Məhkəmə qərarları › İş №2(107)-1126/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1126/2020

13.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1126/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh Şəki ŞRPŞ-nə qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərdadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNin Şəki Polis Şöbəsinin ondan üzr istəməsi və Azərbaycan Respublikası tərəfindən ona dəymiş 100000 (yüz min) manat mənəvi və 100500 (yüz min beş yüz) manat maddi, cəmi 200500 (iki yüz min beş yüz) manat zərər, kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) xx xxxx 2020-ci il tarixli 2(075)- 675/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şəki ŞRPŞ-nə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüquqularının olması izahedilmişdir. İddiaçı qərardaddan şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 2(075)-675/2020 nömrəli, xx xxxx 2020-ci il tаrixli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı cəzaçəkmə müəssisəsində olduğundan və məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsini xahiş etmədiyindən məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Belə ki, məhkəmələr tərəfindən göstərilən xidmətlər üzrə dövlət rüsumlarının elektron ödəniş sistemləri vasitəsilə ödənilməsinə dair qəbz Hökumət Ödəniş Portalının və “ExpressPay” Ödəniş Sisteminin mədaxil qəbzinin nümunəsinə uyğun olmalı, digər hər hansı formada ödəniş qəbzləri qəbul edilməməlidir Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsinə 30 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmək əvəzinə, ödəniş tarixi xx.xx.2018-ci ilini əks etdirən qəbzin ksero-surətini əlavə etmişdir. Buna görə də məhkəmə bu halı iddia ərizəsinə görə rüsumun ödənilməməsi kimi qiymətləndirir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNin Şəki Polis Şöbəsinin ondan üzr istəməsi və Azərbaycan Respublikası tərəfindən ona dəymiş 100000 (yüz min) manat mənəvi və 100500 (yüz min beş yüz) manat maddi, cəmi 200500 (iki yüz min beş yüz) manat zərər, kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək iddia ərizəsinin “GİRİŞ” hissəsində Azərbaycan Respublikası DİN-in Şəki Polis Şöbəsini cavabdeh qismində göstərsə də, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını iş üzrə cavabdeh qismində göstərməmişdir. Bütün şərh edilənlərə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri iddiaçıya qaytarılmalı, İddiaçı göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-675/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar