Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1167/2022 02.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(075)-919/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 08 fevral 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala- Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. 24 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən Qala Sığorta tərəfindən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində onun səhhətinə dəymiş ağır xəsarətlə bağlı xəsarətə görə sığorta şirkətinin ödədiyi 1500 manat məbləğində pulun alınıb ona qaytarılması, bundan sonra əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci və qəza nəticəsində çəkdiyi ağrı və iztirablara görə 1000 manat ziyanın onun xeyrinə və iddianın qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclası zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı onun atasıdır. 08 fevral 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Həmin hadisə ilə bağlı Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 tərəfindən ibtidai istintaq aparılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh onun atası İddiaçı xəsarəti ilə bağlı cəkəcəyi bütün xərcləri öz üzərinə götürmüşdür. Buna görə də İddiaçı humanistlik edərək hələ tam sağalmamış şikayətçi olmaması barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Buna görə də həmin iş üzrə icraata xitam verilmişdir. Hətta, İddiaçı sığorta kimi verilməli olan 1500 manatı da Cavabdeh almışdır. Belə ki, iddiaçı sığorta şirkəti tərəfindən iddiaçıya verilməli olan 1500 manatın şirkətdən alınıb ona verilməsi üçün cavabdehə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Danışıqlarına görə həmin məbləği cavabdeh sığorta şirkətindən alıb iddiaçıya verməli idi. Lakin, Cavabdeh verdiyi sözə əməl etməmiş və İddiaçı səhhətinin tam şəkildə yaxşılaşanadək çəkdiyi xərcləri qarşılamamış, İddiaçı telefon zənglərinə belə cavab verməmişdir. Sığorta şirkətindən alınan 1500 manatın cəmi 415 manatını iddiaçıya vermiş qalan hissəsini isə bu günədək tələb etmələrinə baxmayaraq cavabdeh tərəfindən verilməmişdir. İddiaçı müalicəsi üçün 2000 manat xərc tələb olunur. İddiaçı Balakən rayonunda xırda ticarətlə məşğul olur, mütəmadi olaraq Bərdə rayonundan meyvə-tərəvəz alaraq satmaq üçün Balakən rayonuna aparırdı və mütəmadi olaraq qazanc əldə edirdi. Həmin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı İddiaçı uzun müddətdir ki, işləyə bilmir və gündəlik əldə edə biləcəyi gəlirləri əldən çıxmışdır. İddiaçı aylıq qazancı 200 manat civarında təşkil edirdi. Həmin hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı İddiaçı uzun müddətdir ki, bədən ağrıları çəkir, hər gün dərman atır, əl dəyənəyindən istifadə edir, əzib və iztirab çəkir. Bütün bunlar İddiaçı ayrıca mənəvi təsir edir. Buna görə də İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianı müdafiə edir və hesab edir ki, iddiaçının tələbi əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
4. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı da mahiyyət etibarı ilə nümayəndəsi X6 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, onun baş verməsində təqsirli bilindiyi yol hərəkəti hadisəsi nəticəsində iddiaçı olan İddiaçı ağır bədən xəsarəti almışdır. İddiaçı iddiası ilə tanış olmuşdur. Həmin hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə günü və hadisədən sonra da iddiaçının qayğısına qalmış, imkanı daxilində ididaçıya maddi köməkliklər etmiş, mualicəsi ilə bağlı zəruri xərcləri ödəmişdir. O, dəymiş maddi zərəri İddiaçı tam olaraq ödəmişdir. Qeyd olunanlar cinayət işinə xitam verilməsi haqda qərardan da müəyyən olunur. Buna görə də dəymiş zərərlə bağlı nəzərdə tutulan 1500 manat sığorta ödənişinin ona ödənilməsini iddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizə əsasında Qala Sığortadan xahiş etmiş və Qala Sığorta tərəfindən 1500 manat sığorta ödənişi ona ödənilmişdir. O, həmin məbləğin 420 manatını İddiaçı ödəmişdir. Hesab edir ki, iddiaçıya mualicəsi ilə bağlı xərcləri qarşıladığından, sığorta ödənişi ona çatmalıdır. İddianı qəbul etmir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, 08 fevral 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax- Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 qəbul etdiyi 31 iyul 2022-ci il tarixli qərara əsasən Cavabdeh zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İddiaçı icbari sığorta qanunvericiliyi üzrə sağlamlığına dəymiş zərərlə bağlı nəzərdə tutulan sığorta ödənişini zərərvuran Cavabdeh verilməsi üçün notarial qaydada təsdiq olunmuş ərizə vermiş, həmin ərizə əsasında Cavabdeh aldığı 1500 manatın 415 manatını X5 ödəmişdir. İddiaçı bədən xəsarəti almasında Cavabdeh təqsirkar və həmin hadisədə mülki məsuliyyətlərinin olmasını, cavabdehin səhhətinin tam şəkildə yaxşılaşanadək çəkdiyi xərcləri qarşılamamasını əsas göstərərək, cinayət hadisəsi nəticəsində onun səhhətinə dəymiş ağır bədən xəsarətinə görə sığorta şirkətinin ödədiyi 1500 manat məbləğində pulun alınıb ona qaytarılmasını, bundan sonra əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci və qəza nəticəsində çəkdiyi ağrı və iztirablara görə 1000 manat ziyanın onun xeyrinə və iddianın qaldırılması üçün ödənilmiş 65 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini tələb edir.
7. Göründüyü kimi, cinayət hadisəsi nəticəsində İddiaçı səhhətinə dəymiş ağır bədən xəsarətinə görə iddiaçıya ödənilməli olan Qala Sığorta şirkəti tərəfindən 1500 manat məbləğində pul vəsaiti iddiaçının ərizəsi əsasında cavabdehə ödənilmişdir. Lakin, ödənilən 1500 manat Cavabdeh tərəfindən qəbul edilsədə, cavabdeh həmin pulun 415 manatını İddiaçı vermiş, qalan 1085 manat isə İddiaçı cavabdeh tərəfindən ödənilməmişdir.
8. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, İddiaçı sığorta şirkətindən aldığı pulun iddiaçıya ödənilməsi barədə tələbinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində əsassız varlanmanın hüquq normalarına istinad edilməlidir. Belə ki, cavabdeh iddiaçının verdiyi ərizə əsasında iddiaçıya ödənilməli olan məbləği sığorta şirkətindən almış və ona verilmiş hüquqdan suiistifadə etməklə həmin məbləğin 1085 manat hissəsini iddiaçıya verməmişdir. Göründüyü kimi, cavabdeh qeyd olunan pul məbləğini qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Buna görə də İddiaçı 1085 manatı Cavabdeh tələb etməkdə haqlıdır.
9. Avropa Məhkəməsinin qərarlarında təşəkkül tapmış fikrə görə, məhkəmənin presedent-hüququna uyğun olaraq ərizəçi çəkdiyi məhkəmə xərclərinin və digər məsrəfərin əvəzini o halda almaq hüququna malikdir ki, həmin xərclər həqiqətən və zəruri olaraq çəkilmiş olsun və miqdarca ağlabatan olsun. Lakin, İddiaçı əməliyyat zərurəti yarandığı üçün əməliyyat xərcləri qismində 2000 manat məbləğində müalicə xərci tələb olunması hissəsində iddia tələbini sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbini həmin hissədə əsaslı hesab etmir.
10. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ehtiyatsızlığı nəticəsində ağır bədən xəsarəti almaqla yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.
11. Məhkəmə hesab edir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun səhhətinin müəyyən müddət ərzində tam şəkildə bərpası mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər.
12. Göründüyü kimi qeyd edilən bu faktın nəticəsi kimi İddiaçı həmin yol-nəqliyyat hadisəsi nəticəsində mənəvi sarsıntıya məruz qalmaqla, müəyyən müddət əvvəlki kimi tam sağlam yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuş, hətta əsa ilə gəzmək məcburiyyətində qalmışdır. İddiaçı sadalanan bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Qanunvericilyin tələblərinə əsasən iddiaçı qeyd edilənlərin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar.
13. Buna görə də iddiaçıya dəymiş mənəvi zərərə görə müəyyən məbləğdə kompensasiya Cavabdeh alınaraq ididaçıya verilməlidir.
14. Məhkəmə Cavabdeh alınaraq iddiaçıya verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğini iddiaçıya münasibətdə 300 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
15. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hadisə nəticəsində dəymiş xəsarətlə əlaqədar sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ödənilən 1500 manatın cavabdeh tərəfindən iddiaçıya verilməyən 1085 (min səksən beş) manat, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, ümumilikdə 1385 manat pul Cavabdeh Məməmmədəli oğlundan tutularaq İddiaçı ödənilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir.
16. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 65 manat dövlət rüsumu xərcinin 45 manatı onun özü aid edilməli, 20 manatı isə Cavabdeh Məməmmədəli oğlundan alınaraq İddiaçı verilməlidir.
17. Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(075)-919/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin olunmuş, hadisə nəticəsində dəymiş xəsarətlə əlaqədar sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ödənilən 1085 (min səksən beş) manat, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, ümumilikdə 1385 manat pul və ödənilən dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh Məməmmədəli oğlundan tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 45 manat hissəsinin İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 560, 1091, 1092 və 1093-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
19. İşdə olan Azərbaycan Respublikası DİN Baş istintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X1 qəbul etdiyi 31 iyul 2021-ci il tarixli qərarından görünür ki, 08 fevral 2021-ci il tarixdə, təxminən saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən 46-cı kilometrliyində İddiaçı sərnişini olduğu Cavabdeh idarə etdiyi “VAZ-21074” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərkən sürücü Cavabdeh gözləmədən avtomobili geriyə vermiş, nəticədə İddiaçı ağır bədən xəsarəti almışdır. Cavabdeh zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir.
20. İşdə olan Qala Sığorta tərəfindən məhkəməyə göndərilmiş 18 may 2022-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Cəmiyyətə notariat qaydasında təsdiq edilmiş ərizə ilə müraciət edərək onun sağlamlığına dəymiş zərərin Cavabdeh tərəfindən ödənildiyini və bu səbəbdən sağlamlığına dəymiş zərərlə bağlı sığorta ödənişinin Cavabdeh ödənilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən 22 sentyabr 2021-ci il tarixli sığorta aktına əsasən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir.
21. İşdə olan 24 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Qala Sığorta tərəfindən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir.
22. İşdə olan İddiaçı tərəfindən Qala Sığorta Cəmiyyətinə yazılmış və notarial qaydada təsdiq edilmiş 2 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı həmin ərizəsində 08 avqust 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 46-cı kilometrliyində Qala Sığorta Cəmiyyətində sığortalanmış VAZ-21074 markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi törətməsi nəticəsində sağlamlığına ağır xəsarət dəydiyini, sağlamlığına dəymiş zərər, hadisədə təqsirkar-zərərvuran Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Buna əsasən icbari sığorta qanunvericiliyi üzrə sağlamlığına dəymiş zərərlə bağlı nəzərdə tutulan sığorta ödənişinin zərərvuran Cavabdeh ödənilməsini xahiş etmişdir.
23. İşdə olan Cavabdeh tərəfindən Qala Sığorta Cəmiyyətinə yazılmış 22 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh həmin ərizəsində 08 avqust 2021-ci il tarixdə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki ərazisində idarə etdiyi VAZ- 21074 markalı, **-CE-*** qeydiyyat nişanlı avtomobl vasitəsi ilə yol nəqliyyat hadisəsi tərədərək İddiaçı bədən xəsarəti törətdiyini, dəymiş maddi zərəri İddiaçı tam olaraq ödədiyini bildirmiş və buna görə də dəymiş zərərlə bağlı nəzərdə tutulan 1500 manat sığorta ödənişinin ona ödənilməsini xahiş etmişdir.
24. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
25. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki rayon məhkəməsinin çıxardığı qərarın əsası yoxdur. Proses zamanı sübut kimi qiymətləndirilməli olan İddiaçı Bərdə "ASAN xidmət" mərkəzində könüllü olaraq notarial qaydada verdiyi ərizənin gətirilməsi və ya "xxxx" ASC-yə sorğu göndərilməsini tələb etmişlər, amma sorğu göndərilməmişdir. Polisdə əldə olunan razılıqla qarşı tərəf hadisənin barışıqla başa çatmağını qəbul etsə də, sonradan gəlir əldə etmək üçün mənəvi zərər, sığorta pulu və maddi zərərlə bağlı məhkəməyə müraciət etmişdir. Qarşı tərəf iddia ərizəsində yalan məlumat verərək guya notariatda imzaladıqları sənədin razılıq ərizəsi yox etibarnamə olduğunu bildirmişlər. Notariatda təsdiq edilən razılıq ərizəsi sübut edir ki, qarşı tərəfin bütün xərcləri qarşılandığı üçün sığorta pulunun cavabdehə verilməsində hər hansı məhdudiyyət yoxdur. İddia ərizələrində isə etibarnamə ilə cavabdehin pulu almağı və ona verməyi üçün etibarnamə verməyini əsassız olaraq qeyd etmişdir. Onlardan istədiyi sığorta pulunun onlara ödənməsi üçün İddiaçı Bərdə "ASAN xidmət" mərkəzində könüllü olaraq notarial qaydada onun tərəfindən ona vurulmuş bütün zərərin qarşılanmasını və sığorta pulunun ona verilməsini təsdiq etmişdir. Notariatda İddiaçı tərəfindən "xxxx" ASC-yə təqdim olunmaq üçün verilən ƏRİZƏ(**********910) göstərir ki, iddiaçının tələbi əsassızdır.
26. Sığortaya təqdim etdikləri sənətdə onlara dəymiş zərərin ödənməsi və sığorta pulundan imtina etmələri əks olunub.
27. "xxxx" ASC-yə təqdim olunmaq üçün verilən ƏRİZƏ(**********910) olmasına baxmayaraq qarşı tərəf əsassız iddia qaldırmış və məhkəmədə qismən təmin etmişdir. Halbuki cavabdeh bütün xərcləri qarşıladığı üçün zərərə düşmüş, sığorta pulu isə ona nisbətən kömək edəcəkdir. İddiaçının qaldırdığı əsassız iddia nəticəsində cavabdehə həm mənəvi, həm də maddi zərər dəyib. Cavabdehin məhkəməyə, hüquqi yardımlara və apellyasiya şikayətinə çəkdiyi xərcləri nəzərə alaraq həm mənəvi, həm də maddi zərər vurulmuşdur.
28. İddiaçı sadəcə əsassız iddiaları ilə qismən təmin olunmuş iddia heç bir sübuta əsaslanmır. Şəxsin polisdə verdiyi qarşılıqlı razılıq, xəstəxana xərclərinin qarşılanması və başqa xərclərin qarşılanmasına baxmayaraq sığortadan alınacaq puluda istəməsi sadəcə bu hərəkətlərin planlı şəkildə edilməsini göstərir. Şəxs əvvəlcədən planlaşdırılmış qaydada bu hadisənin törəməsinə və cavabdehə zərər vurulmasını planlamışdır.
29. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(075)- 919/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(075)-919/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(075)-919/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəx 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
37. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 2-ci bəndinə görə mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini arzu edir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
42. Bu qətnamənin 19-cu bəndində göstərilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Cavabdeh zərərçəkmiş şəxslə barışdığına görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda, bu qətnamənin 22-ci bəndində göstərilmiş İddiaçı tərəfindən Qala Sığorta Cəmiyyətinə yazılmış və notarial qaydada təsdiq edilmiş 2 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, birincinin sağlamlığına dəymiş zərər, hadisədə təqsirkar-zərərvuran Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir. Qeyd olunan ərizədən həmçinin görünür ki, iddiaçı sağlamlığına dəymiş zərərlə bağlı nəzərdə tutulan sığorta ödənişinin zərərvuran Cavabdeh ödənilməsini Qala Sığorta Cəmiyyətindən xahiş etmişdir. Yenə bu qətnamənin 21-ci bnədində göstərilmiş ödəniş tapşırığından görünür ki, Qala Sığorta tərəfindən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına ödənilmişdir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, Qala Sığorta tərəfindən 1500 manat məbləğində sığorta ödənişi Cavabdeh bank hesabına İddiaçı ərizəsinə əsasən ödənilmişdir. Həmin ödənilmiş pulun Cavabdeh tərəfindən İddiaçı verilməli olması barədə tərəflər arasında heç bir razılaşma müəyyən edilmir.
44. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən cavabdeh tərəfindən etiraf olunmuş 415 manat pulun iddiaçıya ödənilmiş olmasına istinad etmişdir ki, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin pulun 2 sentyabr tarixli bu qətnamənin 22-ci bəndində göstərilmiş ərizəsinə qədər iddiaçının sağlamlığına dəymiş zərərin əvəzi olaraq ödənilmiş pulun, yoxsa bu qətnamənin 21-ci bnədində göstərilmiş 24 sentyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən ona ödənilmiş sığorta pulunun tərkib hissəsi olaraq ödənildiyi sübut olunmamaqla birlikdə, göstərilən 415 manatın ödənilməsi cavabdehin ona sığorta şirkəti tərəfindən ödənilmiş 1500 manatı iddiaçıya ödəməli olması barədə üzərinə öhdəlik götürdüyü kimi qəbul oluna bilməz.
45. Yuxarıda göstərilənlərdən və hazırki qətnamənin 36 və 37-ci bəndlərində olan qərarlarda şərh olunanlardan görünür ki, hazırki iş üzrə İddiaçı Cavabdeh təqsiri üzündən hər hansı bir mənəvi sarsıntıya məruz qalmamışdır.
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə iddianın təmin olunmuş hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(075)-919/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi həmin hissədə də rədd edilməlidir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şəki Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli e-2(075)-919/2022 saylı qətnaməsi iddianın təmin edilmiş – hadisə nəticəsində dəymiş xəsarətlə əlaqədar sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ödənilən 1085 (min səksən beş) manat, mənəvi ziyanın əvəzi olaraq 300 (üç yüz) manat, ümumilikdə 1385 manat pul və ödənilən dövlət rüsumunun 20 manat hissəsinin Cavabdeh Məməmmədəli oğlundan tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi həmin hissədə də rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov