Məhkəmə qərarları › İş №2(107)-1147/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1147/2024

05.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1147/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızının cavabdehlər X7 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və X23 qarşı “çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə İddiaçı2 vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızının cavabdehlər X7 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2 və X23 qarşı “çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e- 2(051)-31/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X7 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi 8 saylı ünvanda yerləşən 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmasının və adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X14 ilə Cavabdeh1 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli, 4Ə-195 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X14 ilə X33 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi ev 8 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-199 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, X7 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.11ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında 14 mart 2015-ci ildə ********** saylı qeydiyyatın və adına verilmiş çıxarışın ləğv edilməsi və Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi 8 ünvanda yerləşən, hər birinin 0.0125 ha olmaqla, cəmi 0.75 torpaq sahəsinin bütövlükdə naturada bölünməsi haqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7 adına Mingəçevir şəhəri Cavabdeh2 küçəsi 8 saylı ünvanda yerləşən 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmasının və adına verilmiş çıxarışın ləğv edilməsi, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X14 ilə Cavabdeh1 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-195 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, Mingəçevir şəhər 2 saylı Notariat Ofisində təsdiq edilmiş X14 ilə X33 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015 ci il tarixli, 4Ə-199 nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, X7 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evinin mülkiyyət hüququ əsasında 14 mart 2015-ci il tarixdə ********** saylı qeydiyyatın və adına verilmiş çıxarışın ləğv edilməsi, Mİngəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiq edilmiş X14 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli 4Ə225 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız sayılması, adına verilmiş çıxarışın ləğv edilməsi və Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən, hər birinin 0.0125 ha olmaqla, cəmi 0.75 torpaq sahəsinin bütövlükdə naturada bölünməsi haqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6 və Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızının nümayəndəsi və vəkili sonradan iddia tələbinin həcminin Cavabdeh1 və X23 münasibətdə azaldılması barədə ərizə təqdim edərək, məhkəmədən yalnız Mingəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiqlənmiş X14 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. O, İddiaçı4 X7 qızı, İddiaçı2 onun əri, digərləri isə onların övladlarıdır. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 293 saylı Sərəncamı əsasında X8, onların, həmçinin X12 və digər 12 nəfər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Bundan sonra 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X8 0.0125 ha, İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125ha, İddiaçı1 Abdrəhman oğlunun 0.0125 ha, X10, İddiaçı6 0.0125 ha, X3 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/14 saylı qərarı ilə JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, üçüncü şəxslərə, yəni onlara və qeyrilərinə münasibətdə ləğv edilmiş, həmin tarixli qərardadla isə adlarına DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Yusif Məmmədov X54 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarını əldə etdikdən sonra 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Yusif Məmmədov torpaq sahəsinin 0.08 ha hissəsini Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015 ci il tarixli, 4Ə-195 və 4Ə-199 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, 0.05 ha hissəsini Cavabdeh1 0.03 ha hissəsini X23 bağışlamışdır. Qalan 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi 14 mart 2015-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2- 1(84)- 1150/2014 nömrəli qərarı ilə üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) "JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X8 0.0125 ha, torpaq sahəsi üzərində isə İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125 ha, İddiaçı1 0.0125 ha, X10, İddiaçı6 0.0125 ha, X3 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha miqdarda olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyatının ləğv olunması əsası ilə qüvvədən düşmüşdür. 6 nəfər payçının payı olan 0,75 ha torpaq sahəsi əvəzsiz olaraq cavabdehlərin adına keçmişdir. Odur ki iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən Mingəçevir şəhəri 2 saylı Notariat Ofisində təsdiqlənmiş X14 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015ci il tarixli 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması və adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərilənlərə əsasən izahat verərək bildirdi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-l(84)-1150/2014 saylı qərarı ilə JN-1395A, KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni 3-cü şəxslər X34, İddiaçı4, X11, İddiaçı1 Abdurrəhman oğlu, X9, İddiaçı6 Abdurrəhman oğlu, X5, Cavabdeh1, X31, X33, Cavabdeh2, X41, X49, X46, X16, X20, X56, X35 və X57 münasibətdə ləğv edilməsi qərara alınmışdır. Bundan sonra Mingəçevir şəhərinin Cavabdeh2 küçəsində yerləşən 0.19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. X59 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladları Cavabdeh2, Cavabdeh1 və nəvəsi Cavabdeh3 bağışlamışdır. Bunun da əsasında həmin şəxslər bağışlanmış əmlakı vicdanlı şəkildə qəbul etmişlər və bu barədə hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış almışlar. Lakin, hazırki vəziyyətdə iddia ərizəsində qeyd olunan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 adına Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, 8 ünvanında yerləşən torpaq sahələri mövcud deyildir. Həmçinin bununla bağlı Daşınmaz əmlakın dövlət reystrində qeydə alınmış çıxarışları mövcud deyildir. Digər Cavabdeh2 isə mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almış və onun adına həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Cavabdeh2 vicdanlı alıcıdır. Onu da qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(107)-49/2022 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014cü il tarixli, 2-1(84)- 1150/2014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)- 49/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin hazırki iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmaması, bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi üçün əsas deyildir. Bundan başqa X59 2014-cü ildə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən zaman 3-cü şəxs qismində digər şəxslərlə yanaşı, hazırki iş üzrə cavabdehləri də qeyd etmişdir. Bundan başqa onu da qeyd etməyi zəruri hesab edir ki, mərhum X14 özünə məxsus torpaq sahəsini cavabdehlərə bağışlaması barədə İddiaçı4 və digər şəxslərin xəbəri olmuşdur. Hazırki iddia üzrə iddiaçıların 9 ildən sonra bağışlanma müqaviləsini mübahisələndirmələri başa düşülən deyil. Əgər iddiaçılar bağışlanma müqaviləsindən narazı idilərsə, elə 2015-ci ildə də qeyd olunan bağışlanma müqaviləsini mübahisələndirərdilər. Lakin, iddiaçılar bu hüquqlarından istifadə etməmişlər. Eyni zamanda da iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, Qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Bundan başqa hazırki iş üzrə iddiaçılar ev növbəsinə durmaq üçün Mingəçevir şəhəri, Cavabdeh2 küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Hesab edir ki, İddiaçı4 və digərlərinin bağışlanma müqaviləsindən 2015-ci ildən xəbərdar olmasına baxmayaraq, 2021-2022-ci illərdən başlayaraq torpaq tələb etmələri Qanunvericiliyin tələbinə ziddir. Ona görə iddianın rədd edilməsi xahiş etmişdir.

7. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

8. Cavabdeh X24 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Onun payına düşən torpağı o, üç il bundan qabaq tanımadığı bir şəxsə satmışdır. O, torpaq sahəsi atasının sağlığında atası tərəfindən ona bağışlanmışdır. Burada heç bir mübahisə yox idi və o, rahat şəkildə ona bağışlanan mülkdən öz istədiyi kimi istifadə etmişdir. Hazırkı mübahisə üzrə Xəyal Məmmədovun torpağı ayrıdır. O, torpaq sahəsi Aydın Məmmədov küçəsinə aiddir. Qarşı tərəfin verdiyi şikayətdə isə 19 sot olan torpaqdan söhbət gedir. Onlar 19 sot olan torpağın mübahisəsi ilə bağlı məhkəməyə müraciət ediblər. Onun qardaşı olan küçə Cavabdeh2 ev 8 olub. O da həmin mənzili Nurlan adlı şəxsə satıb. Onun adında bu gün əmlak yoxdur. Bu torpaq onun atasının şəxsi mülkü olub. Onlarda nə olubsa hamısı qanuni yollarla həyata keçirilib. Hesab edir ki, qarşı tərəfin iddiası əsassızdır. Ona görə iddianın rədd edilməsi xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh X42 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir.

10. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

11. Mingəçevir Şəhər Məhkəməsinin (hakim E.Cəbrayılzadə) 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, X17 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, 4Ə-225 saylı Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8D ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun 100 manat Cavabdeh2 tutulub iddiaçılara verilməsi, ekspertiza tədqiqatın dəyəri olan 50 (yüz) manat məbləğində pulun müştərək qaydada iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2007-ci il tarixli 293 saylı Sərəncamı əsasında X17, X25 və digər 12 nəfər ailə üzvlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Daha sonra 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində X8 0.0125 ha, torpaq sahəsi üzərində isə İddiaçı4 0.0125 ha, İddiaçı2 0.0125ha, İddiaçı1 Abdrəhman oğlunun 0.0125 ha, X10, İddiaçı6 0.0125ha, X3 0.0125 ha və digər ailə üzvlərinin isə torpaq sahəsində hər birinin payları 0.0125 ha olmaqla 27 avqust 2014-cü il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1 (84)-1150/14 saylı qərarı JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, üçüncü şəxslərə münasibətdə ləğv edilmiş, həmin tarixli qərardadla isə adlarına DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Yusif Məmmədov X54 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarını əldə etdikdən sonra 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra Yusif Məmmədov torpaq sahəsinin 0.08 ha hissəsini Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2015-ci il tarixli, 4Ə-195 və 4Ə-199 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 0.05 ha və X23 0.03 ha sahəni bağışlamışdır. Daha sonra Yusif Məmmədov xx.xx.2015-ci il tarixli, 4Ə-225 nömrəli notarial əqd (bağışlama müqaviləsi) əsasında yerdə qalan hissənin 0,008 ha hissəsini Cavabdeh2 bağışlamış və sonuncunun mülkiyyət hüquqları**********62 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)- 1150/2014 nömrəli qərarı üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) "JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarının ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) "JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır. Bu əsasla Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanına dair X8 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın üzərində çoxsaylı əməliyyatlar aparıldığından sonuncu əməliyyatlar istisna olunmaqla, 06.02.20l5-ci ildə tərtib edilmiş çıxarışın hər-hansı hüquqi qüvvəsi olmadığından ləğv edilməsinə zərurət qalmadığı qeyd edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericilikdə əqdin etibarlı olmasını şərtləndirən əsas ünsürlər, əqdin subyekt tərkibinin, məzmununun, formasının, iradə və iradə ifadəsinin məcmu halında qüsursuz halda mövcud olmasında ifadə olunur. Həmin ünsürlərdən birinin qüsurlu olması əqdin etibarsız hesab olunması üçün əsasdır.

14. Məhkəmə hesab etmişdir ki, iddianın predmeti olan, xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər 2 saylı xüsusi notariat kontorunda X17 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarlı olması istisna edilir. Belə ki, qeyd olunan bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəf şəxsən iştirak etsələr də, müqavilə notarius tərəfindən təsdiq edilsə də, müqavilənin forma və məzmunu qanunvericiliyin tələbinə uyğun tərtib edilsə də, sonradan müqavilənin bağlanmasına əsas olan hüquqmüəyyənedici sənəd olan xx.xx.2015-ci il tarixdə X8 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsinə əsas olan X54 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)- 477/2023 saylı qərarı ilə ləğv edildiyindən, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8- də yerləşən 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə 4Ə-225 nömrəli əqd əsasında Mingəçevir 2 saylı notariat kontorunda qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir.

15. Məhkəmə həmçinin hesab etmişdir ki, mübahisə edilən bağışlama müqaviləsi bağlanan zaman etibarlı olsa da, sonradan sözügedən çıxarışın öz hüquqi qüvvəsini itirməsi səbəbindən artıq bağışlama müqaviləsi etibarsız sayılmaldır.

16. Məhkəmə, həmçinin cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə, həmçinin nəzərə alır ki, hazırkı iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, mübahisəyə iddia müddəti deyil, kəsici müddətin tətbiq edilməsi məsələsi müəyyən edilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, xx.xx.2015-ci il tarixdə Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış 4Ə-225 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi xx.xx.2015-ci il tarixdə X8 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış əsasında bağlanmışdır. Həmin Çıxarışın verilməsinə isə X54 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarı əsas olmuşdur. Həmin qərar isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-l(102)- 477/2023 saylı qərarı ilə ləğv edilmişdir. İddiaçı tərəf isə həmin bağışlama müqaviləsini 16.11 2022-ci il tarixdə mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı tərəf əqdin etibarsız sayılmasına əsas verən halları 07 mart 2023-cü il tarixdə bilmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəf müddəti ötürmədən məhkəməyə müraciət etmiş və mübahisəyə kəsici müddətin tətbiq edilməsi istisna edilir.

18. Məhkəmə belə nəticəyə gəlmişdir ki, X17 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri Cavabdeh2 küçəsi ev 8-də yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə Mingəçevir 2 saylı xüsusi notariat kontorunda bağlanmış 4Ə-225 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edildiyindən, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da ləğv edilməlidir.

19. Məhkəmə cavabdeh tərəfin dəvət etdiyi və məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrinin iş üçün əhəmiyyəti olan hallara aid olubolmamasının müəyyən edilməsi üçün həmin şahid ifadələrinə iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halında qiymət verilməsinin zəruriliyini nəzərə alaraq hesab etmişdir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri iş üçün əhəmiyyəti olan hallara aid olsa da, şahidlər iddiaçıların və cavabdehlərin bacıları olduğuna görə işin gedişində maraqlı olmuşlar. Ona görə də məhkəmə şahid ifadələrini qohumluq münasibətlərinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirir və işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul etmir.

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 139-1, 149.2, 144.3, 146.1, 157.2, 157.1, 157.5, 152.1, 152.2, 152.3, 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.2, 407.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 117.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

22. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)1150/2014 saylı qərarı ilə JN-1395A, KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən, yəni 3-cü şəxslər X34, İddiaçı4, X11, İddiaçı1 Abdurrəhman oğlu, X9, İddiaçı6 Abdurrəhman oğlu, X5, Cavabdeh1, X31, X33, Cavabdeh2, X41, X49, X50, X16, X20, Əliyeva İlahəƏli qızı, X36 və X57 münasibətdə ləğv edilməsi qərara alınmışdır.

23. Bundan sonra Mingəçevir şəhərinin Cavabdeh2 küçəsində yerləşən 0.19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir.

24. Mərhum atası Yusif Məmmədov mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladları Cavabdeh2, Cavabdeh1 və nəvəsi Cavabdeh3 bağışlamışdır. Bunun da əsasında həmin şəxslər bağışlanmış əmlakı vicdanlı şəkildə qəbul etmişlər və bu barədə hüquqları Daşınmaz Əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış almışlar.

25. Bundan başqa o, mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almış və ona həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir.

26. Onu da qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 saylı qərarını ləğv edilməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin hazıki iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmaması, “bağışlanma” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsas deyildir. Çünki, qeyd olunan bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəf şəxsən bağışlanma müqaviləsi zamanı iştirak etmişlər, müqavilə notarius tərəfindən təsdiq edilmiş və müqavilənin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi bağışlanma müqaviləsi qanunvericiliyin tələblərinə tam riayət edilməklə bağlanmış və onun etibarsız sayılması üçün heç bir əsas yoxdur.

27. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış və əsassız olaraq xx.xx.2015-ci il tarixli, 4Ə-225 nömrəli bağışlanma müqaviləsini etibarsız hesab etmiş və Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Mingəçevir şəhəri Cavabdeh2 küçəsi, 8D ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun ********** nömrə ilə qeydiyyata alınmasına dair **********62 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışı ləğv etmişdir.

28. Hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin şahid ifadələrini sübut növü kimi qəbul etməməsi tamamilə Qanunvericiliyin tələblərinə ziddir və qərəzlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şəxslər İddiaçı4 ilə birlikdə mərhum X7 övladlarıdır. Həmin şahidlər iş üzrə ən vacib məsələlər barədə məhkəməyə məlumat vermişlər. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan şahid ifadlərini sübut növü kimi qəbul etməməsi başa düşülən deyil. Çünki, mərhum sağlığında mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladları Cavabdeh2, Cavabdeh1 və nəvəsi Cavabdeh3 bağışlanmasından bütün bacı və qardaşların xəbəri olmuşdur. Lakin, Məhkəmə bu halları nəzərə almamış, yalnız Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin hazıki iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmamasını əsas gətirərək iddia tələbinə kəsici iddia müddətini tətbiq etməmişdir. Halbuki, iş üzrə şahid qismində dindirilmiş şahidlər mərhum ataları X7 özünə məxsus torpaq sahəsini bağışlayan zaman, yəni 2015-ci ildə bütün övladlarına bu barədə məlumat verdiyini, bütün qardaş-bacılar da bununla razılaşdığını və həmin zaman da İddiaçı4 buna etiraz etmədiyini bildirmişlər. Ancaq nədənsə işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, yalnız iddiaçıların nümayəndəsinin izahatına və iddia ərizəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Halbu ki, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, şahidlər X41 və X26 izahatlarında mərhum atalarının torpaq sahəsini Cavabdeh2, Cavabdeh1 və Xəyal Məmmədova bağışlamasından onların hamısının, eyni zamanda da iş üzrə İddiaçı4 2015-ci ildən xəbərləri olduğunu qeyd etmişlər. Belə olan halda, Mingəçevir Şəhər Məhkəməsinin yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanması tam qanunsuz və əsassızdır.

29. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.

30. İş üzrə şahid qismində dindirilmiş şəxslər birbaşa hadisənin şahidi olan şəxslərdir. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi ilkin olaraq iddiaçıların mübahisələndirilən bağışlanma müqaviləsindən nə vaxt xəbərləri olduğunu aydınlaşdırmamışdır. Halbu ki, mərhum ataları X1 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladları Cavabdeh2, Cavabdeh1 və nəvəsi Cavabdeh3 bağışlanmasından bütün bacı və qardaşların xəbəri olmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahidlər mərhum ataları X7 özünə məxsus torpaq sahəsini bağışlayan zaman, yəni 2015-ci ildə bütün övladlarına bu barədə məlumat verdiyini, bütün qardaş-bacılar da bununla razılaşdığını və həmin zaman da İddiaçı4 buna etiraz etmədiyini bildirmişlər. Ancaq nədənsə işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, yalnız iddiaçıların nümayəndəsinin izahatına və iddia ərizəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Halbu ki, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, şahidlər X41 və X26 izahatlarında mərhum atalarının torpaq sahəsini Cavabdeh2, Cavabdeh1 və Xəyal Məmmədova bağışlamasından onların hamısının, eyni zamanda da iş üzrə İddiaçı4 2015-ci ildən xəbərləri olduğunu qeyd etmişlər. Lakin, işə baxan məhkəmə bu halları nəzərə almamış, bununla da iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

31. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdeh2 həmçinin apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli qətnaməsində iddiaçı tərəfin əqdin etibarsız sayılmasına əsas verən halları 07 mart 2023-cü ildə bildiyini qeyd etmişdir.

33. Lakin onlar bununla qəti olaraq razı deyillər. Belə ki, iddiaçı tərəfin mübahisələndirilən bağışlama müqaviləsindən elə 2015-ci ildə xəbərləri olmuşdur. Digər tərəfdən isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin iddiaçıların nümayəndəsi və vəkilinə ünvanladığı 08 sentyabr 2021-ci il tarixli cavab məktubunda X8 mülkiyyətində olan Mingəçevir şəhəri Cavabdeh2 küçəsində yerləşən torpaq sahəsini xx.xx.2015-ci il tarixdə başqa şəxsə bağışladığını qeyd etmişdir. Belə olan halda iddiaçı tərəfindən rəsmi qaydada 08 sentyabr 2021-ci il tarixdə qeyd olunan bağışlama müqaviləsindən xəbərləri olduğu tam sübuta yetir. Lakin iddiaçı tərəf qanunvericilikdə müəyyən olunmuş qaydada iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Abdurəhma oğlu, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı, cavabdeh X33 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40.Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:

42. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)- 31/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı əsasında X17, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızı, Cavabdeh2 və digərlərinin ümumibirgə mülkiyyətinə 0.25 ha torpaq sahəsinin verilməsi barədə JN1395A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Daha sonra 0.19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində X8 tam mülkiyyət hüququ, torpaq sahəsi üzərində isə X17, hazırkı iş üzrə iddiaçılar, cavabdehlər və digərləri də daxil olmaqla cəmi 16 mülkiyyətçinin hər birinin payı 0.0125 ha olmaqla 27 avqust 2014cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/14 saylı qərarı ilə JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qismən, üçüncü şəxslərə münasibətdə ləğv edilmiş, həmin tarixli qərardadla isə iddia tələbi DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı çıxarışın qismən ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. X54 Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli qərarı qəbul edildikdən sonra 0.19 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 50.53 kv. metr olan fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə Yusif Məmmədovun adına qeydiyyata alınmışdır. Bundan sonra xx.xx.2015-ci il tarixdə X17 ilə Cavabdeh2 arasında bağlanmış, Mingəçevir şəhər 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 4Ə-225 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 həmin torpaq sahəsinin 0.08 ha hissəsini Cavabdeh2 bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 24 aprel 2015-ci il tarixdə verilmiş **********62 reyestr nömrəli çıxarışla Mingəçevir şəhəri Cavabdeh2 küçəsi 8D ünvanında yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2- 1(84)-1150/2014 nömrəli qərarı üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, inzibati iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)-477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsinə qarşı (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı) “JN 1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər X15, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

51. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.

52. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

53. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibariığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

54. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2014-cü il tarixli, 2-1(84)-1150/2014 saylı qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)- 477/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarının ləğv edilərək iddia tələbinin hazıki iş üzrə iddiaçılara münasibətdə mümkün sayılmamasınin “bağışlanma” müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün əsas olmaması, çünki, qeyd olunan bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəfin şəxsən bağışlanma müqaviləsi zamanı iştirak etmələri, müqavilənin notarius tərəfindən təsdiq edilməsi və müqavilənin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi, göründüyü kimi bağışlanma müqaviləsinin qanunvericiliyin tələblərinə tam riayət edilməklə bağlanması və onun etibarsız sayılması üçün heç bir əsasın olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, JN-1395A kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinə dair X54 Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-1150/2014 saylı qərarı Şəki Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ilə üçüncü şəxlər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə ləğv edilərək, JN 1395A. kod 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslərə dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayevə) Günel Abdurəhman qızı, X13 və Hüseynova (Abdullayevə) Qumral Abdurəhman qızına münasibətdə rədd edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)-477/2023 saylı qərarı ilə isə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 2-1(107)-49/2022 saylı qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, torpağın mülkiiyətə verilməsinə dair şəhadətnamənin üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına dair hissədə ləğv edilməsi və adının qalması barədə iddia tələbi üçüncü şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına münasibətdə mümkün sayılmamışdır.

56. Göründüyü kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(102)-477/2023 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırkı iş üzrə iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, Qurbanova (Abdullayeva) Günel Abdurəhman qızı, İddiaçı6, Hüseynova (Abdullayeva) Qumral Abdurəhman qızına dair hissədə ləğv edilməsi barədə iddia tələbinin əsassız və həmin tələb üzrə qəbul edilmiş X54 Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)-1150/2014 saylı qərarının qanunsuz olması müəyyən edilmişdir.

57. Ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsinə dair verilmiş şəhadətnamədən iddiaçıların adlarının qanunsuz məhkəmə aktı əsasında çıxarılması, sonradan isə özgəninkiləşdirilərkən buna dair iddiaçıların hər hansı bir razılıqlarının alınmaması, X17 ilə Cavabdeh2 arasında Mingəçevir şəhəri, Cavabdeh2 küçəsi, ev 8 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olmasına dəlalət edir.

58. Bu baxımdan apellyasiya şikayətinin bağışlanma müqaviləsi bağlanarkən, hədiyyə verən və hədiyyə alan tərəfin şəxsən iştirak etmələri, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, müqavilənin qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib edilməsinə dair dəlilləri 0,08 ha torpaq sahəsinin bağışlanması barədə xx.xx.2015-ci il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş 4Ə-225 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsızlığını istisna edən hallar kimi şərh edilə bilməzlər.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mərhumun sağlığında mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini övladı Cavabdeh2 bağışlamasından bütün bacı və qardaşların xəbərinin olması, Mingəçevir Şəhər Məhkəməsinin şahid ifadələrini sübut növü kimi qəbul etməməsinin tamamilə Qanunvericiliyin tələblərinə zidd və qərəzli olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmiş X17 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi üzrə notariat qovluğunda olan sənədlərdən görünür ki, notariat əməliyyatı aparılarkən X17 və Cavabdeh2 başqa digər şəxslərin notariat əməliyyatında iştirak etmələri, həmin notariat əməliyyatından digər şəxslərin məlumatlı olmaları halı müəyyən edilməmişdir.

60. Həmçinin birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X41 və X2 Yusif Əbdülhüseyn oğlu ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış bağışlama müqaviləsindən onların və iddiaçıların məlumatlı olmalarına dair heç bir fikir ifadə etməmişlər.

61. Bundan əlavə işin hallarından iddiaçılardan yalnız İddiaçı4 cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin bacısı olması müəyyən edilmiş, lakin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər tərəfindən digər iddiaçıların X17 tərəfindən torpaq sahəsinin Cavabdeh2 verilməsindən, veriləcəyindən məlumatlı olmaları barədə heç bir fikir ifadə edilməmişdir.

62. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şahid qismində dindirilmiş şəxslərin ifadələrinə iş üzrə mötəbər sübut qismində istinad etməməkdə doğru mövqedən çıxış etmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun mərhum atası Yusif Məmmədovun ona bağışladığı torpaq sahəsini vicdanlı qaydada almasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh2 torpaq sahəsini X6 alqı-satqı deyil, bağışlama qaydasında əldə etmişdir. Həmçinin Cavabdeh2 kənar şəxs deyil, İddiaçı4 qardaşı, iddiaçılardan İddiaçı2 qaynı, digər iddiaçıların isə dayısıdır.

64. Beləliklə Cavabdeh2 Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı Sərəncamı əsasında torpaq sahəsinin yalnız atası X8 deyil, o cümlədən də iddiaçıların ümumibirgə mülkiyyətlərinə ayrılmasından məlumatı olmuşdur.

65. Həmçinin Аzərbаycаn Respublikаsının Kоnstitusiyа Məhkəməsinin bir sıra qərarlarında alqı-satqı münasibətləri üzrə аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, оnun vicdаnlı аlıcı qismində qəbul оlunmasının mümkünlüyü qeyd edilmişdir.

66. Belə ki, “S.N.Məmmədоvаnın şikаyəti uzrə Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kоllegiyаsının аktlаrının Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yоxlаnılmаsınа dаir” Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 27 оktyаbr 2004-cü il tаrixli qərаrındа Kоnstitusiyа Məhkəməsinin hüquqi mövqeyi оndаn ibаrət оlmuşdur ki, əmlаkı bаşqа şəxslərdən əldə edən hər bir аlıcıdа əqdin legitimsizliyi bаrədə şübhə yаrаnmаdıqdа, о vicdаnlı аlıcı qismində qəbul оlunur. Bundаn bаşqа, əldə оlunmuş əmlаkа üçüncü şəxslərin mümkün iddiаlаrındаn xəbəri оlmаdığı hаllаrdа dа аlıcı vicdаnlı hesаb edilir.

67. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi üzrə vicdanlı əldə edən qismində qəbul edilməsi mümkünsüzdür.

68. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

69. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddia tələbinə kəsici müddəti tətbiq etməməsi, iddiaçı tərəfin qanunvericilikdə müəyyən olunmuş qaydada iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair dəlillərini də əsaslı hesab etmir.

71. Kollegiya ilk öncə qeyd etməyi vacib hesab edir ki, iddia və kəsici müddətlər birbirindən tamamilə fərlənirlər.

72. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqa sözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Nəzərə alınmalıdır ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun.

73. Kəsici müddət isə şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

75. Həmin Qərarda həmçinin göstərilmişdir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

76. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir.

77. Beləliklə kollegiya qeyd edir ki, X17 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əhəmiyyətsiz bir əqd olduğundan həmin əqd üzrə mübahisələndirməyə iddia və yaxud kəsici müddətlərin tətbiqi imkanları nəzərdə tutulmamışdır.

78. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin Mingəçevir Şəhər Məhkəməsinin iddiaçıların mübahisələndirilən bağışlanma müqaviləsindən nə vaxt xəbərləri olduğunu aydınlaşdırmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıların mübahisələndirilən bağışlanma müqaviləsindən məlumatlı olduqları tarix, birinci instansiya məhkəməsinin müəyyən etdiyindən fərqli olarsa belə, həmin hal müqavilənin etibarsızlığını istisna etməyəcəkdir.

79. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarına əsasən Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

80. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə iş materiallarından iddiaçılar tərəfindən X17 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin bəyənilməsi halı müəyyən edilməmişdir.

81. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli, e-2(051)-31/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar