Məhkəmə qərarları › İş №2(107)-1191/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1191/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1191/2021 08.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 rəhbərliyinin göstərişi əsasında ona qarşı başlayan qərəzli kampaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş 15000 (on beş min) manat maddi, 30000 (otuz min) manat mənəvi ziyan olmaqla, 45000 (qırx beş min) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən Cavabdeh2 vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 rəhbərliyinin göstərişi əsasında ona qarşı başlayan qərəzli kompaniya ilə əlaqədar qanunsuz hərəkətlər nəticəsində dəymiş 3098 (üç min doxsan səkkiz) manat maddi ziyanın və 30000 (otuz min) manat mənəvi ziyanın, 200 manat ekpertiza xərci olmaqla, cəmi 33298 (otuz üç min iki yüz doxan səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsindən Cavabdeh2 vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddiа qismən təmin edilmiş, İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş maddi zərərə görə 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin faktiki halları: İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Laçın rayonu Bozdağan kəndində anadan olmuşdur. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar məcburi köçkün düşərək müxtəlif ərazilərdə yaşadıqdan sonra nəhayət ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Özü ali təhsilli olmaqla Laçın rayonu Oğuz şəhərində yerləşən tam orta məktəbində müəllim işləyir. Ailəlidir, iki övladı var. O, heç bir inzibati və cinayət tərkibi yaradacaq hərəkətə yol verməmişdir. Ancaq Cavabdeh1 ona qarşı əsassız ittiham irəli sürərək onun nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə və qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətdiyini iddia etmişdir. Lakin barəsində məhkəməyə verilmiş cinayət işi məhkəmə tərəfindən ətraflı araşdırılaraq, iş üzrə tərəflərin, eləcə də şahidlərin ifadələri və ekspertiza rəyləri ilə sübut edilmişdir ki, hadisə ilə onun heç bir bağlılığı yoxdur. Yəni iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsirın 24 iyun 2020-ci il tarixli, 1(075)-1/2020 saylı hökmü ilə onun təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ona bəraət verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işin ibtidai araşdırmasını aparan müstəntiq tərəfindən müəyyən hərəkətsizliklərə yol verilərək vaxtında görülməli olan işlər (kamera görüntülərinin götürülməsi, görüntülərdə olan iki əlavə avtomobilin sürücülərinin müəyyən edilməsi və s. kimi) görülməmiş, işin ibtidai araşdırılması səriştəsiz aparılmışdır. İbtidai araşdırmanın əvvəllərindən dəfələrlə idarə etdiyi avtomobildən əvvəldə iki avtomobilin olması barədə müstəntiq Mübariz Əhmədova şifahi və yazılı qaydada bildirməyimə baxmayaraq o, bu istiqamətdə heç bir addım atmamış və həmin avtomobillərin sahiblərini müəyyən etməmişdir. Bu da onun mənə qarşı qərəzli mövqedə çıxış etməsini əyani şəkildə sübut edir. Tərəfindən əldə edilərək məhkəməyə təqdim adilmiş hadisə baş verən istiqamətdən üzü bazar istiqamətə; doğru hərəkət adən avtomobillərin məhkəməyə gedibgələrkən yolda xərclədiyi pul itkisinə, oğlunun mənəvi sarsıntı keçirərək artıq sağalmayan xəstəliyə düçar olmasına və iki ildən artıq müddətdə Cavabdeh1 DYPB-nin duracağında qalan avtomobilinin yarasız hala düşməsinə səbəb olmuşdur. Müstəntiq tərəfindən işin düzgün aparılmaması onun iki il müddətində etmədiyi bir əmələ görə təqsirli bilinərək suçlu görünməsinə səbəb olmuşdur. Oğlu bu hadisənin təsiri ilə sağalmayan xəstəliyə düçar olmuş və hazırda müalicə olunmaqdadır. Artıq o, oğlunun müalicəsinə 12000 manatdan artıq pul xərcləmişdir. Həkimlərin deməsinə görə onun bu xəstəliyə düçar olması ani sarsıntı keçirməsi ilə bağlıdır. İddia ərizəsinə əlavə etdiyi oğlu Məhəmmədin müalicə və müayinə olması ilə bağlı sənədlərin tarixi də elə hadisənin baş verdiyi tarixlə üst-üstə düşür. İki ildən artıq əsassız olaraq Cavabdeh1 DYPB-nin duracağında qalan ona məxsus avtomobilin 1500 manata yaxın xərci yaranmışdır. Bundan əlavə avtomobilin duracaqda qalması onun işə baxıldığı müddətdə taksidən istifadə edərək çoxlu pul xərcləməyinə səbəb olmuşdur. Onlar – Laçın rayon sakinləri respublikanın demək olar ki, bütün rayonlarında məskunlaşmışlar. Avtomobilinin həmin müddətdə onda olmaması onun xeyirşər məclislərində iştirak etmək üçün artıq pul xərcləməyinə səbəb olmuşdur. O, əsassız verilmiş ittihama görə iki gündən artıq həbsdə də qalmalı olmuşdur. Bütün bunlar Cavabdeh1 rəhbərliyinin ona qarşı qərəzli mövqe tutması və işin yekunda onun üstündə qalmasına çalışılması ilə bağlıdır. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun günahsız olmağını sübut edən məhkəmə cavabdehlər tərəfindən dəymiş ziyanın ona ödənilməsinə köməklik edəcəkdir. Cavabdeh1 ona qarşı olan haqsız hərəkətləri Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 1(075)-1/2020 saylı hökmü ilə öz təsdiqini tapır. İddia ərizəsində istinad etdiyi sübutlardan göründüyü kimi cavabdeh qarşısına qoyduğu məqsədə nail ola bilməmiş və onun Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməyinə dair süni şəkildə təşkil etdiyi hadisələrlə bağlı toplanmış materiallar üzrə işlər həqiqi qiymətini almışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, o ağır şəkər xəstəsidir. O və ailəsi keçirdikləri sarsıntının təsirindən hələ də çıxa bilmirlər. Oğlu yaranmış vəziyyətlə bağlı sağalmaz xəstəliyə düçar olmuşdur. Məhkəmə maddi ziyanla bağlı ədalətli qərar qəbul etsə də, mənəvi ziyanla bağlı düzgün araşdırma aparmamışdır. Qətnamədə mənəvi zərərin 2000 manat məbləğində təyin edilməsi əsaslandırılmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş saxta sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə maddi ziyana aid hissədə “Kristal MM” tərəfindən verilmiş ekspert rəyinə istinad etmişdir. Lakin “Kristal MM” tərəfindən təmir dəyərinin 2098 manat olması nəticəsinə gələrkən hansı üsul və vasitələrlə hesablanması, dəymiş ziyanın nədən ibarət olması və məhz həmin ziyanın daha öncə avtomobildə mövcud olmuş qüsurlardan və ya avtomobilin duracaqda yerləşdirilməsindən sonra sazlığının pozulmasının nədən ibarət olması, rənginin solmasının onun duracaqda qalması səbəbi ilə olub-olmaması və ya onun duracağa yerləşdirilərkən rənginin solğun olmasını müəyyənləşdirməmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, iddiaçı barəsində həbs qətimkan tədbiri seçilməmiş, barəsində ittiham hökmü çıxarılmamışdır. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində iddiaçının mənəvi iztirab keçirdiyini, fəal ictimai həyat tərzindən məhrum edilməsi, sağlamlığına zərər dəyməsi və.s qeyd etsə də, bütün bunları heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 2000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Bundan başqa maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CPM-in 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Ona qarşı xüsusilə ağır cinayət törətdikdə - 330 manat, ağır cinayət törətdikdə - 165 manat, az ağır cinayət törətdikdə - 55 manat, ictima təhlükə törətməyən cinayət törətdikdə - 11 manat. Lakin hazırki iddiaçıya qarşı hər hansı cinayət törədilməmiş, yalnız onunla bağlı cinayət işi başlanılsa da, sonradan ona bəraət verilmişdir. Hesab edir ki, yuxarıda sadalanan normalar kontekstində iddiaçıya 2998 manat maddi və mənəvi zərərin hesablanması tamamilə əsassızdır. Odur ki, Odur ki, Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)- 515/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehlərin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, özünün verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı, eləcədə cavabdehlərdən Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilməmli, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)- 515/2021 nömrəli qətnaməsi həmin hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Şəki Rayon Məhkəməsinin 4(075)-17/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, pоlis mаyоru Mübаriz Əhmədоv tərəfindən Qаsımоv Təvəkkül Qаsım оğlu 11 аprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının CM-nin 263.2 və 264-cü mаddələri ilə şübhəli şəxs qismində tutulmuş, 12 аprel 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 08 iyul 2019-cu il tarixdə Şəki Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 1(075)-1/2020 saylı, 24 iyun 2020-ci il tarixli hökmünə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə bəraət verilmiş, bəraət almış İddiaçı Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İş üzrə maddi sübut olan yolnəqliyyat hadisəsi yerindən aşkar edilərək götürülmüş boya nümunələri, VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsindən aşkar edilərək götürülmiş lifin məhv edilməsi, İddiaçı məxsus 01 ədəd şalvar, bir ədəd pencək, VAZ-2170 markalı, 90- FL-573 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyü, eləcə də Cavabdeh1 Dövlət X13 saxlanılan VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı qaytarılması nəzərdə tutulmuşdur. Hökm 15 iyul 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. “X16” tərəfindən verilmiş 10 iyul 2019-cu il tarixli kolonoskopiya raporundan görünür ki, X2 prokto-siqmoidit diaqnozu qoyulmuşdur. X6 11 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində ultrasəs müayinəsindən keçmişdir. Onda “Kardianın çatışmazlığı. Qastrit. Kardianın polipi” aşkar edilmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 27 iyul 2019-cu il tarixli komputer tomoqrammasından görünür ki, X1 lordozda düzlənmə aşkar edilmişdir. X6 03 avqust 2019-cu il tarixdə “X15 Mərkəzi”ndə makroskopik müayinədən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 28 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X8 və Müalicəsində kolonoskopiya müayinəsindən keçmişdir. X6 30 avqust 2019-cu il tarixdə “X7”ndə urogenital infeksiya Rt-PCR analizi vermişdir. X6 04-06 yanvar 2020-ci il tarixlərdə X15 Mərkəzi ndə makroskopik müayinədən keçmişdir. X6 09 yanvar 2020-ci il tarixdə “Ege hospital”da fibrokolonoskopiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 15 yanvar 2020-ci il tarixdə “X10”nda müayinədən keçmişdir. X6 06 fevral 2020-ci il tarixdə “Ege hospital”da müayinələrdən keçmiş, analiz vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 281.00 manatdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 04 may 2020-ci il tarixli, 484 nömrəli məktuba əsasən 2003-cü il təvəllüdlü X6 “EBV. Ulserativ kolit” diaqnozu ilə ixtisaslaşmış tibbi yardım alması üçün Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıya göndərilmişdir. X6 06 may 2020-ci il tarixdə “Ege hospital”da analiz vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 144.00 manat, 324.00 manat olmaqla, cəmi 468.00 manatdır. X6 07 may 2020-ci il tarixdə “Ege hospital”da analiz vermişdir. Xidmət haqqı 230.00 manatdır. X6 09 may 2020-ci il tarixdə “Uniklinika”da elektroensefaloqrafiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 19 avqust 2020-ci il tarixdə “Ege hospital”da fibroqastroduodenoskopiya müayinəsindən keçmişdir. X6 19 avqust 2020-ci il tarixdə “xxxx” MMC-də laborator müayinədən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 06 oktyabr 2020-ci il tarixdə “Ege hospital”da fibrokolonoskopiya müayinəsindən keçmiş, ona müalicə üçün dərmanlar yazılmışdır. X6 06 oktyabr 2020-ci il tarixdə “Ege hospital”da analizlər vermiş, ona müalicə üçün dərmanlar yazılmışdır. Xidmət haqqı 10.00 manat, 279.00 manat və 176.00 manat olmaqla, cəmi 465.00 manatdır. X6 07 oktyabr 2020-ci il tarixdə müalicə üçün dərmanlar yazılmışdır. “Kristal-MM” Qiymətləndirmə tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli, 2001/21 saylı qiymətləndirmə rəyindən görünür ki, VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 07 aprel 2021-ci il tarixə olan təmir dəyəri 2098 manatdır. Qiymətləndirmə xərci olan 200 manat İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, onun barəsində 2 ilə yaxın müddət ərzində ibtidai və məhkəmə istintaqının aparılması nəticəsində hüquqları pozulmuş, ətrafdakılar tərəfindən ona «cinayətkar», «xətakar adam» gözü ilə baxılması şüurunda mənfi psixi reaksiyalara səbəb olması nəticəsində mənəvi sarsıntı keçirmişdir. Həmçinin, İddiaçı barəsində cinayət işi açıldıqdan sonra stress keçirən 2003- cü il təvəllüdlü X3 xəstəliyə düçar olmuş, müxtəlif xəstəxanalarda müayinələrdən keçmiş, müalicələrinə çoxlu pul vəsaiti xərclənmişdir və müalicəsi hazırda da davam etdirilməkdədir. Bundan başqa İddiaçı özü müəllim işləyir. Keçən müddət ərzində onun barəsində istintaq hərəkətlərinin aparılması bir müəllim kimi kollektiv qarşısında nüfuzuna xələl gətirmiş, şagirdlər və müəllim kolleqaları arasındakı mövqeyinə kölgə salmışdır. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının haqsız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində İddiaçı məxsus VAZ-2170 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Dövlət X14 duracağına yerləşdirilmişdir. Avtomobil 2 il müddətində Cavabdeh1 Dövlət X14 duracağında qalmış, sazlığı pozulmuş, rəngi solmuşdur. “Kristal-MM” Qiymətləndirmənin 07 aprel 2021-ci il tarixli, 2001/21 saylı rəyinə əsasən hazırda avtomobilin təmiri üçün 2098 manat xərc tələb olunur. Odur ki, həmin pul vəsaiti iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa iş materialları və məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə müəyyən olunur ki, İddiaçı 10.07.2019-cu il tarixdən 07.10.2020-ci ilədək təxminən 10 dəfə oğlunu müalicə üçün Bakı şəhərinə aparmışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən avtomobili duracağa yerləşdirildiyindən, hazırda avtomobil nasaz vəziyyətdə olduğundan və pandemiya şəraiti ilə əlaqədər ictimai nəqliyyatın hərəkəti dayandırıldığından Bakı şəhərinə taksi ilə getməli olmuşdur. İddiaçı öz şəxsi avtomobili ilə Bakıya gedərsə 40 manatlıq benzin istifadə edəcəyini bildirsə də, məhkəmə iclasında dindirilmiş şahid 50 manatlıq benzin istifadə etdiyini və iddiaçıdan hər dəfə 140 manat pul aldığını bildirmişdir. Buna görə də iddiaçıya əlavə olaraq 900 manat da (140-50=90, 90*10=900) ziyan dəymişdir ki, həmin pul vəsaiti də iddiaçıya dövlət tərəfindən və dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Həmçinin, birinci instansiya məhkəməsi iddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1, 1101.1, 1101.2-ci maddələrinə, eləcədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir. Bu baxımdan da məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsi ilə, yəni “İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş maddi zərərə görə 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və qiymətləndiriciyə ödənilmiş 200 (iki yüz) manat olmaqla, cəmi 5198 (beş min bir yüz doxsan səkkiz) manat məbləğində pulun ödənilməsi” hissəsi ilə razılaşır, sadalanan sübutlar və istinad edilmiş maddi hüququ normaları yuxarıda ətraflı təsvir edilərək, şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutları və maddi hüququ normalarını yenidən təsvir edilərək, şərh edilməsinə ehtyac duymur və bu hissədə əlavə araşdırma aparmağa zəruriət görmür, uyğun olaraq bununla bağlı həm İddiaçı, həm də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsaslı saymır. Lakin, Cavabdeh1 apellyasiya şikayətini isə qismən haqlı sayaraq, bununla bağlı aşağıdakıları bildirməyi zəruri bilir. Belə ki, təhlil olunanişdən aydın olur ki, hazırkı iddia tələbində cavabdeh qismində həm Cavabdeh1, həm də Cavabdeh2 qoyulmuş, ancaq birinci instansiya məhkəmsi hazırkı işdə Cavabdeh1 cavbdeh qismində iştirakına, hazırkı işdə cavabdehlik daşıyıbdaşımamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmçinin, oxşar münasibətləri nizama salan “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə görə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Bu Qanunun 1-ci maddəsinə görə bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 saylı qətnaməsi həmin hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirlməldən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(075)-515/2021 nömrəli qətnaməsi Cavabdeh1nə aid hissədə ləğv edilsin. Həmin hissə üzrə yeni Qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı «vurulmuş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası Cavabdeh1nə aid hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar