Məhkəmə qərarları › İş №2(107)-1158/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1158/2020

11.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1158/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN-713 A KOD 40103018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən 0.24 ha həyətyanı torpaq sahəsindən və JN-07xx xxx 40103018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 2.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2, X3 ümumi birgə mülkiyyətlərində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0.24 ha həyətyanı və 2.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Balakən rayonu X5 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən X2, X3, İddiaçı2, X4, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 0.24 ha həyətyanı və 2.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X7 onun qaynatası, X8 isə qaynanası olmuşdur. X8 xx xxxxxx 2001ci ildə, X7 isə xx xxxx 2017-ci ildə ölmüşdür. Torpaq mülkiyyətçilərindən olan X9 onun əri olmuşdur. O xx xxxxxxxx 2013-cü ildə ölmüşdür. Cavabdeh2 onun oğludur və o hazırda Rusiya Federasiyasında olur. İddiaçılar olan İddiaçı1, İddiaçı2, İddiaçı3 aqrar islahat keçirilməzdən əvvəl evlənərək onların təsərrüfatından çıxmışlar. İddiaçılardan İddiaçı1 və İddiaçı3 torpaq sahələrindən paylarının müəyyən edilməsinə etiraz etmir. Lakin İddiaçı2 aqrar islahat keçirilməzdən əvvəl evlənərək təsərrüfatdan çıxdığından və onun yaşadığı Balakən rayonu Hənifə kəndində ona və iki nəfər ailə üzvlərinə JN 909 saylı Dövlət Aktı əsasında 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyindən İddiaçı2 0.24 ha həyətyanı və 2.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının müəyyən edilməsinə razı deyil. Məhkəmə iclasında bu məzmunda izahat verib. İddiaçı2 da ona və iki nəfər ailə üzvlərinə JN 909 saylı Dövlət Aktı əsasında 0.93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini etiraf etmişdir. Balakən rayonu X5 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən İddiaçı2 torpaq payının verilməsinin mübahisələndirilməsi və bununla bağlı inzibati məhkəmədə iddia qaldıracağıyla bağlı məhkəmə iclasında bildirib. Lakin məhkəmə hazırda iddiaçıların adlarına olan hüquq müəyyən edici sənədlərin qüvvədə olmasına əsaslanaraq işə baxıb yekun nəticə vermişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylıqətnaməsinin ləğv edilməsini və iddianın İddiaçı2 aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Balakən rayonu X5 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən X2, X3, İddiaçı2, X4, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə 0.24 ha həyətyanı və 2.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəmişlər. Dəfələrlə tələb etsələr də, cavabdehlər torpaq sahəsinin onlara məxsus hissəsinin ayrılmasına etiraz etmişlər. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X10 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeyd edilən hüquq normasının tələbinə əsasən qüvvədə olan hüquq müəyyənedici sənədlərdə-JN-713 A Kod 40103018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-07xx xxx 40103018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında İddiaçı2 birgə mülkiyyətçi olaraq qeyd edildiyindən, o da mülkiyyətçi hesab olunur və onun da öz payının ayrılmasını tələb etmək hüququ vardır. Bundan əlavə apelyator Balakən rayonu X5 xx xxx 1998-ci il tarixli 06 saylı qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisindən İddiaçı2 torpaq payının verilməsinin mübahisələndirilməsi və bununla bağlı inzibati məhkəmədə iddia qaldıracağıyla bağlı məhkəmə iclasında məlumat verməsinə baxmayaraq birinci instansiya məhkəməsinin işə baxaraq yekun məhkəmə aktı qəbul etməsindən narazıdır ki, bununla bağlı məhkəmə kollegiyası onun nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi işə yekun vurmayıb, iş üzrə icraatı o zaman dayandıra bilərdi ki, Cavabdeh1 Balakən rayonu Qazma kəndi ərazisindən İddiaçı2 torpaq payının verilməsinin mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırdığına dair məhkəməyə rəsmi sənəd təqdim etsin. Onun Balakən rayonu Qazma kəndi ərazisindən İddiaçı2 torpaq payının verilməsinin mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldıracağına dair vədi iş üzrə icraatın dayandırılması üçün əsas ola bilməzdi. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(019)-258/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar