Məhkəmə qərarları › İş №2(107)-1135/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1135/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1135/2023 02.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyatı üzrə göndərildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair mülki işin aiddiyyəti üzrə göndərilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh2 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etsə də ki, cavabdeh Babayev X4 şəhəri Nizami küçəsi 70 saylı ünvanında qeydiyyatdadır onun Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatda olması və cavabdeh "xxxx" ASC-in baş ofisisinin ünvan 4 ünvanda yerləşdiyi məlum olmuşdur. Bundan başqa iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etsə də ərizənin “xahiş edirəm” hissəsində ona qarşı hər-hansı bir tələb irəli sürməmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdehlərin qeydiyyat ünvanı Zaqatala rayonu ərazisinə aid deyildir. Belə olan təqdirdə işə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsində baxılması mümkün deyil və iş ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçı şikayətində qüvvədə olan məhkəmə qətnaməsini icra edən orqan Zaqatala rayon İcra və Probasiya Şöbəsi olduğuna görə onun iş üzrə cavabdeh kimi tanındığını və hazırki iş üzrə mübahisə məhkəmədə həll olunanadək İcra və Probasiya Şöbəsi qətnamənin icraatını dayandırmalı olduğunu. buna görə də onun iş üzrə cavabdeh kimi qoyulduğunu bildirməklə Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə istinad etməklə iddianı Zaqatala Rayon Məhkəməsinə vermək hüququnun olduğunu iddia etmişdir. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə qərarlarının icrasının hansı İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməsi “İcra haqqında” Qanunla tənzimlənən məsələ olmaqla, məhkəmə mübahisəsinə mahiyyəti üzrə baxılması ilə əlaqəsi yoxdur. O cümlədən, qərarın İcra və Probasiya Şöbəsi tərəfindən icra olunması iddia ərizəsində ona qarşı bir tələb olduğu demək deyildir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(033)-676/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar