Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-113/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin və onlara məxsus əşyaların torpaq sahəsindən və qeyri yaşayış sahəsindən çıxarılması və 420 manat pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)- 228/2020 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus 56 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış binasından çıxarılması, 400 manat itirilmiş gəlirin və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-228/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 56 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş qeyri-yaşayış sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu H.Əliyev prospekti 31 ünvanda yerləşən, 56 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasını xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən 20.000 manata X1 almışdır. Lakin, həmin obyekti aldıqdan sonra bilmişdir ki, hazırki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin obyekti qeyri-rəsmi olaraq dərzixana kimi istifadə edirlər. Dəfələrlə cavabdehlərdən həmin torpaq sahəsini və obyekti boşaltmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Həmin obyekti icarəyə vermək istəmiş, lakin cavabdehlər obyekti boşaltmadıqlarına görə ona 400 manat məbləğində ziyan dəymişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, iddia ərizəsinə surəti əlavə edilmiş alqı satqı müqaviləsindən və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********66 nömrəli çıxarışdan göründüyü kimi Zərdab rayonu H.Əliyev prospektində X5 məxsus olmuş 56 kv metr torpaq sahəsini və inşa edilmiş qeyri yaşayış binasını notarial qaydada 20000 (iyirmi min) manata alqı-satqı müqaviləsinə əsasən almışdır. Lakin Zərdab rayon sakini Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 Gülap qızı həmin torpaq sahəsindəki tikilidə dərzixana açaraq qeyri qanuni fəaliyyət göstərirlər. Tərəfindən Cavabdeh1 dəfələrlə rəsmi və qeyri rəsmi qaydada torpaq sahəsinin və tikilinin boşaldılması barədə xəbərdarlıq etməyinə baxmayaraq onlar heç bir əsas olmadan ona məxsus torpaq və qeyi yaşayış binasından çıxmamışlar. Onun mülküyyət hüquqlarını kobud şəkildə pozurlar. Qeyri yaşayış obyekti kimin tərəfindən tikilməsindən aslı olmayaraq onun mülkiyyətidir və onu almışdır. Lakin onun iddiasını Zərdab Rayon Məhkəməsi məhkəmə prosesləri zamanı tam araşdırsa da ona vurulmuş ziyanı və ya itirdiyi 400 manat gəlirin hansı səbəbdənsə cavabdehlərdən tutulmasını təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinın dəyişdirilərək iddianın qismən deyil tam təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gülap qızından onun xeyrimə 400 manat itirdiyi gəlirin ödənilməsi ilə əlaqədar yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını araşdırmadan, həqiqi vəziyyəti bilmədən, yalnız iddiaçının yalan məlumatlarını əks etdirən iddia ərizəsinə istinad etməklə əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə prosessual hüquq normalarını pozaraq, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Aşağıdakı dəlillərə və hüquqi aktlara görə məhkəmənin qərarı ləğv edilməlidir. Sənədsiz torpağı və üstündəki tikilini özünün adına sənədləşdirmək üçün Manafov Pərvizdən almışlar. Mağaza tamamilə istifadəyə yararsız vəziyyətdə idi. Özləri xərc çəkib yaralı hala salmışlar. Hazır olduqdan bir müddət sonra Pərvizin qardaşı Anar Manafov tərəfindən İddiaçı satıldığını öyrənmişlər. Sənədsiz torpağa iddiaçının necə çıxarış aldığının araşdırılmasını dəfələrlə birinci instansiya məhkəməsindən tələb etsələr də tələbləri təmin edilməmişdir. Hüquqi baxımdan heç bir əsası olmayan kağızı əsas tutaraq guya mağazanın razılaşma qaydasında qaytarıldığı və sonra iddiaçıya satıldığını irəli sürərək onların ordan çıxarılmağına dair qətnamə qəbul edilmişdir. Beləliklə, göstərilənləri nəzərə alaraq qətnamənin ləğv edilərək yeni qərar qəbul olunmasının, iddianın rədd edilməsini xahiş edirlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, mübahisəsi gedən Zərdab rayonu H.Əliyev prospekti 31 ünvanda yerləşən, 56 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasını xx.xx.2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirməklə 20.000 manata X1 almışdır. Lakin, həmin obyekti aldıqdan bir müddət sonra bilmişdir ki, hazırki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin obyekti qeyrirəsmi olaraq dərzixana kimi istifadə edirlər. Dəfələrlə cavabdehlərdən həmin torpaq sahəsini və obyekti boşaltmalarını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə tərəfindən göndərilmiş ekspertlər də yerində baxış keçirmiş və verilmiş rəydən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi məhz ona məxsus torpağın hüdudları daxilində yerləşir. Əgər o həmin obyekti vaxtında icarəyə versəydi kifayət qədər qazanc əldə edə bilərdi. Lakin cavabdehlər obyekti boşaltmadıqlarına görə ona xeyli məbləğdə maddi ziyan dəymişdir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli ərazinin və qeyri-yaşayış sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan, yalnız iddiaçının məlumatlarına əsasən əsassız qətnamə çıxarmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Onlar həmin torpaq sahəsini və üstündəki tikilini Pərviz Manafov adlı şəxsdən almışlar. Hətta mağazanı alarkən istifadəyə yararsız vəziyyətdə idi. Özləri xərc çəkib yararlı hala salmışlar. Bir müddət sonra eşitmişlər ki, Pərvizin qardaşı Anar Manafov həmin torpağı İddiaçı satmışdır. Bundan əlavə ekspertlər tərəfindən verilmiş rəy həqiqəti əks etdirmir. Belə ki, ekspert təırəfindən yerli baxış keçirilərkən onların “GPS” apartı işləmirdi. Odur ki, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 da özləri tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan tikili onlara məxsdudr. Onlar həmin torpağı və üzərindəki tikilini “Pərviz” adlı şəxsdən almışlar. Lakin sonradan bilmişlər ki, Pərvizin qardaşı Anar Manafov həmin torpağı İddiaçı satmışdır. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamışdır. Bundan əlavə ekspertlər tərəfindən verilmiş rəy həqiqəti əks etdirmir. Belə ki, ekspert təırəfindən yerli baxış keçirilərkən onların “GPS” apartı işləmirdi. Odur ki, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-228/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının və cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Ucar rayon notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş Daşınmaz Əmlakın Alqı-Satqı (AN-İ № ******* ) müqaviləsindən görünür ki, X7 mülkiyyətində olan Zərdab şəhəri Heydər Əliyev prospekti 31 ünvanda yerləşən ümumi sahəsi 0.0056 ha torpaq sahəsini 20.000 manata İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zərdab şəhəri Heydər Əliyev prospekti 31 ünvanda yerləşən 0.0056 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsini 2009-cu ildə özü tikmişdir. Pul lazım olduğundan həmin obyekti özünün qardaşı Pərviz Cavabdeh1 20.000 manata satdığını demiş, lakin sonuncu ilə 18.000 manata razılığa gəlmişlər. Coşqunla aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Coşqun hissə-hissə ona 4300 manat ödəsə də, sonradan heç bir ödəniş etməmişdir. Coşquna pul lazım olduğunu deyərək qalan məbləğin də ödənilməsini istəmişdir. Lakin, Coşqun nəinki, qalan məbləği ödəmiş, əksinə Coşqunun arvadı Xəyalə ödənilmiş 4300 manatı və təmirə görə çəkmiş olduqları 200 manat, cəmi 4500 pulu xx.xx.2019-cü il tarixdə yazılı qəbz verməklə onlardan, daha doğrusu anasından geri almışdır. Coşqungilin pulu geri almasından sonra həmin obyekti, yerləşdiyi 56 kv.metr torpaq sahəsi ilə birlikdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən hazırki İddiaçı 20.000 manata satmışdır. Coşqungil həmin obyekti Bakıya gedib-gələndən sonra boşaltmağa söz versə də, buna əməl etməmişdir. Yazılı qəbzdən görünür ki, Cavabdeh1 maqazin almaq üçün X2 cəmi 4100 manat pul vermişdir. xx.xx.2019-cu il tarixdə verilmiş yazılı qəbzdən görünür ki, H.Xəyalə “Həsən dayıdan, Gülxar xaladan 4500 manat aldım” qeydi yazılmaqla yazılı qəbz vermişdir. Cavabdeh2 məhkəmə iclasında həmin qəbzin sözügedən obyektin alınmasına görə ödənilmiş olan 4300 manat və təmirə görə çəkmiş olduqları 200 manat barədə olduğunu təsdiq etmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 491 nömrəli rəyindən görünür ki, ərazinin ümümi xəritəsi və hüquqmüəyyənedici sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus Zərdab rayonu, Heydər Əliyev prospekti 31 ünvanında yerləşən 0.0056 ha torpaq sahəsi barədə verilmiş “A” seriyalı 487616 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində inşa edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin məkan göstəriciləri Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak (torpaq sahəsi tam mülkiyyət hüququ ilə, qeyri-yaşayış sahəsi isə istifadə və sahiblik hüququ ilə) iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında işin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli Zərdab şəhəri, Heydər Əliyev prospekti 31 ünvanda yerləşən 0.0056 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üstündə yerləşən qeyri-yaşayış obyekti X6 məxsus olmuşdur. Torpaq sahəsi mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyata alınmışdır, tikili isə həmin torpaq sahəsinin üzrərində inşa edilmişdir. İlk olaraq Anar Mənafov sözügedən qeyri-yaşayış obyektini qardaşı Pərvizin vasitəsi ilə 18.000 manata hazırkı cavabdehlərə satmağa razılaşmış, hazırkı cavabdehlər qeyri-yaşayış obyektinə görə Anar Mənafova ümumilikdə 4300 manat pul ödəmiş, lakin sonradan ödənişi davam etdirməmişlər. Əksinə xx.xx.2019-cu il tarixdə sözügedən obyektin alınmasına görə ödənilmiş olan 4300 manat və təmirə görə çəkmiş olduqları 200 manat, cəmi 4500 manat pulu geri almışlar. Bundan sonra Anar Mənafov sözügedən 0.0056 ha torpaq sahəsini (üstündə yerləşən qeyri-yaşayış obyekti ilə birlikdə) xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 20.000 manata hazırkı İddiaçı satmışdır. Hazırda sözügedən 0.0056 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də ümumilkdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətlərin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. İlk növbədə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirən kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində əldən çıxmış faydanı mübahisləndirərək cavabdehlərdən həmin gəlirləri tələb etsə də, bununla bağlı nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya məhkəməsində hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Kollegiya iddiaçının bu dəlli razılaşmır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə də hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. Birinci, cavabdehlər apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin onlara məxsus olduğunu, iddiaçının həmin torpaq sahəsinə heç bir aidiyyətinin olmadığını bildirsələr də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyi onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdehlər tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. İkincisi, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehlərin həmin obyektdən çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Üçüncüsü, cavabdehlər mübahisəli torpaq sahəsini və onun üzərində yerləşən tikilini Anarın qardaşı “Pərviz” adlı şəxsdən aldıqlarını bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 (protokol - i/m səh. 42), sözügedən qeyri-yaşayış sahəsini 2009-cu ildə özü tərəfindən tikildiyini, pul lazım olduğundan həmin obyekti satmaq istədiyini, qardaşı Pərvizlə Cavabdeh1 18.000 manata razılığa gəldiyini, lakin sonuncu tərəfindən hissə-hissə ona 4300 manat ödənildiyini, qalan pulun isə ödənilmədiyini bildirmişdir. Şahid həmçinin bildirmişdir ki, sonradan Coşqun nəinki, qalan məbləği ödəmiş, əksinə Coşqunun arvadı Xəyalə ödənilmiş 4300 manatı və təmirə görə çəkmiş olduqları 200 manatı, cəmi 4500 pulu xx.xx.2019-cü il tarixdə yazılı qəbz verməklə onlardan, daha doğrusu anasından geri almışdır. Coşqungilin pulu geri almasından sonra həmin obyekti, yerləşdiyi 56 kv.metr torpaq sahəsi ilə birlikdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən hazırki İddiaçı 20.000 manata satmışdır. Coşqungil həmin obyekti Bakıya gedib-gələndən sonra boşaltmağa söz versə də, buna əməl etməmişdir. Dördüncüsü, cavabdehlər həmin obyektin sonradan Anar Mənafov tərəfindən İddiaçı satıldığını etiraf etsələr də, qeyri-yaşayış sahəsinin məhz həmin torpaq üzərində inşa edilmədiyini mübahisələndirmişlər. Kollegiya cavabdehlərin bu dəlilinə aydınlıq gətirmək məqsədilə xüsusi bilik tələb olunan məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş və bununla bağlı müvafiq rəy verilmişdir. Lakin sonda cavabdehlər həmin rəylə də razılşamadıqlarını, ekspertlərin cihazlarının işləməməsini əsas gətirərək, qeyri-obyektiv rəy verildiyini bildirmişlər. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq cavabdehlər həmin rəyin qeyrimötəbərliyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz izahatları ilə əsaslandırmağa çalışmışlar. Ekspert tərəfindən verilmiş rəydən də görünür ki, mübahisəli ərazinin ümümi xəritəsi və hüquqmüəyyənedici sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus Zərdab rayonu, Heydər Əliyev prospekti 31 ünvanında yerləşən 0.0056 ha torpaq sahəsi barədə verilmiş “A” seriyalı 487616 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində inşa edilmişdir. Mübahisəli qeyriyaşayış sahəsinin məkan göstəriciləri Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilən ortofotoplanda aydın şəkildə göstərilmişdir. Beşinci, kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli mübahisələrin həllində ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Altıncı, cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya sonda qeyd edir ki, hər bir işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də kollegiya qeyd edir ki, tərəflərin, o cümlədən cavabdehlərin apellyasiya şikayətində qeyd etdiyi, həmçinin məhkəmə iclasında verdikləri, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, hər iki tərəf apellyasiya şikayəti verərək, qətnamənin dəlilləri ilə razılaşmadığından, qeyd оlunаn ekspertiza xərci iddiaçı və cavabdehlərə aid edilməli, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-228/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertizası tədqiqatının dəyəri olan 300 manatın 150 mantı İddiaçı, 150 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-113/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-113/2021
26.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver