Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1182/2023 09.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpası ərizəsinin təmin edilməməsi barədə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpası ərizəsinin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 1 avqust 2023cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi Şütüyev X3 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)- 398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-398/2023 nömrəli qərardadı ilə iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. İddiaçı və digər iddiaçıların nümayəndəsi Şütüyev X3 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə vermişdir. Balakən Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı1 həmin qərardaddan şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(019)- 398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 işdə iştirak edən şəxs kimi Balakən Rayon Məhkəməsində tətbiq edilən «Elektron məhkəmə» informasiya sistemində qeydiyyatdan keçmişdir. Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsi 14 iyun 2023-cü il tarixdə iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»ində yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmışdır. Belə olan halda qanunun tələbinə görə iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi Şütüyev X3 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətini həmin qətnamənin onun «Elektron məhkəmə» informasiya sistemində yaradılmış «elektron kabinet»ində yerləşdirildiyi 14 iyun 2023-cü il tarixdən başlayaraq 1 ay müddətində verə bilərdi. Lakin iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 Balakən Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti 15 iyul 2023-cü ildə E-kabinet vasitəsilə elektron qaydada Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi Şütüyev X3 Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. İş materiallarına əsasən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrlü səbəb olmadan buraxılmışdır. İddiaçı və digər iddiaçılar Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 Balakən Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli e-2(019)- 398/2023 nömrəli nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən buraxılması və bu üzrlü səbəblərin nədən ibarət olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı1 bildirmişdir ki, asan imzada yaranmış texniki nasazlığa görə şikayəti xx.xx.2023-cü il gecə saat 1-ə 15 dəqiqə işləmiş yerləşdirmək mümkün olmuşdur. Yəni 15 dəqiqə gecikməylə şikayət yerləşdirilmişdir. Bu səbbədən də, şikayət vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Kollegiya bu barədə qeyd edir ki, qanunla tərəflərə birinci instansiya məhkəmələrinin qətnamələrindən onlara rəsmi qaydada verildiyi andan 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ verilmişdir ki, bu müddət apellyasiya şikayəti verilməsi ilə bağlı bütün proseslərin həyata keçirilməsi və bu proseslərdə baş verə biləcək yanlışlıqların nəzərə alınması üçün müəyyən edilmişdir. Elektron sistemdə və ya asan imzada yarana biləcək nasazlıqlar və ya bu tipli digər problemlərin nəzərə alınması məsuliyyəti apellyasiya şikayətinin verilməsi müddəti izah edilmiş tərəfin üzərinə düşür. Belə olan halda, kollegiya hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2 iyun 2023cü il tarixli e-2(019)-398/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti iddiaçının öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı isə yalnız müddətin bərpa edilməsi ilə bağlı ərizə təqdim etmiş, həmin ərizəyə apellyasiya şikayətini əlavə etməmişdir. Birinci instansiya məhkəməsi də bu məsələyə heç bir münasibət bildirmədən ərizəyə baxmış və təmin etməmişdir. Kollegiya hesab edir ki, hazırki halda, apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün heç bir əsas olmadığından və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq müddət bərpa edilmədiyindən, həmin məsələ artıq əhəmiyyətini itirmişdir və birinci instansiya məhkəməsinin qərardadının ləğvinə zərurət yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 1 avqust 2023-cü il tarixli 2(019)-398/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1182/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1182/2023
09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver