Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-119/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)-1506/2017 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı iddia edir ki, Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı mikroavtobusu və Zaqatala bazarı-A.Həmidov küçəsi reysini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 almağa razılaşmışlar. Lakin sənədləşdirmə aparılmamış, daha sonra iddiaçı avtobusu cavabdehlərə geri qaytarmışdır. Cavabdehlər iddiaçının onlara verdikləri pulları geri qaytarmamışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17650 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, o, 11 aprel 2016cı il tarixdə Zaqatala rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2014-cü ilin iyul ayında Zaqatala bazarı-A.Həmidov küçəsi reysini almaq üçün cavabdehlərə ümumilikdə 17650 manat pul verərək, verilən pulun müqabilində sonuncuların ona həmin reysi və “Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı mikroavtobusu verdiklərini, bir müddət keçdikdən sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim adlı şəxsin ona verdiyi mikroavtobusun ona məxsus olduğunu bildirərək geri aldığını, daha sonra cavabdehlərin başqa mikroavtobus və Zaqatala şəhəri-Qaybalı reysini ona versələr də, həmin reysdən imtina etdiyini, cavabdehlərdən dəfələrlə pul verib aldığı reysi və mikroavtobusu tələb etsə də onu müxtəlif bəhanələrlə aldatdığını bildirmişdir. Zaqatala RPŞ-də araşdırma zamanı cavabdehlərin ondan 17650 manat pulu götürmələri sübuta yetirilsə də, onların əməlində cinayət tərkibi olmadığından pul tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı əmisi oğlu Cuma Əhmədov 2014-cü ilin iyun ayında cavabdehlərdən Zaqatala bazarı - A.Həmidov küçəsi reysini almaq istədiyini bildirmiş və reysin alınması üçün sonuncu bankdan 5000 manat pul götürüb onlara vermişdir. Cuma Əhmədov qalan 9500 manat pulu ödəməyə imkanı olmadığı həmin reysi İddiaçı almağı təklif etmiş, sonuncu buna razılaşmış Cuma Əhmədovun bankdan götürdüyü kredit borcunu özü ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı qalan 9500 manatı pulu Sumaylı kəndində cavabdehlərə vermişdir. Cavabdehlər “Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı avtobusu İddiaçı vermiş və sonuncu onlara həmin mikroavtobusun sənədləşdirilməsi üçün 650 manat pul vermişdir. Lakin onlar həmin pulu öz ehtiyacları üçün xərcləmişlər. Bir müddət keçdikdən sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim Elşada verdiyi mikroavtobusun ona məxsus olduğunu bildirərək geri almış, daha sonra onlar iddiaçıya başqa mikroavtobus Zaqatala şəhəri-Qaybalı reysini vermişlər. İddiaçı həmin reysi istifadə etmək üçün reys üzrə işləyən Sərxana vermək üçün Bayrama 1000 manat pul vermiş, lakin həmin reysi İddiaçı onlara geri qaytardığı üçün onlar 1000 manat pulu Sərxana verməmişlər. Cavabdehlərin iddiaçıya cəmi 16150 manat borcu yaranmışdır. İşin bu halı iş materiallarına əlavə edilmiş 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur.
5. Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli 2(033)-1506/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16150 manat borc məbləğinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala RPŞ-in müstəntiqi, polis mayoru X1 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, 2015-ci ildən indiyədək Rusiya Federasiyasında olmuş, orada işləmiş və yaşamışdır. Uzun illərdir ki, Azərbaycana gəlmirdi. Hal-hazırda anasının vəfatı ilə əlaqədar Azərbaycana gəlmiş və buraya gələndən sonra ona məlum olmuşdur ki, Zaqatala rayon Məhkəməsinin qəbul etdiyi həmin qətnaməyə əsasən icra vərəqəsi çıxarılmış və icra məmuru onu axtarır. Qətnamə onun xəbəri və məlumatı olmadan çıxarılmışdır. Məhkəmə iclasları onun xəbəri olmadan keçirilmiş, məhkəmə iclasları barədə onun məlumatı olmamışdır və məhkəmə iclaslarında o iştirak etməmiş, eyni zamanda məhkəmə qətnaməsini almamışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, guya o, polis şöbəsində izahat verərək göstərmişdir ki, İddiaçı ona pul vermişdir. Bu yalan ifadədir. O, belə bir izahat verməmişdir. İddiaçı o, hər hansı bir pul götürməmişdir. İddiaçıla aralarında hər hansı bir pul öhdəliyinə dair sənəd yoxdur. İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatlar, yəni mikro avtobusların ona verilməsi və geri qaytarılması məsələləri onunla olmamışdır. Onun iddia ərizəsində göstərdiyi həmin məsələlərlə bağlı İddiaçı qarşısında hər hansı bir öhdəliyi yoxdur, məhkəmə iddia ərizəsini araşdırarkən, yəni iddiaçının iddia ərizəsində yazdığı tələbi araşdırarkən qətnamədə yalnız polis şöbəsindən götürdüyü qərara istinad etmişdir. Həmin qərarda yazılanların doğru olub-olmadığını məhkəmə araşdırmamış, belə ki, onun polis şöbəsinə verdiyi izahatı polis şöbəsindən tələb etməmiş, izahatın həqiqətən də kim tərəfindən yazıldığını araşdırmamış, ona təqdim olunmuş qərar əsasında qətnamə qəbul etmişdir. Qeyd etdikləri apelyasiya məhkəməsi tərəfindən araşdırılmalıdır. O, İddiaçı heç vaxt pul götürməmişdir və onun qarşısında hər hansı bir öhdəliyi yoxdur. İddiaçı məhkəmə qarşısında ona neçə manat borclu olduğunu sübut etməli və buna dair sübutları məhkəməyə təqdim etməlidir. İşə əlavə edilmiş xx.xx.2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar iş üzrə mötəbər sübut hesab edilə bilməz. Həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər tələb olunaraq məhkəmə tərəfindən araşdırılmalıdır.
10. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)- 1506/2017 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı şikayəti ilə bağlı Zaqatala RPŞ-də araşdırma aparılarkən o da müstəntiqə izahat vermişdir və həmin izahatda mikroavtobusu və reysi satmaq üçün İddiaçı və Cuma Əhmədovdan cəmi 16150 manat pulu Cavabdeh1 ilə birlikdə aldıqlarını bildirmişdir. Əslində, həmin pulları Cavabdeh1 almışdır. O, nə X3, nə də İddiaçı heç bir pul almamışdır. İzahatında göstərdiklərini isə İddiaçı yardım etmək məqsədi ilə yazmışdır.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)-1506/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahat verərək bildirdi ki, o, özü şəxsən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonradan İddiaçı satmaq istədikləri mikroavtobusa və reysə görə 5000 manat kredit götürməklə vermişdir ki, həmin krediti razılaşmalarına görə banka İddiaçı ödəmişdir. Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. 193.1-ci maddəsinə əsasən Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 194.1-ci maddəsinə əsasən Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Qədirov X4 Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)- 1506/2017 nömrəli qətnaməsini ona münasibətdə mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
20. İddiaçı iddia edir ki, Mersedes” markalı ** NN *** dövlət nömrə nişanlı mikroavtobusu və Zaqatala bazarı-A.Həmidov küçəsi reysini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 almağa razılaşmışlar. Lakin sənədləşdirmə aparılmamış, daha sonra iddiaçı avtobusu cavabdehlərə geri qaytarmışdır. Cavabdehlər iddiaçının onlara verdikləri pulları geri qaytarmamışlar.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində işə onun məlumatı olmadan baxıldığı barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, kolelgiya apellyasiya şikayətinin həmin hissədə dəlilləri ilə razılaşır. Belə ki, məhkəmə kolelgiyasının sorğusuna cavab olaraq verilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 10 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 sonuncu dəfə 12 aprel 2017-ci ildə Azərbaycan Respublikası sərhədlərindən çıxmış və 30 avqust 2024-cü ilədək yenidən giriş etməmişdir. Hazırki iddia ərizəsi isə məhkəməyə 24 iyul 2017-ci ildə daxil olmuşdur. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə icraatı zamanı apellyator Azərbaycan Respublikası ərazisində olmamışdır. Buna baxmayaraq, kollegiya hesab edir ki, hazırki iş üzrə bu hal məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Ona görə ki, mülki işin 46-47-ci vərəqlərindən görünür ki, məhkəmə bildirişi Cavabdeh2 çatdırılması üçün Zaqatala RİHB Muğanlı kənd İƏD üzrə nümayəndəliyinə göndərilmişdir. Zaqatala RİHB Göyəm kənd İƏD üzrə nümayəndəliyinin cavab məktubundan görünür ki, Cavabdeh2 orada yaşamadığı üçün məktubu ona çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 135-ci maddəsinin tələbinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (bax bənd 16) Göründüyü kimi, məhkəmə Cavabdeh2 məlumat verilməsi üçün qanunla üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Cavabdeh2 məlumatlandırıla bilməməsi məhkəmənin təqsirindən baş verməmişdir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Zaqatala RPŞin müstəntiqi, polis mayoru X1 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına sübut qismində istinad etmişdir. Həmin qərardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində Zaqatala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, 2014-cü ilin iyun ayında əmisi oğlu Cuma Əhmədovun marşrut reysi almaq istədiyini öyrənmişdir. O, Cuma ilə görüşərək bu barədə sonuncu ilə söhbət etdikdə Cuma ona Zaqatala bazarı-Anar Həmidov küçəsi reysini almaq üçün Bayram və Nadirə 5000 manat verdiyini, lakin imkanı çatmadığından qalan 9500 manatı verə bilmədiyini bildirmiş və həmin 9500 manat pulu onun yerinə Bayram və Nadirə verib reysi almasını təklif etmişdir. O, Cumanın bankdan kredit götürərək Bayram və Nadirə verdiyi 5000 manatı banka ödəməyi öhdəsinə götürmüş və qalan 9500 manat pulu Sumaylı kəndində Bayram və Nadirə vermiş, sonuncular həmin pulu götürərək saıb aralarında bölmüşlər. Bundan sonra Nadir və Bayram ona “Mercedes” markalı **-NN-*** dövlət nömrə nişanlı mikroavtobusu vermişlər. O, 2014-cü ilin dekabr ayına kimi həmin marşrut üzrə işləmişdir. O, həmin ərəfədə VÖEN açdırmaq və sənədi onun adma sənədləşdirmələri üçün Bayram və Nadirə 650 manat pul vermişdir. Bayram və Nadir sənədləşmə məsələsini 3-5 günə həll edəcəklərini demiş və o, 2015-ci ilin mart ayına kimi qədər gözləmişdir. 2015-ci ilin mart ayının sonlarında o, Zaqatala bazarı yaxınlığında yerləşən “kənd avtovağzalı” adlanan yerdə olarkən Muğanlı kənd sakini Nazim adlı şəxs ona yaxınlaşmış və onun idarə etdiyi mikroavtobusun özünə məxsus olduğun bildirmişdir. Bundan 3 gün keçdikdən sonra Nazim həmin mikroavtobusun texniki pasportunu, etibarnaməni və şəxsiyyət vəsiqəsini ona göstərmiş və mikroavtobusu geri istəmişdir. O, bundan sonra Bayran və Nadirlə görüşərək bu barədə bildirmiş və sonuncular bu məsələni qısa müddət ərzində həll edəcəklərini bildirmişlər. 2015-ci ilin aprel ayında Muğanlı kənd sakini Mustafa adlı şəxs Zaqatala şəhərində “kənd avtovağzalı” adlanan yerdə ona yaxınlaşıb Nazimin öz mikroavtobusunu geri istəməsini bildirərək həmin maşını sürüb aparmışdır. O, bundan sonra Bayram və Nadirlə görüşmüş və sonuncular 5-10 günə yeni maşın təşkil edərək ona verəcəylərini bildirmişlər. 2015-ci ilin iyul ayında Bayram və Nadir ona 2000 manat pulları olduqlarını bildirmiş və ondan öz adma bankdan 2000 manat kredit pul götürməyi xahiş etmiş və həmin krediti ödəyəcəklərini bildirmişlər. O, 2015-ci ilin iyul ayında "xxxx" BOKT ASC-nin Zaqatala filialından 2500 manat kredit götürmüşdür. O, həmin puldan 500 manatını borc kimi Bayrama vermiş, qalan 2000 manatı və özündə olan 2000 manatı cəmləyərək Bayramla birlikdə 4000 manata mikroavtobus axtarmağa başlamışlar. Təxminən 20 gün keçdikdən sonra Dardoqqaz kənd sakini Elşən adlı şəxsdə mikroavtobus olduğunu öyrənərək birlikdə həmin maşına baxmışlar. Bu zaman Nadir və Bayram həmin 4000 manat pulu xərclədiklərini bildirmişlər. Bunun əvəzində Nadir və Bayram ona mikroavtobus və Zaqatala bazarı- Qaracıl- Qaybalı reysini vermişlər. Həmin reys üzrə bir gün işlədikdən sonra o, maşının nasaz vəziyyətdə olduğunu görərək maşını geri qaytarmış və həmin marşrut üzrə işləməkdən imtina etmişdir. Material üzrə izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Zaqatala bazarı- Anar Həmidov küçəsi marşrut reysi onun olmuşdur. Lakin həmin marşrut reysi üzrə hərərkət edən “Mercedes” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Zaqatala rayonu Dardoqqaz kənd sakini Nadirin olmuşdur. O, Nadirlə görüşüb Zaqatala bazarı-Anar Həmidov reysini 12000 manata satmasını sonuncudan xahiş etmişdir. Nadir də ona 3000 manat beh vermiş və reysi ondan alacağını bildirmişdir. Nadir sonradan ondan həmin pulu Muğanlı kənd sakini Nazim Əliyevə verməsini istədiyindən pulu Nazimə vermişdir. Nadir ona pulun qalanını təşkil edəcəyini demişdir. O, 5-6 ay gözləsə də, reysin pulu ona ödənilmədiyindən Nadirin həmin reysi satdığı İddiaçıla görüşərək hər şeyi sonuncuya danışmış və reysi Elşaddan geri götürmüşdür. O, Elşada reysin pulunu tam ödədikdən sonra həmin reysi verəcəyini sonuncuya bildirmişdir. O, izahatında həmçinin reysin alqısatqısı işi ilə Nadirin məşğul olduğunu, Elşaddan borc və ya hər hansı məqsədlə pul almadığını, Elşadla aralarında marşrut reysi və mikroavtobus alqı-satqısı ilə bağlı heç bir söhbətin olmadığını, Elşadın Nadirə pul verib-verməməsi barədə heç bir məlumatının olmadığını bildirmişdir. Material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, tanışı Bayramın adma 5000 ABŞ dollarına reys alaraq sənədləşdirmişdir. Bundan sonra Zaqatala rayonu Muğanlı kənd sakini Nazim Əiiyevdən faizə borc pul götürüb “Mercedes” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu alaraq həmin mikroavtobusu girov kimi Nazimin adına sənədləşdirmişdir. Bundan sonra həmin mikroavtobusu və reysi Göyəm kənd sakini Cuma Əhmədova satmaq barədə razılaşmış, Cuma ona və Bayrama 5000 manat pul verdikdən sonra imkanı olmadığını bildirərək, reysi əmisi oğlu Elşadın alacağını və qalan 9500 manatı ödəyəcəyini bildirmişdir, reysi və mikroavtobusu İddiaçı vermişlər. Bundan 20 gün keçdikdən sonra İddiaçı ona və Bayrama 9500 manat pul vermişdir. Həmin puldan 5000 manatı reysin pulunu özü götürmüş, 3000 manatını Nazimə vermiş və qalan 6500 manatı Bayramla aralarında bölüşdürmüşlər. Nazim pulun faizini qaldırdığından faizi ödəyə bilməmiş və bu səbəbdən Nazim maşını Elşaddan geri almışdır. Bundan sonra Elşad həmin reysin qrafikini onun adına sənədləşdirmək üçün 650 manat pulu ona və Bayrama vermiş, lakin Bayram bu sənədləşdirməni gecikdirmişdir və yerinə yetirməmişdir. Bundan sonra Elşad ona verdikləri Zaqatala-Qaracıl-Qaybalı reysini istifadə etmək üçün həmin reys üzrə işləyən Sərxana verilməsi üçün Bayrama 1000 manat pul vermiş, lakin həmin reysi İddiaçı sonradan onlara geri qaytardığından həmin 1000 manat pulu Sərxana verməmiş və öz aralarında bölüb banka kredit ödənişi etmişlər. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia olunan münasibətlərin ümumilikdə mövcud olduğu Cavabdeh1 tərəfindən, birbaşa olaraq iddiaçı tərəfindən verildiyi iddia edilən pulların həqiqətən Cavabdeh1 və Cavabdeh2 tərəfindən alındığı da Cavabdeh2 tərəfindən etiraf edilmişdir. O cümlədən, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 da məhkəmə kollegiyasının iclaslarında iddiaçının iddialarının və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilənlərin həqiqətə uyğun olduğunu bildirmişdir. Cavabdeh2 apellyasiya şikayətində göstərdiklərinə əsasən məhkəmə kollegiyası tərəfindən Zaqatala RPŞ-yə sorğu verilməklə göstərilən 04 iyun 2016-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul olunduğu araşdırma materialının məhkəmə təqdim edilməsi xahiş edilmiş, sonucunun 3 dekabr 2024-cü il tarixli məktubu ilə materialın saxlanma müddəti bitdiyinə görə həmin materialın və qəbul edilmiş qərarın surətinin göndərilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun göstərdikləri öz təsdiqini tapmamışdır və qətnamənin ləğvi üçün əsaslar mövcud deyildir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlər Mülki Məcəllənin 1092-ci maddəsinin tələbi baxımından hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etməklə əsassız varlanmışlar.
23. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərə ilkin olaraq verilmiş 5000 manatı üçüncü şəxs X8 vermiş olsa da, həmin pulu daha sonra İddiaçı sonuncuya ödəməklə cavabdehlərdən həmin pulu tələb etmə hüququ da iddiaçıya keçmişdir. Belə ki, cavabdehlərlə ilkin olaraq razılığa gəlmiş X8 Mülki Məcəllənin 193-194-cü maddələrinin tələbi baxımından həmin razılıq üzrə hüquqlarını cavabdehlərə də məlumat verməklə İddiaçı keçirmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)-1506/2017 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(033)-1506/2017 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.