Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1120/2021 16.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 və Cavabdeh6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsinin rədd edilməsi; Zaqatala Rayon Məhkəməsinin 2(033)-48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı verdiyi iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsinin nəzərə alınması; 10 (on) manat dövlət rüsumunun İddiaçı5 özünə aid edilməsi; iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması, iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqısatqı müqavilələri"nin etibarsız sayılması (hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə məktub göndərərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmiş, digər şəxslər isə gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən İddiaçı5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən digər iddiaçılar ilə ümumi birgə mülkiyyətlərinə Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh6 onları məhkəməyə verdikdən sonra məlum olmuşdur ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş və üzərində hüquqları JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində 3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,81 ha hissəsi üzərində iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 İbrahimxəli oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş və bundan sonra həmin torpaq sahəsi iş üzrə Cavabdeh6 satılmışdır. Halbuki, qeyd etdiyi kimi, cavabdehlərin aralarında alqı-satqı əməliyyatını həyata keçirdikləri Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2,0 ha torpaq sahəsinin 1,81 ha hissəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasən ümumi birgə mülkiyyətlərinə verilmiş və JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" ilə rəsmiləşdirilmişdir. Həm Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı, həm də JN seriyalı 317 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" halhazıradək də qüvvədədir və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Hazırki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməklərinin səbəbi - iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılmasını (hesab edilməsini); Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılmasını (hesab edilməsini); iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız hesab edilməsini məhkəmədən xahiş etməkdir. Birinci instansiya məhkəməsinin baxış iclasında iştirak edən İddiaçı5 vəkili X8 İddiaçı5 izahatına və iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh6 iddianı qəbul etmədiyini iddiaçılara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan 1996-cı il tarixdə ayrılmış torpaq sahəsinin ona məxsus torpaq sahəsindən daha yuxarı ərazidə yerləşdiyini bildirmişdir, həmçinin göstərmişdir ki, onunla iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 arasında 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr qanunvericiliyə uyğun olaraq bağlanmışdır. O, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh6 vəkili X3 hüquqlarını müdafiə etdiyi cavabdehin izahatına uyğun çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı verdiyi iddia tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, həmin qətnaməni qanunsuz və əsassız hesab edirlər. Hesab edirlər ki, işdə olan torpağa mülkiyyət hüququna dair JX3İ7 KOD 40203018 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X4, X1, İddiaçı2 oğlıı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 ivul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş suallarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən İddiaçı1 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,2 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı tayinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X2 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Üst-üstə düşən mübahisəli torpaq sahələri ArcMap va Autocad proqramı vasitəsilə hazırlanan ortofoloplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 mülkiyyət hüququndan daha əvvəl qeydiyyata alınmışdır. İddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-317 KOD 10203018 saylı dövlət aktı bü günədək də qüvvədədir. Hesab edirlər ki, məhkəmə qətnaməsindən belə başa düşülür ki, qeyd olunan torpaq sahəsi həm iddiaçıların, həm də iş üzrə Cavabdeh6 mülkiyyətindədir. Barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçiin prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Cavabdeh2 adına verilmiş A seriyalı 435086 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə ona Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 15000 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. X10 kitabında 12 aprel 2013-cü il tarixdə 466 nömrə ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində torpaq sahəsinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-269 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X6 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1500 manata Cavabdeh6 satmışlar. İşdə olan Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə-268 nömrə ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X6 rayonu Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2000 manata Cavabdeh6 satmışlar. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-317 KOD 40203018 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən İddiaçı1 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 ha torpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X2 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Üst-üstə düşən mübahisəli torpaq sahələri ArcMap və Autocad proqramı vasitəsilə hazırlanan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. İşdə olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsində rədd edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 3-cü bəndi və29-cu maddəsinin 3-cü bəndinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 140, 152.1 və 157.2, 324.1, 324.2, 324.5, 325.1, 338, 339.2, 339.3, 354.1, 354.2, 390.1, 390.2, 404.1, 404.2, 567 və 650-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27 və 46-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 17, 38, 46 və 49-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Həmin Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmununun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 17, 38, 46 və 49-cu bəndlərində nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Musayeva X6 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini Cavabdeh6 satmışlar. İddiaçı məhkəməyə müraciət edərək, bağlanmış alqı-satqı müqavilələrnin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsinin işin tədqiq olunan faktiki hallarına əsaslanaraq hesab etmişdir ki, mübahisələndirilən müqavilə iddia edildiyi kimi etibarsız əqd hesab edilə bilməz. İşdə əqdin etibarsız hesab olunmasına əsas verən hallar mövcud deyildir. Qanunvericiliyin tələblərinə əsasən hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli torpaq sahələrinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, mübahisəli torpaq sahələri dövlət reyestrindən çıxarışa əsasən cavabdehlərin mülkiyyətində olmuş, cavabdehlər isə mülkiyyətlərində olan torpaq sahələrini Cavabdeh6 satmışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin mübahisələndirdiyi “ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların qeyri-qanuni” olmasına da münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsi daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Mübahisələndirilən alqı-satqı bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamış, əksinə iddiaçı etibarsız hesab edilməsini iddia etdiyi mübahisəli torpaq sahələrinin satılması üçün torpaq sahəsinin mülkiyyətçiləri öz iradəsi ilə notariat kontoruna getmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş, alqı-satqı müqaviləsi Məcəllədə göstərilmiş qaydada notariat qaydasında təsdiqlənmişdir. Konstitusiya Məhkəməsinin daha öncə xatırlanan hüquqi mövqeyinə görə iddia tələbində qeyd olunan hallar mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsinin təmin edilməsi üçün əsаs оlа bilməz. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddiа tələbinin “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqısatqı müqavilələri"nin etibarsız sayılması” hissəsi rədd edilməlidir. İddia ərizəsi rədd edildiyinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat iddiaçılardan tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia tələbi təmin edilmədiyindən İddiaçı5 dövlətə ödədiyi 10 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsində rədd edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsində rədd edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın “cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə iş üzrə Cavabdeh6 arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsində rədd edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apellyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1120/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1120/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver