Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1203/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi, sübutetmə yükü) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh arasında baş verən mübahisə zamanı cavabdeh iddiaçıya məxsus mağazanın şüşəsini qırmış, eyni zamanda mağazada olan əşyaları sındırmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarına əsasən cavabdeh İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 manat məbləğində cərimə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 930 (doqquz yüz otuz) manat pulun və 40 (qırx) manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh törətdiyi cinayət əməlləri barədə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etsə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunduğu kimi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh zərərçəkmiş şəxsə məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona maddi ziyan vurduğundan, onun əməlində İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-də tərtib olunmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən tərtib olunmuş 20 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş şənədlərdə göstərilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə X3 məxsus M.Ə.Rəsulzadə prospektində yerləşən mağazanın pəncərəsini, həmin mağazada olan 1 ədəd dondurucu və 1 ədəd pivə aparatını sındıraraq ona 930 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə inzibati xəta haqqında işə baxılmasını mümkün hesab edərək, 3(075)-986/2023 sayı, xx.xx.2023-cü il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək, vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 manat məbləğində cərimə etməyi qərara almışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-986/2023 sayı, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Cavabdeh qohum-əqrabası vasitəsi ilə vurduğu maddi ziyanı ödəyəcəyinə söz versə də, bu günə qədər ona vurduğu maddi ziyandan bir manat da olsun ödəməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onunla iddiaçı arasında illərdir ki, ədavət vardır. İddiaçıya məxsus mağaza onların torpaq sahəsində yerləşir. Onların giriş qapısının qarşısında yol kənarında otururlar. İddiaçı mağazasında pivə satır. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 10 radələrində o və bacısı evə gəlmişlər. İddiaçı və satıcı orada oturmuşdur. Bacısı içəri keçən zaman iddiaçı bacısının arxasınca nalayiq söyüş işlətmişdir. Daha sonra onlar gülüşmüşlər. O isə həmin anda arxadan evə tərəf gəlmiş və baş verənləri telefonuna çəkmişdir. İddiaçı qəflətən onu vurmuşdur. Bu zaman telefon onun əlindən düşmüşdür. İddiaçı onu sıxmağa başlamışdır. O, bu zaman dondurma qabını itələmişdir ki, oradan çıxsın. Lakin o, stolu vurmaq istəməmişdir. İddiaçı sonra onu içəri itələmişdir. Bu zaman ayağı balona dəymiş və sınmışdır. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında uzun illərdir ki, ədavət vardır. xx.xx.2023-cü il tarixdə iddiaçı və cavabdeh arasında baş verən mübahisə zamanı cavabdeh iddiaçıya məxsus mağazanın şüşəsini qırmış, eyni zamanda mağazada olan əşyaları sındırmaqla iddiaçıya maddi ziyan vurmuşdur. Göründüyü kimi cavabdeh qəsdən iddiaçıya məxsus əmlaklara zərər yetirməklə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdehin əməllərində İXM-nin 232- 1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarına əsasən cavabdeh İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 930 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktuba, eyni zamanda Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarına istinaq edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin məbləğinin 930 manat olmasını müəyyən etmişdir.
6. Göründüyü kimi, cavadehin qərəzli əməlləri nəticəsində iddiaçının əmlakına zərər dəymiş, bununla da, iddiaçıya 930 manat məbləğdə maddi ziyan dəymişdir. Qanunvericilikdə vurulmuş zərərin əvəzinin ödənilməsi nəzərdə tutulduğundan məhkəmə iddianı əsaslı hesab edir.
7. Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsi ilə (hakim Kamran Musayev) iddia təmin olunmuş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olan 930 (doqquz yüz otuz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarı xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktub xx.xx.2024-cü il tarixli, ********** saylı qəbz
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli məktuba istinad edərək iddianı təmin etmişdir. Halbuki, məhkəmə Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyətinin qiymətləndirmə səlahiyyətinin olub-olmamasını araşdırmamış, həmin cəmiyyətin nizamnəməsini əldə etməmiş, həmin nimzanamədə cəmiyyətin fəaliyyət istiqamətlərinin nədən ibarət olmasını aydınlaşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyətinin hər hansı bir əmlakın dəyəri barədə rəy verməyə səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 rəsmi internet səhifəsində qeyd edilmişdir ki, Azərittifaqın tərkibinə daxil olan kooperativ təşkilatları əhaliyə pərakəndə ticarət və iaşə xidməti göstərilməsini, kənd təsərrüfatı məhsulları və xammal tədarükünü və satışını, müxtəlif pullu xidmətlər göstərilməsini həyata keçirirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mərkəzi X1 rəsmi internet səhifəsində Azərittifaqın tərkibinə daxil olan kooperativ təşkilatlarının qiymətləndirmə barədə səlahiyyətlərinin olması barədə heç bir qeyd yoxdur.
12. Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyarbr 2023-cü il tarixli, 06 nömrəli saxta məktubda qeyd edilən dondurucunun və pivə aparatının ümumi dəyəri qeyd edilmişdir. Halbu ki, Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən qəbul edilmiş 15 iyul2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd edilən əşyaların məhv olması deyil, nasaz hala salınması qeyd edilmişdir. Nasaz sözünün mənası saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayandır ki, nasaz əşyanı təmir etdirməklə saz vəziyyətə gətirmək mümkündür. Belə olan halda qeyd edilən əşyaların hansı nasaz vəziyyətdə olması və onların saz vəziyyətə gətirilməsi üçün təmirinə nə qədər vəsaitin lazım olmasıaraşdırılmalı idi. Çünki hadisədən sonra da həmin əşyalar həmin mağazada işlənmişdir. Halbu ki, hazırda ondan həmin əşyaların ümumi dəyəri tələb edilir.
13. Buna görə də həmin əşyalar ekspetizaya təqdim edilməli və həmin əşyalar nasaz vəziyyətdə idilərsə onların saz vəziyyətə gətirilməsi üçün nə qədər xərcin tələb edilməsi müəyyən edilməli idi. Hadisə zamanı həmin əşyaların zədə almaması barədə məndə videogörüntülər də mövcuddur.
14. Ona görə də, Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)- 837/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 11-13-cü bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 3(075)-986/2023 saylı qərarı ilə cavabdehin hərəkətlərində inzibati xətanın əlamətləri olduğu müəyyən edilərək cərimə edilərkən dəymiş ziyanın həcmi Azərbaycan Respublikası Mərkəzi X5 Şəki Rayon Kooperativlər Cəmiyyəti tərəfindən verilmiş 12 sentyabr 2023-cü il tarixli, 06 nömrəli məktuba istinad edilməklə müəyyən edilmişdir. Cavabdeh isə həmin qərardaddan şikayət verməməklə onu mübahisələndirməmişdir. Belə olan halda, birbaşa olaraq ziyanın həcmi müəyyən edilməklə cavabdehin həmin ziyanın bir misli məbləğində cərimə edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərarı varkən heç bir sübuta və ya dəlilə istinad edilmədən həmin qiyməti mübahisələndirən cavabdeh nə əslində dəyən zərərin nə qədər olması ilə bağlı hər hansı arqument gətirmiş, nə də qiymətin real olmadığını göstərəcək fərqli qiymətləndirmə rəyi təqdim etmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(075)-837/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.