Məhkəmə qərarları › İş №2(107)-1095/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1095/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1095/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - əqdin etibarsız hesab edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh - Cavabdeh1 оğlu və onun vəkili X5 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023cü il tаrixli, 2(051)-258/2023 saylı qətnаməsindən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İşdə olan X6 Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin arxiv fondunun sənədlərinə əsasən 22 sentyabr 1988-ci il tarixli 318 saylı qərarı ilə Toxuculuq kombinantına bağçılıq üçün torpaq sahəsinin verilməsi qeyd edilmişdir.

2. İşdə olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli **********74 nömrəli məktubun surətindən görünür ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş X1 bağçılıq təsərüfatının adlı siyahısında Cavabdeh2 adı 52 sıra nömrəsi ilə qeyd olunmuşdur. Mingəçevir şəhər X1 bağçılıq təsərrüfatında Cavabdeh2 adına torpaq sahəsinə dair bağçılıq pasportu mövcuddur. Sonradan həmin daşınmaz əmlakı xx.xx.2002-ci ildə ərizə ilə İddiaçı2 istifadəsinə verilmişdir. İddiaçı2 adına bağçılıq təsərüfatı tərəfindən xx.xx.2004cü il tarixli 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı2 adına DTX VƏ XKnın tərəfindən xx.xx.2009-cu il tarixli **********1453 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü mövcuddur.

3. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1373/2022 qərarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-280/2021 saylı qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkın Dövlət Reyetri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı X2 tərəfindən Günəşli Bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış Cavabdeh2 xx.xx.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və xx.xx.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0,49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərar Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(107)-108/2022 nömrəli qərarı ilə dəyişdirlmədən qüvvədə saxlanılmış, İddiaçı2 apellyasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin İnzibati kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1373/2022 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 21(107)-108/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri, 9-cu bağ küçəsi, 31 ünvanda yerləşən 0,0250 torpaq sahəsi mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

5. İşdə olan əmlak bölgüsü barədə 22 noyabr 2022-ci il tarixli müqavilədən görünür ki, satıcı Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci tarixli ********** qeydiyyat saylı çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin 0,0250 ha hissəsinin Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 4Ə 2387 reyestr sayla təsdiq edilmiş müqavilə ilə alıcı Cavabdeh1 satmışdır

6. İşdə olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində Cavabdeh2 alıcı qismində Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən satıcı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,025 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsində alıcının mülkiyyətinə verir.

7. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0250 torpaq sahəsi mənzil tam mülkiyyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

8. İşdə olan Daşınmaz Əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0,025 ha torpaq sahəsinin real bazar qiyməti 4500 manat təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək Mingəçevir regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli 4Ə-2387 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsinin əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə Şirəli və xx.xx.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə 2010-cu il tarixdə ünvan 4 ünvanında 0,05 ha torpaqda yerləşən 3 otaqlı fərdi yaşayış evini 28000 manat satın almışlar. Belə ki, həmin pulun 20000 manatını anası Kamella Həsənova ödəmiş, 2000 manat əvəzinə Cavabdeh1 adına olan 21063 markalı avtomobili torpağı satın alan İddiaçı2 mülkiyyətinə verməklə ödəmişlər. Qalan 4000 manat pulu 2000 manat və 2000 manat olmaqla müxtəlif vaxtlarda o, və Cavabdeh1 ödəmişlər. Hazırkı müddətə qədər o, orada yaşayır. Ancaq onların aralarındakı nikah pozulduğundan münasibətləri kəskinləşmişdir. İddiaçı2 həmin torpaq sahəsini sənədləşdirib onların adına keçirmək istəyərkən Cavabdeh1 həmin torpaq sahəsini 2002-ci ildə İddiaçı2 satmış Cavabdeh2 ilə danışaraq həmin torpaq sahəsinin 250 kv.m hissəsini məhz fərdi yaşayış evinin yerləşdiyi hissəsini öz adına keçirmişdir. Elə ki, 22 noyabr 20222-ci il tarixdə X10 xidmət Mərkəzində Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 satın aldığı sənədləşdirilmişdir. Həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə onlar 28000 manata İddiaçı2 satın alsalar da, həmin torpağı sənədləşdirə bilməmişlər. İddiaçı2 Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir ki, Cavabdeh2 2002-ci ildə ona satdığı və dəyərini tam şəkildə aldığı torpaq sahəsinə yenidən iddia edərək həmin torpaq sahəsinə çıxarış alaraq başqa şəxslərə satmaq istəyir. Araşdırma Mingəçevir şəhər polis şöbəsində getdiyi müddətdə Cavabdeh2 həmin torpağı yenidən 4500 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 bildirir ki, o, Cavabdeh2 adına olan torpağın 250 kv.m olan hissəsini almış və qalan 250 kv.m olan hissəsini İddiaçı1 saxlamışdır. Halbuki, Cavabdeh1 məhz torpağın fərdi yaşayış evi yerləşən hissəsini mənimsəməklə gələcəkdə fərdi yaşayış evini ancaq öz adına sənədləşdirməyi qarşısına məqsəd qoymuşdur. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Sonradan İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə Nemət qızı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək 22 noyabr 2022 ci ildə Cavabdeh1 alqısatqı müqaviləsi əsasında əldə etdiyi ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakı ümumi birgə qazanılmış əmlak hesabına-birgə nikah müddətində əldə edilmiş əmlak kimi onların arasında bölünməsi və İddiaçı1 ½ hissədə əmlak payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 20223-cü il tarixli, 2(051)-258/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə Nemət qızı vəkili və nümayəndəsi Nümayəndə Nemət qızının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili X7 iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında digər İddiaçı2 İsmayıl oğlu da iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2007-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. xx.xx.2020-ci ildə Mingəçevir şəhər məhkəməsinin həmin tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onlar rəsmi olaraq ayrılmışlar. Bundan sonra o, 2022-ci il tarixdə özünə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini aldığı vaxt birgə nikahda olmamışlar. İddiaçı tərəf torpaq sahəsinin 2002-ci ildə alınmasını bildirsələr də o, həmin torpaq sahəsini 2022-ci ildə almışdır. Bununla yanaşı istənilən vaxt torpağın yerdə qalan hissəni qızın adına keçirməyə hazırdır. Ona görə qətnamə çıxarılarkən iddiasında qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, həmin torpağı ona sadəcə arayış əsasında vermişlər. Torpağa dair mülkiyyəti təsdiq edən sənədi isə 2022-ci ildə almışdır. Həmin torpaq sahəsi 2022-ci ildə yenidən Cavabdeh1 adına sənədləşdirilmişdir. Həmin torpaq sahəsi daha əvvəl XDS-nin qərar əsasında onu istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsinin 2,5 sotunu Ayazın 2,5 sotunu isə Günelin adına rəsmiləşdirəcək.

17. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Mingəçevir Regional “Asan xidmət” Mərkəzində Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2022-ci il tarixli torpağın alqı-satqı müqaviləsinin əmlakın ½ hissəsinə münasibətdə etibarsız sayılması tələbinə dair iddiası təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə olunan 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfləri Cavabdeh2 ilə Cavabdeh1dur. Həmin şəxslər arasında əslində başqa bir razılaşmanın baş tutması, lakin bu razılaşmanın qeyd olunan müqavilə ilə pərdələnməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Baxılan işdə iddiaçılar yalan əqdin bağlanması barədə mövqelərini ümumi şəkildə bildirsələr də, müqavilə tərəflərinin qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək faydanın (mənfəətin) nədən ibarət olmasını, xüsusilə də yazılı əqdin tərəfləri olan cavabdehlərin bu cür davranışlar etmək qəsdini konkret və mötəbər sübutlarla əsaslandırmamışlar.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 334.1, 337.1, 337.2, 337.3, 337.4, 340.2 və 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiаçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Kərimli X4 Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, həmin torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə onlar 28000 manata İddiaçı2 satın alsalar da, həmin torpağın bağ pasportu ilə alqısatqını rəsmləşdirmək mümkün olmadığından hazırkı müddətə qədər sənədləşdirə bilməmişlər. Əsl həqiqət bundan ibarətdir ki, İddiaçı2 Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etmişdir ki, Cavabdeh2 2002-ci ildə ona satdığı və dəyərini tam şəkildə aldığı torpaq sahəsinə yenidən iddia edərək həmin torpaq sahəsinə çıxarış alaraq başqa şəxslərə satmaq istəyir. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

23. Məhkəmə kollegiyasının iclsasında iddiаçı İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsinin ləğqv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 оğlu və onun vəkili X9 hər biri ayrıayrılıqda hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)- 258/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ...

30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

31. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.. ...

32. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

33. 34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 34 . Maddə 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

41. Maddə 390-cımaddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 340.2-ci maddəsinə əsasən göstərilən normanın hazırkı iddiaya tətbiqi ilə bağlı mübahisə olduğundan Məhkəmə yalan əqdin mahiyyətinə və qanunda nəzərdə tutulan dispozisiya şərtlərinə nəzər salmağı zəruri hesab edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçıların nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

55. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

57. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

58. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

59. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

60. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

61. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli qərarlar).

62. Müəyyən olunmuşdur ki, Cavabdeh1 və X11xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişlər. Onların birgə nikahından xx.xx.2009-cu il tarixdə Şirəli və xx.xx.2010-cu il tarixdə Nihat adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur.

63. Həmçinin müəyyən olunmuşdur ki, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən «Günəşli» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi Cavabdeh2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. Cavabdeh2 20 iyun 2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq İddiaçı2 istifadəsinə verilmiş və 6 dekabr 2004cü ildə sonuncunun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmiş, eyni zamanda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçü sənədi də işloənmişdir. Torpaq sahəsini Cavabdeh2 satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, İddiaçı2 də orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Həmin torpaq sahəsini qeyri-rəsmi olaraq 2010cu ildə ər-arvad Cavabdeh1 və X8 28000 manata satmışdır. İddiaçı2 həmin torpaq sahəsinin Günel Qasımova və Cavabdeh1 satılmasını rəsmiləşdirməkdən ötrü ilk növbədə torpaq sahəsinə özünün mülkiyyət hüquqularının qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləriövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə cavabdeh orqana müraciət etsə də, imtina almışdır. Həmin orqan imtinasında göstərmişdir ki, torpaq sahəsinini ilkin hüquq sahibi Cavabdeh2 ilə İddiaçı2 arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir.

64. Bundan sonra, İddiaçı2 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Mingəçevir “Toxuculuq” Kombinatı tərəfindən “Günəşli” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, Cavabdeh2 20 iyun 2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18 may 2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

65. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-280/2021 saylı qərarı ilə həmin iddia tələbi rədd edilmişdir. Sözü gedən qərar apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, son nəticədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

66. Bundan sonra, həmin 0,05 ha torpaq sahəsinə onun ilkin hüquq sahibi Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. (qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi **********).

67. Sonradan Hüseynov X3 şəhəri 9-cu bağ küçəsi 31 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin 0,0250 ha hissəsini Mingəçevir regional “Asan Xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə -2387 reyestr sayla təsdiq edilmiş müqavilə ilə Cavabdeh1 satmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 torpaq sahəsinin özünə düşən hissəsinə mülkiyyət hüquqularını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.

68. İddiaçılar bəyan edirlər ki, Cavabdeh1 həmin torpaq sahəsini 2002-ci ildə İddiaçı2 satmış Cavabdeh2la danışaraq həmin torpaq sahəsinin 250 kv.m hissəsini məhz fərdi yaşayış evinin yerləşdiyi hissəsini öz adına keçirmişdir. Cavabdeh1 məhz torpağın fərdi yaşayış evi yerləşən hissəsini mənimsəməklə gələcəkdə fərdi yaşayış evini ancaq öz adına sənədləşdirməyi qarşısına məqsəd qoymuşdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. birinc instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər.

69. Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən əmlak barəsində istər 2002-ci ildə, istərsə də 2010-cu ildə iddiaçıların istinad etdiyi alqı-satqı baş verməmişdir. Çünki həmin zaman nə torpaq sahəsinə, nə də onun üzərindəki əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu səbəbdən də sözü gedən əmlak barəsində müqavilələr notariat qaydasında təsdiqlənə bilməzdi. Ona görə də qanunun tələbinə görə həmin torpaq sahəsi və onun üzərində əmlaka dair 2002 və 2010-cu ildə bağlanmış müqavilələr etibarsız sayılır (bax: qətnamənin 30-32-ci bəndləri).

70. Digər tərəfdən, iddiaçıların etibarsızlığını mübahisələndirdikləri 22 noyabr 2022-ci il tarixli 4Ə-2387 reyestr nömrəli torpağın alqı-satqı müqaviləsi torpaq sahəsinin bir hissəsi barədə olmuşdur.

71. Həmin alqı-satqı müqaviləsindən və dövlət reyestrindən çıxarışdan görünür ki, özgəninkiləşdirilən daşınmaz əmlak torpaq sahəsidir. Dövlət reyestrindən çıxarışda həmin torpaq sahəsi üzərində əmlakın (yaşayış evinin) olmasından söhbət getmir. Ev və altındakı torpaq sahəsi vahid tam kimi qeydiyyata alınmamışdır. Yaşayış evinin gələcəkdə reyestrdə qeyd alınıb alınmayacağı da bəlli deyildir (şəhərsalma və tikinti normalarına və qaydalarına uyğun inşa edilib edilməməsi nöqteyi nəzərindən).

72. İş materiallarından da göründüyü kimi alqı-satqı müqaviləsi həyata keçirilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə tam riayət edilmişdir.

73. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. (bax: qətnamənin 40-cı bəndi).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

75. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla müəyyən olunmalıdır. Onlardan hər hansı birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır.

76. Sübutetmə yükü isə bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir .

77. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir.

78. Bundan başqa, birinci instasiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə, qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə cavabdehlər arşında arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu (yalan əqdin yuxarıda qeyd olunan şərtlərini) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir.

79. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayaraq onu da qeyd edir ki, 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfləri Cavabdeh2 İlə Cavabdeh1dur. Həmin şəxslər arasında əslində başqa bir razılaşmanın baş tutması, lakin bu razılaşmanın qeyd olunan müqavilə ilə pərdələnməsi halı işə baxan məhkəmə tərəfindən müəyyən edilməmişdir.

80. Baxılan işdə iddiaçılar yalan əqdin bağlanması barədə mövqelərini ümumi şəkildə bildirsələr də, müqavilə tərəflərinin qarşısında yalnış təssəvür yaratmağa çalışdıqları üçüncü şəxsin kim olmasını, həmin şəxsin hansı məqsədlə aldadılmasını, bundan əldə ediləcək faydanın (mənfəətin) nədən ibarət olmasını, xüsusilə də yazılı əqdin tərəfləri olan cavabdehlərin bu cür davranışlar etmək qəsdini konkret və mötəbər sübutlarla əsaslandırmamışlar.

81. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, əqdin istər predmetinə görə, istər tərəfinə görə yalan sayıla bilməsi üçün onun iştirakçılarının bir mənfəət əldə etmək məqsədilə üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratı yaratmaq niyyəti ilə hərəkət etdikləri, görünən əqdin arxasında başqa bir əqdin gizlədildiyi və bu davranışların onların hər birinin qəsdi ilə əhatə olunduğu sübuta yetirilməlidir. Bu səbəbdən iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə qəbul edilməzdir.

82. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

83. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

84. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

85. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

86. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiаçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, 2(051)-258/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar