Məhkəmə qərarları › İş №2(107)-1124/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1124/2025

10.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1124/2025 10.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, X6 və X7 qarşı “torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması, torpaqdan çıxarılma) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Iddiaçı iddiaçı1 vəkili vəkil3 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçılar cavabdeh2, cavabdeh3 və X7 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)- **/**** nömrəli qətnaməsinin "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar cavabdeh2, cavabdeh3 və X7 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş Idarəsi Zaqatala Rayon * saylı Notariat Ofisinə, iddiaçı2 və X10 qarşı ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ## ###### 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iddiaçı2, iddiaçı1 ilə X10 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-**** reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-**** reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nə əsasən X10 ## ####### 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının 84-cü vərəqində, 3621010836 qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar cavabdeh2, cavabdeh3 və cavabdeh1 hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddialarının qismən təmin edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh iddiaçı2 qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş Idarəsi Zaqatala Rayon * saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin etibarsız hesab edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar cavabdeh2, cavabdeh3, cavabdeh1 hər birinin ¼ miras payının müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına cavabdeh iddiaçı2 da ¼ miras payının müəyyən edilməsi qət edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624017454, qeydiyyat tarixi ##.##.2024-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 4/12 hissə olmaqla iddiaçı1, payı 5/12 hissə olmaqla iddiaçı2, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624020404, qeydiyyat tarixi ##.##.2024-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla cavabdeh3, payı ¼ hissə olmaqla iddiaçı2, payı ¼ hissə olmaqla X7 və payı ¼ hissə olmaqla cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 4/12 hissə olmaqla iddiaçı1, payı 5/12 hissə olmaqla iddiaçı2, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, iddiaçı2 Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,2270 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə özünə məxsus 5/12 hissəni iddiaçı1 bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624020404 və 3625011455, qeydiyyat tarixi ##.##.2024-ci il və ##.##.2025ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla cavabdeh3, payı ¼ hissə olmaqla iddiaçı2, payı ¼ hissə olmaqla X7 və payı ¼ hissə olmaqla cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 4/12 hissə olmaqla iddiaçı1, payı 5/12 hissə olmaqla iddiaçı2, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624020404 və 3625011756, qeydiyyat tarixi ##.##.2024-ci il və ##.##.2025ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla cavabdeh3, payı ¼ hissə olmaqla iddiaçı2, payı ¼ hissə olmaqla X7 və payı ¼ hissə olmaqla cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 9/12 hissə olmaqla iddiaçı1, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, X6 və X7 qarşıtorpaq sahəsindən və fərdi yaşayış evindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Tala kənd ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçı1 4/12, iddiaçı2 5/12 paylarının birlikdə naturada ayrılması, iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddiaçı2 ## ###### 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndi ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair iddiaçı1 4/12, iddiaçı2 5/12, X7 1/12, cavabdeh2 1/12, cavabdeh3 1/12 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Naturada paylarının birlikdə ayrılmasını tələb etdiyi torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evində ¼ hissədə payı vardır. Bunun üçün iddia tələbi həcminin artırlmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmədən iddia tələbinin xahiş edirəm hissəsini aşağıdakı məzmunda nəzərə alınmasını xahiş edir:1) Zaqatala rayonu, Yuxarı Tala kəndi ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçı1 4/12, onun 5/12 paylarının birlikdə naturada ayrılması, 2) Torpaq sahəsinin üzərində yerləşən 66.3 kv.m fərdi yaşayış evindən onun ¼ hissədə payının naturada ayrılması, 3) iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Son olaraq iddiaçı iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil vəkil3 ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddiaçı2 Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində yerləşən 5/12 payını iddiaçı1 bağışlamışdır. iddiaçı1 0.2270 ha torpaq sahəsində payı 9/12 hissə təşkil edir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 53-cü maddəsinə istinad edərək Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndi ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair iddiaçı1 4/12, iddiaçı2 5/12, X7 1/12, cavabdeh2 1/12, cavabdeh3 1/12 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Mülki iş üzrə cavabdehlər torpaq sahəsini zəbt etdiyi və naturada ayrılmasına razı olmadığı üçün torpaq sahələrindən istifadə edə bilmirlər. Cavabdehlərin qeyd olunan hərəkətləri nəticəsində mülkiyyət hüquqları pozulur. Cavabdehlərə torpaq sahəsindən paylarının naturada ayrılmasına dair müraciət etmələrinə baxmayaraq nəticə vermədiyi və mübahisə olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil3 izahat verərək bildirmişdir ki, iddiaçı2 ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsindən ona çatan 5/12 hissəni qızı iddiaçı1 bağışlamışdır. Bu səbəbdən də iddiaçı1 məxsus 9/12 hissənin naturada ayrılmasını və həmin hissədən cavabdehlərin çıxarılmasını istəyirlər. iddiaçı1 məxsus 0,1702 ha torpaq sahəsi hər iki tərəfdən yolla əhatə olunur və həmin torpaq sahəsinin bölünməsi mümkündür. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi vəkil vəkil2 izahat verərək bildirmişdir ki, bağışlanma müqaviləsi qanunsuz olaraq bağlanmışdır. Belə ki, iddiaçı tərəf ekspert rəyi verildikdən sonra Notariat ofisinə müraciət etmiş və digər mülkiyyətçilərin razılığı olmadan torpaq sahəsində olan payını qızına bağışlamışdır. Həmin müqaviləni mübahisələndirirlər və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həyətyanı torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardırsa və evə və torpaq sahəsinə texniki pasport işlənmişdirsə artıq koordinatlar texniki pasportda göstərilir. Buna görə mütəxəssis rəyinə ehtiyac duyulmur. Mütəxəssis rəyi yalnız boş torpaq sahələrinə görə verilir. Ekspert mütəxəssis rəyi olmadan texniki pasportda qeyd olunan koordinatlara uyğun rəyini verə bilir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sxem kim tərəfindən tərtib olunduğu məlum deyildir və orada yalnız torpaq sahəsinin sxemi göstərilmişdir. Mübahisələndirilən həyətyanı torpaq sahəsində isə fərdi yaşayış evi yerləşir və bölgü zamanı torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə bölünməlidir. Sxemdən görünür ki, fərdi yaşayış evi 5 sot torpaq sahəsinin içərisinə salınmışdır. Lakin iddiaçı2 fərdi yaşayış evində olan ¼ hissə payı mübahisələdirilən torpaq sahəsində yerləşir. Bu halda iddiaçı iddiaçı2 fərdi yaşayış evinə girib-çıxması məhdudlaşdırılır. iddiaçı2 torpaq sahəsindən özünə çatacaq payı qızı iddiaçı1 bağışlasa da fərdi yaşayış evində olan payı onun mülkiyyətindədir və həmin payın cavabdehlərə düşən paydan naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi özəl ekspertiza mərkəzindən verilmişdir. Həmin rəyə istinad etmək olmaz. Iddiaçı tərəfindən yeni Çıxarış təqdim olunmuşdur. X4 Musayevanın fərdi yaşayış evində payı ¼ hissədən ibarətdir. Lakin ona çatacaq payın hansı torpaq sahəsinin üzərində yerləşməsi müəyyən edilmir. Belə çıxır ki, iddiaçıların təqaim etdikləri üsul ilə bölgü aparılarsa o, evdə yerləşən payına cavabdehlərin torpağı üzərindən keçərək giribçıxacaqdı, bu hal da cavabdehlərin əsaslı narazılıqlarına səbəb olacaqdı, bundan başqa iddiaçının evdə olan payı cavabdehlərin mülkiyyətləri üzərində olan torpaq sahəsi üzərində yerləşəcəkdir, bu hal da iddiaçıların təklif etdikləri bölgü sxemini əsassız edir. Buna görə də torpaq sahəsinin bölünməsi mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## #### 2025-ci il tarixli rəyindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyətini, yalnız bir yaşayış otağından ibarət olduğunu, tərkibində olan kommunal xidmətli sahənin (mətbəx) yeganə olduğunu və bölgü aparılacağı təqdirdə bölünmüş sahələrə təcrid şəklində ayrı-ayrılıqda giriş-çıxışların açılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin fərdi yaşayış evindən iddiaçının 1/4 hissə payının və mülkiyyətçilərin hər birinin payına düşən sahələrin naturada ayrılmasının Inşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən iddiaçılar X5 (4/12 hissə) və iddiaçı2 (5/12 hissə) paylarının naturada ayrılacağı təqdirdə digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarının məhdudlaşacağını nəzərə alaraq iddiaçıların paylarına düşən hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi (hakim: V.Məmmədov) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Məhkəmə daha sonar qeyd etmişdir ki, ekspert mübahisəsi gedən əmlakın nə vahid daşınmaz əmlak kimi fərdi yaşayış evinin, nə də ki, əmlaka aid olan torpaq sahəsinin bölünməsinin mümkün olmamasını qeyd etmişdir. Bundan başqa, iddiaçı iddiaçı2 torpaq sahəsindən özünə çatacaq payı qızı iddiaçı1 bağışlasa da, fərdi yaşayış evində olan ¼ payı onun mülkiyyətindədir və torpaq sahəsinin iddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilən şəkildə ayrılması fərdi yaşayış evindəki iddiaçı iddiaçı2 payının cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsinə səbəb olacaqdır ki, bu hal gələcəkdə əlavə məhrumiyyətlərin yaranmasına, əşya yükülüyünə məruz qalmasına səbəb olacaqdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 152, 157, 213, 220, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏdliyyəNazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## #### 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Z aqatala rayonunun Y uxarı Tala kəndində yerləşən, mübahisə predmeti olan həyətyanı torpaq sahəsindən iddiaçılar X5 (4/12 hissə) və iddiaçı2 (5/12 hissə) paylarının naturada ayrılacağı təqdirdə digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarının məhdudlaşacağını nəzərə alaraq iddiaçıların paylarına düşən hissələrin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bununla bağlı məhkəməyə vəsatət təqdim edərək Məhkəmə Ekspertiza Mərkəzinin## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinin əsasız hesab olunaraq təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Ekspert rəyin qeyd etmişdir ki, iddiaçıların paylarının naturada ayrılması digər payçıların yol (küçə) istiqamətində girişçıxışlarının məhdudlaşmasına səbəb olacaqdır. Lakin ekspert 0,2270 ha torpaq sahəsindən iddiaçıların payının 0,1702 ha təşkil etdiyini ümumiyyətlə nəzərə almamışdır. Ekspert verdiyi rəyi elə əsaslandırmışdır ki, sanki bütün 0,2270 ha torpaq sahəsi sırf iddiaçıların mülkiyyətindədir. Halbuki cavabdehlərin torpaq sahəsində 0.0568 ha payları mövcuddur və onların yol (küçə) istiqamətində giriş- çıxışları məhdudlaşmayacaqdır. buna görə iddiaçıların paylarına düşən hissələrin naturada ayrılması texniki cəhətdən mümkün olmadığı göstərilsə də rəy əsaslandırılmamışdır. Torpaq sahəsinin 2 tərəfdən gediş gəliş yolu ilə əhatə olunması nəzərə alınmamışdır. Bundan əlavə Məhkəmə ekspertizası zamanı ekspertin göstərişi ilə əraziyə baxış üçün gəlmiş mütəxəssis torpağı ölçmək istədikdə cavabdehlər buna imkan verməmiş, daha sonra isə mütəxəssis barəsində əsassız və davamlı şikayətlər edərək ekspert rəyinin mütəxəssis rəyi olmadan çıxarılmasına nail olmağa çalışmışlar. B u səbəbdən ekspertin hazırkı rəyi tam rəy xarakteri daşımamış və mənfi nəticələnmişdir. Cavabdeh tərəf əsassız şikayətlər verməklə, yəni şikayət hüququndan sui-istifadə etməklə, eyni torpaq üzərində hüquqlara sahib olan iddiaçının hüquqlarını məhdudlaşdırmağa cəhd göstərir. Qeyd edilənləri nəzərə alaraq, mütəxəssisin və ekspertin baxışının məhkəmənin iştirakı ilə keçirilməsini xahiş olunmuşdur. Hazırkı vəsatətə iki bölgü sxemi əlavə edilmişdir. Bu sxemlər sadə şəkildə tərtib edilmiş və sxemlərdən aydın olur ki, iddiaçının torpaq sahəsindən payının ayrılması mümkündür və digər payçıların yol (küçə) istiqamətində giriş-çıxışlarının məhdudlaşmasına səbəb olmayacaqdır. Ekspert mütəxəssis rəyini nəzərə alıb tədqiqat aparmış olsaydı hazırda verilmiş rəyini təqdim etməzdi. Bu əsasla xüsusən qeyd edirəm ki Məhkəmə E kspertiza Mərkəzinin eksperti mülki iş üzrə ümumiyyətlə mütəxəssis rəyi olmadan bu rəyi vermişdir. Halbuki analoji işlərdə Məhkəmə Ekspertiza Mərkəzi özündə müvafiq elektron xəritələrin (baza məlumatlarının) olmaması səbəbindən rəyin verilməsindən imtina etmə praktikasını illərdir həyata keçirir. Mütəxəssis rəyi olmadan iddiaçının hüquqlarını ciddi şəkildə pozan ekspert rəyinin verilməsi özlüyündə Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinin şübhə altına alınmasına əsas olan amillərdən biridir. Hesab edirik ki, məhkəmə təkrar məhkəmə mühəndis-texniki ekspertizası təyin etsə və vəsatətimdə qeyd etdiyim kimi mübahisəli torpaq sahəsinə yerində baxış keçirsə idi ekspert rəyinin əsassız verilməsi təsdiqini tapası idi. Bundan əlavə elektron kabinetə DƏDRX tərəfindən verilmiş Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsindən iddiaçı1 düşən 9/12 hissədə payı müəyyən edilmiş və sxem işlənmişdir. Həmin sxemə əsasən H acıyeva Ülviyyə Elxan qızının 0.2270 ha torpaq sahəsində olan 0.1702 ha hissə payının ayrılmasının mümkünlüyü qeyd olunmuşdur. DƏDRX tərəfindən verilmiş sxem ilə iddiaçıya düşən torpaq sahəsinin digər payçılardan ayrılması mümkün olur, lakin ekspert öz rəyində paylarının naturada ayrılacağı təqdirdə digər payçıların yol (küçə) istiqamətindəgiriş- çıxışlarının məhdudlaşacağını əsas gətirir? Buradan görünür ki, ekspert rəyi tam əsassızdır və DƏDRX tərəfindən iddiaçı1 0.2270 ha torpaq sahəsində payının ayrılması texniki cəhətdən mümkündür. Zaqatala rayon məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş, həmin məhkəmə tərəfindən mübahisəyə baxarkən yalnız ekspert rəyinə əsaslanmış, lakin torpağın bölünməsinin mümkün olmamasına dair ekspert rəyi tədqiq edilməmişdir. Ekspert mütəxəssis rəyi olmadan torpağının naturada ayrılmasının mümkün olmamasına dair rəy vermişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziyaistinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. “xxxx”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki: “....əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir”.

“S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun # #### 2015-ci il qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66cı maddəsinin 1 və 2-ci hissələrinəmüvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir”.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli Qərardadı

20. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi ləğv edilmiş hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə torpaq sahəsinin naturada ayrılması və cavabdehlərin torpaqdan çıxarılması ilə bağlıdır. Belə ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2, X6 və X7 qarşıtorpaq sahəsindən və fərdi yaşayış evindən payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Tala kənd ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçı1 4/12, iddiaçı2 5/12 paylarının birlikdə naturada ayrılması, iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddiaçı2 ## ###### 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndi ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə dair iddiaçı1 4/12, iddiaçı2 5/12, X7 1/12, cavabdeh2 1/12, cavabdeh3 1/12 hissədə payları qeydə alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Naturada paylarının birlikdə ayrılmasını tələb etdiyi torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evində ¼ hissədə payı vardır. Bunun üçün iddia tələbi həcminin artırlmasına dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmədən iddia tələbinin xahiş edirəm hissəsini aşağıdakı məzmunda nəzərə alınmasını xahiş edir:1) Zaqatala rayonu, Yuxarı Tala kəndi ünvanında yerləşən 0.227 yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən iddiaçı1 4/12, onun 5/12 paylarının birlikdə naturada ayrılması, 2) Torpaq sahəsinin üzərində yerləşən 66.3 kv.m fərdi yaşayış evindən onun ¼ hissədə payının naturada ayrılması, 3) iddia ərizəsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmət üçün ödənilmiş 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Son olaraq iddiaçı iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil vəkil3 ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddiaçı2 Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində yerləşən 5/12 payını iddiaçı1 bağışlamışdır. iddiaçı1 0.2270 ha torpaq sahəsində payı 9/12 hissə təşkil edir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 53-cü maddəsinə istinad edərək Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. Ideal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. Ideal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Hazırki işdən isə görünür ki, iddiaçı tərəf əşya üzərində mülkiyyət hüququndakı payın ayrılmasını tələb edir. Belə ki, iddiaçı tərəf son olaraq ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddiaçı2 Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində yerləşən 5/12 payını iddiaçı1 bağışlamışdır. iddiaçı1 0.2270 ha torpaq sahəsində payı 9/12 hissə təşkil edir. MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 53-cü maddəsinə istinad edərək Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edən zaman hüquqi əsaslandırması ondan ibarət olmuşdur ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Ekspert mübahisəsi gedən əmlakın nə vahid daşınmaz əmlak kimi fərdi yaşayış evinin, nə də ki, əmlaka aid olan torpaq sahəsinin bölünməsinin mümkün olmamasını qeyd etmişdir. Bundan başqa, iddiaçı iddiaçı2 torpaq sahəsindən özünə çatacaq payı qızı iddiaçı1 bağışlasa da, fərdi yaşayış evində olan ¼ payı onun mülkiyyətindədir və torpaq sahəsinin iddiaçının məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilən şəkildə ayrılması fərdi yaşayış evindəki iddiaçı iddiaçı2 payının cavabdehlərin paylı mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsinə səbəb olacaqdır ki, bu hal gələcəkdə əlavə məhrumiyyətlərin yaranmasına, əşya yükülüyünə məruz qalmasına səbəb olacaqdır. Göründüy kimi, birinci instansiya məhkəməsi iddianı rədd edən zaman həm ekspertiza rəyi ilə torpaq sahəsinin bölünə bilməməsini, həmdə əmlakın vahid əmlak olmasını qeyd edtmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir:

1. ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması;

2. kompensasiya (payın dəyəri) ödənilməsi;

3. əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Bu tələblər üzrə hər növbəti mərhələnin yoxlanılmasına isə, özündən əvvəlki mərhələnin tətbiqi mümkün olmadığı halda yol verilir. Qeyd edilən məcburi qaydanın tətbiqi həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Belə ki, bununla bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən isə qalan mülkiyyətçilərə əşyanı ümumi paylı mülkiyyətlərində saxlamaq imkanı verilir. Ona görə də, bu mərhələlərin yoxlanılması formal xarakter daşımamalı, tərəflər bundan istifadə etməklə bir-birinin hüquqlarını reallaşdırmağa maneə yaratmamalı, hüquqdan suiistifadəyə yol verilməməlidir. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası payının naturada bölgüsünün mümkünlüyü ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə halları düzgün araşdırmamışdır. Belə ki, ## ###### 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, iddiaçı2 Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,2270 ha torpaq sahəsindən paylı mülkiyyət hüququ üzrə özünə məxsus 5/12 hissəni iddiaçı1 bağışlamışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624020404 və 3625011756, qeydiyyat tarixi ##.##.2024-ci il və ##.##.2025-ci il olan Çıxarışın surətindən isə görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla cavabdeh3, payı ¼ hissə olmaqla iddiaçı2, payı ¼ hissə olmaqla X7 və payı ¼ hissə olmaqla cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 9/12 hissə olmaqla iddiaçı1, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı tərəf işə baxılan zaman ## ###### 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin sonuncu dəqiqləşdirmədən sonra tələbi ancaq 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması və naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılması olmuşdur. Həmçinin, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən alınmış rəy araşdırılan zaman müəyyən edilmişdir ki, işdə dəqiqləşdirmə ərizəsi verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi ekspert qarşısında ekspert qarşısında yenə torpaq sahəsindən iddiaçılar X5 4/12 hissədə və iddiaçı2 isə 5/12 hissədə paylarının naturada ayrılması ilə bağlı suallar qoyulmuşdur. Halbuki, iş materiallarından iddiaçı2 öz payını iddiaçı X5 bağışlaması və iddianın dəqiqləşdirilərək ancaq torpaq sahəsinin naturada ayrılması və ayrılan hissədən cavabdehin çıxarılmasının tələb edilməsi müəyyən edilmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçı2 mübahisəli torpaq sahəsində olan payını iddiaçı X5 bağışladığından və iddia tələbi dəqiqləşdirilərək ancaq iddiaçı X5 9/12 payının naturada ayrılması tələb edildiyindən iş üzrə yenidən rəylər alınmalıdır. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ### 2026cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: - Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,227 ha olan həyətyanı torpaq sahəsinin iddiaçı iddiaçı1 9/12 hissədə payına uyğun naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və * saylı cədvəllərinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1. bəndinin və məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin bölgüsünə dair tərtib edilmiş bölgü sxemi rəyə əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən göründüyü kimi, iddiaçı X5 payına uyğun natura bölgü mümkündür. Bundan başqa, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: - Zaqatala rayonu, Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsinin iddiaçı X5 9/12 hissədə (torpaq sahəsində olan ev kənarda qalmaqla) payına uyğun bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyləri ilə mübahisəli torpaq sahəsindən iddiaçı X5 9/12 payının naturada ayrılması mümkün olması müəyyən edilmişdir. Yəni, rəylərindən iddiaçı iddiaçı1 9/12 hissədə payına uyğun (ayrıca giriş-çıxış yollarının açılması və digər tikinti norma və qaydalarına uyğun) naturada bölünmənin münkün olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəylər hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X9rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə kollegiyası ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğunluğu ilə bağlı isə qeyd edir ki, əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ## #### 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir. Göründüyü kimi, son illərdə edilən dəyişikliklər qanunvericinin bu hüquq münasibətlərinin tənzimlənməsində vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti prinsipini üstün tutduğunu göstərir. Iş materiallarından isə müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı iddiaçı1 mübahisəli torpaqda olan evə heç bir hüququ yoxdur və iddia tələbində də tərəf ancaq torpağın payına uyğun naturada ayrılmasını istəmişdir. Bundan başqa iş üzrə tədqiq edilmiş rəylərdən görünür ki, iddiaçı iddiaçı1 bölgü sxemi ilə payına ayrılan hissəsindən ayrıca giriş-çıxış yollarının açılması, ayrıca qapı qoyulması mümkündür. Eynilə, digər mülkiyyətçilərə düşən hissədə də evin və torpaq sahəsinin ayrıca girişçıxış yolu mövcuddur. Göründüyü kimi, iddiaçının payının naturada ayrılması texniki cəhətdən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə tənasübsüz (yəni hədsiz) zərər vurmamaqdadır. Belə olan halda kollegiya hesab edir ki, torpaq sahəsindən iddiaçı iddiaçı1 9/12 hissədə payının naturada ayrılması həmin torpaq sahəsinin bütünlüyünü və iqtisadi funksiyasını pozmamaqdadır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ isə, mülkiyyətçiyə öz əmlakının müqəddəratını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan başqa, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eyni hüquqi mövqe Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin presedent hüququna əsasən “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir. Hazırki işdən isə görünür ki, torpaq sahəsinin ekspertin təqdim etdiyi bölgü sxeminə uyğun ayrılması başqa şəxslərin hüquq və azadlıqlarını da pozmamaqdadır. Kollegiya bir məqamıda qeyd edir ki, vahid əmlak kimi dəyərləndirib iddianın təmin edilməməsi gələcəkdə məhkəmə təcrübəsinində düzgün olmayan formada irəliləməsinə gətirib çıxarar. Xüsusəndə, hazırki işdə torpaq sahəsi ayrıldıqdan sonrada hər ikisindən sərbəst istifadə (hərəkət) imkanı mövcud olduğu halda. Rəydən eyni zamanda görünür ki, naturada ayrılma nəticəsində iddiaçı iddiaçı1 düşən torpaq sahəsində digər şəxslərə məxsus hər hansı tikilinin olmasıda müəyyən edilmir. Ən vacib məqam isə, torpaq sahəsinin bölgü sxeminə əsasən naturada ayrılması Azərbaycan Dövlət Tikinti Norma və Qaydalarını və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozmamaqla qanunvericiliyə uyğun olmaqdadır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Odur ki, araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edildiyindən, birinci instansiya məhkəməsi payın müəyyən edildiyi qaydada naturada bölgünü təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, naturada ayrılma mümkün olduğundan birinci instansiya məhkəməsi cavabdehlərin naturada ayrılan hissədə çıxarmamaqda haqlı olmamışdır. Belə ki, hər hansı əmlakın, o cümlədən torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən alınması tələblərinə baxılarkən aşağıdakı halların mövcudluğu araşdırmalıdır: a) əmlakın iddiaçıya mülkiyyət və ya başqa əşya hüququ ilə məxsus olması; b) əmlakın cavabdehin faktiki sahibliyində və istifadəsində olması (cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməli); c) cavabdehin sahibliyinin (istifadəsinin) qanunsuz olması. Kollegiya bildirir ki, mübahisəli sahənin iddiaçının mülkiyyətçi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göründüyü kimi, iddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3624020404 və 3625011756, qeydiyyat tarixi ##.##.2024-ci il və ##.##.2025-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Yuxarı Tala kəndində 0,227 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı ¼ hissə olmaqla cavabdeh3, payı ¼ hissə olmaqla iddiaçı2, payı ¼ hissə olmaqla X7 və payı ¼ hissə olmaqla cavabdeh2, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,227 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/12 hissə olmaqla cavabdeh3, payı 9/12 hissə olmaqla iddiaçı1, payı 1/12 hissə olmaqla X7 və payı 1/12 hissə olmaqla cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin müəyyən edilməsindən ibarətdir. Belə ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ vardır. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyində qeyd edilmişdir: - iddiaçı X5 naturada bölünərək payına düşən torpaq sahəsinin 9/12 hissəsi cavabdehlər cavabdeh2, X6 və X7 tərəfindən istifadə edilir. - Mübahisəli torpaq sahəsinin iddiaçı X5 naturada bölünərək payına düşən torpaq sahəsinin 9/12 hissəsini cavabdehlər cavabdeh2, X6 və X7 bütövlüklə istifadə edir. Iş üzrə tədqiq edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı X5 naturada bölünərək payına düşən torpaq sahəsinin 9/12 hissəsi bütövlüklə cavabdehlər cavabdeh2, X6 və X7 tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehlərin həmin torpaq sahəsini onun olmasını iddia edərək həmin torpaqdan iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdehlər torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, “Sporronqun və Lonnrotun Isveçrəyə qarşı” işdə Avropa Məhkəməsi həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu konteksdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus mübahisəli əmlakdan istifadə etməsinə müdaxilələri iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Odur ki, iddianın həmin hissədə təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçının heç bir torpağı olmaması, torpağı qanunsuz yolla əldə etmələri ilə bağlı etirazın dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, iddiaçılar cavabdeh2, cavabdeh3 və X7 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsinin "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"nin etibarsız sayılması, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ların ləğv edilməsi, miras qalmış torpaq sahələrində payın müəyyən edilməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar cavabdeh2, cavabdeh3 və X7 cavabdehlər Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş Idarəsi Zaqatala Rayon * saylı Notariat Ofisinə, iddiaçı2 və X10 qarşı ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab edilməsi, ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ## ###### 2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı ilə bağlı hissədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, iddiaçı2, iddiaçı1 ilə X10 arasında bağlanmış 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-**** reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nin etibarsız sayılması, 16 oktybar 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli, 4Ə-**** reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi"nə əsasən X10 ## ####### 2021-ci il tarixdə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının 84-cü vərəqində, 3621010836 qeydiyyat nömrəsi ilə aparılmış qevdiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın ləğv edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,23 ha həyətyanı və 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindəki 1/3 payına iddiaçılar cavabdeh2, cavabdeh3 və cavabdeh1 hər birinin payı 1/3 olmaqla müəyyən edilməsi tələbinə dair iddialarının qismən təmin edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki 1/3 payına dair iş üzrə cavabdeh iddiaçı2 qıznın tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş Idarəsi Zaqatala Rayon * saylı Notariat Ofisi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, 2V-**** reyestr nömrəli, ***/**** nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamə"nin etibarsız hesab edilməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına iddiaçılar cavabdeh2, cavabdeh3, cavabdeh1 hər birinin ¼ miras payının müəyyən edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, mərhum X2 miras qalmış Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,2270 ha həyətyanı torpaq sahəsindəki 1/3 payına cavabdeh iddiaçı2 da ¼ miras payının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə torpaq sahəsinə paylar müəyyən edildiyindən mübahisələndirilən qətnamədə bunun əksinin qeyd edilməsi prosessual pozuntudur. Belə ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Bundan başqa, ## ###### 2025-ci il tarixdə iddiaçı iddiaçı2 və iddiaçı1 nümayəndəsi vəkil vəkil3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddiaçı2 Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində yerləşən 5/12 payını iddiaçı1 bağışlamışdır. iddiaçı1 0.2270 ha torpaq sahəsində payı 9/12 hissə təşkil edir. Odur ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0.2270 ha torpaq sahəsində iddiaçı1 9/12 hissə payının naturada ayrılması, naturada ayrılan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş materiallarından göründüyü kimi, iddiaçı iddiaçı2 iddiaçı olaraq hal-hazırda heç bir tələbi qalmamışdır. Eyni zamanda da, iddiaçı iddiaçı2 iş üzrə qətnamədən apellyasiya şikayəti verməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən yəni, iddiaçı iddiaçı1 aid hissədə ləğv edilməli və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 400 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 400 manat məbləğində pul iddiaçı iddiaçı1 tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Iddiaçı iddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən yəni, iddia tələbinin iddiaçı iddiaçı1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilsin. Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,227 ha olan həyətyanı torpaq sahəsinin iddiaçı iddiaçı1 9/12 hissədə payına düşən (0.1702 ha) hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəylərinə əlavə edilmiş bölgü sxeminə uyğun (koordinatlar: 1. X.638121.3193, Y.4609294.6618, döngə nöqtəsi 1-2, məsafə (metrlə) 12.1; 2. X.638117.1830, Y.4609283.2666, döngə nöqtəsi 2- 3, məsafə (metrlə) 22.5; 3. X.638108.8667, Y.4609262.3617, döngə nöqtəsi 3-4, məsafə (metrlə) 4.4; 4. X.638104.4175, Y.4609262.4302, döngə nöqtəsi 4-5, məsafə (metrlə) 8.8; 5. X.638096.4941, Y.4609266.2052, döngə nöqtəsi 5-6, məsafə (metrlə) 2.9; 6. X.638094.1982, Y.4609267.9726, döngə nöqtəsi 6-7, məsafə (metrlə) 13.6; 7. X.638084.2047, Y.4609277.1326, döngə nöqtəsi 7-8, məsafə (metrlə) 24.4; 8. X.638065.9345, Y.4609293.3627, döngə nöqtəsi 8- 9, məsafə (metrlə) 4.8; 9. X.638069.1026, Y.4609297.0126, döngə nöqtəsi 9-10, məsafə (metrlə) 38.7; 10. X.638094.4829, Y.4609326.2552, döngə nöqtəsi 10-11, məsafə (metrlə) 4.5; 11. X.638097.4390, Y.4609329.6610, döngə nöqtəsi 11-12, məsafə (metrlə) 10.0; 12. X.638105.7329, Y.4609324.0537, döngə nöqtəsi 12-13, məsafə (metrlə) 10.4; 13. X.638099.3878, Y.4609315.7547, döngə nöqtəsi 13-14, məsafə (metrlə) 14.7; 14. X.638092.4845, Y.4609302.7765, döngə nöqtəsi 14-15, məsafə (metrlə) 11.4; 15. X.638102.5492, Y.4609297.4229, döngə nöqtəsi 15-16, məsafə (metrlə) 4.4; 16. X.638104.6281, Y.4609301.3312, döngə nöqtəsi 16-1, məsafə (metrlə) 18.0; ) naturada ayrılaraq ona verilsin. Cavabdehlər cavabdeh2, X6 və X7 rayonu, Yuxarı Tala kəndində yerləşən ümumi sahəsi 0,227 ha olan həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ### 2026-cı il tarixli **/**** nömrəli ekspert və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin *-**-*-**/*-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəylərinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılaraq iddiaçı iddiaçı1 verilmiş 9/12 (0.1702 ha) hissəsindən çıxarılsınlar. Iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat pul iddiaçı iddiaçı1 tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar