Məhkəmə qərarları › İş №2(107)-1136/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1136/2022

23.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1136/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı məlumatların təkzib edilməsi, şərəf və ləyaqətə, o cümlədən, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, şərəf və ləyaqətin alçaldılması, mənəvi ziyan tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı məlumatların təkzib edilməsi, şərəf və ləyaqətə, o cümlədən, işgüzar nüfuza vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə Cavabdeh 2021-ci ilin may ayında tanış olmuşlar. İddiaçı cavabdehə 2500 manat borc verdiyini iddia edərək pulu və iki ədəd üzüyü tələb etməyə başlamış və Cavabdeh üzükləri və 2500 manat pulu ona qaytarmadığı üçün İddiaçı Cavabdeh, onun qardaşına SMS-lər yazaraq pulu və üzükləri tələb etmiş, həmin SMS mətnlərində Cavabdeh barəsində axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun və s.kimi sözlər işlətmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi kimi 2500 manat pulun, biri gümüş və digəri qızıl olmaqla iki ədəd üzüyün, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi X2 bildirdiyi “iddiaçının cavabdehdən 3 aylıq hamilə olması, iddiaçının həmin uşağı aldırması, ona 2500 manat pul və nişan üzüyü verməsi, iddiaçının, biabır olacağı foto və video görüntülərin mövcud olması, Balakən rayonunda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin direktoru X3 bildirdiyi “iddiaçıya aid şəkillərin yanacaqdoldurma məntəqəsinin bütün işçilərinə göstərərək onu biabır edəcəyi barədə məlumatlar”ın İddiaçı tərəfindən həmin şəxslərə, habelə iddiaçının iş koİlektivinə eyni qaydada müraciət edilməklə təkzib edilməsi, iddiaçı Cavabdeh şərəf və ləyaqətinə, o cümlədən, işgüzar nüfuzuna vurulmuş mənəvi zərərin, əvəzi olaraq 5000 (beş min) manat pulun, qarşılıqlı iddianın irəli sürülməsi üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli e-2(019)-408/2022 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi “ iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul tələbinə aid hissədə baxılmamış saxlanmışdır.

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə münasibətləri 2021-ci ilin may ayına təsadüf edir. Belə ki, tanış olduğu müddətdə niyyəti cavabdehi yaxından tanımaq və onunla ailə həyatı qurmaq olmuşdur. Tanış olduğu müddət ərzində cavabdeh dəfələrlə ona bəzi problemlərinin olduğunu bildirmiş və o problemlərin həlli üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu demişdir. Hətta ondan borc pul istəmişdir. Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında 1000 manat və ardınca da 1500 manat borc pul istəmişdir. Həmin pulu istəyəndə ona bildirmişdir ki, iş yerində audit yoxlaması gedir və 1000 manat ona verməlidir. 1500 manat isə öz şəxsi ehtiyacı üçün lazımdır. Etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı vermişdir. Pulu aldıqdan sonra cavabdeh ona “votsap” mesenceri vasitəsi ilə təşəkkür sms-i yazmış və həmin pulları aldığına dair etiraf edici şəkil çəkərək göndərmişdir. Bundan bir müddət sonra yenə də cavabdehi görmək üçün Zaqatala rayonuna yola düşmüş ( hər zaman orada görüşmüşlər) və görüş zamanı 1 gümüş və 1 qızıl üzüyü ona göstərmişdir. Cavabdeh ona bildirmişdir ki, “ mənə inam və güvənin varsa ver üzükləri saxlayım, onsuz da ailə quracağıq”. O, da razılaşıb üzükləri onda saxlamışdır. Üzükləri cavabdehə verdikdən sonra təxminən 2021-ci ilin avqust ayında cavabdeh onu bütün telefonlarda qara siyahıya salmış və onunla olan bütün əlaqəsini kəsmişdir. Belə olan halda cavabdehi axtarmağa başlamış və Balakən rayonunda onun işlədiyi yerə getdiyi zaman ona bildirmişlər ki, 10 günlük işdən icazə alıb. Sonra bu barədə onun qardaş və qohumlarına məlumat vermişdir. Qardaşı bu halı təkzib etmiş və bildirmişdir ki, yalan deyirsən “bacım səndən pul almayıb”, lakin o, telefonda olan sms və şəkilləri qardaşına göstərdikdən sonra məcbur qalıb razılaşmışdır. Cavabdeh 2021-ci ilin sentyabr ayında pulu almaq üçün onu Balakənə dəvət etmiş və bildirmişdir ki, “gəl pulu və üzükləri götür”. Dediyi ünvana Balakən rayonunda olan Parka getmiş və cavabdehin ora gəlmədiyini görüb, cavabdeh tərəfindən aldadıldığını bilib geri qayıtmışdır. Bundan başqa cavabdeh onun barəsində şər və böhtan xarakterli şikayətlə Balakən rayon Polis İdarəsinə müraciət etmişdir. Onun barəsində rüsvayedici məlumatları yayılmasına dair cavabdeh tərəfindən edilmiş şikayət araşdırılmış və Balakən RPİ-nin 21 oktyabr 2021-ci il tarixli qərarı ilə onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. O , isə öz növbəsində Zaqatala rayon Polis İdarəsinə pulun alınması ilə bağlı şikayət etmişdir. Polis İdarəsində araşdırma zamanı cavabdehin izahatı alınmış və cavabdeh ondan 2500 manat nəğd pulu və iki ədəd, dəyəri 1500 manat olan üzükləri aldığını etiraf etmişdir. Zaqatala rayon Polis İdarəsinin qərarı ilə cinayət işinin başlanması rədd edilmiş məsələ mülki xarakterli olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Özü 2-ci qrup hərbi əlildir və hazırda heç bir yerdə işləmir. Cavabdeh maddi zərərin əvəzi kimi 2500 manat pul , biri gümüş və digəri qızıl olmaqla iki ədəd üzük, üzüklərin qaytarılması mümkün olmadıqda onların dəyəri olan 1500 manat pul , vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 manat pul tutularaq ona ödənilməlidir.

6. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək maddi vəziyyəti ilə və yol məsafəsi uzaq olduğu ilə əlaqədar məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək iddia ərizəsində qeyd edilənləri məhkəmə çıxışı kimi qəbul edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki,Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzində arxiv işçisi vəzifəsində işləyir. 2021-ci ilin avqust ayının ortalarında İddiaçı onun işlədiyi Təhsil Nazirliyinin 5 saylı ərazi maliyyə hesablaşma mərkəzinin rəisi X1 qəbuluna gələrək bildirmişdir ki, o, İsmayıldan 3 aylıq hamilədir. Hüsniyyə uşağı aldırdığı üçün onu bağışlamır. Ona verdiyi 2500 manat pulu və nişan üzüyünü ondan tələb edir. İddiaçı işdən azad olunmalıdır, əks təqdirdə, onun barəsində olan foto və video görüntüləri Təhsil Nazirliyinə təqdim edəcəkdir. Cavabdeh daha sonra, mərkəzin rəisi X2 (055)738- 78-06 mobil nömrə ilə zəng edərkən rəis tərəfindən ona “Hüsniyyənin ondan, pul almadığı” bildirildikdən sonra qeyd etmişdir ki, “günah- məndən getdi. Hüsniyyə barədə bütün görüntüləri Təhsil Nazirliyinə təqdim edəcəkdir. Cavabdeh 21 avqust 2021-cl il tarixdə onun qardaşı Zöhrabın işləmiş olduğu "Äzpetrol” yanacaqdoldurma məntəqəsinin direktoru X3 (055)738-78-06 və (055) ***-**-** mobil nömrə ilə direktorun istifadəsində olan (050)388-43-13 mobil nömrəyə mesaj yazaraq bildirmişdir ki, “Zöhrab direktor tərəfindən işdən azad olunmayacağı halda, Zöhrabın iş yerinə gələrək bacısı Hüsniyyəyə aid şəkilləri bütün işçilərə göstərəcək və Zöhrabı biabır edəcəkdir.” Yuxarıda qeyd olunan xüsusatlar Balakən RPŞ-nin İB-nin 21 oktyabr 2021-ci il tarixli qərarında öz əksini tapmış, qərarla cavabdeh tərəfindən qeyd edilən məlumatların həqiqətə uyğun olmaması, müəyyən edilmişdir.Göründüyü kimi, cavabdeh iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatları üçüncü şəxslərə yaymış, həmin məlumatların doğru olması öz təsdiqini tapmamışdır, İddiaçı barədə cavabdeh tərəfindən bildirilmiş, məlumatlar əxlaqi prinsiplərə zidd olmuş, ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi fikir yaratmışdır. Həmin məlumatlar həqiqətə uyğun, olmamış, yalan olmuşdur. Nəticədə, iddiaçı mənəvi sarsıntı keçirmiş, onun işgüzar nüfuzuna ziyan dəymiş, iş kollektivi arasında onun barəsində mənfi rəy formalaşmış, habelə cəmiyyət arasında da əsassız olaraq qınaq obyektinə çevrilmişdir, İddiaçı, şərəf və ləyaqətinə, o cümlədən, işgüzar nüfuzuna vurulmuş mənəvi zərəri simvolik olaraq 5000 manat dəyərində qiymətləndirir.Bu səbəbdən də, o, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edlilənləri nəzərə alıb ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

8. Məhkəmə iclasında İddiaçı təqdim etdiyi DVD diskinə baxış keçirilərkən müəyyən edildi ki, 23 avqust 2021-ci ildə Cavabdeh İddiaçı səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsini bildirmişdir. Cavabdeh məhkəmə iclasında həmin səs yazısının özünə məxsus olduğunu etiraf etdi.

9. Diskdə həmçinin İddiaçı Cavabdeh qızı ilə görüntüləri və Cavabdeh pul götürmək üçün "xxxx" ASC-yə getməsi barədə görüntülər vardır.

10. Məhkəmə iclasında Cavabdeh təqdim etdiyi DVD diskinə baxış keçirilərkən müəyyən edildi ki, İddiaçı Cavabdeh “Hüsniyə mənə aid olanları–hər iki üzüyü və məndən aldığın pulu göndər. Yoxsa sabah mən bilirəm sənə neyniyəcəyəm, axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun . və s məzmunlu SMS-lər göndərmiş, həmin oxşar məzmunlu SMS-ləri onun qardaşına göndərmişdir.

11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2021-ci ilin may ayında tanış olmuşlar, həmin ilin avqust ayına kimi ünsiyyətdə olub dəfələrlə görüşmüşlər. Həmin müddətdə Cavabdeh İddiaçı borc olaraq 1000 manat, 1000 manat və 500 manat olmaqla 2500 manat borc almışdır. Sonradan onlar ayrılmışlar. Bundan sonra İddiaçı borc verdiyi pulu və iki ədəd üzüyü tələb etməyə başlamış və Cavabdeh üzükləri və 2500 manat pulu ona qaytarmadığı üçün İddiaçı Cavabdeh ,onun qardaşına SMS-lər yazaraq pulunu və üzüklərini tələb etmiş, həmin SMS mətnlərində Cavabdeh barəsində axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun və s.kimi sözlər işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır.

12. Məhkəmə işin hallarını, İddiaçı Cavabdeh 2500 manat borc pul verməsini, sonuncunun səs yazısı ilə bu faktın təsdiq edilməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddia tələbi 2500 manat borc pul tələbinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

13. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

14. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

15. İddiaçı Cavabdeh ona mənəvi zərər vurduğunu iddia etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi.

16. İddiaçı mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia tələbi mənəvi ziyana aid hissədə təmin edilməməlidir.

17. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh özünə və qardaşına göndərdiyi SMS mətnlərində, müxtəlif şəxslərin yanında onun barəsində axmaq, əxlaqsız, ”maşennik”, namusu olmayan, pozğun və s. kimi sözlər işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır.

18. Məhkəmə iddiaçı tərəfindən cavabdehin şərəf və ləyaqətinin alçaldan sözlərin işlədilməsini, eyni zamanda cavabdehin iddiaçıya olan pul borcunu qaytarmadığı üçün iddiaçının bu sözləri işlətməsini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli,mənəvi zərərə görə İddiaçı 500 manat alınıb Cavabdeh verilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

19. Ödənilmiş dövlət rüsumu xərcləri ilk və qarşılıqlı iddianın təmin edilmiş hissələrinə uyğun tərəflərdən tutulmalıdır.

20. Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk və qarşılıqlı iddialar qismən təmin olunmuş, Cavabdeh borca görə 2500 manat pul və ödənilmiş dövlət rüsumuna görə 23,76 manatın alınıb İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı mənəvi zərərə görə 500 manat və dövlət rüsumu xərcinə görə 7 manatın alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

22. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 005-7/216 nömrəli məktubda göstərilmişdir ki, “Qanunsuzluqlara məruz qalmağınıza dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətinizə tərəfimizdən baxılmışdır. Müəyyən olunmuşdur ki, tərəfinizdən Cavabdeh barəsində rüsvayedici məlumatlar yayılmasına dair sonuncunun şikayəti üzrə Balakən rayon X6 Bölməsində araşdırma aparılaraq 21 oktyabr 2021-ci ildə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayətinizlə bağlı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır. Müraciətiniz cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna göndərilmişdir.

23. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 201-22561-1221 nömrəli məktubda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə etdiyiniz müraciət əsasında araşdırma aparılmış, müraciətinizdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ tösiyyə olunur.”

24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış HK-1-713 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

25. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının iddia etdiyi kimi 1000 və 1500 manat pul vəsaitinin borc verilməsinə dair tərəflər arasında şifahi və ya yazılı formada razılaşma mövcud olmamış, qarşılıqlı iddia irəli sürərkən, eləcə də polis orqanları tərəfindən araşdırma aparılarkən cavabdeh iddiaçıdan 2500 manat pul vəsaitini almasını etiraf etməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi DVD diskdə Cavabdeh ona səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsini bildirmiş, Cavabdeh məhkəmə iclasında həmin səs yazısının özünə məxsus olduğunu etiraf etmişdir. Diskdə həmçinin İddiaçı Cavabdeh qızı ilə görüntüləri və Cavabdeh pul götürmək üçün "xxxx" ASC-yə getməsi barədə görüntülər vardır. Bu zaman məhkəmə nəzərə almamışdır ki, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı ərizəsində göstərmişdir ki, “Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında cavabdeh ondan 1000 manat və ardınca da 1500 manat borc pul istəmiş, o, buna etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı cavabdehə vermişdir. Göründüyü kimi, iddiaçı tərəflər arasında yaranmış hüquq münasibətinin, yəni borca dair şifahi razılaşmanın Zaqatala rayonundakı “Zaqatala Otel”-də verməsini iddia etsə də, daha sonra pulun cavabdeh tərəfindən alınmasının sübutu kimi məhkəməyə video görüntü təqdim etmiş, "xxxx" ASC-dən pulun alındığını iddia etmişdir. Halbuki, iddiaçının əldə etmiş olduğu 01 yanvar 2021-ci il tarixdən 29 dekabr 2021-ci il tarixləri əks etdirən hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh həmin müddət ərzində "xxxx" ASC-də olan hesabından yalnız əmək haqqı almış, onun hesabına iddiaçının iddia etdiyi kimi, 1000 manat, ardınca 1500 manat pul vəsaiti köçürülməmişdir.

27. Göründüyü kimi, tərəflər arasında 2500 manat borcun verilməsinə dair istər yazılı, istərsə də şifahi razılıq mövcud olmamış, cavabdehin iddiaçı qarşısında hər hansı borc öhdəliyi yaranmamışdır.

28. İlk iddia üzrə iddiaçı tərəfindən cavabdehin şərəf və ləyaqəti ləkələnmiş, həmin məlumatlar doğru olmamış və yayılmışdır. İşə baxan birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, həmin məlumatların təkzib edilməsi hissədə qarşılıqlı iddianı təmin etməmiş, ümumiyyətlə həmin tələbə qiymət verməmişdir.

29. Birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 2500 manat pul vəsaitinin verilməsi nəticəsinə gəlinsə də, pulun harada, nə vaxt cavabdehə verilməsi araşdırılmamış, həmin vəsaitin "xxxx" ASC vasitəsi ilə cavabdeh tərəfindən alınıb-alınmaması araşdırılmamış, hesabdan çıxarışla bu hal bir daha təkzib olunmuşdur.

30. İddiaçı tərəfindən cavabdehə 2500 manat pul vəsaitinin verilməsi, həmin vəsatin vəd olunan vaxtda cavabdeh tərəfindən qaytarılmaması sübuta yetirilməmiş, bu halı təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud olmamışdır.

31. Məhkəmə cavabdehin "xxxx" ASC-də pulun alınmasını əks etdirən görüntülərin mövcudluğuna istinad etsə də, bu işin hallarına uyğun olmamış, hesabdan çıxarışla iddiaçı tərəfindən cavabdehə hər hansı pul vəsaitinin köçürülməsi və ya ödənilməsi öz təsdiqini tapmamışdır.

32. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə "xxxx" ASC-də olan hesabından çıxarışın təqdim edilməsi mümkün olmamış, bunun təqdim edilə bilməməsinə səbəb məhkəmə tərəfindən ona zəruri şəraitin yaradılmaması, iş üzrə yekun məhkəmə aktının çıxarılması olmuşdur.

33. Ona görə də, Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)- 408/2022 saylı qətnaməsinin ilk iddianın təmin olunması hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddianın bütünlükdə rədd edilməsini, Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(019)-408/2022 nömrəli qətnaməsinin qarşılıqlı iddianın “qarşılıqlı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” hissəsinin rədd edilməsinə münasibətdə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

36. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

37. 5 oktyabr 2022-ci il tarixdə keçirilmiş əvvəlki məhkəmə iclası ilə bağlı İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

38. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

41. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

43. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Cavabdeh Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)- 408/2022 saylı qətnaməsinin ilk iddianın təmin edilmiş “Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi” və qarşılıqlı iddianın rədd edilmiş “qarşılıqlı iddia üzrə iddiaçı barəsində yayılmış məlumatların qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təkzib edilməsi” hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissələrdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

46. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının 2500 manat pul tələbinə dair hissəsini təmin edərkən İddiaçı təqdim etdiyi DVD diskində olanları, həmin diskdə olan səs yazısını Cavabdeh məhkəmə iclasında özünə məxsus olduğunu etiraf etdiyindən, sübut kimi qəbul etmişdir. Həmin diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 avqust 2021ci ildə Cavabdeh İddiaçı səs yazısı göndərərək sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsini bildirmişdir.

47. Apellyasiya qaydasında işə baxılarkən həmin diskə baxış keçirilmiş və diskdəki yazının “sabah Balakənə gəlib parkda verdiyi 2500 manatı və üzüyü götürməsi” məlumatları ilə bitmədiyi müəyyən edilmişdir. Həmin səs yazısında cavabdeh iddiaçıya yuxarıdakı cümlənin davamı olaraq “sən də gözümün qabağında şəkilləri də, videoları da silərsən. Çünki mən sənə keçən dəfə 500 manat göndərdim, sən silmədin” sözlərini də deyir.

48. Göründüyü kimi, cavabdeh iddiaçıya 2500 manat pulu və üzüyü borc kimi aldığı pul kimi deyil, şəkillərin və videoların silinməsinin qarşılığı olaraq şərtlə verəcəyini bildirmişdir.

49. Cavabdeh özü də həmin səs yazısına münasibət bildirərkən qeyd etmişdir ki, həmin səs yazıları ona məxsusdur. İddiaçı ilə danışarkən məqsədi onu pulu vermək adı ilə Balakən şəhərinə gətirtmək və orada barəsində yaydığı məlumatlara görə, tutulmasını təmin etmək olmuşdur. Əslində o, İsmayıldan hər hansı bir pul borc almamışdır.

50. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan əvvəlcə 1000 manat borc almadığı ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmaları zamanı mülki işin materiallarında olan SMS yazıları, fotoşəkillər və tərəflərin izahatları ilə cavabdehin iddiaçıdan 1000 manat pul aldığı sübuta yetirilmişdir. İddiaçı həmni pulu cavabdehə borc kimi verdiyini bildirmişdir. Cavabdeh həmin halların əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin daha sonra iddiaçıdan əlavə olaraq əvvəlki borcunu qaytarmadan 1500 manat da borc alması iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir sübutla təsdiq edilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin iddiaçıdan 1500 manat borc almaması ilə bağlı dəlilləri məhkəmə tərəfindən inandırıcı qəbul edilir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 26, 29 və 31-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, İddiaçı heç bir halda Cavabdeh bank vasitəsilə, o cümlədən "xxxx" vasitəsilə pul göndərdiyini bildirməmişdir. O, iddia ərizəsində göstərmişdir ki, “tanış olduğu müddət ərzində cavabdeh dəfələrlə ona bəzi problemlərinin olduğunu bildirmiş və o problemlərin həlli üçün müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu demişdir. Hətta ondan borc pul istəmişdir. Tanış olduğu müddət ərzində 2021-ci ilin iyun ayında 1000 manat və ardınca da 1500 manat borc pul istəmişdir. Həmin pulu istəyəndə ona bildirmişdir ki, iş yerində audit yoxlaması gedir və 1000 manat ona verməlidir. 1500 manat isə öz şəxsi ehtiyacı üçün lazımdır. Etiraz etməmiş və ona dediyi 2500 manat məbləği Zaqatala rayonunda “Zaqatala Otel”-də görüş zamanı vermişdir.” Bu hallar onu göstərir ki, cavabdehin apellyasiya şiakyətinin bu bəndləri üzrə göstərilən dəlilləri əsassızdır.

52. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 28-ci bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının yaydığı məlumatları eyni qaydada təkzib etməsi təkzib yox, əksinə həmin məlumatları yenidən yaymaqla nəticələnə bilər. Həmçinin, iddiaçı məlumatları yayarkən eyni zamanda həmin məlumatlar və onları yaydığı dairə barədə məlumatları cavabdehə çatdırmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddiasını qismən də olsa təmin etməklə, iddiaçı tərəfindən cavabdehə mənəvi ziyan vurulmasını təsdiq etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməklə cavabdehə mənəvi ziyan vurması ilə razılaşmışdır.

53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi hər iki iddianın qismən təmin edilməsini qət etməklə ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk iddiası həmin – 1500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(019)-408/2022 saylı qətnaməsi qismən – ilk iddianın təmin olunmuş Cavabdeh borca görə 2500 manat pulun alınıb İddiaçı verilməsi hissəsinin 1500 manata aid hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair ilk iddiası həmin – 1500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar