Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-12/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7 qızının katibliyi, apellyasiya şikayəti vermiş Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsi) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsi (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsi) 18 mart 2019-cu ildə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, X5 İdarəsinin balansında olan Alpoud və Şəkər suvarma arxlarının 10 metrlik mühafizə zolağındakı zəbt olunmuş ərazinin və özbaşına tikilmiş tikililərin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən X5 İdarəsinin balansında olan Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolaqları zəbt olunaraq, həmin ərazidə özbaşına tikililər tikilmişdir. Buna görə də, həmin arxlara xidmət edilməsi və əhalinin su ilə təmin edilməsi çətinləşmişdir. Qeyd edilən ərazi Su Fondu torpaqları olmaqla, dövlət mülkiyyətidir. X5 İdarəsi tərəfindən və ya səlahiyyətli yuxari orqanlar tərəfindən cavabdehlərə həmin ərazini zəbt etməyə və orada özbaşina tikililər aparmağa icazə verilməmişdir. Cavabdehlərin dövlət mülkiyyətini özbaşına zəbt etmələri isə qanunaziddir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin (hаkim İbrahim Fəttahov) 07 iyun 2021-ci il tarixli, 2(046)- 30/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 İdarəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilərək, həmin Qətnamədə iddiaçının iddia tələbinin həlli üzrə qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılsın. X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülsün. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 10 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445,20 manat məhkəmə xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin (VÖEN **********) AZ37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********1) AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.” Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin TP3.Magistral kanalın texniki pasportlarından görünür ki, ŞəkərAlpoud suvarma arxları X5 İdarəsinin balansındadır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən və sxemdən görünür ki, Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə Alpout və Şəkər suvarma arxlarının mühafizə zolağını müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin zəbt edilib- edilməməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair mütəxəssisin rəyinin verilməsi üçün xərci 445,20 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/466 saylı rəyindən görünür ki, Azərbaycan Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş magistral kanalının texniki pasportuna əsasən, Göyçay ərazisində yerləşən Şəkər arxı su buraxma qabiliyyəti 0,8 kub.metr/san və Alpout arxı su buraxma qabiliyyəti 1,5 kub.metr/san təşkil etdiyini nəzərə alaraq, Göyçay rayonu, Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən 5,0 metr olduğu müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0kv.m. hissəsi istifadə olunur. X1 arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 108,0 metr olduğu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, E.Fətəliyev tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 540,0kv.m. hissəsi istifadə olunur. Cavabdeh2 və X2 istifadəsində olan torpaq sahələri hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə də, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsi Cavabdeh2 və 540 kv.m hissəsi isə Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında yerləşən torpaq sahəsi hasara alınmışdır. İşin mübаhisəsiz hаllаrındаn göründüyü kimi, X5 İdarəsinin balansında olan Alpoud- Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağı cаvаbdеhlərin mülkiyyətində dеyildir. Cavabdehlər tərəfindən hasara salınmış torpaq sahəsi "xxxx" ASC-nin sahibliyində оlаn tоrpаq sаhəsidir. Qаnunvеriciliyə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mühafizə оlаn tоrpаq sаhəsi üzərində hüquqlаrı məhdudlаşdırılа bilməz. Digər mülkiyyətçilər kimi "xxxx" ASC-nin mülkiyyət hüququnа Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsı ilə təminаt vеrilmişdir və qаnunvеriciliyə əsаsən həmin hüquqlаr müdаfiə оlunur, qоrunur. Azərbaycan Respublikası Su Məcəlləsinin Azərbaycan Respublikasının su qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulan 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin” müəyyən edilməsi Qaydalarının 12-ci bəndinə əsasən Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kub.m/san-yə qədər olduqda—5 m; 3—10 kub.m/san olduqda—10 m. Qeyd edilən Şəkər suvarma arxının uzunluğu 11,1 km, su buraxma qabiliyyəti 0.8 kub.m/san, Alpoud suvarma arxının uzunluğu 21.4 km, su buraxma qabiliyyəti 1.5 kub.m/san. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14 fevral 2003-cü il tarixli Plenumunun 6-cı bəndində izah olunur ki, torpaq sahəsi üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X5 İdarəsinin iddiası qismən təmin edilməli, X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılmalı, həmçinin cavabdehlər tərəfindən mühafizə zolağında inşa edilmiş hasar cavabdehlərin öz vəsaitləri hesabına sökülməlidir. Ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada tutularaq ekspertiza mərkəzinə və iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 445,2 manat məhkəmə xərci Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 155.1, 155.2, 157.2 və 180-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1 və 216-220ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli su arxlarının ətrafında yerləşən və Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən olunmuş qaydada alaraq istifadə edir. Həmin torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş, DƏDRX-nin 16 saylı Ərazi İdarəsinin mühəndisləri tərəfindən torpaq sahəsinin döngə nöqtələri naturada tanıdılaraq, ona və ailə üzvlərinə təhvil verilmişdir. Bundan sonra o, və ailə üzvləri mülkiyyətlərində və icarələrinə verilən torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkərək zəruri ehtiyaclarını ödəyirlər. İş üzrə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş rəylə, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş rəy arasında uyğunsuzluq vardır. Belə ki, mütəxəssis tərəfindən tərtib edilmiş rəydə, elektron məlumat bazasında və mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumatların mövcud olmadığını, bu səbəbdən Alpoud və Şəkər suvarma arxlarının mühafizə zolağının və torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Lakin ekspert tərəfindən tərtib edilmiş rəydə elektron məlumat bazasına və mövcud olan xəritə materiallarına istinad olunmadan, yalnız mütəxəssis tərəfindən rəyə əlavə edilmiş 1:1000 miqyasa uyğun sxemə əsaslanaraq rəy tərtib edilmişdir. Əgər 1:1000 miqyasa uyğun sxemə əsasən mübahisəli su arxının mühafizə zolağını müəyyən etmək mümkün idisə, hansı səbəbdən mütəxəssis məhkəmə tərəfindən qoyulmuş suallara cavab verməmişdir? İşə baxan birinci instansiya məhkəməsi bu kimi ziddiyyətli hallara hüquqi qiymət vermədən, eləcə də, ekspert tərəfindən verilmiş rəydə olan uyğunsuzluğu aradan qaldırmadan iddia tələbinin təmin olunması barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ekspert rəyində mühafizə zolağı kimi qeyd edilən 325,0 kv.m torpaq sahəsi sənəd üzrə onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Lakin ekspert tədqiqat apararkən bu halları, yəni onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin döngə nöqtələrini hüquq müəyyənedici sənədlər əsasında müəyyən etmədən rəy vermişdir. Bu halların müəyyən edilməməsi onun və ailə üzvlərinin mülkiyyət və istifadə hüquqlarının pozulması ilə nəticələnə bilər.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
3.3). İş üzrə Apellyasiya instansiyası məhkəməsində birinci icraat: Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-111/2022 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmişdir (sədrlik edən hakim - Gündüz Abbasov, hakimlər - Akif Eyvazov və İmanverdi Şükürov). Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-111/2022 nömrəli qətnaməsi ilə razılaşmayıb, həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(107)-111/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin araşdırılması üçün yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 3.4). İş üzrə Kassasiya instansiyası məhkəməsində icraat: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)-111/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya instansiyası məhkəməsində aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(102)-876/2023 nömrəli Qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2(107)- 111/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır (hakim İspəndiyar Şəfiyevin məruzəsi ilə, hakimlər Əhməd Əhmədov və Vüqar Həsənovdan ibarət tərkibdə). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(102)-876/2023 nömrəli qərarının “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki: -
58. “Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
59. Belə ki, iddiaçı onun istifadəsində olan kanalın mühafizə zonasının Cavabdeh2 tərəfindən zəbt olunduğunu bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla hüquqlarının bərpa olunmasını tələb edir.
60. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
61. İddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmasına dair sübut kimi “Şəkər-arx” və “Alpoud-arx”ına aid magistral texniki pasportu təqdim etmişdir.
62. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə bu arxların mühafizə zonasından və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir.
63. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə olunmuşdur.
64. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/466 saylı məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əlavə olunmuş 1:1000 miqyasına uyğun sxemə əsasən Cavabdeh2 su arxının kənarında yerləşən istifadəsində olan torpaq sahəsinin arx boyu uzunluğu 65 metr olduğunu və suvarma arxının eni 5 m olduğunu nəzərə alaraq, Cavabdeh2 tərəfindən suvarma arxının mühafizə zolağına düşən torpaq sahəsinin 325,0 kv.m hissəsi istifadə olunur. ... Cavabdeh2 və X2 istifadəsində olan torpaq sahələri hasara alındığını nəzərə alaraq, cavabdehlər tərəfindən suvarma arxlarının mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsinə maneələr yaradıldığı müəyyən olunur.
65. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi sübut kimi qəbul edərək və bu rəyə əsaslanaraq iddianı təmin etmişdir.
66. Lakin Cavabdeh2 ekspert rəyinə etiraz edir və bildirir ki, ekspert rəyində göstərilən ölçülərdə torpaq sahəsi onun tərəfindən tutulmamışdır, məhkəmə tərəfindən işin halları tam araşdırılmamış, prosessual hüququ normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsaslı hesab edir.
67. Belə ki, cavabeh Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən də mübahisəli torpaq sahəsinin bütövlükdə ona aid olmasının mübahisələndirmişdi (1-ci cild səh. 123).
68. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən iki mütəxəssis rəyi verilmişdir. xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd olunub ki, cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək, çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. “Alpoud-arx” və “Şəkər-arx” su kanallarının mühafizə zolaqlarının müəyyən edilməsi, həmin mühafizə zolaqlarının cavavdehlər tətəfindən zəbt edilib edilməməsi, suvarma arxının istifadəsinə maneələrin yaradılıb-yaradılmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir (1-ci cild, səh. 37).
69. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunub ki, cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı ilə mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək, çöl geodeziya ölçmə işləri aparılmışdır. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Elektron məlumat bazasında mövcud olan xəritə materiallarında mübahisələndirilən suvarma arxları haqqında məlumat olmadığına görə Alpoud və Şəkər arxlarının mühafizə zolağını müəyyən etmək mümkün olmadı. Torpaq sahəsinin zəbt edilib edilmədiyini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir (1-ci cild, səh. 68).
70. "xxxx" MMC-nin hər iki mütəxəssis rəyinə mübahisəli torpaq sahəsinin mövcud vəziyyətinə dair sxemlər əlavə olunmuşdur.
71. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əlavə olunmuş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə istinad etmişdir (1-ci cild, səh. 77).
72. Lakin həmin sxem müfəssəl tərtib olunmayıb. Həmin sxemdən fərqli olaraq, mütəxəssisin xx.xx.2020-ci il tarixli rəyinə əlavə edilmiş sxemdə mübahisəli torpaq sahəsi (ekspert rəyində Cavabdeh2 tərəfindən çəpərə alınmış sahə kimi qeyd olunan torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış üç fərqli sahə kimi əksini tapmışdır. Bu sahələrdən biri Cavabdeh2 mülkiyyətində olan, reyestrdə **********10 nömrə ilə qeydiyyata alınmış 0,12 ha torpaq sahəsidir (1-ci cild səh. 69, 2ci cild səh. 52).
73. Cavabdeh2 torpaq sahəsindən şimal tərəfdə reyestrdə **********76 nömrə ilə qeydə alınmış, cənub tərəfdə isə reyestrdə **********46 nömrə ilə qeydiyyata alınmış torpaq sahələri yerləşir. Bu torpaq sahələrinin də qərb tərəfdən arxla sərhədi var. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin şərq tərəfdə eni 30 metr, qərb tərəfdə isə eni 30.4 metr təşkil edir (2-ci cild səh. 45, torpaq sahəsinin planı və ölçü sənədinin “əsas döngə nöqtələrinin koordinatları” bölməsi (2-ci cild 52 və 54-cü səhifələrinin arasına tikilmişdir)). Göründüyü kimi, Cavabdeh2 torpaq sahəsinin arxla sərhədi kimi göstərilən qərb hissəsində uzunluğu 30.4 metr təşkil edə bilərdi. Lakin ekspert xx.xx.2020-ci il tarixli 10/466 saylı rəyində həmin hissədə sərhədin uzunluğunu 65 metr, zəbt olunan sahənin isə 325 kv.m olduğunu müəyyən etmişdir. Bu hal ona dəlalət edir ki, Cavabdeh2 torpaq sahəsi ilə yanaşı, su arxının reyestrdə **********76 və **********46 nömrə ilə qeydiyyata alınmış torpaq sahələrinin də sərhəd uzunluğu əsas götürülmüşdür.
74. Lakin məhkəmə reyestrdə **********76 və **********46 nömrə ilə qeydə alınmış torpaq sahələrinin Cavabdeh2 aidiyyətini araşdırmamış, həmin torpaq sahələrinə onun hüququnu müəyyən etməmiş, ümumiyyətlə bu hala diqqət yetirməmişdir.
75. Bundan başqa, mübahisəli ərazidən həm “Alpoud-arx”, həm də “Şəkər-arx” kanalının keçdiyi müəyyən olunur. Lakin Cavabdeh2 tərəfindən hansı kanalın mühafizə zonasını zəbt etməsi müəyyən olunmayıb.
76. Apelyasiya instansiyası məhkəməsi torpaq sahəsi üzərində hüquqların həmin hüquqları təsbit edən müvafiq sənədlərlə rəsmiləşdirilməli olduğunu vurğulamış, lakin qanunun bu tələbinə tərəflərdən kimə münasibətdə istinad etdiyini bildirməmişdir. Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri təqdim etmişdi və bildirmişdi ki, «ekspert tədqiqat apararkən bu halları, yəni onun və ailə üzvlərinin mülkiyyətində və icarəsində olan torpaq sahəsinin döngə nöqtələrini hüquq müəyyənedici sənədlər əsasında müəyyən etmədən rəy vermişdir».
77. Cavabdehin bu dəlili, su kanalları ilə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi arasında olan məsafənin müəyyən olunmasını tələb edirdi. Apellyasiya instansiyası məhkəməsi bu məqsədlə xx.xx.2022-ci il tarixli qərardadla ekspertiza təyin etmiş, ekspertizanın keçirilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvаlə etmişdir.
78. Lakin, ekspertiza Cavabdeh2 tərəfindən ekspertiza xərcinin ödənilməməsi səbəbindən baş tutmamış, bununla da iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici hal – Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsi ilə kanalın mühafizə zonasının üst-üstə düşməsi müəyyən olunmamışdır.
79. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “... Cavabdeh2 mütəxəssis rəyinin verilməsi üçün tələb olunan pul vəsaitini ödəməkdən imtina etdiyini, bununla yanaşı apellyasiya şikayətinin dəlillərini təsdiq edən digər sübut təqdim edə bilmədiyini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin apellyasiya şikayəti əsassızdır”.
80. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertizanın keçirilməsi üçün vəsaitin ödənilmədiyi halda məhkəmə mövcud sübutlar əsasında işə baxmağa haqlıdır. Çünki MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
81. Göründüyü tərəfin ekspertiza keçirilməsində iştirak etməkdən imtina etməsi, hər bir halda ekspertiza təyin edilən faktın, onun hüquqi nəticələrinin təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsi kimi hüquqi nəticə törətmir. Bu halda məhkəmə işin digər hallarına əsasən, ekspertiza təyin edilən faktın hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
82. Bundan başqa, MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş prinsipə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
83. Bu baxımdan məhkəmə, MPM-nin 97.5-ci maddəsinin tətbiqi üçün tərəfə ekspertiza xərcinin ödənilməsini təklif etməklə yanaşı, həmin xərcin ödənilmədiyi halda MPM-nin 97.5-ci maddəsində müəyyən olunan hüquqi nəticələrini də, yəni, onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilməsini izah etməlidir. Lakin iş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehə bu nəticələr izah olunmamışdır (2-ci cild, səh. 120).
84. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin araşdırması, MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi tələblərinə cavab vermir.
85. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
86. Bu baxımdan məhkəmənin əsaslandığı ekspert rəyi, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyət kəsb edən mövcud faktiki vəziyyət barədə düzgün, əsaslandırılmış, aydın və tam təsəvvür yaratmalıdır.
87. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).
88. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
89. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.”
4. İş üzrə ikinci (hazırkı) apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 16 oktyabr 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayəti vermiş Cavabdeh2 gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) nümayəndəsi və iş üzrə digər Cavabdeh1 isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin və iş üzrə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı Cavabdeh2 apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 04 mart 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 04 mart 2025-ci il tаrixli qərаrdаdı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1). Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin (Reyestr nömrəsi: **********10-10301;, Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə və həmin torpaq sahəsinin sərhədlərinə aid hissələrdə (sərhədləri daxilində və sərhədləri hüdudlarında) inşa edilmiş hər hansı bir hasar və yaxud, digər tikili iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 İdarəsinin (hal-hazırda: X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” və “Şəkər-arx” suvarma arxlarının mühafizə zonalarında yerləşirmi (qeyd olunan ərazidə aşkar edilən hasar və yaxud, digər tikililərin dəqiq koordinatları göstərilməklə müfəssəl sxemlər tərtib edilsin) ? 2). Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin (Reyestr nömrəsi: **********10-10301;, Qeydiyyat nömrəsi: **********) sərhədləri ilə mübahisə predmeti olan suvarma arxları arasında olan ərazidə inşa edilmiş hər hansı bir hasar və yaxud, digər tikili iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 İdarəsinin (hal-hazırda: X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpoutarx” və “Şəkər-arx” suvarma arxlarının mühafizə zonalarında yerləşirmi (qeyd olunan ərazidə aşkar edilən hasar və yaxud, digər tikililərin dəqiq koordinatları göstərilməklə müfəssəl sxemlər tərtib edilsin) ? 3). Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin (Reyestr nömrəsi: **********10-10301;, Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə və həmin torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş hər hansı bir hasar və yaxud, digər tikili iddiaçının balansında olan “Alpout-arx” və “Şəkər-arx” suvarma arxlarının mühafizə zonalarında yerləşirsə, həmin hasar və yaxud tikililər həmin suvarma arxlarından təyinatı üzrə istifadəsinə maneələr yaradırmı ?” Həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 29 avqust 2025-ci il tarixli, 10/2273 nömrəli ekspert rəyinin Nəticə hissəsində göstərilmişdir ki: - “Qərardadın birinci sualı üzrə: Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və köməkçi tikilinin su arxlarından müvafiq olaraq 7 və 6,5 metr məsafə yerləşdiyi nəzərə alınaraq, həmin tikililərin “Alpout-arx” və “Şəkər-arx” suvarma arxlarının 5 metrlik mühafizə zonalarına düşmədiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə su arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə) metal təbəqələrdən ibarət hasarın (giriş hissədən başlayaraq təqribən 11 metr hissəsinin) “Alpout-arx” suvarma arxının 5 metrlik mühafizə zonasına düşdüyü müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Hasar və yaxud tikililərin həmin suvarma arxlarından təyinatı üzrə istifadəsinə maneələr yaradıb-yaratmamasımn müəyyən olunması tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir.”
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(102)-876/2023 nömrəli Qərarının tələbləri, o cümlədən də kassasiya instansiya məhkəməsinin mübahisə üzrə mövqeyinin əks olunduğu həmin Qərarın 58 – 89-cu bəndlərində göstərilənlər və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. Eyni zamanda, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının yoxlanılmasının həddi ilə əlaqədar qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)- 30/2021 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin “ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini” xahiş etsə də, iş üzrə digər Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verməmiş və qətnaməni mübahisləndirməmişdir. Hətta, hazırkı apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 digər Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi.
4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri):
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: ... başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; ... 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Su Məcəlləsinin normaları (maddələri): Maddə 1. Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: ... su təsərrüfatı obyekti - su ehtiyatlarının istifadəsi, bərpası və mühafizəsi ilə əlaqədar yaradılmış sistemlər və qurğular; ... Maddə 3. Su obyektlərinin istifadəsi və mühafizəsi zamanı meydana çıxan torpaq, meşə, yerin təki, bitki və heyvanat aləmi, atmosfer havası, yeraltı suların kəşfiyyatına və mühafizəsinə dair münasibətlər, habelə əmlak və digər inzibati münasibətlər bu Məcəllə ilə yanaşı, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Maddə 6. Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir. Maddə 10. Su fondu torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: ... su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; ... Maddə 103. Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: ... su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” 2-ci bənd. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. 3-cü bənd. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir. 4-cü bənd. Su mühafizə zonalarının ərazisində xüsusi rejimə əməl edilməsi, su obyektlərinin hidroloji, hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin yaxşılaşdırılması və onların sahilyanı ərazilərinin abadlaşdırılması üzrə təbiəti mühafizə tədbirləri kompleksinin tərkib hissəsidir. 12-ci bənd. Magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda - 5 m; 3-10 kbm/san olduqda - 10 m; 10-30 kbm olduqda - 25 m; 30-50 km/san olduqda - 60 m; 50 kbm/san-dən artıq olduqda - 100 m. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin konkret halları və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsi qismən, yəni “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 çıxarılsın” hissəsində və “X5 İdarəsinin balansında olan Alpoud- Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülsün” hissəsi isə Cavabdeh2 aid hissədə ləğv edilərək, iddia tələbinin Cavabdeh2 yönələn hissəsində yeni qətnamə çıxarılmalı və iddia tələbi Cavabdeh2 yönələn hissədə qismən təmin edilərək, Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” suvarma arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə), torpaq sahəsinin giriş hissəsindən başlayaraq “Alpout-arx” suvarma arxının 5 metrlik mühafizə zonasına düşən təqribən 11 metr uzunluğunda metal təbəqələrdən ibarət hasar Cavabdeh2 hesabına sökülməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflər arasındakı mövcud mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları və işin konkret halları ilə müəyyən olunmuşdur ki, Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin (Reyestr nömrəsi: **********10-10301;, Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə, yəni həmin torpaq sahəsinin müvafiq olaraq sağ və sol tərəfləri ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” və “Şəkər-arx” suvarma arxları və həmin arxların müvafiq normativ xarakterli aktlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə müəyyən olunan mühafizə zonaları yerləşir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “suvarma arxlarının mühafizə zolaqlarının boşaldılması və tikililərin sökülməsi” barədə iddia tələbi üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsi ilə həmin iddia qismən təmin edilərək, “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 və 540 kv.m hissəsindən isə Cavabdeh1 çıxarılması” və “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülməsi” qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılan araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 29 avqust 2025-ci il tarixli, 10/2273 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikili su arxlarından müvafiq olaraq 7 və 6,5 metr məsafədə yerləşdiyi üçün, həmin tikililər “Alpout-arx” və “Şəkər-arx” suvarma arxlarının 5 metrlik mühafizə zonalarına düşmür. Lakin, Göyçay rayonu Çayarxı kəndində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,12 ha torpaq sahəsi ilə su arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə) metal təbəqələrdən ibarət hasarın (giriş hissədən başlayaraq təqribən 11 metr hissəsi) “Alpoutarx” suvarma arxının 5 metrlik mühafizə zonasına düşür. Göründüyü kimi, apellyasiya instansiyasında aparılan araşdırmalar zamanı alınmış ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” suvarma arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə) və torpaq sahəsinin giriş hissəsindən başlayan təqribən 11 metr uzunluğunda metal təbəqələrdən ibarət hasar “Alpout-arx” suvarma arxının 5 metrlik mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsi qismən, yəni “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 çıxarılsın” hissəsində və “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülsün” hissəsi isə Cavabdeh2 aid olan hissədə ləğv edilərək, iddia tələbinin Cavabdeh2 yönələn hissəsində yeni qətnamə çıxarılmalıdır. İddia tələbi Cavabdeh2 yönələn hissədə qismən təmin edilərək, Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” suvarma arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə), torpaq sahəsinin giriş hissəsindən başlayaraq “Alpout-arx” suvarma arxının 5 metrlik mühafizə zonasında yerləşən təqribən 11 metr uzunluğunda metal təbəqələrdən ibarət hasar Cavabdeh2 hesabına sökülməlidir. Cavabdeh2 yönələn iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)- 30/2021 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Həmçinin, işin halları nəzərə alınmaqla, iş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti apellyasiya şikayətini vermiş Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsi qismən, yəni “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağının 325 kv.m hissəsindən Cavabdeh2 çıxarılsın” hissəsində və “X5 İdarəsinin balansında olan Alpoud-Şəkər suvarma arxlarının 5 metrlik mühafizə zolağında cavabdehlər tərəfindən inşa edilmiş hasar cavabdehlərin hesabına sökülsün” hissəsi isə Cavabdeh2 aid olan hissədə ləğv edilsin. İddia tələbinin Cavabdeh2 yönələn hissəsində yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh2 yönələn hissədə qismən təmin edilərək, Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndində xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti X5 İdarəsinin (hal-hazırda: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “X8 Xidməti” publik hüquqi şəxsin X10 Sistemlərinin İstismarı İdarəsinin) balansında olan “Alpout-arx” suvarma arxı arasında qalan boş torpaq sahəsində mövcud olan (torpaq sahəsinə giriş hissədə) və torpaq sahəsinin giriş hissəsindən başlayaraq “Alpout-arx” suvarma arxının 5 metrlik mühafizə zonasına düşən təqribən 11 metr uzunluğunda metal təbəqələrdən ibarət hasar Cavabdeh2 hesabına sökülsün. Cavabdeh2 yönələn iddia tələbi qalan hissədə təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(046)-30/2021 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. İş üzrə apellyasiya instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.