Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1088/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, cavabdeh və cavabdehlər-X3, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı «torpaq sahəsinin bölünməsi» tələbinə dair iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)-1304/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (sədrlik edən hаkim N.Əliyev) xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı ərazi İdarəsi tərəfindən RX ******* saylı çıxarışla tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş, Ağdaş Rayonu, Xosrov kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********48 olan, kənd təsərrüfatlı təyinatlı 0.4120 ha torpaq sahəsində İddiaçı payı 1/6 hissədə müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyаsiyа şikаyəti verərək, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və verdiyi iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasınıxahiş etmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı «torpaq sahəsinin bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və İddiaçı RX ******* saylı çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 0.4120 hektar ölçüdə ümumi paylı mülkiyyətindən ona məxsus torpaq payının müəyyən edilməsinə və naturadan ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh2r oğlu, X3, Cavabdeh4, Cavabdeh5 və İddiaçı kənd təsərrüfatı təyinatlı ümumilikdə 0.4120 hektar ölçüdə torpaq sahəsi verilmiş və buna dair RX ******* saylı torpağa mülkiyyət hüququna dair çıxarış verilmişdir. Aqrar İslahat zamanı torpaq sahəsi ayrılarkən o ailə üzvləri ilə birgə yaşayırdı. Hazırda ailə həyatı qurmuş və cavabdehlərdən ayrı öz şəxsi ailsə ilə yaşayır. Həmçinin ailəsi ilə birgə öz şəxsi təsərrüfatı ilə məşğuldur və torpaq sahəsinə ehtiyacı var. Ona görə də onun ümumi paylı mülkiyyətdən-torpaqdan ona məxsus torpaq payının müəyyən edilib ayrılmasına ehtiyacı vardır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq, iddia tələbində əmlak payının müəyyən edilməsi olaraq nəzərə alınmasını və RX seriyalı ******* saylı çıxarışla onların ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsində payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək,iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(014)- 1304/2019 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərdiyi hallara görə Ağdaş Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi əsaslı olmadından təmin edilməməlidir. Onların ailəsinə islahat zamanı bir neçə yerdən torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahələrini onların razılığı olmadan və onları aldatmaqla satmışdır və həmin torpaq sahələrini satarkən cavabdehlərə bildirmişdir ki, hazırda mübahisələndirdiyi torpaq sahəsindəki payını cavabdehlərə verir. Lakin, həmin torpaq sahələri rəsmi qaydada satıldıqdan və alanlar tərəfindən öz adlarına qeydə alındığından əmin olan iddiaçı indi də bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin 0.4120 ha torpaq sahəsində əvvəllər faktiki olaraq onlara bağışladığı torpaq sahəsində payının müəyyən edilməsini tələb etmişdir. Hazırda hesab edir ki, ümumi paylı mülkiyyətlərində olan 0.4120 hektar torpaq sahəsində iddiaçının payı onun tərəfindən digər paylı mülkiyyətlərinə olan torpaq sahələrini satdığına görə digər payçılara məxsusdur. İş üzrə məhkəmə iclasları keçirilən zaman müvəqqəti olaraq başqa yerdə olduqlarından məhkəmə iclaslarında iştirak edə bilməmişlər və işin həqiqi hallarını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişlər. İşə baxan məhkəmə həmin həmin hallan araşdırmadan iddia ərizəsini təmin etməklə özünün əsassız və ədalətsiz hesab etdiyi qətnaməsini qəbul etməklə onun mülkiyyətçi kimi qorunan hüquqlarımı kobudcasına pozmuşdur. Göründüyü kimi, işə baxan məhkəmə işə obyektiv baxmamış, işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamış qanuni qətnamə qəbul edilməsi üçün hüquq normalarının tələblərini pozmuş, tətbiq etdiyi normalar üzrə səhv nəticəyə gəlmişdir. Hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi işin həqiqi halları hərtərəfli araşdırılmadığından, iddia tələbinin əsasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alınmadan qəbul edildiyindən və yalnız iddiaçının mənafeyi nəzərə alınaraq, eləcə də yuxarıda göstərdiyi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı İddiaçı və cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh5 məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPMin) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh və cavabdehlər-X3, Cavabdeh4, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, onların ailəsinə islahat zamanı bir neçə yerdən torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahələrini onların razılığı olmadan və onları aldatmaqla satmışdır və həmin torpaq sahələrini satarkən onlarar bildirmişdir ki, hazırda mübahisələndirdiyi torpaq sahəsindəki payını onlarar-cavabdehlərə verir. Lakin, həmin torpaq sahələri rəsmi qaydada satıldıqdan və alanlar tərəfindən öz adlarına qeydə alındığından əmin olan iddiaçı indi də bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin 0.4120 ha torpaq sahəsində əvvəllər faktiki olaraq onlara bağışladığı torpaq sahəsində payının müəyyən edilməsini tələb etmişdir. Hazırda hesab edirlər ki, ümumi paylı mülkiyyətlərində olan 0.4120 hektar torpaq sahəsində iddiaçının payı onun tərəfindən digər paylı mülkiyyətində olan torpaq sahələrini satdığına görə digər payçılara-onlara məxsusdur. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı X1 apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏK və ÜRX tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli **********15 saylı mütəxəssis rəyindən görünür ki, Ağdaş rayon Xosrov kənd ərazisində Cavabdeh1 adına Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX ******* nömrəli çıxarışla, **********48 reyestr nömrəsi ilə qeydiyyata alınmış A 170220 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar naturaya köçürülərkən həmin koordinatlar daxilindəki 0.4120 ha torpaq sahəsi ilə faktiki istifadə etdikləri torpaq sahəsi arasında uyğunsuzluq mövcud olduğundan, həmin 0.4120 ha torpaq sahəsinin naturada ayrılması mümkün deyildir. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş rayonu, Xosrov kəndində 0.4120 ha torpaq sahəsi Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4, İddiaçı, Cavabdeh1 birgə mülkiyyətindədir. İş materiallarında olan Ağdaş RPŞ-nin xx.xx.2014-cü il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1977-ci il tarixdə Ağdaş rayon, Xosrov kəndində anadan olmuş, Ağdaş rayon, Sadavat kəndində qeydiyyatdadır. Öz növbəsində birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni əsaslandırarkən göstərmişdir ki, Ağdaş rayonu Xosrov kəndi ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı ərazi İdarəsi tərəfindən RX ******* saylı çıxarışla verilmiş kənd təsərrüfatı təyinatlı ümumilikdə 0.4120 hektar ölçüdə torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməsinə dair hazırkı iddia əsaslıdır. Qeyd olunan torpaq sahəsin iddiaçı və cavabdehlərinin ümumi birgə mülkiyyətində olduğundan, ümumi birgə mülkiyyətdə olan əşyada paylar müəyyən edilərkən mülkiyyətçilərin payları bərabər sayıldığından, RX seriyalı ******* saylı çıxarışla Ağdaş Rayonu, Xosrov kəndində yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********48 olan, 0.4120 ha torpaq sahəsi 6 nəfərin (Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4, İddiaçı, Cavabdeh1) ümumi birgə mülkiyyətinə verildiyindən, iddiaçının qeyd olunan torpaq sahəsində payı qanunvericiliyin tələbinə uyğun olaraq 1/6 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş rayonu, Xosrov kəndində 0.4120 ha torpaq sahəsi Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4, İddiaçı, Cavabdeh1 birgə mülkiyyətindədir. Apelyasiya şikayətinin dəillərinə gəldikdə isə kollegiya bu hallara görə birinci instansiya məhkəməsinin məlum qətnaməsinin ləğvi üçün əsas bilmir. Çünki, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı halda sübut etmə yükü cavabdehin üzərinə düşsədə, o, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İşdə olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX ******* saylı çıxarışın surətindən məlum olur ki, Ağdaş rayonu, Xosrov kəndində 0.4120 ha torpaq sahəsi Cavabdeh5, Cavabdeh2, X3, Cavabdeh4, İddiaçı, Cavabdeh1 birgə mülkiyyətində olduğu bəlli olur. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Digər tərəfdən MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrıyuxаrıdаşərholunаnmаddivəprosessuаlhüquqnormаlаrıiləəlаqəlişəkildətədqiqedər əkhesаb edirki, birinciinstаnsiyаməhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin edərkən düzgünnəticəyəgəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdehlər-X3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilmədən, iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1cimаddəsinəgörəаpellyаsiyаinstаnsiyаsıməhkəməsiqətnаmənidəyişdirmədən, аpellyаsiyаşikаyətiniisətəminetmədənsаxlаyаbilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cavabdehlər-X3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli,2(014)-1304/2019 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1088/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1088/2020
20.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver