43 tərəfindən iddiaçıların etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 ünvanlanmış xx.xx.2018-ci il tarixli № **********03 saylı məktubdan görünür ki, həmin məktubda Qax Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X12 adına avqust 2002-ci İl tarixli, 51 inventar nömrəli texniki pasport və 171 saylı qeydiyyat vəsiqəsi verildiyi, Qax DNK-nın xx xxxxxxxx 2006-cı il tarixli, 2V-180 a saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında sözügedən fərdi yaşayış evinin 11/12 hissəsinə Cavabdeh3 X9 vərəsəlik qəbul edildiyi, 1/12 hissəsi isə X12 adına açıq qalmaqla ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi, Qax DNKnın xx xxxxxx 2011-ci il tarixli, 4Ə-354 saylı bağışlama müqaviləsi ilə Cavabdeh3 özünə məxsus hissədən 0.05 ha torpaq sahəsini Cavabdeh4 Fizuli qızına bağışlamış sonuncunun adına xx xxxxxx 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Nümayəndə2 itmiş kimi təqdim etdiyi torpaq sahəsinin planı və ölçüsü xx xxxxxxx 2006-cı il tarixdə Cavabdeh3 tərəfindən vərəsəliyin qəbulundan sonra daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış alınarkən, hüquqmüəyyənedici sənədlər sırasında ərazi idarəsinə təqdim edilmiş və hazırda həmin sənəd idarənin arxivində saxlanıldığı, eyni zamanda Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1 (841)-877 saylı qərardadı ilə X12 adına verilmiş qeydiyyat vəsiqəsininxx xxxxxx 2002-ci il tarixli vəsiyyətnamənin, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmadığı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci ii tarixli, 2-1(84)-877 saylı qərardadından verdiyi apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(107)-358 saylı qərardadı ilə təmin edilmədiyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişlər. Məhkəmə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə2 Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri: İddiaçıların nümayəndəsi Nümayəndə2 аpelyаsiyа şikаyətində göstərmişdir ki, Qax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(024)- 31/2020-saylı qətnaməsi çıxarılarkən maddi və prosesual hüquq normaları kobud şəkildə pozularaq ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, o, Qax rayon Məhkəməsinin hakimi X41 edilməsi və DƏDRX-nin 12 saylı X39 nümayəndəsi məhkəmədə iştirak edərkən Etibarnamə təqdim etmədiyi üçün həmin şəxsi məhkəmədən kənarlışdırılması barədə vəsatətlər təqdim etmişdir. Lakin hər iki vəsatətə məhkəmə tərəfindən hüquqi münasibət bildirilməmişdir. Eyni zamanda iş materiallarına tərəfimizdən əlavə olunan hüquqi müəyyənedici sənədlər düzgün şərh edilməmişdir. Halbuki tərəfindən Qax rayon AİK-nın xx.xx.1998-ci it tarixli, 04 nömrəli qərarı ilə Qax rayon İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid xx.xx.2002-ci il tarixli cədvəl mövcud olmuşdur. Həmin cədvələ nəzər salsaq görərik ki, AİK-nın xx.xx.1998-ci il tarixli mübahisəli həyətyanı torpaq sahəsini iddiaçıların və digər subyektlərin mülkiyyətinə vermişdir. Bundan əlavə Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1 (84)-877 saylı qərardadı ilə X12 adına verilmiş qeydiyyat vəsiqəsinin xx.xx.2002-ci il tarixli vəsiyyətnamanin, ******* saylı çıxarışın etibarsız hesab edilməsi baradə iddası mümkün sayılmamış, həmin qərardaddan verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(107)-358 saylı qərardadı ilə qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd edilən qərardadlara nəzər salsaq görərik ki, iddia tələbinin mümkün sayılmamasının səbəbi iddiaçılar tərəfindən inzibati orqana müraciət etməməsi olmuşdur. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2( 107)-978/2016 saylı qətnaməsində qeyd etmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi barədə Apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-927 /2016 saylı qətnaməsi göstərilmişdir ki, Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2003-cü il tarixli, qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, Aysel, İmamət və Gülsel Ramaznzadələrin valideyinləri olan Arzu və Nümayəndə2lar 1991-ci il tarixdə ailə qurmuşlar və həmin vaxtdan sonra Nümayəndə2 anası İmamət Ramazanovanın razılığı ilə mübahisə predimeti olan evə köçmüşlər. 1994-cü il tarixədək tərəflər həmin evddə yaşamışlar 1994-cü il tarixdə Arzu və Nümayəndə2lar Qax rayonu Qaxbaş kəndində 0.12 ha torpaq sahəsində olan iki otaqlı fərdi yaşayış evi əldə etmiş və bundan sonra həmin evə köçmüşlər. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Nümayəndə2 sözügedən yaşayış sahəsi ilə bağlı hüquqlarını itirmişdir. Belə olan məhkəmə kollegiyasının qənaətinə görə iddaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq hər hansı bir iddia etməyə subyektiv hüququ mövcud deyil. Lakin qeyd olunan hallar mövcud vəziyyətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 87 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən ümumi sahəsi 382 km olan ev Qax rayon Notoriat Kontorunun reyestr 4Ə-53 nömrəli bağışlama müqaviləsi əsasında X6 mülkiyyətinə verilmişdir. Göründüyü kimi Nümayəndə2 yuxarıda qeyd olunan məhkəmələrin göstərdikləri kimi Qax rayonu Qaxbaş kəndində yerləşən evi 1994-cü il tarixdə deyik 29.05. 2002-ci il tarixdə bağışlama müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh3 xx xxxxxxx 2006-cı il tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışı qanuni əsaslarla əldə etmişdir. Lakin Məhkəmə Qax rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarını qeyd etməmişdir. Yuxarıda qeyd edildiyi kimi Qax rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən Qax rayon İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid xx.xx.2002-ci il tarixdə arxiv cədvəlində iddiaçıların adları mövcud olsa da, Cavabdeh3 həmin torpaq sahisinə dair heç bir subyektiv hüququ mövcud olmamışdır. Məhz buna görə də ləğv olunmuş DT və XK -nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədi hazırlanmışdır. Mövcud olan hüquqi sənədlər əsasından göründüyü kimi Cavabdeh3 2006-cı ildə həmin torpaq sahəsini qanunsuz əsaslarla əldə etmişdir. 2006-cı il tarixdə DT və XK -nin Qax rayon şöbəsi fəaliyyətdə olduğuna görə DƏDRX torpağa dair çıxarış verə bilməzdi. Elə həmin vaxtı Qüvvədə olan qanunvericiliyə görə torpağın Mülkiyyət Hüququna dair Şəhadətnamələri məhz DT və XK-si tərəfindən verilməli idi. Hesab edir ki, Cavabdeh3 qanunsuz əldə etdiyi xx xxxxxxx 2006-cı il tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışı əsassız olduğunda bundan sonra torpaq üzərində həyata keçirdiyi əməliyyatlar da qanunsuz hesab edilməlidir. Eyni zamandan Torpağın plan və ölçü sənədinin ayrılmaz tərkib hissəsi olan DTXK -nin Qax rayon şöbəsi tərəfindən DƏDRX-nin 12 saylı X43nə təqdim edilmiş elektron siyahıdan çıxarışda iddiaçıların və digər subyektlərin adları mövcud olmuşdur. Qax rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 26-180 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında mərhum İ.Ramazanovanın nəvəsi Cavabdeh3 vərəsəliyi qəbul etmişdir. DƏDRX-nin səhfləri nəticəsində Cavabdeh3 adına 11.99.57 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə MH serialı, ******* nömrəli çıxarış verilmişdir. Halbuki Qax rayon DNK-nun xx.xx.2006-cı il tarixli, 26-180 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində 11.99.57 kv.m həyətyanı torpaq sÜsəsinə dair heç bir hüquq qeyd edilməmişdir. Eyni zamanda Mərhum X12 adına verilmiş 171 nömrəli qeydiyyat Şəhadətnaməsində də həyətyanı torpaq sahəsinə dair heç bir qeyd göstərilməmişdir. Bundan əlavə olaraq iddiaçılar Şəki İnzibati-İqtisadi Məhkəməyə müraciət edərək Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, A 045763 saylı torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və yeni çıxarışın verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərarına əsasən iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərarı tam əsaslandırılmış və hüquqlarımız tamamı ilə izah edilmişdir. Şəki İnzibati - İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərardadının 3-cüı səhifəsinin 4cü abzasına nəzər salsaq görərik ki, məhkəmə araşdırılması zamanı Qax rayon X18 sədri tərəfindən xx.xx.2002-ci il tarixdə təsdiq edilmiş Qax rayonu İlisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəllə müəyyən edilmişdir ki, Qax rayonu İlisu kəndində ailə başçısı X12 qanuni istifadəsində 0.12 ha həyətyanı torpaq sahəsi olmuş və onun ailə üzvüləri X21, X8, X17, İddiaçı1, İddiaçı2, və X10 olmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisə predmeti olan 0.12 ha torpaq sahəsi adları çəkilən şəxslərin hamısının mülkiyyətinə verilmişdir ki, hazırkı iddiaçılar həmin subyektlərin dairəsində olmuşlar. Belə olan halda isə DDXK-nin Qax rayon Şöbəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, A serialı, 045763 nömrəli, torpaq sahəsinin plan və ölçü sənədinin ləğvi onların qanuni maraqlarına xidmət etmir. Lakin Qax rayoon Məhkəməsi İşdə olan sənədləri təhlil edərkən Şəki İnzibati - İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(84)969/2019 saylı qərarını göstərməmişdir. Qeyd olunduğu kimi həmin qərardadda iddiaçıların hüquqları tamamı ilə açıq-aşkar göstərilmişdir. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 izahat vererək bildirmişdir ki, mübahisə edilən torpaq 1998-ci ildən Aqrar islahat komissiyasıın qərarı ilən hər kəsə o cümlədən mənim qızlarıma torpaq vermişdir. Həmin torpaq mənim qızlarıma cəmi 7 nəfərə verilmişdir. Bizim mübahisəmiz ancaq torpaqla bağlıdır. 2006-cı ilə qədər torpaq sahəsinin çıxarışını veriblər və bu qanunsuzdur. Torpaqla bağlı indiyə kimi çıxarılmış qətnamələr 2003-cü ildə qəbul edilmiş qətnaməyə əsaslanır. Guya 2003-cü il qətnaməsi lə biz bütün hüquqlarımızı itirmişik. İndi 2020-ci il qətnaməsi ilə məlum olur ki, bizim heç bir hüququmuz məhdudlaşdırılmamışdır. Xahiş edirəm bu məəsələyə qiymət verin. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Fizuli qızının vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi tərəflərin razılığı ilə bağışlama müqaviləsi əsasında Cavabdeh4 Fizuli qızına bağışlanmışdır və bundan sonra Cavabdeh4 Fizuli qızı həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. İddiaçı tərəf qeyd edilən torpaq sahəsi ilə bağlı çıxarışların və bağışlama müqaviləsinin tərəf olmadığı üçün ləğvini tələb edə bilməz, etibarsız hesab edilməsini tələb edə bilər. Vərəsəlik hüququ haqqında şəhadətnamə məsələsinə dəfələrlə məhkəmələrdə baxılmış və hətta ali məhkəmədə də baxılmışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxx 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya şikayətində iddianın təmin edilməməsinin əsassız olmasına dair dəlillərilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Qax Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Qax rayonu İlisu kəndində torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X12 adına avqust 2002-ci İl tarixli, 51 inventar nömrəli texniki pasport və 171 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İmamət Ramazanova sağlığında ölənə qədər özünə məxsus olan bütün əmlaklarını nəvəsi Cavabdeh3 vəsiyyət etmiş, həmin vəsiyyətnamə Qax DNK-da təsdiq edilmiş, onun ölümündən sonra Qax DNK-nın xx xxxxxxxx 2006-cı il tarixli, 2V-180a saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İmamət Ramazanovanın mülkiyyəti olan və ondan miras qalan fərdi yaşayış evinin 11/12 hissəsinə Cavabdeh3 vərəsəlik qəbul etmiş, 1/12 hissəsi isə X12 adına açıqda saxlanılmaqla ********* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh3 özünə məxsus hissədən 0.05 ha torpaq sahəsini Cavabdeh4 Fizuli qızına bağışlamış və həmin 4Ə-354 saylı bağışlama müqaviləsi xx xxxxxx 2011-ci il tarixdə Qax DNK-da təsdiq edilmişdir. Həmin müqavilə əsasında Cavabdeh4 xx xxxxxx 2011-ci il tarixdə ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015ci il tarixli, 2-1 (841)-877 saylı qərardadı ilə X12 adına verilmiş qeydiyyat vəsiqəsinin xx xxxxxx 2002-ci il tarixli vəsiyyətnamənin, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi mümkün sayılmamış, həmin qərardadından verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(107)-358 saylı qərardadı ilə təmin edilməmişdir. X28 Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(107)-978/2016 saylı qətnaməsində qeyd edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli, 2(102)927/2016 saylı qətnaməsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş xx xxxx 2003-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, Aysel, İmamət və İddiaçı3lərin valideyinləri olan Arzu və Nümayəndə2lar 1991-ci ildə ailə qurmuş və həmin vaxtdan Nümayəndə2 anası İmamət Ramazanovanın razılığı ilə Arzu Ramazanovanı mübahisə predmeti olan evə köçürmüşdür. 1994-cü ilə kimi tərəflər həmin evdə yaşamışlar. 1994-cü ildə Arzu və Nümayəndə2lar Qax rayonu Qaxbaş kəndində 0.12 ha həyətyanı torpaq sahəsi olan iki otaqlı fərdi yaşayış evi əldə etmiş və bundan sonra Ramazanovlar ailəsi Qax rayonu Qaxbaş kəndinə köçmüşlər. Habelə həmin qətnamə ilə müəyyən edilmişdir ki, Nümayəndə2 və ailə üzvlərinin sözügedən yaşayı şahəsinə hüquqları itirilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apelyasiya şikayətin dəlilləri ilə razılaşmıyaraq qeyd edir ki, məhz qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfin sözügedən yaşayış sahəsinə hüquqları itirilmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı olaraq hər hansı iddia etməyə subyektiv hüququ mövcud deyildir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışı qanuni əsaslarla əldə etmiş, bununla da həmin əmlaka dair səlahiyyətli şəxs olmuş və həmin əmlak üzərində sərəncam verərək onun bir hissəsini Cavabdeh4 bağışlamışdır. İddiaçılar isə əqdin ləğvinə dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən bağışlama müqaviləsinin ləğvindən söhbət gedə bilməz. Həmçinin, bu müqavilənin ləğvinə dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışların da ləğv edilməsi barədə tələb də təmin oluna bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, MH seriyalı, ******* nömrəli Çıxarış xx.xx.2006-cı il tarixdə verilmiş, iddiaçıların adları isə elektron siyahıya 2008-ci il tarixdə salınmışdır.MH seriyalı, ******* nömrəli Çıxarış daha əvvəl, yəni xx.xx.2006-cı il tarixdə verildiyi üçün ləğv edilə bilməz. Məhkəmə kollegiyası işdəki sübutlara, işin faktiki hallarına və tərəflərin izahatlarına qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlı olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəmə iclasında hakimə etiraz edilməsinə sədirlik edənin münasibət bildirməməsi barədə dəlili ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21.1-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Belə ki, iş materialları ilə müəyyən edildi ki, iddiaçı tərəfin nümayəndəsi Nümayəndə2 məhkəmənin xx xxxxxx 2020-ci il tarxili iclasında sədirlik edən hakimə etiraz etmişdir. Lakin məhkəmədə sədirlik edən hakim həmin etiraza münasibət bildirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasına sədirlik edən hakim prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X43nə, Qax rayon Dövlət Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Fizuli qızına qarşı DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-31/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X43nə, Qax rayon Dövlət Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4 Fizuli qızına qarşı DƏDRX-nin 12 saylı X43 tərəfindən Cavabdeh3 adına xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın və həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh4 bağışlanması ilə əlaqədar Qax rayon DNK-nun xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin, Cavabdeh3 adına verilmiş xx xxxxxxx 2016-cı il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX Çıxarışının və Cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-nin xx.xx.2011-ci il tarixli, ********** saylı Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1084/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1084/2020
24.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver