Məhkəmə qərarları › İş №2(107)-1205/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1205/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1205/2021 07.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə əmlakdan payın müəyyən olunması, əmlakdan müəyyən olunmuş payın açıq hərracdan satılması və satışdan əldə olunan pulun borca ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsindən iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia qismən təmin olunmuş, 07 oktyabr 2019-ci il tarixdə BDYP Şəki RQİ və TBŞ-nin verdiyi “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinə əsasən Cavabdeh2 adına qeydə alınmış “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil (nəqliyyat vasitəsi) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/2 hissə üzrə müəyyən olunması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları İddiaçı “X7 Məhsulları İstehsalı” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «birgə əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi və adına olan “VAZ 211554” markalı, **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 ilə Cavabdeh2 arasında bölünməsinə, avtomobilin ikidə bir hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 06 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi, həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin Cavabdeh1 qarşı iddia tələbi qismən təmin edilərək, cavbadeh Cavabdeh1 6909,85 manat məbləğində pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 6939,85 manat məbləğində pulun tutularaq “X7 Məhsulları İstehsalı” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin 23 yanvar 2020-ci il tarixli qərarı ilə (icra məmuru Ülvi Həmidli) icra sənədi üzrə icraata başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. Lakin borclu keçən bir il ərzində icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı müvafiq araşdırmalar aparılmış, sorğular yazılmış və məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus tələbin yönəldilə biləcəyi əmlak yoxdur, lakin onun arvadı Cavabdeh2 adına “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Həmin avtomobil 07.10.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmuşdur. Cavabdeh1 ilə Cavabdeh2 arasında nikah 17.09.1996-cı il tarixdə bağlanmışdır. Onlar həmin tarixdən ərlə-arvad hesab olunmuşlar. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndələri X1 və X2 qeyd olunanlara uyğun izahat verib, əlavə olaraq göstərmişdirlər ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli icra sənədi borclu tərəfindən hal-hazıradək icra edilməmiş, icra zamanı tərəflərin nikah dövründə əldə etdikləri, Cavabdeh2 birgə nikah dövründə əldə etdiyi və adına olan “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Mübahisəli daşınar əmlak olan “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərin birgə nikahları dövründə əldə olunmuş vəsaitləri hesabına alınmışdır. Ona görə də, o nəqliyyat vasitəsindən payının müəyyən olunmasını, həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsini xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə 6939,85 manat borcu vardır. Lakin “X7 Məhsulları İstehsalı” ASCdən işdən çıxarılsa da, işdən çıxarılandan 8 ay ərzində də rəsmi olaraq elektron sistemdə ““X7 Məhsulları İstehsalı” ASC-də işləyir” kimi göstərilmişdir. Bu səbəbdən iş tapmaqda çətinlik çəkmişdir. Belə ki, hara işə düzəlmək istəsə, onun hal-hazırda “X7 Məhsulları İstehsalı” ASC-nin işçisi olduğu bildirilmişdir. Bu səbəbdən iş tapmamış və borcunu ödəyə bilməmişdir. İddiaçı tərəfindən həmin müddətin, yəni 8 ay müddətə görə əmək haqqının verilməsini tələb edir və həmin məbləği alarsa borcunu ödəyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 çıxış edərək bildirmişdir ki, “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, qeyd olunan qətnamə iddianın təmin olunmayan hissəsində ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilk növbədə borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Cavabdeh2 satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə iddiaçının ixtiyarı varki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini yenidən məhkəmə qaydasında tələb etsin. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı Qəbələ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16.12.2019-cu il tarixli qətnaməsinin icrasına nail olmaq üçün bir çox cəhdlər etmiş, ancaq hələ də buna nail ola bilməmişdir. İşin hallarından da müəyyən olunur ki, iş üzrə Cavabdeh2 avtomaşın idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Bundan əlavə, Cavabdeh1 şirkətdə işlədiyi 02 iyul 2018 - 30 iyun 2019-cu il tarixədək olan müddətdə 9815,25 manat iddiaçıya məxsus pul vəsaitini qanunsuz əldə etmişdir ki, həmin məbləğdə pulun 7000 manatına özünə 2-3 ay sora, yəni 07.10.2019-cu ildə VAZ 211554'' markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həyat yoldaşından aldığı etibarnamə ilə avtomaşını idarə edir. Bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir ki, bu zaman yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, məhkəmə qətnaməsinin icrasının əsassız yerə uzadılmasına , yüksək təhlükə mənbəyi hesab edilən avtomaşının dəyərinin aşağı düşməsinə səbəb olacaqdır. Göründüyü kimi, cavabdeh iddiaçıya olan borcunun ödənilməsindən yayınmaq məqsədi ilə avtomaşını öz adına almamış, həmin avtomaşının heç bir sürücülük hüququ olmayan həyat yoldaşının adına qeydiyyata aldırmış, sonuncunun adından öz adına etibarnamə aldırmışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və “həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi” hissəsində yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsi mübahisələndirilən, iddianın təmin olunmamış - həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 6.909,85 (altı min doqquz yüz doqquz manat səksən beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.939,85 (altı min doqquz yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutulub iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin 23.01.2020-ci il tarixli qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsi ilə icraata başlanılmışdır. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 08 oktyabr 2020-ci il tarixdə verilmiş Nikah aktından çıxarışın surətindən görünür ki, 17 sentyabr 1996-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikah həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydə alınmışdır. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş və iş materiallarına əlavə edilmiş 07.10.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Vaz 21154” minik markalı, istehsal ili 2008, mühərrik nömrəsi 4959909, Ban nömrəsi XTA**********9015 olan avtomobili Cavabdeh27000 manata satmışdır. İşdə olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 18 fevral 2021-ci il tarixli, 016-245 nömrəli məktubdan görünür ki, “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına 07.10.2019-cu il tarixdə qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2.2, 32.3, 36.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1, 224.2 və 225.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinin tələbinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrində və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mülki Məcəllənin 224.1-ci maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 224.2-ci maddəsinə görə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 224.1-ci maddəsinin və Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbləri baxımından iddiaçı “X7 Məhsulları İstehsalı” ASC belə bir tələblə məhkəməyə müraciət etmək baxımından subyektiv hüquqa mallikdir. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2(025)-1493/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 6.909,85 (altı min doqquz yüz doqquz manat səksən beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.939,85 (altı min doqquz yüz otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul tutulub iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu keçən bir il ərzində icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı müvafiq araşdırmalar aparılmış, sorğular yazılmış və məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus tələbin yönəldilə biləcəyi əmlak yoxdur, lakin onun arvadı Cavabdeh2 adına “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Cavabdeh2 ilə Cavabdeh1 arasında nikah 17 sentyabr 1996-ci ildə bağlanmışdır. “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahda olduqları dövrdə alınmışdır. Buna görə də birinci instansiya məhkəməsi hesab edir ki, həmin nəqliyyat vasitəsi onların birgə mülkiyyəti sayılaraq, aralarında bölünməlidir. Tərəflərin payı ilə bağlı isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (AiləMəcəlləsinin 37.1, 37.2-ci maddələri). Məhkəmə nəqliyyat vasitəsi (“VAZ 211554” markalı, 90- DG-896 dövlət qeydiyyat nişanlı avtomobil) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/2 hissə üzrə müəyyən olunmasını əsaslı, ədalətli və qanuni hesab edir. İddiaçı “X7 Məhsulları İstehsalı” ASC iddiasında “VAZ 211554 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin ½ hissədə paylarının müəyyən edildikdən sonra həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Borclu Cavabdeh1 həmin avtomobildəki payının naturada ayrılmasının mümkün olmadığını nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X7 Məhsulları İstehsalı” ASC ilk növbədə borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Cavabdeh2 satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Sonuncu borclunun payını almaqdan imtina etdikdə “X7 Məhsulları İstehsalı” ASCnin ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini yenidən məhkəmə qaydasında tələb etsin. İddiaçı “X7 Məhsulları İstehsalı” ASC ilk növbədə “VAZ 211554” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/2 hissə üzrə müəyyən olunması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra, müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirilməli və bundan sonra borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçısına, yəni Cavabdeh2 satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Hazırki halda bu mümkün deyildir, payların müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış və iddiaçı belə bir tələblə Cavabdeh2 müraciət etməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, 07 oktyabr 2019-ci il tarixdə BDYP Şəki RQİ və TBŞ-nin verdiyi “Nəqliyyat vasitəsinin alqısatqı” müqaviləsinə əsasən Cavabdeh2 adına qeydə alınmış “VAZ 211554” markalı, **- DG-*** dövlət qeydiyyat nişanlı avtomobil (nəqliyyat vasitəsi) üzərində Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 1/2 hissə üzrə müəyyən olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin mübahisələndirilən – iddianın təmin edilməmiş hissəsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsi mübahisələndirilən, iddianın təmin olunmamış - həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “X7 Məhsulları İstehsalı” ASC-nin sədri X3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli 2(025)-349/2021 nömrəli qətnaməsi mübahisələndirilən, iddianın təmin olunmamış - həmin nəqliyyat vasitəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 2(025)-1493/2019 saylı 16.12.2019-cu il tarixli qətnaməsi üzrə yaranmış 6939,85 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar