Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1100/2023 14.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X13 və Cavabdeh2 qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Müsabiqə və hərrac komissiyasının protokolunun etibarsızlığı, icarə müqaviləsinin ləğvi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh2, Cavabdeh2 vəkili Vəkil3, Cavabdeh Zaqatala rayonu X9 nümayəndəsi (sədri) X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X13 və Cavabdeh2 qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu Aşağı Tala kənd bələdiyyəsinin mülkiyyətində olan 7,74 ha torpaq sahəsi 06 may 2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh2 7,74 ha torpaq sahəsinin qalibi olmuşdur. Hərrac keçirildikdən sonra sözügedən torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh2 49 illiyə icarəyə verilmişdir. 18 may 2021-ci il tarixdə həmin şəxsə icarə müqaviləsi əsasında torpaq sahəsinin verilməsinə baxmayaraq sözügedən torpaq sahəsindən hazırki vaxtadək özü istifadə etmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir və həmin torpaq sahəsindən hazırda da istifadə edir. Lakin hərrac keçirilən zaman torpaq sahəsindən daim istifadə edən şəxs hərraca dəvət edilmədən, həmin torpaq sahəsi Cavabdeh2 icarəyə verilmişdir. Qanunvericilik normalarından da görünür ki, hərracın keçirilməsi barədə alqı-satqı predmeti olan əşyanın hərraca çıxarılması barədə məlumat hərrac keçirilməzdən 30 gün əvvəl bildirilməli idi. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Hesab edir ki, hərracın nəticələrinə dair protokol qanunsuz olduğundan ləğv edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, istifadə etdiyi torpaq sahəsinin 50 illik icarəyə götürülməsi üçün Zaqatala rayon X13 müraciət etmiş və ona hələ torpaq sahəsinin müsabiqəyə çıxarılmadığı bildirilmişdir. Ona görə də, bundan sonra həmin torpaq sahəsindən istifadə etməyə davam etmişdir. Onun torpaq sahəsindən istifadə etməsi ilə bağlı ona hər hansı orqan tərəfindən irad bildirilməmişdir.
4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o Zaqatala rayonu X9 sifarişi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən təşkil edilmiş 06 may 2021-ci il tarixli hərracda qalib gələrək Zaqatala rayonu X9 mülkiyyətində olan 7,74 ha torpaq sahəsini 49 il müddətinə icarəyə götürmək hüququ qazanmışdır. 06 may 2021-ci il tarixli 53 nömrəli müsabiqənin nəticələrinə dair protokol tərtib edilmiş və şəhadətnamə verilmişdir. Həmin sənədlər əsasında onunla Zaqatala rayonu X9 sədri arasında icarə müqaviləsi bağlanmışdır və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən torpaq sahəsindən o uzun illərdir ki, istifadə edir və həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün o dəfələrlə şifahi və yazılı şəkildə Zaqatala rayonu X13 müraciət etmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsi İddiaçı mülkiyyətindədir və o öz mülkiyyətində olan torpaqla yanaşı ətrafda yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən də istifadə etmişdir, lakin həmin torpaq sahələri ona icarəyə verilmiş torpaq sahəsinin daxilində deyil, qonşuluğunda yerləşir. İddiaçı 1 il onun istifadəsində olan-hərrac vasitəsilə aldığı torpaq sahəsinin bir hissəsini əkmiş və həmin il ona iradını bildirmiş, lakin aralarında narazılıq olmaması və əkilmiş məhsula zərər vurmaq istəmədiyindən həmin il iddiaçını o torpaqdan çıxmağa məcbur etməmişdir. İddia ərizəsi məhkəmənin icraatında olduğu zaman da iddiaçı həmin torpaq sahəsini əkmişdir. Bununla bağlı o, polis şöbəsinə müraciət etmiş, şöbədə aparılan araşdırılma zamanı ona dəymiş ziyan ödənildiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X12 izahat verərək göstərmişdir ki, Zaqatala rayonu X9 mülkiyyətində olan 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi üçün hərrac təşkil olunmuşdur. Hərrac bələdiyyə tərəfindən təqdim edilmiş sənədlər əsasında və elan yerləşdirilməklə təşkil edilmiş və Zaqatala rayonu X9 mülkiyyətində olan torpaq sahəsi hərracın nəticələrinə əsasən Cavabdeh2 icarəyə verilmişdir. Onların keçirdikləri hərrac qanuni olmuş, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmişlər. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Zaqatala rayonu X9 nümayəndəsi X4 izahat verərək göstərmişdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X9 mülkiyyətindədir. Həmin torpaq sahəsi hərrac keçirilməklə Cavabdeh2 icarəyə verilmişdir. Həmin torpaq sahəsinin 2 ha sahəsi uzun illərdir ki, İddiaçı istifadəsində olmuş, o, həmin əraziyə tütün əkmişdir. Həmçinin İddiaçı hazırda mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda özünə məxsus torpaq sahəsi də yerləşir. İddiaçı həmin mübahisələndirilən torpaq sahəsinin daxilində yerləşən torpaq sahəsini istifadə etdiyindən 2019-cu il tarixdə bələdiyyəyə rəsmi olaraq ərizə ilə müraciət etmişdir ki, həmin torpaq sahəsini onun icarəsinə versin. Lakin hərrac keçirilən zaman ona məlumat verilməmişdir. İddia tələbinə münasibət bildirərək qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş edir.
7. Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov), iddianın təmin edilməsi, Zaqalala rayonu, X13 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Zaqatala rayonu, X17 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarından görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən 7,74 ha torpaq sahəsi Zaqatala Rayon X9 mülkiyyətindədir və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 181 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində bələdiyyə mülkiyyəti kimi Zaqatala rayonu X9 adına rəsmiləşdirilmişdir. Zaqatala Rayon X13 məxsus torpaq sahəsi uzun illər İddiaçı istifadəsində olmuş və həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün Zaqatala Rayonu X13 müraciət etmiş və müraciəti sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bələdiyyənin mülkiyyətində olan- 7,74 ha torpaq sahəsi illik ilkin icarə qiymətini 1161 manat müəyyən edərək 49 il müddətinə icarəyə verilməsi ilə bağlı bələdiyyə tərəfindən hərrac komissiyasına müraciət olunmuşdur. Həmin torpaq sahəsi hərraca çıxarılmış, 7,74 ha torpaq sahəsi ilə bağlı 06 may 2021-ci il tarixdə hərrac keçirilmiş, hərracın qalibi Cavabdeh2 olmuş, ona bu barədə şəhadətnamə verilmiş, 18 may 2021-ci il tarixdə Zaqatala rayonu X17 ilə Cavabdeh2 arasında 49 il müddətinə icarə müqaviləsi bağlanmış, 26 may 2021-ci il tarixdə həmin torpaq sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. Müstəqil Məhkəmə Ekspertizası MMC-nin mütəxəssis rəyi əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən və Zaqatala rayonu. X9 mülkiyyətində olan 7.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində tam həcmdə yerləşməsi müəyyən olunmuşdur. Yəni mübahisələndirilən 7.74 ha torpaq sahəsi faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 xeyrinə yüklülüyü ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********50 olan çıxarışla verilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahəsi də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçının bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçı həmin torpaq sahəsinun əvvəlki istifadəçisi olmuşdur. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, iddiaçı Zaqatala rayonu Aşağı Tala kənd sakini olmaqla mübahisələndirilən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsindən də istifadə edir. Qeyd olunan hallar Zaqatala rayon polis şöbəsinin 23 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli 10/5516 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Tərəflər bu sonuncu halı da mübahisələndirmirlər. Həmçinin, iddiaçı Zaqatala rayon X9 əhatə etdiyi ərazidə daimi yaşayan şəxsdir. Bələdiyyə torpaqlarının icarəyə verilməsi zamanı qanunla nəzərə alınan üstünlük hüquqlarından - icarəyə verilən torpaq sahəsinin əvvəlki istifadəçisi olması iddiaçıya şamil edilir. Bundan başqa, İddiaçı tərəfindən Zaqatala rayonu X13 ünvanlanmış və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış müraciətdən görünür ki, onun istifadəsində olan Muğanlı yolunun gün çıxan hissəsində yerləşən 7 hektara yaxın torpaq sahəsində taxılçılıq və tütünçülüklə məşğul olduğunu və həmin torpaq sahəsində münbitləşdirmə və yaxşılaşdırma işlərini aparmasını nəzərə alaraq həmin torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı təkidlə bildirir ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan sakin kimi məlumatlandırılmamış və hərrac gizli şəkildə keçirilmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından da görünür ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi X9 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir.
13. Məhkəmə iclasında da, cavabdeh-bələdiyyənin nümayəndəsinə Zaqatala rayonu X9 mülkiyyətində olan torpaq sahəsinin hərraca çıxarılmasına dair elanın bələdiyyənin ərazisində yayılmasını təsdiq edən sübutların təqdim olunması təklif olunmuşdur. Bələdiyyənin nümayəndəsi tərəfindən belə bir sübutun olmaması bildirilmiş və təqdim edilməmişdir.
14. Məhkəmənin qənaətinə görə, mübahisələndirilən torpaq sahəsi ilə bağlı baş tutmuş hərracın keçirilməsi qanunsuz olmuş, onun keçirilməsi üçün müəyyən olunmuş meyarlara zidd qaydalarla həyata keçirilmişdir.
15. Belə ki, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclası 06 may 2021-ci il tarixdə keçirildiyi halda, hərrac da eyni tarixdə, yəni 06 may 2021-ci il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu ilə müsabiqənin nəticələri barədə protokolun nömrələri də eyni göstərilmişdir.
16. Bundan başqa, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın 06 may 2021-ci il tarixdə keçirildiyi iclasında Komissiya tərəfindən Zaqatala rayon ərazisində yerləşən X9 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmişdir. Halbuki 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqədə iştirak edən şəxslər isə təkliflərini 05 may 2021-ci il tarixdə yazmışdır. Bundan başqa, təkliflərdəki məbləğlər bir-birindən cüzi şəkildə fərqlənir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu və müsabiqənin nəticələri barədə protokol komissiyanın bir üzvü X6 tərəfindən imzalanmamışdır.
17. Göründüyü kimi, yuxarıda göstərilən hallar Zaqatala rayonu, X13 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolunun etibarsız hesab edilməsinə yetərincə əsas verir. Bütün bu qeyd olunanlar isə hərracın formal keçirildiyini bir daha təsdiq edir.
18. Həmçinin, Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsininin yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi 53 nömrəli iclas protokolunun əsasında verilmişdir. Etibarlı olmayan torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixi 53 nömrəli iclas protokolu əsasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsi də qanuni sənəd hesab edilə bilməz.
19. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada cavabdehlərdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 416, 421.2, 422.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14cü maddəsinin 1-ci bəndi, 16-cı maddəsinin 2-ci bəndi, 51-ci maddəsinin 6-cı bəndi, 56-cı maddəsinin 4-cü bəndi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.3, 9.1, 9.7-ci maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci abzasına, X16 Qanunun 10-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 119.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya Məhkəməsindəki birinci icraat
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2023-cü il tаrixli, 2(107)-373/2023 saylı qərardadı ilə Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 noyabr 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmış, İddiaçı ərizədə qeyd olunan məsələnin həlli ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
22. Həmin qərardaddan İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2023-cü il tаrixli, 2(102)- 2950/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2023-cü il tаrixli, 2(107)-373/2023 saylı qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2023-cü il tаrixli, 2(102)-2950/2023 saylı qərarında qeyd edilmişdir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və həmin protokolun icrası ilə əlaqədar 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədədir və iddiaçı qeyd edilən tələb ilə mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
26. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Repsublikasının Qanununun 9.1-ci bəndində isə qeyd olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
27. Maddənin tələbindən də göründüyü kimi, idiaçının torpaq sahəsini icarəyə götürməkdə heç bir üstünlük hüququ olmayıb. Üstünlük hüququnu müəyyən edən Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Repsublikasının Qanununun 9.5-ci maddəsi isə çoxdan həmin Qanundan xaric edilib.
28. Yəni, Zaqatala Rayon Məhkəməsi İddiaçı üstünlük hüququ olmadığı halda bunu qanuni göstərməyə çalışmış və sonuncunun Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət hesab olunan hərəkətinə haqq qazandırmışdır. Belə ki, işdən də görünür ki, hərrac keçirilməzdən əvvəl qəzetdə elan verilmiş və qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddət gözlənilmişdir.
29. Yəni, İddiaçı hazırki işdə maraqlı olmuş olsa idi, hərrac və ya müsabiqənin vaxtını izləyərdi. Hansı ki, Qanunun 9.7-ci maddəsində deyilir ki, bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar.
30. Sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutub, sözügedən əmlakların alqı-satqı yolu ilə onlara satıldığını nəzərə alaraq hesab edirlər ki, iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən onların (üçüncü şəxslərin) hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz və iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlakı satana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Qeyd olunanları cəmləşdirərək belə qənaətə gəlmək olur ki, o, mübahisələndirilən icarə müqavilələrinə münasibətdə vicdanlılıq nümayiş etdirdiyindən artıq bu məsələ onun xeyrinə həll olunmalıdr.
31. İşdən də göründüyü kimi, İddiaçı məhkəmədə və digər orqanlarda verdiyi izahatlarında X13 heç vaxt yazılı müraciət etmədiyini, yalnız şifahi qaydada müraciət etdiyini bildirmişdir. X17nnin sədri də məhkəmə prosesində İddiaçı ərizəsinin olmadığını bildirmişdir. Məhkəmə prosesi zamanı da İddiaçı X13 müraciəti ilə bağlı ərizə təqdim olunmamış və məhkəmədə həmin ərizə araşdırılmamışdır. Lakin, məhkəmə prosesi bitəndən sonra mənə məlum olur ki, İddiaçı və X17nnin sədrinin məhkəmədə verdiyi izahatları dəyişdirilmişdir. Həmin izahatlarda isə məhkəmədə və sənədlərdə olan izahatların tam əksinə İddiaçı X13 müraciəti ərizə ilə müraciət etmişdir. İddiaçı X13 müraciətinin olmaması ilə bağlı sübutları apellyasiya məhkəməsinə təqdim edəckdir. Yuxarıda da qeyd olunduğu kimi, İddiaçı və X9 sədrinin ifadələrini təhrif etməklə, o cümlədən, işdə olan sübutlara düzgün hüququ qiymət verməmişdir.
32. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır.
33. Odur ki, Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsinin ləğv edilərək İddiaçı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə iddiasının rədd edilməsini xahiş etmişdir. O, həmçinin izahatına əlavə olaraq mübahisəli torpaq sahəsindən uzun illərdir ki, tam şəkildə özünün istifadə etdiyini, onun bələdiyyədən icarəyə götürdüyü 7,74 hektar torpaq sahəsinin qonşuluğunda iddiaçıya məxsus da torpaq sahəsinin olduğunu, 7,74 hektar torpaq sahəsi üzərində icarə hüququnu əldə etdikdən sonra iddiaçı həmin torpaq sahəsinin 2 hektarından qeyri-qanuni istifadə etdiyindən Zaqatala rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyini, polisdə araşdırma aparılan zaman iddiaçı onun icarəsində olan 7,74 hektar torpaq sahəsinin 2 hektarından qanunsuz istifadə etməsi səbəbli vurduğu ziyana görə ona 500 manat ödəniş etdiyini, sonra mübahisəli torpaq sahəsini tərk etdiyini, hazırda da 7,74 hektar torpaq sahəsinin tam şəkildə onun istifadəsində olduğunu, uzun illərdir ki, özünün istifadə etdiyi torpağın icarəyə verilməsi barədə onlayn qaydada verilmiş elanla tanış olduqdan sonra müsabiqədə iştirak etdiyini və qalib olaraq 7,74 hektar torpaq sahəsi üzərində icarə hüququnu əldə etdiyini göstərmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsinin ləğv edilərək İddiaçı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi tələbinə iddiasının rədd edilməsini xahiş etmişdir. O həmçinin izahatında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən elanların internet portalı vasitəsi ilə verildiyini, vətəndaşların da həmin elanlarla onlayn qaydada tanış olub, hərrac və müsabiqələrdə iştirak etdiyini göstərmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Zaqatala rayonu X9 nümayəndəsi (sədri) X4 Cavabdeh2 Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. O həmçinin izahatında mübahisəli 7,74 hektar torpaq sahəsinin 2020-ci ilin əvvəllərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən yerində dəqiqləşdirilərək, torpaq sahəsinin Zaqatala rayonu X9 mülkiyyətinə rəsmiləşdirilməsinədək mübahisəli torpaq sahəsinin dəqiq ölçüləri barədə məlumatının olmadığını, əvvəllər həmin torpaq sahəsinin 2 hektarından İddiaçı, 5,74 hektarından isə Cavabdeh2 istifadə etmələrindən təxmini məlumatının olduğunu, 18 may 2021-ci il tarixdə Cavabdeh2 ilə 7,74 hektar torpaq sahəsinə dair icarə müqaviləsi bağlanandək 7,74 hektar torpaq sahəsindən kimsənin qanuni əsaslarla istifadə etmədiyini, yəni həmin tarixədək 7,74 hektar torpaq sahəsinə dair Zaqatala rayonu X17 ilə hər hansı şəxs arasında heç bir icarə müqaviləsi mövcud olmadığını, bələdiyyə tərəfindən torpağın icarəyə verilməsinə dair qərar qəbul edildikdən sonra torpağın icarəyə verilməsi məqsədi ilə müsabiqənin təşkilinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə həvalə edildiyini, buna dair elanın verilməsinin də həmin təşkilat tərəfindən təmin edildiyini göstərmişdir.
38. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O həmçinin izahatında uzun müddətdir ki, mübahisəli torpaq sahəsindən müxtəlif illərdə, müxtəlif ölçülərdə istifadə etdiyini, cavabdehin icarəyə götürdüyü vaxtadək olan son dövrlərdə həmin torpaq sahəsinin 1,60 hektarından istifadə etdiyini, istifadə etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə ilə aralarında icarə müqaviləsinin bağlanmadığını, torpaq sahəsinin hərraca çıxarılması barədə ona heç bir məlumatın verilmədiyini göstərmişdir.
39. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, iddiaçının vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasna göndərdiyi teleqramında məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də iddiaçının məhkəmə kollegiyasının iclasında iştirakını istisna edə biləcək səhhətinin vəziyyəti barədə hər hansı bir sənəd təqdim edilməmişdir. İddiaçının vəkili, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 416.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
41. X16 Azərbaycan Respublikası Qanunun; 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
42. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının; 3-cü bəndinin 2-ci abzastında göstərilmişdir ki, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. 4-cü bəndində göstərilmişdir ki, müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. 7-ci bəndində göstərilmişdir ki, bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; - hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. 8-ci bəndinə əsasən elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. 13-cü bəndinə əsasən ərizəçilərin təklifləri olan möhürlü zərflər müəyyən olunmuş gündə və saatda komissiyanın açıq iclasında açılır. Zərflər açılmamışdan əvvəl komissiya onların açılmamış olduğunu yoxlayır. Yoxlamanın gedişi və nəticəsi müsabiqənin nəticələri haqqında tərtib edilmiş protokolda qeyd olunur. Alqı-satqı qiyməti və ya icarə haqqı rəqəmlə və yazılı şəkildə sözlə göstərilməlidir. Əgər sözlə göstərilən qiymətlə rəqəmlə göstərilən qiymətlər müxtəlif olarsa onda komissiya sözlə yazılan qiyməti əsas götürür. Komissiyanın icazəsindən sonra zərflərin açılışında və təkliflərin edilməsində bütün müsabiqə iştirakçıları və ya onların müvafiq etibarnamələrlə vəkil etdikləri şəxslər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər. Torpaq sahələri mülkiyyətə və ya icarəyə müsabiqə yolu ilə verildikdə müvafiq olaraq alqı-satqı və ya icarə obyektinə dair müsabiqə komissiyasının şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürməklə ən yüksək alqı-satqı qiyməti və ya müvafiq olaraq alqısatqı və ya icarə haqqı təklif edən şəxs müsabiqənin qalibi hesab edilir. Təkliflər bərabər olduqda "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslərə üstünlük verilir. Bərabər təkliflər verən iddiaçıların üstünlük hüququ olmadıqda müsabiqə komissiyası iddiaçılara və ya ən azı ikisinin üstünlük hüququ olduqda onlara oradaca əlavə təklif hazırlamaq tapşırır. Əlavə təklif verməkdən imtina edən iddiaçı müsabiqəni uduzmuş sayılır. İki və ya daha çox iddiaçı əlavə təklif verərlərsə, müsabiqə komissiyası onları təhlil edir və müsabiqəni bitirir. Əlavə təklif yazılı şəkildə və gizli surətdə hazırlanır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Belə ki, o, Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 iş nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Ona görə də kollegiya Zaqatala Rayon Məhəkəməsin xx.xx.2022-ci il tarixli, 2(033)-71/2022 iş nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 fevral 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala rayonu X9 mülkiyyətinə rəsmiləşdirilmişdir. Zaqatala rayonu X9 28 oktyabr 2020-ci il tarixli qərarı ilə X9 mülkiyyətində olan 7,74 hektar torpaq sahəsinin hər bir hektarının icarə haqqının ilkin qiyməti 150 manat olmaqla 7,74 ha torpaq sahəsinin icarə haqqının ilkin qiyməti 1161 manat olmaqla növbəti 49 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilməsindən ötrü müsabiqəyə çıxarılması qərara alınmışdır. Zaqatala rayonu X9 30 oktyabr 2020-ci il tarixli 206 saylı sifarişi (məktubu) ilə Zaqatala rayonu X13 məxsus 7,74 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsindən ötrü müsabiqəyə çıxarılması Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Hərracların Təşkili Mərkəzinə həvalə edilmişdir. Həmin torpaq sahəsinin icarə əsasında müsabiqəyə çıxarılmasına dair onlayn qaydada elan verilmiş, 06 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının keçirdiyi müsabiqədə 7,74 hektar torpaq sahəsinə münasibətdə daha yüksək qiymət təklif etmiş Cavabdeh2 müsabiqənin qalibi hesab olunmuş, bununla bağlı torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixli protokol komissiyanın 5 üzvündən 4-ü və Cavabdeh2 tərəfindən imzalanmış, buna dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə X15 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən Cavabdeh2 AM seriyalı 12523 sayı şəhadətnamə verilmişdir. Bundan sonra 18 may 2021-ci il tarixdə Zaqatala rayonu X17 ilə Cavabdeh2 arasında 7,74 hektar torpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmış və həmin müqavilə notarial qaydada təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 26 may 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 7,74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh2 icarə hüququ qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinin müsabiqədən əvvəl öz istifadəsində olmasına, hərracın onun məlumatı olmadan keçirilməsinə istinad edərək hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsini, bələdiyyə təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, Cavabdeh2 tərəfindən iddia tələbi qəbul edilməmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, iddia tələbi isə əsassızdır.
51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
52. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqlarının satışı zamanı üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı istehsalçılarına verilir. Hazırki iddia tələbi üzrə mübahisə predmetinə aid olan torpaq sahəsi də icarəyə verilmək üçün hərraca çıxarılmışdır. Eyni zamanda, hazırki iş üzrə iddiaçının bələdiyyə torpaqlarının satışında nəzərdə tutulan üstünlük hüququ da mövcuddur. İddiaçı həmin torpaq sahəsinun əvvəlki istifadəçisi olmuşdur. Həmçinin, iddiaçı Zaqatala rayon X9 əhatə etdiyi ərazidə daimi yaşayan şəxsdir. İddiaçı tərəfindən Zaqatala rayonu X13 ünvanlanmış və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış müraciətdə 7 hektara yaxın torpaq sahəsində taxılçılıq və tütünçülüklə məşğul olduğunu və həmin torpaq sahəsində münbitləşdirmə və yaxşılaşdırma işlərini aparmasını nəzərə alaraq həmin torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və bununla bağlı apellyasiya şikayətinin idiaçının torpaq sahəsini icarəyə götürməkdə heç bir üstünlük hüququnun olmamasına dair dəlilini əsaslı hesab edir.
54. Belə ki, mübahisələndirilən 06 may 2021-ci il tarixli protokol və 18 may 2021-ci il tarixdə Zaqatala rayonu X17 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə 7,74 hektar torpaq sahəsi alqı-satqının deyil, torpaq icarəsinin predmetini təşkil etmişdir.
55. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən mövqeyinin əsaslandırılması üçün istinad etdiyi Torpaq Bazarı Haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci abzastını düzgün şərh etməmişdir. Belə ki, həmin normada üstünlük hüququnun bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə məhz torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə realizə edilə bilməsi imkanları nəzərdə tutulmuşdur. Yəni iş üzrə İddiaçı da 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edib, Cavabdeh2 ilə bərabər təkliflər irəli sürmüş olsa idi Torpaq Bazarı Haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci abzastının müddəaları nəzərdən keçirilə bilərdi.
56. Birinci instansiya məhkəməsinin İddiaçı həmin torpaq sahəsinun əvvəlki istifadəçisi, Zaqatala rayon X9 əhatə etdiyi ərazidə daimi yaşayan şəxs olmasına dair əsaslandırmasına gəlincə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı özü son illərdə mübahisəli torpaq sahəsinin cəmi 1,6 hektarından istifadə etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh edilən halı iddianın təmin edilməsi əsaslarından biri kimi qəbul etmişdirsə, cavabdehin də eyni kəndin sakini və eyni torpaq sahəsinin istifadəçisi olmasının, Cavabdeh2 da torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 13 aprel 2020-ci il tarixdə Zaqatala rayonu X13 ərizə ünvanlamasının hansı səbəbdən nəzərə alınmalı olmamasına ümumiyyətlə aydınlıq gətirməmişdir.
57. Bununla bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işdə olan İddiaçı 22 noyabr 2022-ci il tarixdə Zaqatala rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, o, həmin izahatında hazırda “Hacıbulaq” adlanan çöldə yerləşən 7,74 ha torpaq sahəsinin Cavabdeh2 məxsus olduğunu, uzun müddətdir ki, həmin torpaq sahəsindən Cavabdeh2 istifadə etdiyini, o, həmin torpaq sahəsinə tütün əkməzdən əvvəl kənd bələdiyyəsinin sədri Vüqar Abdurəhmanovdan maraqlanarkən onun ona həmin torpaq sahəsinin kənd bələdiyyəsinə məxsus olduğunu dediyini, lakin sonradan Vüqar Abdurəhmanovun ona yalan danışdığının məlum olduğunu, onun 2022-ci ilin noyabr ayında həmkəndlisi Cavabdeh2 məxsus torpaq sahəsində tütün əkib ondan icazəsiz istifadə etdiyi üçün 500 manat icarə haqqını verərək torpaq sahəsini ona təhvil verdiyini göstərmişdir.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən əmlakın alqı-satqı yolu ilə onlara satıldığını nəzərə alaraq, iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halının, alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən onların hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməməsi, mübahisələndirilən icarə müqavilələrinə münasibətdə vicdanlılıq nümayiş etdirdiyindən artıq bu məsələnin onun xeyrinə həll olunmalı olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırkı halda mübahisənin predmetini alqı-satqı deyil, icarə münasibəti təşkil etdiyindən, münasibət alqı-satqı deyil, icarə münasibəti olsa belə əqdin legitimsizliyi halı müəyyən edilmədiyindən vicdanlı alıcılıq məsələsinin müzakirəsi zərurəti müəyyən edilmir.
59. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin hərraca çıxarılması ilə əlaqədar hər hansı qəzetdə elan verilməsinə dair sübut təqdim edilməmiş, eləcə də bu elanın verilməməsi X9 ərazisində yaşayan şəxslərin həmin ərazidə yerləşən torpaq sahəsinin hərraca çıxarılması ilə bağlı birmənalı olaraq məlumatlandırılması kimi qiymətləndirilməməlidir.
60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmır və bununla bağlı apellyasiya şikayətinin hərrac keçirilməzdən əvvəl qəzetdə elan verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş 1 ay müddətin gözlənilməsinə dair dəlilinə birgə münasibət bildirərək qeyd edir ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının 6-cı bəndində təşkilatçının müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb, onun yalnız qəzetdə deyil, kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil etməli olması nəzərdə tutulmuşdur. Müasir dövrdə qəzetlərin elektron qaydada oxunması, elanlarla elektron qaydada tanışlıq imkanları da labüd haldır.
61. Həmçinin iş materialına (1-ci cild 106-cı vərəqə) mübahisəli torpaq sahəsinin müsabiqəyə çıxarılması barədə elanın verilməsinə dair elektron qaydada əldə edilmiş məlumatlar əlavə edilmişdir.
62. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini həmçinin onunla əsaslandırmışdır ki, hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın iclası 06 may 2021-ci il tarixdə keçirildiyi halda, hərrac da eyni tarixdə, yəni 06 may 2021-ci il tarixdə keçirilmişdir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu ilə müsabiqənin nəticələri barədə protokolun nömrələri də eyni göstərilmişdir.
63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır.
64. Belə ki, işdə olan 06 may 2021-ci il tarixdə keçirilmiş müsabiqəyə dair yekun protokoldan əvvəl tərtib edilmiş 06 may 2021-ci il tarixli 53 nömrəli protokoldan görünür ki, həmin protokolla 06 may 2021-ci il tarixdə keçiriləcək torpaq müsabiqəsində iştirak edəcək şəxslərin siyahısının təsdiq edilməsi qərara alınmışdır.
65. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarının 11-ci bəndində göstərilir ki, müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir.
66. Yəni müsabiqədən əvvəl və eyni tarixdə müsabiqəyə hazırlıqla bağlı hər hansı bir sənədləşmənin aparılması, bu zaman tərtib edilən yekun protokolun nömrəsi ilə hazırlıq protokolunun nömrəsinin eynilik təşkil etməsinin qadağanedici hal olması müəyyən edilməmişdir.
67. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə mövqeyini eyni zamanda onunla əsaslandırmışdır ki, 7,74 ha torpaq sahəsi ilə bağlı hərraca hazırlıqla bağlı komissiyanın 06 may 2021-ci il tarixdə keçirildiyi iclasında Komissiya tərəfindən Zaqatala rayon ərazisində yerləşən X9 mülkiyyətinə aid 77400,0,0 kv.metr və ya 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 06 may 2021-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən şəxslərin siyahısı təsdiq edilmişdir. Halbuki 7,74 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə müsabiqədə iştirak edən şəxslər isə təkliflərini 05 may 2021-ci il tarixdə yazmışdır. Bundan başqa, təkliflərdəki məbləğlər bir-birindən cüzi şəkildə fərqlənir. Eyni zamanda torpaq müsabiqəsinin keçirilməsinə hazırlıq protokolu və müsabiqənin nəticələri barədə protokol komissiyanın bir üzvü X6 tərəfindən imzalanmamışdır.
68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır.
69. Belə ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarında müsabiqədə iştirak edən şəxslərin müsabiqədən bir gün əvvəlki tarixdə müsabiqəyə dair təklif vermək səlahiyyətlərinin olmamasına dair müddəa mövcud deyildir. Müsabiqədə hər hansı bir təklifi irəli sürməsi onun iştirakçısının hüququdur. Buradakı təklif məbləğlərinin yaxınlığının da müsabiqə nəticələrinin etibarsızlığının əsasını təşkil edə bilməsi imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Komissiyanın 1 üzvü tərəfindən protokolun imzalanmamasına gəlincə isə müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə 06 may 2021-ci il tarixli, 53 nömrəli protokolundan görünür ki, həmin protokol komissiyanın 5 üzvündən 4-ü, o cümlədən müsabiqənin qalibi tərəfindən imzalanmışdır. Komissiyanın 5 üzvündən 1-i tərəfindən protokolun imzalanmaması isə müsabiqənin qanunvericiliyin tələbinə zidd olaraq keçirilməsi kimi şərh edilə bilməz.
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı məhkəmədə və digər orqanlarda verdiyi izahatlarında X13 heç vaxt yazılı müraciət etmədiyini, yalnız şifahi qaydada müraciət etdiyini bildirməsi, X9 sədrinin də məhkəmə prosesində İddiaçı ərizəsinin olmadığını bildirməsi, məhkəmə prosesi bitəndən sonra İddiaçı və X17nnin sədrinin məhkəmədə verdiyi izahatlarının dəyişdirilməsinin ona məlum olmasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materialında olan İddiaçı və cavabdeh bələdiyyə sədrinin məhkəmə iclas protokollarındakı izahatlarının, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktındakı, yəni qətnaməsindəki izahatlarla eynilik təşkil etməsi müəyyən edilmiş, izahatlarda təhrif edilmə halı olmuşdursa bununla bağlı birinci instansiya məhkəməsinə məhkəmə iclas protokollarına dair hər hansı bir qeyd verilməsi halı müəyyən edilməmişdir.
71. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə prosesi zamanı İddiaçı X13 müraciəti ilə bağlı ərizənin təqdim olunmaması, məhkəmədə həmin ərizənin araşdırılmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinə İddiaçı X13 müraciətinə dair 29 dekabr 2019-cu il tarixdə Zaqatala rayonu X11 qeydiyyatdan keçmiş ərizəsi əlavə edilmişdir. İşdə olan birinci instansiya məhkəməsinin 24 noyabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan isə görünür ki, həmin iclasda işdə olan sənədlər tədqiq edilmişdir.
72. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
74. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X13 və Cavabdeh2 qarşı 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və 18 may 2021ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
75. İddia rədd edildiyindən ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba), 300 manat mütəxəssis xərci isə tutularaq X7 MMC-nin hesabına (Kapital Bank ASC-nin Sahil filialı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba) ödənilməlidir.
76. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X13 və Cavabdeh2 qarşı 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba), 300 manat mütəxəssis xərci isə tutularaq X7 MMC-nin hesabına (Kapital Bank ASC-nin Sahil filialı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.