Məhkəmə qərarları › İş №2(107)-111/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-111/2023

18.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-111/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)-920/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. ünvan 1 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil İddiaçı mülkiyyətindədir. Mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 noyabr 2008-ci il tarixdə qeydə alınmış və İddiaçı adına MH seriyalı ******* saylı çıxarış verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(107)-20/2013 saylı qanuni qüvvəsin almış qətnamə ilə İddiaçı 14.000 manat pulun alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi, qarşılığında isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14000 (on dörd min) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil onun mülkiyyətindədir. Mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 noyabr 2008-ci il tarixdə qeydə alınmış və İddiaçı adına MH seriyalı ******* saylı çıxarış verilmişdir. Bundan əvvəl işə baxan məhkəmələr İddiaçı verilmiş çıxarışın qanuniliyini və onun bu mənzilin qanuni mülkiyyətçisi olduğunu müəyyən etmişdir. Cavabdehlərin isə mənzilə dair bütün sənədləri (alqısatqı müqaviləsi və çıxarış) etibarsız hesab edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2013 nömrəli, 15 yanvar 2013cü il tarixli qətnaməsinə əsasən Göyçay şəhəri, H.Ə. prospekti, 84 saylı, 2 nömrəli ünvanda yerləşən 2 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq İddiaçı 14000 (on dörd min) manat pul alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi qət edilmişdir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(107)- 20/2013-nömrəli, 15 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 14000 (on dörd min) manat pul İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi qət edilmişdir ona görə ki, 2010-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən Göyçay şəhəri, H.Ə. prospekti, 84 saylı, 2 nömrəli ünvanda yerləşən 2 saylı mənzil təmir edilmişdir. 14000 (on dörd min) manat pulun İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi hissədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 20/2013-nömrəli, 15 yanvar 2013-cü il tarixli qətnaməsi ilə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil yaxşılaşdırılmalarla birlikdə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə keçməklə onu əsassız varlandırdığından və mənzilin yaxşılaşdırılmasına çəkilən xərclər sonradan aradan qalxmış, yəni məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuş bağışlama və alqı-satqı müqavilələrinə əsaslandığından mübahisəli evin təmirinə qarşılıqlı iddiaçılar tərəfindən çəkilmiş xərclər qarşılıqlı tələbdə göstərilən 14000 (on dörd min) manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməlidir. Bununla bağlı qeyd edir ki, mənzilin təmir edilməsindən (2010-ci ildən) bu günədək, həmin mənzil Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsindədir. Həmin vaxtdan, yəni mənzilin təmir edilməsi vaxtından 12 (on iki) il vaxt keçmişdir. Keçən 12 (on iki) il müddət ərzində mənzildə görülmüş təmir aşınmaya məruz qalmış, köhnəlmişdir. Hər il keçdikcə mənzildə görülmüş təmir aşınmaya məruz qalmaqla və köhnəlməklə dəyərini itirdiyindən, hazırda mənzildə aparılan təmirin heç bir dəyəri qalmamışdır. Mənzil isə hələ də İddiaçı təhvil verilməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı 14000 (on dörd min) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməlidir. Göründüyü kimi mübahisəli mənzil yaxşılaşdırılmalarla birlikdə İddiaçı mülkiyyətinə keçmədiyindən, mənzil İddiaçı mülkiyyətinə keçməklə onu əsassız varlandırması halı baş verməmişdir.

4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

5. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(107)-20/2013 saylı qanuni qüvvəsin almış qətnamə ilə İddiaçı 14.000 manat pulun alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi, qarşılığında isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir.

7. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 2 evin, 2 saylı mənzildə cavabdehlərin gördüküləri təmir işlərinin aşınmaya məruz qalması, köhnəlməsi və mənzilin təmirinin dəyərinin qalmaması İddiaçı 14000 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməsi kimi qiymətləndirilə bilməz.

8. Azərbaycan Respublikasının Dövlət X8 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 14.000 manat pulun ödənilməsi öhdəliyindən azad edilməsi barədə iddiası rədd edilməlidir.

9. Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)-920/2022 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 14.000 manat pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

10. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(107)-20/2013 saylı qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.C.Babayev, İş № 2(046)- 13/2012) İddiaçı cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə və Göyçay rayon Dövlət Notariat Kontoruna qarşı «bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin, həmin alqı- satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları» tələbinə dair ilkin iddiası təmin edilərək, ünvan 2 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilə dair X5 ilə X6 arasında bağlanmış və Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən 14 dekabr 2009-cu il tarixdə 4-Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi, həmin bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş 19 fevral 2010-cu il tarixli, seriya MA № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzili ilə bağlı X6 ilə Cavabdeh1 arasında bağlanmış və Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən 26 fevral 2010-cu il tarixdə 4 Ə-59 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi; həmin alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 03 mart 2010-cu il tarixli, Seriya MA №0049064 saylı Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və X4 qarşı «alqı-satqı müqaviləsi bağlanan zaman ödənilmiş və həmçinin mənzilin təmir olunaraq dəyərinin artırılması üçün sərf edilmiş pulun geri qaytarılması» tələbinə dair qarşılıqlı iddiaları isə qismən təmin edilərək, X2 32.000 (otuz iki min) manat pulun alınaraq Cavabdeh1 verilməsi qət edilmiş, qarşılıqlı iddianın mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı təmir üçün xərclədikləri 20.000 (iyirmi min) manat məbləğində, X2 isə beh verilmiş 2000 (iki min) manat, alqı-satqı üçün verilmiş pula 6000 (altı min) manat indeksasiya hesablamaqla tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsinə dair hissəsi rədd edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh X6 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

11. Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir.İş üzrə Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X2 öz xeyrilərinə 40.000(qırx min) manat məbləğində mənzilin alqı-satqısı zamanı ödədikləri pulun, mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı isə təmir üçün xərclədikləri 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsi barədə qətnamə çıxarılması tələbinə dair qarşılıqlı iddianın mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı təmir üçün xərclədikləri 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsinə dair hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmişdir. Mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq İddiaçı 14000 manat pul alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə X2 32000 (otuz iki min) manat, İddiaçı isə 14000 manat pulun alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi eyni vaxtda icra olunması göstərilmişdir.

12. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(107)-1011/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir.

13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay şəhəri, H.Ə. prospekti, 84 saylı, 2 nömrəli ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil İddiaçı mülkiyyətindədir.

15. ünvan 3 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 noyabr 2008-ci il tarixdə qeydə alınıb və İddiaçı adına MH seriyalı ******* saylı çıxarış verilmişdir. Tərəflər arasında bundan əvvəl işə baxan məhkəmələr iddiaç İddiaçı verilmiş çıxarışın qanuniliyini və onun bu mənzilin qanuni mülkiyyətçisi olduğunu müəyyən etmişdir. Cavabdehlərin isə mənzilə dair bütün sənədləri (alqı-satqı müqaviləsi və çıxarış) etibarsız hesab edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2013-nömrəli, 15 yаnvаr 2013-cü il tаrixli qətnaməsinə əsasən Göyçay şəhəri, H.Ə. prospekti, 84 saylı, 2 nömrəli ünvanda yerləşən 2 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olаrаq Məmmədov Tаleh Sаlаm oğlundаn 14000 (on dörd min) mаnаt pul аlınаrаq Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3nа verilməsi qət edilmişdir.

17. Göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 20/2013-nömrəli, 15 yаnvаr 2013-cü il tаrixli qətnaməsi ilə 14000 (on dörd min) mаnаt pul Məmmədov Tаleh Sаlаm oğlundаn alınaraq Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3nа verilməsi qət edilmişdir, ona görə ki, 2010-cu il tarixdə Bilаlovа Şəhlа Bilаl qızı və Əkbərov Əfrаsiyаb Abdul oğlu tərəfindən Göyçay şəhəri, H.Ə. prospekti, 84 saylı, 2 nömrəli ünvanda yerləşən 2 saylı mənzil təmir edilmişdir.

18. 14000 (on dörd min) mаnаt pulun Məmmədov Tаleh Sаlаm oğlundаn alınaraq Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3nа verilməsi hissədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(107)- 20/2013-nömrəli, 15 yаnvаr 2013-cü il tаrixli qətnaməsi ilə onunla əsaslandırılmışdır ki, mübаhisəli mənzil yаxşılаşdırılmаlаrlа birlikdə iddiаçı, qаrşılıqlı iddiа üzrə cаvаbdeh Məmmədov Tаleh Sаlаm oğlunun mülkiyyətinə keçməklə onu əsаssız vаrlаndırdığındаn və mənzilin yаxşılаşdırılmаsınа çəkilən xərclər sonrаdаn аrаdаn qаlxmış əsаsа, yəni məhkəmə qətnаməsi ilə etibаrsız hesаb olunmuş bаğışlаmа və аlqı-sаtqı müqаvilələrinə əsаslаndığındаn mübаhisəli evin təmirinə qаrşılıqlı iddiаçılаr tərəfindən çəkilmiş xərclər qаrşılıqlı tələbdə göstərilən 14000 (on dörd min) mаnаt məbləğində p u l Məmmədov Tаleh Sаlаm oğlundаn аlınаrаq Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3 ödənilməlidir.

19. Mənzilin təmir edilməsindən (2010-ci ildən) bu günədək, həmin mənzil Bilаlovа Şəhlа Bilаl qızı, Əkbərov Əfrаsiyаb Abdul oğlu və Cavabdeh3 istifadəsindədir. Həmin vaxtdan, yəni mənzilin təmir edilməsi vaxtından 12 (on iki) il vaxt keçmişdir. Keçən 12 (on iki) il müddət ərzində mənzildə görülmüş təmir aşınmaya məruz qalmış, köhnəlmişdir. Hər il keçdikcə mənzildə görülmüş təmir aşınmaya məruz qalmaqla və köhnəlməklə dəyərini itirdiyindən, hazırda mənzildə aparılan təmirin heç bir dəyəri qalmamışdır. Mənzil isə hələ də Məmmədov Tаleh Sаlаm oğluna təhvil verilməmişdir. Bu səbəbdən hesab edir ki, Məmmədov Tаleh Sаlаm oğlu 14000 (on dörd min) mаnаt məbləğində pulun Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməlidir.

20. Göründüyü kimi mübаhisəli mənzil yаxşılаşdırılmаlаrlа birlikdə Məmmədov Tаleh Sаlаm oğlunun mülkiyyətinə keçmədiyindən, mənzil Məmmədov Tаleh Sаlаm oğlunun mülkiyyətinə keçməklə onu əsаssız vаrlаndırması halı baş verməmişdir.

21. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)- 920/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini və Məmmədov Tаleh Sаlаm oğlunun 14000 (on dörd min) mаnаt məbləğində pulun Bilаlovа Şəhlа Bilаl qızınа, Əkbərov Əfrаsiyаb Abdul oğluna və Cavabdeh3 ödənilməsisi ödəliyindən azad edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)- 920/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2013 nömrəli, 15 yanvar 2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14000 manat pul verməli və bununla eyni vaxtda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 evin, 2 saylı mənzilindən çıxmalı idilər. Hazırki vəziyyətdə 12 il ərzində İddiaçı tərəfindən ödənilməli olan 14000 manat pul ödənilməmiş və beləcə də, onunla eyni vaxtda icra edilməli olan cavabdehlərin evdən çıxması da icra edilmədən qalmışdır. Belə olduğu halda, iddiaçı ödəməli olduğu pulu ödəmədiyi 12 il ərzində təmir işlərinin dəyərinin qalmamasına istinad etməklə pulu ödəmək öhdəliyindən azad edilməsini tələb etməkdə haqlı deyildir.

30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)-920/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(046)-920/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar