Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1141/2020 30.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh1 Rəşid qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Rəşid qızı, Şəki Regional “Asan Xidmət” X49 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X47rşı “qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-249/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 Rəşid qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Rəşid qızı, Şəki Regional “Asan Xidmət” X49 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X47rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Rəşid qızının adına Şəki Regional “Asan Xidmət” X49 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 Rəşid qızının adına Şəki Regional “Asan Xidmət” X49 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ev 1064) ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 Rəşid qızının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-249/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 Rəşid qızının adına Şəki Regional “Asan Xidmət” X49 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V- 1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətamə əsasında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ev 1064) ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 Rəşid qızının adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli çıxarış ləğv edilməsi, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 Rəşid qızı apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-249/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun X36 (Rəşid) Qəhrəman oğlu iki dəfə ailə qurmuşdur. Babasının birinci ailəsindən onun atası X23 və bibisi X2, ikinci ailəsindən isə əmisi X4, bibiləri X18, X7 və X6 doğulmuşlar. X36 (Rəşid) Qəhrəman oğlu xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. Babasının ölümündən sonra ondan miras əmlak olaraq Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 196 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. X36 (Rəşid) Qəhrəman oğlunun vəfatından sonra onun vərəsələri kimi X18, oğulları X23, X4, qızları X3, X7 və Cavabdeh1 qalmışlar. Həmin vərəsələrdən X18 xx.xx.1997-ci il tarixdə, oğulları X23 xx.xx.2018-ci il tarixdə, X4 xx.xx.2008-ci il tarixdə, qızları X3 xx.xx.2013-cü il tarixdə və X7 xx.xx.2009-cu il tarixdə vəfat etmişlər. Mübahisə predmeti olan evdə onun əmisi X4 və Cavabdeh1 Rəşid qızı yaşamışlar. Onun atası həmin evdə böyüyüb boya başa çatmış, ailə qurduqdan sonra da bir müddət həmin evdə yaşamış və 1967-ci ildə bina evi verildiyinə görə həmin evdən çıxmışdır. Atası çıxdıqdan sonra həmin evdə babası, babasının ikinci arvadı, əmisi Məmmədəli, bibiləri Məryəm və Ziyafət qalmışlar. Bibisi Ziyafət 1975-ci ildə ailə qurub başqa bir ünvana köçmüşdür. Əmisi Məmmədəli isə öldüyü günə kimi həmin evdə yaşamışdır. Cavabdeh1 Rəşid qızı isə ərə getdiyi günədək həmin evdə yaşamış və əri vəfat etdikdən sonra yenidən həmin evə qayıtmışdır. Babası öldüyü gündən onun atası X23 babasından qalmış miras əmlaka faktiki sahiblik etməyə başlamışdır. Atası sözügedən evin həyətyanı torpaq sahəsində şirniyyat satışı üçün tikili inşa etdirmişdir. Həmin evin elektrik sayğacı da atasının adınadır. 2015-ci il tarixdə atası DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən babası Əhmədov Rəşid (Abdulrəşid) Qəhrəman oğlunun adına olan fərdi yaşayış evinə aid torpaq qeydinin və texniki pasportun təsdiq olunmuş surətlərini götürərərək babası Əhmədov Rəşid (Abdurəşid) Qəhrəman oğlunun adına Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 196 ünvanında yerləşən evə dair xx.xx.2016-cı il tarixli çıxarış almışdır. Sonradan atası uzun müddət xəstə olduğu üçün sənədləşmə işlərini davam etdirə bilməmişdir. Evin həyətyanı sahəsində tikilmiş şirniyyat satışı üçün mağazanı atası ilə birlikdə işlətmişlər. Hazırda da o, həmin mağazada şirniyyat satışı ilə məşğul olur, sahibkarlıq fəaliyyətini həyata keçirir. xx.xx.2019-cu il tarixdə DƏDRX-nin X54 nümayəndəsi həmin üvana gələrək, hazırki iş üzrə cavabdeh olan bibisi Cavabdeh1 həmin evlə bağlı vərəsəlik hüququna dair şəhadətnamə aldığını və çıxarış almaq üçün idarəyə müraciət etdiyini, bununla bağlı da müayinə-ölçü işlərinin aparılmasının lazım olduğunu bildirmişdir. Lakin, o buna etirazını bildirmiş və nümayəndəyə etirazını bildirərək onu içəri buraxmamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Şəki Regional "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən onların xəbərləri olmadan, eyni zamanda da digər vərəsələr də məlumatlandırılmadan babasından miras qalmış evlə bağlı Cavabdeh1 adına xx xxxxxx 2019-cu il tarixli 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh1 da öz növbəsində həmin evlə bağlı adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi üçün DƏDRX-nin 12 saylı X61 müraciət etmiş və DƏDRX-nin 12 saylı X66 tərəfindən həmin şəhadətamə əsasında Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ev 1064) ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 Rəşid qızının adına daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2019-cu il tarixli çıxarış verilmişdir. Bununla da cavabdehlər tərəfindən onun hüquqları pozulmuşdur. Halbuki, Cavabdeh1 rəsmi qeydiyyatda olmağına baxmayaraq həmin evdə yaşamır. Cavabdeh1 evi qanunsuz olaraq adına keçirmək və satmaq istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki, babasının bütün vərəsələri onun vəfatından sonra vəfat etmişlər. O, cümlədən onun atası da sağlığında daim öz atasının qayğıları ilə maraqlanmış və mərhum atasının vərəsəsi kimi onun dəfnində və sonrakı yas mərasimlərində bir övlad kimi yaxından iştirak etmiş, yas mərasimi xərclərinin xeyli hissəsini özləri çəkmiş və yas mərasiminin yola verilməsində böyük rolu olmuşdur. Yas mərasimində yasa gələnlərin əksər hissəsi onun atasına baş sağlığı vermişdir. Atası həmin evdə və həyətində yaxşılaşdırma işləri aparmışdır. Beləliklə də, atası birinci dərəcəli vərəsə kimi öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin, atasının vərəsəsi kimi onun xəbəri olmadan həmin ev vərəsəlik yolu ilə bibisinin adına rəsmiləşdirilmişdir. O, özü də atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etsə də, atasından qalmış miras əmlakdan ona çatası payla bağlı onun mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh1 Rəşid qızıapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki rayon Məhkəməsi işə birtərəfli qaydada baxmış, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 Rəşid qızıapelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası vəfat etdikdən sonra iddiaçının atası Əli həmin evə tez-tez gəlirdi və onlara baş çəkirdi. Anasının vəfatından sonra qardaşı Əli həmin həyətdə mağaza inşa etdirmişdir. Həmin mağaza həyətlərinin aşağı hissəsində yerləşir və hazırda mağazanı iddiaçı işlədir. Qardaşı Əli də sağlığında həmin mağazada işləmişdir. Həmin ev ona atasından miras olaraq qaldığından həmin evi vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmişdir. Hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiаçı İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əmlak miras kimi babasından qalmışdır. Babası öləndən sonra həmin mirası atası Əli, atasının ölümündən sonra isə o qəbul etmişdir. O, miras əmlakın idarə olunmasında daim iştirak etmişdir. Bundan əlavə həmin ünvanda neçə illərdir mağaza işlədir. Cavabdeh notariat kontorunda vərəsəlik işi açdırarkən özündən başqa digər vərəsnin olmamasını bildirməklə bütün mirasa sahib olmuşdur. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Şəki Regional “Asan Xidmət” X49 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X54 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən tərtəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-249/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X24 ilə X8 arasında xx xxxxxxx 1955-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 308 nömrə ilə qeyd edilmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx xxx 1997-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. Nuxa şəhəri VVADQ Şöbəsi tərəfindən xx xxxxxxxx 1966-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə anadan olmuş İddiaçı atası X21, anası isə X25r. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuş Cavabdeh1 Rəşid qızının atası X24, anası isə X11r. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Ə-9 nömrəl arxiv arayışında göstərilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Şəki (Nuxa) rayon Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında xx xxxxxx 1937-ci ildə doğulan X67 Rəşid (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. X64-Rəşid (sənəddə olduğu kimi) Qəhrəman oğlu, anası isə Əhmədova Səliqət (sənəddə olduğu kimi) İslam qızıdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı X66 tərəfindən verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2016-cı il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 ünvanında yerləşən fərdi yaşayış evi X12 mülkiyyətindədir. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki Regional “Asan Xidmət” X40 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X12 vərəsələri kimi X26 və X30 vardır. Cavabdeh1 Rəşid qızı tərəfindən Şəki Regional “Asan Xidmət” X40 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 Rəşid qızı həmin ərizəsi ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan atası X12 xx xxxxxx 1991-ci il tarixdə vəfat etdiyini və atasının ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Şəki Regional “Asan Xidmət” X49 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V- 1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, xx xxxxxx 1991-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Əhmədova X48 şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 ünvanında yerləşən fərdi yaşayış evindən tam hissədə pay almalıdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı X66 tərəfindən verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti ev 1064) ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 Rəşid qızının mülkiyyətindədir. Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxx 2015-ci il tarixli məktubdan görünür ki, həmin məktubla Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi məhəllə nümayəndəsi tərəfindən verilmiş xx xxx 2015-ci il tarixli, 278 nömrəli məktuba əsasən X12 vərəsələrinin oğlu X23, qızı X2 (vəfat etmişdir), nəvələri X31, X27, X19, X16, X32, X20, X33, qızı (ikinci arvadı vəfat edib) X18, X4 (vəfat etmişdir), X9 (vəfat etmişdir), nəvələri X42 (vəfat etmişdir), X34 və qızı X1 qaldığı göstərilmişdir. Şəki Regional “Asan Xidmət” X49 tərəfindən 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, həmin məktubla Şəki şəhər İHB-nin Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 312 nömrəli arayışa əsasən xx xxxxxx 1991-ci il tarixdə vəfat etmiş X12 vərəsələri kimi oğlu X23 (vəfat etmişdir), X18 (vəfat etmişdir), qızı X2 (vəfat etmişdir), X4 (vəfat etmişdir və qızı X1 qaldığı göstərilmişdir. Şəki Regional “Asan Xidmət” X49 tərəfindən 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, həmin məktubla Şəki şəhər İHB-nin Nuxa Məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 313 nömrəli arayışa əsasən xx xxx 2018-ci il tarixdə vəfat etmiş X13 vərəsələri kimi oğlu İddiaçı, arvadı X37 (vəfat etmişdir), qızları X38, X35 və X10 qaldığı göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçı və müstəqil tələb irəli sürən şəxsin mübahisəli miras əmlaklara dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs – Əhmədov Abdulrəşid (Rəşid) Qəhrəman oğlu 1991-ci il il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə kolegiyası belə qənaətə gəlir ki, notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırki vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il redaksiyalı) 101-ci maddəsinin 2-ci hissəsinə əsasən bir yerdə yaşayan ər-arvadın və onların həddi-buluğa çatmayan uşaqlarının şəxsi mülkiyyətində onlardan birinə məxsus olan və ya onların hamısının ümumu mülkiyyətində olan bir yaşayış evi və ya onun müəyyən hissəsi ola bilər. Həmin maddənin ikinci hissəsində göstərilən vətəndaşlardan birinin və ya bir neçəsinin evin bir hissəsinə olan mülkiyyət hüququ, bu vətəndaşların qalanlarını həmin evin digər hissəsinə (hissələrinə) olan mülkiyyət hüququndan məhrum etmir. Həmin Məcəllənin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Qeyd olunan Mülki Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə-miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Qeyd olunan Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinin tələbinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 555-ci maddəsinin tələblərinə görə vərəsə, digər vərəslərin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1300-cü maddəsinə görə əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Həmin Məcəllənin 1318-ci maddəsinin tələbinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan Əhmədov Abdulrəşid (Rəşid) Qəhrəman oğlunun vəfatından sonra onun vərəsələri kimi X18, oğulları X23, X4, qızları X3, X7 və Cavabdeh1 qalmışlar. Lakin, Əhmədova X48 Regional “Asan Xidmət” X40 yazdığı xx xxxxxx 2019-cu il tarixli ərizəsində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 196 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan atası X12 ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edildi ki, notarius tərəfindən miras qoyan Əhmədov Abdulrəşid (Rəşid) Qəhrəman oğluna məxsus olan miras əmlakla bağlı vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, notarius tərəfindən hər hansı bir araşdırılma aparılmadan Cavabdeh1 Rəşid qızının yazdığı xx xxxxxx 2019-cu il tarixli ərizə və Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki Regional “Asan Xidmət” X40 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktub əsas götürülərək yalnız tək mirasçı kimi Cavabdeh1 adına xx xxxxxx 2019-cu il tarixli, 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, iş materiallarında olan Cavabdeh1 Rəşid qızının yazdığı xx xxxxxx 2019-cu il tarixli ərizə ilə Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki Regional “Asan Xidmət” X40 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda göstərilənlər bir-birinə zidd olmaqla, həmin ərizə və məktub vərəsələrin dairəsi ilə bağlı məlumatları xarakterizə edən sənəd olmamışdır. Notarius isə bu sənədlər arasındakı ziddiyyətə əhəmiyyət verməməklə həmin sənədlərin bu kimi vacibliyini diqqətə almamışdır. Vərəslik işi açılarkən digər vərəslərin, yəni iddiaçınınn iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və imtina etmələri barədə,) bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin ərizədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etmişdir ki, bu da hazırki iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına gətirib çıxarmışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı sonuncunun miras qalmış əmlakdan imtina etməsi halı da müəyyən edilməmiş, əksinə cavabdeh iddiaçının atası Əlinin, ondan sonra isə İddiaçı miras əmlaka gəlib-getdiyi, həmin əmlakın bir hissəsində mağaza işlətdiyini etiraf etmişdir. Bununla əlaqədar, apelyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, qanun üzrə vərəsəliyi qəbul edən, hazırkı iş üzrə Cavabdeh1 öz maraqlarından çıxış edərək digər qanun üzrə vərəsə olan iddiaçı barəsində notariusa məlumat verməməklə Mülki Məcəllənin 1300-cü maddəsinin, notarius isə həmin Məcəllənin 1318-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə ki, apelyasiya şikayətlərinə nəzər saldıqda cavabdeh tərəf öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Çünki yuxarıda qeyd olunduğu kimi apelyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1cimаddəsinəgörəаpellyаsiyаinstаnsiyаsıməhkəməsiqətnаmənidəyişdirmədən, аpelyаsiyаşikаyətiniisətəminetmədənsаxlаyаbilər Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlərəsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünəsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 Rəşid qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-249/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1141/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1141/2020
30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver