Məhkəmə qərarları › İş №2(107)-11/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-11/2025

08.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-11/2025 08.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsində payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsində payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)-820/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X2 İddiaçı və Cavabdeh analarıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X6, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 14 sentyabr 2020-ci il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın irəli sürüməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsi olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X2 (bundan sonra mərhum) İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) analarıdır. Mərhum 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun, onun övladları olan iddiaçı və cavabdehin Balakən şəhəri Ə.Ansuxski küçəsində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,0915 ha torpaq sahəsində mərhuma məxsus ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi yerləşir. Mərhumun ölümündən sonra, iddiaçı mərhumdan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq qəbul etmiş, nəticədə fərdi yaşayış evi 1/2 hissədə onun adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Mərhumun ölümündən sonra iddiaçı mərhumun yas mərasimlərini yola vermiş, miras əmlakda yaşamış, daha sonra cavabdehlə aralarında olan münasibətlər miras əmlaka görə pisləşmişdir. Hazırda cavabdeh iddiaçının həmin fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olmasına maneələr yaratmaqda, onu əmlaka daxil olmağa icazə verməməkdədir. Belə ki, iddiaçı 30 iyul 2022-ci il tarixdə icra nümayəndəliyinin əməkdaşı və şahidlərin iştirakı ilə video çəkiliş aparmaqla fərdi yaşayış evinə daxil olmuş, bir neçə dəqiqədən sonra cavabdeh tərəfindən bir neçə qadın (tərəflərin qohumları) fərdi yaşayış evinə gəlmiş, iddiaçını fərdi yaşayış evindən uzaqlaşdırmış, tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində olan payını naturada ayırmaq niyyətindədir. Torpaq sahəsi üzərində payı müəyyən olunmadığından bu mümkün deyildir. Cavabdeh miras əmlakın və torpaq sahəsinin bölünməsindən imtina edir. Payların müəyyən edilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 İddiaçı və Cavabdeh analarıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X6, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X3ndan qalmış əmlaka- fərdi yaşayış evinə, qeyri-yaşayış sahəsinə, torpaq sahəsinə və sair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, 22 iyun 2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçı imzasının həqiqiliyi təsdiq edilərək, şəxsiyyəti müəyyən edilmiş, ərizə reyestrdə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı tanınmış (AA*******, xx.xx.2020 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1970) və onun miras əmlakdan 1/2 hissədə irs alması və şəhadətnamə verilən miras əmlakın ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X8 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarət olması müəyyən edilmiş, miras əmlakın digər 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Hazırda İddiaçı X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsi olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsini tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir.

6. İşdəki sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X6, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı tanınmış (AA*******, xx.xx.2020 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1970) və onun miras əmlakdan 1/2 hissədə irs alması və şəhadətnamə verilən miras əmlakın ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X8 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarət olması müəyyən edilmiş, miras əmlakın digər 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır.

7. İddiaçı X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə vərəsəlik qaydasında pay hüququ yaranır. Həmçinin İddiaçı həmin vərəsəlik payı nəzərə alınmaqla olmaqla, ümumilikdə həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə pay hüququ müəyyən olunur.

8. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə miras pay olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı pay hüququ vardır və ona görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

9. Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)-820/2022 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi; X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payının açıq saxlanılması; ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun alınaraq İddiaçı oğluna ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********04-10301 olan, 3722 inventar qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Texniki Pasport Balakən rayon Mahamalar kənd soveti tərəfindən 7 aprel 1971-ci il tarixdə verilmiş AZB seriyalı 066721 nömrəli doğum haqqında şəhadətnamə Balakən rayon VVAQ tərəfindən 12 iyun 1997-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı 342487 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə Balakən rayonu Qeydiyyat Şöbəsinin 26 iyul 2022-cı il tarixli AZ-İİ 252262 nömrəli ölüm haqqında şəhadətnaməsi Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 oktyabr 2022-ci il tarixli 1872 saylı arayışı **********076 saylı ərizə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 3 aprel 2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonunun Mahamalar kəndində olan evini və həyətyanı torpaq sahəsini, habelə, pay torpağını Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədə hazırkı iş üzrə İddiaçı Əsildər qızına miras payı ayrılması müəyyən edilməmişdir. Məhkəmə qətnaməsində Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi qeyd edilməklə göstərilmişdir ki, buna baxmayaraq, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin bu dəlili absurd olmaqla, əsaslı sayıla bilməz. Belə ki, Cavabdeh Rusiyada yaşaması aşkar şəkildə olsa da, çağırış vərəqələri onun Balakən şəhərindəki ünvanına göndərilmiş, iddiaçıdan və onun yaşayış yeri üzrə icra nümayəndəliyindən yaşayış yeri haqda məlumat əldə edilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmişdir.

13. İddiaçı Əsildər qızı cavabdeh olan qardaşı Cavabdeh Rusiyada yaşadığını, ev ünvanını, əlaqə telefonlarını bildiyindən iddia ərizəsinin məhkəmədə baxılması barədə onu və məhkəməni məlumatlandıra bilərdi. Bunun edilməməsi İddiaçı Əsildər qızının maraqları ilə bağlı olmuşdur. Belə ki, o, mərhum anası tərəfindən miras əmlakın İlqara verilməsi haqda 2004-cü ildə vəsiyyətnamə olmasını və notariat kontorunda qeydiyyata alınmasını bildiyindən və bunun bilinməsini istəmədiyindən məhkəmə baxışının Cavabdeh iştirakı ilə baxılmamasında maraqlı olmuşdur.

14. Cavabdeh bildirdiyinə görə, X2na məxsus 0.0915 ha həyətyanı torpaq sahəsindəki ev 91,8 kv.m sahədən ibarət olmaqla, 21 oktyabr 1967-ci il tarixdə nikah bağladığı və 1976-cı ildə vəfat etmiş əri X13 tərəfindən tikilmişdir. Sonuncu vəfat etdikdən sonra X10 onunla və bacısı Könüllə birlikdə həmin evdə yaşamışlar. İddiaçı 1997-ci ildə ailə qurması ilə əlaqədar Balakən şəhərinə köçərək orada qeydiyyata düşmüş və ailəsi ilə birlikdə orada yaşamışdır. X3 2008-ci ilə kimi onunla həmin evdə yaşamış və anasına qarşı övladlıq borcunu layiqincə yerinə yetirmişdir. 2004-cü ildə anası ona bildirmişdir ki, evini və həyətyanı torpaq sahəsini notarial qaydada vəsiyyətnamə yazaraq ona vermişdir. Anasının hansı səbəbə görə belə etdiyini soruşmamış və vəsiyyətnamə ilə maraqlanmamışdır. Həmin ildə yaşadıqları həyətdə yeni ev tikmək fikrinə düşmüş və işləyib pul qazanmaq üçün Rusiyaya getmişdir. Rusiyada qazandığı puldan anasına və bacısına göndərmiş, mütəmadi olaraq Balakənə gəlib getmiş və 2017-ci ildə anasına məxsus həyətyanı torpaq sahəsində özünə 78 kv.m sahəsi olan yeni bir ev tikdirmiş və təmir etdirərək ev əşyalarını oraya yığmışdır. Mütəmadi olaraq ailə üzvlərilə gəlib orada bir müddət qaldıqdan sonra Rusiyaya qayıdıb getmişlər. Pandemiya ilə əlaqədar son 3 ildə Azərbaycana qayıda bilməmişdir. Anası 14 sentyabr 2020-ci ildə vəfat edərkən bu səbəbdən onun hüzür məclisində də iştirak edə bilməmişdir. Bacısı Könüllə mütəmadi şəkildə telefon əlaqəsi saxlamış, anasının dəfn xərcləri və gündəlik qayğıları üçün ona maddi yardımlar etmişdir. Könül evi onun adına özəlləşdirəcəyini demiş və heç nədən şübhələnmədiyindən ona Rusiyadan etibarnamə də yazıb göndərmişdir. 2022-ci ilin ortalarında bacısı Könül ona bildirmişdir ki, anasına məxsus həyətyanı torpaq sahəsindən və yeni tikilmiş evdən pay istəyir. O, yaşayış evinin və həyətyanı torpaq sahəsinin anası tərəfindən 2004-cü ildə ona vəsiyyət edildiyini bildirmişdir. Bununla əlaqədar aralarında münaqişə yaransa da, Könül əl çəkməyəcəyini bildirmiş və mübahisə ilə ayrılmışlar. Qısa müddət sonra Rusiyaya getmişdir. Bu ilin əvvəlində Balakənə qayıdarkən ona məlum olmuşdur ki, Könül onun Balakən rayonunda olmamasından istifadə edərək ona məxsus evi 2022-ci ilin may ayında özəlləşdirmiş, 22 iyun 2022-ci ildə Balakən rayon notariat ofisinin notariusundan qanun üzrə vərəsəlik qaydasında vərəsəlik şəhadətnaməsi almış, qanun üzrə vərəsə kimi payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə Balakən rayon məhkəməsinə müraciət etmişdir. Balakən rayon notariat ofisinin notariusu miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verərkən X6 reyestrdə qeydə alınmış vəsiyyətnaməsinin olmasını araşdırmamış, miras əmlaka yiyələnməsi üçün ona xəbərdarlıq etməmişdir. Balakən rayon məhkəməsi Könülün iddia ərizəsinin surətini və məhkəmə baxışı barədə bildirişi ona göndərməmişdir. Rusiyada yaşaması haqda yerli bələdiyyə orqanında və bacısı Könüldə telefon nömrəsi və ünvanı olsa da, məhkəmə bunu dəqiqləşdirməmiş, onun iştirakını təmin etmədən 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Məhkəmənin qətnaməsi rəsmi şəkildə yalnız xx.xx.2023-cü ildə ona verilmişdir. Bundan sonra 28 yanvar 2023-cü il tarixdə notariusa gedərək X3 tərəfindən imzalanmış və notariat kontorunda reyestrdə qeydiyyata alınmış 03 aprel 2004-cü il tarixli vəsiyyətnamənin surətini əldə etmiş və İddiaçı Əsildər qızına qanunsuz şəkildə vərəsəlik şəhadətnaməsi vermiş Balakən regional Asan xidmət mərkəzinin notariat ofisinin xüsusi notariusu G.İsmayılovaya bu barədə məlumat vermişdir. Sonuncu isə vəsiyyətnamə haqda məlumatlı olmadığını, İddiaçı vəsiyyətnamə haqda ona məlumat vermədiyini bildirmiş və məhkəmə qərarından şikayət verməsini məsləhət görmüşdür. Məhkəmə qətnaməsinin qanunsuz olması səbəblərindən biri də, miras əmlakın tərkibinin düzgün müəyyən edilməməsidir. Belə ki, məhkəmə ancaq iddiaçının və onun nümayəndəsinin həqiqətə söykənməyən ifadələrini əsas götürdüyündən işin faktiki hallarını düzgün müəyyən edə bilməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasında iştirak etməməsi səbəbindən onun iddia ərizəsi üzrə dəlillərini dinləyə bilmədiyindən miras əmlaka yerli baxış keçirsəydi, müəyyən edərdi ki, X2nın Balakən rayonunun Mahamalar kəndində olan 0.0915 hektarlıq həyətyanı torpaq sahəsində faktiki olaraq 2 yaşayış evi mövcud olmuşdur. Onlardan 1-i 1967-ci ildə qırmızı kərpicdən və çay daşından tikilməklə X8 məxsus 91,8 kv.m sahəyə malik köhnə yaşayış evi, digəri isə Cavabdeh tərəfindən 2017-ci ildə tikilmiş və təmir edilmiş 78 kv.m sahəyə malik yeni yaşayış evidir. İddiaçı Əsildər qızı qanun üzrə vərəsə kimi anasından qalma evə deyil, məhz Cavabdeh tərəfindən 2017-ci ildə tikilmiş və təmir edilmiş 78 kv.m sahəyə malik yeni yaşayış evinin mülkiyyət hüququna dair çıxarış əldə etmiş və həmin evdən özünə pay müəyyən edilməsinə nail olmuşdur. O, bu məqsədlə anasından qalmış evə çıxarış əldə etməsini bildirərək qardaşını aldatmış, sonuncunun ona inanmasından istifadə edərək aldadıb Rusiyadan ona etibarnamə göndərməsinə nail olmuş, qardaşı tərəfindən yeni tikilmiş evə mülkiyyət hüququna dair çıxarış əldə edəcəyi haqda qardaşı Cavabdeh məlumat verməmiş, qanun üzrə vərəsəlik şəhadətnaməsi alması barədə ona məlumat verməmiş, anasının miras əmlak üzrə 2004-cü ildən vəsiyyətnaməsi olmasını bildiyi halda, bu barədə notariusa və məhkəməyə məlumat verməmiş, miras əmlak barədə özünə sərf etməyən məlumatları qəsdən gizlətmiş, mərhum anasının son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, özünün qanun üzrə vərəsəliyə çağırılmasına və miras payının artırılmasına yönəlmiş hərəkətlər etmiş, özünə pay müəyyən edilməsi haqda məhkəmə baxışı keçiriləcəyi barədə qardaşına məlumat verməmiş və bununla dsa, ləyaqətsiz vərəsə kimi davranmışdır.

15. Cavabdeh iddiaçının ləyaqətsiz vərəsə kimitanınması, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsini, bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsinə, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən hərəkətlər törətmiş şəxs (ləyaqətsiz vərəsə) olmasına, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsinə, aldığı çıxarışların etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəkdir. İddia ərizəsi və ona məhkəmədə baxılması barədə Cavabdeh məlumat verilmədiyindən o, qarşılıqlı iddia vermək imkanından məhrum edilmişdir. Hazırda apellyasiya şikayəti verməklə yanaşı, iddiaçının əldə etdiyi çıxarış və şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçının ləyaqətsiz vərəsə kimi tanınması haqda məhkəməyə iddia ərizələri hazırlanır.

16. Ona görə də, X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə İddiaçı miras payımüəyyən edilməsi, X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılması, ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi haqda Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)- 820/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq apelylasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Çərkəz oğlu izahat verərək apelylasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1146-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)- 820/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

24. X2 İddiaçı və Cavabdeh analarıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X6, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 14 sentyabr 2020-ci il tarixdə ölmüşdür.

25. Hazırda İddiaçı X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə və ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir.

26. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh İddiaçı qarşı şəxsin vəsiyyətnamə üzrə vərəsə kimi payının müəyyən edilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxsləri xəbərdar etməmiş, miras əmlakın qorunmasını təmin etməmiş notariusun qanunsuz hərəkətlərinə qiymət verilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsənin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət miras əmlak vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 3/4 hissədə iddiaçı Cavabdeh miras payının, 1/4 hissədə isə cavabdeh İddiaçı miras payının müəyyən edilməsi, 22 iyun 2022-ci il tarixli 2V-462 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın qismən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0915 ha həyətyanı torpaq sahəsinin X2na məxsus 1/3 hissəsi üzrə İddiaçı adına qeydə alınmış 1/2 hissəsində və bu hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər İddiaçı, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-731/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 2(019)-70/2024 saylı qətnaməsi iddiaçı Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, göründüyü kimi, X4 miras qalmış mübahisəli torpaq sahəsində iddiaçı və cavabdehin miras payları qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin 8 yanvar 2025-cü il tarixli 2(107)-11/2025 nömrəli qərardadı ilə hazırki iş üzrə həmin hissədə icraata xitam verilmişdir.

28. İddia tələbinin ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi hissəsinə gəldikdə kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi 3 nəfərin ümumibirgə mülkiyyətində olduğundan və həmin torpaq sahəsində hər birinin payı 1/3 hissə hesab edildiyindən İddiaçı həmin torpaq sahəsində 1/3 hissə mülkiyyət payı vardır. Qanuni qüvvədə olan qətnamə ilə X4 miras qalmış 1/3 hissədə İddiaçı ¼ hissə müəyyən edilmiş miras payı da sonuncunun mülkiyyətində olan 1/3 hissə ilə toplandıqda, mübahisəli 0.0915 ha həyətyanı torpaq sahəsindən ümumilikdə İddiaçı payı 5/12 hissə müəyyən edilir (1/3x1/4=1/12+1/3=1/12+4/12=5/12). Göstərilənlərə əsasən, apellyasiya şikayəti qismən əsaslıdır.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Apellyаsiyа Məhkəməsinin 8 yanvar 2025-cü il tarixli 2(107)-11/2025 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)-820/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, hazırki iş üzrə iddia tələbinin X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi hissəsində icraata xitam verilməsi nəzərə alınmalı, iş üzrə iddia tələbinin qalan hissəsində yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 5/12 hissəsində İddiaçı payı müəyyən edilməli, 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan 50 manatı İddiaçı özünə aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyаsiyа Məhkəməsinin 8 yanvar 2025-cü il tarixli 2(107)-11/2025 nömrəli qərardadı ilə Balakən Rayon Məhkəməsinin 11 noyabr 2022-cü il tarixli 2(019)-820/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, hazırki iş üzrə iddia tələbinin X2ndan miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi hissəsində icraata xitam verilməsi nəzərə alınsın. İş üzrə iddia tələbinin qalan hissəsində yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin ümumilikdə 5/12 hissəsində İddiaçı payı müəyyən edilsin. 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan 50 manatı İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar