Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-117/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-651/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-651/2020 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 854 (səkkiz yüz əlli dörd) manat məbləğində pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 884 (səkkiz yüz səksən dörd) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən avtomobilə dəymiş 854 manat maddi zərərin, 100 manat zərərin, 500 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə gecə saat 23:00 radələrində ailəsi ilə birlikdə Balakən rayonu Katex kəndinə qonaq getdiyi vaxt YevlaxZaqatala-Gürcüstan magistral yolunun Mazıx kəndi ərazisindən keçən hissəsində, körpünün üstündə, yolun hərəkət hissəsində qəflətən qarşısına çıxan inəyi idarə etdiyi avtomobili ilə vurmuşdur. Təxminən iki yaşında qara rəngdə düyə yol keçən insanların köməyi ilə yoldan kənara çıxarılaraq ölməməsi üçün qəssab tərəfindən kəsilərək əti səliqəli şəkildə götürülmüşdür. Həmin əti isə cavabdeh götürmüş, bildirmişdir ki, həmin əti satıb dəymiş ziyanı ödəyəcəkdir. Hadisə yerində V tağım baş yol patrul xidməti inspektoru Ramin Soltanov lazımi ölçmə və sənədləşmə işləri aparmışdır. “Avtoservis-100” sexləri tərəfindən xx xxx 2020-ci il tarixli 33 saylı avtomobilə dəymiş zərər aktından görünür ki, avtomobilinə dəymiş zərər məbləği 854 manat təşkil edir. İnzibati tənbeh vermə haqqında qərarda isə göstərilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3, 338.5.2 və 338.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Eyni zamanda avtomobilinin zədələnməsi nəticəsində vurduğu 854 manat zərəri ödəməli olan cavabdeh, onun 30 manat malın kəsilməsi üçün verdiyi pulu, ətin satış məqsədilə daşınma xərci olan 20 manatı, nəqliyyat vasitəsinin evakuatorla daşınması və gediş-gəliş xərci 50 manat olmaqla, cəmi 100 manat zərəri də əlavə olaraq ödəməlidir. Bundan başqa, ailəsi hadisə zamanı travmatik şok keçirərək və keçən 10 gün ərzində nəqliyyat vasitəsindən istifadə etməkdən məhrum olduğuna görə işə gediş-gəlişi, övladının işə getməsi çətinləşmiş, əlavə xərclərə düşmüşlər. Buna görə də, cavabdeh vəd edərək, zərəri ödəməyərək onu aldadıb, əti satıb avtomobilinin düzəldilməsinə mane olaraq işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərər vurmaqla ona 500 manat mənəvi zərər vurmuşdur. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23 radələrində ona məxsus olan iri buynuzlu mal yolda avtomobilin qarşısına çıxmış, nəticədə avtomobilə zərər dəymiş, onun malı isə ölmüşdür. Həmin mal kəsilmiş, əti isə onun özünə verilmişdir. Hadisə zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3, 338.5.2 və 338.5-ci maddələrinin tələbini pozduğuna görə onun barəsində protokol tərtib edilərək 40 manat cərimə yazılmışdır. O isə, öz növbəsində həmin cəriməni də ödəmişdir. Hesab edir ki, o, cavabdehə zərər ödəməli deyildir, cəzasını çəkmişdir, eyni zamanda onun da malı ölmüşdür. Ona görə də, iddianın təmin olunmamasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia tələbinin təmin olunmuş hissəsi ilə bağlı məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normaları ilə əsaslandırılmamış, MPM-nin 88-ci maddəsinə zidd, qanuni və əsaslı deyildir. Məhkəmə iddianı təmin edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, mübahisəni tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş və nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində ona məxsus olan iri buynuzlu mal yolda iddiaçıya məxsus “VAZ 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nömrəli avtomobilin qarşısına çıxmış, toqquşma nəticəsində mal ölmüş, avtomobilə isə zərər dəymişdir. Hadisə ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və 40 manat məbləğində cərimə edilmişdir. Həmin cəriməni də ödəmişəm. İndiki halda iddiaçının heyvanla toqquşması nəticəsində avtomobilinə dəymiş zərəri ondan tələb etməsi qanuni deyil. Belə ki, onun da əməlində inzibati xəta tərkibi, yol-nəqliyyat hadisəsində təqsiri vardır, barəsində protokol tərtib edilibedilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən onun da əməlinə qiymət verilməli, hadisədə təqsiri olub - olmaması müəyyən edilməli idi. Çünki, iddiaçı da “Yol hərəkəti haqqında” qanunun tələblərini pozmuş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş, nəticədə iribuynuzlu heyvanı vurmuşdur. Hesab edir ki, mühüm əhəmiyyət daşıyan bu hal məhkəmə tərəfindən araşdırılmalı, iş üzrə məhkəmə-avtotexniki eskpertizası təyin edilməli və qapalı suallar aydınlaşdırılmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçıya məxsus olan “VAZ 21074” markalı, 62- BM-138 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən olunmasında da qanunsuzluğa yol verilmişdir. Belə ki, məhkəmə öz qətnaməsində işdə olan "Avtoserviz 100 Sexləri”nin xx xxx 2020-ci il tarixli, 33 saylı zərər - qüsur aktına istinadən dəymiş ziyanın 854 manat məbləğində olması qənaətinə gəlmiş və ondan həmin məbləğin tutulmasını uyğun görmüşdür. Avtomobillə bağlı müəyyən edilmiş bu ziyan məbləği real həqiqəti əks etdirmir, olduqca şişirdilmişdir, avtomobilin istehsal ili köhnə olmaqla aşınmaya məruz qalmışdır. Həm, zərər aktını tərtib etmiş sexin şəffaf və obyektiv fəaliyyəti də aydın deyil, həm də akt özlüyündə vurulmuş zərər üzrə çəkilmiş real xərci deyil, çəkilməli olan xərci əks etdirir. Məhkəmə həmin akta istinad etsə də həmin aktın mötəbərliyinə olan şübhəni nəzərə almamış, daha düzgün və obyektiv nəticə əldə edilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin etməmiş, dəymiş ziyanın məbləğini ekspert rəyi kimi mötəbər sübutla əsaslandırmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmasında və gəlinmiş nəticə üzrə halların sübut edilməsində yalnışlığa yol verilmişdir. Apellyasiya instasniyası məhkəməsi tərəfindən bu hallar araşdırılmaqla bərabər iş üzrə həm məhkəmə-avtotexniki eskpertizası, həm də məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilməli, xüsusi bilik tələb olunan suallar cavablandırılmalıdır ki, iddiaçının yol-nəqliyyat hadisəsində təqsirinin olub-olmaması müəyyən edilsin, həm də avtomobilə dəymiş real zərərin məbləği müəyyənləşdirilsin. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)- 651/2020 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020ci il tаrixli, 2(033)-651/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-651/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməsi qət edilmiş olan 854 (səkkiz yüz əlli dörd) manat pulun məbləği 752 (yeddi yüz əlli iki) manat, cəmi məbləğ isə 782 (yeddi yüz səksən iki) manat müəyyən edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan V tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X1 tərəfindən xx xxx 2020-ci il tarixdə qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsi ilə 40 manat cərimə edilmişdir. İşdə olan “Avtoservis 100 Sexləri”nin xx xxx 2020-ci il tarixli 33 saylı zərər aktından görünür ki, “VAZ 21074” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 854 manat məbləğindədir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1110 və 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxx 2003-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxx 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, iddiaçı mənəvi, psixoloji sarsıntı keçirməsi əsası ilə ona vurulmuş mənəvi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyildir. Ona görə də, iddia tələbi bu hissədə əsaslı deyil, qeyd olunan əsaslarla iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində Cavabdeh mal-qaranı asfalt örtüklü yolla ötürmüş, nəticədə İddiaçı idarə etdiyi ““VAZ 21074” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdehə məxsus bir baş inəyi vurmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.3, 338.5.2 və 338.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərarla o, 40 manat cərimə edilmişdir. Hadisə nəticəsində İddiaçı idarə etdiyi “VAZ 21074” markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 854 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı ona dəymiş maddi zərəri, eyni zamanda 100 manat zərər və 500 manat mənəvi zərər tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Birinci instansiya məhkəməsi ilk öncə iddia tələbinin maddi ziyana dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla xx xxx 2020-ci il tarixdə saat 23:00 radələrində İddiaçı idarə etdiyi “VAZ 21074” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi (ona ziyan dəyməsi) ilə nəticələnən hadisənin məhz Cavabdeh təqsiri üzündən baş verdiyi, bunun nəticəsində İddiaçı 854 manat maddi zərərin dəyməsi öz təsdiqini tapdığından İddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi daha sonra iddia tələbinin 100 manat zərərə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən 100 manat məbləğində (30 manat malın kəsilməsi üçün verdiyi pulu, ətin satış məqsədilə daşınma xərci olan 20 manatı, nəqliyyat vasitəsinin evakuatorla daşınması və gediş-gəliş xərci 50 manat olmaqla, cəmi 100 manat zərəri) zərərin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, həmçinin iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi daha sonra iddia tələbinin mənəvi zərərə dair hissəsi üzrə dəyərləndirmə apararaq qeyd etmişdir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh maddi zərərin əvəzi olaraq 854 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının x xxxxxxx 2020-ci il tаrixli, 2(107)- 1888/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq x xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4470 nömrəli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin rəydə göstərilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtoservis 100” sexi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Vaz 21074” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 752 manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 100 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı hazırki həcmdə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin dəyişdirilməsinə və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etsə də, Cavabdeh maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməli olan pulun məbləğini 854 (səkkiz yüz əlli dörd) manat təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının x xxxxxxx 2020-ci il tаrixli, 2(107)-1888/2020 nömrəli qərаrdаdına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/4470 nömrəli ekspert rəyində həmin məbləğ 752 (yeddi yüz əlli iki) manat müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Zaqatla Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmiş olsa da, hazırki həcmdə iddianı təmin etməkdə düzgün nəticəyə gəlmədiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-651/2020 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməsi qət edilmiş olan 854 (səkkiz yüz əlli dörd) manat pulun məbləği 752 (yeddi yüz əlli iki) manat, cəmi məbləğ isə 782 (yeddi yüz səksən iki) manat müəyyən edilməli, qətnamənin mübahisələndirilən qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2(033)-651/2020 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq alınıb İddiaçı verilməsi qət edilmiş olan 854 (səkkiz yüz əlli dörd) manat pulun məbləği 752 (yeddi yüz əlli iki) manat, cəmi məbləğ isə 782 (yeddi yüz səksən iki) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb Azərbаycаn Respublikаsı “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB**********0433315142) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-117/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-117/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver