Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1163/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndərov oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh1 iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 inzibati ərazi dairəsində Hüseynov Qüdrət Camaləddin oğlunun mülkiyyətində 2 mərtəbəli 5 otaqlı 273,20 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evinin və 0,1556 hektar torpaq sahəsinin olmasına dair RX seriyalı 1255752 №li reyestr çıxarışı və fərdi yaşayış evinin Texniki pasportunun əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi, Balakən rayonu Qazma kənd inzibati dairəsində olan X3 və Hüseynova Fatma Həlləc qızının ər-arvad kimi ümumi mülkiyyətlərində olan, 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı 270,30 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evi və 0,1556 ha torpaq sahəsi onların birgə mülkiyyətləri hesab edilməsi və onlara daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texniki pasportun verilməsi, ünvan 1 inzibati ərazi dairəsində yerləşən valideynlərə məxsus olan həyətyanı torpaq sahəsində atasının miras əmlakına vərəsə olaraq idarə etməyə faktiki başladığını şəksiz nümayiş etdirməklə, Azərbaycan Respublikası MMnin 1243.2-ci maddəsi ilə mirası qəbul etmiş hesab edilən İddiaçı2 oğlunun, miras olaraq qəbul edilmiş həyətyanı torpaq sahəsində valideynlərin övladlar arasında aparılan torpaq bölgüsünə və vəsiyyətlərinə müvafiq olaraq öz ailəsi üçün şəxsi vəsaiti hesabına tikilmiş 2 mərtəbəli 5 otaqlı 273,20 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texnik pasportun verilməsi , ünvan 1ində yerləşən 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 237,20 kv/m yaşayış sahəsi olan, atası X3 mülkiyyətində qanunsuz olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinə oğlu olaraq Cavabdeh1 köçürülməsinə dair Balakən Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 valideynləri Hüseynov Qüdrət Camaləddin oğlunun və İddiaçı1 ümumi mülkiyyətlərində olan 1986-cı ildə tikilmiş 1 mərtəbəli, 4 otaqlı 270,30 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinə köçürülmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 Həlləc qızı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 1255752 nömrəli Cıxarışın ləğv edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən mərhum Hüseynov Qüdrət Cəmaləddin oğlunun adına qeydə alınmış 273,30 kv/m sahəsi olan evə mülkiyyət hüququnun tanınması və cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı evə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiasına cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 1255752 nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsinə aid hissədə xitam verilmişdir. Bundan sonra İddiaçı1 Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)- 714/2019 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2019cu il tarixli, 2(019)-714/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(107)-2966/2019 nömrəli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 saylı qərardadı ləğv edilərək mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(107)- 1462/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(014)- 714/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu apelyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 valideynləri olan, İddiaçı1 və mərhum atası X5 birgə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1ində yerləşən həyətyanı və pay torpaq sahələrindən, 1986-cı ildə yeniləşdirilərək tikilmiş, 9 nəfər bacı və qardaşların boya-başa çatdığı 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən vərəsə olaraq pay almaqla, maneəsiz olaraq həmin evdə yaşamaq hüququndan və imkanından istifadə etməli olduğu halda, istifadə etməmiş, atasının vəfatından sonra ədalətsizlik göstərərək, bəslədiyi münasibət nəticəsində, valideynlərinin razılığı ilə həyətyanı torpaq sahəsində, böyük oğul İddiaçı2 tərəfindən öz vəsaiti hesabına, ailəsi üçün 2010-cu ilin axırlarında tikib başa çatdırdığı, yaşamağa başladığı 2 mərtəbəli 5 otaqlı, 273,20 kvadrat metr yaşayış sahəsi olan təzə evi ələ keçirmək məqsədilə, təsərrüfatın böyüyü İddiaçı1 olmasına baxmayaraq, onun xəbəri olmadan, 2018-ci ilin yanvar ayında Qazma kənd inzibati ərazi dairəsinə müraciət etmiş, Mehmana məxsus olan bu təzə evin 9 il əvvəl vəfat etmiş atası X8 tərəfindən 2009-cu ildə tikilməsinə dair həqiqətə uyğun olmayan məlumatlar daxil edilmiş 15 yanvar 2018-ci il tarixli, 80 №-li arayışı onun adına almış, həmin arayışın alınmasından onun və evin faktik sahibi İddiaçı2 xəbəri olmadan ondan istifadə edilərək, əvvəl Cavabdeh7na müraciət edilmiş, oradan ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə atası Qüdrət Hüseynovun miras əmlakının reyestr qeydiyyatına alınmasına dair notariusun 27 yanvar 2018-ci il tarixli, 82 №-li məktubunu alaraq istifadə etmış, İddiaçı2 faktik olaraq məxsus olan təzə evin atası X5 məxsus olmasına dair dövlət qeydiyyatı barədə 15 mart 2018-ci il tarixli, PX seriyalı ******* N-li reyestr çıxarışı və 27 fevral 2018-ci il tarixli inventar nömrəsi 1275 olan Texniki pasport almışdır. Bundan başqa Cavabdeh1 əldə etdiyi yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən istifadə edərək, İddiaçı2 məxsus olan təzə evə özünün köçürülməsinə dair Balakən Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(019)- 915/2018 №-li qətnaməsinin çıxarılmasına nail olmuş, həmin qətnamənin icrası barədə Balakən rayon İcra Şöbəsi tərəfindən müvafiq akt tərtib edilməsinə baxmayaraq, Cavabdeh1 faktik olaraq yaşamaq üçün həmin evə köçməmışdır. ünvan 1 inzibati ərazi dairəsinin 04 saylı təsərrüfatbaşına kitabın 176 səhifəsində olan qeydlərdən görünür ki, mərhum X3 2009-cu ildə təzə ev tikilməsinə dair qeydiyyatı yoxdur, bununla bağlı Qazma kənd inzibati ərazi dairəsinin heç bir vəzifəli şəxsi onların həyətinə daxil olub, bu təzə evin qeydiyyatı, kimə məxsus olmasına dair heç bir məlumat soruşulmamışdır. Təzə ev tam qeydiyyatsız olmuşdur. Lakin əri Qüdrətin 30 avqust 2010- cu ildə vəfatından sonra, həmin ilin oktyabr ayında o öz təşəbbüsü ilə Qazma kənd İƏD-nə getmiş, dairənin müavini Cərullah Şindiyevlə görüşüb ərinin vəfat edilməsindən sonra təsərrüfatın rəhbəri olmasını, onun və Qüdrətin vərəsəsi olan, boyük oğlu İddiaçı2la birlikdə təsərrüfatı idarə etdiklərini, valideyinlərin və ailə üzvülərinin hamısının razılığı ilə həyətlərində 2003-cü ildən başlanaraq tikilmiş 2 mərtəbəli evin İddiaçı2 məxsus olmasını bildirmiş, belə də qeydə alınmasını Qazma kənd İƏD-si nümayəndəsinin müavini Cərullah Şindiyevdən xahiş etmişdir. O da göz aydınlığı verib, böyük oğlu Mehmanın bu evi tikməsinə görə onu təbrik etmiş, dairənin təsərrüfatbaşına kitabını açaraq orada ona imza etdirmiş və bildirmişdir ki, bundan sonra ana olaraq bu təsərrüfatın sahibi olduğunu söyləmişdir. Cərullah Şindiyevin ona imzalatdığı kitaba nə yazdığını bilməmiş, onu oxumamış, düşünmüşdür ki, o, bu kitaba 2 mərtəbəli evi İddiaçı2 tikdiyini qeyd etmiş olmalıdır. Sonradan məlum olmuşdur ki, Cərulla sadəcə onu dinləyib, təzə ev barədə həmin ilə dair verdiyi heç bir məlumatı kitaba qeyd etməmiş, bu təzə evin guya 2015-ci ildə tikilməsinə dair 2018-ci ilin yanvar ayında arxa tarixə qeydiyyat aparmışdır. Bütün qeyd etdiklərini nəzərə almayan Cərulla Şindiyev 8 il keçəndən sonra ən kiçik oğlu Cavabdeh1 2018- ci ilin yanvar ayında Qazma kənd İƏD-nə müraciət etməsi ilə, ona məlum olmayan səbəbdən atası Qüdrət Hüseynovun 2009-cu ildə tikilmiş fərdi yaşayış evinə sahib olması və 0,16 ha həyətyanı torpaq sahəsinə malik olmasına dair 15.01.2018-ci il tarixli, 80 №-li arayış vermişdir. Həmin arayış natamam məzmuna malik olmuş, orada ancaq təzə evin tikilmə tarixi göstərilmiş, bu evin sahəsi, mərtəbəsi, otaqların sayı barədə heç bir məlumat qeyd edilməmişdir. Əslində isə Qazma kənd İƏD-nin təsərrüfatbaşına kitabında onların həyətyanı torpaq sahəsində 2009-cu ildə tikilmiş evin olmasına dair heç bir qeyd, məlumat daxil edilməmişdir. Belə olduğu halda Qazma kənd İƏD-nin verdiyi 15 yanvar 2018-ci il tarixli, 80 №-li arayışda Qüdrət Hüseynovun 2009-cu ildə tikilmiş evin olmasına dair məlumatın qeyd edlməsinin hər hansı bir hüquqi əsası olmamışdır, həmin məlumat həqiqətə uyğun deyildir. Təzə evin tikilməsi 2003-cü ildə başlamış,İddiaçı2 bu evə noyabr-dekabr 2010-cu ildə köçmüşdür. Cavabdeh hesab edilən Balakən rayon notariusu Cavabdeh1 atasının miras əmlakından pay almaqla bağlı heç bir araşdırma aparılmamış, miras əmlakın hansı əmlak olmasını müəyyən etməmiş, bütün qanun üzrə olan vərəsələri dəvət edib miras əmlakın bölgüsü və şəhadətləndirilməsinə dair yekdil bir rəyin formalaşmasını təmin etmək tədbiri görməmişdir. Bundan başqa notarius Q.Şahid1 miras qoyduğu əmlakın hansı əmlak olduğu qeyd edilməyən, ümumi cümlələrdən ibarət yazılmış 27 yanvar 2018ci il tarixli, 82 №-li məktubla DƏDRX 18 saylı Ərazi İdarəsinə müraciət etmiş və Hüseynov Qüdrət Cəmaləddin oğluna reyestr çıxarışının verilməsini xahiş etmişdir. X1 faktik məxsus olmayan, onun tərəfindən tikilməmiş 2 mərtəbəli 273,20 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evinə PX seriyalı ******* №-li reyestr çıxarışı verilmişdir. X22 əslində məxsus olan 1 mərtəbəli 4 otaqlı ev dövlət qeydiyyatından gizlədilmişdir, İddiaçı2 faktik olaraq məxsus olan, onun tərəfindən tikilmiş, lakin hələlik mülkiyyət hüququnun tanınması dair sənədləşmə aparılmamış evə Cavabdeh1 köçürülməsinə qanunsuzluqla şərait yaradılmışdır. Elə bu səbəbdən də Qazma kənd İƏD əvvəlki illərə aid olan, 5 illik müddətə açılmış olan Qazma kənd İƏD-nin təsərrüfatbaşına kitabın bağlanıb təhvil verilməsini, onun hesabatlarının Balakən rayon Statistika İdarəsinə təhvil verilmiş olmasını nəzərə alaraq, Cavabdeh1 2018-ci ilin yanvar ayında etdiyi müraciəti ilə əlaqədar müəyyən saxtakarlıqlar etməyə məcbur qalmış və həyətlərində yeni tikilmiş 2 mərtəbəli evin məhz Qüdrət Hüseynovun vəfatından 1 il əvvəl, onun sağlığında, onun tərəfindən tikilməsi görüntüşünü yaratmaq üçün, bu təzə evin 2009-cu ildə tikilən ev kimi göstərilmiş 15 yanvar 2018-ci il tarixli, 80 №-li arayış vermişdir. Lakin bunun təsərrüfatbaşına kitabın 2009-cu ilə aid olan qrafasına qeyd apara bilməmişdir. Arayışda evin tikilməsinə dair qeyd edilən tarix təsərrüfatbaşına kitabda yoxdur. Nəticədə valideynlərin vasitəsilə qanun üzrə vərəsə olan İddiaçı2 mülkiyyətinin toxunulmazlığı hüququ pozulmuş, onun tərəfində öz ailəsi üçün tikilən evin 8 il əvvəl vəfat etmiş atası Qüdrət Hüseynov tərəfindən tikildiyini iddia edən dövlət qeydiyyatı barədə reyestr çıxarışı verilmişdir. DƏDRX 18 saylı ZƏİ-si Qazma kənd İƏD-sinin mülkiyyət barədə sənəd vermək hüququnda olamamasını, onun verdiyi arayışın ancaq məlumat xarakteri daşıdığını bildiyi halda, həmin arayışı sahiblik hüququ yardan sənəd kimi qanunsuz olaraq nəzərə almışdır. Sahiblik hüququ verən aktlara Dövlət notarial orqanlar tərəfindən verilən şəhadətnamələr, müvafiq İcra Hakimiyyəti və Bələdiyyə orqanlarının verdikləri aktlar, məhkəmə qərarı və sair hüquqmüəyyən edən sənədlər olduğu halda, Qazma kənd ƏİD-nin verdiyi arayış əsas tutularaq, İddiaçı2 tikdiyi evə mülkiyyət hüququndan məhrum edilmiş, ona məxsus evin atası Qüdrət Hüseynova məxsus olmasına dair hüquqi qeydiyyata dair reyestr çıxarışı verilərək qanunsuzluğa yol vermişdir. Əslində onların həyətyanı torpaq sahəsində ər-arvad kimi onun və Qüdrət Hüseynovun birgə mülkiyyətində olan, 1965-ci ildə tikilmiş, 1986-cı ildə yeniləşdirilərək tikilmiş 1 mərtəbəli 4 otaqlı, 270,30 kv. metr yaşayış sahəsi olan, hər cür kommunal şəraitə malik, geniş dəhlizli fərdi yaşayış evi və 70 kvadrat metr sahəsi olan Yardımçı Təsərrüfat tikilisi vardır. Bu evdə o, 9 övlad boyüdüb boya-başa çatdırmış, ən kiçik oğlu Cavabdeh1 olmuş, Sabitdən başqa bütün övladlar həmin evdən ailə qurub köçüb getmişlər, onlardan 4-ü Rusiya Federasiyasının vətəndaşlarıdırlar, orada yaşayırlar. Valideynlərin və bütün ailə üzvülərinin məsləhəti və razılığı ilə böyük oğlu İddiaçı2 öz maddi vəsaiti hesabına ailəsi üçün həyətyanı torpaq sahəsində 2 mərtəbəli 5 otaqlı, 273,20 kv. metr yaşayış sahəsi olan fərdi yaşayış evi tikmiş, 2010-cu ilin axırlarında yaşamaq üçün həmin evə köçmüşdür. 30 avqust 2010-cu ildə vəfat edənə qədər əri Qüdrət ailəsinə məxsus olan 1 mərtəbəli evdə yaşamış və orada da vəfat etmişdir, lakin böyük oğlu İddiaçı2 atasına olan hörmətinə və qohum-qonşu gözündə hörmətli olması üçün ondan icazə alıb, atasının cənazəsinin götürülməsini hələ ancaq 1-ci mərtəbəsi tikilib hazır olan təzə evdən həyata keçirmişdir. İndi də Cəmilə, İlham, Sabit birləşib ədalətsizlik edərək, Mehmanın halallıqla tikdiyi evi əlindən almaq üçün hər cür qanunsuzluqlara, saxtakarlıqlara əl atırlar. Oğlu Cavabdeh1 2017-ci ildə ona məxsus olan şəxsiyyət vəsiqəsini, əri Qüdrətin ölüm şəhadətnaməsini, Torpaq aktını, Mehmana məxsus olan Əmək kitabçasını, diplomunu oğurlayıb evdən çıxıb getmişdir. Sənədlərin oğurlanması və Cavabdeh1 balta ilə hücum edib böyük qardaşı İddiaçı2 öldürməyə cəhd etməsi, nəticədə bədən xəsarətləri yetirməsinə dair ərizə ilə o və İddiaçı2 tərəfindən Balakən Rayon Polis Şöbəsinə müraciət edilməsinə baxmayaraq, zorakı əmələ düzgün hüquqi qiymət verilməmiş, sənədlərin oğurlanması faktına ümumiyyətlə baxılmamışdır. Qeyd edilən qanunsuzluqlar nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Cıxarış ləğv edilməli, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayış etibarsız hesab edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçılar apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, Balakən rayon Məhkəməsi tərəfindən 02 sentyabr 2019-cu il karixli 2(019)-714\2019 nömrəli qətnaməsindən və Balakən rayon kləhkəməsinin 02 sentyabr 2(019)-714 nömrəli qərardadından apellyasiya şikayətləri verilsə də, Balakən rayon Məhkəməsində saxtakarlığı yol verilərək, qətnamədən verilmiş şikayət apelyasiya məhkəməsinə göndərilmiş, lakin qərardaddan verilmiş şikayət isə apelyasiya məhkəməsinə vaxtında göndərilməmiş və qətnamədən verilmiş şikayət baxılıb qurtardıqdan sonra qərardad apelyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019cu il tarixli, 2(107)- 2966\2019 saylı qərardadı ilə iddiçılar İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(019)- 714\2019 saylı qərardadı ləğv edilərək mülki iş məhkəmənin icraatına daxil edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadın baxılması zamanı müəyyən edilmişdir ki, Balakən İHB-nin Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış ki, RX seriyalı 11255752 nömrəli çıxarışın verilməsi üçün əsas olmuş arayışın verilməsi üçün Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016,2017,2018,2019,2020-ci il üçün 4 nömrəli təsərüffatbaşı kitabının 176-cı vərəqəsində olan V. Təsərrüfata məxsus tikililər bəndinin 1. Yaşayış evi, mənzili(altından xətt çəkilməməli), onun tikildiyi il qrafasındakı 2009 rəqmlərindən 200 rəqmlərinin yerində əvvəlcə 196 rəqmləri olub ,sonradan üzərinə ağardıcı boya çekərək və əlavə cizgiləri alınaraq indiki rəqəmlər icra edilmişdir;tədqiq olunan 2009 rəqəmlərindən 9 rəqəminin yerində düzəlişlər yerli və intensiv olduğu üçün ,həmin rəqəmin yerində əvvəlcə hansı rəqəmin olduğunu müəyyən etmək mümkün olmadı. Məhkəmə işdə olan ekspert rəyinə hüquqi qiymət vermədən 15 yanvar 2018-ci il tarxdə verilmiş 80 nömrəylə qeydə alınmış RX seriyalı ******* çıxarışın verilməsi üçün əsas olmuş Qazma kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyin arayışını ləğv etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin həqiqi hallarını araşdırmadan cavabdeh Balakən İcra hakimiyyəti Başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cərullah Şindiyevin Məhkəmədə vermiş olduğu ifadəsini “yəni nümayəndəliyin 2016,2017,2018,2019,2020-ci il üçün 4 nömrəli təsərrüfatbaşı kitabın 176-cı vərəqəsində həqiqətən 1986-cı ilin əvəzinə 2009-cu il yazdığını etiraf etsə də məhkəmə həmin etirafı iddianın təmin edilməsi üçün əsas hesab etməmişdir. Ona görə də Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)- 16/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində 0.1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv/m sahəsi olan fərdi yaşayış evi X4 tam və 0.16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 Həlləc qızının, X25 qızının, X12, Cavabdeh1 Qüdrət oğlunun, Hüseynov Zəminə Qüdrət qızının və Hüseynova Könül Yolçu qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 inzibati ərazi dairəsi tərəfindən 24.04.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Qazma kənd inzibati ərazi dairəsinin 04 saylı təsərrüfatbaşına kitabın 176-cı səhifəsində mərhum Hüseynov Qüdrət Cəmaləddin oğlunun adına 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı yaşayış evi və 0.16 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 iyul 2018-ci il tarixli,**********90 nömrəli İddiaçı1 Həlləc qızına ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, mərhum əri X9 ilə birgə nikah dövründə əldə etdiyi ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə dair 24.07.2018ci il tarixli ərizəsinə və həmin ərizənin icraatda olmasına dair arayışın verilməsi barədə 27.07.2018-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında 0.1559 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2009-il tarixində inşa edilmiş fərdi yaşayış evi mərhum əri X4 tam mülkiyyətində, torpaq sahəsi isə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla 15 mart 2018-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX ******* saylı reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində 1986ci il tarixində inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün 15 mart 2018-ci il tarixli RX 12555752 düzəliş edilməlidir. Odur ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında «Azərbaycan Respublikasının qanunun 8-ci və 10-cu maddələrinə əsasən, şəxsiyyətini təsdiq edən sənəd Daşınmaz Əmlak üzərində hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (15 mart 2018-ci il tarixli RX ******* saylı «Daşınmaz Əmlakın Dövlət Reyestindən çıxarışın əsli) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə ünvan 1i ünvanında 1559 kvm torpaq sahəsi üzərində yerləşən 1986-cı il tarixində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. JN 244 A KOD 40103018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə X6, İddiaçı1 Həlləc qızına, Şahid1 Qüdrət qızına, X15, Cavabdeh1, X13 və X16 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 05 oktyabr 2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı1 Həlləc qızı ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən ünvan 2i ünvanında yerləşən, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu İddiaçı2 Qüdrət oğluna vəsiyyət etmişdir. Balakən Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(019)-965/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə ünvan 1ində yerləşən X2, İddiaçı1, X10, X12, Cavabdeh1, X11 və X14 ümumi birgə mülkiyyətində olan reyestr nömrəsi **********88-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsindən və JN-244A KOD-40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1, X10, X12, X7, X14 hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 Balakən rayonu Qazma kəndində yerləşən Hüseynov Qüdrət Cəmaləddin oğluna məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 273.20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. 30 aprel 2020-ci il tarixli, 5/08 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Qazma kənd inzibati ərazi dairəsinin 2016-cı il, 2017ci il, 2018-ci il, 2019-cu il, 2020-ci il üçün 4 nömrəli Təsərrüfatbaşına Kitabının 176-cı vərəqəsində olan «V.Təsərrüfata məxsus tikililər» bəndinin «1.Yaşayış evi, mənzil (altından xətt çəkilməli), onun tikildiyi il» qrafasındakı «2009» rəqəmlərindən «200» rəqəmlərinin yerində əvvəlcə «196» rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkərək və əlavə cizgiləri alınaraq indiki rəqəmlər icra edilmişdir; tədqiq olunan «2009» rəqəmlərindən «9» rəqəminin yerində düzəlişlər yerli və intensiv olduğu üçün, həmin rəqəmin yerində əvvəlcə hansı rəqəmin olduğunu müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2020-ci il tarixli, 5/08 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 61,52 manat təşkil edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və X18 haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 180.1-180.3-cü maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Cavabdeh1 iddiaçılardan İddiaçı1 oğlu, İddiaçı2 isə qardaşıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə X6, İddiaçı1 Həlləc qızına, Şahid1 Qüdrət qızına, X15, Cavabdeh1, X13 və X16 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin həyətdə 1986-cı ildə inşa olunmuş və 2008-ci ildən sonra inşa olunmuş iki fərdi yaşayış evi vardır. 1986-cı ildə inşa olunmuş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan tikilmiş ikinci ev Cavabdeh3 82 nömrəli, 27 yanvar 2018-ci il tarixli məktubuna və Balakən rayon İH Qazma kənd İƏD üzrə nümayəndənin 80 nömrəli 15 yanvar 2018-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 avqust 2010-cu ildə ölmüş X4 adına daşınmaz əmlakın dövlət reyestrində15 mart 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı2 sözügedən evin özü tərəfindən inşa edildiyini göstərərək, həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(019)-714/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı evə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Apelyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13.06.1979- cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, ünvan 1ində 0.1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv/m sahəsi olan fərdi yaşayış evi X4 tam və 0.16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 Həlləc qızının, X25 qızının, X12, Cavabdeh1 Qüdrət oğlunun, Hüseynov Zəminə Qüdrət qızının və Hüseynova Könül Yolçu qızının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni sözügedən daşınmaz əmlaklara dair çıxarış mövcuddur və qüvvədədir. Eyni zamanda İddiaçı2 sözügedən evin özü tərəfindən inşa edildiyini göstərərək, həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, lakin həmin tələblə bağlı işə məhkəmədə baxılmış və iddia rədd edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə iddia predmetini təşkil edən evin İddiaçı2 hər hansı hüquqla məxsus olması muüəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa iddiaçılar həmçinin RX seriyalı ******* nömrəli Cıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürmüşlər. İddiaçılar sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı ləğvini tələb etdiyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88- 10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə 30 aprel 2020-ci il tarixli, 5/08 nömrəli sənədlərin texniki ekspertizasının rəyini də iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyində təsərrüfatbaşına uçot kitabında sözügedən tikilinin tikildiyi il üzrə müəyyən düzəlişlər olduğu qeyd edilsə də, həmin rəy həmin tikilinin mərhum Qüdrət Hüseynov tərəfindən deyil, İddiaçı2 tərəfindən tikilməsini və İddiaçı2 xüsusi mülkiyyətində olmasını müəyyən etmir. Digər tərəfdən həmin ekspertiza rəyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88- 10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq etmir. Həmin çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqmüəyyənedici sənədlər əsasında verilmiş və hüququn qeydiyyatı qanunamüvafiq qaydada həyata keçirilmişdir. Həmin qeydiyyata münasibətdə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Ona görə də həmin ekspertiza rəyi iddia tələbinin əsaslılığını sübut etmir. Məhkəmə onu da qeyd edir ki, Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayış heç bir hüquqi nəticə yaratmadığından və 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qeydə alınması üçün hüquqi əsas hesab edilmədiyindən etibarsız hesab edilə bilməz. Belə ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 8.0.9-cü madldəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10-cu maddəsinə əsasən- 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd edilməlidir ki, 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi üçün qanunda nəzərdə tutulmuş yuxarıda sadalanan halların və əsasların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir və iddiaçı da tələb etdiyi çıxarışın ləğv edilməsi və arayışın etibarsız sayılması üçün qanunda göstərilmiş halların və əsasların mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1163/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1163/2021
08.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver