Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1197/2024 23.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X3 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(075)-1584/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı özünə məxsus Şəki şəhərində yerləşən qızıl-zinət əşyaları satışı mağazasından tanışı Cavabdeh nisyə olaraq iki ədəd qızıl sep satmışdır. Cavabdeh aldığı iki ədəd qızı sepin dəyərini 1 həftə ərzində qaytaracağını bildirsədə öhdəliyi yerinə yetirməmişdir. İddiaçının dəfələrlə borcla bağlı ödəniş etməsini bildirsədə cavabdeh borcunu ödəməmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5600 (beş min altı yüz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 300 (üç yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 79 (yetmiş doqquz) manat dövlət rüsumunun, ümumilikdə isə 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhər sakini kimi tanıdığı Cavabdeh xx.xx.2024-cü il tarixdə onun fəaliyyət göstərdiyi qızıl-ziynət əşyaları mağazasına gələrək ondan 5600 manat məbləğində qızıl-ziynət əşyası almışdır. Həmin müddət ərzində pulunu ən geci bir həftə ərzində ödəyəcəyini bildirmişdir. Lakin bu müddətdən təxminən bir ay sonra onunla əlaqə saxlasa da, pulu ödəməkdən yayınmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli olaraq yayınmışdır. Sonuncu dəfə cavabdehin yaşadığı evə getdikdə orada anası tərəfindən ona maneə olunduğunu, bir neçə dəfə ölümlə hədələnmişdir. Bundan sonra işdə bir nəticə görməyərək əlacsız qalaraq ərizə ilə Şəki ŞRPŞ-yə müraciət etmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Murad Sırafilovun 23 mart 2024-cüil tarixli HK-l/444 nömrəli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, Şəki ŞRPŞ-də izahatı alınmış Cavabdeh izahatında qeyd etmişdir ki, "xxxx" QSC-də operator vəzifəsində 2008-ci il tarixdən işləyir. İddiaçı ilə təxminən iki ilə yaxındır ki, tanışlığı var. Əvvəllər bir neçə dəfə qızıl alqı-satqısı üçün onunla münasibəti olduğunu, bir neçə dəfə həm nağd şəkildə həm də nisyə şəkildə qızıl almışdır. Sonuncu dəfə dekabr ayının ortalarında Elmazdan 5600 manat məbləğində qızılziynət əşyası olan iki ədəd sep almışdır. Həmin qızıl əşyalarının pulunu bir ay ərzində ödəyəcəyinə razılaşmışlar. Həmin qızıl əşyalarını maddi ehtiyacı olduğu üçün satmış və həmin qızılların 5600 manat məbləğində olan pulunu ödəyə bilməmişdir. Hazırda həmin 5600 manat məbləğində qızıllara verməli olduğu pulu qəbul edir, həmin pulu hissə hissə ödəyəcəyinə söz vermişdir. Dəfələrlə onunla əlaqə saxlamağına, xəbərdarlıq etməsinə baxmayaraq nə həmin miqdarı ödəyə bilməmiş, nədə qızılları satdığı üçün geri qaytara bilməmişdir. Göründüyü kimi cavabdeh bu günə kimi ona borclu olduğu 5600 manat pulu geri qaytarmamışdır. Dəfələrlə ondan həmin pulu geri qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X1 "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, HK-1/444 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Şəki ŞRPŞ-nin Təhqiqa Bölməsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı ilə 2 ilə yaxındır ki, tanışlıqları var. Əvvəllər bir neçə dəfə qızıl alqı-satqısı üçün münasibətləri olmuşdur. Sonuncu dəfə 5600 manat dəyərində 2 ədəd qızıl sep almış həmin qızılların pulunu 1 ay ərzində ödəyəcəyinə söz vermişdir. Qızılları satdığı üçün geri qaytara bilməmişdir. İddiaçı olan 5600 manat borcunu hissəhissə qaytaracağına söz vermişdir. Şəki Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(075)-1584/2024 nömrəli (hakim Elşən Vəliyev) qətnaməsi ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 5600 (beş min altı yüz) manat, vəkilə ödənilmiş 300 manat və 79 (yetmiş doqquz) manat dövlət rüsumu, cəmi 5979 (beş min doqquz yüz yetmiş doqquz) manat pul alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 5600 manat məbləğində qızıl-ziynət əşyası satılmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı qızılların dəyəri olan 5600 manatı ödəməmişdir. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. tərəflər arasında qızıl zinyət əşyasının cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, cavabdehin Şəki Şəhər- Rayon Polis Şöbəsində verdiyi izahatı 5600 manat dəyərində qızıl zinyət əşyasının iddiaçı tərəfindən cavabdehə verilməsini, əvəzində cavabdehin həmi pulu bir ay müddətində qaytaracağına dair öhdəliyi üzərinə götürməsini təsdiq edir. Tərəflər arasında qızıl zinyət əşyasının və cavabdehin qızıl zinyət əşyalarının dəyəri olan 5600 manat məbləğində pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 385.1, 425.1, 600.1, 600.4, 601.1, 1091.1, 1091.2 və 1093.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsinə məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərsədə iş təxirə salınmamış və yekun məhkəmə aktı çıxarılmışdır. İştirakı olmadan və dinlənilmədən əsassız qətnamə çıxarıldığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, 2 ilə yaxındır ki, iddiaçı ilə tanışlığı var, təqribən 2023-cü ilin fevral ayında iddiaçıdan 2800 manat dəyərində 1 ədəd qızıl sep almışdır. İddiaçı ilə razılaşmalarına əsasən ona 2800 manat pulu hissə-hissə ödəməli idi. Lakin bir müddətdən sonra iddiaçı ona bildirmişdir ki, (təqribən 1 ay sonra) “pulu tam ödəmək lazımdır, əks təqdirdə hər gecikdirilmiş aya görə ondan 200 manat faiz alacaq". Borc məbləğini birdəfəyə tam ödəyə bilmədiyi üçün o məcburiyyət qarşısında qalaraq 2024-cü ilin fevral ayınadək iddiaçıya hər ay 200 manat faiz ödəmişdir. Ümumilikdə iddiaçıya 2400 manat faiz ödənilmişdir ki, bu məbləğ də əsas borcdan, yəni 2800 manatdan çıxılsa iddiaçıya cəmi 400 manat borcu qalmasını qeyd edir. Məhkəmə qətnamədə Şəki ŞRPŞ-də cavabdehin izahatını əsas götürərək qərar qəbul etmişdir. Lakin nəzərə almamışdır ki, cavabdehi işdən çıxarılması ilə hədələyərək, iddiaçı onu tutduracağını bildirdiyindən məcbur qalıb o cür izahat yazmışdır. Digər məsələ isə qızılın ona satılması vaxtı ilə bağlıdır. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdə satdığını qeyd və bildirirki, 1 həftə ərzində cavabdeh borcunu qoytaracağını bildirmişdir. Lakin Şəki ŞRPŞ-dəki isahatında qızılları ona 2023-cü ilin dekabr ayında satdığını və bir ay müddətində qaytaracağını qeyd etmişdir. Beləliklə məhkəmə bu hissədə də zidiyyətli məqamlara aydınlıq gətiməmişdir. Daha sonra iddiaçı ona 5600 manat dəyərində olan qızıl satdığını qeyd etmişdir. Lakin məhkəmə bu hissədə də qızılın çəkisini, əyarına aydınlıq gətirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, sonuncu dəfə 2023-cü ilin fevral ayında iddiaçıdan iki ədəd qızıl sep almışdır. Həmin qızılların pulunun bir hissəsini ödəsə də hazırda iddiaçıya 2800 manat borcu qalmışdır. İddiaçıdan əvvəllərdə bir-neçə dəfə qızıl alaraq pulunu ödəmişdir. Sonuncu dəfə isə 2023-cü ilin fevral ayında nisyə mal almışdır. Polisdə ona hədə-qorxu gəldikləri üçün elə formada izahat vermişdir. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh qızılları 2024-cü ilin fevral ayında almışdır. Qızılların əyarları ilə bağlı isə onda heçbir məlumat yoxdur. Cavabdeh özü polis şöbəsində iddiaçıdan iki ədəd qızıl aldığını etiraf etmiş və iddiaçıya 5600 manat borcu olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi yəni, alğı-satqı nəticəsində yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Kollegiya qeyd edir ki, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alğı-satqı müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm alıcı, həm də satıcı üçün müəyyən vəzifələr yaratmış olur. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. İddiaçının iddiasına görə cavabdehlə aralarında olan razılaşmaya əsasən ona nisyə qızıl əşyaları vermiş, cavabdeh isə ona olan borcunu hal-hazırdək ödəməmişdir. Kollegiya bildirir ki, ilk növbədə bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun qarşılığı olaraq malın iddia etdiyi miqdarda (həcmdə) cavabdehə verilməsini sübut edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya cəmi 5600 (beş min altı yüz) manatlıq nisyə olaraq qızıl-zinət əşyası satması iş materialları ilə tam sübut olunur. İşdən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Şəki rayon Polis Şöbəsində Cavabdeh əməllərində cinayət tərkibinin əlamətlərinin olub-olmaması araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, HK-1/444 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. İşdən daha sonra müəyyən edilir ki, Şəki rayo Polis Şöbəsində yuxarıda adı çəkilən qəmaterialla bağlı araşdırma aparılan zaman Cavabdeh izahatı alınmışdır. Hazırki iş üzrə Cavabdeh Şəki rayon Polis Şöbəsində izahat verərək bildirmişdir ki, “....... İddiaçı ilə 2 ilə yaxındır ki, tanışlığı var. Əvvəllər bir neçə dəfə qızıl alğı-satqısı üçün münasibətləri olmuşdur. Sonuncu dəfə 5600 manat dəyərində 2 ədəd qızıl sep almışam. Həmin qızılların pulunu 1 ay ərzində ödəyəcəyim şəklində razılaşmışam. Qızılları satdığım üçün geri qaytara bilməmişəm. İddiaçı olan 5600 manat borcumu hissə-hissə qaytaracağına söz verir ........”. Göründüyü kimi, Cavabdeh Şəki rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan 2 ədəd qızıl sep aldığını və iddiaçıya 5600 manat borcu olduğunu etiraf etmişdir. Bundan başqa, məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə 2023-cü ilin fevral ayında iddiaçıdan iki ədəd qızıl sep almışdır. Həmin qızılların pulunun bir hissəsini ödəsə də hazırda iddiaçıya 2800 manat borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qızılların hansı əyarda və çəkidə olması ilə bağlı iddiaçının heç bir sübut təqdim etməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. İşdən müəyyən edildiyi kimi, tərəflər arasında qızıl-zinət əşyalarının nisyə alğısatqısı ilə bağlı münasibətlərin yaranması işin mübahisə edilməyən hallarıdır. Belə ki, Cavabdeh Şəki rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan 2 ədəd qızıl sep aldığını və iddiaçıya 5600 manat borcu olduğunu 2024-cü ildə etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsi sübut etmə yükünü tərəflər arasında düzgün bölüşdürmüşdür. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, ilk olaraq iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə həmin əsaslarla bağlı verilən etirazın dəlillərini sübut etmə yükünü daşıyır. (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi). Sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir və bununla bağlı prosessual qanunvericiliyin tələblərinin pozulması son olaraq məhkəmənin səhv nəticəyə gəlməsinə səbəb ola bilər. Hazırki işdə iddiaçının tələbində göstərilən qızıl-zinət əşyaların cavabdehə verilməsi işin məhkəmə tərəfindən müəyyən olunan və mübahisələndirilməyən halıdır. Nəzərə alınmaldır ki, cavabdeh Şəki rayon Polis Şöbəsində və birinci instansiya məhkəməsindəki icraatda tərəflər arasında mövcud olmuş nisyə alğı-satqı müqaviləsinin predmetləri olan əşyaların sayını, keyfiyyətini, əyarını, ölçüsünü və qiymətlərini mübahisələndirməmiş, yalnız iddiaçıya 5600 manat borcu olduğunu bildirmişdir. Yəni, cavabdeh birinci instansiya məhkəməsində qızılların mövcudluğunu, onların dəyərini, o cümlədən qalan borcun məbləğini mübahisələndirmədiyi üçün bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Bundan başqa, cavabdeh hazırki məhkəmə iclasında da iddiaçıdan iki ədəd qızı sep aldığını bildirmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin polisdə izahatının hədə-qorxu ilə yazdırılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh ona hədə-qorxu gəlindiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda da, cavabdeh ona hədə-qorxu olunması ilə bağlı heç bir hüquq-mühafizə orqanına (prokurorluq və ya məhkəməyə) da müraciət etməmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlillərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qızılların hansı tarixdə alınması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Cavabdeh Şəki rayon Polis Şöbəsində verdiyi izahatında faktiki olaraq iddiaçıdan 2 ədəd qızıl sep aldığını və iddiaçıya 5600 manat borcu olduğunu bildirmişdir. İddiaçının isə tələbi həmin 2 ədəd qızıl sepin dəyəri olan 5600 manat pulla bağlı olmuşdur. Yəni, iddiaçı başqa bir qızılı deyil, cavabdehin faktiki etiraf etdiyi 2 ədəd sepin dəyəri olan pulu tələb etmişdir. Bundan başqa, cavabdehin verdiyi izahatdan müəyyən edilir ki, onda iddiaçıya məxsus başqa bir əşya olmamışdır. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2023-cü ilin fevralında iddiaçıdan 2800 manatlıq nisyə mal alması və onun müqabilində artıq faiz ödəməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, cavabdeh izahatında özüdə 2023-cü ildə aldığı malın dəyərini artıqlaması ilə (hətda əlavə faizlər ödəməklə) ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş Şəki rayon Polis Şöbəsində alınmış izahat isə cavabdeh tərəfindən xx.xx.2024-cü ildə vermişdir. Belə olan halda isə sual yaranır ki, əgər cavabdeh 2023-cü ilin fevralında iddiaçıdan 2800 manatlıq nisyə aldığı malın pulunu artıqlaması ilə ödəmişdirsə nə üçün xx.xx.2024-cü il tarixdə polis şöbəsində veridiyi izahatında iddiaçıya 5600 manat borcu olduğunu etiraf etmişdir. Göründüyü kimi, cavabdeh deyilənlərə aydınlıq gətirməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya məhkəməsində işə baxılan zaman iddiaçıya 2800 manat borcu olduğunu bildirmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətininin digər dəlili olan çəkişmə prinsipinin pozulması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər mülki prosessual qanunvericilikdə xüsusi yer tutur. Ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından isə müəyyən edilir ki, cavabdehə məhkəmə hazırlıq iclası və məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilmiş (iş mat. səh 26, 35) lakin o, məhkəmə iclaslarında iştirak etməmişdir. Göründüyü kimi, tərəflər məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası daha sonra bildirir ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə işin hallarından müəyyən edilir ki, cavabdeh tərəf apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız bu barədə şifahi izahat verməklə kifayətlənmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası son olaraq qeyd edir ki, qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən pulun (borcun) iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 5600 manat məbləğində qızıl-ziynət əşyası satılmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıdan aldığı qızılların dəyəri olan 5600 manatı ödəməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, e-2(075)-1584/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.