Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-115/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilmiş, Cavabdeh razılığı olmadan azyaşlı övladları xx xxxx 2002-ci il təvəllüdlü X9, xx xxxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2011-cü il təvəllüdlü X2 xarici pasport verilməsi və onların anaları İddiaçı Elman qızı ilə Azərbaycan Respublikasından kənara getməsinə və gəlməsinə icazə verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Elman qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladları xx xxxx 2002-ci il təvəllüdlü X9, xx xxxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2011-ci il təvəllüdlü X2 xarici pasport verilməsi və onların ölkə hüquqlarından kənara gedib-gəlməyə Cavabdeh razılığı olmadan icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçı Elman qızı iddia tələbini müdаfiə edərək göstərmişdir ki, cаvаbdeh Cavabdeh ilə aralarında xx xxxxxx 2001-ci ildə nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 3 nəfər övladları anadan olmuşdur. Hazırda 4 ilə yaxındır ki, cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdehlə faktiki ayrılandan sonra onların birgə nikahlarından olan övladları X13, X10 və X6 onun yanında qalılar. İddia tələbinin əsası azyaşlı övladlarına cavabdehin razılığı olmadan xarici pasport alınması, habelə onların ölkədən getməsinə və ölkəyə gəlməsinə razılıq verilməsi ilə bağlıdır. Belə ki, cavabdeh buna razılıq vermir. O, azyaşlı uşaqlarının mənafeyi naminə, onların dünya görüşlərinin artırılmasına və səhhətlərinin mütəmadı olaraq yoxlanmasına çalışır. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xаhiş etmişdir. Birinci instansiya məhkəməsində işə cаvаbdeh Cavabdeh iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən Apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamədə iddiaçı ilə onun faktiki olaraq 4 ilə yaxındır ki ayrıldığını qeyd etmişdir. Lakin hansı tarixdə və hansı məhkəmənin qərarı ilə ayrılmaları qeyd edilməmişdir. O, bir ata olaraq övladlarının ölkədən çıxarılmasına narazıdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı Elman qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapelyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(107)-115/2020 qərardadı ilə iddia tələbinin Cavabdeh razılığı olmadan xx xxxx 2002-ci il təvəllüdlü X7 ölkədən getməsinə razılıq verilməsi və Cavabdeh razılığı olmadan azyaşlı övladları xx xxxx 2002-ci il təvəllüdlü X9, xx xxxxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2011-cü il təvəllüdlü X2 xarici pasport verilməsi və onların ölkəyə gəlməsinə icazə verilməsi hissəsi üzrə işin icraatına xitam verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxx 2011-ci il təvəllüdlü X1 İddiaçı Elman qızı ilə birlikdə Cavabdeh razılığı olmadan ölkə hüquqlarından kənara getmələrinə icazə verilməsinin təmin edilməsi hissəsində qanunuliyi və əsaslılığı yoxlanılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)- 498/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2001-ci il tarixli, AZ-İ 679605 №-li nikah haqqında şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Elman qızı xx xxxxxx 2001-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş AZE 10167086 №-li, xx xxxxxx 2004-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx xxxx 2002-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Cavabdeh və anası İddiaçı Elman qızıdır, İş materiallarına əlavə edilmiş AZE 10543615 №-li, xx xxxxxx 2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx xxxxxx 2005-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Cavabdeh və anası İddiaçı Elman qızıdır, İş materiallarına əlavə edilmiş xx xxxx 2012-ci il tarixli, AZ-İİ 933872 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X8 xx xxx 2011-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, onun atası Cavabdeh Nurali oğlu və anası İddiaçı Elman qızıdır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər X12 Xəstaxanasının 91 №-li, xx xxxxxx 2017-ci il tarixli arayışından görünür ki, X6 qtibbi müayinədən keçmiş, hal-hazırda sağlamdır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər X12 Xəstaxanasının 92 №-li, xx xxxxxx 2017-ci il tarixli arayışından görünür ki, X13 tibbi müayinədən keçmiş, hal-hazırda sağlamdır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər X12 Xəstaxanasının 93 №-li, xx xxxxxx 2017-ci il tarixli arayışından görünür ki, X10 tibbi müayinədən keçmiş, hal-hazırda sağlamdır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı Mənzil-Təmir İstismar sahəsinin 05 №-li, xx xxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Məmmədov X14 şəhəri C.Cabbarlı küçəsi ev 4, mənzil 2-də yaşayır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı Mənzil-Təmir İstismar sahəsinin 05 №-li, xx xxxxxx 2017-ci il tarixli arayışdan görünür ki, Məmmədova X11 şəhəri C.Cabbarlı küçəsi ev 7, mənzil 14-evdə yaşayır. İş üzrə qаnuni və obyektiv qərаrın qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2812/2019 saylı qərardadı ilə xx xxxx 2002-ci il təvəllüdlü X7, xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxx 2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan аnаsı İddiaçı Elman qızı ilə birlikdə ölkədən getməsinin uşaqların mənafeyi baxımından məqsədəuyğunluğu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanından rəy alınması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının xx xxxx 2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, komissiya tərəflər arasında olan mübahisəyə görə uşağın hüquqlarının məhdudlaşdırılmasını yolverilməz hesab edir və uşağın mənafeyi nəzərə alınmaqla məsələnin həllini məhkəmənin mülahizəsinə verir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Elman qızı cаvаbdeh Cavabdeh ilə xx xxxxxx 2001-ci il tarixdə Yevlax rayon Qeydiyyat şöbəsində nikahlarını bağlayıb ailə qurmuş, birgə nikаhdаn 3 övladları, X13, X10 və X6 anadan olmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrılmışlar. Ayrılаrkən uşaqlar iddiаçının himаyəsində qаlmışdır. İddiaçı Elman qızı uşaqlarını Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarmaq istəyir. Məqsədi azyaşlı uşaqlarının mənafeyi naminə, onların dünya görüşlərinin artırılmasına və səhhətinin mütəmadi olaraq yoxlanmasıdır. Cavabdeh isə qəsdən uşaqların ölkədən çıxаrılmаsınа rаzılıq verməkdən boyun qаçırır. Bu səbədən də iddiаçı uşaqlarını Azərbaycan Respublikasının hududlarından kənara çıxarmaqda çətinlik çəkir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, cavabdehin razılığını almaq məsələsində iddiaçı maneələrlə rastlaşdığından, onun öz uşaqları ilə birlikdə qanunla müəyyən edilmiş qaydada ölkədən getmək hüquqları pozulur. Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı mübahisənin halları ondan ibarətdir ki, ayrılqdan sonra uşaqlar faktiki olaraq anasının yanında yaşayır və uşaqları ölkədən xaricə müvəqqəti çıxarılması üçün cavabdehin razılığının alınmasında iddiaçı çətinlik çəkir. Bu zaman isə iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ və İV hissələrində təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinə əsasən, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsində göstərilmişdir ki, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə,valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən,valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə,uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin11.1-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” xx xxxxxx 1989-cu il tarixli BMT Konvensiyasının 3-cü maddəsinə görə uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşаq hüquqlаrı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 4-cü mаddəsinə əsаsən Azərbаycаn Respublikаsındа uşаq hüquqlаrının müdаfiəsini müvаfiq icrа hаkimiyyəti, məhkəmə və prokurorluq orqаnlаrı, bələdiyyələr, hаbelə ictimаi birliklər, həmkаrlаr ittifаqı təşkilаtlаrı təmin etməlidirlər. Bu orqаnlаr, birliklər və təşkilаtlаr fəаliyyətlərində uşаq hüquqlаrının üstün mühаfizəsi prinsipini əsаs tutmаlıdırlаr. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” işi üzrə qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasının təmin edilməsinə dair pozitiv öhdəlik qoyur. Valideynləri ayrı yaşayan uşaqların yaşayış yerinin müəyyən olunması ilə bağlı məsələlərin həlli zamanı uşaqların mənafelərinə üstünlük verilməli olması İnsan hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentləri işığında xüsusilə aydın görünür. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi ilə və həmin konvensiyanın 7 saylı protokolunun 5ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Həmin məhkəmə Gaskinin işi üzrə qeyd etmişdir ki, belə məsələlərdə «Məhkəmənin dəyişilməz təcrübəsinə uyğun olaraq ümumi maraqla ayrıca şəxsin maraqları arasında ədalətli tarazlıq nəzərə alınmalıdır». (Gaskin, 42). Həmin məhkəmə Elsholzun işi üzrə qeyd etmişdir ki, «uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlıq yaratmaq zəruridir. Məhkəmə belə qərara gələrkən uşağın maraqlarına xüsusi əhəmiyyət verir. Çünki uşağın maraqları öz təbiətinə və əhəmiyyətinə görə valideynlərin maraqlarından üstündür. Müxtəsəri, Konvensiyanın 8ci maddəsi uşağın sağlamlığına və inkişafına zərər vuran tədbirlərə əl atmağı valideynə qadağan edir». (Elsholz, 50). Məhkəmənin Brondanın işi üzrə qərarına görə «Şübhəsiz ki, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır». (Bronda, 59). Beləliklə, göstərilənləri rəhbər tutan məhkəmə kollegiyası qəti olaraq bu qərara gəlir ki, tərəflər arasında onların toqquşan maraqlarından uşaqların zərər görməməsi üçün və onların firavan gələcəyi naminə bu ailəyə müdaxilə olunmalı və uşaqların maraqları müdafiə edilməlidir. Belə ki, uşaqların marağını ifadə edən bütün diqqətəlayiq hallar nəzərdən keçirildikdə aydın olur ki, həmin hallarla bağlı tarazlıq getdikcə cavabdehin xeyrinə pozulur. İddiaçı uşaqların xaricə aparılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh buna razılıq verməmişdir. Məhkəm kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh cinayət törətdiyinə görə, məhkəmənin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə etmə cəzasına məhkum edilmişdir. Cavabdehin barəsində çıxarılmış ittiham hökmü qanuni qüvvəsini almışdır o, cəzaçəkmə müəssisəsində cəza çəkir. Yuxarıda da qeyd edildiyi kimi, həm daxili, həm də beynəlxalq qanunvericilik Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək hüququnu tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və onun yetkinlik yaşına çatmayan uşaqlarının ölkədən getmək hüququ əsassız olaraq məhdudlaşdırıla bilməz. Belə olan halda, xx xxxxxx 2005-ci il təvəllüdlü X10 və xx xxxx 2011-ci il təvəllüdlü X1 normal inkişafının, sağlam böyümələrinin, mənəvi və digər ehtiyaclarının təmin olunması məqsədi ilə onların atasının (cavabdehin) yazılı razılığı olmadan anaları ilə birlikdə ölkə hüdudlarından kənara maneəsiz getməsinə şərait yaradılmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqların valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Hazırkı iddia üzrə tələb olunan ölkədən getmək hüququ isə uşaqlara məxsus hüquqdur və onların tam fəaliyyət qabiliyyətləri olmadığından bu hüquqlarını anası vasitəsi ilə həyata keçirirlər. Bununla yanaşı, məhkəmə kollegiyası atanın (cavabdehin) uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi baxımından ananın daimi əsaslarla uşaqlarla birlikdə ölkədən getməsini də qeyri-mümkün hesab edir. Odur ki, məhkəmə kollegiyası hazırkı vəziyyətdə müəyyən müddətdə təhsil, istirahət, sağlamlıq, xidməti vəzifələri və sair məqsədlərlə uşaqların anası ilə ölkədən getməsinin uşaqların mənafetinə və gələcək rifahına daha çox xidmət etməklə atanın şəxsi maraqları ilə nisbətdə üstünlük təşkil etməsi qənaətinə gələrək iddia tələblərinin uşaqların daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla təmin olunmasını qanuni və əsaslı, həm də məqsədəuyğun sayır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi uşağın maraqları naminə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olması barədə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehi lazımi qaydada məlumatlandırmaqla onun məhkəmə iclasında iştirakını təmin etməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə baxışı xx xxxx 2017-ci il tarixə saat 15:00-a təyin edilmiş və iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Bu hal isə Azərbaycan Respubluikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə iclаsındа tədqiq olunаn sübutlаrı məcmu hаldа qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh razılığı olmadan uşaqları xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxx 2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, anaları-İddiaçı Elman qızı ilə Azərbaycan Respublikasından kənara getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-498/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2005-ci il təvəllüdlü X3 və xx xxxx 2011-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etmək istisna olmaqla, ataları Cavabdeh razılığı olmadan anaları İddiaçı Elman qızı ilə birlikdə Azərbaycan Respublikasından kənara getməsinə icazə verilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Ayaz Mahmudov Vəzirxan Məlikov
Məhkəmə qərarları › İş №2(107)-115/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-115/2020
19.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver