Məhkəmə qərarları › İş №2(107)-1157/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1157/2021

22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1157/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı “cavabdeh "xxxx" MMC tərəfindən 18 noyabr 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh4 Şöbəsinə qarşı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən 18 noyabr 2011ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh1 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 22 fevral 2021-ci il tarixli, 2(019)- 153/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin hаllаrı : İddiа tələbi belə əsaslandırılmışdır ki, o, 23 noyabr 2000-ci ildə X9 ilə evlənmiş, nikahlarını 17 may 2001-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan üç övladı olmuşdur. X9 ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşasalar da, sonralar aralarında ailə münaqişələri başlamış, Balakən Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(019)-164/2020 nömrəli qətnaməsi iləb nikahları pozulmuşdur. Hacıyeva (Xanlayeva) Nüşabə Adil qızının anası, onun keçmiş qaynanası ilə münasibətləri yaxşı olduğu vaxtlarda 2011-ci ildə Balakən şəhərində ticarətlə məşğul olmaq üçün bazarın içərisində mağaza almaq gərarına qəlmişlər. Bu məsələ ilə bağlı onlar sabiq Balakən rayon İcra Şöbəsinin əməkdaşı X4 ilə tanış olmuşlar. X4 ona mağaza tapacağına söz vermiş və ondan bu işin müqavilində 20.000 (iyirmi min) manat pul istəmiş, o da həmin pulu Ə.İsmayılova vermişdir. Bundan sonra mağazanın alınması ilə əlaqədar sənədləşmə getməyə başlamışdır. Cavabdeh1 ilə münasibəti normal olduğundan birgə ticarətlə məşqul olmaq üçün bazarın ərazisində ümumi sahəsi 57 kv.m olan mağaza sahəsini almışdır. 2020-ci ildə o, həyat yoldaşı X8 ilə boşandıqdan sonra Cavabdeh1 məhkəməyə müraciət edərək, onun həmin mağazadan çıxarılması ilə bağlı iddia qaldırmışdır. Onun xəbəri olmadan X4 Əmlak İxtisaslandırılmış Hərrac Mərkəzində hec bir hərrac keçirmədən sənədləri qaynanası Cavabdeh1 yanına qətirmiş, ona imza etdirmiş və mağazanı Cavabdeh1 adına sənədləşdirmişdir. Bütün bu hərəkətlər həmin dövrdə Balakən rayon İcra Şöbəsində məmur işləyən X4 tərəfindən həyata keçirilmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, X4 maraqlı şəxs Balakən rayon İstehsal-İstehlak Koperativinə məxsus 34\6 saylı mağaza binasını hərrac yolu ilə satarkən İstehsal-İstehlak Kooperativinə hec bir ödəniş etməmişdir. Bundan əlavə əmlakın ilkin satış qiyməti 3600 (üç min alti yüz) manat qeyd olunduğu halda, 57 kv.m sahəsi olan mağazanın bu qiymətə qiymətləndirilməsi də düzgün deyildir. Nə o, nə də cavabdeh "xxxx" MMC-də iştirak etməmişlər, sənədləri isə İcra şöbəsinin əməkdaşı X1 Elmira Cavad qızına imza etdirmişdir. Həmin mağaza binasından hal-hazırda da o, istifadə edir və 2011-ci ildən başlayaraq, bu günədək o, həmin mağazadan fasiləsiz və etirazsız istifadə etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Apellyasiya şikаyətinin dəlilləri : Аpellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(019)-153 nömrəli qətnaməsi ləğv edilməli iddia tələbi təmin edilməlidir. belə ki, Məhkəmə hərracın ümumiyyətlə keçirilməməsini , həmçinin əgər hərrac keçirilərdisə onun orada mütləq qaydada iştirak edəcəyini nəzərə almamışdır. Mağazanın alqı-satqısı üçün o Balakən İcra Şöbəsinin sabiq İcra X2 20.000 manat məbləğində pul vermiş, lakin hərracın sənədlərində həmin məbləğ 2.295 manat göstərilmişdir. Məhkəmə mağazanın hal-hazirki dövrə qədər onun istifadəsindədir. Mağazanın alqi-satqısı üçün hərrac keçirilməmiş, sənədlər isə saxtalaşdırılmışdır. Məhkəmə həmçinin hərracın nəticələri barədə sənədləri tələb etmədən və həmin sənədlərdəki imzanın kimə məxsus olub-olmamasını aydılaşdırmadan və bu barədə xəttşünaslıq ekspertizası təyin etmədən onlardan imza nümunələri götürüb ekspertizaya təqdim etmədən əsassız və qanunsuz qərar qəbul etmişdir. Proses iştirakçılarının dəlilləri: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Vəkil Nümayəndə1 və DƏDRX-in 18 saylı Əİ məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Balakən Rayon Məhkəməsinin 2(019)-164/2020 nömrəli, 22.01.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızı ilə cavabdeh İddiaçı arasında bağlanmış və 17 may 2001-ci il tarixdə Balakən rayon VVADQ Şöbəsində 125 sayla qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 14.12.2016-cı il tarixdə doğulmuş X6 anası Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızının yanında saxlanılması,14.12.2016-cı il tarixdə doğulmuş X6 yaşayış yerinin Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızının yanında olmasının müəyyən edilməsi, ərizənin verildiyi 17 dekabr 2019-cu il tarixdən başlayaraq 14.12.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Xanlayeva (Hacıyeva) Nüşabə Adil qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li, reyestr nömrəsi **********69 olan, ********** qeydiyyat nömrəli 31.01.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi (bazar ərazisi) qeyri yaşayış binası (mağaza) 2 №li reyestr kitabının 63 №li vərəqində 31.01.2012-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması barədə şəhadətnamədən görünür ki, İddiaçı Balakən şəhəri, S.Gözəlov küçəsindəki mərkəzi bazar ərazisində olan mağazanı sığortalamış, sığorta isə 20.000 manat məbləğ təşkil edir. "xxxx" Hərracın yekunları barədə JN-685 nömrəli, 18 noyabr 2011-ci il tarixli protokoldan ğörünür ki, Cavabdeh5 məxsus 34\6 mağaza binası Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşir, qalib alıcı Cavabdeh1dır, həmin əmlakin ilkin satış qiyməti 3600 manatdır, ödənilmiş behin məbləği 614 manatdır, əmlakin hərracda satılmış son qiyməti 2295 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən bu protokol müqavilə qüvvəsinə malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən bu protokol Alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən və müvafiq dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab edilən sənəddir. Protokol sifarişçi Balakən rayon İQ-nun icra məmuru Ə.İsmayılov, hərracın təşkilatçısı "xxxx" MMC-nin direktoru İ.Bayramov və qalib alıcı Cavabdeh1 tərəfindən imzalanmışdır. 18 noyabr 2011-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə bir tərəfdən Balakən rayon İcra Qrupunun icra məmuru Ələkbər İsmayılovun şəxsində (satıcı adlandırılacaq), digər tərəfdən Cavabdeh1 (alıcı) arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh5 məxsus 34\6 saylı mağaza binası (ünvan Balakən şəhəri, S.Gözəlov küçəsi) 2295 (iki min iki yüz doxsan beş) manata qalib alıcı Cavabdeh1 satılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlaka dair rəsmiləşdirilmiş hərracın və onun nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyət toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsidir. (Mülki Məcəllənin 6cı maddəsi). 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.2-ci maddəsi). 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (MM-nin 390.4-cü maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəllənin 414.1-414.5-ci maddələrinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır; hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir; bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər; hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır; qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Hərracın nəticələrinin mübahisələndirilməsinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (MM-in 646.1-646.2-ci maddələri). Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kоllegiyаsı hesаb edir ki, аpelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı hgüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir. 1.İş materiallarından müəyyən edilir ki, Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən mağaza Balakən rayon İcra Qrupunun sifarişi əsasında hərraca çıxarılmış və "xxxx" MMCnin 18 noyabr 2011-ci il tarixdə keçirdiyi hərracda Cavabdeh1 tərəfindən müvafiq beh və sonra isə 2295 manat ödənilməklə o, həmin mağaza binasının hərracda satışının qalibi elan olunmuş, bu barədə hərracın nəticələri haqqında yekun protokola sifarişçi-Balakən rayon İQ-nun icra məmuru, "xxxx" MMC-nin direktoru və qalib alıcı Cavabdeh1 tərəfindən imza edilmiş, hərracın yekunlarına dair 18 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin mağaza binası hərracın qalibi kimi Cavabdeh1 satılmış, sonra isə Cavabdeh1 həmin mağaza binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır

2. İddiaçı 18 noyabr 2011- ci il tarixdə iddia predmetini təşkil edən mağaza üzrə keçirilən hərracda iştirak etməmiş, həmin hərracın və 18 noyabr 2011-ci il tarixli hərracın yekunu barədə əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmamışdır. Sözügedən mağaza binası 18 noyabr 2011-ci il tarixdə keçirilən hərracın yekunlarına görə həmin tarixdə hərracın sifarişçisi- Balakən rayon İcra Qrupunun təmsilçisi-icra məmuru ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında qalib- alıcı Cavabdeh1 satılmış, sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin ona məxsus olması, alqı-satqı ilə bağlı pulun onun tərəfindən verilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

3. Kollegiya hesab edir ki, İddiaçı hazırki iddianın qaldırılması üçün subyektiv hüququ, yəni bu tələb üzrə öz hərəkətlərinə hüquqi ixtiyari, başqa (borclu) şəxslərdən-hazırki iş üzrə cavabdehlərdən 18 noyabr 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və cavabdeh adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini tələb etmək hüququ və bu xüsusda özünün daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının müdafiəsi hüququ olmamışdır.

4. Subyektiv hüquqla bağlı kollegiya bildirir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilir: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (KM-nin M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(019)-153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar