Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1149/2025 24.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11rşı “ona məxsus fərdi yaşayış evinin yanında cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin üzərinə qoyulması, uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair ilk, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “ünvan 1ndəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin İddiaçı vəsaiti hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş (Açar sözlər: tikililər arasında ara məsafəsi, hüquqlarının balanslı qorunması, qeyri-bərabərlik və ədalət prinsipininin pozulması) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Iddiaçının vəkili Vəkil, Cavabdehin vəkili Nümayəndə iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları ************ reyestr nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, İddiaçı xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.06 ha ölçülü torpaq sahəsi vardır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2022-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2022-ci ildə tərtib edilmiş, A****** seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, ************ reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.06 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Qax rayonu DNK, Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-206, ##.##.2022. olmuşdur. Şəki şəhər Icra Hakimiyyətinin, obyektin tikintisinə ** saylı, ##.##.2024-cü il tarixli icazəsindən görünür ki, döngə nöqtələri, kordinatlar, istismar təyinatı və layihə üzrə əsas texniki göstəricilər qeyd olunmuş ünvan 1ndə Cavabdeh xüsusi mülkiyyətində olan 0.015 ha torpaq sahəsində, 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi, Ekologiya və X5 Dövlət Ekoloji Ekspertiza Agentliyinin, FHN DYNX-nin, Gigiyena və Epidemologiya Mərkəzinin rəyləri nəzərə alınmaqla icazə verilmişdir. “xxxx” MMC tərəfindən 2019-cu il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Zərifə Əliyeva ilə Mahmud Ismayılov küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin X8” layihə sənədindən görünür ki, sənəd Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edilmişdir. ************ reyestr nömrəli daşınmaz əmlakən çıxarışından görünür ki, Cavabdeh xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.015 ha ölçülü torpaq sahəsi vardır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2019-cu il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. ##.##.2019-cu ildə tərtib edilmiş, A 454944 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, ************ reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.015 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Şəki Regional “Asan xidmət” mərkəzi, Alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, 4ə-2567, ##.##.2019. olmuşdur. Şəki şəhər Icra Hakimiyyət tərəfindən verilmiş */** nömrəli, ##.##.2024-cü il tarixli “tikintiyə icazə barədə xüsusi nişan”dan görünür ki, həmin sənəd Cavabdeh, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.015 ha ölçülü torpaq sahəsidə tikintisinə icazə verilmiş 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinə verilmişdir. “xxxx” MMC tərəfindən 2023-cü il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Mahmud Ismayılov küçələrində layihələndirilən 2 mərtəbəli qeyri-yaşayış (mağaza binasının Işçi Layihə MH - Memarlıq Həlli” sənədindən görünür ki, sənəd Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılb təsdiq edilmişdir. Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili qeyri-yaşayış obyekti olduğundan tikintiyə icazə icraatı tətbiq edilərək, onun 2022-ci ilin oktyabr ayında Şəki Şəhər Icra Hakimiyyətinə etdiyi müraciət əsasında şəhərin Mahmud Ismayılov küçəsində onun mülkiyyətində olan 0.015 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə proseduruna başlanılmışdır. Belə ki, qeyd edilən ərazinin müfəssəl planı olmadığından Məcəllənin 11-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən “Şəhərsalma əsaslandırılması” hazırlanmış və baxılaraq təsdiq edilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra Komitə) göndərilmiş və Komitənin 2023-cü il ## ### tarixli, *-**/*-*-**/**** nömrəli Sərəncamının 1.7-ci bəndi ilə təsdiq edilmiş, qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli layihəçi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğun olaraq hazırlanmış və Komitənin Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğunluğu yoxlanılaraq (##.##.2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubla) müsbət rəy verilmişdir. Beləliklə, X3 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Mahmud Ismayılov küçəsində ona məxsus fərdi yaşayış evinin yanında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Bahadır oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Şəki şəhəri Mahmud Ismayılov küçəsində 0,06 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində hüquqları ## #### 2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli hazırlanmış və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş, tərəfindən fərdi yaşayış evinin inşasına başlanılmışdır. Hal-hazırda tikinti işləri yekunlaşmış, yaşayış evinin daxili hissələrinin təmirinə başlanılmışdır. Bir müddət əvvəl, torpaq sahəsinin qonşuluğunda olan boş torpaq sahəsində, onun fərdi yaşayış evi ilə ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparıldığını görüb, tikinti işlərinin kimin tərəfindən aparılması ilə maraqlandıqda Cavabdeh Bahadır oğlu olmasını bilmişdir. O, həmin şəxsdən tikinti işlərinin dayandırılmasını və müvafiq ara məsafəsi gözlənilməklə tikinti işlərinin aparılmasını xahiş və aidiyyəti qurumlara şikayətlər etmiş, lakin hərhansı bir müsbət nəticə əldə etməsi mümkün olmamış və şikayətləri də nəticəsiz qalmışdır. Bu səbəbdən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli **(***)-**/**** nömrəli qərardadı ilə ərizəsi təmin edilmişdir. Tikinti işləri müvəqqəti olaraq dayandırılsa da, ancaq aparılmış qanunsuz tikinti sökülməmiş və olduğu kimi qalmışdır. Cavabdeh Bahadır oğlu tərəfindən tikintisi aparılan obyekt onun qanuni sənədlər əsasında inşa etdirdiyi fərdi yaşayış evinə demək olar kı, bitişdirilərək, ara məsafəsi nəzərə alınmadan, tikinti norma və qaydaları, yanğın təhlükəsizliyi normaları gözlənilmədən insanların həyatı üçün təhlükəli vəziyyət yaradılmaqla inşa edilmişdir. Həmçinin, inşa edilmiş qanunsuz tikili yekunlaşacağı təqdirdə birbaşa onun inşa etdiyi fərdi yaşayış evinin pəncərəsinin önünü kəsməklə ondan istifadəni səmərəsiz hala gətirəcəkdir. Yəni faktiki vəziyyətdə Cavabdeh Bahadır oğlunun qanunsuz hərəkətləri nəticəsində o, öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilməyəcəkdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra, cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin qarşılıqlı iddia üzrə cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddianın əsassızlığına dair mötəbər sübutlara istinad edən mülahizələri etiraz ərizəsində dolğun ifadə edərək məhkəməyə təqdim etmişdir. Iddiaçının özünün etiraflarına görə, ünvan 1ndə yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## #### 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni ünvan 1ndə yerləşən 0.015 ha torpaq sahəsi 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № ************) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə qonşuluqdakı torpaq sahəsi onun mülkiyətində olmuşdur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, o, inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin ortaq divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. Iş materiallarına əlavə edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq ortaq divarı öz obyektinin bir elementinə çevirmiş İddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuşdur. Məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən İddiaçı öz torpaq sahəsi üzərində arada olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Sözügedən ortaq divarın ağır yükdaşıyıcı konstruksiyanı saxlamaq üçün yararsız olan zəif bünövrəsi İddiaçı məxsus obyektin bütövlükdə etibarlılığını, dayanıqlığını uzun müddət təmin etmək iqtidarında deyil. Bu isə inşa etdirməyi planlaşdırdığı obyektin təhlükəsizliyinə və etibarlılığına, o cümlədən həm ona, həm də İddiaçı məxsus obyektlərdə yaşayacaq, işləyəcək insanların həyat və sağlamlığına təhlükə yaradan ciddi və aradan qaldırılması vacib olan nöqsandır. Torpaq sahələri arasındakı ortaq divarın zəif təməli üzərində ağır yükə səbəb olmuş yükdaşıyıcı konstruksiyanın yerləşdirilməsi heç bir inşaat norma və qaydaları ilə uzlaşmamaqla yanaşı gələcəkdə ciddi qəzaların baş verməsinə də əlverişli zəmin yaratmaqdadır. Istənilən tikinti konstruksiyasının təməlini təşkil edən bünövrə davamlı və etibarlı olmalıdır. Xüsusilə Şəki kimi rütubətli bir rayonda bünövrənin nəmə qarşı izolyasiyası tədbiri obyektin etibarlılığını, dayanıqlığını təmin etmək üçün zəruri şərtdir. Bu baxımdan sözügedən ortaq divarın bünövrəsi heç bir standartlara cavab vermir və belə bir divar böyük obyektin konstruktiv elementi funksiyasını uzun müddət icra edə bilməz. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi həcm-fəza qaydalarında da ciddi nöqsanlara yol vermiş İddiaçı, obyektinin çıxıntılı pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Bu fakt öz təsdiqini Roma hüququndan miras qalmış və müasir hüququn da fundamental prinsipinə çevrilmiş - “torpaq kimə məxsusdursa, torpağın üstündəki hava məkanı da ona məxsusdur” - prinsipində tapmaqdadır. Elmi coğrafi mülahizələrə görə də torpaq sahəsinin üstündəki hava məkanı qarşılıqlı enerji və maddələr mübadiləsi baxımından həmin torpaq sahəsi ilə sıx əlaqədə olduğu üçün onun tərkib hissəsi sayılır. Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətə qəsd konstitusion dəyərləri də qəsdə məruz qoyur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. İddiaçı bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edir. Bu barədə o, dəfələrlə xəbərdarlıq etsəm də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən qarşı tərəfin mübahisə predmeti ilə əlaqəli mülki münasibətlərdəki qatı fərdiyyətçiliyindən doğan antisosial mövqeyinin nə dərəcədə hüquqa zidd olduğunu Ali Qanunda aydın şəkildə görə bilirik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 2-ci bəndi hüquq və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə etdiyini, 25-ci maddəsinin 3-cü bəndi dövlətin hər kəsin hüquq və bərabərliyinə təminat verdiyini, 26-cı maddəsinin 2-ci bəndi dövlətin hər kəsin hüquqlarının və azdlıqlarının müdafiəsinə təminat verdiyini bəyan edir. Bu müddəaların formalaşdırdığı konstitusion prinsipə görə - “hər bir insanın hüquq və azadlıqları digər insanların hüquq və azadlıqlarının başlandığı sərhədədək uzanır. Hər bir insanın hüquqlarının həyata keçirilməsi cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşır”. Obyektinin pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinə çıxarmaqla qarşı tərəf şəxsi toxunulmazlıq hüququnun da pozulmasına əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. İddiaçı yol verdiyi bu nöqsanlar və bu mübahisəyə münasibətdə qərəzli, qeyri-səmimi, qeyridürüst mövqeyi mülkiyyətində olan torpaq sahəsində qanuna və digər normativ tələblərə uyğun şəkildə apardığı tikinti işlərini ləngidir, ona mənsub olan əmlakdan istədiyi kimi istifadə etmək imkanlarını məhdudlaşdırır, dövlət tərəfindən tanınan və qorunan digər hüquqlarının realizəsinə ciddi əngəl yaradır. Mülkiyyətindəki torpaq sahəsindəki tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, layihəçi “xxxx” MMC tərəfindən işlənilmiş tikinti layihəsini, həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ##.##.2023-cü il tarixli, 3-35-2/2- ****/**** nömrəli rəyini, Azərbaycan Respublikası FHN DYNX-nin ##.##.2024-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyini, Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin ##.##.2023-cü il tarixli *** nömrəli rəyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ##.##.2023-cü il tarixli, ER-**/**** nömrəli rəyini, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyini, obyektin tikintisinə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** saylı icazəni, tikintiyə icazə barədə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, */** nömrəli xüsusi nişanı rəhbər tutaraq başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Iddiaçının özünün etiraflarına görə, ünvan 1ndə yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## #### 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni ünvan 1ndə yerləşən 0.015 ha torpaq sahəsi isə 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsusdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 05dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № ************) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə, qonşuluqdakı torpaq sahəsi onun mülkiyətində olmuşdur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, özü inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin həmin divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. Təqdim edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq həmin divarı öz obyektinin bir elementinə çevirmiş iddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuş, yol verdiyi nöqsanları aradan qaldırmaq əvəzinə əsassız iddia ilə onun qanunauyğun şəkildə apardığı inşaat işinə əngəl yaratmaq üçün ədalət mühakiməsini öz qərəzli planının realizə vasitəsinə çevirmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən İddiaçı öz torpaq sahəsi üzərində aralarında olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi iddiaçı obyektinin həcmfəza həllində də ciddi nöqsanlara yol vermişdir. Belə ki, obyektinin çıxıntılı pəncərə hissəsini onun mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. Iddiaçının bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edəcəkdir. Bu barədə o, iddiaçıya dəfələrlə xəbərdarlıq etsə də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən iddiaçının mülki münasibətlərdəki fərdiyyətçi mövqeyinin nə dərəcədə hüquqa zidd olduğu aydın şəkildə görünmüşdür. Qeyd olunanlar, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər, fotoşəkillər qeyd-şərtsiz ona dəlalət edir ki, ara məsafəsinə dair normativ tələbi pozan məhz, iddiaçının özü olmuşdur. O, isə tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər müvafiq normativ aktların tələblərini rəhbər tutaraq (layihəçi “xxxx” MMC tərəfindən işlənilmiş tikinti layihəsi; həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ##.##.2023-cü il tarixli, 3-35-2/2- ****/**** nömrəli rəyi; Azərbaycan Respublikası FHN DYNX-nin ##.##.2024-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyi; Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin ##.##.2023-cü il tarixli *** nömrəli rəyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ##.##.2023-cü il tarixli, ER-**/**** nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi; obyektin tikintisinə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** saylı icazə; tikintiyə icazə barədə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, */** nömrəli xüsusi nişan). sənədlər əsasında başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır. Iddia ərizəsində mübahisə predmeti olan tikinti işlərinin aparıldığını yaxın günlərdə müəyyən etdiyinə, maraqlandıqdan sonra bu işlərin aparıldığının ona bəlli olduğuna dair yalan mülahizələrə yer vermiş iddiaçı, bununla hazırkı işə münasibətdə qeyri-səmimi, qeyridürüst mövqeyini açıq-aşkar ortaya qoymuşdur. Belə ki, o, qonşu ərazidə aparılacaq tikinti işləri və onun inşaat-texniki xüsusiyyətləri, o cümlədən həmin işlərin həyata keçiriləcəyi barədə hələ 2022-ci ildə ətraflı məlumatlandırılmış və bununla bağlı etirazının olmadığını notarial qaydada təsdiq olunmuş ## ###### 2022-ci il tarixli, 8/-***** reyestr nömrəli ərizəsində bəyan etmişdir. Hazırkı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etdiyi tarixdə, yəni 2024-cü ilin mart ayının 15-də iddiaçı Bakı şəhəri ** saylı notariat ofisində imzaladığı ## #### 2024-cü il tarixli, 8I-**** reyestr nömrəli ərizəsində ## ###### 2022-ci il tarixli, 8/-***** reyestr nömrəli razılıq ərizəsindən imtina etdiyini, tikinti işlərinin aparılmasına razı olmadığını bəyan etmişdir. Göründüyü kimi hüququn təməl prinsipi olan vicdanlılıq prinsipi ilə uzlaşmayan davranış xəttini seçməklə güvəndiyi əvvəlki rəftarına zidd hərəkət edən iddiaçının qeyri-adekvat mövqeyi hüquqdan sui-istifadə halını yaratmışdır. Istinad etdiyi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalşdırdığı hüquqi mövqe, mülki-hüquq münasibətlərinin subyektlərinə qanunla verilmiş hüquqi ixtiyarların hüquqdan suiistifadə yolu ilə realizəsinin qadağan olduğu qənaətinə gəlməyə əsas vermişdir. Vicdanlılıq, dürüstlük mülki-hüquq münasibətləri üçün qanunla müəyyən edilmiş imperativ bir qaydadır və bu qaydaya riayət etmədən mülki-hüquqi ixtiyarın yaranması mümkünsüzdür. Hüquqdan suiistifadə etməklə hüquqi ixtiyarını realizə etmək istəyən mülki-hüquq subyektinin bu davranışı onun subyektiv hüququnun əhatə dairəsindən kənarda qalmış sayılır. Iddiaçının hüquqdan suiistifadə halını yaratmış davranışı, onu hazırkı iddia tələbini yürütmək ixtiyarından (hüquqi ixtiyar) məhrum etmişdir. Subyektiv hüququn əsas elementi olan hüquqi ixtiyarını hazırkı məsələyə münasibətdə itirmiş iddiaçının mübahisə predmeti ilə bağlı tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. O, qeyd olunanlara əsaslanaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 24cü maddəsinin 2-ci bəndini, 25-ci maddəsinin 3- cü bəndini, 26-cı maddəsinin 2-ci bəndini, Mülki Məcəlləsinin 5.3, 16.1, 560.3.4-cü maddələrini, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3, 69.2-ci maddələrini rəhbər tutaraq iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbini tam əsassız hesab etdiyindən, həmin iddiaya etirazını bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən məzmunda izahat vermiş, iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək, iddia ərizəsinə etirazda və qarşılıqlı iddia ərizəsində göstərilən məzmunda izahat vermiş, iddianın rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyində göstərilir ki, ##.##.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssi rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda ekspert qarşısında qoyulmuş 1, 2 və 3-cü sualların cavablandırılması mümkün olmamışdır. 4-cü sualı üzrə - iddiaçı və cavabdehə məxsus tikililərin mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74) “xxxx” MMC tərəfindən tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. ##.##.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssi rəyi) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahələrinin sənəd üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan səbədən qərardadda ekspert qarşısında qoyulmuş 5-ci və 6cı sualların cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Əlavə Məhkəmə tikinti-texniki ekspertizasının # #### 2025-ci il tarixli **/**** nömrəli rəyində göstərilir ki, Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ## #### 2022- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı adına qeydiyyata alınmış ünvan 1ndə ümumi sahəsi 0.06ha torpaq sahəsi və Azərbaycan Rsepublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh Bahadır oğlunun adına qeydiyyata alınmış ünvan 1ndə ümumi sahəsi 0.015ha torpaq sahəsi bir biri ilə və tərəflərin faktiki istifadəsində olan torpaq sahələrinin ölçülərinin və koordinatlarının Çıxarışlar və texniki pasportlar ilə üst-üstə düşdüyü müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən mübahisəli tikililərin İddiaçı və Cavabdeh Bahadır oğlunun adına qeydiyyata alınmış, hər birinin özünə aid torpaq sahəsində inşa edildiyi müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən iddiaçının və cavabdehin özlərinə aid torpaq sahəsindən kənara çıxma halının mövcud olmadığı müəyyən olunur. Mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74), “xxxx” MMC tərəfindən mübahisə predmeti olan tikililərə dair tərtib edilmiş “Işçi Layihə” sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ƏraziPlanlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Mübahisə predmeti olan tikililərə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş “Işçi Layihə” sənədlərində həmin tikililərin torpaq sahəsinin sərhədd xəttində inşa edildiyini və iddiaçıya məxsus tikiliyə dair (mülki iş materialları səh.13-24) “xxxx” MMC tərəfindən 2019-cu il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən, cavabdehə məxsus tikiliyə dair (mülki iş materialları səh.61-74) “xxxx” MMC tərəfindən 2023-cü il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1.-ci maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi (hakim: C.Əhmədov) ilə, iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin mübahisələndirdikləri hər ikisinə məxsus tikililər, kənara çıxma halı mövcud olmadan özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə və tikinti qaydalarına uyğun inşa edildiyindən həm iddia hə də qarşılıqlı iddia üzrə tələblər əsassızdır və təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Mülki Məcəllənin 152, 157, 180, 239, Mülki Prosessual Məcəllənin 14, 77, 119, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan birivə ən əsası tərəflərin irəli sürdüyü tələbləri əsaslandıran halların araşdırılması idi. Işə baxan birinci instansiya məhkəməsi isə iş üzrə obyektiv araşdırmanı təmin etməmiş, sadəcə iş üzrə ekspert rəyinə istinad etməklə iddia tələbimi rədd etmişdi. Halbuki, biz həmin ekspert rəyi ilə razılaşmayaraq iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdik. Məhkəmə isə heç bir əsas olmadan bizim vəsatətimizi təmin etməmişdir. Halbuki, işin həmin halı, yəni həm iddiaçının, həm də cavabdehinlayihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyi işin mübahisəsiz halı olmaqla əvvəldən həmişə baxan hakimə, həmdə prosesin digər iştirakçılarına bəlli idi. Əgər həmin hissədə iş üzrə nəticəyə gəlinməsi üçün layihə sənədlərinin təsdiq edilməsi kifayət edirdisə nəyə görə xüsusi bilik tələb olunduğu əsası ilə ekspertiza təyin edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəf tikilini 2017-ci ildə tikmişdir. Cavabdehin tikilisi iddiaçıya maneələr yaradır. Iddiaçıya məxsus tikili üç mərtəbəlidir. Suala cavab olaraq bildirdi ki, iddiaçı əvvəllər razılıq ərizəsi versədə sonradan onu ləğv etdirmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh bütün qrumlardan izacə alaraq müvafiq tikinti işlərini görməkdədir. Belə ki, X3 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmasada hətta iddiaçının özüdə cavabdehə tikinti ilə bağlı notarial qaydada razılıq ərizəsi vermişdir. Bütün bunlardan sonra cavabdeh tikintiyə başlamışdır. Yalnız məhkəmədə iddia qaldıran zaman razılıq ərizəsini ləğv etdirmişdir. Iddiaçının yeganə dəlili “mən tikmişəm sən tikə bilməzsən”dir. Cavabdeh tərəfindən tikilməkdə olan bina iddiaçıya heç bir maneəçilik törətməməkdədir. Bundan başqa, iddiaçı tərəfindən tikilən tikilinin özüdə ev yox, qeyri-yaşayış sahəsidir (obyektdir). Apellyasiya şikayəti verilməməsinin səbəbi isə qonşular arasında narazılığın dahada böyüməməsi olmuşdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır. 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. 72.2. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir. 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. 73.2. Iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir. 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir. 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”
3. Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir.
5. Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır.
6. Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir-birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir.
7. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.
9. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
“xxxx”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia və qarşılıqlı iddia tələblərini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında olan mübahisə tikililər arasında ara məsafəsinin saxlanılmaması ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Mahmud Ismayılov küçəsində ona məxsus fərdi yaşayış evinin yanında Cavabdeh Bahadır oğlu tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100.40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh Bahadır oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən İddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin qarşılıqlı iddia üzrə cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator ilk iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. Kollegiya eyni zamanda qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hər iki iddia tələbindən görünür ki, tərəflər bir-birinə qarşı tikililərdə ara məsafəsinin saxlanmaması ilə bağlı iddia qaldırmışlar. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edən zaman hüquqi əsaslandırması ondan ibarət olmuşdur ki, tərəflərin mübahisələndirdikləri hər ikisinə məxsus tikililər, kənara çıxma halı mövcud olmadan özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə və tikinti qaydalarına uyğun inşa edildiyindən həm iddia həmdə qarşılıqlı iddia üzrə tələblər əsassızdır və təmin olunmamalıdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, tərəflərin hər ikisinə məxsus tikili özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində tikilsədə (hətta iddiaçının tikilisinin bir hissəsi bələdiyyə torpağındadır) yəni, xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə müdaxilə müəyyən olunmamaqla kənara çıxma halı mövcud olmasada, hər iki tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədən inşa edilmişdir (edilməkdədir). Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylər araşdırılan zaman müəyyən edilmişdir ki, rəylərdə layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyi nəzərə alınaraq pozuntunun olmadığı qeyd edilmişdir. Kollegiya hesab etmişdir ki, layihə sənədlərinin icra hakimiyyəti tərəfindən təsdiq edilməsi həmin tikilinin layihə-smeta sənədlərinə uyğun inşa edilməsi mənasına gələ bilməz. Belə ki, tərəf layihəni qanunvericiliyin tələbinə uyğun olaraq təsdiqlətsə də, sonradan tikili inşa edilən zaman qəsdən və ya başqa səbəbdən layihədən kənara çıxa bilər və ya ara məsafəsi ilə bağlı qanunvericiliyin tələblərini poza bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alınmış rəyləri natamam hesab edərək yenidən rəylər əldə etmişdir. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: - Hacıyevə Elmira Ələkbər qızı tərəfindən torpaq sahəsinin sərhədindən 3.48 m məsafə gözlənilməklə inşa edilməli olan fərdi yaşayış evinin (mübahisəli tikilinin) (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq Torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. - Cavabdeh tərəfindən torpaq sahəsinin sərhədindən 0.225 m məsafə gözlənilməklə inşa edilməli olan yarımçıq tikilinin (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, iş materiallarına əlavə edilmiş layihə sənədlərində göstərilən ölçülərə (uzunluq, en, hündürlük) uyğun tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhədindən 1.5 m məsafə gözlənilməklə inşa edilməlidir (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq). Göründüyü kimi, iddiaçı Hacıyevə Elmira Ələkbər qızı tərəfindən inşa edilmiş tikili torpaq sahəsinin sərhədindən 3.48 m məsafə gözlənilmədən inşa edilmişdir. Yəni, iddiaçı münasibətdə gözlənilməli ara məsafəsi 3.48 m olmuşdur. Cavabdehə məxsus tikilinin hazırda tikildiyi hündürlüyə (90 sm) münasibətdə 0.225 metr gözlənilməli idi. Lakin, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə münasibətdə tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1.5 metr olmalıdır. Yəni, cavabdeh iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə tikilini tikəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1.5 metr pozmuş olacaqdır. Bundan başqa, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyindən görünür ki: - Hacıyevə Elmira Ələkbər qızının mülkiyyətində olan Şəki şəhər, Mahmud Ismayılov küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənədlərdə göstərilən əraziyə uyğundur. Lakin həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilinin 17 kv.m tikili altı torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. - Cavabdeh mülkiyyətində olan Şəki şəhər,Mahmud Ismayılov küçəsində yerləşən 0.015 ha torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənədlərdə göstərilən əraziyə uyğundur. - Hacıyevə Elmira Ələkbər qızının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi ilə ************ reyestr çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan 0.015 ha torpaq sahəsi üst-üstə düşmür. - Hacıyevə Elmira Ələkbər qızının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır. Göründüyü kimi, iddiaçı Hacıyevə Elmira Ələkbər qızına məxsus tikilinin 17 kv.m hissəsi hətta bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, sözü gedən rəylər hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Həmçinin, “X6rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında da Insan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, ekspertizanın verdiyi rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan və müvafiq hüquqi qiymət verilmiş rəylərdən görünür ki, hər iki tikiliyə münasibətdə tikinti qanunvericiliyinin ara məsafəsi ilə bağlı tələblərə riayət edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, şəhərin və ya ayrı-ayrı ərazilərinin müfəssəl planı hazırlanmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş, lakin şəhərin və ya ayrı-ayrı ərazilərinin müfəssəl planı hazırlanmamışdır. Sorğuya cavabdan göründüyü kimi, cavabdeh tərəfindən tikilməkdə olan tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda (Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq) nəzərdə tutulmamışdır (plan hazır olmadığı üçün). Odur ki, birinci instansiya məhkəməsinin tikililərin tərəflərin özlərinə məxsus torpaq sahəsində tikilməsi ilə bağlı hüquqi əsaslandırması düzgün olmamışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili qeyriyaşayış obyekti olduğundan tikintiyə icazə icraatı tətbiq edilərək, onun 2022-ci ilin oktyabr ayında Şəki Şəhər Icra Hakimiyyətinə etdiyi müraciət əsasında şəhərin Mahmud Ismayılov küçəsində onun mülkiyyətində olan 0.015 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə proseduruna başlanılmışdır. Belə ki, qeyd edilən ərazinin müfəssəl planı olmadığından Məcəllənin 11-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən “Şəhərsalma əsaslandırılması” hazırlanmış və baxılaraq təsdiq edilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra Komitə) göndərilmiş və Komitənin 2023-cü il ## ### tarixli, *-**/*-*-**/**** nömrəli Sərəncamının 1.7-ci bəndi ilə təsdiq edilmiş, qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli layihəçi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğun olaraq hazırlanmış və Komitənin Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğunluğu yoxlanılaraq (##.##.2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubla) müsbət rəy verilmişdir. Beləliklə, X3 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir. Göründüyü kimi, şəhərin müfəssəl planı hal-hazırda olmasada cavabdeh X3 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Bundan başqa, mübahisəli tikililərə yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, layihə-smeta sənədlərinə əsasən iddiaçı İddiaçı inşa etdiyi tikili fərdi yaşayış evi kimi qeyd edilsədə, həmin tikilinin həm xaricdən həmdə daxildən vizual baxış zamanı birmənalı olaraq qeyriyaşayış sahəsi (obyekt) olması müəyyən edilmişdir. Yəni, baxış zamanı iddiaçının tikilisinin də quruluş (konstruksiya) baxımından qeyri-yaşayış sahəsi olması açıq şəkildə görünür. Baxış zamanı daha sonra müəyyən edilmişdir ki, həm iddiaçı həmdə cavabdeh tərəfindən inşa edilmiş tikililər tərəflərin özlərinə məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edilmişdir. Yəni, hər iki tikili tərəflərin öz torpaq sahəsinin tam üzərində inşa edilmişdir. Baxış zamanı daha sonra müəyyən edildi ki, iddiaçıya məxsus tikilinin dam örtüyü örtülmüş, cavabdehə məxsus tikili isə inşa edilməkdədir (məhkəmənin qərardadı ilə cavabdehin tikilisinin inşası müəyyən müddətdir dayandırılıb). Baxış zamanı daha sonra müəyyən edildi ki, iddiaçıya məxsus tikilinin ikinci və üçüncü mərtəbələrinin sol tərəfdən pəncərəsi cavabdehə məxsus tikiliyə baxır. Iddiaçı tərəfində iddiasına görə, cavabdehin tikilisi onun təbii işıqlandırmasını bağlayacaqdır. Işdən görünür ki, cavabdehə məxsus tikili iki mərtəbəli olacaqdır. Bundan başqa, həm yerli baxış zamanı həmdə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçıya məxsus tikilinin ön hissəsi tamamilə şüşəbənddən (böyük ölçülü pəncərələrdən) ibarətdir (bəzilərinin ölçüsü hətta 3.90m/3.80m). Yəni, iddiaçıya məxsus tikilinin kifayət qədər və böyük həcmdə bir çox pəncərələri vardırki, həmin pəncərələrdə təbii işıqlandırma şəraitini tam şəkildə təmin etməkdədirlər. Bundan başqa, hər iki tikilinin qapısı (layihə üzrə) birbaşa küçəyə açılır. Buda öz növbəsində yanğın təhlükəsizliyini təmin edir (olası yanğın zamanı tikintiyə rahat müdaxilə baxımından). Bundan başqa, yerli baxış zamanı cavabdeh tərəfindən tikilməkdə olan tikilinin iddiaçının evinin girişçıxışına maneə yaratmadığı müəyyən edilmişdir. Belə ki, hər iki tikilinin giriş-çıxışı birbaşa yola açılmaqdadır. Bundan başqa, baxış zamanı cavabdeh tərəfindən (layihəyə əsasən) tikilməkdə olan tikilinin iddiaçının tikilisinin işıqlandırılmasına və havalandırılmasına mane olması müəyyən edilməmişdir. Bundan başqa, ************ reyestr nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Cavabdeh xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.015 ha ölçülü torpaq sahəsi vardır. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2019-cu il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki şəhər Icra Hakimiyyətinin, obyektin tikintisinə ** saylı, ##.##.2024-cü il tarixli icazəsindən görünür ki, döngə nöqtələri, kordinatlar, istismar təyinatı və layihə üzrə əsas texniki göstəricilər qeyd olunmuş ünvan 1ndə Cavabdeh xüsusi mülkiyyətində olan 0.015 ha torpaq sahəsində, 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi, Ekologiya və X5 Dövlət Ekoloji Ekspertiza Agentliyinin, FHN DYNX-nin, Gigiyena və Epidemologiya Mərkəzinin rəyləri nəzərə alınmaqla icazə verilmişdir. Şəki şəhər Icra Hakimiyyət tərəfindən verilmiş */** nömrəli, ##.##.2024-cü il tarixli “tikintiyə icazə barədə xüsusi nişan”dan görünür ki, həmin sənəd Cavabdeh, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.015 ha ölçülü torpaq sahəsidə tikintisinə icazə verilmiş 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinə verilmişdir. “xxxx” MMC tərəfindən 2023-cü il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Mahmud Ismayılov küçələrində layihələndirilən 2 mərtəbəli qeyri-yaşayış (mağaza binasının Işçi Layihə MH - Memarlıq Həlli” sənədindən görünür ki, sənəd Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılıb təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tikili qanunvericiliyə uyğun olaraq müvafiq icazə sənədləri alınmaqla inşa edilmişdir. Lakin, hər iki tikili tikinti norma və qaydalarına əsasən qanunvericiliyin ara məsafəsi ilə bağlı tələblərinə riayət edilmədən inşa edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyinə əsasən Hacıyevə Elmira Ələkbər qızı tərəfindən torpaq sahəsinin sərhədindən 3.48 m məsafə gözlənilməklə inşa edilməli olan fərdi yaşayış evinin (mübahisəli tikilinin) (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq Torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Həmçinin, Cavabdeh tərəfindən torpaq sahəsinin sərhədindən 0.225 m məsafə gözlənilməklə inşa edilməli olan yarımçıq tikilinin (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, iş materiallarına əlavə edilmiş layihə sənədlərində göstərilən ölçülərə (uzunluq, en, hündürlük) uyğun tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhədindən 1.5 m məsafə gözlənilməklə inşa edilməlidir (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq). Göründüyü kimi, həm Hacıyevə Elmira Ələkbər qızı həm də Cavabdeh bir-birinə münasibətdə qanunvericiliyin tikintilər arasında ara məsafəsi ilə bağlı tələblərini pozmuşlar. Hətta, iddiaçı Hacıyevə Elmira Ələkbər qızı cavabdehə münasibətdə 2 dəfən artıq (iddiaçının pozduğu məsafə 3.48 metr, cavabdehin pozduğu məsafə 1.5 metr) pozuntu etmişdir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, tərəflər iddia etdikləri hissədə qarşılıqlı olaraq bir-birinin hüquqlarını pozmaqdadırlar. Bu səbəbdən pozuntu qarşılıqlı olduğundan, onların birinə münasibətdə iddianın hər hansı formada təmin edilməsi bərabərlik və ədalətlilik prinsipinədə zidd hesab edilə bilər. Kollegiya, bərabərlik hüququ ilə bağlı qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin İ və III hissələrinin tələblərinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qeyd edilməsi zəruridir ki, bərabərlik prinsipi eyni və ya oxşar vəziyyətdə olan şəxslərə münasibətdə eyni rəftarın göstərilməsini, yəni bir qrup daxilində hüquq və vəzifələrin bütün üzvlər üçün eyni olmasını tələb edir. Bu baxımdan oxşar vəziyyətdə olan fərdlərə münasibətdə fərqli rəftar göstərilməsi bərabərlik hüququnun pozulmasına səbəb ola bilər. Beləliklə, bərabərlik prinsipi oxşar vəziyyətdə olan şəxslərin hüquqlarının legitim məqsəd, eləcə də obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus tikilinin cavabdehə məxsus tikilidən 2 dəfən artıq (iddiaçının pozduğu məsafə 3.48 metr, cavabdehin pozduğu məsafə 1.5 metr) ara məsafəsi pozuduğundan və cavabdeh tərəfindən iddiaçının demək olarki heç bir mühüm mənafeyi pozulmadığından ilk iddianın təmin edilməsi tərəflər arasında qeyri-bərabərlik yarada və ədalət prinsipini poza bilər. Odur ki, hər iki mənafe arasında ədalətli tarazlıq (bərabər mənafelər arasında bərabər münasibət) baxımından apellyasiya şikayətinin təmin edilməsi ədalətli hesab edilə bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə hər iki tərəf qarşılıqlı olaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etsələrdə, apellyasiya şikayətini yalnız ilk iddiaçı vermişdir. Belə olan halda kollegiya hesab edir ki, tərəflərin hər ikisi tikinti zamanı bir-birinə qarşı qanunvericiliyin tələblərini pozsalarda, yalnız ilk iddianın apellyasiya şikayəti verməsi və iddiaçı tərəfindən tikilinin daha tez tikilməsi əsası ilə ilk iddianın təmin edilməsi ddüzgün hesab edilə bilməz. Kollegiya daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli qərarında izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan suiistifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları). Yəni, hazırki işdə cavabdehə münasibətdə iddiaçı tərəf özüdə tikintilər arasında ara məsafəsini düzgün saxlamamışdır (hətta cavabdehə münasibətdə iki dəfədən artıq). Belə olan halda isə, yalnız şikayət verilməsi və iddiaçı tərəfindən tikilinin daha tez tikilməsi əsası ilə ilk iddianın təmin edilməsi düzgün hesab edilə bilməz. Kollegiya hazırki məqamda xüsusilə bir halıda qeyd edir ki, qonşu ərazidə aparılacaq tikinti işləri və həmin işlərin həyata keçiriləcəyi barədə iddiaçı İddiaçı hələ 2022-ci ildə məlumatlandırılmış və o, bununla bağlı etirazının olmadığını notarial qaydada təsdiq olunmuş ## ###### 2022-ci il tarixli, 8/-***** reyestr nömrəli ərizəsində bəyan etmişdir. Daha sonra isə, iddiaçı İddiaçı Bakı şəhəri ** saylı notariat ofisində imzaladığı ## #### 2024-cü il tarixli, 8I-**** reyestr nömrəli ərizəsində ## ###### 2022-ci il tarixli, 8/-***** reyestr nömrəli razılıq ərizəsindən imtina etdiyini, tikinti işlərinin aparılmasına razı olmadığını bəyan etmişdir. Göründüyü kimi, iddiaçı İddiaçı ilkin olaraq cavabdeh Cavabdeh qarşı tikintinin aparılmasına etirazı olmamasına dair iradə bəyanı (hətta notarial qaydada) olmuş və cavabdeh tərəf bundan sonra tikinti işləri aparmışdır. Məhkəmə kollegiyası həmin ərizəyə münasibətdə xüsusilə bir məqamıda qeyd edir ki, həmin ərizənin məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehin tikintisinə etirazının olmaması bildirilmiş və ara məsafəsini poza bilərsən deyə hər hansı razılıq verilməmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf cavabdehə məhz hazırki formada tikinti aparılmasına razılıq vermişdir. Kollegiya həmin qənaətə o səbəbdən gəlir ki, birincisi, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparan zaman qonşudan razılıq alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Razılığın alınması halı ancaq Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 72.1-ci maddəsinə görə, qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Hazırki işdə isə heç bir ortaq divar yoxdur və bu səbəbdən də razılığın alınmasına ehtiyac olmamışdır. Bundan başqa, iş materiallarından da görünür ki, cavabdeh tərəfindən inşa edilmiş tikili məhz öz mülkiyyətində olan torpaq sahəsində yerləşməkdədir. Haqlı sual yaranır ki, onda iddiaçı nə üçün tikintiyə etirazı olmamasına dair hətta notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tikinti (hazırki yerdə tikilməsi) ilə bağlı tərəflər arasında müəyyən razılaşma olmuş və iddiaçı notarial qaydada razılıq ərizəsinidə bu səbəbdən vermişdir. Əgər belə bir razılaşma olmasaydı, cavabdeh tərəf iddiaçıdan belə bir ərizədə (rüsum ödəyərək və ya digər formada xərc çəkərək) almazdı. Məhkəmə kollegiyası hesab edir ki, öz hüququna əsaslanıb verdiyi razılığı sonradan geri götürərək, tikilini inşa etməkdə olan şəxsdən tikilinin sökülməsini tələb etdikdə, iddiaçının hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Çünki, iddiaçının icazəsi ilə inşa edilməkdə olan tikilinin sökülməsi nəticəsində qarşı tərəfin cəkilmiş xərc həddində maddi zərərə məruz qalacağı şübhəsizdir. Başqa sözlə, iddiaçının hüquqlarının qorunmasına dair normalar nəzərə alınarkən, onun razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Bu baxımdan iddiaçının razılığı əsasında tikinti inşa edən şəxsin hərəkətləri iddiaçıya münasibətdə qanunsuz hesab edilmir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, şəxsin əvvəl (hətta əmlakı yüklü qəbul edən şəxsdən əvvəl mülkiyyət hüququ olan şəxsin verdiyi razılıq daxil olmaqla) verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız özünün hüququna istinadən tikilinin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırki işdə olan mübahisəli tikililərin arasında ara məsafəsinin düzgün saxlanılmaması tikililərin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinidə pozmamaqdadır. Belə ki, məhkəmə kollegiyası tərəfindən mübahisəli tikililərə yerində baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, hər iki tikilinin qapısı (layihə üzrə) birbaşa küçəyə açılır. Buda öz növbəsində yanğın təhlükəsizliyini təmin edir (olası yanğın zamanı tikintiyə rahat müdaxilə baxımından). Bundan başqa, həm yerli baxış zamanı həmdə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçıya məxsus tikilinin ön hissəsi tamamilə şüşəbənddən (böyük ölçülü pəncərələrdən) ibarətdir (bəzilərinin ölçüsü hətta 3.90 m /3.80 m). Yəni, iddiaçıya məxsus tikilinin kifayət qədər və böyük həcmdə bir çox pəncərələri vardırki, həmin pəncərələrdə təbii işıqlandırma şəraitini tam şəkildə təmin etməkdədirlər. Kollegiya cavabdeh tərəfindən tikilməkdə olan tikilinin başa çatacağı halda iddiaçıya məxsus yan divarda olan pəncərənin qarşısının bağlanması ilə bağlı isə qeyd edir ki, iddiaçıya məxsus tikili digər pəncərələr vasitəsilə kifayət qədər təbii işıq almaqdadır. Bundan başqa, iddiaçıya məxsus həmin pəncərələrdən biri üçüncü mərtəbədədir. Cavabdeh tərəfindən tikilməkdə olan tikili isə iki mərtəbəlidir. Belə olan halda da bu, cavabdehə məxsus tikilinin sökülməsinə əsas ola bilməz. Bundan başqa, ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı Hacıyevə Elmira Ələkbər qızı tərəfindən torpaq sahəsinin sərhədindən 3.48 m məsafə gözlənilməklə inşa edilməli olan fərdi yaşayış evinin (əslində qeyri-yaşayış sahəsinin) (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq Torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəf özü cavabdehə münasibətdə 3.48 metr ara məsafəsini gözləsəydi, onda pəncərəsinin qarşısı (önü) faktiki olaraq 3.48 metr məsafədə açıq olacaqdı. Yəni, cavabdehin tikilisi ilə iddiaçının pəncərəsinin arasında az məsafənin qalmasına əsas səbəbkarı məhz iddiaçının özü olmuşdur. Iddiaçı tərəf ara məsafəsi ilə bağlı qaydaları özü pozmasaydı pəncərəsinin önü ən azı 3.48 metr məsafədə açıq olacaqdıki buda kifayət qədər böyük məsafədir. Bundan başqa, yerli baxış zamanı cavabdeh tərəfindən tikilməkdə olan tikilinin iddiaçının əmlakının giriş-çıxışına ümumiyyətlə heç bir maneə yaratmadığı müəyyən edilmişdir. Belə ki, hər iki tikilinin giriş-çıxışı birbaşa yola açılmaqdadır. Bundan başqa, iddiaçı tərəf ara məsafəsi saxlamaması səbəbindən hansı hüququnun pozması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materialları ilə cavabdeh tərəfindən (layihəyə əsasən) tikilməkdə olan tikilinin iddiaçının evin işıqlandırılmasına və havalandırılmasına mane olması müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən inşa edilmiş tikili faktiki olaraq qeyri-yaşayış sahəsi (obyekt) formasında inşa edildiyindən və tikilinin ön hissəsi tamamilə şüşəbənddən (böyük ölçülü pəncərələrdən) ibarət (bəzilərinin ölçüsü hətta 3.90 m / 3.80 m) olduğundan işıqlanma və havalanmaya maneə olan heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı tərəfin tikintini daha tez tikib qurtarması (iddiaçının yeganə arqumenti məhz “biz ara məsafəsi gözləmədən tikmişik sən tikə bilməzsən”), ilk iddianın təmin edilməsinə əsas ola bilməz. Kollegiya xüsusilə vacib bir halıda qeyd edir ki, tərəflərin ara məsafəsi ilə bağlı mübahisəsi hər hansı kənar fərdi və ya ümumi marağa toxunmamaqla yanaşı, üçüncü şəxsin hüquqlarını pozması iş materialları ilə müəyyən edilmir. Yəni, iddianın təmin və ya rədd edilməsi hər hansı tərəfin marağında da deyildir. Digər bir vacib məqam isə ondan ibarətdir ki, iş üzrə alınmış mütəxəssis rəyi ilə iddiaçı tərəfindən inşa edilmiş tikilinin 17 kv.m hissəsinin hətta Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən inşa edilmiş tikili bir tərəfdən (cavabdehə münasibətdə) 3.48 metr ara məsafəsi gözlənilmədən inşa edilmiş, digər tərəfdən isə bələdiyyə torpağı zəbt edilərək inşa edilmişdir. Məhkəmə kollegiyası mübahisəyə aidiyyəti olmasada əlavə olaraq bildirir ki, misal olaraq Bakı şəhərində (hətta mübahisənin olduğu Şəki şəhərində) də bir çox tikililər arasında ara məsafəsi gözlənilməməkdədir. Lakin, həmin tikililərin heç biridə sökülməməkdədir (əgər digər önəmli hal yoxdursa). Belə olan halda cavabdehində tikilisinin sökülməsi ədalətli hesab edilə bilməz. Sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, tərəflərin hər ikisi bir-birinə münasibətdə tikililər arasında ara məsafəsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmədiyindən (hətta iddiaçı cavabdehə münasibətdə iki dəfədən artıq məsafədə), yəni pozuntu qarşılıqlı olduğundan, bundan başqa iddiaçıya məxsus tikilinin bir hissəsi bələdiyyə torpağı zəbt edilməklə inşa edildiyindən, həmçinin cavabdeh tərəfindən iddiaçının demək olarki heç bir mühüm mənafeyi pozulmadığından və iddiaçının əvvəllər razılıq ərizəsi verməsi, eyni zamanda tərəflərin hüquqlarının balanslı qorunması, qeyri-bərabərlik yaranmaması və ədalət prinsipininin pozulmaması baxımından birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası son tərəflərin nəzərinə çatdırır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri cəmi 100 manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan cəmi 150 manat məbləğində pulun 75 manatı iddiaçı İddiaçı, 75 manatı isə cavabdeh Cavabdeh tutularaq Mərkəzin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat pulun 75 manatı iddiaçı İddiaçı, 75 manatı cavabdeh Cavabdeh tutulаrаq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.