Məhkəmə qərarları › İş №2(107)-1097/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1097/2022

03.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1097/2022 03.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat borcun və 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X2 digər tanışı vastəsi ilə tanımışdır. 2014-cü il tarixdə əri Qorxmaz vəfat etmiş və bir qızı vardlır. Mərhum əri DİO-nın əməkdaşı olmuşdur. 2020-ci il tarixdə uşağına verilən təqaüd dayandırılmışdır. Buna görə həmin təqaüdü ömürlük almaq üçün Məhəmməd Şirməmmədov ilə görüşmüş və söhbət əsnasında Məhəmməd ona söz vermişdir ki bu məsələni həll edəkdir. Lakin bunun müqabilində 3500 manat pul verməli olduğunu bildirmişdir. Bunun fikirlərilə razılaşıb həmin məbləği Məhəmmədə vermək üçün razılaşmışdır. Həmin ərəfələrdə rəfiqəsi Yeganə də özünə təqaüd düzəltdirmək qərarına gəlmiş və ondan xahiş etməyi istəmiş ki ona da təqaüd düzəltsin bu barədə də Məhəmmədlə söhbət etmiş və Məhəmməd ona bildirmişdir ki, rəfiqəsindən də əlavə olaraq 3500 manat verməlidir. Rəfiqəsi razılaşandan sonra 3500 manat pulu ona vermiş, 7000 manat pulu X6 metrostansiyanın yaxınlığında «Ağ Çiçəyim» gül mağazasının arxasında yerləşən adını bilmədiyi kafedə vermişdir. Həmin vaxt Məhəmməd şəxsi ehtiyacına görə də ondan 200 manat pul borc istəmiş, 200 manatı borc olaraq vermişdir. Bir müddət keçəndən sonra nə qızı Güllərin nədə ki, rəfiqəsi Yegananın təqaüdü düzəlməməsini bildikdən sonra Məhəmmədlə əlaqə saxlamış, həmin vaxtdan bu günə kimi dəfələrlə Cavabdeh ona olan 7200 manat borcumu geri istəsə də pulun qaytarılmasını söz vermişdir. 2021-ci ilin əvvələri Məhəmmədlə görüşüb ondan pulunu geri istəmiş, Məhəmməd 7200 manatı da tezliklə qaytarmasını söz vermişdir. Həmin vaxtdan bu günə kimi dəfələrlə Məhəmməd Şirməmmədov ona olan 7200 manat borcunu geri istəsə də, pulunu verməyərək müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmiş, ərizəsinə əsasən şöbənin baş təhqiqatçısı Ramil Mehdiyev tərəfindən araşdırma aparılsa da xx.xx.2021-ci il tarixdə toplanmış material üzrə cinayət işinin baxılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarı xx.xx.2021-ci il tarixdə Nizami rayon prokuroru tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün 24-cü polis şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Əzizova Pərvanənin icraatında olmuşdur. Araşdırılma vaxtı Məhəmməd ona borcundan 1000 manat qaytarmış, qalan 6000 manatı qaytaracağına dair öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1950 manat məbləğində pul və 39.5 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı onun qohumudur. 2018ci ilin sonlarında maddi vəziyyəti ilə əlaqədar Mingəçevir şəhərində Vəfanın vasitəsi ilə tanıdığı İradə adlı şəxsdən hər ay 400 manat ödəməklə sələmə 3000 manat pul götürmüşdür. İki gün sonra Vəfadan sələmə 500 ABŞ dolları almış və İradədən aldığı pulla birlikdə hər ay Vəfaya 500 manat pul ödəmişdir. 2020-ci ilin əvvəlində Vəfaya 6000 manat faiz, 4360 manat isə nəğd aldığı pulu qaytararaq Vəfaya ümumilikdə 10.360 manat pul vermişdir. Həmin vaxtdan maddi imkanı olmadığı üçün Vəfaya faiz ödəyə bilməmişdir. Həmin vaxtdan Vəfadan aldığı pulun faizi 7200 manat etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ildə İddiaçı borc aldığı 7200 manat puldan 1200 manatını qaytarmış, qalan 6000 manat pulun, 3000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş X9 Filalı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 166 saylı çıxarışdan görünür ki, Cavabdeh Zeynalova (İslamova) Vəfa Teyyub qızına 2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda 4050 manat poçt vasitəsi ilə pul göndərmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2018-ci ilin sonlarında 6.000 manat borc pul vermiş, cavabdeh isə həmin puldan 4050 manatını iddiaçıya qaytarmışdır. Hazırda İddiaçı məxsus 1950 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 6000 manat məbləğində vəsaitin alınaraq ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1950 manat məbləğində pul və 39.5 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 442-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1,, 80, 81-ci maddələri, məhkəmə qətnaməsi haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsi məhkəmə baxışında araşdırma apararkən, Cavabdeh İddiaçı mərhum əri, DİO-nun əməkdaşı olmuş Qorxmazın təqaüdünü qızı Gülərə ömürlük almaq üçün düzəltmək adı ilə ilk olaraq 3500 manat və sonradan isə rəfiqəsinin də pensiya işi ilə bağlı məsələsini həll etmək üçün onun vasitəsi ilə 3500 manat və əlavə olaraq, isə 200 manat borc pul aldığı barədə məhkəməyə təqdim olunmuş Nizami rayon Pİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Pərvanə Əzizovanın qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında və həmin araşdırma zamanı Cavabdeh tərəfindən 7200 manat ümumi borcundan, 1200 manat borcunu ödəməsi, qalan 6000 manat borucunu isə iki hissədə yəni, xx.xx.2021-ci il tarxdə 3000 manatını, yerdə qalan 3000 manatı isə xx.xx.2021-ci il tarixdə qaytaracağı barədə yazılı şəklidə, öz xətti ilə yazılaraq imzası ilə təsdiq olunmuş və təhqiqat materialına əlavə edilmiş müqavilədə öz əksini tapmışdır. Göyçay rayon Məhkəməsi məhkəmə iclaslarında araşdırma apararkən, Cavabdeh özü də İddiaçı 6000 manat borclu olduğu barədə bildirsə də, son anda nədənsə Göyçay rayon Məhkəməsi cavabdeh X1 1950 manat məbləğində pulun və 39, 5 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi barədə reallığı əks etdirməyən qətnamə qəbul etməklə onun huquqları pozulmuşdur. Ona görə də, hesab edirlər ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2 (046)-757\2022 nömrəli qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır. Onun iddiaçı- İddiaçı əmlaka yəni, bu mülki mübahisə üzrə 6000 manat puluna sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları vardır. Lakin, Cavabdeh onu aldadaraq, onun 6000 manat pulunu alaraq, onu ağır maddi duruma salmışdır. Göyçay rayon məhkəməsi də nədənsə təqdim olunmuş sübutlara düzgün qiymət vermədən və maddi huquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin bu müddəalarında konkret olaraq göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) yəni, o İddiaçı pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) yəni Cavabdeh keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) cavabdeh X3 isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh öz xətti ilə müqavilə (qəbz) yazıb imzalayaraq, 6000 manat borucunu iki hissədə yəni, xx.xx.2021-ci il tarxdə 3000 manatını, yerdə qalan 3000 manatı isə xx.xx.2021-ci il tarixdə qaytaracağı barədə yazılı şəklidə və imzalamaqla öhdəlik götürmüdür. Hesab edirlər ki, AR Mülki Qanunvericiliyin bu normaları düzgün tətbiq olunmadığından Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, iş № 2 (046)- 757/2022 saylı məhkəmə qətnaməsi qeyri-obyektiv və əsassız olduğundan apellyasiya qaydasında ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır. Belə ki, Göyçay rayon Məhkəməsi MPM-nin 9-cu maddəsinin 9.1-ci bəndində göstərildiyi kimi “Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.” müddəlarının tələbləri pozulmuşdur. Belə ki, onun təqdim etdiyi sübutlara məhkəmə nədənsə ikinci dərəcəli sübutlar kimi baxmış, lakin Cavabdeh təqdim etdiyi və heç bir reallığa əsaslanmayan sübutları isə əsassız olaraq mötəbər sübutlar kimi qiymətləndirmişdir. Göyçay rayon Məhkəməsi işi araşdırarkən, onun verdiyi izahatlara və təqdim etdikləri sübutlara düzgün qiymət verilməmiş, bir tərəfli qaydada nədənsə Cavabdeh verdiyi izahatı və təqdim etdiyi sübutları mötəbər sübut kimi qiymətləndirmişdir. Bununla da, AR Mülki Məcəlləsinin tələbləri kobud surətdə pozulduğu açıq-aydın öz əksini tapsa da, Göyçay rayon Məhkəməsi bu xüsusatlara düzgün qiymət verməmiş, qeyriobyektiv qərar qəbul etmiş və onun huquqları kobud surətdə pozulmuşdur. Məhkəmə MPM-nin tələblərinə əsasən, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməli olduğu halda, ona köməklik göstərməmiş, əksinə qətnamənin təsfiri hissəsində mülki mübahisədən irəli gələn mübahisəni Cavabdeh xeyrinə olaraq həll edərək, onun huqularının pozulmasına səbəb olun məhkəmə qətnaməsi qəbul etmişdir. Ona görə də, Göyçay rayon Məhkəməsi AR. MPM-nin tələblərini kobud surətdə pozduğuna, qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etdiyinə görə Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (046)-757/2022 nömrəli məhkəmə qətnaməsi Apellyasiya qaydasında ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı məhkəmə qətnaməsi əsassız və saxtalaşdırılmış sübutlarla əsaslandığından və reallığı əks etdirmədiyindən məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv olunması və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X8 apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 757/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ildə İddiaçı borc aldığı 7200 manat puldan 1200 manatını qaytarmış, qalan 6000 manat pulun, 3000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş 16 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 2019-cu ildə İddiaçı borc aldığı 7200 manat puldan 1200 manatını qaytarmış, qalan 6000 manat pulun, 3000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh ondan mərhum əri, DİO-nun əməkdaşı olmuş Qorxmazın təqaüdünü qızı Gülərə ömürlük almaq üçün düzəltmək adı ilə ilk olaraq 3500 manat və sonradan isə rəfiqəsinin də pensiya işi ilə bağlı məsələsini həll etmək üçün onun vasitəsi ilə 3500 manat və əlavə olaraq, isə 200 manat borc pul aldığı barədə məhkəməyə təqdim olunmuş Nizami rayon Pİ-nin 24cü polis şöbəsinin təhqiqatçısı Pərvanə Əzizovanın qəbul etdiyi cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında və həmin araşdırma zamanı Cavabdeh tərəfindən 7200 manat ümumi borcundan, 1200 manat borcunu ödəməsi, qalan 6000 manat borucunu isə iki hissədə yəni, xx.xx.2021-ci il tarxdə 3000 manatını, yerdə qalan 3000 manatı isə xx.xx.2021-ci il tarixdə qaytaracağı barədə yazılı şəklidə, öz xətti ilə yazılaraq imzası ilə təsdiq olunmuş və təhqiqat materialına əlavə edilmiş müqavilədə öz əksini tapmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 2019-cu ildə İddiaçı borc aldığı 7200 manat puldan 1200 manatını qaytarmış, qalan 6000 manat pulun, 3000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi bununla bağlı öz mövqeyində göstərmişdir ki, İddiaçı Cavabdeh 2018-ci ilin sonlarında 6.000 manat borc pul vermiş, cavabdeh isə həmin puldan 4050 manatını iddiaçıya qaytarmışdır. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gələrkən Cavabdeh tərəfindən Zeynalova (İslamova) Vəfa Teyyub qızına 2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda 4050 manat məbləğində pulun poçt vasitəsi göndəriləməsinə dair iş materiallarında olan X9 Filalı tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 166 saylı çıxarışı əsas olaraq qəbul etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə yanlışlığa yol vermiş, mülki iş materiallarını tam və düzgün araşdırmamışdır. Belə ki, mülki iş materiallarına əlavə edilən X9 Filialı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 166 saylı çıxarış 14 aprel 2021-ci il tarixdə verilmişdir. Lakin iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış Cavabdeh tərəfindən 2019-cu ildə İddiaçı alınmış 7200 manat pulun 1200 manatının qaytarıldığı, qalan 6000 manat pulun, 3000 manatının xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytarılmasını öhdəsinə götürdüyü müqavilə 16 aprel 2021-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi 16 aprel 2021-ci il tarixdə iş üzrə Cavabdeh İddiaçı ilə müqavilə bağlayaraq 2019-cu ildə İddiaçı alınmış 7200 manat pulun, 6000 manatını hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissədə ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi tam təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-757/2022 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh 4050 manat məbləğində pul alınaraq İddiaçı verilməsi hissəsində də təmin edilərək, cəmi 6000 manat məbləğində pul və 39.5 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verillə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar