Məhkəmə qərarları › İş №2(107)-1104/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1104/2022

06.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1104/2022 06.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: pul tələbi, indeksasiya, maddi və prosessual hüquq normalarını düzgün tətbiq ediməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4000 ABŞ dollarının 2017-ci ildən bu günədək olan indeksasiyası ilə və həmin pulun məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə, eyni zamanda ödənilmiş 88 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o Zaqatala rayonu Əliabad qəsəbə ərazisində yerləşən Tatyaqub sahəsindəki 2,40 ha pay torpaq sahəsini 4000 ABŞ dolları məbləğində pul ödəyərək Cavabdeh2 almışdır. xx.xx.2017-ci tarixdə şahidlərin iştirakı ilə Zaqatala rayonu Əliabad qəsəbəsində öz aralarında akt tərtib edərək imzaları ilə də təsdiq etmişlər. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 həmin torpaq sahəsini xx.xx.2017-ci il tarixdə Cavabdeh1 4000 manata almış, lakin öz adına rəsmiləşdirmədən xx.xx.2017-ci il tarixdə 4000 ABŞ dollar məbləğində ona satmışdır. Həmin torpaq sahəsini o X5 istifadə etmək üçün vermişdir. Hal-hazırda həmin torpaq sahəsindən Telman Həsrətov istifadə edir. Lakin xx.xx.2021-ci il tarixdə Cavabdeh1 X5 qarşı onun məcburi qaydada həmin torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edir ki, onun 2,40 ha torpaq sahəsi üçün ödəmiş olduğu 4000 ABŞ dollar məbləğində pul vəsaiti cavabdehlərdən alınıb ona verilməlidir. Buna görə də o, məhkəməyə müraciət edərək ödədiyi 4000 ABŞ dolları məbləğində pulu cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 “torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya əsasında hazırki manata nisbəti olan” 8581,6 (səkkiz min beş yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, Cavabdeh2 88 (səksən səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, 17,82 (on yeddi manat səksən iki qəpik) manat dövlət rüsumunun Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və digər 4 subyektin, reyestr nömrəsi **********24 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mülkiyyət hüququ tam mülkiyyət hüququ əsasında ona məxsus 0,36 ha və ümumi birgə mülkiyyət hüququ əsasında ona və digər 4 subyektə məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 4.000 manata satılmasını 09 fevral 2017-ci il tarixli aktla razılaşdırmış və faktiki mülkiyyətində olmayan həmin torpaq sahələrini Cavabdeh2 4000 ABŞ dollarına iddiaçı X2 xx.xx.2017-ci il tarixdə razılaşdırmışdırlar. İddiaçı həmin torpaq sahəsini istifadə etməsi üçün X5 vermiş və Cavabdeh1 sonuncunun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə iddiaçı X6 hazırki iddia tələbi ilə müraciət edərək torpaq sahələrinin alqı-satqısı zamanı ödədiyi 4000 ABŞ dollarının 2017-ci ildən bu günədək olan indeksasiyası ilə və həmin pulun məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 2 ha və 0,36 ha torpaq sahələrinin alqı-satqısı üçün 4000 ABŞ dollarını iddiaçıdan götürdüyünü və həmin vəsaitin 2800 manat hissəsini Cavabdeh1 verdiyini, 4000 manatını özündə saxladığını bildirmişdir. Cavabdeh1 isə o özünün mülkiyyətində olan torpaq sahələrini satmadığını və bunun müqabilində heç kimdən pul almadığını bildirmişdir. O, eyni zamanda iddia tələbi üzrə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyi ilə xx.xx.2017-ci il tarixdən hazırkı tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 4000,00 ABŞ dolları pulun indeksasiya edilərək, 8581,6 manat təşkil etməsi müəyyən edilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin 4000,00 ABŞ dolları pulun indeksasiya edilərək cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, göründüyü kimi Cavabdeh2 mülkiyyətində olmayan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,36 ha və 2 ha torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və qarşılığında iddiaçı X3 4000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Məhkəmə hesab etmişdir ki, 4000 ABŞ dolları vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 aprel 2022-ci il tarixli 9/2101 nömrəli rəyində göstərilmiş qaydada indeksasiya edilərək Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 əsassız varlanmış şəxs olduğundan iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla 11 may 2017ci il tarixində Cavabdeh2 iddiaçıdan 4000 ABŞ dolları pulu alması və həmin pulu qaytarmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini sonuncudan tələb etməkdə haqlıdır. Məhkəmə 4000 ABŞ dollarının indeksasiya edilərək Cavabdeh1 tutulması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə 4000 ABŞ dolları vəsaitin Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da verilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və belə sübutlarların mövcudluğu məhkəmə araşdırmasında da müəyyən edilməmişdir. Qeyd olunan halı iddiaçının özü də təsdiq etmişdir. Məhkəmə iddia tələbinin məhkəmə qərarının çıxarıldığı gün üçün bank uçot dərəcəsinə əsasən faizləri ilə birlikdə cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının tələb etdiyi pula hesablanmış faiz pulunun verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Ancaq iddiaçının bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi həmin xüsusat üzrə onun iddia tələbini sübut edə bilməməsini göstərir. Ona görə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilən pul vəsaitinin qarşılığında iddiaçı torpaq sahəsindən istifadə etmiş, hətta torpaq sahəsini icarəyə vermiş və qazanc əldə etmişdir. Cavabdeh ona verilmiş pul vəsaitini özündə qanunsuz saxlamaqla ondan faydalanmış olsa belə, iddiaçı da torpaq sahəsindən istifadə etməklə ondan yetərincə faydalanmışdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab etmişdir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78.1, 112.1-ci maddləri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2, 77.1, 217.4 -cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09 fevral 2017-ci il tarixdə 4000 (dörd min) manat müqabilində Zaqatala rayonu, Əliabad qəsəbəsinin Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsini aralarında şahidlərində iştirakı ilə tərtib olunmuş akta əsasən 4000 (dörd min) manat müqabilində almışdır. Həmin torpaq sahəsində aldığı ildə 400 (dörd yüz) ədəd fındıq kolu (ağacı) əkmişdir. Daha sonradan həmin torpaq sahəsini Cavabdeh1 iştirakı və razılığı ilə yenə də şahidlərində iştirakı ilə tərtib olunmuş akta əsasən İddiaçı satmışdır. Son dövrdə ona məlum olmuşdur ki, cavabdeh Orucov X8 rayonu, Əliabad qəsəbəsində yerləşən və 2017-ci il tarixdə ona satdığı və onunda daha sonradan onun iştirakı və razılığı ilə İddiaçı satdığı 2,40 ha torpaq sahəsini, İddiaçı tələb edir. Nəticədə İddiaçı da ona və Cavabdeh1 qarşı torpaq sahəsinin alqı-satqısına görə aldıqları pulu geri almaq məqsədi ilə Zaqatala Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmədə də izahat verərək bildirmişdir ki, qeyd olunan pul həmin dövrün məzənnəsinə uyğun olaraq 6800 manat olmuş və o həmin pulun 2800 manatını iddiaçının yanında iş üzrə digər Cavabdeh1 vermişdir. Belə ki, iddiaçı ilə aralarında tərtib olunmuş aktdan da göründüyü kimi, iddiaçıdan alınmış pul həmin dövrün məzənnəsinə uyğun olaraq 6800 manat olmuş və o həmin pulun 2800 manatını iddiaçının yanında iş üzrə digər Cavabdeh1 vermişdir. Lakin, Zaqatala Rayon Məhkəməsi işin bu halı üzrə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş və hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsini ləğv edərək, pulun alındığı dövrün məzənnəsinə uyğun olaraq 4000 manatın ondan, 2800 manatın isə Cavabdeh1 alınması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsini ləğv edərək, pulun alındığı dövrün məzənnəsinə uyğun olaraq 4000 manatın ondan, 2800 manatın isə Cavabdeh1 alınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsini ləğv edərək, pulun alındığı dövrün məzənnəsinə uyğun olaraq 4000 manatın ondan, 2800 manatın isə Cavabdeh1 alınması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq yuxarıda qeyd edildiyi kimi qismən təmin etmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsi qismən ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia indeksasiyaya aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator verdiyi apellyasiya şikayətinin dəlillərində Cavabdeh1 09 fevral 2017-ci il tarixdə 4000 (dörd min) manat müqabilində Zaqatala rayonu, Əliabad qəsəbəsinin Tatyaqub çölündə yerləşən 2,40 ha torpaq sahəsini aralarında şahidlərində iştirakı ilə tərtib olunmuş akta əsasən 4000 (dörd min) manat müqabilində aldığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, şikayətin bu dəlili qismən əsaslıdır. Belə ki, mülki iş materiallarında olan şahidlərin iştirakı ilə Zaqatala rayonu Əliabad qəsəbəsində tərtib edilmiş, onlar tərəfindən imzalanmış və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbəsi üzrə İnzibati Ərazi Nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş 09 fevral 2017-ci il tarixli aktdan görünür ki, həqiqətən Cavabdeh1 tərəfindən onun və ailəsinin mülkiyyətində olan Tatyaqub sahəsindəki 2,40 ha torpaq sahəsi Cavabdeh2 4000 manata ömürlük satılmışdır. Eyni zamanda mülki iş materiallarında olan Cavabdeh1, X6, Cavabdeh2 iştirakları ilə Zaqatala rayonu Əliabad qəsəbəsində tərtib edilmiş, onlar tərəfindən imzalanmış Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbəsi üzrə İnzibati Ərazi Nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 Əliabad qəsəbə sakini Cavabdeh1 09 fevral 2017-ci il tarixli aktla aldığı Tatyaqub sahəsindəki 2,40 ha torpaq sahəsini 4000 ABŞ dollarına əbədi olaraq Əliabad qəsəbə sakini X1. Beləliklə kollegiyanın iclasında müəyyən edilmişdir ki, reyestr nömrəsi **********30 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 2 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və digər 4 subyektin, reyestr nömrəsi **********24 olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 ilə Cavabdeh2 Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən mülkiyyət hüququ tam mülkiyyət hüququ əsasında ona məxsus 0,36 ha və ümumi birgə mülkiyyət hüququ əsasında ona və digər 4 subyektə məxsus 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 4.000 manata satılmasını 09 fevral 2017-ci il tarixli aktla razılaşdırmış və faktiki mülkiyyətində olmayan həmin torpaq sahələrini Cavabdeh2 4000 ABŞ dollarına iddiaçı X2 xx.xx.2017-ci il tarixdə razılaşdırmışdırlar. İddiaçı həmin torpaq sahəsini istifadə üçün X5 vermiş və Cavabdeh1 sonuncunun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyator apellyasiya şikayətininin əsas dəlili kimi, bildirmişdir ki, qeyd olunan pul həmin dövrün məzənnəsinə uyğun olaraq 6800 manat olmuş və o həmin pulun 2800 manatını iddiaçının yanında iş üzrə digər Cavabdeh1 vermişdir. Belə ki, iddiaçı ilə aralarında tərtib olunmuş aktdan da göründüyü kimi, iddiaçıdan alınmış pul həmin dövrün məzənnəsinə uyğun olaraq 6800 manat olmuş və o həmin pulun 2800 manatını iddiaçının yanında iş üzrə digər Cavabdeh1 vermişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə qismən razılaşıraraq, iddianın təmin olunmuş hissəsi üzrə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması iş üzrə müəyyən olunmuş hallara uyğun tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasınının tətbiqində yanlışlığa yol vermiş, Cavabdeh2 “torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya əsasında hazırki manata nisbəti olan” 8581,6 (səkkiz min beş yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsində düzgün və ədalətli nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiyasına dair iddia tələbi qətnamənin icra olunması zamanı baxılmalı idi. Lakin birinci instansiya məhkəməsi sözügedən məsələnin iddia icraatı qaydasında baxaraq səhvə yol vermiş, bununla da maddi hüquq normalarının pozulmasına şərait yaratmışdır. Məhkəmə kolegiyası torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya edərək, müəyyən etmişdir ki, 4000 (dörd min) ABŞ dolları pulunu manata nisbəti 6800 manatdır. Məhkəmə kollegoyası apellyatorun apellyasiya şikayətində 4000 ABŞ dollarının indeksasiya edilərək, 2800 manatın Cavabdeh1 tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə 4000 ABŞ dolları vəsaitin Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da verilməsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və belə sübutlarların mövcudluğu məhkəmə araşdırmasında da müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə tam düzgün əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə yəni, Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya əsasında hazırki manata nisbəti olan” 8581,6 (səkkiz min beş yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi” hissəsində ləğv edilməli, ləğv edilən hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, Cavabdeh2 “torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının qətnamə icra edilən zaman hazırki manata uyğun məzənnədə tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-282/2022 saylı qətnaməsi qismən, yəni Cavabdeh2 “torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dollarının indeksasiya əsasında hazırki manata nisbəti olan” 8581,6 (səkkiz min beş yüz səksən bir manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Cavabdeh2 torpaq sahəsinin alqı-satqısı ilə bağlı 11 may 2017-ci il tarixində İddiaçı tərəfindən verilmiş 4000 (dörd min) ABŞ dolları məbləğində pul qətnamə icra edilən zaman manat məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar