Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1122/2023 05.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X8 və Cavabdeh2 qarşı (açar sözlər: torpaq sahəsinə çəkilmiş xərcin verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh - X6 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər X8 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin alınıb verilməsi tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnаməsindən cavabdeh X9 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2011-ci il tarixli 4Ə-297 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 rayonu Qizilağac kəndində yerləşən 1.34 ha torpaq sahəsini X2 almışdır.
2. İşdə olan Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünrü ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla iddiaçı X6 mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər İddiaçı1 və İddiaçı2, 0.26 ha hissəsindən cavabdeh X25 çıxarılmışdır.
3. İşdə olan Göyçay rayon Qızılağac Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Qızılağac kəndi ərazisində keçmiş Q. Qasımov adına kolxozda Aqrar islahat aparılan vaxt Qızılağac kənd sakini X13 mülkiyyət hüququna dair Dövlət Aktı JN081 -lə torpaq sahəsi veriləndə ailə üzvlərinin sayı 5 nəfər olmasına baxmayaraq 1.0 ha torpaq sahəsi az qeyd olunmuşdur. Az torpaq sahəsinin Qasımov Eldara düşməsi ilə bağlı o X31 Komissiyasına müraciyyət edərək çatışmayan torpağını tələb etmişdir. X31 Komissiyası 10 iyun 2000-ci il tarixli aktla Qızılağac bələdiyyəsi ərazisindən “qarajın qabağı”deyilən sahədən 1 ha torpaq sahəsi islahat komissiyasınin DTXK-nın rayon şöbəsinin əməkdaşları ilə yer üzərində ölçülərək X13 təhkim etmişlər. Həmin 1 ha topaq sahəsinin Qızılağac kənd sakini X19 öz aralarında razılığa gələrək 02 avqust 2004-cu il tarixdə Göyçay şəhərində yaşayan İddiaçı1 mükiyyətinə DTXK-nın Göyçay rayon şöbəsinin əmaktaşlarının tərtib etdiyib akta əsasən vermişdir. Akt tərtib olunan vaxtdan torpaq sahəsindən İddiaçı1A istifadə etməyə başlamışdir. 2004-cü ilin payiz və 2005-ci ilin yaz mövsümündə 300 ədəd xurma, alça və nar əkmiş, hal-hazıra kimi becərmə işləri aparmışdır.
4. İşdə olan xx.xx.2004-cü il tarixli Göyçay rayon Qızılağac kəndində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdidi N.Fərzəliyevin, İddiaçı1 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Q. Qasımov adına təsərrüfatda həyata keçirilmiş torpaq islahatı ilə əlaqədar Qızılağac kənd sakini Eldar Qasımova verilmiş 1 (bir) hektar pay torpağına “torpaqların alqı-satqısı haqqında qanunauyğunluqlara əsasən” Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 11/2 evdə yaşayan İddiaçı1 mülkiyyətinə çevirilməsi barədə 26 iyul 2004-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Bununla bağlı naturada E.Qasımova “qarajın qabağı” adlanan ərazidən seçilmiş 1(bir) hektar torpaq sahəsini yer üzrəində ölçərək İddiaçı1 təhvil verildi. İddiaçı1 mülkiyyətinə çevrilmiş torpaq sahəsinin sxematik planı akta əlavə edilir. Həmçinin İddiaçı1 tövsiyə edildi ki, mülkiyyətində olan torpaq sahəsinin vergisini hər il mütəmadi olaraq Qızılağac bələdiyyəsinə ödəsin.
5. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri, a.e.ü.f.d., X18 işçisi Vahid Əliyev tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Mollahacılı kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsində aparılmış hesablamaların nəticələrinə əsasən 0,77 ha torpaq sahəsində qarışıq meyvə bağının salınmasına 824,0 manat, cavan və məhsuldar xurma, alça və nar bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 7693 manat cəmi 8228,5 manat maliyyə vəsaiti xərclənə bilər.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı2 Məhyəddın oğlu və İddiaçı1 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək torpaq sahəsi alınarkən X7na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh X3 alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavadehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X7na ödənilmiş 2000 ABŞ dollarının onun hüquqi varisi Cavabdeh2 alınıb İddiaçı1 verilməsi, torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh X3 alınıb iddiaçılara ödənilməsi, iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavadehlərdən müştərək qaydada alınıb iddiaçılara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçılar İddiaçı2 Məhyəddın oğlu və X20 iddia tələbinin həcminin azaldılmasına dair elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun və iddia ərizəsi qaldırılırkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X3 alınıb iddiaçı X14 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Razı Dursunov 02 avqust 2004cü ildə Göyçay rayonunun Qızılağac kənd bələdiyyəsi ərazisində yerləşən Mollahacılı kəndinin “qarajın qabağı” adlanan ərazidə 1,00 hektar torpaq sahəsini X7na 2000 ABŞ dolları ödəməklə almışdır. Mərhum X5 Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə ərizə ilə müraciət edərək ona 10 iyun 2000-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndi keçmiş Qafur Qasımov adına kolxozun X31 Komissiyasının aktı ilə verilmiş. 1998-cı ildən faktiki istifadəsində olan 1,00 hektar torpaq sahəsini satmaq istədiyini bildirmiş və həmin illərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqı mexanizmi olmadığı üçün mərhum Eldar Qasımov torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və sxematik plana əsasən İddiaçı1 satmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsini təmizlətmiş, gübrə vermiş, aqrotexniki qulluq etmiş və 300 ədəd xurma, alça, nar ağacları əkmişdir. Məhkəməyə təqdim etdiyi Göyçay rayonu Qızılağac kənd bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixli 189 saylı arayışda göstərilən aqrar islahatı zamanı nöqsan və çatışmamazlıqlar və yerdəyişmələrdən sui-istifadə edərək sahibliyində olan torpaq sahəsinə 2018-ci ildə mülkiyyət hüququnu qeydə aldıran cavabdeh X9 15 ildən sonra, yəni 22 aprel 2019-cu ıl tarixdə iddiaçıya və digər şəxslərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 oktyabr 2020-cı il tarixli 2(046)-90/2020 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X6 mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən iddiaçının çıxarılması qət edilmişdir. Bu illər ərzində iddiaçı torpaq sahəsinə göstərdiyimiz aqrotexniki qulluğa, torpaq vergisinə, sudan istifadə haqqına və digər işlərə aşağıda göstərdiyi məbləğdə pul xərcləmişdir: - Calaq meyvə ağaclarının alınmasına 220 X 5.5 manat - 1210 manat - Torpağa üzvi gübrə verilməsinə (nəqliyyat və fəhlə pulu daxil olmaqla) - 14 il ərzində cəmi 2770 manat. - Torpağa mineral gübrə verilməsinə - 14 il ərzində cəmi 1.740 manat - Texnika vasitəsi ilə aqrotexniki işlərin görülməsinə - 14 il ərzində cəmi 1.290 manat. - Torpaq vergisi və torpağın suvarılmasına gorə - 14 ıl ərzində cəmi 1.740 manat. - Digər xərclərə görə (sahənin hasarlanmasına dəmir materiaalar alınması, qaynaq edilməsi, sahənin hər il təmizlənməsi, budama işləri və sair) – 3.010 manat. - Nəzarətçiyə görə (bir ildə 720 manat olmaqla 14 il ərzində) – 10.080 manat. İddiaçının 2004-2005-ci illər ərzində torpaq sahəsinə çəkdiyi xərcləri yeni Azərbaycan manatı ilə dəyərləndirə bilmədiyi üçün iddia tələbində həmin xərcləri göstərməmişdir. Həmçinin cavabdeh X9 22 aprel 2019-cu il tarixdə torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etdikdən sonra mübahisə məhkəmə tərəfindən araşdırıldığı üçün 2020-ci ildə torpaq sahəsinə xərc çəkməmiş və bağa nəzarətçi qoymamışdır. 16 il ərzində iddiaçının istifadəsində olan torpaq sahəsinə aqrotexniki qulluq etməklə torpaq sahəsini lazımi keyfiyyətdə saxlamış və buna görə 21.840 manat pul xərcləmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X12 nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, İddiaçı2 2004-cü il tarixdə Göyçay rayonu Mollahacılı kəndində 1 hektar torpaq sahəsi almış və orada meyvə bağı salmışdır. Həmin torpaq sahəsinə yaxın ərazidə yaşadığı həmin bağa nəzarət etmiş, qarşılığında İddiaçı2 ona hər ay 60 manat pul ödəmişdir. 2006-cı il tarixdən 2020-ci il tarixədək həmin bağa nəzarət etmişdir.
12. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X4 8228.5 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X14 verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnamədən narazı qalan cavabdeh X9 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən аpellyаsiyа şikаyətləri verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. Qeyd edir ki, 1.34 ha torpaq sahəsini xx.xx.2011-ci il tarixdə notarial qaydada X2 alınmışdır. Torpaq sahəsini o, (cavabdeh) satın alarkən bağ mövcud idi, torpaq sahəsini ağaclarla birlikdə alımışdır. Buna görə satıcıya pul ödəmişdir. Həmin ağacları X21 əkmişdir. Onun aldığı torpaq sahəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 ağac əkməmişdir, əgər iddiaçılar həqiqətən ağac əkmişdirsə onda hazırkı, iddia ilə ona qarşı deyil, X15 qarşı iddia tələbi irəli sürə bilərlər. Torpaq sahəsi onun mülkiyyətinə keçdikdən 10 il sonra ona qarşı pul tələbinə dair iddia qaldırılması anlaşılan deyil. Onun aldığı torpaq sahəsində iddiaçılar tərəfindən ağac əkilməsi və bağ salınması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənə bilər, lakin 8228,5 manat xərclənməsi rəydə konkret təsdiq olunmur. Həmin məntiqlə götürsək torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməyə də bilər. Belə olan halda torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi konkret sübutlarla öz təsdiqini tapmalıdır, lakin iddiaçılar tərəfindən torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Tərəflər arasında olan başqa mübahisəyə dair 2(046)-90/2020 saylı işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizə ilə torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi təkzib olunur. Belə ki, 90/2020-nömrəli işin materiallarında olan İddiaçı2 tərəfindən təqdim edilmiş ərizədə qeyd olunur ki, torpaq sahəsi İddiaçı2 tərəfindən istifadə olunmur, bu səbəbdən İddiaçı2 məhkəmədən özünün cavabdehlikdən azad olunmasını xahiş etmişdir. Torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə İddiaçı1 tərəfindən 8228,5 manat xərclənməsi inandırıcı deyil. Ona görə ki, İddiaçı1 X27 filialında işləyir, o, işdən heç vaxt ayrılmamışdır. Torpaq sahəsində bağın salınması, ağaclara aqro-texniki qulluq göstərilməsi isə kifayət qədər böyük vaxt tələb edir. Bankda işləməklə, eyni zamanda ağaclara gündəlik qulluq göstərmək faktiki olaraq mümkün deyil. İddia ərizəsində İddiaçı1 mübahisəli 1.0 ha torpaq sahəsini 2000 ABŞ dolları ödəməklə X7ndan aldığını göstərilmişdir. Lakin X7 cavabdeh X8 məxsus torpaq sahəsini satmamış, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X8 məxsus torpaq sahəsini zəbt etmişdir. İddiaçı1 torpaq sahəsini almasını bəhanə edərək, X7 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini deyil, başqa torpaq sahəsini, yəni cavabdeh X8 məxsus torpaq sahəsini zəbt etmişdir. Torpaq sahəsi zəbt edilərkən əkilmiş ağaclar mövcud idi. İş materiallarından və eləcə də iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından bəlli olur ki, iddiaçılarla cavabdeh arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. Qeyd olunanlara əsasən Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən o, 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. İddia tələbi 14 il ərzində torpaq sahəsinə aqrotexniki qulluğa, mineral və üzvi gübrə verilməsinə, meyvə ağaclarının əkilməsinə çəkilmiş xərcə görə 21840 manat məbləğindən ibarətdir. Lakin məhkəmə zərəri 14 il üçün deyil 13 il üçün hesablamışdır. Bununla da qeyd etdiyi maddi normanın tələbi pozulmuşdur. Məhkəmə hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçının 20 il ərzində istifadə etməyini, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkməyim qənaətinə gəlsə də iş üzrə verilmiş mütəxəssis rəyinə sübut kimi istinad edərək 13 il müddət üçün torpaq sahəsinə və oradakı meyvə bağına çəkilmiş xərcin tutulmasını qət etmişdir. Həmçinin 14 il ərzində meyvə bağına nəzarət edən gözətçi Şahid ifadəsi qətnamədə elan edilsə də məhkəmə gözətçiyə aylıq pul ödəməyim halına qiymət verməmiş, iddiamı həmin hissədə təmin etməmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən sübutları tədqiq etməmiş və obyektiv qiymət verməmişdir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının 07 noyabr 2023-cü il tariixli protokol qərardadı ilə X21 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 vəkili Vəkil özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini, iddiaçı X6 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsni barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar, cavabdehlər və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən, cavabdeh isə qətnaməni bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
26. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. ...
27. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
28. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. ...
29. Maddə 72. Vətəndaşların vəzifələrinin əsası İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. ...
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
30. Mаddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
31. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Mаddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
33. Mаddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Torpaq Məcəlləsi
38. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
39. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
41. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
42. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
46. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
47. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
53. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməməli, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
57. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına diqqət yetirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
59. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1-ci və 1096.2-ci maddələrinin tətbiqində səhvə yol vermiş və cavabdeh X6 hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
60. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır.
61. İş üzrə mübahisəli torpaq sahəsi daşınmaz əmlak olduğu üçün həmin əmlakın mülkiyyətçisi məhz bunu təsdiq edən hüquq müəyyənedici sübutlarla təsdiq oluna bilər.
62. Torpaq sahələrinin aqrar islahatlar nəticəsində fiziki şəxslərin mülkiyyətinə verilməsi də, buna dair hüquq müəyyənedici sənədlərlə təsdiq olunmalıdır. Müəyyən olunur ki, iddiaçınn X7na 2000 ABŞ dolları ödəməklə satın aldığını bəyan etdiyi 1 ha torpaq sahəsi sonuncunun mülkiyyətinə nə aqrar islahat zamanı, nə də başqa əsaslarla verilmişdir. Eldar Qasımov mülkiyətində olmayan torpaq sahəsini heç bir qanuni əsas olmadan iddiaçının istifadəsinə verdiyindən sonuncunun həmin torpaq sahəsinə sahibliyinin də qanuni əsası olmamışdır. Yəni iddiaçının torpaq sahəsinə sahibliyi cavabdehə münasibətdə “vicdanlı sahib” hesab edilə bilməz.
63. Qanunun tələbinə görə, əmlaka sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibindən alındığı andan yaranır.
64. Belə ki, iş materialalrı ilə müəyyən olunur ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsini 2011-ci ildə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X10 alqısatqı yolu ilə almış və 2018-ci ildə həmin torpağa mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
65. Göründüyü kimi, iddiaçı Əbülfət Osmanovun mülkiyyətində olmuş torpaq sahəsində yaxşılaşdırmalar aparmışdır. İddiaçı həmin torpaq sahəsinə yalnız 2020-ci ildə yiyələnmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə hazırkı iş üzrə cavabdeh deyil, həmin torpaq sahəsinə heç bir hüququ olmayan Eldar Qasımov tərəfindən verilmişdir. Ona görə də iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə vicdanlı sahiblik etdiyini iddia etsə də, cavabdehə münasibətdə “vicdanlı sahib” olmadığından hazırkı iddia tələbi cavabdehə yönələ bilməz.
66. Belə ki, iddiaçı ilə cavabdeh arasında torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. İddiaçı1 X6 mülkiyyətlərində olan 1.34 ha torpaq sahəsini bir hissəsini (qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 0,77 ha) özbaşına zəbt etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasında nə müqavilələrdən əmələ gələn, nə də qanundan əmələ gələn öhdəliklər yaranmışdır.
67. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Habelə, Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması heç bir əsas mövcud olmayıb.
68. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mübahisəli torpaq sahəsini əldə etmişdir. Yəni onun əldə etdiyi torpaq sahəsi hər hansı yüklülükdən və məhdudiyyətdən azad torpaq sahəsi olmuşdur.
69. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur.
70. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
71. Mülki işin apellyasiya baxışında cavabdehin apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və cavabdehin apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)- 30/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməli, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 17 mart 2023-cü il tаrixli, 2(046)-30/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov