Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1191/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan sahibkarlıq təyinatlı torpaq sahəsinin naturada bölünməklə payların ayrılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsinin naturada bölünməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan sahibkarlıq təyinatlı torpaq sahəsinin naturada bölünməklə payların ayrılması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinin onun payına düşən 31/50 hissəsinin naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçının anası X8 ilə X9 birgə nikahda olduqları müddətdə ünvan 1 ünvanda Zabur İbrahimxəlilovun adına 0,2 hektar sahibkarlıq təyinatlı torpaq əldə etmişlər. X9 20 avqust 2011 -ci il tarixdə vəfat etmişdir. X4 vəfat etdikdən sonra hazırki iş üzrə cavabdehlərdən ibarət vərəsələri qalmışdır. Birinci növbə vərəsələrdən X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun da Cavabdeh6, X19 və Cavabdeh8 adlı vərəsələri qalmışdır. Digər vərəsə olan X3 xx.xx.2012-ci il tarxdə anadan olmuş və yetkinlik yaşına çatmamış şəxsdir. Hazırda iddiaçının məhkəmədən tələbi ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinin onun payına düşən 31/50 hissəsinin X4 19/50 hissə payından naturada bölünərək ayrılmasını tələb edir. Mübahisə predmeti olan torpaq sahəsindən onun payı naturada ayrılmadığı müddətdə iddiaçı 0,1778 hektar torpaq sahəsinin özünə aid hissəsindən istifadə edə bilmir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı ekspert rəyi ilə razı olduğunu, mübahisəli torpaq sahəsinin əvvəlcə 20 sot olduğunu, mərhumun iki oğlu tərəfindən özlərinə düşən payı ekspert rəyi ilə müəyyən edilmiş qaydada cavabdehlərə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinə bitişik hissədən satıldığını, onun anasına aşağı hissədən yer göstərməklə iş materiallarında olan bölgü planını hazırlatdıqlarını bildirmiş və iddianın ekspert rəyinə əlavə edilmiş bölgü variantına istinad etməklə təmin edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının izahatını təsdiq etmiş, X16 və Adil adlı övladları tərəfindən 20 sot torpaq sahəsinin özlərinə məxsus hissəsini satdıqlarını bildirmiş, 0,1778 ha torpaq sahəsinin naturada bölgüsünün ekspert rəyinə uyğun olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlər sözügedən torpaq sahəsinə payların naturada bölünərək ayrılmasına etiraz etmirlər. Ancaq bölgünün aparılmasının hazırki iş materiallarına əlavə edilmiş bölgü planına istinad edilməklə bölünməsinə etiraz edirlər.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə2 əvvəlki məhkəmə iclasında verdiyi izahatı təsdiq etmiş, bölgü planına istinad edilmədən cavabdehlərin iradəsinə uyğun plan əsasında torpağın naturada bölgüsünə etirazın olmadığını bildirmiş, iddianın qismən təmin edilməsini, yəni ekspertin müəyyən etdiyi bölgüyə uyğun olaraq torpaq sahəsinin iddiaçıya verilməsi nəzərdə tutulmuş hissəsi ilə cavabdehlərə verilməsi nəzərdə tutulmuş hissəsinin yerinin paylarına müvafiq ölçüdə əvəz edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında 9 saylı Qəbələ Ərazi idarəsinin mühəndisi İlkin Əzizov bildirmişdir ki, hazırki bölgü real bölgüdür və bütün normativlərə uyğundur. Bundan əlavə Oğuz şəhərinin baş planına uyğun olaraq çəkilmiş hasarla torpaq sahəsinin ön hissəsindən iddiaçı və cavabdehlər üçün artıq hissə yaranmışdır və həmin hissə də faktiki olaraq onların istifadəsinə verilir.
9. Məhkəmə iclasında İdarənin şöbə müdiri X24 Əzizovun izahatını təsdiq edərək əlavəsinin olmadığını bildirmişdir.
10. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova), iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən, xx.xx.2021-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********00) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və xx.xx.2021-ci il tarixli A 636498 saylı (reyestr nömrəsi **********00) Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İddiaçı və mərhum X4 mülkiyyətində olan 0,1778 hektar sahibkarlıq təyinatlı torpaq sahəsindən iddiaçının payına düşən 31/50 (0,1103 ha) hissəsi xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspertiza rəyinə uyğun olaraq rəyə əlavə edilmiş bölgü variantında göstərilmiş qaydada naturada bölünərək iddiaçıya verilməsi və qeydə alınması, iş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilməsi, 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının və mərhum X4 (cavabdehlərə münasibətdə miras qoyan) Oğuz şəhəri, H.Əliyev küçəsi, 8 ünvanında yerləşən sahibkarlıq təyinatlı torpaq sahəsində iddiaçının payı 31/50, mərhumun payı 19/50 hissədə olmaqla müəyyən edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı özünə məxsus hissədə payının mərhum Zabur İbrahimxəlilovun payına münasibətdə naturada bölgüsü barədə tələbin təmin edilməsi xahiş olunmuşdur. Ekspert rəyi ilə ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50) bölgüsünun yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunduğu bildirilmişdir. Məhkəmə iclasında nümayəndə və vəkil Nümayəndə2 naturada bölgüyə etiraz etməsə də, ekspertin müəyyən etdiyi bölgüyə uyğun olaraq torpaq sahəsinin iddiaçıya verilməsi nəzərdə tutulmuş hissəsi ilə cavabdehlərə verilməsi nəzərdə tutulmuş hissəsinin yerinin paylarına müvafiq ölçüdə əvəz edilməsini xahiş etsə də, bunun cavabdehlərin hüquq və mənafelərinə uyğun olmadığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Beləliklə məhkəmə ekspert rəyini sübut kimi qəbul edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçının 0,1778 ha torpaq sahəsində müəyyən edilmiş 31/50 hissədə payı ekspert rəyinə əlavə edilmiş bölgü variantına uyğun olaraq naturada bölünməklə iddiaçıya verilməli və qeydə alınmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilsə də iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, 50 manat ekspertiza xərci isə işin hallarına uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178, 215.1, 215.2, 220.1 və 220.2, 220.3-cü maddələrinə, “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli, «Qavazov Bolqarıstana» qarşı iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayəti vermişlər.
16. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsi ilə razı deyillər. Çünki məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədən qanunsuz və əsassız qətnamə qəbul edilmiş, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlinmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 220.1-ci və 220.2-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin məzmununa görə əslində cavabdehlərin mülkiyyət hüquqları pozulsa da məhkəmə həmin hüquq normalarını iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışmışdır.
18. Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.3-cü və 217.4- cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, ekspert rəyini sübut kimi qəbul etsə də rəyi tam araşdırmamış və qiymətləndirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddənin tələbinə zidd olaraq iddiaçı özünün istəyinə uyğun tərtib olunmuş bölgü planına uyğun bölgü aparılmasını tələb etmiş, cavabdehlərlə heç bir razılaşma olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı özünün təqdim etdiyi bölgü planına əsasən bölgünün aparılmasının qanuni və ədalətli olmasını sübut edə bilməmiş, məhkəmə isə torpaq sahəsinin ilkin sənədləri ilə son sənəd arasında olan uyğunsuzluqları və ziddiyyətli məqamlara düzgün qiymət verilməmişdir.
19. Oğuz Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(054)-13/2024 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, mütəxəssis rəyində qeyd edilənlər nəzərə alınmamış, cavabdehlərin torpağının bir hissəsini digər mülkiyyətçilərin torpağı ilə üst-üstə düşməsinə hüquqi qiymət verilməmişdir. Əksinə məhkəmə həm iddiaçıya həm də cavabdehlərə mülkiyyət sənədində göstəriləndən əlavə torpağın verildiyini qeyd etmişdir.
20. Cavabdehlər tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. İddiaçı isə nə üçün məhz törpağın onun istəyinə əsasən bölünməli olmasını sübut edə bilməmişdir.
21. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır.
22. Cavabdehlər tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmadığını məhkəmə nəzərə almamışdır. Eyni zamanda Oğuz Rayon Məhkəməsi oxşar işlər üzrə məhkəmə təcrübəsini də nəzərə almamışdır.
23. Odur ki, Oğuz Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(054)-13/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X13 və Cavabdeh8 qarşı paylı mülkiyyətdə olan sahibkarlıq təyinatlı torpaq sahəsinin naturada bölünməklə payların ayrılması tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər X19 və Cavabdeh8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. “X12rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyatorlar Oğuz Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(054)-13/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 avqust 2021-ci il tarixdə verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Oğuz şəhəri H.Əliyev küçəsi 8 ünvanında yerləşən 0.1778 ha torpaq sahəsi İddiaçı 31/50, mərhum X4 (cavabdehlərə münasibətdə miras qoyan) isə 19/50 hissələrlə paylı mülkiyyətlərindədir. Ekspert rəyi ilə ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50) bölgüsünun yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş, bölgü variantının rəyə əlavə edilmiş sxemdə qeyd olunduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi daşınmaz əmlakdan iddiaçının payının ekspertiza rəyində göstərilən qaydada ayrılması nəticəsinə gəlməklə yanaşı, buna dair əlavə iddia tələbinin olmamasına baxmayaraq, naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınmasını da qət etmişdir.
37. Halbuki, İddiaçı naturada bölünərək ona verilməli torpaq sahəsinin qeydə alınması kimi bir iddia tələbi olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
38. Göründüyü kimi, birinci instansiya məhkəməsi naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
40. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin məhkəmənin torpaq sahəsinin ilkin sənədləri ilə son sənəd arasında olan uyğunsuzluqlara və ziddiyyətli məqamlara düzgün qiymət verməməsi, mütəxəssis rəyində qeyd edilənlərin nəzərə alınmaması, cavabdehlərin torpağının bir hissəsini digər mülkiyyətçilərin torpağı ilə üstüstə düşməsinə hüquqi qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
41. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin tərəflər (mülkiyyətçilər) arasında naturada paylar üzrə (19/50 və 31/50) bölgüsü yola nisbətdə şaquli istiqamətdə və həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən tikililər nəzərə alınmadan texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə qeyd olunmuşdur.
42. Məhkəmə kollegiyası mütəxəssis rəyində qeyd edilənlərin nəzərə alınmamasına dair dəlillə bağlı əlavə olaraq qeyd edir ki, iş materiallarında yalnız 06 oktyabr 2023-cü il tarixli qərardadının icrası üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 dekabr 2023-cü il tarixli müşaiyət məktubu ilə birinci instansiya məhkəməsinə göndərilmiş mütəxəssis rəyinin olması, ekspertiza tədqiqatı aparılarkən mütəxəssis rəyinin də öyrənilməsi müəyyən edilmişdir.
43. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Göründüyü kimi qanunvericilik mübahisənin həllində mötəbər sübut qismində mütəxəssisin deyil, məhz ekspertin rəyinə istinad edilməli olmasını nəzərdə tutmuşdur.
46. Həmçinin iş materiallarından cavabdehlərin torpağının bir hissəsinin digər mülkiyyətçilərin torpağı ilə üst-üstə düşməsi halı müəyyən edilməmişdir.
47. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8415 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdehlər tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlər tərəfindən torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanının olmadığını məhkəmənin nəzərə almamasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25 avqust 2021-ci il tarixdə verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Oğuz şəhəri H.Əliyev küçəsi 8 ünvanında yerləşən 0.1778 ha torpaq sahəsi İddiaçı 31/50 X4 isə 19/50 hissələrlə paylı mülkiyyətlərindədir. Cavabdehlərin isə mirasqoyanın vərəsələri kimi X4 adına qeydiyyata alınmış əmlaka dair ilkin hüquqmüəyyənedici sənədləri özlərinin əldə etmək imkanları olmuşdur.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
50. Bir sözlə iş materiallarından cavabdehlərin torpaq sahəsinin ilkin sənədlərini məhkəməyə təqdim etmək imkanında olmamaları halı müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınması nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol versə də apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsi qismən, yəni, naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınması hissəsində ləğv edilməklə, həmin hissə qətnamədən xaric edilməli, qətnamə cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(054)-13/2024 nömrəli qətnaməsi qismən, yəni, naturada bölünərək iddiaçıya verilən torpaq sahəsinin qeydə alınması hissəsində ləğv edilsin. Həmin hissə qətnamədən xaric edilsin. Qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.