Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1094/2020 22.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq оğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Tural Həsənov) xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X22 və üçüncü şəxs X10 qarşı “X5 adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X8 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiasırədd edilmiş və 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. İşin hаllаrı İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, X5 adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X8 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, X2 onun atası olmuşdur. X1 Zaqatala rayonu Bazar kəndində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni 1996-cı ildə həmin təsərrüfatda X11, X14, onun özü və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala Rayon X9 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən X2na məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X11, X14, onun özü və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin xx xxxxxx 2009-cu il tarixdə X1 Zaqatala rayon Bazar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X11 göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, X2 onların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X10 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan məsələdən xəbər tutduqdan sonra anası mərhum X14, onun özü və həyat yoldaşı İddiaçı2 da qeyd olunan torpaq sahəsinin mülkiyyətçi kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət edilmiş, ancaq cavabdeh inzibati orqan xx xxxx 2019cu il tarixli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək məhkəməyə müraciət etmələrini ona tövsiyə etmişdir. Nəticədə onların mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 İddiaçı1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və iddia əsaslı olduğundan onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili Vəkil İddiaçı1 izahatına uyğun çıxış edərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və X5 adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X8 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X15 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia ərizəsi təmin edilə bilməz. Belə ki, atası X21 2006-cı il tarixdə vəfat etmişdir. Ata babası X11 xx xxxxxx 2011-ci il tarixdə vəfat etmişdir. xx xxxx 2010-cu il tarixdə ata nənəsi X14 vəfat etmişdir. Babası vəfat edənədək onun yanında onun evində yaşamış, onu dəfn etmişdir. Babası 2004-cü il tarixdə bütün əmlakını ona vəsiyyət etmişdir. Bundan başqa yaşadığı evini torpaq sahəsi ilə birgə xx xxxxx 2010cu il tarixdə rəsmi olaraq ona bağışlamışdır. Babasının vəfatından sonra indiyədək onun evində yaşayır, ondan miras qalmış bütün əmlakları faktiki olaraq miras kimi qəbul edib bu günədək idarə edir. Əmlak ona bağışlandıqdan sonra o, da öz növbəsində xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində həmin mübahisələndirilən torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. O, qeyd olunan sənədləri qanuni şəkildə əldə etmişdir. Hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının iddiası əsassız olduğundan iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi X12 iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnаməsi çıxаrılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 Zaqatala rayonu Bazar kəndində fərdi yaşayış evi olmuşdur. Torpaq islahatı aparıldığı dövrdə, yəni, 1996-cı ildə həmin təsərrüfatda (arxiv arayışının surəti ərizəyə əlavə olunur) X11, X14, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla orada yaşamışdır. Zaqatala Rayon X9 xx xxxxxxxx 2003-cü il tarixli, 110 saylı qərarına əsasən X2na məxsus fərdi yaşayış evinə aid 0,20 ha həyətyanı torpaq sahəsi X11, X14, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir və hazırda həmin qərar qüvvədədir. Lakin, xx xxxxxxx 2009-cu il tarixdə X1 Zaqatala rayonu Bazar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqları dövlət qeydiyyatına alınan zaman torpaq sahəsinin yeganə mülkiyyətçisi kimi X11 göstərilmişdir. Aparılan araşdırma əsasında isə məlum olmuşdur ki, X2 onların razılığı və xəbəri olmadan həmin evi və yerləşdiyi 0,20 ha torpaq sahəsini xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən X10 bağışlamış və sonuncunun həmin əmlak üzərində hüquqları xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşmmaz əmlakın dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. Qeyd olunan məsələdən xəbər tutduqdan sonra mərhum X14 (İddiaçı1 anası), İddiaçı1 və İddiaçı2 da qeyd olunan torpaq sahəsinin mülkiyyətçi kimi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət edilmiş, ancaq, cavabdeh inzibati orqan xx xxxx 2019-cu il tarixli, **********31 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina edərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Nəticədə, hazırkı tələblə, yəni, cavabdeh DƏDRX-nin 18 saylı X4 zidd hərəkətləri ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Zaqatala Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsindəqeyd edir ki, “məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsassız olduğundan iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz, ilk öncə ona görə ki, iddiaçılar yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin onların da mülkiyyətinə verildiyini israrlı şəkildə bildirsələr də, iddia tələbinin bu hissəsi üzrə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə tədqiqi zamanı həmin torpaq sahəsinin X1 adına X9 qərarı əsasında verildiyi təsdiq edilmişdir.Məhkəmə qeyd edir ki, X1 qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. X2 isə haqlı olaraq ona X9 qərarı ilə əvəzsiz olaraq verilən 0,20 ha torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir.”Halbuki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmənin qətnaməsində də istinad etdiyi– cavabdeh DƏDRX-nin 18 saylı X17 xx xxxxxx 2019-cu il tarixli, **********69 nömrəli məktubundan da göründüyü kimi, qeyd olunan daşınmaz əmlak (0,20 ha həyətyanı torpaq sahəsi) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olmuş A seriyalı 197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsi torpaq islahatı ilə bağlı elektron baza məlumatlarına əsasən (DBF siyahıları) X9 qərarına əsasən X11 ilə yanaşı, X14, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətinə verilmişdir. Yəni, qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020nömrəli qətnaməsində qeyd edir ki, “bundan başqa, iddiaçı tərəf torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi əldə etdiklərini, lakin X9 qərarı ilə yalnız cavabdehin adına çıxarış verildiyini mübahisələndirsə də, çıxarışın verilməsinə əsas olan X9 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı qərarı mübahisələndirilərək ləğv edilməmişdir. Çıxarışın verilməsinə əsas olan qərar ləğv edilmədən, həmin çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi çıxarışın (MH seriyalı ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə). (səh.-7, abz.-2) Halbuki, yenə də yuxarıda da qeyd olunduğu kimi, cavabdeh DƏDRX-nin 18 saylı X17 xx xxxxxx 2019-cu il tarixli, **********69 nömrəli məktubunda həmin torpaq sahəsinin X9 qərarı ilə həmçinin iddiaçıların mülkiyyətinə verilməsi öz əksini tapır. Yəni, məhkəmənin heç bir əsas olmadığı və iş materiallarında iddiaçıların iddiasını təsdiq edən sübut olduğu halda qeyd olunan torpaq sahəsinin X9 qərarı ilə yalnız cavabdehin adına verilməsini göstərməsi qanunsuz və əsassız olmuşdur. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bununla da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)- 90/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçıların vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi X12 apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş, cavabdeh DƏDRX-nin 18 saylı X22 nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, apelyasiya instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа apelyasiya şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, apelyasiya instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Belə ki, iş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A197360 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş surətindən görünür ki, X6 Zaqatala rayon X9 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu Bazar kəndində 2000 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Dövlət Torpaq Kadastr kitabında 368 nömrə ilə uçota alınmışdır. - Zaqatala rayonu İcra Hakimiyyəti Çobankol kənd inzibati ərazi dairəsinin xx xxxxxxx 2009-cu il tarixli 1280 nömrəli arayışından görünür ki, X5 adına Bazar kənd ərazi nümayəndəliyinin 12 nömrəli təsərrüfatbaşına kitabın 959-cu səhifəsində onun adına 1964-cü ildə tikilmiş, 109 kv.m. ümumi sahəsi, 48 kv.m. yaşayış sahəsinə malik fərdi yaşayış evi və 0,20 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X13 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. - Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X11 DƏDRX çıxarış seriya MH ******* nömrəli, reyestr nömrəsi **********96-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, DƏDRX arayış 227 nömrəli, xx.xx.2010-cu il tarixdə verilməsinə əsasən ona məxsus olan Zaqatala rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini X10 bağışlamışdır. - DƏDRX-nin 18 saylı Zaqatala X13 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bazar kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən 65,65 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. - DƏDRX-nin 18 saylı X17 xx xxxxxx 2019-cu il tarixli **********69 nömrəli məktubundan görünür ki, ləğv edilmiş DTXK tərəfindən idarəyə təqdim olunmuş elektron baza məlumatlarına (DBF siyahıları) əsasən X5 adına verilmiş A seriyalı 197360 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 0,20 ha torpaq sahəsi X5, X7, İddiaçı1 və İddiaçı2 ümumbirgə mülkiyyətinə verilmişdir. DBF siyahılarındakı subyektlərin adları, soyadları və atasının adlarında texniki səhv aşkar edildiyi üçün Zaqatala RİH-nin Çobankol kənd İƏD-nin xx.xx.2019-cu il tarixli 1150, 1151, 1152 və 1153 nömrəli arayışlarına əsasən düzəliş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə tərəflətin izahatları və iş materiallarında olan sənədlər araşdırılan zaman müəyyən olunmuşdur ki, X6 Zaqatala rayon X9 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı ilə həyətyanı məqsədi ilə Zaqatala rayonu Bazar kəndində 2000 kv.m. torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala X13 dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Bazar kəndində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009cu il tarixdə qeydiyyata alınmışdır. xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinə əsasən isə X11 DƏDRX çıxarış seriya MH ******* nömrəli, reyestr nömrəsi **********96- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış, DƏDRX arayış 227 nömrəli, xx.xx.2010-cu il tarixdə verilməsinə əsasən ona məxsus olan Zaqatala rayonu Bazar kəndində mülkiyyətində olan 0,20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 65,65 kv.m. yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evini X10 bağışlamışdır. Nəticədə sonuncu da, çıxarışla mübahisələndirilən torpaq sahəsini adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata aldırmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarış əsasında cavabdehin mülkiyyətinə verilmiş daşınmaz əmlakın X9 qərarı ilə onların da adına verildiyini əsas gətirərək X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini, həmin çıxarış əsasında verilmiş bağışlama müqaviləsinin və X8 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kоllegiyаsı iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni düzgün həll etmişdir Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. - 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. - 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 4 və 5-ci bəndləri). “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət X18, Naxçıvan Muxtar Respublikası X18, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsinə görə fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X9 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X18na şikayət edə bilərlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası tərəfindən kollegiyanın əvvəlki iclasında Zaqatala rayon X18 tərəfindən X6 2000 kv.m torpaq sahəsi verilən zaman iddiaçıların da X18 tərəfindən verilmiş qərarda onların adının olduğu subyektlər siyahısından çıxarışın təqdim edilməsi iddiaçılara təklif edilmiş, lakin iddiaçılar tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi aqrar islahat zamanı həyətyanı torpaq sahəsi alacaq şəxslərin siyahısında iddiaçıların adlarının hüquq subyektlərinin siyahısında olmaması iddia tələbinin təmin edilməməsi üçün əsaslardandır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhz iddiaçılar iddia ərizəsində göstərilmiş torpaq sahəsinin kimin adına qeydə alınmasından asılı olmayaraq özlərinin də həmin torpaq sahəsinə hüquqlarının olmasını sübut etməlidir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiаçılar yuxarıda qeyd olunduğu kimi mübаhisəli torpaq sahəsinin onların da mülkiyyətinə verildiyini israrlı şəkildə bildirsələr də, iddiа tələbinin bu hissəsi üzrə məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə məhkəmə tədqiqi zаmаnı həmin torpaq sahəsinin X1 adına X9 Qərarı əsasında verildiyi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X1 qeyd оlunаn torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən əvəzsiz olaraq verilməsi nəticəsində yaranmışdır. X2 isə haqlı olaraq ona X9 Qərarı ilə əvəzsiz olaraq verilən 0,20 ha torpaq sahəsini öz adına çıxarış almaqla rəsmiləşdirmişdir. Bundan başqa, iddiaçı tərəf torpaq sahəsinin ümumi birgə mülkiyyət kimi əldə etdiklərini, lakin X9 qərarı ilə yalnız cavabdehin adına çıxarış verildiyini mübahisələndirsə də, çıxarışın verilməsinə əsas olan X9 xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarı qərarı mübahisələndirilərək ləğv edilməmişdir. Çıxarışın verilməsinə əsas olan qərar ləğv edilmədən, həmin çıxarışın mövcudluğu, iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi çıxarışın (MH seriyalı ******* nömrəli çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə) etibarsız sayılması hissəsində əsaslı hesab edilərək təmin edilə bilməz. Daha sonra məhkəmə qeyd edir ki, mübаhisəli torpaq sahəsi ümumi birgə mülkiyyət kimi əldə edilmədiyindən həmin torpaq sahəsinə dаir bаğlаnmış xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsi və xx xxxxxxxx 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,20 ha torpaq sahəsinə dair hissədə də ləğv olunа bilməz. Tələbin bu hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissələri də əsаslı оlа bilərdi. Qeyd оlunаn bağışlama müqаvilə bаğlаnаrkən Mülki Məcəllənin (Maddə 666-668), həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Çünki, bu müqаvilənin bаğlаnmаsı zаmаnı iddiаçının irаdə ifаdəsi tələb оlunmurdu. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydumа əqd hesаb оlunа bilməz. İddiаçının bu dəlilləri də əsаssızdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Yuxarıda şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDRX-nin 18 saylı X22 və üçüncü şəxs X10 qarşı “X5 adına xx xxxxxx 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə etibarsız sayılması, o cümlədən xx xxxxx 2010-cu il tarixli 4Ə/109 reyestr nömrəli bağışlama müqaviləsinin və iş üzrə üçüncü şəxs X8 adına xx xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 7 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair MA seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,20 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, iddiaçılar apelyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmişlər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə dəyişdirilmədən, apelyasiya şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli2(033)-90/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1094/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1094/2020
22.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver