Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-116/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(037)-78/2019 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 9678,81 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 8528 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(037)-78/2019 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 8528 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 8558 (səkkiz min beş yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına köçürülməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçının nümayəndəsi X2 tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayının 1-də cavabdehlə bir il müddətinə xx xxxxxx 2018-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında cavabdeh şirkətdə satış təmsilçisisürücü vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehlə xx xxxxxx 2017-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçı ilə aralarında olan razılığa əsasən tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 2017-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən cavabdeh şirkətə məxsus məhsulların satışı barədə danışıqlar aparmağı, məhsulların satışı üçün yeni obyektləri tapmağı, mövcud müştərilərlə daimi sıx əlaqə saxlamağı, məhsulları şirkətin anbarından qaimə ilə almağı və ticarət obyektlərində satmağı, satılmış malların pullarını hesabat şəklində şirkətin xəzinəsinə təhvil verməyi, şirkətin texnikasına və digər əmlakına məsuliyyət və diqqətlə yanaşmağı, işdən çıxarkən ərazidə olan məhsulların depozitlərini və kredit qalıqlarını şirkətin anbarına təhvil verməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdeh işə başlamış və iddiaçıya məxsus malları qaimə əsasında təhvil götürərək, satışı ilə məşğul olmuşdur. Cavabdeh müqavilə əsasında vəzifəsinə uyğun olaraq satdığı məhsulların pullarını mağazalardan yığaraq cəmiyyətin xəzinəsinə ödəməli olduğu halda vəzifəsindən sui-istifadə edərək həmin pulların bir hissəsini iddiaçının xəzinəsinə ödəməmişdir. 2018-ci ilin iyulun 21-də cavabdeh iddiaçıya olan borcunun hesabatını təqdim edərək iddiaçıya 9678,81 manat məbləğində borcunun olmasını təsdiq edərək hesabat cədvəlini imzalamış və məzuniyyətə çıxmışdır. Cavabdeh məzuniyyət müddəti bitdikdən sonra işə çıxmadığından iddiaçının nümayəndələri tərəfindən ona xəbərdarlıq edilərək işə çıxması və satdığı məhsulların pulunu iddiaçının xəzinəsinə ödəməsi tələb edilmişdir. Buna baxmayaraq cavabdeh işə çıxmamış və iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. 2018-ci ilin oktyabrın 24də iddiaçının maddi məsul şəxsləri tərəfindən cavabdehin iş fəaliyyəti araşdırılmışdır. Araşdırma zamanı cavabdehin iddiaçıya məxsus anbardan qaimə əsasında 9678,81 manat dəyərində malı aldığı və aldığı malları ticarət obyektlərində satsa da həmin məbləği iddiaçının xəzinəsinə ödəməyərək mənimsədiyi müəyyən edilmişdir. 2018-ci ilin oktyabrın 24-də cavabdeh işə gəlmədiyindən və iddiaçıya olan borcunu ödəmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. 2019-cu ilin yanvarın 21də cavabdeh iddiaçıya məxsus müəssisəyə gələrək borc məbləğinin araşdırılmasını xahiş etmişdir. Cavabdehin xahişi əsasında yeniden araşdırma aparılmışdır. Araşdırma zamanı 9678,81 manat borc məbləğindən 1150,81 manat məbləğinin cavabdeh tərəfindən iddiaçının xəzinəsinə ödənildiyi müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən akt tərtib olunsa da cavabdeh həmin aktı imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair vaxt verilsə də, sonuncu borcu ödəməyəcəyini bildirmişdir. Hazırda cavabdehin iddiaçıya 8528 manat məbləğində borcu qalmışdır. İddiaçı cavabdehin borcunu ödəmədiyindən əmin olduqdan sonra məhkəməyə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəməyə 30 manat məbləğində vəsait sərf etmişdir. İddiaçı cavabdehdən 8528 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin hesabına köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Beləki, birinci instansiya məhkəməsi tərəfindən demək olar ki, heç bir araşdırma aparılmamış, iddiaçı tərəfindən iddanın əsası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında da göstərmişdir ki, onunla iddiaçı arasında bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus malları qaimə əsasında anbardan təhvil götürərək ticarət obyektlərinə satmış və satdığı malların pullarını isə iddiaçının xəzinəsinə ödəmişdir. O, iddiaçı tərəfindən ayrılmış ərazidə işlədiyi vaxt sonuncu ona ayrılmış ərazinin qonşuluğunda yerləşən mağazaları da onun ərazisinə daxil edərək həmin mağazaların borclarını da onun adına vurmuşdur. 2017-2018-ci illərdə iddiaçıya məxsus müəssisədə işlədiyi müddətdə götürdüyü malları ticarət obyektlərində sataraq xəzinəyə ödəsə də, sonuncu məhkəməyə bir il ərzində ödədiyi ödəniş qəbzlərinin hamısını deyil, yanlız üçünü təqdim etmiş, qalan ödəniş qəbzlərini isə məhkəməyə təqdim etməmişdir. O, iddiaçının anbarından qaimə əsasında götürdüyü malları ticarət obyektlərində sataraq xəzinəyə ödəməsinə baxmayaraq, sonuncu tərəfindən ona borc yazıldığından tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. 2018-ci il tarixdə iddiaçıya məxsus müəssisədə işlədiyi vaxt məzumiyyətə çıxmış və məzuniyyətdə olduğu vaxt sonuncu ona xəbərdar etmədən 2018-ci ilin oktyabr ayında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Lakin bu günə kimi ona həmin ərmin surəti rəsmi qaydada təqdim edilməmiş və o, həmin əmri məhkəmədə mübahisələndirə bilməmişdir. İddiaçının onun adına yazdığı borcun bir hissəsi onun təhvil götürmədiyi və sonradan onun ərazisinə daxil edilmiş mağazaların borcudur. O, iddiaçıya məxsus müəssisədə işlədiyi müddətdə sonuncuya heç bir borcu qalmamışdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçı tərəfindən məzuniyyətə göndərilmiş, sonra da onun xəbəri olmadan işdən azad edilmişdir. Cavabdeh iddiaçı tərəfdən qeyd olunan malları rəsmi qaimələr əsasında götürsə də, aralarında olan etibar və etimada görə qeyri-rəsmi, yəni heç bir rəsmiyyət aparılmadan qaytarmışdır. Yaranmış borcla bağlı cavabdeh dəvət edilmiş, lakin cavabdeh həmin borcla razılaşmadığından akta imza etməmişdir. Sonuncu ekspert rəyindən də göründüyü kimi xx.xx.2018-ci il tarixli hesabat cədvəlində olan imza cavabdehə məxsus deyil. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(037)-78/2019 nömrəli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(037)-78/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; xx xxxxxx 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək əmək müqaviləsi bağlanmış və sonuncu müqavilənin 3.1-ci bəndinə əsasən şirkətə məxsus məhsulların satışı barədə danışıqlar aparmağı, məhsulların satışı üçün yeni obyektləri tapmağı, mövcud müştərilərlə daimi sıx əlaqə saxlamağı, məhsulları şirkətin anbarından qaimə ilə almağı və ticarət obyektlərində satmağı, satılmış malların pullarını hesabat şəklində şirkətin xəzinəsinə təhvil verməyi, şirkətin texnikasına və digər əmlakına məsuliyyət və diqqətlə yanaşmağı, işdən çıxarkən ərazidə olan məhsulların depozitlərini və kredit qalıqlarını şirkətin anbarına təhvil verməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və tərəflər müqavilənin şərtləri ilə tanış olaraq öz imzaları ilə təsdiq etmişlər. xx xxxx 2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə İddiaçı MMC-yə olan borcunun hesabatını təqdim edərək İddiaçı MMC-yə 9678,81 manat məbləğində borcu olmasını qəbul etmiş və heç bir etirazının olmadığını qeyd edərək hesabat cədvəlini imzalamışdır. xx xxxxxx 2019-cu il tarixli aktın surətindən görünür ki, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Azər Abuzərov, audit Kərim Kərimov və satış təmsilçisi Cavabdeh iştirakı ilə sonuncunun İddiaçı MMC-yə olan borcunun dəqiqləşdirilməsi məqsədi ilə xx xxxxxx 2019cu il tarixdə akt tərtib olunmuşdur. Həmin aktda Cavabdeh İddiaçı MMC-yə olan 9678,81 manat borcundan 1150,81 manatını ödədiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu 8528 manat təşkil edir. Aktın tərtib olunmasında iştirak edən İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi Azər Abuzərov və audit Kərim Kərimov tərtib olunmuş aktı imzalasalar da satış təmsilçisi Cavabdeh həmin aktı imza etməkdən imtina etmişdir. Apelyasiya icraatı zamanı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 27293 nömrəli rəydən görünür ki, mülki işin 16-17-ci vərəqlərində yerləşən xx xxxx 2018-ci il tarixli şirkətə olan borcun hesabat cədvəlində “satış təmsilçisi” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsinin izahatından, eləcə də tədqiq olunmuş sənədlərdən müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında sonuncunun öhdəliyi ilə xx xxxxxx 2017-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən cavabdeh şirkətə məxsus məhsulların satışı barədə danışıqlar aparmağı, məhsulların satışı üçün yeni obyektləri tapmağı, mövcud müştərilərlə daimi sıx əlaqə saxlamağı, məhsulları şirkətin anbarından qaimə ilə almağı və ticarət obyektlərində satmağı, satılmış malların pullarını hesabat şəklində şirkətin xəzinəsinə təhvil verməyi, şirkətin texnikasına və digər əmlakına məsuliyyət və diqqətlə yanaşmağı, işdən çıxarkən ərazidə olan məhsulların depozitlərini və kredit qalıqlarını şirkətin anbarına təhvil verməyi öhdəsinə götürsə də iddiaçıya məxsus anbardan qaimə əsasında 9678,81 manat dəyərində malı alaraq ticarət obyektlərində satmış və iddiaçıya 9678,81 manat məbləğində borcunun olmasını təsdiq edərək hesabat cədvəlini imzalasa da, qeyd edilən borc məbləğini ödəməmişdir. 2019-cu ilin yanvar ayında cavabdehin xahişi əsasında yenidən araşdırma aparılmış və 9678,81 manat borc məbləğindən 1150,81 manat məbləğinin iddiaçının xəzinəsinə ödənildiyi müəyyən edilmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq iddiaçı tərəfindən akt tərtib olunsa da cavabdeh həmin aktı imza etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının anbarından qaimə əsasında götürdüyü malı sataraq pulunu iddiaçının xəzinəsinə ödədiyini bildirsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti şəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, cavabdeh tərəf iddiaçıdan qaimələr əsasında götürmüş olduğu malların pulunu qaytardığını bildirsə də, məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin bu dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəfin özünün izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli, 27293 nömrəli rəyinə münasibətdə isə kollegiya qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Çünki ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, əgər həmin ekspert rəyində xx.xx.2018-ci il tarixli hesabat cədvəlindəki imzanın cavabdehə məxsus olmaması göstərilsə də, bundan əvvəlki, yəni xx.xx.2019-cu il tarixli, 8129 nömrəli ekspert rəyində (mülki iş səh.194-198) isə malın təhvil götürülməsinə dair qaimələrdəki imzaların cavabdehə məxsus olması bildirilmişdir. Bu halda kollegiya ona görə xx.xx.2019-cu il tarixli, 8129 nömrəli ekspert rəyini daha mötəbər sübut kimi qəbul edir ki, cavabdehin məhz həmin rəydəki qaimələrlə mal götürülməsi sübut olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddiаnın tаm təmin оlunmаsı üçün yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı iddiа tələbinin təmin edilməsini nəzərə аlаrаq, bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci Cavabdeh аid edilməli və məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 179 manat оndаn alınaraq Dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.1, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(037)-78/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 179 manat məhkəmə ekspertiza xərci Cavabdeh alınaraq Dövlət büdcəsinə- AZ.MEM. VÖİN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-116/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-116/2020
21.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver