Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1151/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1195/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında tək yaşayır, 87 yaşı vardır. Onun üç qızı, bir oğlu vardır. Övladları ondan ayrı yaşayırlar. Bir qızı Şəki şəhərində yaşayır. Həmin qızı gözündən əlildir. Əvvəllər 30 il Şəki şəhərində molla işləyərək müxtəlif yas mərasimlərini aparmışdır. Həmçinin Şəki şəhərində keçmişdə Şəki şəhər sovetinin deputatı olmuşdur. Bildirmişdir ki, o, bir neçə il əvvəl qonşu binada kirayədə yaşayan Billurə adlı qadınla tanış olmuşdur. Cavabdeh binalarının yaxınlığında meyvə-tərəvəz satan balaca dükanda satıcı işləmişdir. O, tək yaşadığı üçün meyvətərəvəz lazım olduqda Billurəyə bildirmiş, Billurə də ona lazım olan qədər meyvə-tərəvəzi evə gətirmişdir. O, evdə aldığı meyvə-tərəvəzin pulunu Billurəyə vermişdir. Bu səbəbli Billurə demək olar ki, hər gün onların evinə gəlmiş və beləliklə onların çox sıx münasibətləri yaranmışdır. Göstərmişdir ki, 2020-ci ilin dekabr ayında Billurə onların evinə gələrək ona yalvarmışdır ki, maddi imkanı olduqca pisdir, kirayə pulunu verə bilmir, mağazanın kirayəsini ödəyə bilmir ona borc pul verməsini istəmişdir. Billurə ona evinin yarımçıq qaldığını, evinin inşasını başa vurmaq üçün maddi imkanının olmadığını, evinin inşasını başa vururaraq evinə köçəcəyini bildirmişdir. O, ilk öncə Billurəyə pul vermək istəməmişdir. Lakin Billurə ağlayaraq ona o qədər yalvarmışdır ki, axırda ürəyi yumşalmışdır. Lakin o, Billurəyə bildirmişdir ki, o, fərdi yaşayış evi almaq istəyir, yaşadığı mənzil binanın dördüncü mərtəbəsində yerləşdiyindən qalxıb-düşə bilmir. Billurədən onun borcunu necə ödəyəcəyini soruşmuşdur. Həmin vaxtı Billurə ona bildirmişdir ki, bacısının əri zabit işləyir. O bankdan kredit alıb Billurəyə verəcək Billurə də onun pulunu bütöv şəkildə qaytaracaqdır. Belə olmuş onun da Billurəyə yazığı gələrək ona 13350 manat pul vermişdir. O, Billurədən hər dəfə pulunu istədikdə ona verəcəyini bildirmişdir. Lakin ona heç bir ödəniş etməmişdir. Göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında Billurə və əri X3 yenidən ona müraciət edərək evinin natamam qaldığını yekunlaşdıra bilmədikləri üçün köçüb yaşaya bilmədiklərini bildirmişdir. Ona görə ondan yenidən pul istəmişdir. O da 2021-ci ilin oktyabr ayından dekabr ayına kimi 3 ay ərzində Cavabdeh hissə-hissə olmaqla 10300 manat borc pul vermişdir. Göstərmişdir ki, o pulu Billurəyə verəndə onların yanında heç kim olmamışdır. Billurəyə inandığı üçün ondan qəbz almamışdır. Göstərmişdir ki, pulları Billurəyə verən zaman yanında heç kəs olmamışdır. Həmçinin pulları Billurəyə verən zaman övladları ilə məsləhətləşməmişdir. Qeyd etmişdir ki, həyatda elə də xam qadın olmamışdır. Belə ki, Şəkidə 33 il yas məclislərinə gedərək məclis idarə etmişdir. Həmçinin Sovet dövründə şəhər sovetinin deputatı da olmuşdur. Cavabdeh dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulunu bu günə kimi verməmişdir. Buna görə də Şəki ŞRPŞ-nə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Billurə polisdə də ondan pul almadığını bildirmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəmə iclası zamanı göstərmişdir ki, Billurənin soyadını “Bayramova” kimi bilmişdir. Lakin məhkəmə iclasında məhkəmə portalından çıxarılmış foto şəkilə baxaraq X1 onun pul verdiyi şəxs olduğunu bildirmişdir. Bildirmişdir ki, yəqin ki, Billurə ərinin soyadı olan “Səfərəliyeva” soyadını götürmüşdür. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1195/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 160,95 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tələb etdiyi 23650 manat pulu cavabdehə hissə-hissə verdiyini bildirmişdir. Lakin iddiaçı məhkəmə iclasında cavabdehə 23650 manat pul verməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı cavabdehə borcun verilməsi barədə hər hansı qəbz və ya müqaviləni işə əlavə etməmişdir. Bundan başqa cavabdeh Bayramova (Səfərəliyeva) X6 ŞRPŞ-də izahat verən zaman İddiaçı 23 650 manat pul almadığını bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə, iddiaçı tərəfindən iddia tələbinin təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübutun məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, İddiaçı iddia tələbi əsaslı deyil, bu səbəbdən də İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740.1, 740.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmişdir. İddiaçı ilə cavabdeh arasında olan borc münasibətləri araşdırılmadan iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Hətda iddiaçının Şəki ŞRPŞ-yə ünvanladığı şikayət də araşdırılarkən cavabdeh polis şöbəsinə gəlməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda və həmin materialda da hazırkı iş üzrə cavabdehin deyil, X2 izahatı alınmış və məhkəmə də həmin şəxsin izahatını əsas götürmüşdür. Hansı ki, iş üzrə cavabdeh yəni iddiaçıya borcu olan şəxs Cavabdehdır. Cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış və onun iddiaya qarşı mövqeyi dinlənilməmişdir. Digər şəxsin polis orqanına verdiyi izahat əsas gətirilərək tələb təmin edilməmişdir. Cavabdehin etirazının əsası kimi istinad etdiyi hallar sübut baxımından mötəbər olmasa da məhkəmə həmin halları məqbul hesab etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməli idi. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 2(075)-1195/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1195/2022 saylı qətnaməsinin ləğv edilməsinin, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə, öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1195/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(075)-1195/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı tələb etdiyi 23650 manat pulu cavabdehə hissə-hissə verdiyini bildirmişdir. Lakin iddiaçı məhkəmə iclasında cavabdehə 23650 manat pul verməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı cavabdehə borcun verilməsi barədə hər hansı qəbz və ya müqaviləni işə əlavə etməmişdir. Bundan başqa cavabdeh Bayramova (Səfərəliyeva) X6 ŞRPŞ-də izahat verən zaman İddiaçı 23 650 manat pul almadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, tərəflər arasında razılaşma olmuş və onlar şifahi qaydada razılığa gəlmişlər. Məhkəmə buna nəzər yetirməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respubikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, hazırda mübahisələndirilən borc məbləği 23650 manatdır. Bu isə qanunvericiliyin qeyd edilən maddi hüquq normasının tələbinə əsasən 3000 manatdan çoxdur və həmin məbləğin verilməsinə dair hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi pulun borc olaraq həqiqətən cavabdehə verildiyinin sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı 23650 manat məbləğində pulun borc olaraq cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, Cavabdehr qızının Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, Cavabdehr qızı İddiaçı 23000 manat pul almadığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyaiya şikayətinin bu dəlili də əsassızdır. Apellyator apellyasiya şikayətinin başqa bir dəlili kimi göstərmişdir ki, hazırkı iş üzrə cavabdehin deyil, X2 izahatı alınmış və məhkəmə də həmin şəxsin izahatını əsas götürmüşdür. Məhkəmə kolegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır və əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mülki iş materiallarına əlavə edilmiş, Cavabdehr qızının Şəki ŞRPŞ-də verdiyi izahatını da əsas götürmüşdür. Apellyator apellyasiya şikayətinin başqa bir dəlili kimi göstərmişdir ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamış və onun iddiaya qarşı mövqeyi dinlənilməmişdir. Məhkəmə kollegiyası apellyatorun bu yanaşmaları ilə razı olmadığını qeyd edərək, bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan 30 iyun 2022-ci il tarixli məhkəmə iclasına dəvət edilmə ilə bağlı bildirişdən və onun göndərilməsinə dair reyestrdən məlum olmuşdur, iş üzrə cavabdehə rəsmi qaydada məhkəmə iclasına dəvət olunmasına dair bildiriş poçt vasitəsi ilə onun faktiki yaşadığı ünvana göndərilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə bildirişin cavabdehə çatdırılmasına dair xəbərnamələrdən göründüyü kimi cavabdeh sözügedən xəbərnamələrə imzasını qeyd etməklə, məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırıldığını təstiq etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Əlavə olaraq apellyator apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası işin hallarının tam və hərtərəfli araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməli idi. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1195/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1195/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.