Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1175/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin Cavabdeh qarşı artıq alınmış pensiyanın geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, Cavabdeh 10014,98 AZN pulun alınıb, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 hesabına bərpa edilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 5432,48 (beş min dörd yüz otuz iki manat 48 qəpik) manat vəsaitin vətəndaşdan alınaraq Dövlət X4 hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh artıq ödənilmiş 9954,98 manat vəsaitin vətəndaşdan alınaraq Dövlət X4 hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh artıq ödənilmiş 10014,98 manat vəsaitin vətəndaşdan alınaraq Dövlət X4 hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsi iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh müraciətinə əsasən xx.xx.2018-ci il tarixdə Nazirlik yanında Dövlət X4 Balakən rayon şöbəsində qanunvericiliyə uyğun olaraq əlilliyə görə 664,12 manat məbləğində əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ödənilmişdir. Vətəndaşın əlilliyinin təkrar araşdırılması zamanı əlillik barədə qərarları ləğv edilmiş və əlilliyi barədə məlumat Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X5 Ekspertiza və X1 (TSERAS) təsdiq olunmadığından pensiya ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Cavabdeh pensiya ödənişinin dayandırılmasının səbəbləri izah olunmaqla, ona xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək ödənilmiş 5432,48 manat vəsaitin Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 büdcəsinə bərpa edilməsi ilə bağlı Nazirlik yanında Dövlət X4 Balakən rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məlumat verilmişdir. Vətəndaşa xəbərdarlıq edilməsinə baxmayaraq könüllü olaraq heç bir ödəniş etməmiş və bu səbəbdən ödənilmiş vəsaitin Dövlət X4 büdcəsinə bərpa edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlinmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclаsındа iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, həmçinin hazırda cavabdehin ödəməli olduğu məbləğin 10014,98 manat olduğunu bildirərək, iddianın təmin edilməsini və Cavabdeh artıq ödənilmiş 10014,98 manat vəsaitin alınaraq Dövlət X4 hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək iddia tələbinin əsassız olduğunu göstərərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbini baxılmamış saxlamalı idi. Ona qarşı verilmiş iddia ərizəsini DSMF-nin Balakən rayon şöbəsinin müdiri vəzifəsini icra edən R.Qaracayev imzalamışdır. R.Qaracayevin belə bir səlahiyyəti vardırmı? Məhkəmədə isə DSMF-nin Balakən şöbəsinin işçisi Nümayəndə1 iştirak etmişdir. Nümayəndə1 məhkəmədə iştirak etmək səlahiyyəti vardırmı? Bundan əlavə DSMF-nin Balakən rayon Şöbəsinin məhkəmədə iddia qaldırmaq hüququ vardırmı? Bu iddianı Dövlət X6 özü qaldırmalı idi. Hesab edir ki, qətnamə tam əsassız olaraq, qeyri-obyektiv, ətraflı araşdırılmadan çıxarılmışdır. Məhkəmənin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün mühüm əhəmiyyəti olan halların aydınlaşdırılmaması səbəbindən qətnamə ləğv edilməlidir Belə ki, onun vəkili və etibarnamə üzrə nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim etmişdir. Lakin həmin etiraz ərizəsində göstərilənlərin heç biri araşdırılmamış hüquqi sənədlər olmadan, hüquqi sənəd sayılmayan məktub əsasında qətnamə qəbul edilmişdir. Bir daha bildirir ki, ona qarşı çıxarılmış məhkəmə qətnaməsi ilə razı deyildir. İddia tələbi artıq alınmış pensiyanın geri qaytarılması tələbidir. İddia tələbinə münasibət bildərərək yenə qeyd edir ki, iddia tələbi düzgün qoyulmayıb. Artıq tutulmuş pensiyanın geri alınması tələbi dedikdə vətəndaşın hal-hazırda pensiya almağa davam etməsi lakin ona texniki səhvdən ona artıq pensiya məbləğinin köçürülməsi başa düşülür. Lakin, vətəndaş hal-hazırda pensiya almır, pensiyası dayandırılmışdır. İddiaçı tərəfi məhkəmədə təmsil edən Nümayəndə1 da dəfələrlə məhkəmə iclasları, prosesləri zamanı vətəndaşa pensiyanın qanunsuz təyin edilməsini etiraf etmişdir. Burda mübahisə qanunsuz təyin olunan pensiyadan gedir. Ona pensiya ömürlük təyin edilmişdir. 3-cü qrup pensiya ömürlük təyin edilir. İddiaçı tərəf vətəndaşa təyin edilmiş ömürlük pensiyanın yoxlamasının nəyə görə və hansı qanunla hansı əsasla aparılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin onun pensiyası dayandırılan zaman onu heç bir həkim müayinə etməmişdir. Əgər onu müayinə edən həkim və ya həkim komissiyası varsa bu barədə sənədi müvafiq ekspert rəyini məhkəməyə təqdim etsin. İddiaçı tərəf yalnız ekspert barədə məktubu təqdim etməklə kifayətlənmişdir. Bundan əlavə pensiyanın qanunsuz təyin edilməsi barədə müqavifiq məhkəmə, prokurorluq, təhqiqat və istintaq orqanlarını hansı qərarı vardır? Vardırsa Məhkəməyə niyə təqdim edilməmişdir? Odur ki, birinci instansiya məhkəməsində də vəkilinin qeyd etdiyi kimi o da, qeyd edir ki, məhkəmə qərarı mülahizələrə əsaslana bilməz, iddiaçı tərəf kankret olaraq nəyə görə 3 qrup ömürlük pensiya təyin edilmiş şəxsə təkrar yoxlama keçirilməsinin kankret qanunihüquqi əsasını əsaslandıra bilməmişdir, pensiyanın qanunsuz olması barədə ekspert rəyini sübut növü kimi məhkəməyə təqdim etməmişdir və pensiyanın qanunsuz olması barədə müvafiq məhkəmə, prokurorluq və istintaq orqanlarının qərarlarını da təqdim etməmişdir. İddiaçı tərəf bütün məhkəmə prosesləri zamanı sistemdən danışması hüquqi əsaslandırma kimi qəbul edilə bilməz. Sistem və ondan edilən çıxarışlar hüquqi sənəd sayılmır. İddia tələbi düzgün tələb olmadığından və əsassız tələb olduğundan və onun da özözünə pensiya təyin etməyinin mümkün olmaması da nəzərə alaraq, həmçinin həmin məbləğində ona pensiya təyin etmiş vəzifəli şəxsdən alınmalı olmasını vurğulayaraq, çünki burda qanunsuzluq edən o, pensiya təyin edən şəxsdir. Onun vəkili xx.xx.2020-ci il tarixdə həmçinin məhkəməyə vəsatət təqdim etmişdir. Lakin, həmin vəsatətə fikir bildirilməmişdir və vəsatəta cavab göndərilməmişdir. Bir daha o da bildirir ki, o, öz-özünə pensiya təyin etmək iqtidarında deyildir. Hamıya məlumdur ki, pensiya dövlət orqanı və dövlət qulluqçuları (işçiləri,əməkdaşları) təyin edir. Əgər qanunsuz pensiya təyin olunubsa bunu təyin edən vəzifəli şəxs və ya şəxslər qanunla məsuliyyətə cəlb olunmalıdır. Odur ki, hazırki mülki işlə bağlı pensiyanı qanunsuz təyin edən şəxslər barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxartmaqla prokorura xəbər verilməsini xahiş edir. Onu da qeyd etmişdir ki, etiraz ərizəsini və vəsatəti məhkəmə iclası zamanı vəkili hakimin özünə təqdim etmişdir. Pensiya onun mülkiyyətidir. Heç bir həkim müayinəsi aparılmadan, ekspert həkim komissiyasının bu barədə müvafiq rəyi olmadan onun pensiyası qanunsuz olaraq dayandırılmışdır. Həmin işə məhkəmə tərəfindən qeyri-obyektiv yəni işə tam şəkildə araşıdırılmadan baxılmışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)- 123/2020 nömrəli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə və ya baxılmamış saxlanma barədə qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Nümayəndə2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsinin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh lazımı qaydada məhkəmə kollegiyasının iclaslarına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, 27/ESDAS saylı məktubdan görünür ki, Cavabdeh əlillik barədə məlumatları Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X5 Ekspertiza və X1 (TSERAS) aşkar olunmaması səbəbi ona əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənişi dayandırılmışdır. Əlilliyinə görə imtina verilməsi ilə əlaqədar olaraq ona 04.0.4.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək artıq ödənilmiş 9954,98 manat vəsaitin Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 büdcəsinə bərpa edilməsi xahiş olunur. İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 Balakən rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli, 103 №-li qərarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən 664,12 manat daimi pensiya təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi 16 saylı X7 Komissiyasının Dövlət X4 Balakən rayon şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Cavabdeh əlillik dərəcəsi xx.xx.2018-ci il tarixdən etibarsız sayılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət X4 Balakən rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh 3 qrpu əlilliyə görə pensiya Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin TSERAS-də aşkar olunmaması səbəbi ilə xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. İşdə olan Dövlət X4 Balakən rayon şöbəsinin arayışından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Cavabdeh aylar üzrə ödənilmiş pensiyanın məbləği aşağadık kimi olmuşdur: xx.xx.2018-597,78 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018- 664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2018-664,12 manat, xx.xx.2019-664,12 manat, xx.xx.2019-703,96 manat, xx.xx.2019-684,04 manat, xx.xx.2019-684,04 manat, xx.xx.2019-684,04 manat, xx.xx.2019-684,04 manat. Cəmi 10014,98 manat. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1, 39.2, 39.3 və 39.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 386.1, 427.1, 427.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 459.1, 459.5, 1091.1, 1091.2, 1092.1, 1093.1 və 1095-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddəsinə, Azərbaycan Respublikası MPM-nin 119.1 və 119.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, əmək pensiyaçısına ödənilməli olan məbləğin 20 faizindən artıq ola bilməz. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verimək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlataban müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borcu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.17-ci maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbləri barədə iddialar üzrə-sosial təminat orqanları və həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə uyğun olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi 16 saylı X7 Komissiyasının qərarına uyğun olaraq xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Balakən rayon şöbəsində qanunvericiliyə uyğun olaraq əlilliyə görə 664,12 manat məbləğində əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən ödənilmişdir. Cavabdeh əlilliyinin təkrar araşdırılması zamanı onun əlilliyi barədə qərar ləğv edilmiş və əlilliyi barədə məlumat Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X5 Ekspertiza və X1 (TSERAS) təsdiq olunmadığından pensiya ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Cavabdeh pensiya ödənişinin dayandırılmasının səbəbləri izah olunmaqla, ona ödənilmiş vəsaitin Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 büdcəsinə bərpa edilməsi ilə bağlı Nazirlik yanında Dövlət X4 Balakən rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli məktubu və digər məktublarla məlumat verilmişdir. Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, könüllü olaraq heç bir ödəniş etməmiş və bu səbəbdən ödənilmiş vəsaitin Dövlət X4 büdcəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qanunsuz və əsassız pensiya təyinatı ilə bağlı Dövlət X3 cəmi 10014,98 manat vəsait ödənilmişdir ki, hazırki iddia ilə həmin məbləğ də cavabdehdən tələb edilir. Qanun normalarının tələbindən görünür ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Cavabdeh artıq ödənilmiş 10014,98 manat hesabına cavabdeh əsassız varlanmışdır ki, həmin 10014,98 manat məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia təmin olunmalı, Cavabdeh 10014,98 AZN pul alınıb, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 hesabına bərpa edilməlidir. Həmçinin iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçılar iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(019)-123/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1175/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1175/2020
24.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver