Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1189/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: baş plandan çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdıyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəllər Göyçay rayonu Potu Bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı «noyabr 2003-cü il» tarixli JN- 502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. X10 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında təmsil etdiyi şəxsə satmışdır. Təmsil etdiyi şəxs, Göyçay rayonu Potu kəndində yaşayan X2 23 iyun 2008-ci il tarixdə DƏDRX-nin 16 sayl, Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqı-satqı müqaviləsi 23 jyun 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 16 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin, sonuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək, 31 iyul 2015-ci il tarixli, **********54 nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Təmsil etdiyi şəxs hüququnun əsassız olaraq qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2-1 (84)-772/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İcraata cəlb olunmuş Cavabdeh2 müraciəti əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (84)-772/2015 nömrəli qərardadından təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1 (107)-94/2016 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məcbur qalıb, Ali Məhkəməyə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixil qərardadının ləğv edilməsini xahiş etmişdir. Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırki balədiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış hüquqlarını pozmaqla bərabər həm də, qanunsuz olaraq verilmişdir.Belə ki,eyni torpaq sahəsinə verilməsi iddia olunan əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş planından çıxarış və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X11 tərəfindən imzalanmış torpaq sahəsindən planından adi gözlə görünəxək dərəcədə kəskin şəkildə fərqlənir.Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev və hazırki bələdiyyə sədri Nümayəndə2 Cavabdeh2 torpaq sahəsini satılması iddia olunan dövrdə nə bələdiyyə sədri işləmiş,nə də bələdiyyə üzvü olmuşdur.Bu halı Mərkəzi Seçki Komissiyasının 88 saylı X13 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli,04 saylı məktubu təsdiq edir.Bu hal isə əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın ona satılan torpaq sahəsində başqa şəxs tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsinə və məhkəmədə hüquqlarını müdafiə etməyinə və hüququnun dövlət qeydiyyatına alınmasına,həmçinin Şəki İnzibati-İqtisad Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli,2-1(84)-772/2015 saylı qərarının icrasına maneə yaratmaq üçün qanunsuz olaraq verildiyini təsdiq edir.Hüquqları pozulduğu üçün əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görməyi barədə Potu Bələdiyyəsinə müracət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etdiyi üçün hazırki tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə adına JN-502F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Rövşən Zakirov həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X5, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Təmsil etdiyi şəxs Cavabdeh2 müraciəti əsasında ona Göyçay rayon Potu bələdiyyəsinin 10 mart 2007-ci il tarixli 06 saylı qərarı ilə həmin vaxt qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikmək üçün 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin satılması ilə əlaqədar həmin vaxt mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin mütəxəssisi və digər məsul şəxslərin iştirakı ilə cavabdeh satılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin satılması barədə rəy verilmiş, tələb olunan vəsait cavabdeh tərəfindən bələdiyyənin hesabına köçürülmüş, torpaq alqı-satqısı barədə akt tərtib edilmiş və alqı- satqı aktı imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Hazırki iş üzrə cavabdeh həmin torpaq sahəsini və üzərində inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması üçün tələb olunan sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin qeydə alınması ilə əlaqədar aparılmış araşdırılmalar zamanı məlum olmuşdur ki, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan həmin 0,11 ha həyətyanı torpaq sahəsi üzərində başqasının, yəni hazırki iş üzrə İddiaçı mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Ona görə də həmin torpağın mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən hazırki iş üzrə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1(84)-477/2017 saylı qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarı ilə Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçı qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1 (84)-477/2017 saylı qərarı dəyişdirilmiş, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1 (84)- 477/2017 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qərarını bununla əsaslandırmışdır ki, cavabdeh olan inzibati orqan daha əvvəl iddiaçı Cavabdeh2 bələdiyyə tərəfindən qanuni olaraq ayrıldığını özü təsdiq etdiyi və hüdudlarında fərdi yaşayış evi olan torpaq sahəsi üzərində başqa şəxsin- İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqda səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyət hüququnun məhz həmin torpaq sahəsinin üzərində qeydiyyata alınması öhdəliyi qoyulmamışdır. İnzibati orqan məhkəmənin qərarını düzgün icra etməmiş, nəticədə yeni məhkəmə mübahisəsinə şərait yaratmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması ilə iddiaçı Cavabdeh2 həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları, habelə gözlənilən (qanuni gözləntiyə əsaslanan) mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qərarını iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 saylı ekspertiza rəyinə əsaslandırmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Cavabdeh2 satılmış torpaq sahəsinin koordinatları X3 mülkiyyətində olmuş (sonradan İddiaçıyı satılmış) torpaq sahələri ilə üst- üstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən Cavabdeh2 adına verilmiş 0,11 ha həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və İddiaçı adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 saylı qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə Cavabdeh2 satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində E. Məlikovanın torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyatı həyata keçirmişdir. Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarından narazı qalan İddiaçı və vəkili qərardan kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-909/2021- ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayət təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının mövqeyi belə olmuşdur ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni üçüncü şəxsin mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Rövşən Zakirovun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, o həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında Qətibə Talıbovaya, sonuncu isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxsə satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi üçüncü şəxsin hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə üçüncü şəxsin 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin çıxarışla üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən ona satılmış torpaq sahəsi olmasına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, həm iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyindən, həm də xx.xx.2020-ci il tarixli 07/086 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçıya satılmış torpaq sahəsinin koordinatları Qətibə Talıbovanın mülkiyyətində olmuş (sonradan üçüncü şəxsə satılmış) torpaq sahələri ilə üst- üstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən iddiaçı Cavabdeh2 adına verilmiş 0,11 ha. həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və üçüncü şəxsin adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2- 1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Cavabdeh inzibati orqanın bu hərəkəti hazırkı qərarın 38-ci bəndində göstərilən normanın pozuntusudur. Belə ki, normanın tələbinə görə yalnız həmin maddədə göstərilən əsaslar olduğu təqdirdə şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alına bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından isə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi xx.xx.2008- ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini, yəni Cavabdeh2 satılmış 0,11 ha torpaq sahəsini onun adına qeydiyyata almışdır. Halbuki, cavabdeh inzibati orqan hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən maddələrin tələbinə görə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmadığını müəyyən etməli, dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən vəzifələrini tam icra etməməsi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2- 1(84)-772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hazırkı qərarın 38-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Üçüncü şəxsin (İddiaçı) kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. (qərarlar elektron kabinet vasitəsi ilə işə əlavə olunur). Məhkəmə məlum qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarından, eləcə də apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarından aydın olur ki, iş üzrə cavabdeh Göyçay rayon Potu bələdiyyəsi tərəfindən Cavabdeh2 fərdi yaşayış evinin tikintisi üçün Potu kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi həmin vaxt qüvvədə olmuş qanunvericilik aktalarının tələblərinə tam əməl edilməklə verilmiş, torpaq sahəsi satılarkən heç bir qanun pozuntusuna yol verilməmiş, 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh2 qanuni əsaslarla verilməsi qeyd edilən məhkəmələrin qərarı ilə öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında təqdid edilən sənədlərlə, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi və onun tərəfindən Qətibə Talıbovaya satılmış 0,11 ha torpaq sahələri ilə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış 0,11 ha torpaq sahələrinin koordinatları üstüstə düşmür, həmin torpaq sahəsi qanuni yolla Cavabdeh2 satılmış torpaq sahəsi ilə üstüstə düşür. Yəni iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsi Qətibə Talıbova tərəfindən ona satılmış torpaq sahəsi deyil, Cavabdeh2 satılmış torpaq sahəsidir. İddiaçının iddia ərizəsində Cavabdeh2 qanuni yolla satılmış 0,11 ha həyətyanı torpaq sahəsinə münasibətdə Göyçay rayon Potu bələdiyyəsinin baş planından çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsini mübahisələndirsə də, baş planından və yerquruluşu layihəsindən çıxarışların və digər sənədlərin etibarsız hesab edilməsini təsdiq edən mötəbər sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni əsaslarla verilməsi və bunun əsasını təşkil edən sənədlər məhkəmələr tərəfindən qanuni hesab edildiyindən iddiaçının iddia ərizəsinin əsasını təşkil edən sənədlər sübut növü kimi qəbul edilə bilməz. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni yolla satılmasına və bununla əlaqədar tərtib edilmiş sənədlərə artıq digər məhkəmələr tərəfindən qərarla hüquqi qiymət verildiyindən və məhkəmənin həmin qərarları qüvvədə olduğundan təkrar mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər Yuxarda göstərilən işin hallarından görünür ki, iddiaçı iddia tələbinin predmetini dəyişməklə yeni məhkəmə mübahisəsi irəli sürsə də iddia tələbinin əsasını və mübahisənin predmetini Qətibə Talıbovadan aldığı torpaq sahəsi yox, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan 0,11 ha torpaq sahəsi təşkil edir ki, buna da artıq digər məhkəmələrin qanuni qüvvəsini almış qərarlarında hüququ qiymət verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallara digər məhkəmələr tərəfindən artıq hüquqi qiymət verildiyindən iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüququ əsasları yoxdur. Ona görə də yuxarıda göstərdiklərini və iddia ərizəsinə qarşı etirazın əsaslarını təşkil edən sübutları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayon Potu bələdiyyısinə qarşı "Göyçay rayonu Potu bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Göyçay rayonu Potu Bələdiyyəsnin baş sxemindən çıxarışın və yerquluşu lahiyəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görülməsi üçün Potu Bələdiyyəsinə 03 fevral 2023-cü il tarixli ərizə ilə müraciət etmiş,lakin Potu Bələdiyyəsi 28 fevral 2023-cü il tarixli cavab məktubu ilə həmin torpaq sahəsinə aid yerquluşu lahiyəsindən çıxarışın arxiv sənədlərinin içərisində olmaması, həmin planın hansı koordinatlar əsasında verilməsinə heç bir məlumatın olmamasını bildirmişdir. Ona görə də qeyd olunan sənədlərin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 Baymra qızının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı etiraf etmədi,etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinin sədri Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarış Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində yoxdur. Həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumatları yoxdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında mütəxəssis Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahat verərək bildirdi ki, onlara verilən sualları sxemlə müəyyən edilməsi mümkün deyildir. İşlə bağlı hazıda 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Şəki İnzibati- İqtisadi Məhkəməsində İddiaçı adına çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Hal-hazırda bununla bağlı iş gedir.
8. Məhkəmə iclasında mütəxəssis 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi X17 İbrahimovun izahatına oxşar izahat verdi.
9. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdıyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı 100 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, X10 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında İddiaçı satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi İddiaçı hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən İddiaçı cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə İddiaçı 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.Müəyyən edilmişdir ki, inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində Cavabdeh2 torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi xx.xx.2008-ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə iddiaçıya satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini onun adına qeydiyyata almışdır. Belə ki, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə nəzərə alır ki,etibarsızlığı tələb edilən Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və yerquruluşu layihəsindən çıxarış yekun inzibati aktın qəbul edilməsinə (Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının) yardım edən texniki sənədlər olmaqla birgə yoxlanılaraq qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1 (107)-3/2021 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir.
12. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilmir tələbini nəzərə alıb, hesab etmişdir ki, Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına və qərarın qəbul edilməsi ilə əlaqədar istinad olunan sənədlərə (baş planından və yerquruluşu layihəsindən çıxarış) hüquqi qiymət qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1(107)-3/2021 nömrəli qərarı ilə verildiyindən, hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsi yolverilməzdir.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin olunmamalı, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 146.1, 149.2, 152.1, 152.5, 178.1, 337.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına, “Seymur” X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 aprel 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qətnaməsini qanunsuz və ədalətsiz hesab edir.
17. Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, X10 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında ona satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda mübahisələndirdiyi qanunsuz və əsassız verilmiş yerquruluşu sənədləri Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının və qərardadının icrasına maneə yaradır. Məhkəmə iclaslarında dəfələrlə qeyd olunmasına baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqdim edilən sübutlara ədalətsiz və laqeyd yanaşılmışdır.
18. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1 (107)-3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsi əslində məhkəmə tərəfindən işə qərəzlə yanaşılmasını bir daha sübut edir. Onsuz da, bələdiyyə sədri sənədin qanunsuz verilməsini etiraf etmişdi.
19. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarında Nümayəndə2 və Eldar Babayev tərəfindən verilmiş sxemlərin qanuni əsaslarla verilib-verilməməsi mübahisələndirilməyib. Yəni, həmin texniki sənədlərin qanuni əsaslarla verilib-verilməməsi tərəfindən ilk dəfə mübahisələndirilir.
20. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarı ilə məsələ həllin tapmış olsaydı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı və qərardadı DƏDKRPHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən icra olunardı. Açıq-aşkar şəkildə görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarını ləğv elətdirmək üçün X11 tərəfindən imzalanmış torpaq sahəsinin planının həmin əraziyə düşmədiyini bilən cavabdehlər qanunsuz olaraq, digər texniki “sənədləri” əldə etmişlər.
21. Mərkəzi Seçki Komissiyasının 88 saylı X13 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli, 04 saylı məktubundan da məlum olduğu kimi Eldar Babayev və Nümayəndə2 2007-ci ildə nə bələdiyyə üzvü, nə də, bələdiyyə sədri olmamışdır. Belə olan halda məhkəmənin Eldar Babayev və Nümayəndə2 tərəfindən təsdiq edilən yerquruluşu sənədlərinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının qəbul edilməsinə yardım edən texniki sənəd olması qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur.
22. Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(107)- 3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəcəkdisə, 10 dəfə məhkəmə iclası keçirməyə, mütəxəssis və ekspert rəyi almağa nə ehtiyac var idi?! Bu qədər süründürməçiliyə nə ehtiyac var idi?! Cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmiş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etməsinin, bələdiyyə qərarı qəbul olunan zaman bələdiyyə sədri işləmiş X11 tərəfindən imzalanmış torpaq sahəsinin planı ilə həmin sənədlərin eyni yer olmasını müəyyən etməyin qeyri mümkün olduğunu bildirməsinin məhkəmə tərəfindən nəzərə alınmamasının qərəzli yanaşmadan başqa bir şey olmadığını düşünür.
23. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsinin əslində məhkəmənin mövqeyinin ilk gündən bəlli olmasından, onun üçün boşuna vaxt itkisi və maliyyə ziyanı vurmağa istiqamətləndiyini düşünür. Çünki, məhkəmə iddia tələbinin rədd edilməsinin əsası kimi təkcə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarını göstərmişdir.
24. “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəs tərəfindən verilən rəydə qüvvədə olmayan (ləğv edilmiş) İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarışa və planölçü sənədinə istinad olunmaqla, məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratmağa cəhd edilmişdir. Bu səbəbdən də, ədalətli məhkəmə araşdırmasının aparılması məqsədilə Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadı müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərməyi üçün vəsatət vermişlər.
25. Həmçinin, yuxarıda qeyd olunan məlum səbəbdən İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin qüvvədə olub-olmaması, qüvvədə olmadığı halda həmin qüvvədə olmayan sənədə istinad olunmasına əsas olan hal barədə məlumat verilməsi üçün “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verməyi üçün vəsatət vermişlər. Hər 2 vəsatətin rədd və ya təmin edilməsi barədə qərardad qəbul edilməyib və ya qərardad qəbul edilib, lakin ona təqdim edilməmişdir.
26. Eyni torpaq sahəsinə verilməsi iddia olunan əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxEmindən çıxarış və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X11 tərəfindən imzalanmış torpaq sahəsinin planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənir. Eldar Babayev və Nümayəndə2 tərəfindən verilmiş yerquruluşu sənədləri ilə Seyidov Ağaisa tərəfindən verilmiş planın eyni torpaq sahəsinə dair verilib-verilməməsi, həmçinin bir-birinə uyğun olub-olmaması araşdırılmamışdır.
27. 2007-ci ildə bələdiyyə sədri işləmiş X11 tərəfindən imzalanmış torpaq sahəsinin planı olduğu halda həmin dövrdə bələdiyyə üzvü və bələdiyyə sədri olmamış Eldar Babayev və Nümayəndə2 tərəfindən həmin sxemlərin verilməsini zəruri edən hallar araşdırılmamışdır. Həmçinin, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmiş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etmişdir.
28. Belə olan halda iddia tələbinin təmin edilməməsi üçün əsas qalmır. Lakin, məhkəmə öz mövqeyini işin əvvəlindən bəlli etmişdir. Belə ki, özünün xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraatına xitam verib sonra şikayəti əsasında yenidən icraata qəbul edəndə artıq işin məlum nəticəsi aydınlaşmışdı.
29. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarını ləğv elətdirmək üçün X11 tərəfindən imzalanmış torpaq sahəsinin planının həmin əraziyə düşmədiyini bilən cavabdehlər qanunsuz olaraq, digər texniki “sənədləri” əldə etmişlər. Həmin texniki “sənədləri” əldə etməklə öz niyyətlərini uğurla həyata keçirməkləri nəticəsində dövlətin verdiyi çıxarışa və plan-ölçü sənədinə güvənərək, pulun dəyəri olan vaxt 16500 manat pul verərək aldığı torpaq sahəsi üzərində xeyirinə dövlətin adından qəbul edilmiş qərar olmasına baxmayaraq, hələ də mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir.
30. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, tərəfindən apellyasiya şikayəti verilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsinin ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdıyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Göyçay rayonu Potu Bələdıyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində icraatında olan başqa məhkəmə prosesi ilə bağlı məhkəmə baxışı iclasına gələ bilmədiyini göstərərək, nəzərə alınmasını xahiş etsə də, digər proses tərəfləri məhkəmə kollegiyasının iclasında iştiraklarının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 139.1-ci maddəsinə əasasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əasasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 149.2-ci maddəsinə əasasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, X10 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında İddiaçı satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi İddiaçı hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən İddiaçı cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə İddiaçı 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İnzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə Cavabdeh2 satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 fevral 2021-ci il tarixli 2-1(107)-3/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçı da cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdiyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayət təmin edilə bilməz.
45. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın əvvəllər bələdiyyə sədri işləmiş X11 tərəfindən imzalanmış torpaq sahəsinin planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənməsi, Eldar Babayev və Nümayəndə2 tərəfindən verilmiş yerquruluşu sənədləri ilə Seyidov Ağaisa tərəfindən verilmiş planın eyni torpaq sahəsinə dair verilib-verilməməsinin, həmçinin bir-birinə uyğun olubolmamasının araşdırılmamsı, məhkəmənin Eldar Babayev və Nümayəndə2 tərəfindən təsdiq edilən yerquruluşu sənədlərinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının qəbul edilməsinə yardım edən texniki sənəd olması qənaətinə gəlməsinin heç bir hüquqi əsasının olmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
46. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir.
47. Həmin maddənin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
48. Bu baxımdan Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı, həmin qərar üzrə Cavabdeh2 Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə müqavilə qüvvəsində olduqları halda, qeyd olunan sənədlərə əlavə, yaxud da onların ayrılmaz hissəsi olan baş sxemdən və yerquruluşu layihəsindən çıxarışların etibarsız hesab edilməsi əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadı müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərməyi üçün vəsatət vermələrinə dair dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından iddiaçı tərəfdən Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadın müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilməsi üçün vəsatət verilməsi halı müəyyən edilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilən rəydə qüvvədə olmayan (ləğv edilmiş) İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarışa və plan-ölçü sənədinə istinad olunmaqla, məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratmağa cəhd edilməsi, İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin qüvvədə olubolmaması, qüvvədə olmadığı halda həmin qüvvədə olmayan sənədə istinad olunmasına əsas olan hal barədə məlumat verilməsi üçün “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verməyi üçün vəsatət vermələri, vəsatət üzrə qərardadın ona təqdim edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin ekspertizanın təyin edilməsinə dair vəsatəti təmin edilərək, iş üzrə məhkəmə tikinti texniki ekspertizasının aparılması qərara alınmış, ekspertizanın təyin edilməsinə dair qərardadda ekspert qarşısında məhz iddiaçı tərəfin təklif etdiyi suallar qoyulmuşdur.
51. Birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə mütəxəssis “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş mütəxəssis və ekspertiza rəylərində məhkəmənin qərardadında qoyulmuş suallara cavab verilməklə yanaşı, həmin rəylərdə qeyd şəklində xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış (xx.xx.2015-ci ildə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara əsasən) 0,11 ha torpaq sahəsi ilə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış (1206.2008-ci il tarixli AA 001094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) 0,11 ha torpaq sahəsinin 0, 01 ha hissəsinin üst-üstə düşdüyünün müəyyən edildiyi qeyd edilmişdir.
52. Kollegiya qeyd edir ki, mütəxəssis və ekspert tərəfindən məhkəmənin qərardadında qoyulmuş suallara cavab verilməklə yanaşı əlavə qeyd şəklində qüvvədə olan və yaxud da qüvvədə olmayan bir sənəddən sitat gətirilməsi məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratma kimi şərh edilə bilməz.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin öz mövqeyini işin əvvəlindən bəlli etməsi, özünün xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraatına xitam verib sonra şikayəti əsasında yenidən icraata qəbul edəndə artıq işin məlum nəticəsinin aydınlaşmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, məhkəmənin aidiyyət qaydalarını pozmamaq naminə mübahisəyə baxıldığı dövrdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməsi, sonradan isə həmin qərardadı məhz iddiaçı tərəfin şikayəti əsasında ləğv edərək, işə mahiyyəti üzrə baxılmalı olması nəticəsinə gəlməsi, məhkəmənin mübahisənin mahiyyəti üzrə yekun həllinə dair öz mövqeyini əvvəlcədən bəyan etməsi kimi şərh edilə bilməz və iş materiallarından da birinci instansiya məhkəməsinin yekunda mübahisənin mahiyyəti üzrə həllinə dair qəbul ediləcək qərarı qabaqcadan bəlli etməsi halları müəyyən edilməmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aldığı torpaq sahəsi üzərində xeyirinə dövlətin adından qəbul edilmiş qərar olmasına baxmayaraq, hələ də mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
55. Kollegiya izah edir ki, iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının icrası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin süründürməçiliyə yol verilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına diqqət yetirildikdə, hər bir iclasın təxirə salınması səbəbləri əsaslandırılmış, məhkəmə iclaslarının əsassız təxirə salınması halları müəyyən edilməmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarında Nümayəndə2 və Eldar Babayev tərəfindən verilmiş sxemlərin qanuni əsaslarla verilib-verilməməsinin mübahisələndirilməməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (107)-3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsinin məhkəmə tərəfindən işə qərəzlə yanaşılmasını sübut etməsi, bələdiyyə sədrinin sənədin qanunsuz verilməsini etiraf etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh bələdiyyənin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında sənədin qanunsuz verilməsi barədə heç bir fikir ifadə etməmiş, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarışın Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində olmaması, həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumatlarının olmamasına dair izahat vermişdir.
58. Həmçinin eyni tərəflərin iştirak etdikləri mübahisənin nəticəsi üzrə qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (107)-3/2021 nömrəli qərarına istinad edilməsi də birinci instansiya məhkəməsinin mübahisə tərəfinə qərəz nümayiş etdirməsi kimi şərh edilə bilməz.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.