Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1096/2023 18.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qərardadındakı yanlığın düzəldilməsi ilə bağlı (Açar sözlər: qərarddakı yanlığın düzəldilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qərardadındakı yanlışlığın aradan qaldırılması barədə Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadından İddiaçı4 və İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi Şütüyev X2 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)- 398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 tərəfindən Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qərardadının giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində yol verilmiş yanlışlıq aradan qaldırılması; qərardadın giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində yazılmış “iddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1” sözlərinin “iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1” sözləri kimi oxunması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı4 və İddiaçı1 şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)- 398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı4 iddia ərizəsində iddiaçı kimi göstərilsə də, iddia ərizəsi İddiaçı4 tərəfindən imzalanmamışdır. Belə ki, iddia ərizəsindən görünür ki, ərizə elektron imza vasitəsilə İddiaçı1 tərəfindən imzalanmışdır. Ərizədə iddiaçılar olaraq göstərilmiş Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının İddiaçı1 5 sentyabr 2018-ci il tarixdə 20 il müddətinə verdiyi etibarnamə iş materiallarında mövcuddur. Yəni, sonuncunun birincilərin adından iddia ərizəsinin imza etmə səlahiyyəti olmuşdur. Lakin, İddiaçı4 İddiaçı1 verdiyi hər hansı etibarnamə iş materiallarında aşkar edilmir. Göründüyü kimi, sonuncu birincinin nümayəndəsi olmamış, elə bu səbəbdən də, onun adından iddia ərizəsinin imzalama səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1-ci maddəsind əsasən çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, həqiqətən də, qərardadda yanlışlıq olmuşdur və birinci instansiya məhkəməsi həmin yanlışlığın düzəldilməsində haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı4 və İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(019)-398/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1096/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1096/2023
18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver