Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1189/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2013-cü ildə hissə-hissə aldığı 3200 manat pulun, əlavə olaraq həmin pulun manatın ABŞ dollarına nisbətində alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3200 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 saylı qətnaməsindən onun xəbəri olmamışdır. O, icra şöbəsinə dəvət edildikdən sonra qətnamədən xəbərdar olmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadı ilə Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 2(033)-1732/2017 nömrəli 12 oktyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh Hacıyev X1 Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)- 1732/2017 saylı qərardadından şikayət vermişdir. Zaqatala Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 saylı qətnaməsinin surəti iddiaçı Cavabdeh 17 oktyabr 2017-ci il tarixdə xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh qətnamənin surətini 28 noyabr 2017-ci il tarixdə almışdır. 10 mart 2021-ci il tarixdə o qətnamədən verdiyi apellyasiya şikayətini və apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti məhkəməyə təqdim etmişdir. Cavabdeh vəsatətə apellyasiya şikayəti verməsi müddətini üzürlü səbəbdən buraxmasına dair heç bir sübut əlavə etməmişdir. Eyni zamanda Cavabdeh məhkəmə kollegiyasının iclasında sözügedən qətnamənin surətinin atası tərəfindən alınmasını etiraf etmişdir. Mülki proses tərəflərinin məhkəmə aktlarından şikayət vermək hüququ olsa da, bu hüquq digər şəxslərin hüquqlarının pozmaqla həyata keçirilməməlidir. Heç bir kəs öz hüququndan sui-istifadə edərək digərlərinin hüquqlarını poza bilməz. Qanunvericiliyin tələblərinə əsasən şəxslə birgə yaşayan ailə üzvləri dedikdə-şəxsin əri, arvadı, valideynləri, uşaqları başa düşülür. Qətnamənin olduğu zərfin təqdim edildiyi şəxs isə Cavabdeh ailə üzvü sayıldığından məhkəmə həmin qətnamənin Cavabdeh 28 noyabr 2017-ci il tarixdə çatmasını qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh qətnaməni almadığı barədə bağlı fikri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə) onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi cavabdeh Hacıyev X1 Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli, 2(033)-1732/2017 saylı qətnaməsini aldığı gündən 1 (bir) ay müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq buna riayət etməmiş və qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi tələbi əsassızdır. Cavabdeh apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra vermiş və müddətin bərpası ilə bağlı əsaslı hallar yoxdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq vəsatəti təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2(033)-1732/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1189/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1189/2021
01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver